Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Cənubi Qafqazda istehsal edilən mahlıcm



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə135/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   131   132   133   134   135   136   137   138   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Cənubi Qafqazda istehsal edilən mahlıcm 
75%-dən çoxu 
Şimali Azərbaycanın payına düşürdü. Bu sənaye sahəsinə 
qoyulan kapitalın çox böyük hissəsi - 80%-i 
milli burjuaziyaya 
(H.Z.Ta- 
ğıyev, Mahmudbəyov qardaşları və b.) məxsus idi. Cənubi Qafqazda olan 5 
pambıq - parça fabrikindən 4-ü azərbaycanlı sahibkarlar tərəfindən açılmışdı. 
Maraqlıdu* ki, 
balıqçılıq və balıq emalı sənayesinin 70%-i azərbaycanlı 
sahibkarların 
(H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov, T.Səfərəliyev və b.) 
əlində idi. Azərbaycanın balıq və kürü məhsulları 
Rusiya 
ilə yanaşı, 
ABŞ, 
Almaniya, Fransa, Polşa 
və başqa ölkələrə ixrac edilirdi. Balıqçılıq da daxil 
olmaqla, 
Azərbaycanın yeyinti sənayesi 
kapital qoyuluşunun həcminə, məhsul 
istehsalının dəyərinə və fəhlələrin sayına görə neft sənayesindən sonra 
ikinci 
yeri 
tuturdu. Təkcə balıqçılıq sənayesində 40 min nəfərdən çox fəhlə çalışırdı. 
Hökumətin yeritdiyi müstəmləkəçi siyasət nəticəsində Şimali Azər 
221 


baycan Rusiyanın təkcə "neft çəlləyi"nə, pambıq və tütün plantasiyasına deyil, 
həm də çaxır çəlləyinə çevrilmişdi. 1913 - 1914-cü illərdə Cənubi Qafqazda 
istehsal olunan şərabın 1/3-ni, konyakın 45%-ni, pivənin isə 62%- ni Şimali 
Azərbaycan verirdi. 
Kapitalist sənaye istehsalının sürətli inkişafı şəhərlərin böyüməsi ilə 
yanaşı, şəhər əhalisinin xüsusi çəkisinin artmasına gətirib çıxartmışdı. 1913- cü 
ildə Şimali Azərbycanda qeydə alınan 2,5 milyon nəfərə yaxın əhalinin 580 min 
nəfərdən çoxu və yaxud 24%-ə qədəri şəhərlərdə yaşayırdı. Şəhərətrafı ilə 
birlikdə Bakıda 300 min nəfərdən çox əhali yaşayırdı ki, bu da ölkəmizin bütün 
şəhər əhalisinin 52%-i demək idi. 
XX
əsrin əvvəllərində Bakı şəhərinin sürətlə artan əhalisinin içməli su 
ilə təchiz olunması çox müşkül bir problemə çevrilmişdi. Bakı Şəhər Dumasında 
şəhərin su təchizatı ilə bağlı bir neçə layihə müzakirəyə çıxanl- mışdı: 1. Dəniz 
suyunun duzdan təmizlənib içməli suya çevrilməsi; 2. Bakıya Kür çayından su 
kəmərinin çəkilməsi; 3. Bakının kəndlərində qazılacaq quyulardan toplanan 
suyun şəhərə gətirilməsi; 4. Şollar - Bakı su kəmərinin çəkilməsi. Dumanın 
xristian üzvləri olan ruslar və ermənilər daha ucuz başa gələn Kür çayından su 
kəmərinin çəkilməsi layihəsinin qəbulunda təkid edirdilər. Ancaq Duma üzvü 
olan görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Tiflis şəhərinin əhalisinin 
bir hissəsinin vərəm xəstəsi olmasını və şəhərin bütün kanalizasiya (çirkab) 
sularının Kür çayına axıdılmasmı əsas gətirərək Şollar su kəməri layihəsi 
haqqında yekun qərarın qəbul edilməsinə nail oldu. H.Z.Tağıyevin böyük 
yardımı ilə Şollar su kəmərinin çəkilməsinə 1909-cu ildə başlandı. 1907 - 
1910-cu illərdə işdə fasilə yaransa da, nəhayət, 1917-ci ilin yanvann 21-də Şollar 
su kəmərinin çəkilişi başa çatdınldı. Kəmərin təntənəli surətdə istifadəyə 
verilməsi mərasimində ilk su kranı H.Z.Tağıyevin və layihənin müəllifi ingilis 
mühəndisi VXindleyin iştirakı ilə açıldı. Şollar suyunun şəhərə gətirilməsi 
Bakıda həqiqətən böyük bu- bayrama çevrildi. Bu münasibətlə kimin imkanı var 
idi, hətta qurban kəsdi. Çünki Bakıya içməli su əsasən gəmilərlə Həştərxandan 
gətirilir və əhaliyə pulla satılırdı. 
Kənd təsərrüfatı.
Birinci dünya müharibəsi ərəfəsində Şimali 
Azərbaycanda əkinə yararlı torpaq sahəsi 1,3 milyon desyatinə bərabər idi və bu 
torpaqların yarıdan çoxunda buğda, arpa, düyü, 12%-ində isə pambıq əkilirdi. 
1913-cü il məlumatına görə bütün taxıl əkinlərinin 10%-ni təşkil edən 
qolçomaqların - yəni kənd burjuaziyasının təsərrüfatlarından 20 milyon pud
yaxud bütün ölkə taxılının üçdə biri qədər taxıl yığılmışdı. 
Bütün Cənubi Qafqazda istehsal olunan çəltik (düyü) məhsulunun 
85%-dən çoxu Şimali Azərbaycanda becərilirdi. 
Sənaye pambıqçılığının inkişafının tələblərinə uyğun olaraq 1900 - 
1913-cü illərdə Şimali Azərbaycanda pambıq əkin sahələri 5 dəfədən çox, 
pambıq məhsulu isə 15 dəfə artaraq 4,5 milyon pudu ötüb keçmişdi. 
Pambıqçılıqda maşın və traktorlardan istifadə edilir və cərgəli əkin üsulu 
222 


tətbiq olunurdu. 
1914-cü ildə Cənubi Qafqazda becərilən baramanın 81% - indən 
çoxunu Şimali Azərbaycan verirdi. Əldə olunan barama məhsulunun bir hissəsi 
yerli fabriklərdə emal edilir, bir hissəsi isə Milan, Marsel, Lion və başqa 
şəhərlərə ixrac olunurdu. 
Şimali Azərbaycanda əsas tütünçülük plantasiyaları Nuxa qəzası və 
Zaqatala dairəsində idi. 
Şimali Azərbaycanda üzüm bağlarının böyük hissəsi mülkədarlara və 
ayrı -ayrı şirkətlərə, cəmi 9%-i isə qolçomaqlara məxsus idi. 
Azərbaycan kəndinin yeni kənd təsərrüfatı texnikası və maşınla 
təminatı aşağı səviyyədə idi. Çünki ölkədə belə texnika istehsal olunmurdu və 
xaricdən gətirilməsi baha başa gəlirdi. Kənd təsərrüfatı texnikasım yalnız 
imkanlı mülkədarlar və varlı kəndlilər - qolçomaqlar satın ala bilirdilər. XX 
əsrin əvvəllərində Şimali Azərbaycanda neft və ya buxar mühərriki ilə işləyən, 
6-8 kotanı hərəkətə gətirə bilən bir neçə traktor və 840 səpin maşını işləyirdi. 
1913-cü ildə Rusiya üzrə əkinçilikdə istifadə olunan 152 traktordan cəmi 6-sı 
Şimali Azərbaycanın payına düşürdü. 
Azərbaycan kəndində mövcud olan torpaqsızlıq və torpaq azlığı 
şəraitində çar hökuməti köçürmə siyasətini davam etdirirdi. 1900 - 1905-ci 
illərdə təkcə Bakı quberniyasına köçürülən rus kəndliləri üçün 44 min des- yatin 
yararlı torpaq sahəsi ayrılmışdı. Halbuki elə həmin quberniyada torpaqsız 
kəndli ailələrinin sayı 16 min nəfəri ötüb keçmişdi. Muğanda və Mildə 4 kənddə 
2 mindən çox azərbaycanlı kəndli ailəsi öz ata - baba yurdundan qovulmuş, 
torpaqları isə gəlmə rus köçkünlərinə verilmişdi. Rusiyadan müxtəlif vaxtlarda 
Muğana köçürülmüş 20 min rus əhalisinin yaşaması üçün 49 kənd salınmış, 
yerli əhalidən qorunmaq üçün dövlət rus kəndlilərinə silah paylamışdı. Rus 
hökümətinin köçürmə siyasəti etnik münaqişə yaratmaqla bərabər, bu torpağın 
əsl sahibləri olan Azərbaycan türklərində hakimiyyətə qarşı dərin nifrət hissi 
yaratmışdı. 
Yeni aqrar qanunlar,
XX əsrin əvvəllərində Şimali Azərbaycanda 
bütün torpaqların 70%-ə qədəri dövlətin mülkiy>'ətində idi və bu torpaqlarda 
bütün kəndlilərin 68%-i yaşayırdı. Bütün kəndlilərin sayı 1,5 milyon nəfərə 
çatırdı ki, bunun da 1/3 hissəsi, yəni 500 min nəfəri mülkədar torpaqlarında 
məskunlaşmışdı. Bütövlükdə dövlət kəndlilərinin istifadəsində olan torpaq 
sahəsi sahibkar (mülkədar) kəndlilərinin istifadə etdiyi torpaqlardan 3 dəfə çox 
idi. Lakin çar höküməti dövlət kəndində torpaq münasibətlərinin 
nizamlanmasına çox gec başladı. "Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq 
quruluşu haqqında^ 1900-cü il 1 may qanunu ilə rus höküməti bu sahədə ilk 
addımı ataraq dövlət kəndlilərinə icma torpaqlanndan nəsli istifadə hüququ 
vermişdi. 1900-cü il 1 may qanununa uyğun olaraq 1903-cü il aprelin 21-də 
verilmiş Əsasnamədə kəndlilərin nəsli istifadəsinə keçəcək torpaqların 
sərhədlərinin müəyyənləşdirilməsi və pay torpaqlannm planlarının tərtib və 
təsdiq edilməsi qaydası müəyyən edildi. Kəndlilərə əlavə pay 
223 


torpaqlarının verilməsi, çəmən, otlaq və meşələrdən də onlara pay ayrılması 
qaydası da müəyyən olundu. Lakin nə qanun, nə də Əsasnamə dövlət kəndində 
torpaq məsələsini axıra qədər həll etmədi. Əksinə qanunun müəyyən 
maddələrindən (torpaqların vaxtaşırı icma üzvləri arasında bölüşdürülməsi 
qaydasının ləğv edilməsi) yararlanan qolçomaqlar və imkanlı kəndlilər ic- 
madakı yararlı torpaqların bir hisəsini ələ keçirərək dövlət kəndində 
təbəqələşmənin güclənməsinə təkan verdilər. 
Şimali Azərbaycanın sahibkar kəndində isə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin