sosial siyasəti "Müsavat" partiyasının
təqdim etdiyi proqram əsasında həyata keçirilirdi. Bu proqramda əksini tapnuş
8 saatlıq iş günü, həftədə bir gün istirahət, gecə növbəsinin ləğvi və məktəbyaşlı uşaqların işə cəlb olunmasının qadağan edilməsi, qadınlara ancaq onların sağlamlığına ziyan vurmayan işdə çalışmağa icazə verilməsi, qadınlar işləyən müəssisələrdə hökmən körpələr evinin olması, sosial sığortanın tətbiqi kimi çox mühüm tələblərin həyata keçirilməsinə Milli
hökumət və onun yaratdığı Əmək Nazirliyi xüsusi diqqət yetirirdi. Əmək
Nazirliyinin razılığı olmadan sahibkarlar işçiləri kütləvi şəkildə işdən çıxara
bilməzdilər. Dövlət büdcəsinin gəlirlərinin ölkə üzrə ümumi xərclərin
ödənilməsinə kifayət etmədiyi bir şəraitdə Cümhuriyyət hökuməti fəhlə və
qulluqçuların əmək haqqı və müavinətlərlə təmin olunmasına xüsusi diqqət
yetirirdi. 1919-cu ilin yanvann 1-dən fəhlələrə maaşla yanaşı, ailəli vətəndaşlara
ayda 300 manat, ailəsizlərə isə 120 manat pul vəsaitinin verilməsi haqqında
qərar çıxarılmışdı.
Milli-mədəni quruculuq. Cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq
Cümhuriyyəti çox qısa müddət ərzində
milli mədəniyyətimizin inkişafı üçün
çox böyük işlər görmüşdür.
Milli hökumətin mədəniyyət sahəsindəki siyasəti ilk növbədə milli
təhsil sisteminin yaradılmasına, dövlət quruculuğu sahəsində ən kəskin problem
olan milli kadrların hazırlanmasına, milli dövlətçiliyə sədaqətli və milli
mənəviyyata malik olan yeni bir gənc nəsil yetişdirməyə yönəlmişdi. Heç də
təsadüfi deyil ki. Cümhuriyyət hökuməti bu sahədə fəaliyyətinə
təhsil müəssisələrinin milliləşdirilməsindən başladı. Cümhuriyyət hökumətinin
1918-ci il 28 avqust tarixli qərarı ilə respublikanın ibtidai məktəblərində
şagirdlər öz ana dilində təhsil almalı idilər. Rəsmi dövlət dili olan
türk dili məktəblərdə məcburi fənn kimi öyrənilirdi. 1919-cu ilin sonuna kimi beş
gimnaziyanı çıxmaqla. Azərbaycandakı bütün qalan orta məktəblərin
milliləşdirilməsi başa çatdınimışdı. Azərbaycanlı uşaqlann rusdilli məktəbə
qəbulu qadağan edilmişdi. Rus orta məktəblərində hökmən həftədə 3-4 saat türk
dili fənni tədris olunurdu.
Orta məktəblərin yeni tədris proqramlarına “Rusiya tarixi” əvəzinə,
“Türk xalqlanmn tarixi“ fənni daxil edilmişdi.
Dövlət sənədlərinin yazılmasında ərəb əlifbasından istifadə edildiyi bir
şəraitdə, 1919-cu ilin martında yaradılmış Xüsusi komissiya tərəfindən