Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


partiyasına məxsus idi. Beləliklə, Seymdə ən çoxsaylı fraksiya kimi müsəlman



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə157/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   153   154   155   156   157   158   159   160   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


partiyasına məxsus idi. Beləliklə, Seymdə ən çoxsaylı fraksiya kimi müsəlman 
partiyaları bloku çıxış edirdi. Seym fəaliyyətə başlayan kimi Zaqafqaziya 
Komissarlığı özünü buraxılmış elan etdi. 1918-ci il martın 3-də Sovet Rusiyası 
ilə Almaniya arasında bağlanmış Brest - Litovsk müqaviləsi Cənubi Qafqazdakı 
proseslərə çox ciddi təsir göstərdi. Çünki bu müqaviləyə görə vaxtilə Rusiyanın 
Osmanlıdan qopardığı türk torpaqları olan Ərdəhan, Qars və Batum Türkiyəyə 
qaytarılırdı. 1918-ci il martın 14-də Seymdə təmsil olunan Azərbaycan, gürcü 
və erməni millətlərinin nümayəndələrindən ibarət diplomatik heyət Trabzonda 
Osmanlı dövləti ilə danışıqlara başladı. Osmanlı dövləti Seym qarşısında belə 
bir tələb qoydu ki, Seym Rusiyadan ayrılaraq öz müstəilliyini elan etməli və 
Qars, Batum və Ərdəhana olan iddialarından əl çəkməlidir. Bir çox tarixi türk 
torpaqlarını gələcək dövlətlərinin tərkibində görmək arzusu ilə yaşayan erməni 
və gürcüləri bu qane etmədiyindən Trabzon konfransını yarımçıq tərk etdilər. 
Martın 19-da Ərdəhanı geri alan türklər burada müsəlman əhalini terrora məruz 
qoyan erməni hərbi hissələrini tərk-silah etdilər. 
Azərbaycan fraksiyasının qəti etirazlarına baxmayaraq, Zaqafqaziya 
Seyminin erməni - gürcü çoxluğu 1918-ci il aprelin 13-də Osmanlı dövləti ilə 
müharibəyə başlamaq haqqında qərar qəbul etdi. Trabzon konfransı öz işini 
dayandırdı və müharibə başladı. Müharibədə erməni - gürcü qüvvələri biabırçı 
şəküdə məğlubiyyətə uğradılar. Aprelin 15-də türklər Batumu geri aldılar. 
Zaqafqaziya Seymi Türkiyənin tələblərini yerinə yetirməyə məcbur 
oldu və Brest sülhünün şərtləri qəbul edildi. Seym 1918-ci il aprelin 22-də 
Zaqafqaziya Federativ Demokratik Respublikasının yarandığını elan etdi. Bu 
respublika ilə Osmanlı dövləti arasında mayın 11-də Batumda başlayan 
danışıqlar mayın 26-da Seymin buraxılması ilə yarımçıq qaldı. 
253 


1918-
ci ilin Mart soyqırımı 
Cənubi Qafqazda əwəl Zaqafqaziya Komissarlığının, sonra isə 
Zaqafqaziya Seyminin səlahiyyət dairəsindən kənarda qalan yeganə şəhər Bakı 
idi. Çünki Rusiya Sosial - Demokrat Fəhlə Partiyasının yerli təşkilatı olan Bakı 
Komitəsinin bolşevik rəhbərliyi 1917-ci il noyabrın 2-də Bakı şəhərində Sovet 
hakimiyyəti elan etmişdi. S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin əsas 
dayağı Sovet Rusiyası idi. V.İ.Lenin Cənubi Qafqaz xalqlarımn milli azadlıq 
mübarizəsini diqqətlə izləyirdi. O, yaxşı başa düşürdü ki. Cənubi Qafqazda baş 
verən siyasi proseslər gec-tez müstəqil Azərbaycan dövlətinin yaradılması ilə 
nəticələnəcəkdir. Bunun qarşısını almaq üçün Qafqazın Fövqəladə Komissarı 
təyin etdiyi S.Şaumyana neftlə zəngin olan Bakıda hakimiyyəti tam şəkildə ələ 
keçirməyi tapşırmışdı. Plana görə bundan sonra bütün Azərbaycan işğal edilməli 
idi. 
1918-ci 
ilin 
mart-aprel 
aylarında 
Şimali 
Azərbaycanda 
erməni-daşnak-bolşevik qüvvələri tərəfindən kütləvi şəkildə soyqınmm 
törədilməsinin əsl səbəbini məhz bunda axtarmaq lazımdır. 
Bakı Sovetinin rəhbərliyi bu müthiş planın həyata keçməsinə 1918-ci 
ilin əvvəllərində başladı. Bakı Sovetinin şəhərdə hakimiyyəti tamamilə ələ 
keçirməsi yolunda əsas maneə bütün şəhər təsərrüfatına rəhbərlik edən Duma və 
Müsəlman Milli Şurası idi. Bakı Şəhər Dumasına görkəmli siyasi xadim Fətəli 
xan Xoyski başçılıq edirdi. Bakı Soveti Şəhər Dumasının fəaliyyətini 
məhdudlaşdıraraq əhalinin ərzaqla təchizatını, maliyyəni, poçt, teleqraf üzərində 
nəzarəti ələ keçirdi. 1918-ci il 15 yanvar tarixli dekret ilə Bakı Sovetinin silahlı 
qüvvələrinin yaradılmasına başlandı. Qırmızı qvardiya, donanma və milis 
dəstələri Bakı Sovetinə tabe edildi. Mart hadisələri ərəfəsində müharibə 
cəbhələrindən qayıdan 8 min silahlı erməni Bakıda toplanmışdı. Daşnak 
partiyası fərarilik edən rus əsgərlərindən çoxlu silah - sursat satın alıb, Bakıya 
yığmışdı. Qafqaz cəbhəsindən qayıdan rus əsgər və zabitləri Bakı Soveti 
tərəfindən hərbi xidmətə cəlb olunmuşdu. Mart qırğım ərəfəsində S.Şaumyanın 
başçılıq etdiyi Bakı Sovetinin ixtiyarında 20 minlik hərbi qüvvə var idi. 
V.İ.Leninin başçılıq etdiyi Sovet Rusiyası S.Şaumyana 500 min manat pul 
vəsaiti, çoxlu silah-sursat, top, hətta aeroplan göndərmişdi. Cənubi Qafqazın 
müsəlman-türk əhalisinin yaşadığı bütün ərazilərində olduğu kimi, Bakıda da ən 
nüfuzlu təşkilat "Müsavat" partiyası idi və bolşeviklər o dövrdə keçirilən bütün 
seçkilərdə bu partiyaya uduzmuşdular. Xeyli hissəsi erməni əsilli olan 
bolşeviklər və onlann hakimiyyət orqanı Bakı Soveti Bakı şəhərində qırğın 
törətməklə bir neçə məsələni eyni vaxtda həll etmək istəyirdi. 1. Sovet 
Rusiyasının mənfur işğal planının həyata keçirilməsi 2. Müsəlman-türk əhalisini 
qırmaqla, Bakını rus- erməni şəhərinə çevirmək 3. Əsas rəqibi olan "Müsavat" 
partiyasını, sosial bazası ilə birlikdə məhv etmək 4. Milli siyasi qüvvələrə divan 
tutmaqla xalqımızın azadlıq mübarizəsini başsız qoymaq 
1918-ci il mart ayının 15-də Bakı Soveti ilə “Daşnaksütun” partiyası 
254 


