Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  hissələri Ş.M.Xiyabaninin nəzarətində olan  Cənubi Azərbaycana



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə180/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   176   177   178   179   180   181   182   183   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

284 


hissələri Ş.M.Xiyabaninin nəzarətində olan 
Cənubi Azərbaycana 
keçməyə 
məcbur oldu. 
Sovet rejiminə qarşı 1920-ci il iyunun 5-də 
Zaqatalada 
başlayan 
üsyanın əsas hərəkətverici qüvvələrini kəndlilər təşkil etsə də, milli ordunun 
bölgədəki süvari alayı da ruslarla savaşa qoşulmuşdu. Üsyana Hafiz Əfəndiyev 
və Əhmədiyev başçılıq edirdilər. Üsyançılar rus qoşunlanna qalib gəlib, əvvəl 
Zaqatalanı, 
sonra 
Qaxı 
düşməndən azad etsələr də, 
XI 
ordu hissələrinə əlavə 
hərbi yardım göndəriləndən sonra iyunun 18-də üsyan yatırılmışdı. Nəticədə 
Zaqatala 
yenidən ruslar tərəfindən zəbt edilmişdi. 
1920-ci ilin yayında Sovet rejiminə qarşı 
Şəmkir qəzasında 
baş vermiş 
üsyanda kişilərlə yanaşı, hətta qadın və uşaqlar da ruslara qarşı qəhrəmanlıqla 
vuruşurdular. Sovet hakimiyyəti bu üsyanı 
XI 
ordunun dörd diviziyasını 
bölgəyə yeridəndən sonra çox çətinliklə yatırmışdı. 1920-ci ildə Lənkəranda baş 
verən üsyanı isə rus ordusu çox çətinliklə 1921-ci ilin əvvəllərində yatıra 
bilmişdi. 
Azərbaycanda Sovet işğal rejiminə qarşı müqavimət hərəkatının 
genişlənərək ölkənin bütün bölgələrini bürüməsi Sovet Rusiyasını o dərəcədə 
qorxutmuşdu ki, heç olmasa, Abşeronu və neft Bakısını əldə saxlamaq üçün XI 
Ordu komandanlığı 1920 -ci ilin iyunun 2-də şəhərin ətrafında müdafiə 
istehkam xəttinin yaradılması haqqında əmr imzalaımşdı. Azərbaycanı 
tamamilə itirəcəyindən ehtiyatlanan 
Sovet Rusiyası 
ölkəmizə təcili olaraq əlavə 
7 diviziya 
göndərmişdi. 
§ 39. Azərbaycanın ərazi bütövlüyünün pozulması. 
Naxçıvan MSSR və DQMV-nin yaradılması 
Sovet Rusiyasının 
onunla eyni quruluşa malik olan Azərbaycan Sovet 
Sosialist Respublikasına 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin