Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


canlı şahidi olmuş Məhəmməd Muradzadə



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə159/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   155   156   157   158   159   160   161   162   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

canlı şahidi olmuş Məhəmməd Muradzadə 
atasının meyidinin tapılaraq müsəlman qaydasında dəfn edilməsinə görə 
Bakı şəhər sakinlərinin çoxunun ona qibtə ilə yanaşmasını ürək ağrısı ilə 
yazırdı. Onun sözlərinə görə çox şəhidin meyidi o gün tapılmadı.
S.Şaumyanın başçılıq etdiyi erməni - daşnak qüvvələrinin soyqırım 
törətməkdə əsas məqsədlərindən biri də sözsüz ki, 
müsəlman əhalinin var - 
dövlətini qarət etməkdən 
ibarət idi. Mart soyqırımı zamanı Bakı əhalisindən 
400 milyon manatlıq daş - qaş və əmlak qarət edilib götürülmüşdü. Heç də 
təsadüfi deyil ki, Bakı XKS-nin süqutundan sonra Bakıdan gəmi ilə qaçarkən 
həbs olunan S.Şaumyana məxsus yüklərin içindən 80 milyon manata yaxın qızıl 
pul tapılmışdı. 
S.Şaumyanın başçılıq etdiyi "erməni sovet hökuməti" bu soyqırım 
nəticəsində Bakıda tamamilə möhkəmləndi. İndi onun əsas məqsədi Sovet 
Rusiyasımn yeni planını reallaşdırmağa - 
bütün Azərbaycanı ələ keçirməyə 
yönəlmişdi. Nə yaxşı ki, 1918-ci ilin mayında 
Azərbaycan Xalq Cümhu-
256 


riyyətinin yaranması ilə yadelli düşmənlərin bu mənfur planı pozuldu. 
Bakı Sovetinin antiazərbaycan siyasəti nəticəsində 1918-ci il qanlı mart 
- aprel hadisələrindən sonra Bakı şəhərində demək olar ki, azərbaycanlı 
qalmamışdı. Sağ qalanlar şəhəri tərk edib getmişdilər. Qalib erməni - daşnak 
ordusu Bakıda azğınlıq edir və özünü şəhərin əsil sahibi kimi apanrdı. 
Erməni cildinə girmiş Sovet hakimiyyəti bolşevik və erməni 
mətbuatından başqa, bütün qəzet və jurnalları bağladı. Hərbi qüvvələrini 
möhkəmləndirmək üçün iri sənaye müəssisələri üzərinə 50 milyon manat 
məbləğində təzminat qoydu. Şəhərin bütün nəqliyyatı Bakı Sovetinin ixtiyarına 
verildi. Şəhərin rəisi vəzifədən götürüldü və erməni V.Avakyan Bakı və ətraf 
rayonların rəisi təyin edildi. Erməni Milli Şurasından başqa bütün Milli 
Şuraların fəaliyyəti qadağan olundu. F.Xoyskinin başçılıq etdiyi Bakı Şəhər 
Duması aprelin 20-də buraxıldı. 1918 -ci il aprelin 25-də şəhərdə əsas 
hakimiyyət orqanı kimi Bakı Xalq Komisarları Soveti (XKS) yaradıldı və 
S.Şaumyan onun sədri seçildi. Bakı XKS əslində Sovet Rusiyasının Bakıda 
fəaliyyət göstərən yerli orqanına çevrilmişdi və birbaşa Moskvaya tabe idi. 
Sovet Rusiyasının göstərişləri ilə işləyən Bakı XKS ilk növbədə bankların 
milliləşdirilməsi adı altında Bakıdakı bütün pul vo zinət əşyalarını zəbt etdi. Bu 
işə erməni A.Mikoyan rəhbərlik edirdi. Türk düşməni Şaumyanm başçılıq etdiyi 
Bakı Sovetinin və XKS-nin tərkibində yolunu azaraq bolşevizmə yuvarlanmış 
və düşmənimiz erməniyə yoldaş olmuş 3 azərbaycanlı da var idi. Onlardan biri 
olan Məşədi Əzizbəyovu S.Şaumyan ələ salaraq şəhərin soyqırım nəticəsində 
boş qalmış müsəlman hissəsinə komissar təyin etmişdi. Nəriman Nərimanov 
şəhər təsərrüfatı komissarı, Mir Həsən Vəzirov isə Torpaq işləri üzrə komissar 
təyin edilmişdi. Əslində Azərbaycanlı komissarlara ikinci - üçüncü dərəcəli 
vəzifələr həvalə olunmuşdu. Bakı XKS-nin 1918-ci il 2 iyun dekreti ilə 
Azərbaycanın neft sənayesi və Xəzər Ticarət Donanması onun əsil sahiblərinin 
əlindən alınaraq milliləşdirilmişdi. 1918-ci il aprel - iyul ayları ərzində Bakı 
XKS-nin zorakı tədbirləri nəticəsində Bakıdan Sovet Rusiyasına 1,3 milyon 
tona yaxın neft və neft məhsullan heç bir əvəzi ödənilmədən daşmıb aparılmışdı. 
Düşmən sərvətlərimizi talan etmək üçün yaxşı imkan qazanmışdı. 
Bakı XKS-nin hakimiyyəti dövründə onun ən ciddi problemi şəhərin 
ərzaqla təchizatını təmin edə bilməməsi idi. Şəhərdə ərzaq böhranının əsas 
səbəbi Bakı şəhərinin kəndlərlə əlaqəsinin kəsilməsi və xüsusilə, Azərbaycan 
kəndlilərinin haqlı olaraq Bakı XKS-yə düşmən münasibət bəsləməsi idi. Ərzaq 
böhrammn bir səbəbi də Bakı Sovetinin yeganə dayağı olan böyük qoşun 
hissələrinin saxlanmasının ciddi problemə çevrilməsi idi. Sovet Rusiyasından da 
Bakıya böyük bir hərbi qüvvə və çoxlu silah - sursat göndərilmişdi. Ancaq 
XKS-nin hərbi qüvvələri may ayının sonunadək tamamilə erməniləşdirilmişdi. 
Bu qüvvələrdə qulluq edən əsgərlərin yaridan çoxu - 13 min nəfəri, zabitlərin isə 
hamısı erməni idi. Hərbi qüvvələrə ümumi komandanlıq isə türk - müsəlman 
əhalisinə qarşı soyqırımda xüsusi 
257 


amansızlığı ilə fərqlənən erməni polkovniki Z.Avetisov, N.Kazaryan və 
Amazaspm əlində idi. Şaumyan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin