illər inqilabının
əsas səbəbləri hesab olunur. 1905- ci ildə əhalinin passiv
mübarizə üsulu kimi qoşulduğu "bəstə oturmaq"la (oturaq etiraz forması: narazı
əhali məscidlərdə, xarici konsulluqların qarşısında oturaraq oranı tərk
etmirdilər) başlayan inqilabın əsas tələbləri bunlar idi: 1. Konstitusiya (məş-
rutə) verilməsi; 2. Məclisin çağrılması; 3. Xarici məmurların və xarici kapitalın
ölkədən çıxarılması.
Qacarların paytaxtı Tehranla yanaşı, bütün Cənubi Azərbaycanı
bürüyən inqilabi hərəkatda əhalinin aşağı zümrələri (fəhlələr, şəhər yoxsulları,
sənətkarlar) ilə yanaşı, milli burjuaziyamn, ziyalıların, demokratik ruhlu
ruhanilərin nümayəndələri də iştirak edirdilər. İnqilabi hərəkatın güclənməsi
Müzəffərəddin Şah Qacarı 1906-cı il avqustun 5-də
Konstitusiya
haqqında və
bunun ardınca
Məclisə seçkilər haqqında fərman
imzalamağa məcbur etdi.
Cənubi Azərbaycandan olub, Bakıda işləyən inqilabçılann iştirakı ilə yaradılan
Dostları ilə paylaş: