Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə166/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   162   163   164   165   166   167   168   169   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Həbib bəy 
Səlimovun 
başçılığı ilə bölgəyə yeridilən qoşun 1919-cu il avqustun 13-dən 
sentyabnn 3-dək bütün rus hərbi dəstələrini darmadağın edib ölkəmizdən 
qovmuşdu. Nəticədə hərbi nazir S.Mehmandarovun əmrində deyildiyi kimi, 
"Lənkəran qəzası və Muğan doğma Azərbaycana qaytarıldı". Milli ordu 
hissələri görkəmli sərkərdəmiz Həbib bəy Səlimovun başçılığı altında 1920-ci 
ilin müqəddəs Novruz günündə separatçı erməni qüvvələrinin Qarabağda 
qaldırdığı qiyamı da yatırdı. 
Əsgəran savaşında 
qiyamçılan və Ermənistandan 
göndərilən nizami ordunu darmadağın etdi. Əsgəran qalası üzərində yenə də 
Azərbaycan bayrağı 
dalğalanmağa başladı. Milli ordu tərəfindən Şuşa qalası 
da düşməndən təmizləndi. Qarabağ savaşında qazeınılan qələbə münasibəti ilə 
hərbi nazirimiz general Səməd bəy Mehmandarov əsgərlərə müraciətində 
demişdi: 
"Mən Almaniya cəbhəsində, bir çox savaşlarda olmuşam, lakin 
sizin kimi qəhrəman əsgərlərə nadir hallarda təsadüf etmişəm... Siz 
qanınızla gənc Azərbaycan Ordusunun namusunu qorudunuz!".
Cümhuriyyət hökuməti 
Azərbaycanın hərbi donanmasının 
yaradılması 
üçün də mühüm addımlar atmışdı. 1919-cu ilin yayında Bakını 
tərk edən ingilislərin Azərbaycan hökumətinə təhvil verdiyi hərbi sursat və 
hərbi gəmilər əsasında 
Xəzər Hərbi Donanması 
yaradıldı. Cənubi Rusiya 
ordusunun başçısı, çar generalı Denikinin qəti etirazlarına baxmayaraq, dəniz 
sərhədlərimizi qoruyan hərbi donanmamız şanlı Azərbaycan bayrağı altında 
üzürdü. 1919-cu ilin sonunda donanma üçün xaricdən 18 hərbi kater və 6 sualtı 
qayıq alınmışdı. 
Azərbaycan Xala Cümhuriyyətinin tarixi torpaglarımm erməni 
təcavüzündən aorumaa uğranda mübarizəsi.
Azərbaycanın Milli Şurasının 
1918-ci il mayın 29-da məcburi addım kimi 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin