partiyasının yaydığı bəyənnamədə deyilirdi: "Qarabağda törətdiyi mənfur
əməllərinə görə "Difai" tərəfindən ölüm cəzasına məhkum edilmiş general, axır
ki, haqlı cəzasını aldı. Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin
müdafiəsi yolunda "Difai" nin ... ilk qisas aktıdır. İndi minlərlə dərdli ana və
bacılarımızın göz yaşı quruyacaqdır. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir
qəzalarının müflisləşmiş, evsiz - eşiksiz sərgərdan dolaşan minlərlə sakini az da
olsa, rahat nəfəs alacaqdır. "Difai"nin qətliam törədənlərə qarşı amansız
tədbirləri Rusiya hökumətini bərk sarsıtmışdı. Qafqaz canişinliyi 1908-ci il 4
mart tarixli fərmanı ilə "Difai" partiyasının fəaliyyətini qadağan etmiş, "İrşad"
qəzeti bağlanmış və partiyanın lideri Əhməd bəy Ağayev Osmanlı dövlətinə
mühacirət etməyə məcbur olmuşdu. Partiyanın üzvləri repressiyalara məruz
qalmış və kütləvi şəkildə həbsə atılmışdılar. 1908 - 1909-cu illərdə partiyanın
"Qarabağ məclisi təşkilatı" və Gəncə şöbəsi hökumət orqanlan tərəfindən
dağıdılmışdı. 1909-cu ildə fəaliyyətini dayandırmağa məcbur olan Difai”
partiyasının üzvlərinin çoxu 1917-ci ildə proqramları uyğun gəldiyi üçün
"Müsavat" partiyasına daxil olmuşdu. "Difai" partiyası xalqımızın düşmənlərinə
amansız divan tutduğuna görə çar hakim dairələri bu partiyanı "Müsəlmanların
döyüş partiyası" adlandırmışdı.
1907-
ci ildə mərkəzi Gəncə şəhərində yerləşən "Müdafiə" partiyası
yaradıldı. Bu partiyanın yaradılmasında böyük ictimai - siyasi xadim İbrahim
Vəkilov böyük rol oynamışdı. Partiyanın fəxri sədri İsmayıl xan Ziyadxanov
seçilmişdi. Əsas siyasi dayağını mütərəqqi fikirli mülkədarların, bəylərin və
ziyalıların nümayəndələrinin təşkil etdiyi "Müdafiə" partiyasının fəaliyyəti
Yelizavetpol (Gəncə) quberniyasının qərb hissəsini və Tiflis quberniyasının
Azərbaycan türkləri yaşayan bölgələrini, xüsusilə Borçalmı əhatə edirdi.
1909-cu ilədək fəaliyyət göstərən bu təşkilat "Difai" partiyasının yolunu davam
etdirir, müsəlman əhalinin içərisində geniş maarifləndirmə işi apanr,
müsəlmanların hüquq və mənafelərinin qorunması üçün gərəkli addımları atırdı.
1907-
ci ildə Bakıda yaradılmış “İttifaq” adlı təşkilat da azərbaycanlı
əhalini rusların ermənilərin əli ilə törətdiyi qətliamlardan qorumağa çalışırdı.
Azərbaycanda milli - azadlıq hərəkatına rəhbərlik etmək və milli zülm
altında əzilən xalqları ümumi düşmənə - çar hökümətinə qarşı azadlıq
mübarizəsinə cəlb etmək üçün daha güclü və nüfuzlu bir partiyanın yaradılması
tarixi zərurətə çevrilmişdi. 1911-ci ilin oktyabrında Məmməd Əmin
Rəsulzadənin ideya dostları Abbasqulu Kazımzadə, Tağı Nağıyev və
Məmmədəli Rəsulzadənin yaradıldığını elan etdikləri "Müsavat" (Bərabərlik)