şöbədən heç də geri qalmırdı. Həm ali qanunverici,
həm də ali icraedici
hakimiyyətin başında duran Nəriman Nərimanov bu terrorun, azğınlığın və
talanların qarşısını almaqda tamamilə aciz idi. 1920-ci ilin payızında Bakıda
olmuş bir fransız yazırdı ki, "bir vaxtlar Şərqin ən çiçəklənən şəhəri olan Bakını
bolşeviklər altı ay ərzində demək olar ki, məhv etmişlər. Əgər onların
hakimiyyəti bir neçə ay da davam etsə, Azərbaycan səhraya dönəcəkdir." Sovet
cəza orqanları 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək siyasi
mülahizələrə görə, Azərbaycanda əksəriyyətini milli ziyalı kadrların təşkil
etdiyi 48 min adamı güllələmişdilər. Cümhuriyyətin sonuncu hökumətinin baş
naziri Nəsib bəy Usubbəyli Kürdəmirdə qətlə yetirilmişdi. Aprel işğalından
sonra Gürcüstana mühacirət etmiş baş nazir Fətəli xan Xoyski və Azərbaycan
Parlamentinin bütün iclaslarına sədrlik etmiş Həsən bəy Ağayev erməni
terrorçuları tərəfindən Tiflisdə qətlə yetirildilər. Bolşevik cəza orqanları
tərəfindən Azərbaycanda kütləvi qətllərlə yanaşı, açıq qarət və soyğunçuluq
siyasəti yeridilirdi.
XI Qırmızı Ordunun əsgər və zabitləri Azərbaycanın
türk-müsəlman
əhalisinin evlərinə soxulur, istədiyi şəxsi güllələyir, həbs edir, əlinə keçəni isə
soyub - talayırdı. Müsadirələr nəticəsində azərbaycanlı əhalidən qarət olunan
zinət əşyaları, xalılar, hətta mebellər, qiymətli qablar qatarlara və gəmilərə
yüklənərək Sovet Rusiyasına göndərilirdi. Bu zaman həyasızlıq o həddə
çatmışdı ki, qarət olunmuş əşyaları aparan gəmi və qatarların üzərinə bizi ələ
salan belə şüarlar yazırdılar: "Bakı şəhərinin xeyirxah əhalisinin hədiyyəsi" və
yaxud "Sovet Azərbaycanının Rusiyaya hədiyyəsi." Bolşeviklərin Bakıda
törətdikləri qırğınlar və talanlar 1918-ci il mart hadisələrini xatırladırdı.
1920-ci ilin iyulunda bolşevik hökuməti Bakıda hətta "soyğunçuluq
həftəsi" təşkil edərək şəhəri 700 sahəyə bölmüş və hər birinə xüsusi hərbi
dəstələr göndərmişdi. Qırmızı Ordu qəzalara irəlilədikcə, Bakıda
baş verən
terror və soyğunçuluq əməlləri əyalətlərdə də təkrar olunurdu. Mayın 29-da
Şuşada bolşeviklərlə əlbir olan daşnaklar tərəfindən 30 müsəlman kəndi
yandırılmış, çoxlu qadın və uşaq öldürülmüşdü. Göyçayda, Yevlaxda, Bər-
dədə, Qubada Qırmızı Ordu hissələri tərəfindən çoxlu azərbaycanlı güllələnmiş
və həbs olunmuşdu. Qırmızı Ordu hissələrində çoxlu sayda erməni olduğundan
müsəlman əhali bu orduya daha çox nifrət və qəzəblə yanaşırdı. Sovet
Rusiyasının rəhbərlərinə sadəlövcəsinə inanan Nəriman Nərimanov XI Qırmızı
Ordunun mənəvi cəhətdən pozulması və sovet hakimiyyətinin müsəlman
əhalisinin içərisində nüfuzdan düşməsi haqqında
göndərdiyi həyəcan dolu
məlumatlara mərkəzdə məhəl qoyan yox idi. Çünki mərkəz Azərbaycanda nə
etdiyini yaxşı bilirdi. Sovet Azərbaycanında real hakimiyyət Nərimanovun
başçılıq etdiyi hökumətin deyil, Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinə etibar edilmişdi. Həmin partiyanın rəhbərliyi isə erməni və
gürcülərin əlində idi. Aprel çevrilişindən sonra Moskva Azərbaycan
Kommunist Partiyasının yerli təşkilatı olan Bakı Komitəsinə
280
çox böyük və fövqəladə səlahiyyətlər vermişdi. Bakı Komitəsinə əvvəllər
daşnak olub, indi isə qatı kommunistə çevrilən A.Mikoyan rəhbərlik edirdi.
Sonra o,
bu vəzifəni Sarkisə, Sarkis isə L.Mirzoyana ötürmüşdü. Bolşevik -
daşnak yuvasına çevrilən Bakı Komitəsi, hətta Azərbaycan XKS-nin sədri N.
Nərimanovun verdiyi qərarları ləğv edə bilirdi. Cümhuriyyətin devrilməsində
məsum rol oynamış müsəlman kommunistlərinin lideri N.Nərimanov Sovet
Azərbaycanının müstəqilliyinin boş bir şey olduğunu özü də aydın şəkildə dərk
edirdi. Lakin artıq çox gec idi.
Aprel çevrilişindən sonra Azərbaycana rəhbər işə göndərilmiş N.So-
lovyov V.İ.Leninə göndərdiyi məruzədə yazırdı: "Azərbaycanda Sovet
hakimiyyətinin təntənəsi müsəlmanların düşmənlərinin təntənəsidir və ümumilli
fəlakətdir." N.Solovyova görə bolşeviklər tərəfindən Ermənistanla sərhəd
rayonlannda yaşayan müsəlman əhalinin silahlarının yığılması müsəlmanların
ermənilər tərəfindən qırğına məhkum edilməsi ilə nəticələndi. Artıq
Ermənistanda 250 müsəlman kəndi "ləğv edilmiş"
və indi orada bir nəfər də
olsun, müsəlman qalmamışdır. Bütün bu qırğınlar isə müsəlman əhalini tərk -
silah etmiş Qırmızı Ordunun gözü qarşısında baş vermişdi. Azərbaycan SSR-in
Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud bəy Şahtaxtinski V.Leninə
1920-ci il 20 sentyabr tarixli məktubunda yazırdı: "Çevriliş zamanı özünü əla
aparan Qırmızı Ordu, indi mürtəce qüvvəyə çevrilmişdir. Azərbaycan kəndlisi
yalnız bir şeyi xahiş edir və yalvarır ki, nə istəyirsiniz, hamısını birdəfəlik alın,
lakin hər gün evlərə soxulub ailə ocağımızı təhqir etməyin. Həmişə öz çörəyi ilə
yaşayan Azərbaycan, indi çörəksiz qalıb. Ancaq həmişə ac - yalavac olan
Ermənistan və Gürcüstanın isə indi artıqlaması ilə çörəyi var".
Sovet rejiminin “inqilabi” tədbirləri.
Sovet Rusiyasının direktivləri və
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının diktəsi altında fəaliyyət
göstərən Azərbaycan Müvəqqəti İnqilab Komitəsi Rusiya təcrübəsini əsas
götürərək Azərbaycanın sosial - iqtisadi həyatı və “dövlət quruculuğu”
sahəsində bir sıra “inqilabi” tədbirləri həyata keçirməyə başladı. Azərbaycanın
aqrar ölkə olması, əhalisinin əksəriyyətinin, yəni 77,6 faizinin kənddə yaşaması
əsas götürülərək tələm - tələsik torpaq məsələsinin həllinə başlanıldı.
Azərbaycan İnqilab Komitəsi tərəfindən 1920-ci il may ayının 5-də imzalanmış
torpaq haqqında dekretdə (fərman) “xanlann, bəylərin, mülkədarların bütün
torpaqlarının, bütün monastr, kilsə, vəqf və məscid torpaqlarının iş heyvanları və
avadanlıqları ilə birlikdə ödəncsiz olaraq torpaqdan
bərabər şəkildə istifadə
əsasında zəhmətkeş xalqa (yəni kəndlilərə) verilməsi” nəzərdə tutulmuşdu. Qəza
və kəndlərdə yaradılan torpaq komitələri bu dekretin həyata keçirilməsinə
başlamadığı şəraitdə, 1920-ci ilin avqust ayından Azərbaycanda “hərbi
kommunizm” siyasəti tətbiq olunmağa başladı. Sovet Rusiyasında vətəndaş
müharibəsi və xarici hərbi müdaxilə şəraitində həyata keçirilən hərbi
kommunizm siyasəti heç bir zərurət olmadan Azərbaycan kəndində də tətbiq
edildi. Bu siyasətlə kəndlilər üzərinə qoyul
281
muş zorakı ərzaq şapalağına görə kəndli öz məhsulunun yalnız az bir hissəsini
acından ölməmək üçün özünə saxlayıb, qalanını hökmən dövlətə təhvil verməli
idi. Beləlilklə,
Dostları ilə paylaş: