§ 36. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.
Milli hökumətin daxili siyasəti
İstiqlaliyyət Bəyannaməsi" Azərbaycan Xala Cümhuriyyətinin
yaranması,
1918-ci il mart - aprel aylarında Bakıda və Azərbaycanın ayrı- ayrı
bölgələrində bolşevik - daşnak qüvvələri tərəfindən türk - müsəlman əhalisinə
qarşı çox dəhşətli soyqırımın törədilməsi. Cənubi Qafqazın əsas
260
hakimiyyət orqanı olan Zaqafqaziya Seyminin bunun qarşısını almaq üçün hər
hansı bir təsirli tədbirlər görmək istəməməsi, Seymdəki erməni - gürcü
çoxluğunun Osmanlı ilə savaşda uduzandan sonra da bu dövlətlə münasibətləri
normallaşdırmaq üçün heç bir ciddi addım atmaması Zaqafqaziya Federativ
Respublikasını siyasi böhrana sürüklədi. Bu respublikanın süqutu və Seymdə
təmsil olunan xalqlann öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə
çevrildi.
1918-ci il mayın 26-da Seymin sonuncu iclasında Gürcüstan Seymdən
çıxdığını bəyan etdi və Seym buraxıldı. Beləliklə, ilk olaraq Gürcüstan öz dövlət
müstəqilliyini elan etdi.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas
keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü
Müvəqqəti Milli Şura elan etdi. Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə
seçildi. Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən birinci iclasında
Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alındı və "İstiqlaliyyət
Bəyannaməsi" qəbul edildi. "İstiqlaliyyət Bəyannaməsi"ndə deyilirdi:
1.
"Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq
hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2.
Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
3.
Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə,
xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaqdır.
4.
Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyətindən,
dinindən, cinsindən, ictimai vəziyyətindən asılı olmayaraq bütün
vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.
5.
Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların
sərbəst inkişafına şərait yaradacaqdır.
6.
Məclisi - Müəssisə çağırılana qədər Azərbaycanda ali hakimiyyət xalqın
səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuramn qarşısmda cavabdeh
olan Müvəqqəti Hökumət sayılır".
"İstiqlaliyyət Bəyannaməsi"nin verildiyi elə həmin gün - mayın 28-də
Milli Şuranın tapşırığı ilə Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk
hökumət kabineti təşkil edildi.
Beləliklə, milli-azadlıq hərəkatının üçüncü mərhələsinin əsas yekunu
olaraq xalqımız öz dövlət müstəqilliyinə qovuşdu. Azərbaycan Xalq
Cümhuriyyəti bütün Türk və Müsəlman dünyasında dünyəvi təməl üzərində
qurulan ilk Türk dövləti idi.
Cənubi Qafqazda yaranan yeni dövlətlərin sərhədlərinin müəyyən
edilməsi məsələsində erməni nümayəndələri çox çətin vəziyyətə düşmüşdülər.
Çünki Ermənistan dövləti yaratmaq üçün onların siyasi mərkəz olacaq şəhərləri
yox idi. Azərbaycan Milli Şurası 1918-ci il may ayının 29-da erməni Milli
Şurasının müraciəti əsasında ermənilərin Dağlıq Qarabağa olan iddialarından
imtina etməsi şərti ilə İrəvan şəhərinin onlara güzəştə gedilməsi haqqında qərar
çıxartdı. Gürcüstanla sərhəd məsələsi dinc yolla həll edildi.
261
Gürcülərin Zaqatala dairəsinə iddiası əsasında dairənin əhalisi arasında rəy
sorğusu keçirildi və sorğunun nəticəsinə görə Zaqatala dairəsi Azərbaycanın
tərkibində saxlanıldı.
Azərbaycan Milli Hökumətinin xarici siyasət sahəsində ilk diplomatik
addımı və böyük uğuru 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum
müqaviləsinin bağlanması oldu. Bu müqavilə əsasında Osmanlı impera- torluğu
Azərbaycan Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Batum müqaviləsinin
dördüncü maddəsi yeni yaranmış dövlətimiz üçün həyati əhəmiyyətə malik idi.
Çünki həmin maddəyə görə ölkəmizin təhlükəsizliyinin təmin olunması
ehtiyacı yaranardısa, Osmanlı hökuməti Azərbaycan hökumətinə hərbi yardım
göstərməyi öhdəsinə götürmüşdü. Müqaviləni imzalayan Azərbaycan
nümayəndələri - M.Ə.Rəsulzadə və M.H.Hacınskinin Türkiyə hökumətindən
hərbi yardım istəyinə dərhal müsbət cavab verildi və iyun ayının birinci
yarısında Nuru paşanın başçılığı ilə türk qoşunu Gəncəyə gəldi.
1918-ci ilin iyun ayının 16-da Azərbaycan Milli Şurası və Milli
hökuməti Tiflisdən Gəncəyə köçdü. İyun ayının 17-də Azərbaycan Milli Şurası
müvəqqəti olaraq öz işini dayandıraraq bütün səlahiyyətlərini Fətəli xan
Xoyskinin başçılıq etdiyi Müvəqqəti Hökumətə verdi. Hökumət isə 6 aydan gec
olmayaraq Müəssislər Məclisini çağırmalı idi. 1918-ci il iyunun 17-də
F.Xoyskinin başçılığı ilə Gəncədə təşkil olunan ikinci hökumət kabinetinin əsas
vəzifəsi Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini ölkənin bütün ərazisinə
yaymaqdan və Bakı şəhərini Azərbaycan xalqının düşmənlərindən azad
etməkdən ibarət idi.
Bu zaman Bakı şəhərində bədnam erməni sovet hökuməti - XKS
azğınlıq edir, at oynadırdı. Bakı XKS-nın quldur dəstələri bütün Şimali
Azərbaycanı ələ keçirtmək üçün hərbi yürüşə başlamışdı. Məqsəd
istiqlaliyyətimizin beşiyi olan Gəncə şəhərini ələ keçirtmək idi. Lakin düşmənin
bu arzusu ürəyində qaldı.
İyunun 27-dən iyulun 1-dək Göyçay yaxınlığında baş vermiş həlledici
döyüşdə Osmanlı və Azərbaycan türklərindən ibarət Qafqaz İslam Ordusu Bakı
XKS-nin qoşunlarını darmadağın etdi. Göyçay məğlubiyyəti Bakı XKS-nin
süqutunu sürətləndirdi. Qafqaz İslam Ordusunun və Azərbaycan könüllü hərbi
dəstəsinin Bakıya doğru irəliləməsi mart soyqırımını törətmiş Bakı Sovetini
bərk qorxuya salmışdı. XKS-nin əsas dayağı olan Sovet Rusiyası da hər hansı
bir yardım göstərmək iqtidarında deyildi. Bakı Sovetinin eser-menşevik
çoxluğu yeganə ümid yeri kimi ingilisləri köməyə çağırmaq təklifi ilə çıxış
etdilər. S.Şaumyanm başçılıq etdiyi bolşeviklər səsvermə zamanı azlıqda
qaldılar və tamamilə nüfuzdan düşmüş bolşevik - daşnak güruhu istefa verməyə
məcbur oldu. Beləliklə, 1918-ci il iyulun 31-də Bakı XKS süquta uğradı.
Bolşeviklərə düşmən mövqedə dayanan eser - menşeviklər daşnaklarla ittifaqa
girərək XKS-nin yerində avqustım 1-də "Sentrokaspi diktaturası" adlandırılan
mürtəce bir hakimiyyət orqanı yaratdılar. "Sentrokaspi diktaturasının" gördüyü
yeganə xeyirli iş
262
Azərbaycanlı əhalinin qarət olunması hesabına toplanmış 80 kq-a qədər qızıl və
zinət əşyalanm, zəruri ərzağı, silah və sursatı "Ərdəhan" gəmisinə yükləyib,
Həştərxana qaçmağa hazırlaşan komissarlan S.Şaumyan başda olmaqla həbs
etməsi oldu. Onu da qeyd etmək lazımdır ki, "Sentrokaspi diktaturası" yıxılan
kimi A.Mikoyan tərəfindən həbsdən azad edilən komissarlar yenidən gəmi ilə
Həştərxana yola düşüb. Sovet Rusiyasına üz tutmuşdular. Sağ - salamat ora
çatsaydılar, türk - müsəlman xalqlanna qarşı hələ çox cinayət törədəcəkdilər.
Tökdükləri günahsız insan qamna görə böyük yaradan buna imkan vermədi.
Gəmi tufana düşərək geriyə Bakı limamna qayıtdı. Yenidən həbs olunmuş
komissarlar 1918-ci il sentyabnn 15-də Bakı azad edildikdən sonra ingilislər
tərəfindən Türkmənistana apanidılar. Burada S.Şaumyan başda olmaqla,
komissarlar bolşeviklərə düşmən olan sol eserlər tərəfindən güllələnərək öz
layiqli cəzalarına çatdılar.
"Sentrokaspi diktamrası" da antiAzərbaycan siyasəti yeridirdi və Bakı
şəhərində heç bir dayağı yox idi. Köməyə çağırdığı ingilis qoşunu da onu xilas
edə bilmədi. 1918-ci ilin sentyabrın 15-də Türkiyənin Qafqaz İslam Ordusu və
Azərbaycan könüllü hərbi dəstəsi Bakım düşmənlərdən azad etdi. "Sentrokaspi
diktaturası" süquta uğradı. Sentyabnn 17-də Azərbaycan hökuməti Gəncədən
Bakıya köçdü. Bakı şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan
edildi. Bakıya köçən Azərbaycan hökuməti mart soyqınmma görə qisas hissi ilə
alışıb yanan və Qafqaz İslam ordusu Bakıya gələnədək xeyli sayda erməni
quldurunu məhv edən Azərbaycan türklərinin şəhərdəki erməni məhəllələrinə
hücumlarının qarşısını qətiyyətlə aldı. Cümhuriyyətin bu addımı bəyan etdiyi
prinsiplərinə nə qədər sadiq qaldığını açıq şəkildə nümayiş etdirdi. Bu, tarixdə
çox nadir halda rast gəlinən ifrat inseınpərvərlik nümunəsi idi.
Dostları ilə paylaş: |