Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


xəyanətkar  və  düşmən münasibəti



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə181/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   177   178   179   180   181   182   183   184   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

xəyanətkar 
və 
düşmən münasibəti 
Azərbaycanın 
qonşu 
dövlətlərlə 
sərhədlərinin 
müəyyənləşdirilməsi 
və 
ərazi 
mübahisələrinin həll edilməsi 
prosesində daha açıq şəkildə üzə çıxdı. Sovet 
Rusiyası və onun Azərbaycandakı XI Qızıl Ordusu daşnak Ermənistanının 
Naxçıvan, Zəngəzur, Qarabağ və digər bölgələrdə azərbaycanlılara qarşı 
törətdiyi qırğın və talanlann qarşısını almaq üçün şüurlu şəkildə hər hansı ciddi 
addım atmır, ərazi mübahisələrinin həlli zamanı ona "doğma" olan Sovet 
Azərbaycanını deyil, hələ ki, sovetləşməyən daşnak Ermənistanını və menşevik 
Gürcüstanını müdafiə edirdi. Ən dəhşətlisi o idi ki, bu zaman Azərbaycan 
torpaqlarından "bəxşiş" verməklə, Ermənistan və Gürcüstanın sovetləşməsi 
işində şimikləşdirici vasitə kimi istifadə edilirdi. Azərbaycanın 
sovetləşməsindən qabaq gizli şəkildə Moskva ilə danışığa girərək Sovet 
Rusiyası tərəfindən ölkəmizin işğalına bitərəf qalacağına söz verməklə 
Cümhuriyyət qarşısında hərbi müttəfiqlik öhdəliyinə xəyanət edən 
Gürcüstan 
Respublikası 
28 aprel istilasından sonra, 1920-ci ilin may ayında Azərbaycanın 
Qazax, Ağstafa 
və 
Zaqatala bölgələrinə 
qoşun yeritmişdi. Çox maraqlıdır ki, 
Azərbaycan SSR- 
285 


in iştirakı olmadan Sovet Rusiyası ilə menşevik Gürcüstan Respublikası 
arasında 1920-ci il mayın 12-də Moskvada bağlanmış müqavilə ilə 
Azərbaycanın doğma Zaqatala bölgəsi və digər tarixi əraziləri "mübahisəli" 
hesab edilmişdi. Yalnız 1921-ci ilin fevral ayında Gürcüstanda Sovet 
hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Zaqatala dairəsinə olan 
iddiasından əl çəkmişdi. 1922-ci ildə iki sovet respublikası arasında dövlət 
sərhədlərinin müəyyənləşdirilməsi zamanı Moskva Gürcüstamn maraqlarını 
əsas götürərək Azərbaycanın tarixi Qarayazı ərazisini iki yerə bölərək yuxarı 
hissəsini Gürcüstana vermişdi. Tiflis qəzasından 79 min 600 desyatin ərazi 
Azərbaycana qaytarılsa da, 1920-ci illərin ikinci yarısında bir sıra ərazilərimiz 
Moskvanın təzyiqi ilə Gürcüstana güzəştə gedilmişdi. 
1920-ci il aprel istilasından sonra Azərbaycan əslində Moskvadan 
Bakıya göndərilmiş bolşevik və daşnak emissarları - S.Orconikidze, S.Kirov, 
A.Mikoyan və başqaları tərəfindən idarə olunduğundan N.Nərimanovun başçılıq 
etdiyi Azərbaycan hökuməti milli mənafeyi qorumaq iqtidarında deyildi. 
1920-ci il aprel istilasından sonra Azərbaycanı işğal etmiş XI Qırmızı 
Ordu hissələri daşnak Ermənistanın Azərbaycanın Qarabağ, Zəngəzur, 
Naxçıvan və başqa bölgələrinə təcavüzünün və erməni quldur dəstələrinin 
müsəlman əhalisinə qarşı törətdiyi qırğınların qarşısını almaq əvəzinə, 
azərbaycanlıların tərk - silah edilməsi ilə məşğul idi. Bu zaman Sovet Rusiyası 
Azərbaycan SSR-in iştirakı olmadan daşnak Ermənistanı ilə ərazi məsələləri ilə 
bağlı gizli şəkildə danışıqlar aparırdı. Sovet Rusiyası ilə Ermənistan 
Respublikası arasında 1920-ci ilin avqust ayının 10-da bağlanmış altı mad- dəlik 
sazişlə Azərbaycanın Şərur - Dərələyəz bölgəsinin Ermənistana məxsusluğu 
təsdiq edilmiş, Zəngəzur, Naxçıvan və Qarabağ bölgələri isə "mübahisəli 
ərazilər" hesab olunmuşdu. Azərbaycan hökumətinin başçısı N.Nərimanovun bu 
sazişlə bağlı qəti etirazları Sovet Rusiyasının rəhbəri V.İ.Lenin və həmin sazişin 
müəllifi olan Rusiya Xarici işlər naziri G.Çiçerin tərəfindən bir qayda olaraq 
qulaqardına vurulurdu. 
Naxçıvana gəlincə, xoşbəxtlikdən 1920-ci ilin mayından burada o 
zaman Sovet Rusiyası ilə müttəfiq olan Türkiyənin qoşun hissələri yerləşmişdi. 
Veysəl paşanın başçılıq etdiyi türk qoşunlan Naxçıvanın erməni təcavüzündən 
qorunmasında həlledici rol oynayırdı. Qırmızı Ordu hissələri isə Naxçıvan 
bölgəsinə 1920-ci il iyul ayında daxil olmuş və iyulun 28-də Naxçıvan SSR 
yaradılmışdı. Naxçıvan İnqilab Komitəsi Naxçıvanı Azərbaycanın ayrılmaz 
tərkib hissəsi elan etmişdi. 
1920-ci il noyabr ayının 29-da Ermənistanda Sovet hakimiyyəti 
qurulduqdan sonra Sovet Rusiyasının mübahisəli hesab etdiyi ərazilər uğrunda 
mübarizə yeni mərhələyə daxil oldu. 1920-ci il dekabrın 1-do Nəriman 
Nərimanov rəhbərlik etdiyi Azərbaycan İnqilab Komitəsi adından Ermənistanda 
Sovet hakimiyyətinin qurulması münasibətilə bəyanat verildi. Moskvanın 
Qafqazdakı emissarı, Rusiya Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi 
Komitəsinin Qafqaz Bürosunun üzvü 
286 


S.Orconikidzenin diktəsi altında çox tələskənliklə hazırlanmış həmin bəyanatda 
deyilirdi: *’Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd 
yoxdur. Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının 
bölünməz ərazisidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə (yəni ermənilərə - 
Red.) isə öz müqəddəratını təyin etmək hüququ verilir. Sovet Azərbaycanının 
qoşunları Zəngəzurun ərazisindən çıxarılır”. Bu bəyanat Türkiyə tərəfindən qəti 
etirazla qarşılandı. Naxçıvanda isə əhali kəskin çıxışlara başladı. Azərbaycan 
hökuməti tərəfindən gərginliyi azaltmaq üçün bölgəyə göndərilən Ədliyyə 
Komissarı və Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud bəy 
Şahtaxtinski 15 dekabr 
1920-
ci ildə Naxçıvan camaatı qarşısında böyük vətənpərvərliklə etdiyi 
çıxışında açıq şəkildə bildirmişdi: "Azərbaycan hökuməti sizi torpağınızla 
birlikdə Ermənistana satıb. Siz torpağınızla birlikdə öz müstəqilliyinizi 
saxlamaq istəyirsinizsə, burada arxalana biləcəyiniz yeganə qüvvə Türkiyə 
qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin 
müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaq və sizi ağır fəlakətdən 
xilas edəcəklər”. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin