verişli və təhlükəsiz beynəlxalq şəraitin yaradılması
və yeni dövlətin dünya
birliyi tərəfindən tanınması üçün çox çevik və ardıcıl
xarici siyasət xətti
yürütməyə başladı. Milli hökumət qonşu dövlətlərlə
normal münasibətlər
qurulmasına və saxlanmasına xüsusi əhəmiyyət verərək bu məsələni öz xarici
siyasətində daima diqqət mərkəzində saxlayırdı. Hökumətin xarici siyasətində
ilk və çox uğurlu addımlardan biri 1918-ci il iyunun 4-də
Batumda Osmanlı
dövləti (Türkiyə) ilə sülh və dostluq müqaviləsi
bağlanması oldu. Bu
müqavilə ilə Türkiyə tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması gənc
dövlətin beynəlxalq nüfuzunun artmasına gətirib çıxartdı. Batum müqaviləsinin
dördüncü maddəsi Azərbaycan üçün həyati əhəmiyyətə malik idi.
Çünki bu
maddə ilə milli hökumət Osmanlı dövlətindən hərbi yardım almaq imkanı
qazandı, Bakı şəhərinin düşməndən azad edilməsi və Qarabağda erməni silahlı
qüvvələrinin zərərsizləşdirilməsi haqqında Türkiyə hökumətindən təminat aldı.
Türkiyə hökuməti 4 iyun 1918-ci ildə Batumda Gürcüstan və
Ermənistanla da müqavilələr bağlayaraq onların da müstəqilliyini tanımışdı.
Cənubi Qafqaz respublikalarının ərazi hüdudlarını
və sərhəd xətlərini müəyyən
edən Türkiyənin razılığı əsasında tarixi Azərbaycan torpaqlarında qədim türk
şəhəri İrəvan paytaxt olmaqla,
Ermənistan respublikası
yaradıldı. Onun
ərazisi cəmi 10 min kvadrat kilometr idi.
Türkiyə hökuməti
Cənubi Qafqazda
kiçik və zəif Ermənistan dövləti yaratmaqla, "erməni məsələsini"
birdəfəlik həll edəcəyinə
və bununla da bölgədə daimi sülh yaranacağına ümid
bəsləyirdi. Ermənilər isə onlara dövlət yaratmağa imkan verən Osmanlı və
Azərbaycan türklərinə minnətdar olmaq əvəzinə, Ermənistan respublikasında
yaşayan türk - müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcəyinə, onların öz
ana dilində təhsil almasına, dini ibadətlərini sərbəst şəkildə yerinə yetirməsinə
şərait yaradılacağına dair üzərlərinə götürdükləri öhdəliklərin heç birinə əməl
etmədilər.
Cümhuriyyət hökuməti bolşevik-daşnak güruhunun azğınlıq
etdiyi
Bakı şəhərinin gələcək taleyini təhlükə altında qoyan
Dostları ilə paylaş: