Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə173/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   169   170   171   172   173   174   175   176   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

27 avqust 1918-ci il 
tarixli Sovet Rusiyası - Almaniya gizli sazişinin 
şərtlərinin aradan 
qaldırılması üçün Türkiyə ilə birlikdə kəskin diplomatik addımlar atmağa 
başladı. Çünki bu sazişə görə Almaniya Bakı neftinin 25% -i əvəzində, Bakı və 
onun neft rayonlarını Rusiyanın nüfuz dairəsi hesab etmişdi. Azərbaycan - 
Türkiyə hökumətlərinin diplomatik, siyasi və hərbi addımları nəticəsində bu 
mənfur plan pozuldu. 1918-ci il sentyabrın 15-də Bakı düşməndən azad edildi 
və o dövrün sənədlərində deyildiyi kimi "baş bədənlə birləşdi”. 
Almaniya ilə ittifaqda olan 
Osmanlı dövlətinin 
Birinci Dünya 
müharibəsində məğlub olaraq Antanta dövlətləri ilə 1918-ci il oktyabrın 30-da 
çox ağır şərtlərə malik 
Mudros barışığını imzalaması 
Azərbaycan 
respublikasının xarici siyasətinə çox mənfi təsir göstərdi. Türkiyənin 
məğlubiyyəti gənc dövlətimizi yeganə dayağından məhrum etdi və onun 
gələcək taleyində acınacaqlı rol oynadı. Sazişə əsasən Türkiyə ordusu Cənubi 
Azərbaycan və 
273 


Cənubi Qafqazı tezliklə tərk etməli, bir həftədən gec olmayaraq Bakıdan, bir 
aydan gec olmayaraq bütün Azərbaycandan çıxmalı idi. Bakı Antanta hərbi 
qüvvələri tərəfindən işğal olunmalı idi. Sazişə uyğun olaraq türk qoşunlarımn 
Bakını və Azərbaycam tərk etməsi ilə 1918-ci il noyabrın 17-də Antantamn üzvü 
olan İngiltərənin hindli sipahi əsgərlərdən təşkil olunmuş qoşunu general 
Tomsonun başçılığı ilə Bakıya daxil oldu. Cümhuriyyətin uzaqgörən siyasi 
liderləri Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan 
Xoyski və başqalarının məqsədyönlü fəaliyyəti nəticəsində qısa müddətdə Qərbi 
Avropa demokratiyası modelində qanunverici məclis olan 
Parlamentin 
çağırılması 
və 1918-ci il dekabrın 26-da onun qarşısında məsuliyyət daşıyan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin