Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Azərbaycan SSR-nin Qırmızı Ordusunun və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə177/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   173   174   175   176   177   178   179   180   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycan SSR-nin Qırmızı Ordusunun və 
Qırmızı Donanmasının yaradılması haqqında dekret 
verildi. Bu dekretin 
icrasına dərhal başlayan hökumət orqanları Azərbaycan Xalq Cümhuriyyətinin 
yaratdığı Milli ordunu ləğv etmək üçün bütün mümkün vasitələrdən istifadə 
edirdilər. Milli ordunun silah - sursatı və geyim ehtiyatları qəsb edilir, milli zabit 
kadrları vəzifədən uzaqlaşdmlır, milli əsgərlərimiz Qırmızı Ordu zabitlərinin 
tabeliyinə keçirilir və azərbaycanlı generallar həbs edilir və güllələnirdilər. 
Azərbaycan İnqilab Komitəsinin 
1920-ci il 15 may dekreti ilə meşələr, 
sular və yeraltı sərvətlər dövlət mülkiyyəti elan edildi. 
1920-ci il 24 may 
dekreti ilə 
neft sənayesi milliləşdirildi, 
neft və neft məhsullarının satışı dövlət 
inhisarına alındı. İyun ayında 
banklar. Xəzər ticarət donanması, 
bütün zavod 
və fabriklər (balıq, tütün, sement və s.), noyabradək bütün sənaye sahələri 
milliləşdirilərək dövlətin mülkiyyəti elan edildi. Azərbaycanlı və digər millətdən 
olan sahibkarlar "fəhlə sinfinin düşməni" elan edildi və on- lann xüsusi 
mülkiyyət hüququna sarsıdıcı zərbə vuruldu. Əslində isə bol 
282 


şevikləri nə xalq, nə də fəhlə sinfi maraqlandmrdı. Milliləşdirmə adı altında 
xalqımızın iqtisadi potensialını ələ keçirən bolşevik hökuməti Azərbaycanın çox 
qiymətli sərvətlərini əvəzi ödənilmədən "qardaşlıq yardımı" adı ilə Sovet 
Rusiyasına göndərirdi. Neft sənayesinə və neftin satışına rəhbərlik etmək üçün 
1920-ci ildə 
Azərbaycan Neft Komitəsi 
yaradıldı. Maraqlıdır ki, Azərbaycan 
Neft Komitəsi Azərbaycan hökumətinə deyil, birbaşa Rusiyaya - Moskvaya tabe 
edilmişdi. Sovet Rusiyasının rəhbəri V.l.Lenin tərəfindən A.Serebrovski 
komitənin başçısı təyin olunmuşdu. 1920-ci ilin sonunadək Azərbaycandan 
Sovet Rusiyasına 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin