Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  daxilində  azad ticarətin



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə168/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   164   165   166   167   168   169   170   171   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

268 


daxilində 
azad ticarətin 
aparılması haqqında fərman verildi. 
Azərbaycan hökuməti ölkə iqtisadiyyatının əsas sahəsi olan 
neft 
sənayesini 
dirçəltmək üçün 
əks - milliləşdirmə 
tədbirlərinə əl atdı. 
1918-ci il 
oktyabrın 5-də verilmiş fərmana görə hökümət 
Bakı XKS-nm neft sənayesi 
və Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqındakı dekretlərini ləğv 
edərək bütün mədənləri, zavodlan və gəmiləri əvvəlki sahiblərinə qaytardı. 
Dövlət bu strateji sahəyə nəzarət qoymaqla yanaşı, daxili və xarici bazarda neft 
məhsullarının satış qiymətlərinin müəyyənləşdirilməsi hüququnu özündə 
saxlayırdı. 1919-cu ilin yayından hökumət 
xarici şirkətlərlə neftin satışına 
dair sazişlər 
bağlamağa başladı. Rusiya bazan itirildiyindən Azərbaycan nefti 
əsasən qonşu ölkələrə və Avropaya ixrac olunurdu. Azərbaycandan Türkiyəyə, 
Gürcüstana, İngiltərə və İtaliyaya neft 
və 
neft məhsulları göndərilirdi. Neftin 
nəqli hələ 1907-ci ildə çəkilişi başa çatdırılmış 
Bakı- Batum kəməri 
və 
Bakı - 
Tiflis dəmir yolu xətti 
ilə həyata keçirilirdi. Neftin Rusiyanın deyil, müstəqil 
Azərbaycanın ixtiyarında olmasını istəyən Versal Ali Şurası Batum limanından 
istifadə hüququnun Azərbaycan Cümhuriyyətinə verilməsi haqqında qərar 
çıxarmışdı. Neftin qiymətinə gəlincə, İtaliyaya göndərilən hər ton neftin qiyməti 
35 dollar, mazutun tonu isə 25 dollar müəyyən edilmişdi. 
Azərbaycan hökumətinin 
maliyyə siyasəti 
dövlət büdcəsinin forma- 
laşdırılmasma və milli valyutanın tətbiqinə yönəlmişdi. 1918-ci il sentyabrın 
22-də hökumət 
Bakı bonu 
adlandırılan milli pul vahidinin dövriyyəyə 
buraxılması haqqında qərar verdi. İlkin olaraq 40 Bakı bonu 1 türk lirəsinə 
bərabər tutulmuşdu. Hökumət maliyyə - pul sistemini nizamlamaq üçün 
1919-cu il sentyabrın 30-da Dövlət Bankı yaratdı. Görkəmli xeyriyyəçi sahibkar 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin