1920-ci il avqustun 26-da Azərbaycan SSR-də taxıl məhsulları üzərinə dövlət inhisarı qoyularaq həmin məhsulların satışı kəndlilərə qadağan
edilmişdi. Sovet Azərbaycanında yerləşən və
şəxsi heyəti 70 min nəfərdən çox olan Qırmızı Ordunu və fəhlələri çörək və digər kənd təsərrüfatı məhsulları ilə təmin etmək kimi çox ağır vəzifə Azərbaycan kəndlilərinin boynuna
yüklənmişdi. Qırmızı Ordunun müşayiəti ilə Azərbaycan kəndinə göndərilən və
Bakı şəhərinin erməni və rus əhalisinin nümayəndələrindən təşkil edilən
Xüsusi ərzaq ekspedisiyaları əhalinin əlində olan bütün taxıl və digər kənd təsərrüfatı
məhsullarını
ərzaq şapalağı adı ilə zorla alıb aparırdılar. On ay ərzində XI
ordunun böyük miqdarda ərzaq və paltara olan ehtiyacının ödənilməsinin "kiçik
Azərbaycan üçün həddindən artıq ağır olması" hətta rəsmi sənədlərdə açıq
şəkildə göstərilmişdi. Məcburi qaydada ərzaq şapalağının yığılması Azərbaycan
kəndlisini tamamilə müflisləşdirmişdi. Kəndlilərin haqlı narazılığı özünü "xalqın
hakimiyyəti" adlandıran Azərbaycan Sovet hökumətini 1920-ci ilin noyabrında
Lənkəran və Quba qəzalarından başqa, Azərbaycanın bütün ərazisində hər cür
taxıl yığımını dayandırmağa məcbur etmişdi.
Azərbaycan İnqilab Komitəsinin 1920-ci il mayın 12-də verdiyi iki
dekretlə bütün zümrələrin və mülki rütbələrin ləğv edilməsi, bundan sonra bütün
əhalinin Azərbaycan SSR-nin vətəndaşı adlandırılması və xalq məhkəmələrinin
yaradılması qərara alındı. Eyni zamanda Fəhlə - kəndli milisinin təşkilinə
başlandı. Fövqəladə Komissiya və Ali Hərbi Tribunal da yaradıldı. Ancaq
bolşeviklərin törətdiyi "qırmızı terror" şəraitində Azərbaycan vətəndaşının hər
hansı bir hüququndan və bu hüququn qorunmasından danışmağa dəyməzdi.
1 920-ci il mayın 7-də