Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə12/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

 
 
1.20. Gender və mədəniyyət 
 
Genderin nəzəri anlamında mərkəzi,  əsas yer onun sosial-mədəni kateqoriya kimi şərhinə  məxsusdur. 
Genderə belə yanaşma qanunauyğun olaraq onun sosial təşkilli və  mədəni təşkilli fenomen kimi tərifindəki 
fərqin dəqiqləşdirilməsinə ehtiyac ilə  şərtləndirilir. Həmin səviyyədə genderin iki qarşılıqlı  əlaqəli mahiyyət 
tərəfi – sosial və  mədəni tərkib hissələri, maddi-praktiki, sosial-konkret və  mədəni-mənəvi, rəmzi büruzəsi 
arasındakı fərq aşkar olunur. 
Genderin sosial təşkil baxımından dərk olunması sosial varlığın  əmək alətləri və istehsal vasitələrinin 
inkişaf səviyyəsi, tarixi inkişafın müvafiq mərhələsində yaranmış  əməyin ictimai bölümü, sosial həyatın 
müxtəlif tərəflərinin artıq formalaşmış və təsdiqini tapmış xarakterinin həmin prosesə təsirinin nəzərə alınmasını 
tələb edir. Bu zaman genderin formalaşma, inkişaf və yenidən istehsal proseslərinə, gender fərqləri və 
bütövlükdə gender sisteminin fundamental əsası olaraq onların funksional və maddi məqsədlərdən, sosiumun 
vəzifələrindən asılılığı  nəzərdən keçirilir. Bununla da genderin müxtəlif sosial əlaqələr, qarşılıqlı  təsir və 
qarşılıqlı münasibətlərdə  aşkarlığının rəngarəngliyi onun sosiomədəni tədqiq orbitinə düşür. Tətbiqinin  əsas 
nöqtəsi olaraq gender araşdırmasının bu konteksti gender sosial sisteminin gender stereotiplərinə, rollarına, 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
94
təfəkkürünə və sairəyə təsirini nəzərdə tutur. Başqa sözlə desək, diqqət mədəni qatın sosial formasiyanın maddi 
xüsusiyyətlərindən asılılığına yönəlir. 
Öz növbəsində genderin mədəni təşkili onun təhlili gedişində gender içtimailəşməsinin, gender 
stereotipləri, rolları, gender eyniləşməsinin, təfəkkür proseslərinin formalaşması kimi amillərin və  rəngarəng 
mədəni kontekst axınında yerləşənlərin genderin təşəkkül və inkişafına, gender bərabərsizliyi və gender 
sistemlərinə təsirinin nəzərə alınmasını tələb edir. 
Qeyd etmək lazımdır ki, genderin sosial-mədəni fenomen kimi ikili təbiəti onun sosial və mədəni təşkil 
proseslərinin birvaxtlı, birgə, qarşılıqlı  əlaqəli gedişini nəzərdə tutur. Genderin bu xüsusiyyəti onun inkişaf 
prosesinin dinamikası  və istiqamətlərinin cəmiyyətdə baş verən müxtəlif sosial dəyişikliklər: iqtisadi, sosial-
stratifikasiya, siyasi-hüquqi, mədəni, ideoloji və  mənəvi islahatların hərtərəfli praktikasından asılılığı ilə 
əlaqədardır. 
Yuxarıda deyilənləri nəzərə alaraq, bu mövzu çərçivəsində ilk növbədə genderin sosial təşkili prosesini 
nəzərdən keçirək. 
Bəşər tarixində gender stratifikasiyası  və gender bərabərsizliyinin yaranması sosial stratifikasiyanın 
ümumi təşəkkül meyli və sonrakı sosial bərabərsizliyin formalaşması ilə  sıx  şəkildə bağlıdır. Gender 
bərabərsizliyi də sosial bərabərsizlik kimi, hər  şeydən  əvvəl kişi və qadın arasında  əsas, praktiki olaraq 
insanların sosiomədəni məkanda cəmlənmiş maddi və  mənəvi nailiyyətlər və firavanlıq imkanlarını müəyyən 
edən sosial əhəmiyyətli ehtiyatların; maddi dəyərin (mülkiyyət və ya gəlir şəklində), hakimiyyətin (sosial təsirin 
bütün səviyyələrində onun ayrı-ayrı  aşkarlıq formalarında), təhsil və nüfuzun qeyri-bərabər bölünməsindən 
ibarətdir. Cəmiyyət inkişaf etdikcə sosial stratifikasiyanın cəmiyyətdəki peşə-vəzifə strukturunda rolu və yeri, 
əmək və  məişət  şəraiti, siyasi həyatda iştirak dərəcəsi, ailə sahəsində  iştirakı, asudə vaxtının xüsusiyyətləri, 
ixtisas və  mənəvi təkmilləşmə imkanları, bütövlükdə  həyat tərzi kimi göstəriciləri və ölçüləri gender stratifi-
kasiyaları və bərabərsizliyi üçün də səciyəvi göstəriciyə çevrilir. 
Gender bərabərsizliyi sosiomədəni konstrukt kimi kişi və qadın arasındaki təbii, bioloji fərqlər əsasında 
yaranmışdır. Əmək alətləri inkişaf etdikcə və texnologiya təkmilləşdikcə, əməyin ictimai bölümü dərinləşdikcə, 
maddi və mənəvi istehsal nəticələrinin müvafiq bölüm sistemi yarandıqca, cəmiyyətin iqtisadi, siyasi və mənəvi 
fəaliyyət sahələrində patriarxat mədəniyyətin hakim vəziyyəti özünü təsdiq etdikcə, kişilərlə qadınlar arasındakı 
təbii fərq sosial bərabərsizlik qandalı ilə buxovlanır. Sadaladığımız prosesləri daha geniş araşdıraq. 
Gender stratifikasiyası sosial stratifikasiyanın struktur bölməsi, xüsusi bir sosiomədəni kəsimi 
olduğundan və onun əksər göstəricilərinə  və xarakteristikalarına malik olduğundan onu təfsilatı ilə  tədqiq 
etməkdən ötrü hər şeydən əvvəl kişi və qadının özünü qida, geyim və sığınacaqla təmin etmək üçün hansı əmək 
alətlərinin lazım olduğu və müvafiq olaraq bunu necə  təşkil ediləcəyi araşdırılır. Bundan başqa, iqlim şəraiti, 
torpağın vəziyyəti və insanların həyatına təsir göstərən digər ekoloji göstəricilər də nəzərə alınmalıdır. Həmçinin 
belə yanaşmanın əmək fəaliyyəti çərçivəsində baş verən proseslərin sosial dəyişikliklərlə, sərt determinasiya ilə 
bağlı olmadığını unutmaq olmaz. Əmək alətləri və texnologiyalar müəyyən hadisələr üçün yalnız müəyyən 
şərait yaradır, lakin onları heç də mütləq etmir. Eyni zamanda antropoloji ədəbiyyatda həmin yanaşma təkamül 
adlandırılır, çünki əmək alətlərinin inkişafı və təkmilləşməsi istehsalın və istehlakın inkişafına səbəb olur. 
Amerika sosioloqu və antropoloqu Coan Huber özünün «Gender stratifikasiyası nəzəriyyəsi» (1993) adlı 
məqaləsində ekologiya, ərzaq istehsalı texnologiyası  və  uşaq doğumundakı  dəyişikliklər kimi bir neçə amilin 
qarşılıqlı  təsirini araşdıraraq üç prinsip əsasında gender stratifikasiyası modelini işlədi. Birinci prinsip ailə 
səviyyəsinə aiddir: mal istehsal edən insanlar onu istehlak edənlərdən daha çox hakimiyyətə  və nüfuza 
malikdirlər – almaqdansa vermək bacarığına malik olmaq daha yaxşıdır. Bu zaman qanuni bir sual ortaya çıxır: 
məhsuldar  əmək nədən asılıdır və bu cəmiyyətdə onunla kim məşğul olur? Axı kişi və qadın praktiki olaraq 
əmək sahəsi daxilində olduqca geniş sosial əhəmiyyətli funksiyalar yerinə yetirmək üçün bərabər imkana 
malikdirlər. Buna baxmayaraq bütün cəmiyyətlərdə əməyin bölümü zamanı cins amili həlledici rol oynayır. Bu 
sualın cavabı ondan ibarətdir ki, kişi ilə qadın arasındakı bioloji fərq nəticəsində kişilər cəmiyyətin yaşaması və 
insan populyasiyası üçün iki mühüm funksiyanı – uşaq dünyaya gətirmək və onu yedirmək funksiyalarını yerinə 
yetirə bilmir. Əgər cəmiyyət sağ qalmaq istəyirsə, həmin iki reproduktiv funksiya əksərən qadınlar tərəfindən 
yerinə yetirilməlidir. Bu aşkar faktdan gender stratifikasiyasının ikinci prinsipi doğur: bəşəriyyət özünün 
yaşaması  və inkişaf üçün əməyin kişi və qadın arasında bölünməsi gedişində qadının yerinə yetirdiyi əmək 
fəaliyyəti növlərini hamiləlik və sonra isə südəmər uşaqları yedizdirmək imkanı ilə birləşdirməsi üçün şərait 
yaratmalıdır. Cəmiyyətin yaxud ailənin həyat səviyyəsi, bunun nəticəsi olaraq qadının çiyninə qoyulmuş  işin 
həcmi ilə əhalinin bioloji istehsal prosesinin səmərəlilik səviyyəsi arasındakı sıx əlaqə tarixin bütün gedişi boyu 
izlənmişdir. Məsələn, XIX əsrin  əvvəlində Lionun və Parisin fəhlə ailələrində  uşaq ölümünün səviyyəsi çox 
yüksək idi. Bu onunla əlaqədar idi ki, həmin ailələrdəki qadınlar ailənin gəlirini artırmaq üçün çox işləməli olur 
və onların südəmər övladları isə dayənin ümidinə qalırdı. 
Və  nəhayət, Coan Huberə görə, gender stratifikasiyasının üçüncü prinsipi ümumsosioloji stratifikasiya 
nəzəriyyəsi ilə bağlıdır: hər hansı  cəmiyyətdə daha böyük hakimiyyətə  və nüfuza malik olan insanlar maddi 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
95
rifah və  dəyərlərin ailədən kənarda bölünməsinə  nəzarət edənlərdir.  İbtidai cəmiyyətdə bunlar ovçular, kənd 
təsərrüfatında – hərbi aristokratiya, sənayedə isə – siyasi, iqtisadi və hərbi bürokratiya idi. 
Ekoloji şəraitin və əmək alətlərinin uşaq doğumu və tərbiyəsi ilə alaqədə ovçuluq və meyvə yığımı, toxa 
ilə əkin, heyvandarlıq, əkinçilik və sənaye inkişafına əsaslanmış beş növ cəmiyyətdə gender stratifikasiyasının 
formalaşmasına təsirini izah edən nəzəriyyə həmin adları çəkilən üç prinsipə əsaslanır. 
