Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə143/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   139   140   141   142   143   144   145   146   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


partiyası 
233 


xalqımızın milli haqlannm müdafiəsi yolunda açıq mübarizə meydamna atıldı. 
1909-cu ildə Cənubi Azərbaycana gedərək xalqımızın milli qəhrəmam 
Səttarxan və Bağırxanla birlikdə inqilabi hərəkatda iştirak edən və çar 
hökumətinin təzyiqləri ilə buradan İstanbula mühacirət etməyə məcbur olan 
Məmməd Əmin Rəsulzadə bu partiyanın yaradılmasının əsas ideya rəhbəri idi. 
O, 1913-cü ildə Vətənə qayıdandan sonra "Müsavat" partiyasının daimi liderinə 
çevrilmişdi. "Milli istiqlala malik olmayan bir millət öz mövcudluğunu saxlaya 
bilməz" - sözlərinin müəllifi olan M.Ə.Rəsulzadə partiyanın rəhbərliyinə 
keçdikdən sonra Azərbaycanda milli-azadlıq hərəkatı əvvəlki dövrdən öz 
məqsədyönlülüyü, mütəşəkkilliyi və ardıcıllığı ilə seçilirdi. "Müsavat" partiyası 
və onun mətbu orqanı kimi 1915-ci ildən M.Ə.Rəsulzadənin baş redaktorluğu 
ilə dərc olunan "Açıq söz" qəzeti Azərbaycan xalqında millətçilik və türkçülük 
düşüncəsinin formalaşmasında və inkişafında misilsiz rol oynamışdır. 
M.Ə.Rəsulzadə böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 1904-cü ildə irəli 
sürdüyü "Türk qanlı, İslam inamlı və Avropa qiyafəli" tezisini inkişaf etdirərək 
milli hərəkatın təməl prinsiplərinə çevirmişdi. M.Ə.Rəsulzadə yazırdı: "Biz türk 
və müsəlman qalaraq müstəqil yaşamaq istəyiriksə, mütləq sözün bütün 
mənasında müasir ("Avropa qiyafəli"), yəni zəmanə adamı olmalıyıq." Böyük 
siyasi xadim müasirləşmək dedikdə, Avropada möcüzələr yaradan elm və 
texnikanın nailiyyətləri ilə silahlanmağı nəzərdə tuturdu. 
1911-ci ildə Cənubi Azərbaycanda məşrutə hərəkatım boğan Rusiyanın 
hərbi-siyasi yardımı ilə Balkan xalqlannm Osmanlı dövlətinə qarşı 1912 - 
1913-cü illərdə açdığı savaş Azərbaycanda böyük əks - səda doğurmuşdu. 
Azərbaycamn hər yerində müharibədə təklənmiş Türkiyəyə maddi və mənəvi 
yardım hərəkatı başlanmışdı. Azərbaycan ziyalıları, müəllimlər, tələbələr 
könüllü şəkildə Balkan cəbhəsində vuruşan Türk ordusuna qoşulurdular. 
Azərbaycamn tamnmış şairi Əhməd Cavad "Qafqaz könüllülərindən ibarət 
hərbi dəstə”nin tərkibində Balkan cəbhəsində vuruşurdu. Şimali Azərbaycanda 
Türkiyəyə yardım üçün xeyli pul toplanmışdı. Azərbaycanlı qadınlar, hətta öz 
qiymətli zinət əşyalarım yığıb, Türkiyəyə göndərmişdilər. 
Azərbaycanlı deputatların Rusiya Dövlət Dumalarında fəaliyyəti. 
Qərbi 
Avropanın əksər qabaqcıl ölkələrində artıq bir neçə yüzil idi ki, respublika və 
yaxud parlamentli, konstitusiyalı monarxiya tipli demokratik dövlətlər mövcud 
idi və bu dövlətlər seçkili orqanlar tərəfindən idarə olunurdular. 1905 - 1907-ci 
illərdə baş vermiş Birinci rus inqilabına qədər Rusiyada mütləq monarxiya idarə 
quruluşu hökm sürürdü. Rus çarı II Nikolayın 
1905-
ci ildə imzaladığı 17 oktyabr Manifestində qanunverici orqan olan 
Dövlət Dumasına seçkilər keçirilməsi nəzərdə tutulmuşdu. Dumaya seçkilər 
keçirilməsi haqqında qanuna əsasən 25 milyon insan səsvermə hüququ əldə 
etmişdi. Yaşı 25-dən az olan kişilər, hərbi qulluqçular, muzdlu kəndlilər
qadınlar və fəhlələrin bir qismi səsvermə hüququ almanuşdılar. 
Rusiya Dövlət Duması Qərbi Avropadakı parlamentlərdən hüquq- 
234 


larinin son dərəcə məhdud olması ilə fərqlənirdi. 
Şimali Azərbaycanda I Dumaya seçkilər Yelizavetpol quberniyasında 
1906-cı il mayın 16-da, Bakı quberniyasında isə mayın 31-də keçirildi. I 
Dumaya M.Əliyev, Ə.Muradxanov, Ə.Topçubaşov, İ.Ziyadxanov və 
Ə.Haqverdiyev deputat seçilmişdilər. Azərbaycandan seçilmiş deputatlar 
Rusiyanın digər müsəlman deputatları ilə birləşərək Dumada 36 nəfərdən ibarət 
Müsəlman fraksiyasını yaratmışdılar. Ə.Topçubaşov fraksiyanın sədri 
seçilmişdi. Müsəlman fraksiyası deputatların sayma görə Polşa və Ukrayna 
fraksiyalarını geridə qoyaraq, Dumada ən böyük qruplaşmalardan biri idi. 
Ə.Topçubaşov Müsəlman fraksiyasına Dumaya seçkilərdə əksər yerləri 
qazanmış Rusiya konstitusiyalı demokratlar (kadetlər) partiyası ilə birgə 
fəaliyyət göstərməyi təklif etmişdi. Çünki kadetlər Rusiyada konstitusiyalı 
monarxiya quruluşunu bərqərar etməyi qarşılanna məqsəd qoyaraq, imperiyada 
yaşayan millətlərin dilini və dinini sərbəst şəkildə ifadə etmək azadlığını 
tamdıqlanm elan etmişdilər. I Dumada azərbaycanlı deputatlar xalqımızı 
düşündürən, taleyüklü məsələlərin həllində ciddi mövqe nümayiş etdirirdilər. 
Ə.Topçubaşov əvəzi ödənilməklə ağa torpaqlarının müsadirə edilərək, vəqf, 
kilsə və dövlət torpaqları ilə birlikdə kəndlilərə paylsınmasını, türk və 
müsəlmanlara məxsus torpaqlara qeyri - müsəlman köçkünlərin 
yerləşdirilməsinə son qoyulmasını tələb etmişdi. İ.Ziyadxanov isə müsəlman 
əhalisinə qarşı ermənilər tərəfindən törədilən qətliamlarm əsl səbəbkarlarının 
sorğulanaraq mühakimə olunması üçün xüsusi bir komissiyanın yaradılmasını 
tələb etmişdi. 
Rusiya imperiyası əvəzinə federativ bir dövlət yaradılması ideyasını 
müdafiə edən Ə.Topçubaşovun başçılıq etdiyi Müsəlman fraksiyasının bütün 
tələbləri kağız üzərində qaldı. 27 aprel 1906-cı ildə işə başlayan və 5 il fəaliyyət 
göstərməli olan I Duma həmin ilin iyunun 9-da çar tərəfindən buraxıldı. Çarın 
qərarına etiraz üçün Vıborq toplantısında kadetlərlə birlikdə iştirak edən 
Ə.Topçubaşov və İ.Ziyadxanov üç aylıq həbs cəzasına məhkum edildilər. 
Məhkəmənin qərarına görə onlar bir daha Dumaya seçkilərdə iştirak edə 
bilməzdilər. Ə.Topçubaşov "Kaspi" qəzetinin redaktorluğundan da 
uzaqlaşdınidı. 
II
Dumaya seçkilər 1907-ci ilin yanvar - fevral aylarında keçirildi. 
Cəmi 103 gün (20 fevral - 2 iyun) fəaliyyət göstərən II Dumaya Azərbaycandan 
6 deputat seçilmişdi və azərbaycanlı deputatlar Müsəlman fraksiyasının 
tərkibinə daxil olmuşdular. Deputatlardan Fətəli xan Xoyski və Xəlil bəy 
Xasməmmədov müsəlman - türk xalqlarının haqlarının müdafiə edilməsi 
haqqında çox ciddi çıxışları ilə digər deputatlardan fərqlənirdilər. 
Çar höküməti 1907-ci il 3 iyun çevrilişi ilə II Dumanı qovdu və beləliklə 
II Duma müzakirəyə çıxardığı heç bir məsələni həll edə bilmədi. 
III
Dumaya seçkilər haqqında yeni qanun açıq - aşkar milli ayrı- 
seçkilik mahiyyəti daşıyırdı. Bütün Qafqazdan əvvəlki 28 deputatın əvəzinə 10 
nümayəndə seçilməli idi. Çar höküməti Qafqaz, Mərkəzi Asiya və Sibir 
235 


xalqlarını qəsdən "siyasi baxımdan qeyri yetkin sayaraq" əzilən xalqların seçki 
hüquqlarını xeyli məhdudlaşdırmışdı. 1907-ci ilin noyabrın 1-də açılmış III 
Dövlət Dumasına Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman 
əhalisindən seçilən yeganə deputat Xəlil bəy Xasməmmədov oldu. Dumada 
təşkil olunan 8 nəfərlik Müsəlman fraksiyasına X.Xasməmmə- dov başçılıq 
edirdi. Parlaq zəka sahibi və görkəmli hüquqşünas olan X.Xas- məmmədov 
Dumadakı çıxışlarında müsəlman - türk xalqlarına vətəndaş azadlıqları və siyasi 
hüquqların verilməsi, təhsil və məhkəmənin ana dilində aparılması, yerli 
özünüidarə orqanı olan zemstvoların yaradılması, millətlər arasında ayrı - 
seçkiliyin aradan qaldırılması, hərbi mükəlləfiyyətin müsəlman xalqlarına da 
aid edilməsi kimi mühüm tələblər irəli sürmüşdü. 
1912-ci il noyabrın 15-də işə başlayan IV Dövlət Dumasına Azərbaycan 
əhalisindən yalnız bir deputat - Məmməd Yusif Cəfərov seçilmişdi. Moskva 
Universitetinin hüquq fakültəsini yenicə bitirərək vəkil işləyən 27 yaşlı 
M.Y.Cəfərov Dumada 7 nəfərdən ibarət Müsəlman fraksiyasına daxil olmuşdu. 
M.Y.Cəfərov Dumadakı çıxışlarında dəfələrlə Rusiya hökümətinin müsəlman 
və türk xalqları üçün qoyduğu bütün milli, dini və hüquqi məhdudiyyətlərin 
aradan qaldırılmasını tələb etmişdi. 1916-cı il 3 noyabr tarixində Dumadakı 
çıxışında M.Y.Cəfərov Müsəlman fraksiyası adından hökuməti kəskin şəkildə 
aşağıdakı sözlərlə ittiham etmişdi: "İfrata varan milli despotizm ölkədə heç vaxt 
belə miqyas almamışdır. İndiyədək rəhmsiz mərkəzləşmiş bürokratik idarəetmə 
aparatı Rusiyanın digər xalqlarının milli hisslərini heç vaxt bu şəkildə ələ 
salmamış və onlann sosial - mədəni xüsusiyyətlərini indiki kimi əzib çeynəyərək 
iflic etməmişdir." 
Beləliklə, Azərbaycanın milli - demokratik hərəkatının Dövlət 
Dumalarında deputat kimi fəaliyyət göstərən nümayəndələri bu orqandan nəinki 
Azərbaycan xalqının, bütün Rusiya müsəlmanlarının milli haqqlarının 
müdafiəsi üçün bir tribuna kimi istifadə edərək, çarizmin müstəmləkə siyasətini 
kəskin şəkildə pisləyirdilər. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin