Dərslik çox rəngarəngdir, yanaşma fərqlidir. Mövzu izahları anlaşılandır, məsələlərin mətni daha müasirdir. Tapşırıqların ağırlıq dərəcəsi mövzuya görə normaldır. Burada verilən tapşırıqlar düşündürücü, inkişafetdiricidir


səh 56-da- Tənliyə tərif verilməsi tövsiyyə olunur. Məchulu olan bərabərliyə tənlik deyilir. səh 55-də



Yüklə 0,57 Mb.
səhifə2/4
tarix15.12.2022
ölçüsü0,57 Mb.
#74924
növüDərslik
1   2   3   4
4-cü sinif riyaziyyat qiymətləndirmə

səh 56-da- Tənliyə tərif verilməsi tövsiyyə olunur. Məchulu olan bərabərliyə tənlik deyilir.
səh 55-də Diqqət! Ədədi dəyişənə vurmaq dəyişəni bu ədəd dəfə təkrar toplamaq deməkdir.Burada təkrar sözü çıxarılması tövsiyyə olunur. Dəfə sözü varsa, təkrar sözü lazım deyil.

Səh76-da Yada salın:-da həm müstəvi həm də fəza fiqurları haqda məlumat verilir .Lakin 3-cü və 4-cü sinif riyaziyyat dərsliyində Müstəvi və fəza fiqurları nəyə deyilir, və ya fərqləndirən heç bir hal verilməyib. Tövsiyyə: Fiqurun bütün nöqtələri eyni müstəvi üzərində oturursa bu fiqura müstəvi fiquru deyirik. Nümunə: kvadrat,çevrə,düzbucaqlı ,trapesiya və s .Şəkil üzərində göstərilməklə verilməlidir.
Tövsiyyə:Fiqurun bütün nöqtələri eyni müstəvi üzərində oturmursa bu fiqura fəza fiquru deyilir. Nümunə: Silindr, konus, kürə, kub və s Şəkil göstərilməklə verilir.

Səh :78-də Şüaya konkret tərif verilərsə yaxşı olardı. ( Tövsiyyə)Düz xəttin verilmiş nöqrəsindən bir tərəfdə olan bütün nöqtələrdən ibarət hissəsinə şüa deyilir. Bu nöqtəyə şüanın başlanğıc nöqtəsi deyilir.
Səh.78-də
A nöqtəsi düz xətti AB və AC şüalarına ayırır .Əvvəlcə şəkli, sonra isə verilməsi tövsiyyə olunandır.
Səh:78-də DİQQƏT! Şüanı üzərindəki ikinci nöqtəni qeyd etmədən də təsvir etmək olar. Bir Şüanı təsvir etmək üçün biz bir neçə təsvir verdik. Nəzərə alaq ki, ibtidai sinifdir.
Səh.81-də bucağın tərifi “Başlanğıc nöqtələri eyni olan iki şüanın əmələ gətirdiyi fiqur bucaq adlanır” tərifi doğru deyil. Səh .81-də “Ortaq başlanğıclı iki şüanın əmələ gətirdiyi müstəvi fiquruna bucaq deyilir məqsədəuyğundur. Şəkillər də doğru deyil. Şüaların arası müstəvi kimi verilməlidir.
Səh 81-də Açıq bucağın tərifi “ Tərəfləri düz xətt əmələ gətirən bucaq açıq bucaq adlanır” deyil.Sual verilsə bu bucağın təpəsi haradır?(Tövsiyyə) “İki əks şüanın əmələ gətirdiyi müstəvi fiquruna açıq bucaq deyilir”olması məqsədəuyğundur.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin