bəyin başçılığı ilə üsyançılar Yeni Zaqatala yaxınlığında rus ordusunu
darmadağın etdilər. Ruslar biabırçı şəkildə qaçmağa başladılar.
Rus komandanlığı bir qədər sonra əlavə qüvvələr gətirilməsi, ağır
toplardan istifadə olunması və üsyan rəhbərlərinin ələ keçirilməsi hesabına
azadlıq hərəkatını yatıra bildi. Üsyançılara qarşı kütləvi cəza tədbirləri həyata
keçirildi. Bir çox kəndlər
yer üzündən silindi, 1000-dən çox üsyançı ailəsi (6
min nəfərə yaxın) Alazan çayının sahilində təbiəti çox yoxsul və iqlimi isə
öldürücü olan boş torpaqlara sürgün edildi. 1839-cu ildə geri qayıtmağa icazə
verilərkən sürgün olunanlardan yalnız 800-ə yaxın ailə sağ qalmışdı.
1832-ci ildə Car - Balakəndə Həmzət bəyin başçılığı ilə ikinci üsyan da
amansızlıqla yatırıldı.
Məhəlli xarakter daşıması, iştirakçılann silahla pis təchiz olunması,
qüvvələr nisbəti, hökumətin üsyançılara qarşı nizami qoşun hissələrindən
istifadə etməsi Car -Balakən üsyanının məğlub olmasının əsas səbəbləri hesab
edilir.
Lənkəran üsyanı,
1814-cü ildə Lənkəran
hakimi Mir Mustafa xamn
ölümündən sonra rus hökuməti xanlığın idarəsini onun oğlu Mir Həsən xana
tapşırmışdı. 1826-cı ildə xanlıq ləğv ediləndən sonra əyalət komendantı mayor
İlyinskinin xana məxsus əmlakların üçdə ikisini müsadirə etməsi Mir Həsən xanı
ruslardan narazı salmış və o, mənbələrdə deyildiyi kimi. Qacarların idarə etdiyi
“Qızılbaş dövlətinə^ (Qacar dövləti belə də adlandınlır - Red.) sığınmışdı. Mir
Həsən xan Türkmənçay müqaviləsi ilə Lənkəran xanlığının da Rusiyaya güzəştə
gedilməsinə görə narazılığım tez - tez Fətəli şah Qacara və şahzadə Abbas
Mirzəyə bildirməkdən çəkinmirdi.
Rus idarəçiliyi Lənkəran əhalisinə böyük sıxıntı, əzab - əziyyət və zülm
gətirmişdi. Ali zümrənin nümayəndələri idarəçilik işlərindən uzaqlaşdırılır, din
xadimlərini əhali içərisində nüfuzdan salan addımlar atılırdı. Hökumətin talan
səviyyəsinə qaldırılmış vergi siyasəti Lənkəran əyalətində daha amansız və
indiyədək görünməmiş bir şəkil almışdı. Sahibkar kəndlilərdən yığılan
vergilərin miqdarı 2-3 dəfə artırılmış, dövlət təsərrüfatlarında
yaşayan minə
yaxın əkər adlanan kəndlilərin yarıdan çoxu müflisləşərək qaçıb dağılmışdı.
Hakimi-mütləq olan komendant İlyinski rüşvət alır, hər cür qanunsuzluq və hətta
cinayət törətməkdən çəkinmirdi. Onun əmri ilə 20 nəfəri istintaqsız və
məhkəməsiz dənizdə batırıb öldürmüşdülər. Bəd əməllərində ondan geri
qalmayan yeni komendant Komiyenko əhali üzərinə qanunsuz olaraq ikiqat
vergi qoyaraq mənimsəmişdi. Əhalinin böyük hissəsinin müstəmləkə rejiminə
qarşı nifrətlə dolduğunu görən xan tərəfdarlan Azərbaycanın cənubuna məktub
göndərərək Mir Həsən xanı ruslara qarşı hərəkata başçılıq
etmək üçün
Lənkərana çağırdılar. 1831-ci ilin martın 5-də Mir Həsən xanın Lənkərana
gəlməsi ilə əyalətin mahallarının çoxunu üsyan bürüdü. Üsyançılar, hətta
Lənkərandakı hərbi qarnizonun Şamaxı və Qarabağla quru əlaqəsini tamamilə
kəsmişdilər. Üsyanda ali zümrənin nümayəndələri kəndlilərlə bir cəbhədə çıxış
edirdi.
192
Lənkəran şəhərini ələ keçirə bilməyən üsyançılara qarşı Şamaxı, Şəki,
Dərbənd şəhərlərində yerləşdirilən rus qoşunlarını
səfərbər edən hökumət
1831-ci il aprelin əvvəlində üsyanı yatırmağa nail oldu. Xan yenidən Qacarlara
sığınmaq məcburiyyətində qaldı. Ağır cəza tədbirlərindən yaxa qurtarmaq üçün
451 ailə də Arazdan cənuba - Qacar dövlətinə köçüb getdi.
Beləliklə, iki aya qədər davam edən
Dostları ilə paylaş: