Səh.86-da Koordinat şəbəkəsini , “Koordinat müstəvisi” ilə əvəz olunmasını tövsiyyə edirəm.Nə üçün aşağı sinifdən yüxarı sinfə keçdikdə verilmiş məlumat öz mövqeyini itirməlidir?Yuxar sinifdə koordinat şəbəkəsi demirik.Necə ki,aşağı sinifdə sadəcə ədədlər dedik .Sonra isə ədədləri genişləndirdik.Amma ədədlər mövqeyini itirmədi. Şəbəkə - texnogiyayada daha çox işlənən termindir.Cihazların bir-biri ilə əlaqə qurulması və məlumatların paylanması deməkdir.Elektrik şəbəkəsi,Ticarət şəbəkəsi və s
Səh. 102-də Sözlükdə “Bucaq – başlanğıc nöqtələri eyni olan iki şüanın əmələ gətirdiyi fiqur” deyil, Ortaq başlanğıclı iki şüanın əmələ gətirdiyi müstəvi fiquruna bucaq deyilir” məqsədəuyğundur
Səh102-də • Açıq bucaq – tərəfləri düz xətt əmələ gətirən bucaq” deyil, “İki əks şüanın əmələ gətirdiyi müstəvi fiquruna açıq bucaq deyilir”olması məqsədəuyğundur”
Səh 103-də Fəza fiqurunun açılışı – elə müstəvi fiqurdur ki, onu müəyyən xətlər üzrə qatladıqda uyğun fəza fiquru alınır .Tərif dəqiq deyil. Fəza fiqurunun açılışı – elə müstəvi fiqurlarıdır ki, onuların uyğun hissələr ilə uyğun formada birləşdirdikdə uyğun fəza fiquru alınır . səh. 103-də Koordinat şəbəkəsi – bir-birinə perpendikulyar çəkilmiş x və y oxları üzərindəki bölgülərə əsasən nöqtənin yerini təyin etmək üçün istifadə edilir deyil, Koordinat müstəvisi – bir-birinə perpendikulyar çəkilmiş x və y oxları üzərindəki bölgülərə əsasən nöqtənin yerini təyin etmək üçün istifadə edilir. Səh 103.Koordinatlar – koordinat şəbəkəsində nöqtənin yerini göstərən x və y oxlarına uyğun ədədlər deyil, Koordinatlar – koordinat müstəvisində nöqtənin yerini göstərən x və y oxlarına uyğun ədədlərdir. II hissə səh 9-da Kəsrin surət və məxrəcinin eyni ədədə bölünməsi kəsrin ixtisar edilməsi adlanır deyil, Kəsrin surət və məxrəcinin onların vahiddən fərqli(1-dən fərqli) eyni böləninə bölünməsinə kəsrin ixtisarı deyilir. səh.19-da Onluq kəsrlər bölməsi dərsliyə yeni daxil edilmişdir..Onluq kəsrlər ibtidai sinif üçün ağır olan yeni bir bölmə olaraq daxil olunub. Orta təhsil pilləsinə keçdikdə lazım olan əsas məqsədlərimizi sistemləşdirmək lazımdır.Yuxarıda qeyd etdiyim kimi natuarl ədəd ,ədədin bölənləri və bölünənləri kimi mövzular daha da sistemli şəkildə öyrənilməsi məqsədəuyğundur.İbtidai sinifdə formalaşdırılacaq əsas baçarıqlar hesablama , məntiqi əlaqə qurmaq, yaş səviyyəsinə uyğun həyati situasiyanı müəyyən etmək bacarığıdır .(Onluq kərslərin çıxarılması kimi tövsiyəm İbtidai sinif müəllimləri ilə müzakirənin nəticəsidir)