Ovçuluq və meyvə yığımına əsaslanan ibtidai cəmiyyətdə başlıca əmək aləti taxta nizə və daş idi. Həmin 
alətlərin köməkliyi ilə əldə edilən qida insanların kiçik qruplarla, əsasən 50-yə yaxın adamın birlikdə yaşaması 
ilə şərtlənirdi. İri heyvanları ovlamaqla məşğul olan kişilərin əti bütöv qrup daxilində bölüşdürə bildiyi, lakin 
uşaqlarla birgə giləmeyvə və qoz-fındıq yığan qadınların isə bununla yalnız öz ailəsini təmin edə bildiyi üçün 
kişilər daha böyük hakimiyyətə  və nüfuza sahib idi. Ovun yeganə qida mənbəyinə çevrildiyi sosiumlarda isə 
kişilərin üstünlüyü güclənirdi. Kişinin bir neçə ailə saxlamasına imkan verməyən  ərzaq çatışmazlığı belə 
cəmiyyətlərdə poliqamiyanı nadir hadisəyə çevirirdi. Ovun kobud fiziki qüvvədən daha çox səbir, çeviklik, 
birgə hərəkət tələb etməsinə baxmayaraq, qadınlar ov ustalığına yiyələnə bilərdi. Lakin onlar ibtidai cəmiyyətdə 
bu nüfuzlu fəaliyyət növü ilə  məşğul olmurdu. Məsələ onda idi ki, yüksək ölüm səviyyəsi ilə bağlı olaraq 
qadınlar öz həyatının əksər hissəsini uşaq doğmağa və övladını yaşatmaq üçün bəzən 4 yaşa qədər onu döşü ilə 
yedizdirməyə  sərf edirdi. Bütün bunlar qadının evdən kənarda qeyri-müəyyən vaxt keçirməsini tələb edən 
ovçuluqla məşğul olmasını mümkünsüz edirdi. 
Beləliklə, əhali hasilatına olan ehtiyac qadını ona hakimiyyət və nüfuz gətirən fəaliyyət növləri ilə məşğul 
olmağa imkan vermidi. 
Həyatı  təmin edən prinsipcə yeni əsasa – əkinçiliyə keçid əhalinin artımı, iqlim dəyişiklikləri və 
ovçuluğun insanları  ərzaqla təmin etmək nöqteyi-nəzərindən səmərəliliyinin tədricən azalması ilə bağlı idi. 
Başlıca ov obyekti olan iri məməlilərin populyasiyasının istehsal səviyyəsi insanların onları ovlamaq 
tələbatından geri qalmağa başladı. Torpağın vəziyyəti və iqlim baxımından  əkinçilik üçün əlverişli  şəraitin 
yarandığı bölgələrdə yemin azlığı ucbatından insanlar daha oturaq həyat tərzinə keçməli və torpağın  şərti 
vahidindən əldə olunan yemin böyük miqdarı ilə bağlı həmin fəaliyyət növü ilə məşğul olmağa başladılar. Taxta 
əkin vasitələrinə əsaslanan primitiv toxalar 9000 il əvvəl Avrasiyanın Afrika ilə kəsişdiyi yerdə meydana gəldi. 
Taxta toxanın primtivliyinə və torpağı yaxşı belləməyə imkan verməməsinə və buna görə də insanları hər neçə 
ildən bir yaşadığı yerlərdən köçüb getməyə və yeni, məhsuldar torpaq axtararaq ovçuluqla, meyvə yığımı ilə də 
məşğul olmağa məcbur etməsinə baxmayaraq əkinçilik daha bol yem əldə etmək və bununla əlagədar birlikdə 
sabit sayda yaşayan insanların miqdarını 95-ə çatdırmaq imkanı yaratdı. 
Daha yaxşı inkişaf etmiş toxa ilə becərmə üsulu 6000 il əvvəl metal alətlərin yaranması ilə meydana 
çıxdı. Belə cəmiyyətlər Amerikada, Asiya və Avropada yarandı. Yemin miqdarının artması birliklərin sayının 
60 dəfə çoxalmasına səbəb oldu. Metal alətlərin icad edilməsi tədricən ehtiyatların artmasına, sabit iqtisadi 
əlavənin yaranmasına,  əmək bölümünün dərinləşməsinə  və bununla da sosial bərabərsizliyin yaranmasına 
gətirib çıxardı. Bununla da müasir sosial stratifikasiyanın  əsası qoyuldu. Bundan başqa, metaldan olan silah 
müharibəni daha səmərəli və  əlavə  məhsulun artması baxımından daha sərfəli etdi. Fəaliyyət növlərində 
prioritetlərin dəyişməsi gender stratifikasiyasında prinsipal dəyişikliklərə səbəb olmadı. Əgər primitiv toxa ilə 
becərmədə kişilər torpağı biçin üçün inhisarlaşdırmışdısa, daha inkişaf etmiş və irəli gedən cəmiyyətlərdə onlar 
müharibə aparılmasını inhisarlaşdırdı. Və yenidən maddi nemətlərin bölüşdürülməsi ilə bağlı qadınlar üzərində 
üstün hüquq əldə etdi. 
Gender stratifikasiyası ilə bağlı eyni mənzərə dağlıq landşaft, müntəzəm quraqlıq yaxud qısamüddətli isti 
mövsüm ucbatından  əkinçiliyin səməsiz olduğu üçün əsas yaşayış  mənbəyini heyvandarlıqda görən 
cəmiyyətlərdə də müşahidə olunurdu. İnsanı evdən uzun zaman ayrı salan həm heyvandarlıq, həm də müharibə 
hamiləliklə və südəmər uşaqlara qayğı ilə bir yerə sığmırdı və buna görə də kişilər yenə də maddi nemətlərin 
istehsalında və bölüşdürülməsində üstünlüyə malik olurdular. 
Metal xışdan istifadəyə əsaslanan əkinçilik mövcud gender stratifikasiyanı möhkəmlətdi. Bundan savayı, 
bütün sənaye cəmiyyətlərində kişi və qadın davranışını təyin edən qanun, ənənə, stereotip və normalar şumlu 
əkinçilik dövrlərindəki çarlıq və imperiyalardan miras qalmışdı. Şumlu əkinçiliyin qadın statusuna təsiri özünü 
təkcə onun istehsalatda iştirak payının evdən çox aralı çöllərdə işlədiyi üçün azalmasında göstərmirdi. Yüksək 
məhsuldarlığa malik olduğu üçün şumlu əkinçilik torpağı əsas miras və var-dövlət növünə, monoqamiyanı isə 
varislərin sayı üzərində ciddi nəzarətin vacibliyi üzündən kəbinin  əsas növünə çevirdi. Buna görə  də 
kəbindənqabaqkı  və evli insanın davranışı  cəmiyyətin nəzarətinə alındı. Həmin nəzarət alətləri isə qanunlar, 
ənənələr və ictimai rəy oldu. 
XIX  əsrdəki sənayeləşmə Avropada şumlu  əkinçilik dövrünə son qoydu. Maşınların yaradılmasının 
sürətli irəliləyişi kişilər və qadınlar tərəfindən yerinə yetirilən iş növlərini də  dəyişdi. Zavod sistemi şəhərdə 
muzdlu işçi sinfi yaratdı və kişilərin işdəki davranışını dəyişdi. Artan əlavə məhsulun ədalətli bölümü uğrunda 
hərəkat başlandı ki, burada başlıca rolu kişilər oynadı. Qadınlara gəldikdə isə sənayeləşmənin və fabrik-zavod 
istehsalının törətmiş olduğu  əmək bazarına onların gəlişi üç meylin – ölüm səviyyəsinin azalması, 
savadlanmanın yayılması  və  uşaq doğumunun azalmasının təsiri altında qadının həyat  şəraitinin dəyişməsi 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
96
nəticəsində mümkün oldu. Yalnız bundan sonra işçi qüvvəsinin tərkibi evli qadınların hesabına artdı. Ölüm 
səviyyəsinin və  uşaq doğumunun aşağı enməsi işləyən qadının orta hesabla həmiləliklə  və övladını 
yedizdirməklə bağlı  iş yerindən kənarda keçirdiyi zamanın miqdarını da azaltdı. Savad səviyyəsinin artması 
qadına ümumailə gəlirini əvvəlkindən daha artıq təmin etməyə imkan verdi. Lakin bütün bunlar o demək deyildi 
ki,  əmək alətləri və texnologiyanın inkişafında,  əməyin ictimai bölümündə, maddi sərvətlərin  əldə edilmə  və 
istehlakının təşkil-iqtisadi əsaslarında baş verən dəyişikliklər yüziliiklərlə təşəkkül tapan gender stratifikasiyası 
sistemini  əsaslı surətdə  dəyişə  və bunun üstündə qurulan gender bərabərsizliyini ləğv edə bilərdi. Cəmiyyət 
sənaye mərhələsinə  qədəm qoyduqdan sonra insan populyasiyasının qadınların müxtəlif ictimai-faydalı  əmək 
növlərində  iştirakının artımına və müvafiq olaraq onların sosial stratifikasiyanın inteqral ehtiyatları (maddi 
sərvət, nüfuz və təhsil) imkanına olan ictimai tələbatın təsirinin tədricən ixtisar olunması meyli formalaşmağa 
başladı. Lakin bəşər tarixi ərzində yaranan gender sosializasiyası, gender stereotipləri və göstərişləri, rəmzləri, 
rollar sistemi, gender idrak paradiqmaları və bir sıra digər dünyagörüşü, ideoloji və bütövlükdə mənəvi-mədəni 
məzmun amilləri tarixin bu məqamında gender bərabərsizliyi ruhu ilə o qədər dolmuş, o qədər sosial-aktiv və 
istehsala qabil olmuşdu ki, gender bərabərsizliyi baxımından  əməyin və ictimai istehsalın nəticələrinə  və 
cəmiyyətin peşə-vəzifə strukturunda statusların bölümünə müntəzəm  şəkildə neqativ təsir göstərərək, gender 
stratifikasiyasının mövcud quruluş prinsiplərinin saxlanmasına yeni təkan verirdi (bu anlayışları və genderin sırf 
mədəni quruluşunun müvafiq aspektlərini sonrakı mövzuda daha geniş şəkildə nəzərdən keçirəcəyik).  
Həll üsulu, dinamikası  və  nəticələrindən qadının istehsal prosesində  və sosial əhəmiyyətli dəyərlərin 
ailədənkənar sahələrdə bölüşdürülməsi prosesindəki fəal iştirakının asılı olduğu əsas problemlərdən biri ailədəki 
vəzifə bölgüsüdür. Gender stratifikasiyası üçün ev işlərinin əhəmiyyəti sosial-sinfi təbəqələşmə və stratifikasiya 
üçün bazarın sosial-iqtisadi fenomeninin əhəmiyyəti qədər mühümdür. Gender bərabərsizliyinin aradan 
qaldırılması üçün əməyin ailədaxili bölümü probleminin vacibliyini bu cür ifadə etmək olar: qadın öz bacarığı 
və istedadının reallaşmasına kişi qədər əmin olmayınca, o bərabərhüquqlu ola bilməyəcək. 
Araşdırılan problem baxımından qadınlara münasibətdə ayrı-seçkilik ondan ibarətdir ki, müasir cəmiyyətdə 
qadınların çoxu ikili işlə yüklənmişdir: ev işləri və  gəlir  əldə etmək üçün çalışdığı  iş. Nəticədə qadın  ərinin 
karyerası xətrinə özünün ixtisas yüksəlişindən imtina edir. Ev işləri yükü nəinki qadının ixtisas yüksəlişinə, həm də 
təhsil səviyyəsinin və dərəcəsinin yüksəlməsinə mane olur. Ev işi – təkcə kişinin ödənişli işdə çalışmasını təmin 
edən gözəgörünməz və ödənişsiz qadın zəhməti deyil. Bu həm də hökmranlıq və asılılıq təcəssüm etdirən «gender» 
əməyidir. «Ev işi» anlayışına məzmunca bir-birindən fərqlənən müxtəlif vəzifələr aiddir. Ailədə  və  sənaye 
ölkələrində qadının fiziki işi qadının inkişaf etməkdə olan ölkələrdə yerinə yetirdiyi işdən (su daşımaq, məhsul 
yığmaq, paltar toxumaq və s.) tamamilə seçilir. Amma su təchizatı, kanalizasiya, elektrik təminatı kimi rahatlıqlara 
baxmayaraq evdəki fiziki işin azalmasına rəğmən həmin iş yenə  də bir fərddə – qadında cəmlənir. Qeyd etmək 
lazımdır ki, qadına münasibətdə ailədaxili əməyin ayrıseçkili bölümünün saxlanmasında mühüm rol ictimai şüurda 
möhkəmlənən gender stereotiplərinə  və göstərişlərinə  məxsusdur. Özü də hakimlik-asılılıq münasibətinin 
müntəzəm istehsalına baxmayaraq təkcə kişi-lər deyil, elə qadınlar da həmin stereotip və göstərişləri rəhbər tutur. 
Ailə hakimiyyətinin mühüm mənbəyi və ölçüsü pul və ona nəzarətdir. Gender stratifikasiyası üçün vacib 
olan yalnız ailə gəlirinin həcmi məsələsi yox, həm də kimin pul qazanması, həmin pulu ailə daxilində nəzarətdə 
saxlaması, bölüşdürməsi və  xərcləməsidir. Praktika göstərir ki, ailə büdcəsi üçün pulun qazanılması ailənin 
gəliri üzərində avtomatik nəzarət yaratmır. Müasir evli qadınların ailə büdcəsindəki xidməti getdikcə artsa da, 
cəmiyyətdə onların statusu hətta şəxsi gəlirinə nəzarət etmək bacarığı baxımından belə kritik olaraq qalır. ABŞ-
da aparılan araşdırmaların nəticəsi çox geniş yayılan bir vəziyyəti əks etdirir. Məlum olmuşdur ki, pulun idarə 
olunmasının «defisit üzərində  nəzarət» sayıldığı azgəlirli ailələrdə maliyyə  nəzarəti qadın tərəfindən yerinə 
yetirilir; gəlirin yüksək olduğu ailədə isə maliyyə  nəzarəti adətən kişiyə  məxsus olur. Gender normaları  ərin 
qazandığı pulun hamısını ailə büdcəsinə vermədiyi və pulun bir hissəsini öz şəxsi ehtiyacı üçün saxladığı 
vəziyyəti nəzərdə tutur. Məvacibə  əlavələr, mükafat və digər  əlavə qazanc haqqında da bunu söyləmək olar. 
Arvadın qazandığı pula gəldikdə isə normativ münasibət burada çox zaman onun uşağa baxmaq üçün yaxud 
xırda xərclər üçün sərf olunmasını nəzərdə tutur və bunu ailənin ümumi büdcəsinə daxil etmir.  
Əməyin ailədaxili bölümündə gender bərabərsizliyinin stereotiplərdən və göstərişlərdən asılılığına ev 
işlərinin rəmzləşməsi daha bir sübutdur. Ev işi «qadın» olmaq anlayışının «təbii» (mədəni gözlənilən və 
qanunlaşdırılmış) bir hissəsi, «lazımi ailələrin quruluş proyekti»nin bir hissəsidir. Ev işinin keyfiyyəti çox vaxt 
qadının rəmzi rəğbəti olaraq aşkarlanır. Bu zaman qadın öz vəzifəsini ərinin tələblərini yerinə yetirmək vacibliyi 
olaraq müəyyənləşdirir, ərə isə arvadının elədiklərinə şəksiz tənqidlə yanaşmaq hüququ verilir. Bundan başqa, 
ev işinin yerinə yetirilməsi sevgi və qayğının ifadəsi kimi başa düşülür, amma kişi üçün və qadın üçün bərabər 
bölünmür. Ev işi qadının evə qayğısı kimi nəzərdən keçirilir, buna görə  də qadın ailənin ehtiyacını yerinə 
yetirmirsə, özünü günahkar hesab edir. Kişi isə ev işində az xidməti olsa belə, bunu minnətlə edir. Və nəhayət, 
ev işinin qadına aid olması kimi stereotip qavranış ailədə hakimiyyət iyerarxiyasını, subordinasiyanı təcəssüm 
etdirir. 
Əsasında kişinin üstün rolu, onun sosial qrup olaraq hakimliyi (patriarxat) ilə xarakterizə olunan ictimai 
münasibətlər sisteminin formalaşdığı gender stratifikasiyası  və gender bərabərsizliyi öz əksini  əməyin yalnız 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
97
ailədaxili çərçivədə deyil, həm də ictiami bölümü səviyyəsində, cəmiyyətin  əmək fəaliyyətinin bütün 
səviyyələrində tapır. Cəmiyyətin keçdiyi tarix boyu formalaşmış qadının ailə qisməti nəzəriyyəsi onun əsarəti və 
istehsal sahəsində əzilməsinə əsas vermişdir: yaşayış üçün qazana bilmək imkanı ona yaxşılıq, iltifat kimi, qadının 
professional karyera etmək yaxud yüksəködənişli və nüfuzlu məşğulluq sahələrə daxil olmaq cəhdi isə olduqca 
ciddi, bəzən də qarşısıalınmaz maneələrlə qarşılaşır. Hər dəfə əməyin ayrı-seçkili bölümü özünü göstərir: müasir 
iqtisadiyyat və  əsas idarəetmə sistemi sahələrində qadından daha çox qazanmaq imkanı olan kişilərə üstünlük 
verilir; qadına münasibətdə isə çox vaxt «qalıq prinsipi» adlanan prinsip işə düşür ki, nəticədə qadın onun üçün 
əsasən ənənəvi sayılan, daha az ödənişli və az nüfuzlu səhiyyə, təhsil, məişət xidməti, sosial təminat sahələrində 
işləməli olur. Əməyin ictimai bölümündəki ayrı-seçkilik özünü yalnız fəaliyyət dairələrinin «kişi» və «qadın» 
səhələrinə bölünməsində deyil, həmçinin «qadın»a aid kimi nəzərdən keçirdiyimiz sahələrdə də rəhbər vəzifələrə 
əsasən kişilərin: məktəb direktorları, baş həkimlər, sosial təminat sahəsini idarə edənlər və s. təyin olunmasında 
göstərir. Qadın və kişinin ixtisas yüksəlişindəki mövcud fərqlərin əsasında cəmiyyətin analoji şəraitdə həm onun, 
həm də bunun qarşısında qoyduğu müxtəlif tələblər durur. Karyera pilləsi ilə irəliləmək istəyən qadın  ənənəvi 
olaraq kişilərə aid edilən sırf kişi keyfiyyətləri nümayiş etdirməlidir: rasionallıq, təcavüzkar aktivlik, dönməz 
xarakter və s. – özü də  həmin vəziyyətdə kişidən tələb ediləndən qat-qat artıq dərəcədə. Bu zaman qadının 
professional fəaliyyətdə və karyerada nail olduğu uğurları çox zaman onun malik olduğu bacarıq və biliklə deyil, 
cürbəcür səbəblərlə izah edirlər; uğursuzluqlar isə onun cinsi mənsubiyyəti ilə əlaqələndirilir. Qadının peşə yük-
səlişinə neqativ münasibətin digər amili onun ailədəki vəzifələrinə  cəmiyyətdə kök salmış münasibətdir. Bir 
tərəfdən, qadın üçün peşəkar fəaliyyətin yox, ailədəki vəzifəsinin əsas yer tutması ilə bağlı stereotip özünü büruzə 
verir. Digər tərəfdən isə, evli qadının həmin vəzifələri (ilk növbədə ana qayğıları) çox vaxt onun bir işçi kimi, 
üstəlik də rəhbər işçi kimi fəaliyyətinin nəticəsinə mənfi təsir göstərə bilən və onu nüfuzdan sala biləcək vəziyyət 
kimi qəbul edilir. 
Gender bərabərsizliyinin əmək sahəsindəki başqa bir problemi iş yeri təşkil edilərkən qadın orqanizminin 
bioloji xüsusiyyətlərinə faktiki olaraq məhəl qoyulmamasıdır. Kişi ilə müqayisədə qadın əməyinin mühafizəsi 
və onun iş  şəraitinin yaxşılaşdırılması qadınların tam professional fəaliyyətinin vacib şərtidir. Burada ilk 
növbədə söhbət qadın səhhətinin müdafiəsindən, reproduktiv sistemin zərərli istehsalat amillərinin təsirindən 
qorunmasından gedir. Qadın əməyi xüsusi, daha diqqətli təşkil, normalaşma və təminat üsullarına ehtiyac duyur. 
Qadın orqanizmi səs, vibrasiya, temperaturun kəskin dəyişməsi, toz, natəmiz hava, zəif işıq, monoton əməliyyat 
ritmi, ağır əşyalarla iş kimi xoşagəlməz amillərə kişi orqanizmindən daha tez reaksiya verir. Buna görə də müx-
təlif avadanlığın layihələşməsi və hazırlanması zamanı qadın orqanizminin xüsusiyyətlərinin nəzərə alınmaması 
və  bəzi  əmək növlərində xüsusi iş normalarının olmaması ona pis təsir edir. Həmin amillərin neqativ təsiri 
lazımsız enerjinin sərfində, iş qabiliyyətinin azalmasında, əsəb sisteminin pozulmasında özünü büruzə verir.  
Bütün bunlar onu deməyə imkan verir ki, əmək və ailə-məişət sahələrində sosial təşkil olunmuş gender 
münasibətləri sistemi qadının öz bilik və bacarığını aşkar etmək baxımından başlanğıc imkanlarını məngənəyə 
salır. Bu səhədə mövcud olan problemlər heç də qadının istehsalat sahəsinə daha fəal daxil olması, onun əmək 
fəaliyyətinin və ailə yükünün optimal birliyi məsələsi deyildir. Gender stratifikasiyasında qadının statusunun 
tam professional irəliləyiş, layiqli sosial qəbul, hərtərəfli yaradıcılıqla məşğul olmaq baxımından dəyişməsi 
üçün cəmiyyətdəki bütün sosial institutların müntəzəm, məqsədyönlü, sistemli fəaliyyəti gərəkdir. Onu da əlavə 
edək ki, yuxarıda adı  çəkilən gender bərabərsizliyi problemlərinin bir çoxu ayrı-ayrı sosial şəraitdə müxtəlif 
kəskinliklə özünü göstərir. Belə ki, inkişaf etmiş yüksək bazar iqtisadiyyatına və  əməyi yüngülləşdirən 
texnologiyaya, yüksəktəşkilli əmək bazarına, olduqca yüksək gəlirin müxtəlif formalarına, yüksək inkişaf etmiş 
büdcədənkənar sosial təminat mənbələrinə  və aktiv sosial siyasətə, tərəqqi edən demokratik hakimiyyət və 
vətəndaşların siyasi iştirak institutlarına, özünün demokratik meyilli siyasi-hüquq norma və  dəyərlərinə malik 
postsənaye ölkələrində  əmək və ailə-məişət sahəsində gender stratifikasiyasının adı çəkilən problemlərini həll 
etmək üçün olduqca əlverişli şərait yaranmaqdadır. Məsələn, həmin ölkələrdə orta və yüksək gəlirli ailələrdən 
olan kişilərin  əksəriyyəti öz xanımlarının aktiv şəkildə pul qazanmaq və ya öz yaradıcılıq imkanını hansısa 
başqa sahədə (sosial proqramlar, xeyriyyəçilik, elmi fəaliyyət və s.) tətbiq etmək imkanına olduqca normal və 
rəğbətlə yanaşırlar. Eyni zamanda ailədaxili işin paritet şəkildə bölünməsi üçün lazımi qədər güclü sövqedici 
motivlər yaranır. Totalitar siyasi rejimli və müvafiq surətdə istiqamətlənmiş sosial-iqtisadi institutları olan, 
həmçinin də totalitarizmdən demokratiyaya və bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkələrə  gəldikdə 
isə burada gender bərabərsizliyinin deyilən sahələrdəki vəziyyəti optimist qiymətləndirmədən olduqca uzaqdır. 
İqtisadi böhran, istehsalat səviyyəsinin aşağı enməsi, işsizliyin artması, sosial proqramların ixtisarı, bütün 
sahələrin yöndəmsiz dövlət idarəetmə sistemindən güclü şəkildə asılı olması  və sosial gərginlik mahiyyətcə 
patriarxat gender stratifikasiyasının rolunu bir çox şeydə dərinləşdirir. 
Genderin sosial qurulmuş fenomeninin başqa bir vacib aspekti qadının siyasi sahədə rolu və yeridir. 
Qadının faktiki olaraq siyasətin formalaşmasından və dövlət aparatının fəaliyyətinə nəzarətindən aralı düşməsi 
postsovet məkanında olduqca geniş yayılmış bir vəziyyət idi. Belə  vəziyyətin səbəblərindən biri keçid 
cəmiyyətlərində iqtisadi, sosial və siyasi sistemlərdəki dəyişikliklərin o şəraitdə baş verməsidir ki, heç də bütün 
sosial qruplar öz siyasi marağını  dəqiq söyləməyi və eyniləşdirməyi bacarmır. Qadına qarşı münasibətdə bu 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
98
patriarxat stereotiplərin hökmranlığı və müxtəlif sosial qruplara aid olan qadınların ümumi hərəkat platforması 
işləmək bacarığının olmaması ilə bağlıdır.  Əvvəllər, totalitarizmdə  rəsmi siyasi karyera edən qadın bir qayda 
olaraq, nəinki digər qadınların yüksəlməsinə  və irəli getməsinə kömək etmirdi, əksinə, öz sosial-demoqrafik 
qrupundan aralanırdı. Artıq təşəkkül tapmış  həmin qadın-siyasətçi stereotipinin yeni reallıqda öz təsdiqini 
tapması heç də  əsaslı sayıla bilməz. Müasir şəraitdə yeni tip siyasətçi qadının formalaşması üçün müəyyən 
zəmin yaranmaqdadır. Hər  şeydən  əvvəl bu, qadına siyasətə kütləvi tədbirlərdən, seçki kampaniyalarından, 
siyasi partiyalarda, elmi-istehsalat birliklərindəki fəaliyyətdən keçərək gəlməyə imkan verən sosial-siyasi 
məkanın ümumi demokratikləşmə prosesidir. Burada nəzərdə saxlamaq lazımdır ki, qadınların öz siyasi 
marağını  dərk etməsi prosesi daha yavaş gedir, çünki qadının fikrincə daha əhəmiyyətli olan: ölkənin siyasi 
vəziyyəti, sosial problemlər, aşağı məvacib, əmək bazarında vəziyyətin pisləşməsi, uşaqların səhhəti və təhsili, 
ailə problemləri və sairə kimi problemlər onu üstələyir. Qadının siyasi fəaliyyətə daxil olmasına mane olan digər 
səbəb kişi korporativ mədəniyyətidir ki, onun əsasında  şəxsi münasibətlər və qadın siyasətçilərə qarşı 
qabaqcadan yaranan yanlış fikir durur. Qadını qəbul etməməyin kökləri iyerarxik gender stratifikasiyasına gedib 
çıxır ki, ona müvafiq asılı rol ayrılırdı. Qadın siyasi karyerasında kişi və qadının müxtəlif imkan qiymətləri, 
qadının vaxtını  məhdudlaşdıran ailə  işlərinin qeyri-bərabər bölünməsi, ailədə qadının müvafiq mənəvi 
dəstəyinin olmaması kimi amillər də  ləngidici rol oynayır. Qadınlar kişilərlə müqayisədə daha az dərəcədə 
müstəqil seçim əsasında yaşayır və bu da onların siyasi fəallığına mənfi təsir göstərir. 
Buna baxmayaraq son onilliklər ərzində dünyadakı siyasi strukturda qadın təmsilçiliyinin xeyrinə mühüm 
dəyişikliklər baş vermişdir. Qadın özünüdərkinin yüksəlməsi, tarixi prosesdə öz rolunun başa düşülməsi təkcə 
kişi və qadının rolu barədə deyil, həmçinin «hakimiyyət», «siyasət», «demokratiya», «liderlik» kimi anlayışların 
mənası barədə də təsəvvürlərin tədricən dəyişməsi ilə bir vaxtda baş verir. Qadının cəmiyyətdə öz həyat yolunu 
müstəqil seçə bilən nəinki bərabərhüquqlu, həm də bərabərdəyərli üzv olması ilə bağlı etiqad getdikcə güclənir. 
Dünya təcrübəsi göstərdi ki, siyasət sahəsində  rəhbər vəzifə tutan qadınların sayının artması siyasi addım 
arsenalının strukturunda, həm siyasətdaxili, həm də xarici siyasət səhnələrində siyasi problemlərin və 
ziddiyyətlərin daha insanpərvər, daha mənəviyyatlı həll vasitələrinin seçilməsində pozitiv dəyişikliklərə səbəb 
olur. 
Və nəhayət, genderin sosial aşkarlığının daha bir aspektinə toxunaq. Genderin sosial təşkilinin hərtərəfli, 
bütöv sosial sistem olaraq cəmiyyətin digər struktur elementləri ilə qarşılıqlı  əlaqəli təhlili gender 
stratifikasiyasının və gender bərabərsizliyinin cəmiyyətin sosial strukturunun sosial-sinfi, irqi və milli-etnik 
təbəqələşməsi ilə sıx bağlılığını və qarşılıqlı təsirini tam dəqiqliyi ilə izləməyə imkan verir. Unutmaq olmaz ki
məqsədi gender fenomeninin təkcə  ən ümumi nöqtələrinin üzə  çıxarılması olan gender probleminə yalnız 
ümumnəzəri yanaşma müəyyən dərəcədə həmin sosio-mədəni konstruktun bu yaxud başqa səviyyədə praktiki 
görünüşünü səciyyələndirən konkret forma, şərait, amil və əlaqələrdən abstraktlaşmasına yol verə bilər. Gender 
bərabərsizliyinin konkret tarixi şəraitdəki problemlərinin geniş tədqiqi isə sosial-sinfi, irqi, etnik və və bilavasitə 
gender statusu da daxil olmaqla, gender münasibətlərinin həmin subyektinin bütün sosial status və mövqe 
əlaqələrinin mütləq nəzərə alınmasını tələb edir. 
Onları hər bir elementin bu yaxud başqa dərəcədə digərlərindən asılı olduğu vahid stratifikasiya sistemi 
kimi araşdırmaq lazımdır. Məsələn, sənaye kapitalizmi dövründə sosial sinfi və gender stratifikasiyası 
arasındakı  əlaqə sinfi mənsubiyyətindən asılı olmayaraq bütün qadınların  əzilməsində  və eyni zamanda fəhlə 
sinfini təşkil edən həm kişi, həm də qadınların istismarında özünü göstərirdi. İrqi ayrı seçkiliyin mövcud olduğu 
ölkələrdə mahiyyəti qadının ailə üçün yaşaması haqda müddəadan ibarət olan gender ideologiyası  və  aşağı 
səviyyəli (irqi mənsubiyyət baxımından) qrupların ikinci dərəcəliliyini və etibarsızlığını  əsaslandıran irqi 
ideologiya ağdərili kişilərin hakimliyini təsdiq edən stratifikasiya sisteminin yaranmasına yardım edirdi. Bu cür 
cəmiyyətdə elə vəziyyət yaranmışdı ki, bütün kişilər və bütün ağdərililər (cinsindən asılı olmayaraq) istismarçı 
rolunda çıxış edirdi: ağdərili kişilər həm ağdərili qadınları, həm də rənglidərili kişi və qadınları; ağdərili qadınlar 
rənglidərili kişi və qadınları; rənglidərili kişilər rənglidərili qadınları istismar edirdi. Qeyri-millətdən olan 
əhalinin – üçüncü dünya ölkələrindən və MDB-dən çıxmış insanların – məskən saldığı ölkənin vətəndaşlığına 
malik olmayaraq əsasən azödənişli yerlərdə istifadə olunduğu cəmiyyətlərdəki gender və milli-etnik 
stratifikasiyanın kəsişində  də eyni mənzərənin  şahidi oluruq. Belə  cəmiyyətdə stratifikasiya sistemi 
piramidasının zirvəsində kişilər (millətindən asılı olmayaraq) və  həmin dövlətin vətəndaşları (cinsindən asılı 
olmayaraq) dayanır. Beləliklə, konkret sosial şəraitdə sinif, irq, millət və gender sosial bərabərsizliyin eyni 
zamanda mövcud olan sistemlərini formalaşdırmağa qabildir. 
Genderin sosial qurulma prosesinin təhlili göstərdi ki, onun əsasında dayanan gender stratifikasiyası  və 
gender bərabərsizliyi cəmiyyətin həyat fəaliyyətinin ayrı-ayrı sahələrində özünü büruzə verərək bir sıra norma, 
dəyərlər, stereotip və göstərişləri formalaşdırır ki, onlar da öz növbəsində yayıldıqca və  təsdiqini tapdıqca 
mövcud gender sisteminin istehsalına dəstək verir.  
XX yüzilin ikinci yarısında dünya ölçüsündə özünü göstərən qadın hərəkatı Azərbaycanda da özünü hiss 
etdirir. Qadın cəmiyyət həyatının bütün sahələrində kişilərlə  bərabər olmaq istəyir. Müasir dövrün bu tələbi  İlyas 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
99
Əfəndiyevin yaradıcılığında daha dolğun, daha yüksək səviyyədə  əksini tapıb. Onun yaradıcılığının  əsasını  təşkil 
edən roman, povest, pyes və hekayələrində qadın azadlığı, hüququ, qadın statusu mərkəzdə durur. 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin