Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə15/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

 
 
Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə 
doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili 
yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik 
sahəsində böyük nailiyyətlər  əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrişmişdi. Çox da böyük ol-
mayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına  əhəmiyyətli dərəcədə  təsir göstərmişdi. Bu 
prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi. Digər Asiya ölkələrindən 
fərqli olaraq, Finikiya şəhər-dövlətlərin (Tir, Sidon, Palmira və s.) federasiyasını  təşkil edirdi. Bu şəhərlərin 
başında  şah dururdu. Onların hakimiyyəti kahinlər, adlı-sanlı  və  zəngin tayfalar şurası xalq yığıncağı (veçe) 
tərəfindən məhdudlaşdırılırdı. Buna görə  də, həmin  şəhər-dövlətlərə aristokratiya və ya plutokratik (dövlət 
hakimiyyətinin varlı adamların  əlində olan siyasi quruluş) respublika xarakterikdir. Şəhərlərdə köhnə  və yeni 
vətəndaşlar, həmçinin şəhər və kəndlər arasında ziddiyyətlər mövcud idi: kəndlilər böyük mükəlləfiyyət daşıyır, 
qulların vəziyəti daha ağır idi. Ümumilikdə götürdükdə isə, finikiyalılar çox ciddi, zirək, tədbirli, inadkar və çox 
ideal olmasa da, praktik bir xalq idi. 
Qədim finikiyalıların mədəniyyəti haqqında danışarkən onların dini təsəvvürlərini qeyd etmək vacibdir. 
Bütün Suriya xalqlarında olduğu kimi, finikiyalıların da dini xalis hissi xarakter daşıyır, təbiəti ilahiləşdirirdi. 
Onun mahiyyətini yaradıcı və artım gətirən təbiət qüvvələrinə sitayiş və etiqad təşkil edirdi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
113
Baş allah Günəşin təmsilçisi olan Vaar, digər şəhərlərin allahları Vaal-Peor, Vaalsev və başqaları hesab 
olunurdu. Bununla yanaşı, məhəbbət ilahəsi Vaaltis (Əşşəra) da mövcud idi. Dağıntı allahı Molox öküzbaşlı 
görkəmə malik idi, qadın allahı Astarta da dini obrazlardan birini təmsil edirdi. Tir şəhərinin yerli himayəedici 
allahı Melkartda – (yəni səyyar günəşdə  təmsil olunan), həm yaradar, həm də dağıdardı. Adonis, qürub edən 
Günəş, Daqon isə dəniz allahı idi. Finikiyalıların sitayişi, həm sərt (belə ki, Molox və Astartanın şərəfinə insan-
lar qurban verilərdi), həm də hisslərlə (ilahə Vaaltisin şərəfinə  məbədlərdə  qızlar insan ehtiraslarını 
coşdururdular) müşayiət olunan idi. Bu xalqda sünnət də dini səciyyə kəsb edirdi. Ulduz allahlarına ithaf olunan 
mərasimlər də çox geniş vüsət tapmışdır. 
Qədim finikiyalılar balıqçılıqla, sənaye və ticarətlə  məşğul idilər. Bu ölkədə dağ-mədən sənayesi də 
inkişaf etdirilirdi. Ölkənin dənizin kənarında yerləşməsi Finikiyada dənizçiliyin inkişafına səbəb olmuşdur. 
Finikiyalılar gözəl sənətkar idi. Onların çox nəhəng gəmiləri mövcud idi. Bu sahədə finikiyalılar dünyanın digər 
xalqlarına güclü təsir göstərirdi. 
Dənizçilik ticarəti inkişaf edirdi. Onun marşrutları  Şərqdə Hindistan, Qərbdə isə Yunanıstan,  İtaliya, 
İspaniya və  hətta Britaniya adalarınadək,  Şimal dənizinin sahillərinədək uzanırdı.  İskəndəriyyənin  şöhrəti 
yüksələndən sonra (b.e.ə. 330-cu illərdən) Finikiya özünün əvvəlki kommersiya əhəmiyyətini tamamilə itirdi. 
Bu xalq dünyada şüşə istehsalı sahəsində də çox məşhurlaşmış və böyük təcrübə əldə etmişdi. Parçanın 
qırmızı rəngə boyanması da ilk dəfə Finikiyada kəşf olunmuşdur. Dünyada ilk dəfə burada gümüş pul zərb edil-
di. Metal emalı, toxuculuq istehsalı və oymaçılıq sənəti sahəsində böyük nailiyyətlər əldə edildi. 
Qədim finikiyalıların  ədəbiyyatı haqqında məlumatların mədəniyyət tarixində azlıq təşkil etməsinə bax-
mayaraq bu xalqın ədəbi fəaliyyəti haqqında da fikir yürütmək olar. Finikiyalıların özlərinin kəşf etdikləri və ya 
onların daha qədim yazıdan iqtibas etdikləri yazı sistemi (b.e.ə. XI-X əsr) Yunan əlifbasının və eyni zamanda 
müasir əlifbanın sələfidir. 
Finikiya  əlifbası  yəhudi və aramilər tərəfindən qəbul edildi. Aramilər onu Hindistan və  Mərkəzi Asiyaya 
kimi yaydılar. Yunanlar bu əlifbaya müəyyən dəyişikliklər edərək mənimsədilər. Onlar bu əlifbanı soldan sağa 
yazarıq bir neçə sait səs əlavə etdilər. 
Qədim Finikiya incəsənəti haqqında biliklər yeganə yunan tərcüməsindən bəllidir. Bu tərcümədə e.ə. 500-
cü ildə Afrikanın cənub sahillərinədək gedib çıxmış Hənnanın səyahəti haqqında təsəvvürlərin mövcud olması 
qeyd edilir. Finikiyalıların incəsənəti o qədər də orijinal deyil. Bu incəsənətdə Babil-Misir təsiri də 
duyulmaqdadır. Lakin finikiyalılar gözəl memarlıq nümunələri yaratmışlar. Bu memarlar Suriya ərazisində olan 
bütün semit dövlətlərinin işlərində yaxından iştirak etmişlər. Tir şəhərinin yetirməsi olan memar Kiram, 
Yerusəlim məbədini inşa etmişdir. 
İndiyədək Vaalbəy və Palmira şəhərinin dağıntı  və xarabalıqları qalmaqdadır ki, bunlar da bir daha 
finikiyalıların təmtəraqlı tikintilərə olan maraq və sevgisinin şahididir. 
Ticarətin əlverişli inkişafı xalqın həyat və məişətinin zəngin formada bəzənməsinə geniş şərait yaradırdı. 
Finikiyalı sənətkarlar öz məharətləri ilə, nəinki Ön Asiya ölkələrində, ümumiyyətlə, dünyada tanınmışlar. 
Bunlar – zərgər və heykəltəraşlar müxtəlif incəsənət  ənənələrini ustalıqla birləşdirərək fil sümüyündən, qızıl, 
gümüş  və qiymətli metallardan, rəngli  şüşələrdən heyrətamiz  əsərlər yaradırdılar. Uqarit, Tir, Sidon və digər 
Finikiya şəhərlərində zəngin çoxmərtəbəli möhtəşəm və bəzəkli binaların tikintisində kedr və bürüncün tətbiqi 
xüsusi yer tuturdu. 
Ümumiyyətlə, Finikiya mədəniyyəti nümunələrinin dünya mədəniyyət tarixində qismən azlıq təşkil 
etməsinə baxmayaraq sənətkarlıq aspektindən o, öz unikal üslub tərzinə görə  bəşər sivilizasiyasında 
özünəməxsus yer tutan mədəniyyətlərdən biri ola bilmişdir. 
Şərqi Aralıq dənizi sahilindən  Şərqə doğru uzanan ərazilərdən birini də  Fələstin tutur. Fələstin regionun 
cənubunda yerləşərək Misirdən səhra ilə  təcrid edilir. Ön Asiyanı Misir və Egey dənizi ilə birləşdirən ticarət 
yollarının qovuşuğunda olan Fələstin torpağı  həmişə qonşu dövlətlərin  əsarəti altında olmuşdur. B.e.ə. III 
minillikdə bu torpağı Misir, Şumer və Babil şəhər-dövlətləri ilə  həm iqtisadi, həm də  mədəni ünsiyyətdə olan 
hənnaneylər istila etdilər (onlar da semit dilli tayfalar idi) və öz zəngin mədəniyyətlərini yaratdılar. E.ə. II 
minillikdə bu torpağın cənubunu Egey dənizinin Koftor adasından gələn dəniz tayfaları, yəhudilərin təbirincə 
desək, peləşetlər tutdular (torpağın adı da bununla əlaqədar «Fələstin» oldu). B.e.ə. XIII əsrdə  həmin  əraziləri 
qədim yəhudi tayfaları ağır vuruşlardan sonra hənnaneyləri məğlub edərək onların həm torpağına, həm də zəngin 
mədəni irsinə sahib oldular. 
İudeylər (yəhudilər, israillilər) həm dil, həm də xarici görkəm və  əlamətlərinə görə semit irqinə 
mənsubdurlar. Bütöv bir yəhudi xalqının formalaşmasında və bu millətin əsas nailiyyəti olan dinin-induizmin 
təşəkkülündə bir ərazi kimi Fələstin qapalılığı böyük rol oynamışdı. Son dərəcə inadlı iradə  və güclü praktik 
meyllərlə yanaşı, yəhudi vətəndaşında rassionalist idrak inkişaf etmişdir. Lakin o, həmçinin intensiv və  dərin 
hisslərdən də məhrum deyildi: yəhudilərdə plastik fantaziya, ətraf təbiətə qarşı sadə estetik münasibət az inkişaf 
etmişdir. Təkcə elə öz dinləri vasitəsilə yəhudilər dünya mədəniyyətinə, onun inkişafına əhəmiyyətli dərəcədə 
təsir göstərə bilmişlər. Belə ki, b.e.ə. II minilliyin sonu (e.ə. XIII əsrlər) sami (semit) tayfaları Tövrat dini 
rəvayətlərini Fələstinə  gətirmişlər. Tövrat iki bölmədən ibarətdir:  Əhdi-ətiq («Vetxiy-zavet») və  Əhdi-cədiq 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
114
(«novıy zavet»). Tövrat dini kitab olmaqla müxtəlif dövrləri  əks edən hadisələri və müxtəlif məzmunlu 
ədəbiyyatı özündə birləşdirir. 
Əhdi-ətiqin I hissəsi Tora (tövrat) özündə beş kitabı  əks etdirir. Tövratın, yəni beşliyin yaradılmasını 
peyğəmbər Musanın (Moisey) adı ilə bağlayırlar. Beşlik (Tora) aşağıdakı kitablardan ibarətdir: varlıq, çıxış 
(yəhudilərin Misirə gəlməsi və oradan xilas olması), levit (ibadətə aid öyüd-nəsihət), hesab (yəhudilərin 40 illik 
sərkərdanlığı) və ikinci qanunçuluq (yəhudi dini qanunçuluğunun sistemləşdirilməsi cəhdləri). 
Tövratın beşlik hissəsi dini məsələlərə həsr olunub. Buradakı bəzi dini ehkamlara Quranda da təsadüf edi-
lir. «Varlıq» bəndi sami tayfalarının ənənəvi soy tarixini, mənşəyini («geneologiyası»nı) saxlayıb. Bu soy tarixi 
islam dinində də olduğu kimi qalıb. Belə ki, soy tarixi Adəm və Həvvadan başlayır. Onlardan törəyən soylar 
isə, Fələstində  məskunlaşır. Nuh bu nəslin törəməsidir. Nuh («Noy») «ümumdünya daşqınından» sonra yeni 
soyların başlanğıcını qoyur. Bunlar Sim, Cam, Yafət (türkcə Yəfəs)dir. Sim nəslindən olan İbrahim (Avraam) 
ibri tayfalarının başında Fələstində məskunlaşıb. Onun tarixi şəxsiyyət olması da istisna edilməyir. Tövratın II 
hissəsi «peyğəmbərlər», III hissəsi isə, «yazılar» adlanır. Bu hissələrə müxtəlif  ədəbi  əsərlər, o cümlədən 
məhəbbət lirikasını əks etdirən «Mahnılar mahnısı», hökmdar Süleymanın («Solomon») adına çıxılan ibrətamiz 
hekayətlər, hökmdar Davuda (David) şamil edilən dini himlər (zəbur surəsi) və s. daxil edilib. 
Tövratın, ən qədim hissəsi e.ə. IX əsrə aid edilir. Burada allahın adı «elohim» kimi yazılıb. Bu «allahlar» 
mənasını verdiyi üçün ehtimal olunur ki, o zamanlar Aralıq dənizi sahilində çoxallahlılıq mövcud idi. Bunu 
təsdiqləməyə imkan verən əsas sübutlardan birini də Fələstin ərazisində XIX əsrdə aparılan arxeoloji qazıntılar 
oldu. Bu qazıntılar zamanı məlum oldu ki, bu ərazinin bir çox evlərində ev, ocaq himayəçisi olan allah-bütlər 
(«damdabacalar») mövcud imiş.  İlkin politeizm (çoxallahlılıq) öncə özünəməxsus geoteizmə (tayfanın 
himayədarı olan bütlər, allahlara sitayiş) çevrildi. İudeylərin allahı sanki ideallaşdırılan patriarxdır, bu patriarx 
ata kimi öz övladlarının qayğısına qalır və onlara kömək edərək hər cür şərait yaradır, lakin «ittifaq-müqaviləni» 
pozduqları  təqdirdə onlara qarşı ciddi cəza tətbiq edirdi. Belə bir Allah özünə qarşı qorxu duydurur və 
minnətdarlıq təlqin etdirirdi.Allaha qarşı  məhəbbət iudeylər üçün çox mühüm bir prinsipdir. Bu xalqın dini 
inkişafında baş verən məlum mərhələləri də  fərqləndirmək lazımdır – bu hələ insan qurbanı verilən ilkin 
naturalizmdən ta bütün kobud hissi elementlərdən təmizlənmiş peyğəmbərlərə inamadək gedən bir yoldur. 
Qədim Yəhudi tayfaları  fələstin tayfaları ilə uzun müddət müharibə apararaq nəticədə  İsrail dövlətini 
yaradırlar. Rəvayətə görə, e.ə. XI əsrdə Saul İsrail dövlətinin əsasını qoyur. O bir sıra torpaqları İsrail dövlətinə 
birləşdirir. Saulun ölümündən sonra hərbi fəaliyyəti yeznəsi Davud davam etdirir. Tövrat əfsanələrində Davud 
xalq qəhramını kimi qələmə verilir. Belə ki, o, Fələstinin cənubunda Yəhuda padşahlığının əsasını qoyur. Davud 
İsrail padşahlığını özünə tabe etdirərək birləşmiş İsrail-Yəhuda dövlətini yaradır. Yerusəlim bu dövlətin paytaxtı 
olur. 
Davuddan sonra hakimiyyətə oğlu Solomon gəlir. Onun dövründə ölkə çiçəklənir. Sənətkarlıq və ticarət 
inkişaf edir. Yerusəlim şəhərində dəbdəbəli saraylar tikilir. 
Yəhudilər  əvvəllər kiçik komalarda yaşayır, daha sonralar birmərtəbəli, alçaq və yastıdamlı evlər 
tikdirirdilər ki, bunların da daxili həyətləri olardı. 
Yəhudilərdə ailəyə qayğı hissi güclü idi. Qadın ərinin tam tabeçiliyində olsa da, ana kimi hörmətli bir va-
lideyn idi. Uzun dövrlər, dövlətlilər də çoxarvadlılıq mövcud olmuşdur. 
Hüquq, adət və  mənəviyyat yəhudilərdə  vəhdətdə olan, bölünməyən bir tamı xatırladırda. Hər  şey dini 
başlancığa tabe etdirilmişdir. Dini zəmində cinayətlərə görə, xüsusilə, bütpərəstliyə görə ən ağır cəzalar tətbiq 
edilirdi. Valideynlərə qarşı hiddət, hətta ölüm cəzası ilə də nəticələnə bilərdi. 
Yəhudi mədəniyyəti tarixində  ədəbiyyat özünəməxsus rol oynayırdı  və onun formalaşmasında qonşu 
xalqların,  İkiçayarası  və Misir ədəbiyyatı güclü təsirə malik idi. Dünyanın yaranması, ümumdünya daşqını 
əfsanələri bilavasitə  Şumer və Babil təsiri ilə yarandı. Tövrat mövzuları  həm xristian, həm də  İslam dininin 
formalaşmasında mühüm təsiredici mənbə oldu. Tövrat yəhudilər üçün öyüd-nəsihətdir. Buradakı  şerlər 
içərisində Solomonun nəğmələri müasir şəriətə daha yaxın olub, məhəbbət lirikasının ən gözəl nümunəsidir. 
 
 
2.1.5. Hettlərin mədəniyyəti 
 
Het dövləti Anadolunun (Kiçik Asiyanın)  şimal-şərq hissəsində Halis (ind.Qızıl  İrmoq) çayının 
hövzəsində meydana gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir. Lakin təsərrüfatın təşkilində bu 
təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun qədim əhalisi barədə dəqiq məlumat yoxdur. Vaxtılə bu 
ərazidə müxtəlif dillərdə danışan etnoslar yaşayırdı. Hetlər haqqında məlumat İncildə XIX əsrin ortalarına qədər 
mövcud idi. İncilin rus tərcüməsində  bu  xalq  «Het  oğulları», «Hetlər» kimi Fələstin və Suriyanın yəhudilərə 
qədərki millətləri kimi qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və Suriyanı hetlərin ilkin vətəni 
kimi göstərirlər. 
XIX  əsrin sonuncu dövründən başlayaraq Misirin Tel-Əmər arxivindən mixi yazılı  mətnlərdən hetlərin 
yaşayış tərzi haqqında məlumatlar əldə edilmişdir. Bu mətnlərdə Misir fironlarının (xüsusilə, III Amenemxet və 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
115
IV Amenxotep-Exnaton) Yaxın Şərqin bir çox dövlət başçıları ilə diplomatik yazışmaları (akkad dilində) qeyd 
edilir. 
Kiçik Asiyada hetlərin hökmranlığı haqqında fərziyyələri alman şərqşünası Q.Vinklerin 1906-1912-ci 
illərdəki arxeoloji qazıntıları sübut etdi. Arxeoloqlar burada bir çox mixi yazılı lövhəciklər tapmışlar. Bu 
qazıntıların ən uğurluları Türkiyə kəndlərindən biri olan Boğazgey (Ankaranın 50 km şərqinə doğru) hissəsində 
tapılmışdır. Hetlərin Anadoluda mövcud olma ideyaları, da məhz bu dəlillərdən irəli gəlir. 
Anadolunun zəngin təbii ehtiyatları dünya tacirlərinin (xüsusilə Yaxın Şərq) buraya üz tutmasının başlıca 
səbəbi oldu. E.ə. III minilliyin II yarısında Akkad hökmdarları Sarqon və Naram-Suyen bu əraziyə  hərbi 
yürüşlər təşkil etmişlər. Bu ərazidə  məskən salmış akkad tacirləri metal ticarətinin  əsasını qoymuşlar. Kaneş 
şəhəri tanınmış ticarət mərkəzlərindən biri idi. 
Anadolunun  şərq hissəsində e.ə. III minillikdə bir sıra siyasi birliklər meydana gəlmişdi. Bunlar şəhər 
dövləti şəklində mövcud idi. Anadolunun Burusxanda, Nesa (Kaniş), Kussar və Hattuşa şəhər-dövlətləri Aşşur 
tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər. E.ə. XVIII əsrin I yarısında şəhər dövlətlər 
arasında siyasi hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizədə Kussara şəhər-dövləti üstünlüyü öz əlində 
saxladı. Bu dövlətin hökmdarı Pitxana Nesa şəhərini tutdu. Bu işğalçılıq müharibələri onun oğlu Anitta 
tərəfindən davam etdirildi. O, atasının zəbt etdiyi Nesa şəhərini dövlətin paytaxtına çevirdi, Het dövlətinin 
gələcək paytaxtı Hattuşa şəhərini tutdu. Kussara padşahlığı Anadolunun mərkəzində ən güclü dövlət oldu. 
Formalaşmağa başladığı dövrlərdən Het dövləti mədəniyyətin və incəsənətin inkişafına xüsusi 
qayğıkeşliklə yanaşırdı. Het mədəniyyətinin formalaşmasına hurri və luvi mədəni elementləri güclü təsir 
göstərmişdi. Şimali Suriya və şumer-akkad mədəni amillərini də inkar etmək olmaz. 
Boğazgey arxivi rəsmi səciyyə daşıyaraq, həmçinin mif, əfsanələr və mətnləri özündə cəmləşdirmişdi. Bu 
arxivdə tapılan «III Hattusulinin tərcümeyi-halı» əsəri dünya ədəbiyyatında xüsusi əhəmiyyət kəsb edir. Yaxın 
Şərq xalq və bir çox ədəbi nümunələri («Gilqameş haqqında əfsanə») het dilinə tərcümə olunmuşdur. Kumarbi 
allahı haqqındakı epik poema «Ullikummi haqqında mahnı» adlandırılır. 
Het mənşəli zəngin mifoloji ədəbiyyat mövcuddur. «İlluyanka haqqında mif» əsəri belələrindəndir. Bura-
da ilahi qəhrəmanlarla onun düşməni olan əjdaha İlluyanka arasındakı mübarizə şərh olunur. 
Het incəsənət abidələrində rəngarənglik və orijinallıq üstünlük təşkil edir. Gümüş və bürüncdən olan hey-
van fiqurları, maral təsvirləri, fincanlar, dolçalar, qızıl ornamentli əşyalar unikal təsir bağışlayır. 
Mərkəzi Kiçik Asiyada Yeni het şahlığı dövründə incəsənətin bir çox sahələrində (daş üzərində relyeflər, 
canlıların təsviri – sfinks, şirlər), o cümlədən memarlıqda monumental üslub təzahür olunmağa başlayır. Hattidə 
daş üzərində  işləmə yüksək səviyyəyə çatır. Bunun ən gözəl nümunəsi Yazılı qayadakı qalereyada qaya 
yonulması hesab olunur. 
Het dini təsəvvürləri cəmiyyətin ideoloji və  təsərrüfat həyatında güclü təsirə malik idi. Özlərinin qeyd 
etdikləri kimi «Hattininin min allahı» mövcud idi. Bunlar het, hindavropa (nesit, luvi, palay), hurri, assur-babil, 
ari və digər mənşəli allahlar idi. Baş allah fırtına allahı olub «səmanın şahı, Hattinin hakimi» hesab edilirdi. Bu 
allahın arvadı Arinna şəhərindən olan Günəş allahı sayılırdı. 
Het mifləri (əsatir) ilə bağlı digər folklor nümunəsi «ölən və dirilən allah» Telepinin adı ilə bağlıdır. Bu 
ədəbi abidədə həyat, təbiət, insan amilləri böyük məntiq və hikmətlə izah edilir, bədii obrazlarla ifadə olunur. 
Əldə olunan məlumatlara görə  həmin  əfsanə  qış  və yaz mövsümlərinin dəyişilməsi ilə  əlaqələndirilirdi. Bu 
əfsanə bahar şənlikləri zamanı söylənilirdi. 
Het padşahlığının süqutundan sonra bu mədəniyyətin  ənənələri ölüb getmədi. Bunların bir çoxu Şimali 
Suriya və Anadolunun şərq əyalətində davam etməkdə idi. Hetlərin bu mədəniyyəti, xüsusilə bənzəri olamyan 
incəsənəti Assur və Urartu incəsənətinə də güclü təsir göstərmişdir. 
 
 
2.1.6. İran mədəniyyəti 
 
 
Asiyanın cənubunda yerləşən  İran qədim  Şərqin inkişaf etmiş ölkələrindən biri olmuşdur. Bu inkişaf 
mədəniyyətdə də özünü təzahür etdirmişdi. Qədim İran mədəniyyəti öz mənəvi zənginliyi ilə şöhrət tapmışdır. 
Qədim  İran  əhalisinin etnik tərkibi müxtəlif idi: buraya elamlılar, kutilər, lullubilər, sular, turukilər, 
prototürklər və başqaları daxil idi. Ölkənin «İran» adlandırılmasına gəldikdə isə, onun coğrafi anlayış olduğu bir 
çox müəllifləridə məsələn, Y.Yusifovun «Qədim Şərq tarixi» əsərində qeyd edilir.  
Qədim  İranın zəngin mədəniyyəti incəsənətin müxtəlif sahələrində – ədəbiyyatda, təsviri sənətdə, 
memarlıqda, həmçinin elmdə, təhsildə əks olunmuşdu. Ədəbiyyatın əsas nümunələri əfsanələrdə, dini rəvayət və 
hekayətlərdə; təsviri sənət müxtəlif məişət tipli əşyaların bəzədilməsində; memarlıq isə, zərdüşt ideologiyası ilə 
bağlı məbəd tikililərində təcəssüm tapırdı. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
116
Mədəniyyətin əsas faktı olan yazını qazıntılar üzə çıxarmışdı. Bunlar akkad və elam mixi yazılı kitabələrldə 
olan piktoqrafik yazılar idi. Mədəniyyətin  əsas sahəsini təşkil edən elm dünya mədəniyyət xəzinəsinə özünün 
yaratdığı təqvim sistemi ilə daxil olmuşdur. 
B.e.ə. VI-IV əsrlərdəki İran incəsənəti, tədqiqatçıların fikrincə, öz sələflərinə nisbətən daha kübar olub, 
saray mədəniyyətinə daha yaxındır. Bu incəsənətdə qəddarlıq, assuriyalıların sənətinə xas kobudluq yoxdur, bu 
mədəniyyət daha sakit və  rəvandır. Lakin bütün bunlarla yanaşı, mədəniyyətlərdə varislik də mövcuddur. 
Təsviri incəsənətin başlıca elementləri canlıların – ilk növbədə, qanadlı öküz, şir,  şahin quşunun təsvirilə 
bağlıdır. Hərbçilərin və  şirlərin döyüş  səhnələrini, zəfərlərini  əks etdirən relyeflərin təsviri daha geniş vüsət 
tapmışdır. 
B.e.ə. II əsrdə  İran da Misir kimi Makedoniyalı  İskəndər (356-323) tərəfindən zəbt edilən ellin 
mədəniyyətinin tərkibinə daxil edilir. 
İskəndər ölkədəki həyat tərzinin, dünyagörüş sisteminin kökündən dəyişdirilməsini vacib hesab etmir. 
Hətta özü «Babil şahlığına təyin olunma mərasim»  ənənəsinə sadiq qalaraq öz tac qoyma mərasimini  şəhərin 
baş məbədində həyata keçirir. Makedoniyalı İskəndərin ölümündən sonra Qədim Mesopotamiyanın süqutu pro-
sesi başlayır. 
B.e.ə. III əsrdə  İranı Sasanilər sülaləsi idarə etməyə başlayır. Onlar öz kök və  mənşələrinin allahdan 
götürdüklərini sübut etməyə çalışırlar. Bu məqsədlə, müvafiq əmrlərə əsasən hərbçilərin qələbə dolu yürüşlərini 
əks etdirən səhnələrdən ibarət möhtəşəm relyeflərin təsvirinə geniş yer verilir. Lakin iranlılar üçün heç də bütün 
müharibələr uğurlu deyildi. Sasani İranının bir çox abidələri bu müharibələrin xarabalıqları altında itib 
batmışdır. Sasani incəsənətindən bizə saray və məbədlərin xarabalıqları, bir sıra qab, xalça və ipək parçaların 
hissələri qalmışdır. Xalça sənəti isə, bu ölkə incəsənətinin ən möhtəşəm nailiyyəti hesab edilməlidir. 
Rəvayətə görə Ktesifondakı Tək-İkəsrə sarayının baş zalında döşəməyə salınmış nəhəng xalını bu sarayı 
zəbt etmiş hərbçilər bir neçə hissəyə bölərək qənimət kimi 20 min dirhəmə satmışlar. Sarayın divarları freskalar-
la, gözəllərin, musiqiçilərin, allahların rəsmləri ilə zəngin idi.  
Sasani İranının dövlət dini zərdüştçülük hesab edilirdi. Dinin belə adlandırılması onun banisi Zərdüştün 
adı ilə bağlıdır. Zərdüştün tarixi şəxsiyyət olub-olmaması elmi cəhətdən dəqiqləşdirilməyib. Lakin bir çox 
alimlər onu real şəxs hesab edirlər. Belə  fərz olunur ki, Zərdüşt e.ə. XII-X əsrlər arasında yaşamışdır. O öz 
vətəni olan Şərqi  İranda dini fikirləri, təlimi ilə  çıxışlar etmişdir. Bu hərəkətlərinə görə hakimlər tərəfindən 
hücumlara məruz qalaraq ayrı-ayrı yerlərə qaçmış və düşmənlərindən biri tərəfindən qətlə yetirilmişdir. 
Zərdüştün qanunları  qədim abidə hesab edilən «Avesta»da öz əksini tapmışdır. Bu dini abidə özündə 
müqəddəs ilahi və hüquqi kəlamları, fikirləri birləşdirir. Həmin kitabda dualar, nəğmə  və himnlər başlıca 
elementlər hesab edilir. Avestanın mətni III-VII əsrlərdə Sasanilər dövründə köçürülmüşdür. 
İran panteonuna işıq, həqiqət və müqavilə allahı Mitra, su ilahəsi Anahit daxil idi. Bu allahlara irandilli 
tayfalar sitayiş edirdilər. Avestada və əhəmənilər dövründə Ahuramazda (Hörmüzd) qabaqcıl mövqeyə malik idi 
və baş Allah hesab edilirdi. Avestada həyatın və kainatın yaradılması Ahuramazdanin əməli kimi 
qiymətlənirilir. 
Zərdüşt təliminə görə şər ilə xeyir, yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedir və bu ehkamlar 
Avestada öz əksini tapır. 
Avestanın ən qədim hissəsini qatlar (mahnı oxuma) təşkil edir. Bunlar həmin dini abidənin Yasna (dua, 
ibadət) bölməsində  təmsil olunur. Qatlarda Zərdüştün təlimi təmsil olunur. Zərdüşt təlimində  təkallahlılıq 
ideyası irəli sürülərək tərənnüm olunur. Yuxarıda qeyd olunduğu kimi, Zərdüştün təsvirinə görə xeyir və  şər 
dünyanın  əvvəlindən mövcud olmuş  və onların arasındakı mübarizə daimidir, lakin haqq ifadəçisi olan xeyir 
şərə həmişə qələbə çalır. Bu ideyanın qayəsindən çıxış edərək zərdüştçülükdə atəşə etiqad və sitayiş qələbə ki-
mi, haqqın qalib gəlməsi və xeyirin təntənəsi kimi çıxış edir. Xeyir - işıq, od anlamında,  şər isə, qaranlıq 
obrazında təcəssüm edilir. 
Məhz bundan irəli gələrək İranda oda səcdə, sitayiş ayini ilə əlaqədar çoxlu sayda od məbədləri tikilməyə 
başladı. Məbədlər gümbəz xarakterli zaldan, xüsusi postamentdə qoyulmuş müqəddəs oddan ibarət idi. Bu cür 
od məbədlərində  təbəqələşmə mövcud idi. Sosial statusa əsasən hər kəsin hökmdarlıq dövründə xüsusi odu 
mövcud idi. Ən məşhur və hamı tərəfindən etiqad edilən od Həqiqət rəmzi olan Bəhramın odu idi. 
Avestanın Yasna hissəsində maldarlıq təsərrüfatından bəhs edilirdi. Burada Hörmüzd (Ahuramazda) mal-
qaranın yaradıcısı kimi qələmə verilir. 
Avestanın digər bölməsi «Yaşta» (qurban vermə) adlanır. Burada ayrı-ayrı ilahələrə həsr olunmuş mahnı 
və himnlər üstünlük təşkil edir. Belələrindən biri Mitra allahıdır. Bu allaha qədim Hind-İran tayfaları  həmişə 
sitayiş etmişlər. 
Yaştlarda Qayamarta sitayiş etmək də tövsiyə edilir. Bu Hörmüzdün yaratdığı ilk İnsandır. Qeyd edilir ki, 
Hörmüzdün fikrini ilk dəfə məhz Qayamart oxumuş və dinləmişdi. 
Yaştlarda Zərdüştün mədhi də başlıca yer tutur. Bu mədhlərin məzmununu Zərdüştün xeyirxah fikir sahibi, ilk 
kahin, döyüşçü və maldar, Hörmüzdə ilk sitayiş edən köhnə dinlərdən üz döndərən ilk kəs olması təşkil edir. Bu dini 
abidə boyu Zərdüştün obrazının bəzən mifikləşdirilməsinin də şahidi oluruq. Əsərin başlıca ideyasını aşağıdakı üçlük 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
117
- xeyir sözlər, xeyir fikirlər və xeyir əməllər təşkil edir. Bütün bunların yerinə yetirilməsi isə həqiqi həyat tərzinin ən 
başlıca şərti olmalıdır. Zərdüştün fikrincə, insanın bu real həyatda gördüyü, etdiyi, dedikləri onun ölümündən sonrakı 
həyatının davamını, məzmununu təşkil edir. Onun nəzəriyyəsi öyrədir ki, ölümündən 3 gün sonra ruh xüsusi 
məhkəmə tərəfindən təhlil edilir, gələcək tale haqqında hökm çıxarılır. 
Hakim din kimi zərdüştlük VII əsrə  qədər davam etsə  də,  ərəb istilasından sonra islam dininin zorla 
qəbulu zərdüştlüyün sona yetməsinə başlıca səbəb oldu. Lakin bütünlükdə  zərdüşt dini və Sasani 
mədəniyyətinin digər müsəlman mədəniyətlərinə  təsirini heç də inkar etmək olmaz. Bu təsir  ərəb-müsəlman 
mədəniyyətində, ərəblər vasitəsilə İspan və digər Qərbi Avropa ölkələri incəsənətində, Çindən Atlantikayadək 
böyük bir ərazidə duyuldu. 
 
 
2.1.7. Azərbaycan mədəniyyəti 
 
 
Qədim Azərbaycan mədəniyyətinin ayrı-ayrı  tərkib hissələrini tədqiq edən müəlliflər (pedaqoqlar, 
sənətşünaslar, filoloqlar və başqaları) bu mədəniyyətin zəngin olduğunu sübut edirlər. Azərbaycanın qədim 
sənət tarixini öyrənən tədqiqatçılar - Kərimov K., Əfəndiyev R., Rzayev İ., Həbibov N. və b. Azərbaycan 
incəsənətinin dərin qatlarını  tədqiq etməklə  mədəniyyət tarixində xüsusi xidmət göstərmişlər. Həmin 
müəlliflərin «Azərbaycan incəsənəti» adlı monoqrafiyasında qeyd edilir: «Qədim Azərbaycan incəsənətinin ta-
rixi bu ölkədə dövlətin yaranması tarixindən daha qədimdir. Müxtəlif incəsənət növləri ilə tanışlıq bizi uzaqlara, 
ibtidai icma quruluşunun dərinliklərinə aparıb çıxarır». Elə  həmin mənbədə  tədqiqatçılar qədim Azərbaycan 
incəsənətinin tarixi inkişaf prosesini üç dövrlə səciyyələndirirlər: 
I.Alban dövründən əvvəlki incəsənət (e.ə.IV əsrə qədər); 
II.Alban dövrü incəsənətinin ilk klassik mərhələsi (e.ə.IV – e-nın I əsri); 
III.Alban dövrü incəsənətinin II mərhələsi (I-VII əsrlər). 
Qədim Azərbaycan mədəniyyətinin tarixi e.ə.XII minillikdən başlayaraq e.ə.IV əsrə qədər olan uzun bir 
mərhələni  əhatə edir. Bu tarixi dövrdə ibtidai əcdadlarımız öz yaşayış  və müdafiəsi üçün zəruri olan tikililəri 
yaratmaqla memarlıq sənətinin ilk nümunələrinin təməlini qoymuşlar. Yaşayış üçün digər məqamları da yaddan 
çıxarmamış, hazırladıqları hər növdən olan məişət və yaşayış nümunələrinə bədii görkəm və bəzək vermişlər. 
Bunlar piktoqrafik, təsviri yazılardır ki, bunların da tarixi e.ə.IV minillikdən (mis dövrü) başlayır. Qədim 
Azərbaycanda memarlığın sənət növü kimi inkişafı, ilk növbədə ölkədəki coğrafi mövqe, təbii ehtiyatlarla da 
izah olunur. Müxtəlif növdən olan inşaat materialları, daşlar, ağac nümunələri, zəngin gil, əhəng, gəc ehtiyatları 
tikinti üçün əlverişli şərait yaradırdı. Bu mənada qədim Azərbaycan memarlığı nümunələrindən mağara, meqali-
tik abidələr, mengirlər, kurqanlar, dolmenlər, kromlexlər, siklopik tikililər, həmçinin yaşayış zərurətindən irəli 
gələn digər ev tipli qazma, qara damların adlarını  çəkmək olar. Qədim Azərbaycan memarlığının bu 
nümunələrinin  əksəriyyətində dini səciyyə başlıca yer tuturdu. Mengirlər, kromlexlər, kurqanlar ölülər kultu, 
ağsaqqala hörmət kultunun təzahürü kimi pərəstiş, qurbangahların yerinə yetirilməsinə də xidmət edirdi ki, bu 
da qədim  əcdadlarımızın dini təsəvvür və dünyagörüşləri ilə bağlı idi. İbtidai memarlıq nümunələrindən olan 
mengirlər haqqında müəlliflər belə qeyd edirlər: «Mengirlərin Azərbaycanda qədim dövrün sonunda (e.ə.I mi-
nilliyin sonu, eramızın ilk əsrləri) yaradılmış insan heykəlləri ilə müəyyən yaxınlığı vardır. Bunu 
aydınlaşdırmaq üçün bir daha ulu oğuz babalarımızın yaratmış olduğu və  Şamaxı rayonundan (Xınıslı, 
Dağkolanı və digər kəndlərdən) tapılmış daş heykəlləri nəzərdən keçirək. Belə heykəllər döyüşçülərin qəbri üstə 
qoyularmış. Mengirlərdə olduğu kimi, bu heykəllər də, ölmüş döyüşçünün özünü təmsil edirdi. Bu heykəllərin 
qoyulmasında məqsəd ölən adamın ruhunun gəlib həmin daş fiqurda qərar tutması üçün şərait yaratmaq idi. 
Beləliklə, qədim dəfn ayininə əsasən mərhumun özü də öz dəfn mərasimində iştirak edə bilirdi». 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin