Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə167/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   163   164   165   166   167   168   169   170   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

türk şəhəri İrəvanın 
ermənilərin 
yaratdığı Ermənistan (Ararat) respublikasının paytaxtına çevrilməsinə razılıq 
verilməsindən sonra da, bu nankor və məkrli toplumun Azərbaycana ərazi 
iddialarının ardı-arası kəsilmədi. Ermənistan respublikası cəmi 10 min kvadrat 
kilometr əraziyə malik olub, Cənubi Qafqazda ən kiçik dövlət qurumu idi. Kiçik 
olsa da, iştahası çox böyük idi və demək olar ki, bölgədəki 
266 


türk - müsəlman əhalinin yaşadığı bütün əraziləri özününkü hesab edir və 
"böyük Ermənistan" arzusu ilə yaşayırdı. Bu dövrdə erməni təcavüzünün əsas 
hədəfində Azərbaycanın Zəngəzur, Naxçıvan və Qarabağ torpaqları idi. 
Ermənistan Respublikası yaranan kimi ermənilər onlara yaxınlıqda 
yerləşən Zəngəzur və Naxçıvan torpaqlarına təcavüzə başladılar. Türk xalqının 
qəddar düşməni Andronikin daşnak quldur dəstələri birbaşa Ermənistan 
hökumətinin göstərişləri əsasında 1918-ci ilin yay - payız aylarında Naxçıvan, 
Zəngəzur və Qarabağ bölgələrində Azərbaycan Cümhuriyyətinin sərhədlərini 
pozaraq dinc əhaliyə qarşı kütləvi soyqırım həyata keçirdilər. Nəticədə 
Zəngəzurda 115, Cavanşir, Cəbrayıl və Şuşa qəzalarında 21, İrəvan 
quberniyasında isə 60-dan çox Azərbaycan kəndi məhv edildi və 100 mindən 
çox türk - müsəlman əhalisi öz doğma yurdundan didərgin salınaraq qaçqın 
düşdü. Erməni təcavüzü nəticəsində yaranmış qaçqın problemi gənc Azərbaycan 
Respublikasının mövcud olduğu dövrdə ölkənin sosial - iqtisadi həyatına aid 
məsələlərə lazım olan qədər diqqət və qayğı göstərilməsinə imkan vermədi. 
Cümhuriyyət hökuməti tarixi torpağımız olan Qarabağı erməni 
təcavüzündən qorumaq və bu bölgədə qayda - qanun yaratmaq üçün 1919-cu ilin 
əvvəllərindən çox qətiyyətli addımlar atmağa başladı. 1919-cu il yanvar ayının 
15-də Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarından ibarət Qarabağ 
general qubernatorluğu yaradıldı və fövqəladə səlahiyyətlər verilməklə, Xosrov 
bəy Sultanov general-qubernator təyin edildi. Xosrov bəy Sultanovunun 
qətiyyətli tədbirləri nəticəsində Andronikin və digər daşnak qüvvələrinin 
Qarabağa quldur basqınlarına son qoyuldu və separatçı qüvvələr buradan 
çıxarıldı. Cümhuriyyət hökumətinin sülhsevər və humanist siyasəti nəticəsində 
bölgənin dinc erməni əhalisi Azərbaycan hökumətinin hakimiyyətini tanıdı. 
Beləliklə, Qarabağda və onun dağlıq hissəsində Azərbaycanın suveren hüquqları 
təmin olundu. Xosrov bəy Sultanovun qətiyyətli addımları və müttəfiq 
dövlətlərin təzyiqi altında Andronik nəinki Azərbaycan, hətta Cənubi 
Qafqazdan qaçmağa məcbur oldu. 
30 oktyabr 1918-ci il Mudros sazişinə görə Osmanlı qoşunlan 
Azərbaycanı, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanı tərk etməli oldu. 
Bölgənin azərbaycanlı əhalisi özünü və torpağını qorumaq üçün hələ ki, güclü 
dövlət idarələrinə və nizami hərbi qüvvələrə malik deyildi. Milli vətənpərvər 
qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci ilin 
noyabr ayında Araz-Türk respublikasını yaratdılar. Bu respublikanın ərazisi 
Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını, Sərdərabad, Uluxanlı, 
Qəmərli, Vedibasar, Mehri və başqa bölgələri əhatə edirdi. Mərkəzi isə 
Naxçıvan şəhəri idi. Araz - Türk respublikası Naxçıvanın daşnak hücumlarından 
qorunmasında mühüm rol oynadı. Cümhuriyyət hökuməti Naxçıvanda öz 
suveren hüquqlarını və hakimiyyətini qəti şəkildə bərqərar etmək üçün 1919-cu 
il fevralın 28-də Araz - Türk respublikasının yerində Naxçıvan general 
qubernatorluğu yaratdı. Bəhram xan Naxçıvanski general qubernator təyin 
edildi. 
267 


Çox maraqlıdır ki, indikindən fərqli olaraq o dövrdə Azərbaycan Xalq 
Cümhuriyyəti və Ermənistan respublikası bir-birini tanımışdı. Cümhuriyyətin 
Ermənistanda diplomatik nümayəndəliyi açılmış və 1919-cu il yanvarın 29- da 
Məhəmməd xan Təkinski İrəvana səfir təyin edilmişdi. 
1919-
cu ildə Zəngəzur bölgəsində Azərbaycan və Ermənistanın silahlı 
qarşısdurmasını aradan qaldırmaq və iki dövlət arasında normal dinc qonşuluq 
münasibətləri yaratmaq üçün ABŞ-m vasitəçiliyi ilə aparılan danışıqlar həmin 
ilin noyabrın 23-də Tiflisdə saziş bağlanması ilə nəticələndi. Tərəflər bir daha 
bir - birlərinə qarşı silah işlətməməyi və bütün mübahisəli məsələləri sülh yolu 
ilə həll etməyi, sərhəd məsələsini isə növbəti sülh konfransında qəti şəkildə həll 
etməyi öhdələrinə götürmüşdülər. Cümhuriyyət hökuməti sazişə əsasən üzərinə 
götürdüyü öhdəliyə sadiq qaldı və xain erməni sözünə səmimi şəkildə inanaraq 
qısa müddətdə Zəngəzurdan öz qoşun hissələrini çıxartdı. Bu fürsətdən dərhal 
yararlanan Ermənistan höküməti bölgəyə əlavə olaraq 7 minlik nizami qoşun 
hissələri yeritdi. Nəticədə Zəngəzurda daha 40 Azərbaycan kəndi talan edildi, 
əhalisi isə qətlə yetirildi. 
Azərbaycan Xalq Cümhuriyyətini yıxmaq üçün erməni daşnak 
hökuməti 1920-ci ildə Rusiyamn bolşevik hökuməti ilə gizli danışıqlar 
aparmağa başladı. Ermənistan 1920-ci ilin mart ayında Qarabağda milli 
hökumətimizə qarşı qiyamlar təşkil etdi və hərbi əməliyyatlara başladı. 
Nəticədə təcili surətdə əsas qoşun hissələrini Qarabağ bölgəsinə cəmləşdirməyə 
məcbur olan Azərbaycan respublikasının şimal sərhədləri tamamilə müdafiəsiz 
qaldı. Bu da 1920-ci ilin aprel ayında Sovet Rusiyası tərəfindən Azərbaycanın 
işğalını xeyli asanlaşdırdı. 
Cümhuriyyət hökumətinin sosial-iqtisadi tədbirləri
Azərbaycan 
Cümhuriyyətinin, sərhədləri dəqiqliklə müəyyən olunmuş ərazisinin sahəsi 97,3 
min kvadrat kilometr idi. Qonşu Gürcüstan və Ermənistanla mübahisəli sayılan 
və Cümhuriyyətin ona məxsusluğu haqqında iddia qaldırdığı 16,6 min kv. 
kilometrlik ərazi ilə birlikdə Azərbaycanın ümumi ərazisi 113,9 min kvadrat 
kilometrə çatırdı. Bütün bu ərazilərdə 3,3 milyon nəfərə yaxın əhali yaşayırdı. 
Yarandığı gündən tarixi ərazilərimizə və milli sərvətlərimizə sahib 
çıxan Cümhuriyyət hökuməti dünya müharibəsi, bolşevik - daşnak talanları 
nəticəsində dağılmış iqtisadiyyatımızı bərpa etməyə başladı. Milli hökumət 
dövlətimizin inkişafı və millətimizin rifahına yönəlmiş iqtisadi siyasət 
yeritməyə çalışırdı. Cümhuriyyət Qərbi Avropa ölkələrində olduğu kimi, 
mülkiyyət formalarının müxtəlifliyinə və bütün vətəndaşlara bərabər iqtisadi 
imkanlar verən demokratik məzmunlu iqtisadiyyat qurmağa səy göstərirdi. 
Milli hökumət ilk növbədə sərvətlərimizin xaricə daşınmasının 
qarşısını almaq üçün 1918-ci il 27 iyun fərmanı ilə taxıl məhsullarının, 
heyvanların və ət məhsullarının, pambıq, yun, ipək məmulatlarının 
Azərbaycandan kənara çıxarılmasını qadağan etdi. Bütün sərhəd keçid 
məntəqələrində gömrük xidmətinin yaradılmasına başlandı. 1918-ci il avqustun 
27-də ölkə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin