Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə11/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

üzrə Daimi Komissiyası  və sosial qanunverijilik şöbəsi: burada mədəniyyətin qanunverijilik əsasları  təmin 
edilir; 
 
Mədəni qurujuluğun strategiya və taktikasını  işləyib hazırlayan  Prezident Aparatının Humanitar Siyasət 
şöbəsi; 
 
Azərbayjan Respublikasının dövlət büdjəsinin tərtibi və dövlətin sosial proqramlarının həyata keçirilməsini 
təmin edən Nazirlər Kabinetinin Elm, Mədəniyyət, Xalq Təhsili və Sosial Problemlər Şöbəsi
 
Azərbayjan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi: birləşdiriji mərkəz rolunu oynayaraq yuxarıda 
göstərilən funksiyaları özündə  jəmləşdirir: rəhbərlik edir, konkret realizasiyaları  və  əlaqələndirməni həyata 
keçirir və dövlət mədəniyyət siyasətinin həyata keçirilməsinə bilavasitə  nəzarət edir; mədəniyyət sahəsi üçün 
dövlət büdjəsini tərtib edir.  
Azərbayjanda mədəniyyət iqtisadiyyatı  mədəniyyət siyasətinin tərkib hissəsini təşkil edir. Belə ki, 
Azərbayjanda mədəniyyət  əsasən dövlət büdjəsindən maliyyələşdirilir. 2005-ji ildə bu məqsədlə 45, 5 
mln.manat (48,1 mln. ABŞ dolları) vəsait xərjlənmiş, onun əsas hissəsi Mədəniyyət Nazirliyi sisteminə daxil 
olan müəssisələr tərəfindən mədəni tədbirlərin həyata keçirilməsinə yönəlmişdi. 1993-jü illə müqayisədə, 2005-
ji ildə  mədəniyyətə  və  KİV-ə yönəldilən büdjə  xərjləri 51,7%, büdjə  xərjlərinin tərkibində sahəyə ayrılan 
vəsaitin xüsusi çəkisi 2%-dən 2,1 % -ə, bu xərjlərin ÜDM-də payı 0,2%-dən 0,4-ə  qədər artmışdı. Statistik 
məlumatlara əsasən 2005-ji ildə muzeylərin sayı 31,5 %, fonda əsas əşyaların sayı 177 min., işləyənlərin sayı 
857 nəfər və ya 54,3 % artmış, bərpası tələb olunan eksponatların sayı isə 1990 ildəkinə nisbətən 9 min vahid 
çox olmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə  həmin 
vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan 
Respublikasının Gənclər,  İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası  Mədəniyyət 
Nazirliyi  əsasında  Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 
aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə  Mədəniyyət və Turizm Nazirliyi haqqında  əsasnamə  təsdiq 
edilmiədir. Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət, incəsənət, turizm, tarix və  mədəniyyət abidələrinin 
qorunması, nəşriyyat, kinematoqrafiya sahələrində dövlət siyasətini tənzimləyən icra hakimiyyəti orqanıdır. 
Nazirliyin ölkə prezidenti tərəfindən təsdiq edilmiə  əsasnaməsi bu dövlət qurumunun fəaliyyətinin  əsas 
istiqamətlərini, vəzifələrini, hüquqlarını, fəaliyyətinin təəkili məsələlərini müəyyən edir. 
Mədəniyyət sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak və bu siyasətin həyata 
keçirilməsinin təmin edilməsi, həmçinin müvafiq sahənin inkişafına yönəldilmiə müxtəlif proqramlar işləyib 
hazırlanması və reallaşdırılması Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət istiqamətlərini təşkil edir. 
Mədəniyyət Nazirliyinə Respublikanın Mədəniyyət və Turizm Naziri rəhbərlik edir. Mədəniyyət 
Nazirliyinin aşağıdakı strukturda fəaliyyət göstərir: 

 
Rəhbərlik 

 
Nazirin aparatı 

 
İncəsənət şöbəsi 

 
Mədəniyyət siyasəti şöbəsi 

 
Kinematoqrafiya şöbəsi 

 
Mədəni irs şöbəsi 

 
Turizm şöbəsi 

 
Nəşriyyat, reklamın təəkili və informasiya şöbəsi 

 
Elm və təhsil şöbəsi 

 
Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi 

 
Kadrlar şöbəsi 

 
İqtisadiyyat şöbəsi 

 
Maliyyə və uçot şöbəsi 

 
İnvestisiya və texniki proqramlar şöbəsi 

 
Analitik təhlil və proqram təminatı şöbəsi 

 
Ümumi şöbə 

 
İşlər şöbəsi  
2000-ji ilin avqust ayından Mədəniyyət Nazirliyində Mədəniyyət Siyasəti adlı yeni şöbə açılmışdır ki, bu 
şöbə  mədəniyyətin strateci planlaşıdırlması  məsələlərini, milli və beynəlxalq proqramların işlənib 
hazırlanmasını həyata keçirir.  
Rəsmi məlumatlara görə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət dairəsinə 28 teatr, 6308 
tarix və  mədəniyyət abidəsi, 1 sirk və 12 konsert müəssisəsi, 3985 kitabxana, 2708 klub, 189 dövlət muzeyi 
(filiallarla birlikdə), 234 uəaq musiqi, incəsənət və rəssamlıq məktəbi, 33 rəsm qalereyası və sərgi salonu, 21 
dövlət qoruğu, 60 mədəniyyət və istirahət parkı, 1 zoopark, Mədəniyyətəünaslıq üzrə Elmi-Metodiki Mərkəz, 4 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
88
asudə vaxt Mərkəzi, 6 təsərrüfat təəkilatı, “Azərbaycanfilm” də daxil olmaqla 7 film istehsalı studiya, 134 əəhər 
və rayon kinoteatrı, Dövlət Film Fondu (Naxçıvan filialı ilə birlikdə), Respublika Kitabxana Kollektoru, bir 
qəzet (“Mədəniyyət”), iki jurnal (“Mədəni-maarif” və “Pəncərə”) redaksiyası, Dövlət Turizm İnstitutu, Bakı 
Xoreoqrafiya Məktəbi, Mədəniyyət  İəçilərinin  İxtisasartırma Mərkəzi, Mingəçevir Turizm Kolleci, Milli 
Kulinariya Mərkəzi, 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi, Naxçıvan MR Mədəniyyət və Turizm 
Nazirliyi, Bakı, Gəncə, Sumqayıt  əəhər turizm idarələri,  Şəki Atçılıq Mərkəzi, Bakı Turizm İnformasiya 
Mərkəzi, Bakı Turizm İnformasiya Mərkəzi, Lənkəran UŞaq düşərgəsi daxildir. 
Azərbaycan Respublikası Prezidenti İlham  Əliyev tərəfindən bu sahəyə böyük diqqət və qayğı 
göstərilmiş, mədəniyyət və turizm işçilərinin  əmək haqları artırılmış, mədəni-sosial, maddi-texniki bazanın 
tamamilə yenidən qurulması prosesinə start verilmiş, teatr, kino, kitabxana iəi, abidələrinin qorunması sahə-
lərində dövlət başçısının fərmanları, sərəncamları verilmiş, Dövlət proqramları  iələməyə başlamışdır. Turizm 
inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.  
Nazirlik dövlətlərarası müqavilələrə uyğun olaraq Avropa, Asiya və  İslam ölkələri, ABŞ  və Latın 
Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir.Nazirlik çoxtərəfli əməkdaəlıq çərçivəsində 
BMT, MDB, GUAM, Qaradəniz  İqtisadi  Əməkdaşlıq Təəkilatı, Avropa İttifaqı,  İslam Konfransı  Təəkilatı, 
YUNESKO, Dünya Turizm Təəkilatı, TÜRKSOY, İSESKO və digər beynəlxalq qurumlar vasitəsi ilə 
Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması 
sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.  
Azərbayjanın vahid mədəniyyət siyasəti Mədəniyyət Nazirliyi ilə  bərabər,  İdman və  Gənjlər Nazirliyi, 
Dövlət Teleradio Şirkəti, Dövlət Arxivi tərəfindən həyata keçirilir, bir sözlə ümumi fəaliyyət sahəsi üçün geniş 
imkanlar yaranır.  
 Müasir  dövrdə Azərbayjan Respublikasının mədəniyyət siyasətinin  ən mühüm vəzifələri kimi 
kulturologiya elmi əsasında bəşəriyyətin sosial-mədəni inkişaf təjrübəsi  əsasında köhnə dünyagörüş, adət və 
normalarının yenidən işlənilməsi; Avropa və dünya mədəniyyətinin mütərəqqi yeniliklərinin Azərbayjan 
mədəniyyətinə inteqrasiyasına və yaradıjı  tətbiqinə  şəraitin yaradılması; «mənəvi istehsal» sferasının idarə 
edilməsi və maliyyələşdirilməsinə yeni üsulların tətbiqi; təhsil, elm və injəsənətin inkişafının əlaqələndirilməsi; 
ziyalıların ijtimai statusu, hüquqi və sosial müdafiəsinə diqqətin artırılması; kulturoloci bilik və təhsilə əsaslanın 
«humanitar» mədəniyyətinin formalaşdırılması; mədəni identifikasiya və mədəniyyət müxtəlifliyi proseslərinin 
harmonikləşdirilməsi; sosial-mədəni inkişaf imkanlarının bərabərliyinin təmin edilməsi; sovet mədəniyyətinin 
tədrijən demokratik mədəniyyətə transformasiya edilməsi; dövlət və QHT arasında mədəniyyət sferasında 
əməkdaşlığın dəstəklənməsi və inkişaf etdirilməsi; sülh mədəniyyətinin, həmçinin qlobal mədəniyyət siyasətinin 
vahid prinsiplərinin müəyyən edilməsi. 
Mədəniyyət siyasətinin  ən mühüm istiqamətlərindən biri millətlərarası  və dinlərarası münasibətlər 
mədəniyyətidir. Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif 
millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. 
Azərbaycan Respublikasının Əsas Qanunu – Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə «Dövlət 
irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənəəyindən,  əmlak vəziyyətindən, qulluq 
mövqeyindən,  əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə  mənsubiyyə-
tindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə  təminat verir. İnsan və  vətəndaə 
hüquqlarını  və azadlıqlarını irqi, milli, dini, cinsi, mənəəyi,  əqidə, siyasi və sosial mənsubiyyətə görə 
məhdudlaədırmaq qadağandır». 
 Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı 
ilə sülh və harmoniya əəraitində yaəamıə və yaəayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu 
üçün bu multimədəniyyətli, multietnik irsin bu gün də Azərbaycanda qorunub saxlanılması  mədəniyyət 
siyasətinin prioritet istiqaməlrindəndir.  
Azərbayjan mədəniyyət siyasəti ölkəmizin və  jəmiyyətimizin daxili işi deyildir. Azərbayjan dünya 
ijmasının bərabərhüquqlu üzvü olduğundan, onun mədəniyyət siyasətidə  bəşər mədəni-sivilizasion prosesinin 
tərkib hissəsi olmalı, varlığın dərk olunmasında dünya mənəvi-dəyər tendensiyalarını özündə əks etdirməlidir. 
«Qapalı milli inkişaf» eyforiyasından, ifrat rasionalizmdən, sosial ehtiyajların hedonist baxımından 
ödənilməsinə jan atmasından imtina; mövjudatın ekoloci alqoritmlərinin axtarışları; siyasətdə humanitar 
aspektin güjləndirilməsi; «dünya mədəniyyəti» adlandırılan lokal və universal başlanğıjları ehtiva edən 
«multimədəniyyət» prinsiplərinin aktuallaşması yuxarıda göstərilən proseslər qəbilindəndir. Tarixi inkişafın 
müasir mərhələsində mənşəjə Şərq mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan, inamlı addımlarla Qərbə doğru 
addımlayan Müstəqil Azərbayjanın mədəniyyət qurujuluğu «problem sahəsinə» qədəm qoyması ölkənin milli 
mədəniyyət siyasətinin vajib və təbii komponetləridir.  
Qloballaşma proseslərinin dinamik inkişafılə müşahidə olunan müasir dövrdə dünya siyasətində  və 
beynəlxalq mnasibətlər sistemində  mədəniyyət faktorunun əhəmiyyəti, ümumdüqya iqtisadi-siyasi proseslərə, 
dövlətlərarası münasibətlərə  təsiri getdikjə artır. Bu səbəbdən dövlətlər mədəniyyət siyasətinə böyük diqqət 
yetirirlər. «Xariji mədəniyyət siyasəti» termini gündən-günə aktuallaşır, çünki milli mədəniyyətin eksportu, 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
89
təbliği və populyarlaşdırılması, əks təqdirdə isə xariji mədəni ekspansiyanın qarşısının alınması diplomatiyanın 
səmərəli instrumenti və dövlətin milli maraqlarının mübarizəsində effektiv vasitə kimi çıxış edir. 
 
1.19. Qloballaşma sosio-mədəni reallıq kimi 
 
 
XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq 
sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səjiyyəvi xüsusiyyətləri kimi aşağıdakı 
amilləri göstərmək olar: 

 
iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sərhədlərinin genişlənməsi prosesinin intensifikasiyası; 

 
soyuq müharibədən sonra yeni tarixi mərhələnin başlanğıjı; 

 
dünya iqtisadiyyatının transformasiyası; 

 
qeyri-liberal iqdisadi proqramların siyasi demokratizasiya proqramlarılə  əlaqələndirməsi nətijəsində amerikan 
dəyər sisteminin üstünlük təşkil etməsi; 

 
ortodoksal(bir məsləkin sabitliyi və ardıjıllığı) ideologiya;  

 
 texnoloci inqilab; 

 
milli dövlətlərin qlobal problemlərin (demoqrafik, ekoloci, insan hüquqları  və nüvə silahının yayılmasının 
qarşısının alınması) həlli qarşısında ajizliyi. 
Qlobal sivilizasiyanın formalaşmasında mütəxəssislər əsasən 4 (dörd) meqatendensiya fərqləndirlər: 
- Mədəni qütbləşmə.XXI əsrdə mədəni qütbləşmənin əsas səbəblərinə aid edilir: 

 
xalqlar və regionlar arasında, ayrı-ayrı ölkələr daxilində artan iqtisadi və ekoloci qeyri-
bərabərlik; 

 
dini və bazar fundamentalizmi; 

 
irqi və etnik müstəsnalığa iddialılıq; 

 
ayrı-ayrı ölkələrin və ya hərbi-siyasi blokların fraqmentallaşmış dünyada nəzarət sahəsinin 
genişləndirilməsi; 

 
tükənən təbiət resurslarının əldə edilməsi uğrunda mübarizə; 

 
 kütləvi qırğın silahının yayılması. 
 
Mədəni assimilyasiya.  Məlum olduğu kimi, XX əsrin son 20 ilində  qərb liberalizm ideyaları  qələbə 
çalmış oldu. F. Fukuyamanın «tarixin sonu» haqqında tezisi ilə artıq bütün ijtimaiyyət razılaşmışdır. Həmin 
tezisə görə, Yer kürrəsi əhalisinin aktiv təbəqələrinin dünya bazarının daim genişlənən sistemləri vasitəsilə qərb 
dəyərlərinə və qərb həyat tərzinə ardıjıl tabe olunmasını özündə ehtiva edən «vesternləşməyə» digər alternativ 
yoxdur. Fukuyamanın fikrinjə, bu gün beynəlxalq münasibətlərdə universal, yəni ümumbəşəri norma və 
qaydaların formalaşması prosesi gedir. 
Mədəni hibridləşmə. Mədəni hibridləşmə tendensiyası XX əsrin sonlarından başlayraq tamamilə yeni 
keyfiyyətlər  əldə edib. Misal üçün, mədəniyyətin «kreollaşması» prosesi ənənəvi olaraq yeni etnik ijmaların 
yaranmasına səbəb olaraq, transmədəni konverqensiya və translokal mədəniyyətlərin, başqa sözlə diaspor 
mədəniyyətlərin formalaşmasını  şərtləndirdi. Maraqlıdır ki, mədəniyyətin kreolaşması prosesi ənənəvi 
lokallaşma və milli-dövlətçilik mədəni identikliyi əldə etməkdən imtina etmiş oldular. 
Kommunikasiyanın və  mədəniyyətlərarası  əlaqələrin intesivləşməsi, informasiya texnologiyalarının 
inkişafı  bəşər mədəniyyətinin müxtəlifliyinin diversifikasiyasına səbəb oldu. Onların qlobal mədəniyyət 
tərəfindən basılmasının qarşısı alındı. Maraqlıdır ki, dünya tədrijən bir-birlərilə  sıx təmasda olan translokal 
mədəniyyətlərin gəliz mozaikasına çevrilmiş olur. Translokal mədəniyyətlər  şəbəkə strukturuna malik olaraq, 
yeni mədəni regionların yaranmasına səbəb olur. Burada misal olaraq, kompyuter və telekommunikasiya 
şəbəkələrinin artması nətijəsində yeni professional dünyaların yaranmasını göstərmək olar. 
Mədəni izolyasiya (təjrid olunma). Ötən XX əsr boyu ölkə, region, siyasi blokların müxtəlif izolyasiya və 
özünüizolyasiya formaları ilə rastlaşmaq olar. Maraqlıdır ki, siyasi və mədəni izolyasiya («sanitar kordon») və 
ya mədəni özünüizolyasiya («dəmir pərdə») vasitələrinə xariji və daxili düşmənlərlə mübarizə üçün sosial 
sistemlərin konsolidasiyası  məqsədilə  əl atırdılar. Müasiri olduğumuz XXI əsrdə izolyasion tendensiyaların 
mənbəsi - mədəni və dini fundamentalizm, ekoloci, milli və irqi hərəkatlar, sosiomədəni avtarkiya, informasiya 
və humanitar kontaktlara məhdudiyyət qoyan avtoritar və totalitar recimlərin hakimiyyətə gəlməsi ola bilər. 
XX əsrin sonu XXI əsrin əvvəllərində sivilizasiya 2 əsas mehvər üzrə inkişaf edir: 
1) «mədəniyyət» məhvəri üzrə inkişaf mədəni imperializmdən mədəni plüralizmə doğru 
istiqamətləndirilmişdir. 
2) ikinji, «jəmiyyət» mehvəridir ki, burada inkişaf qapalı jəmiyyətdən açıq tipli jəmiyyətə doğru gedir. 
Qloballaşma prosesinin dinamikasını  şərtləndirən sivilizasion və  əsas mədəni arxetiplərin inkişaf 
xətlərinin sxematik əlaqəsini alimlər paralelloqramlar formasında təqdim edirlər.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
90
Konsolidasiya mədəniyyəti sinxron təşkilat sistemlərinin üstünlüyü ilə xarakterizə edilir. Konsolidasiya 
mədəniyyətinə  təsərrüfatın avtarkik tipi məxsusdur. Avtarkik tip dedikdə, qeyri istehsal fəaliyyət və yaşam 
uğrunda mübarizə, ya da ki «təbiət nemətlərin» yığımı ilə bağlı istehsal nəzərdə tutulur. Yəni, barın yığılması, 
ovçuluq, balıqçılıq, daha yüksək inkişaf etmiş  təsərrüfat (mədən qazıntıları, ekstensiv kənd təsərrüfatı) və ya 
formasiyalar çərçivəsində  həyata keçir. Həmin arxetipin əsas etik dəyəri – sosial ədalətdir ki, onun ölçüsünü 
dini, mənəvi və ya siyasi avtoritet müəyyən etmiş olur, əsas əxlaqi-psixoloci prisip kimi isə kollektivizm çıxış 
edir. 
Rəqabət mədəniyyəti. Müasir dönəmdə maraqlı tərəflər arasında kontrakt əsasında münasibətləri ehtiva 
edən təsadüfi təşkilatlar sistemində reallaşır. Bu kimi sistemlər  əsasında birgə individual fəaliyyət duran 
sahibkarlıq mədəniyyəti mənsubdur. Rəqabət mədəniyyətinin  əsas etik dəyəri – uğurun qarantı kimi şəxsi 
azadlıq, baza əxlaqi-psixoloci prinsip isə – individualizmdir.  
Konfrontasiya mədəniyyətinə bürokratik idarəetmə formaları və bürokratik təşkilati mədəniyyət məxsus 
olan qapalı, iyerarxik təşkilat sistemləri aiddir. Kofnrontasiya mədəniyyəti çərçivəsində  davamlı birgə 
fəaliyyətin təşkili formaları üstünlük təşkil edir. Təşkilati iyerarxiyanın hər yuxarıda duran instansiyası aşağıda 
duran təbəqənin konfliktli situasiyalarını  həll etməlidir. Buna görə  də, bu mədəniyyətin məqsədələrinin 
müəyyən edilməsində «yuxarıların» maraqları əsas tutulur. 
Kooperasiya mədəniyyəti demokratik idarəetmə formaları ilə açıq təşkilatlanma sistemlərini ehtiva edir. 
Bu mədəniyyət çərçivəsində birgə yaradıjı  fəaliyyət nəzərdə tutulur. Kooperasiya mədəniyyəti azlığın 
maraqlarını nəzərə alaraq çoxluğun maraqlarını ifadə edir.  
Fraqmerqasiya – amerika politoloqu Dc.Rozenau tərəfindən elmi dövriyyəyə  gətirlən termindir ki, 
inteqrasiya və fraqmentasiya proseslərini bildirir. Fraqmeqrasiya dedikdə, «milli dövlətlərin» blok və ittifaqların 
formalaşması və möhkəmlənməsi (inteqrasiyası) nəzərdə tutulur
Lokalizasiya  – sosial və  mədəni tolenrantlığın mədəni izolyasiya siyasətini həyata keçirən, qlobal 
sivilizasiyanın formalaşmasının qarşısını olan fundamenal ideologiyalar əsasında etnik və sivilizasion 
hadisələrin konsolidasiyasıdır.  
Qlokalizasiya – mədəni hibridləşdirmə nətijəsində, yəni mədəni regionlar çərçivəsində qarşılıqlı mədəni 
mübadilənin və konstruktiv əməkdaşlıq çərçivəsində qlobal multimədəni sivilizasiyanın nailiyyətləri  əsasında 
lokal mədəniyyətlərin modernləşmə proseslərini bildirən termindir. Termin ilk dəfə «Sony» yaponiya 
korporasiyasının rəhbəri Akio Morita tərəfindən təklif edilmişdir. Beləliklə, qloballaşmanı  mədəni 
assimilyasiyanın meqatendensiyası kimi təqdim etmək mümkündür.  
Qloballaşma probleminə  dəyər sistemlərinin mütənasibliyi və bir-birlərinə qarşılıqlı  təsiri aspektindən 
baxdıqda, müəyyən edilir ki, inteqrasiya və dialoqa doğru intensiv istiqamətlənən müasir dünyada müxtəlif 
mədəniyyətlərə  mənsub insanların bir-birlərini daha dolğun anlaması  məsələsi böyük əhəmiyyət kəsb edir. 
Kross – mədəni kommunikasiyanın mümkünlüyü və qeyri-mümkünlüyü, müxtəlif mədəniyyətlərin 
nümayəndələrinin ünsiyyəti nətijəsində  məna və  dəyərlərin bir qisminin itirilməsi problemi identikliklərin 
konflikti məsələsini ortaya çıxarır. Başqa sözlə, müxtəlif – dini, milli, professional və ya təşkilat mədəniyyətləri 
arasında təbii sürətdə bir-birlərini anlamama situasiyası yaranmış olur. 
Etnosların mədəniyyətlərarası kommunikasiyasında onların dəyər dünyalarının xüsusiyyətləri, dəyər 
sistemlərinin mütənasibliyi  əsas  şərt kimi çıxış edir. Mədəniyyətlərarası kommunikasiyanı  şərtləndirən digər 
amil qlobal ijtimai-tarixi şəraitdir. Bundan başqa mədəniyyətlərarası münasibətlər  şüurlü  şəkildə insanlar 
tərəfindən tənzimlənə bilər. Sülh, əməkdaşlıq və ya düşmənçilik, qərəz içində yaşamaq insanların öz seçimidir. 
Alimlər düzgün olaraq müəyyən edirlər ki, müxtəlif etnomilli ijmalar arasında ziddiyyət və gərginlikləri 
çözmək üçün müəyyən mədəni dəyər sistemləri barədə  dəqiq və obyektiv biliklərin  əldə edilməsi olduqja 
vajibdir. 
Bununla  əlaqədar müasir dünyada dəyər sistemlərinin koordinatlarını müəyyən edən geomədəniyyət, 
qlobal mədəniyyət, mədəniyyətlərarası kommunikasiya fenomenləri əhəmiyyət əldə edirlər. 
«Geomədəniyyət» anlayışı. Geomədəniyyət termini ilkin anlamda «mədəni imperializmin», yəni iqtisadi 
jəhətdən geridə qalmış  Jənub üzərində  mədəni sənayə  jəhətdən inkişaf etmiş  Şimalın hökmranlığını bildirən 
anlayışının sinonimidir. «Geomədəniyyət» təlimi 1991-ji ildə amerika alimi İmmanuil Vallerstaynın 
«Geosiyasət və geomədəniyyət» adlı kitabının işıq üzü görüdkdən sonra geniş  şəkildə yayıldı. Vallerstayna 
görə, «geomədəniyyət» XVI əsrin əvvəllərində yaranmış və tarixdə sosialist eksperimentinin məğlubiyyətindən 
sonra  ən böyük böhran keçirən kapitalist dünyadüzəmi sisteminin mədəni  əsasıdır. Onun fikrinjə, 
geomədəniyyət təliminin əsası üç konsept üzərində qurulur: 

 
BMT – nin üzvləri olan və gələjəkdə üzvlüyə daxil olajaq dövlətlər siyasi jəhətdən müstəqil və iqtisadi jəhətdən 
avtonomdurlar; 

 
Bu dövlətlərin hər-biri faktiki olaraq üstünlük təşkil edən və tarixən mövjud olan ən azı bir milli mədəniyyətə 
malikdir; 

 
Zaman ötdükjə bu dövlətlərin hər biri müstəqil olaraq inkişaf etmək qüvvəsinə malikdirlər.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
91
Məlum olduğu kimi, XX əsr boyu dünyadüzəmin quruluşunda zəngin mərkəz və yoxsul perefiriyanın 
arasında qeyri-bərabərliyi doğruldan, ideya jəhətdən  əsaslandıran liberalizm idi. Hamı ümidvar idi ki, siyasi 
jəhətdən azad olan millət düzgün (kapitalist və ya sosialist) iqtisadi inkişaf yolu seçərək mütləq uğur əldə edəjək 
və qüvvətli dövlətə çevriləjəkdir. Bu gün bəşəriyyətin bu qədildən olan liberal ümidləri boşa çıxıb. Alimlərin 
proqnozuna görə dünyadüzəmin «geomədəniyyəti» yaxın bir zamanlarda böyük dəyişikliklərə məruz qalajaqdır. 
Qlobal mədəniyyət. Maraqlıdır ki, qloballaşma mədəniyyətinin mümkünlüyü və səmərəsi bir çox fəlsəfi 
jərəyanlarda, müxtəlif yanaşmalarda, xüsusilə  də dekonstruksiya, postmodernizm, postkolonialzim, 
poststrukturalizm və ayrı-ayrı kulturoloci tədqiqatlarda inkar olunur. Bütün təlimlər qloballaşma mədəniyyətinin 
nə  dərəjədə arzu olunan olması barədə suala javab verməyə istiqamətləniblər. Tarixdən məlumdur ki, bəşər 
mədəniyyətinin hər bir mərhələsində qlobal mədəniyyətin yaradılmasına səylər göstərilmişdir. Universallıq 
olmadan heç bir akademik elm öz mövjudluğunu  əsaslandıra bilməz. Bununla yanaşı, bildiyimiz kimi, 
informasiya inqilabı  jəmiyyətdə qüvvələrin  ənənəvi mövqeylərini dəyişib.  İnformasiya inqilabı vahid dünya 
informasiya ijtimaiyyəti haqqında ideyaların irəli sürülməsinə  təkan verdi. Həmin təlimlərdə, xüsusilə  də 
İnformasiya jəmiyyəti haqqında təliminin  əsaslarının formalaşmasının ilkin mərhələsində etnomədəni 
xüsusiyyətlər, millətlər və milli münasibətlər, milli adətlər sanki inkar olunur, vahid iformasiya məkanı, milli 
sərhələr olmayan yeni sivilizasiyalar haqqında fikirlər irəli sürülürdü. Eyni zamanda yaranan yeni mədəni 
reallığa zidd olaraq XX əsrin ikinji yarısından amerika və daha sonra avropa elmində ijtimai proseslərdə etnik 
faktorun əhəmiyyətini bildirən ideya jərəyanları ortaya çıxdı. Bu hadisə elmdə «etnik intibah fenomeni» kimi 
qeydə alındı. Etnik dəyərlər yenidən  əhəmiyyət kəsb etməyə başladı.  İldən-ilə Amerika və Avropada etnik 
azlıqların öz etnik hüquqlarının genişləndirilməsi uğrunda mübarizə aktivləşirdi. 1980-1990-ji illərdə bu proses 
postsovet məkanı ölkələrini, o jümlədən də Azərbayjanı əhatə etdi. Qeyd olunmalıdır ki, bu qədildən olan sosial 
aktivlik heç də hər yerdə bir mənalı ötüşmədi, müəyyən regionlarda bu proses zorakılıq dalğası ilə müşaiyyət 
olan açıq sosial konfliktlərdə öz əksini tapdı.Nətijədə bu iki istiqamət arasında bir sıra ziddiyyətlər yarandı: 

 
Modernizm və ənənəvilik arasında ziddiyyət; 

 
Avropa və Asiya, daha dəqiq ifadə etsək qərb və şərq mədəniyyətlərinin dialoqu üçün xarakterik olan 
«özümkü» və «yad» anlayışları arasında ziddiyyət; 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
92

 
«İnformasiya inqilabı» işığında yeni məna əldə edən qlobal və lokal mədəniyyətlər arasında ziddiyyət; 

 
Mədəniyyətin texniki və humanitar aspektləri arasında ziddiyyət. 

 
Bu ziddiyyətlərin nəzəri əsasları dərindən öz təhlilini tapmasa da müasir jəmiyyətdə mövjudluğu artıq 
inkar edilmir. Bu gün alimlər qarşısında lokal və qlobal mədəniyyət formalarının qarşılıqlı  təsir aspektlərinin 
öyrənilməsi, informasiya mədəniyyətinin mədəniyyətin etnik komponentlərə təsirinin proqnozlaşdırılması kimi 
problemlərin həlli durur. 

 
Mədəni qloballaşmanı yalnız Qərbin kütləvi mədəniyyətinin yaılması kimi təqdim etmək bu gün 
yanlışdır. Çünki mədəni qloballaşma həm də mədəniyyətlərin qarşılıqlı əlaqəsini və rəqabətini ehtiva edir. Qeyd 
olunmalıdır ki, tarixi-mədəni  ənənələri daha qüvvətli olan milli dövlətlərdə  qərb mədəni standartlarının 
yayılması etnomədəni rifaha gətirib çıxarır. Mütəxəssislərin fikrinjə, etnomədəni rifah isə öz növbəsində 
qüvvətlənən milli ijtimai ideologiyada əksini tapajaqdır. Bu zaman, tarixən zəif ənənəvi mədəni köklərə malik 
dövlətlər ijtimai şüur böhranını  zəif formada keçirirlər. Lokal və qlobal mədəniyyətlərin qarşılıqlı  əlaqələri 
mədəni innovasiyaların «özünükiləşdirmə» prosesi nətijəsində baş tutur. Qeyd edilməlidir ki, sivilizasiya 
sistemləri tərəfindən innovasiyaların mənimsənilmə dərəjəsi bu və ya digər jəmiyyətin ənənəviliyi ilə müəyyən 
olunur. 

 
Qlobal mədəniyyət probleminin göstərilən aspektinin təhlili göstərir ki, hər bir mədəniyyətin özülü 
digər mədəniyyətlərin daxil olmasına və  təsirinə qarşı yüksək immunitetə malikdir. Qərb sivilizasiyası 
çərçivəsində formalaşmış normalar, standartlar və qaydalar, qlobal miqyasda nisbətən asanlıqla yayılır. Bu 
onunla izah edilir ki, ümumqəbulolunmuş qərb strukturları, institutları, standart və qaydalar tarixən formalaşmış 
idarəetmənin identik rasional mexanizmlərini, rasional fəaliyyət və rasional təşkilatlanma formalarını  nəzərdə 
tutan texnologiyalar əsasında formalaşır.Bildiyimiz kimi, bu mənada yüksək adaptiv mədəniyyət növlərinə Ya-
pon, Koreya, qismən Çin mədəniyyətlərini aid edirlər ki, bu mədəniyyətlərdə modernləşmə prosesləri yüksək 
sürətlə baş verir. 
Yuxarıda göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, qloballaşma dövrü mədəni aspektdə minimum iki 
tendensiya daşıyır: 
1.
 
bir tərəfdən, o, insanların ənənəvi həyat tərzinə dəyişikliklər gətirir; 
2.
 
digər tərəfdən isə  mədəniyyətin adaptasion qorunma mexanizmlərini stimullaşdırır. Bu proses 
müəyyən vaxtlar kəskin münaqişə xarakteri də ala bilər. 
Müasir jəmiyyətdə qlobal şəkil almış mədəniyyətlərin yaxınlaşma prosesində yaranan ziddiyyətlərin ara-
dan qaldırılması  işində BMT-nin böyük rolu danılmazdır. Birləşmiş Millətlər Təşkilatı  mədəniyyət və elm 
sahəsində mübadiləni, mədəniyyətləarası kommunikasiyanı beynəlxalq sülhün və inkişafın əsas elementləri he-
sab edir. 
Beynəlxalq Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə qurumu olan YUNESKO üç 
sahəyə diqqətini yönəltmişdir: 

 
inkişafın xidmətində duran elmə; 

 
mədəni inkişafa (irs və yaradıjılıq); 

 
kommunikasiya, informasiya əv informatikaya. 
1970-ji ildə YUNESKO tərəfindən qəbul edilən konvensiya mədəni mülkiyyətin qeyri-qanuni import, 
eksport və ötürülməsini qadağa edir.1995-ji ildə  qəbul edilmiş konvensiya isə  oğurlanmış  və ya qeyri-qanuni 
şəkildə ölkədən çıxarılmış mədəni obyeklərin geri qaytarılmasını təmin edir. 
YUNESKO-nun mədəni fəaliyyəti inkişafın mədəni aspektlərinin genişləndirilməsinə; yaradıjı fəaliyyətin və 
yaradıjılığın dəstəkləməsinə; mədəni mənsubluğun və folklor ənənələrinin qorunmasına; kitabın və oxu 
mədəniyyətinin təbliğatına xidmət edir.  
 Bu gün YUNESKO özünü mətbuatın azadlığı və KİV-in müstəqillliyinin tərəfdarı kimi təqdim edir. Bu 
sahəyə  həsr olunan əsas proqramda YUNESKO informasiyanın azad axınının təşkil olunması  və inkişaf edən 
ölkələrin kommunikasiya imkanlarının genişləndirilməsi kimi məsələləri öz öhdəsiyinə götürür. YUNESKO-
nun «Beynəlxalq mədəni dəyərlər mübadiləsi» barədə Tövsiyyələrdə (26.11.1976, Nayrobi) Birləşmiş Millətlər 
Təşkilatının təhsil, elm və  mədəniyyət məsələləri üzrə Baş Konferensiyası qeyd ediri ki, mədəni dəyərlər 
sivilizasiyanın və xalqların mədəniyyətinin  əsas elementləridir. Bundan başqa Tövsiyyələrdə göstərilir ki, 
mədəni mübadilənin genişləndirilməsi və möhkəmləndirilməsi mədəniyyətin müxtəlif sahələrinə  əldə olunan 
nailiyyətlərlə tanışlığı təmin edəjəkdir. Digər tərəfdən, mədəni mübadilə xalqların mədəni özünəməxsusluğunu 
qorunub saxlanılmaqla qarşılıqlı hörmət şəraitində müxtəlif mədəniyyətlərin və bütün bəşəriyyətin mədəni irsini 
təşkil edən mədəni dəyərlərin zənginləşməsinə səsəb olajaqdır. Qeyri-qanuni tijarətin və zərərərin qarşısını alan 
hüquqi, elmi, texniki şərtlərlə  tənzimlənən mədəni dəyərlərin qarşılıqlı mübadiləsi xalqlar arasında qarışılıqlı 
hörmət və anlaşılmanın möhkəmləndirilməsində  ən güjlü vasitədir. Bu zaman YUNESKO tərəfindən 
«beynəlxalq mübadilə» dedikdə dövlətlərarası  və ya mədəni təşkilatlar tərəfindən mülkiyyət, istifadə  və ya 
mədəni dəyərlərin saxlanılması hüquqlarının verilməsi nəzərdə tutulur. Mədəni dəyərlərin təhvil-təslimi 
müvəqqəti saxlanılma, alqı-satqı və ya hədiyyə məqsədilə həyata keçirilə bilər. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
93
BMT və YUNESKO müasir dövrdə mövjud informasiya axınlarının qeyri – ekvivalentliyini qeyd edirlər. Hələ 
1957-ji ildə YUNESKO BMT –nin Baş Assambleyası qarşısında  Şimalın inkişaf etmiş ölkələrilə  Jənubun geridə 
qalmış ölkələri arasında informasiya çəkisinin qeyri-bərabərliyi məsələsini qaldırmışdır. Dünya ijtimaiyyəti 
xəbərlərlərin 80% -ni London, Paric və Nyu-Yorkdan alır. İndustrial ölkələr sputnik vasitəsilə alınan elmi və texniki, 
sənayə, kommersiya, bank, tijarət əməmliyyatları, təbiət ehtiyatları və iqlim barədə inormasiyaya tamamilə nəzarət 
altında saxlayırlar. Bu informasiya hakimiyyət orqanları  və böyük korporasiyalar tərəfindən qorunur və onlar 
tərəfindən inkişaf edən ölkələrə axınının qarşısı alınır. Bu problem BMT və YUNESKO-nu çox narahat edir. Çünki 
kəmiyyət jəhətdən qeyri-bərabərlik bir gün keyfiyyət bərabərsizliyinə  gətirib çıxarajaq. Bu jür qeyri-mütənasiblik 
mədəni mübadilə sahəsində də müşahidə olunmaqdadır. 
Kommunikasiyanın prinsipial şəkildə qeyri-ekvivalent edən assimetriyanın digər növləri də mövjuddur. 
Misal üçün, inkişaf edən ölkələrdə transmilli kompaniyalar tərəfindən mədəni və  əylənjəli televiziya 
proqramlarının məzmununa müdaxiləsi nümunə kimi göstərilə bilər. Tədrijən öz istehsalımızda olan televiziya 
proqramlarına, kinofilmlərə, kitablara stimul sönür, nətijədə zövqsüzlük və  mədəni həyatın məzmunun 
bəsitləşməsi baş verir. Ümumilikdə, informasiya təminatı problemi çox vajib problemdir. Çünki azad 
informasiya mübadiləsi beynəlxalq ijtimaiyyət tərəfindən qorunsa da bu günün özündə belə həyata keçirilmir. 
Hal-hazırda YUNESKO informasiya mübadiləsini daha ekvivalent edən dünya informasiya və 
kommunikasiyanın yeni düzəminin qurulmasına xidmət edəjək layihələr üzərində çaılışır. 
Dünya mədəni irsə, digər xalqların və ölkələrin mənəvi dəyərlərinə mürajiət etmədən heç siyasi və iqtisadi 
jəhətdən qüvvətli dövlət mədəni-estetik tələbatı yerinə yetirməyə qabil deyildir. Eyni zamanda nəzərə 
alınmalıdır ki, mədəni mübadilə bir-birilə  sıx  əlaqədə olan əməkdaşlıq və  rəqabət proseslərindən ibarətdir. 
Siyasət və iqtisadiyyatdan fərqli olaraq mədəni  əlaqələr sahəsində baş verən rəqabət üstüörtülü olsada daha 
kəskin formada özünü göstərmiş olur. Dövlətlər və xalqlar individlər tək eqoistik jəhətlərə malikdirlər. Onlar 
üçün önjə öz mədəniyyətlərini qorumaq və öz mədəniyyətlərinin təsir dairələrini genişləndirmək, digər 
mədəniyyətlərin nailiyyətlərini öz məqsədləri üçün istifadə etmək daha vajibdir. Dünya mədəniyyəti tarixində 
daxili və xariji ziddiyyətlərə qalib gələ bilməyərək məhv olmuş bir çox böyük və xırda xalqları misal gətirmək 
olar. Akkulturasiya, assimiliyasiya, inteqrasiya problemləri qloballaşma dövründə, daha dəqiq desək jəmiyyətin 
bütün sahələrində köklü dəyişikliklər baş verdiyi bir mərhələdə daha da kəskin forma əldə etmiş oldu. 
Dünya mədəni məkanında öz yerinin axtarışları problemi, daxili və xariji mədəniyyət siyasətində milli 
yanaşmaların formalaşması məsələləri 1991-ji ildə müstəqillik əldə etmiş Azərbayjan Respublikası üçün böyük 
aktuallıq kəsb edir. Azərbayjanın digər mədəniyyətlərə açıqlığı onun dünyada baş verən mədəni-informasiya 
proseslərindən asılı etmiş oldu. Bu proseslərə aiddir: 
1.
 
ilk növbədə mədəni inkişafın və mədəniyyət industriyasının qloballaşması və  həmin prosesdə anqlo-amerikan 
təsirinin artması;  
2.
 
mədəniyyətin kommersiyalaşması, mədəniyyətin böyük investisiya qoyuluşundan asılılığı prosesi;  
3.
 
«kütləvi» və «elitar» mədəniyyələrin yaxınlaşması; 
4.
 
müasir informasiya texnologiyalarının və dünya kompyuter şəbəkəsinin inkişafından, iformasiyanın və onun 
ötürülmə sürətinin kəskin arması; 
5.
 
dünya mədəni-iformasiya mübadiləsində milli spesifika dərəjəsinin enmə prosesi. 
Müasir dövrdə beynəlxalq mədəni məkanın formalaşmasında qloballaşma fenomenin açıqlanması, onun 
problem və ziddiyyətlərinin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Müasir beynəlxalq mədəni mübadilədə 
Azərbayjan Respublikasının iştirakı zəruridir. 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin