arxiyepiskopu Nersesin ixtiyarına yerilmişdi və buna qəti etiraz edən müsəlman
əhali hökumətin bu addımından dəhşətə gəlmişdi.
Çünki bu, Azərbaycan
torpağında görünməmiş və tarixdə analoqu olmayan hadisə idi.
Rusiya dövləti tarixi Azərbaycan torpaqlannı «erməni yurduna» çevirmək
üçün istənilən addımı atır və dövlətin bütün hərbi, siyasi və maliyyə imkanlarını
demək olar ki, bu işə səfərbər etmişdi. Qacar dövləti ilə bağlanmış Türkmənçay
müqaviləsinin XV maddəsi ermənilərin köçürülməsi məsələsinə həsr
olunmuşdu. Bu müqavilədən ən çox udan da ermənilər oldu. Çünki Türkmənçay
müqaviləsi bağlananadək etnik qrup olan ermənilərin ayrıca bir vətəni yox idi və
onlar dünyanın müxtilif ölkələrinə səpələnmişdilər. Əbəs yerə erməniləri bir
xalq olaraq “Türkmənçayın övladları'' adlandırmırlar. 1828-ci il Türkmənçay və
1829- cu il Ədimə müqavilələrindən sonra
Qacar dövlətinin Azərbaycan
vilayətindən 40 min, Osmanlı ərazisindən isə 84 min nəfərdən çox erməni
əhalisi Şimali Azərbaycana köçürülərək İrəvan, Naxçıvan və Qarabağ
torpaqlannda yerləşdirilmişdi. Bu işin əsas təşkilatçılanndan biri olan rus
diplomatı A.S.Qriboyedov yazırdı: «ermənilərin ilk dəfə buraxıldıqları
torpaqlara əbədi sahib duracaqlarından müsəlman
əhalidə yaranacaq qorxunu
aradan qaldırmaq və köçürmə nəticəsində düşə biləcəkləri ağır vəziyyətlə
müsəlman əhalisini barışdırmaq məsələsi dəfələrlə müzakirə olunmuşdur». Rus
tarixçisi N.N.Şavrov kütləvi erməni köçürmələrinin bölgədəki demoqrafik
vəziyyətə təsiri ilə bağlı yazırdı: "müharibədən sonrakı iki ildə Zaqafqaziyaya
Persiyadan (Qacardan - Red.) 40 min. Osmanlıdan 84 min nəfər erməni
köçürmüş və onları ermənilərin azlıq təşkil etdiyi İrəvan və Yelizavetpol (Gəncə
- Red.) quberniyalarında... yerləşdirmişik....
XX əsrin əvvəllərində
Zaqafqaziyada yaşayan 1,3 milyon nəfər erməninin bir milyonu diyarın yerli
sakinləri
olmayıb,
bizim
(yəni
ruslar
-
Red.)
tərəfimizdən
məskunlaşdırılmışdır.^’ Şavrova görə, ermənilərə məskən salmaq üçün
hökumət tərəfindən 200 min desyatin xəzinə torpağı aynimış və
müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın
alınmışdı.
Dövlət səviyyəsində və ardıcıl həyata keçirilən
erməni köçürmələri
müsəlman-türk əhalinin yaşadığı torpaqlarda demoqrafik vəziyyətə çox kəskin
şəkildə mənfi təsir göstərmişdi. 1823-cü il siyahıyaalmasma görə, Qarabağ
əyalətinin xristian - erməni əhalisinin xüsusi çəkisi 8,4 %-dən 1832- ci ildə 34,8
%-ə, 1897-ci il sayımma görə isə 53%-ə qalxmışdı. İşğaldan qabaq İrəvan
xanlığının əhalisinin 78 %-dən çoxunu təşkil edən Azərbaycan türklərinin
xüsusi çəkisi artıq 1834 - 1835-ci illərin rəsmi statistikasına görə 46 %-ə
enmişdi.
Köçürmələr nəticəsində dədə - baba torpaqlarımıza yiyələnən ermənilər
Rusiya hökumətinin himayəsi altında ilk əvvəl bizi sıxışdırmağa, bizə qarşı
ərazi iddialan ilə çıxış etməyə başladılar. Sonra isə elə bir məqsədyönlü
190
soyqırım və deportasiya siyasəti yeritdilər ki, bizə məxsus olmuş tarixi İrəvan
torpağında, yəni indiki Ermənistanda bir nəfər də olsun azərbaycanlı
qalmamışdır.
Şimali Azərbaycan kəndlilərinin torpaqla təminatı qayğısına qalmayan
və torpaqsız kəndlilərin öz doğma yurdunda onlara torpaq payı ayniması
xahişini on illərlə qulaq ardına vuran rus hökumət orqanlan köçürüb gətirdiyi
xristian əhalini çox yüksək səviyyədə himayə edirdi.
Erməni əhalisi köçüb
gələndən sonra 6 il ərzində bütün vergi və mükəlləfiyyətdən azad edilmiş və
hətta Qacar hökumətindən alınan təzminatın bir hissəsi əlavə vəsait kimi onlar
üçün ayrılmışdı.
1830-cu il 20 oktyabr ali çar fərmanı ilə Rusiyanın mərkəzi
quberniyalarından 4 il ərzində bidətçi sayılan təriqətlərə mənsub olduqlanna
görə, rəsmi pravoslavlıq üçün təhlükəli sayılan 504 rus ailəsi (2522 nəfər)
köçürülərək Azərbaycamn Şirvan və Qarabağ bölgələrində yerləşdirilmişdir.
Təkcə Qarabağa köçürülən 39 təriqətçi ailəsinə yerləşmək üçün 160 desyatin,
taxıl əkini və biçənək üçün 1000 desyatin torpaq sahəsi ayrılmışdı. Köçkün rus
əhalisi bizim əhalinin hesabına ərzaq məhsullan ilə də təmin olunurdu. Çox
zaman bidətçi rusların hökumət tərəfindən bəylərə məxsus yaylaq və
qışlaqlarda bəylərin razılığı alınmadan yerləşdirilməsi maldarlıq təsərrüfatına
böyük ziyan vurmuşdu.
Şimali Azərbaycanda rus müstəmləkə əsarətinə qarşı
üsyanlar
Dostları ilə paylaş: