Zaqafqaziya Komissarlığı adlandırılan bir
qurum yaradıldı. Cənubi Qafqazın hər üç milləti - Azərbaycan türkləri, gürcülər,
ermənilər Komissarlıqda təmsil olunmuşdular. Rusiyada keçiriləcək
Müəssisələr Məclisinə qədər özünü Cənubi Qafqazın hökuməti elan etmiş
Zaqafqaziya Komissarlığında azərbaycanlılardan F.Xoyski, M.Cəfərov,
X.Xasməmmədov, X.Məlikaslanov müxtəlif nazirliklərin başçısı vəzifəsini
tutmuşdular. 1917-ci il noyabr ayının 26-da Rusiyanın Müəssisələr Məclisinə
keçirilən seçkilərdə gürcü menşevikləri 11, müsavatçılar 10, daşnaklar 9,
müsəlman sosialist bloku 2, bolşeviklər, eserlər və ittihadçılar hərəyə 1 yer əldə
etmişdilər. Seçkilər bütün Zaqafqaziya seçki dairəsində, yalnız Bakının
hesabına 4,4 % səs toplayaraq cəmi 1 yer qazanan bolşeviklərin bölgədə çox
cüzi sosial bazaya malik olduğunu açıq şəkildə göstərdi. Seçkilər həm də aydın
şəkildə sübut etdi ki, Azərbaycan türklərinin böyük əksəriyyəti siyasi
mübarizədə "Müsavat" partiyasına inanır və onu müdafiə edir. 1918-ci ilin mart
ayında bolşeviklərin daşnaklarla birləşib Azərbaycan türklərinə qarşı qətliam
törətməsinin əsil səbəbini də məhz bunda axtarmaq lazımdır.
Zaqafqaziya Komissarlığının xarici siyasətdə ilk müstəqil addımı
1917-ci il dekabr ayının 5-də Osmanlı dövləti ilə
Ərzincan barışığını imzalaması oldu. 14 maddədən ibarət olan barışıq sazişinin bağlanması ilə
Qafqaz cəbhəsində olan rus qoşunlan bölgədən çəkilməli idi. Rus qoşunlarının
tərkibində Osmanlı dövlətinə qarşı döyüşmüş çoxlu sayda erməni və gürcü hərbi
dəstələri də var idi. Belə dəstələrdən birinə türk - müsəlman əhalisinə qarşı
törətdiyi vəhşiliklərə görə ad çıxarmış qaniçən erməni qulduru An- dronik
başçılıq edirdi. Tiflis - Bakı dəmir yolu ilə cəbhədən qayıdan rus qoşunları öz
silah - sursatlarını erməni və gürcülərə dərhal təhvil verir, Bakı bolşeviklərini
silahlandırırdı. Bir çox rus əsgər və zabitləri, hətta vətəni Rusiyaya geri
dönməyib, Bakı Sovetində hərbi qulluğa girirdilər.