və digər erməni təşkilatlan arasında müsəlman - türk əhaliyə divan tutmaq və 
şəhəri əsil sahiblərindən təmizləmək haqqında gizli razılıq əldə olunmuşdu. 
Qırğın ərəfəsində Bakı Sovetinin rəhbərliyi bütün vasitələrlə müsəlman - türk 
əhalini silahsızlaşdırıb, müdafiəsiz vəziyyətə salmağa çalışırdı. Əvvəlcə 
cəbhədən qayıtmış müsəlman korpusunun komandanı general Xəlil bəy 
Talışinskini həbs etdilər. Martın 24-də Lənkərana yola düşməyə hazırlaşan 
"Evelina" gəmisindəki müsəlman hərbçilər bolşeviklər tərəfindən tərk - silah 
edildilər. 
1918-ci il mart ayının 30-da Bakı Sovetinin rəhbərlik etdiyi bolşevik - 
daşnak hərbi dəstələri Bakı şəhərində türk - müsəlman əhaliyə qarşı soyqırımı 
həyata keçirməyə başladı. Üç gün davam edən Bakı qırğınlan zamanı 
əksinqilabçı və müsavatçı adı ilə 12 min nəfər dinc əhali amansızlıqla qətlə 
yetirildi. Bolşevik - daşnak qüvvələri tərəfindən o dövrün gözəl memarlıq 
abidəsi olan və Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə” 
binası, Şərqin ilk teatn olan 'Tağıyev teatn", "Açıq söz" və "Kaspi" qəzetlərinin 
redaksiyaları, “Şeyxqubad” məscidi yandırıldı, "Təzə pir" məscidi isə dağıdıldı. 
Qocaya, qadına, hətta körpə uşaqlara belə aman verməyən bolşevik - 
daşnak quldurlarının Bakı şəhərində dinc əhaliyə qarşı hansı məqsədlə soy- 
qınm törətdiklərini bu qırğınlara rəhbərlik edən S.Şaumyan 13 aprel 1918-ci 
ildə rəsmi hesabatında açıq şəkildə belə izah etmişdi: "Biz buna şüurlu şəkildə 
yol verdik... Biz döyüşlərdə parlaq qələbə qazanmışıq. Düşmən tamamilə 
darmadağın edilmişdir. "Daşnaksütun** partiyasının köməyi ilə müsəlman 
"əksinqilabı" ləğv edilmişdir... Əgər müsəlman '*əksinqila- bı" qalib gəlsəydi, 
Bakını Azərbaycanın paytaxtı elan edərdi və Zaqafqaziya Rusiya üçün itirilmiş 
olardı". Xalqımızın qatili S.Şaumyan müsəlman "əksinqilabı" dedikdə, 
müsavatçıları və digər milli qüvvələri nəzərdə tuturdu. 
Xalqımızın düşmənləri təkcə Bakı şəhəri ilə kifayətlənmək fikrində 
deyildilər. Aprel ayının əvvəllərindən Şamaxı, Quba, Xaçmaz, Lənkəran, 
Salyan və digər bölgələrdə də bolşevik - daşnak hərbi qüvvələri tərəfindən 
böyük qətliam və talanlar törədildi. Tək bir Şamaxı qəzasında 72 kənd 
dağıdılmış və Şamaxı şəhəri də daxil olmaqla qəzada daşnak və bolşevik quldur 
dəstələri tərəfindən 18 min nəfərdən çox türk-müsəlman qətlə yetirilmişdi. 
Erməni vəhşiliyinin qurbanlarınin 1653 nəfəri qadın, 965 nəfəri isə uşaq idi. 
S.Şaumyanm Şamaxıdakı qırğınlara rəhbərlik edən köməkçisi, erməni 
S.Lalayanm əmri ilə qoca, qadın və uşaqların sığındığı bütün məscidlər od 
vurularaq yandırılmışdı. Quba qəzasındakı qətliamlara S.Şaumyanm xüsusi 
səlahiyyət verdiyi erməni qulduru Amazasp başçılıq edirdi. Amazaspm cəza 
dəstəsi aprel ayında Quba qəzasında 162-dən çox müsəlman kəndini məhv 
etmişdi. Ümumiyyətlə, bu qırğınlar zamanı Quba şəhəri də daxil olmaqla 
qəzada 16 min nəfərdən çox türk və müsəlman əhali qətlə yetirilmişdi. Lənkəran 
qəzasında isə ermənilər tərəfindən 3 minə yaxın dinc əhali məhv 
255 


edilmişdi. Bakı quberniyasında türk - müsəlman soyqırımı 1918-ci ilin sentyabr 
ayının 15-dək, yəni Bakı şəhəri mənfur düşməndən azad olunana qədər davam 
etmişdi Azərbaycan əhalisinə qarşı törədilən bu qırğınlarda erməni kilsəsi və 
erməni ziyalıları da yaxından iştirak etmişdilər. Ümumiyyətlə, 1918-ci ilin mart 
- aprel ayları ərzində Bakı quberniyasında 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin