Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


Qədim dövr incəsənətinin nümünəsi olan mağara təsvirləri rəssamlığın  təşəkkülü üçün əlamətdar



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

Qədim dövr incəsənətinin nümünəsi olan mağara təsvirləri rəssamlığın  təşəkkülü üçün əlamətdar 
hadisə idi. Adətən, qayalıqlarda ovulan mağaralarda qayaların üzərindəki petroqliflər qədim 
əcdadlarımızın həyat, təbiət haqqındakı düşüncələrini bizə  məlum edir. Azərbaycan  ərazisi təsvirlərlə 
zəngin dünya ölkələrindən biridir. Qobustan, Ordubad, Kəlbəcərdən tapılmış qaya rəsmləri qədim 
Azərbaycan təsviri sənətindən xəbər verir. Bunların içərisində Baş Qafqaz çıra dağlarının cənub-şərq 
qurtaracağında yerləşən Qobustan qayaları üzərindəki təsvirlər dünyada bu qəbildən olan ən zəngin 
sənət nümunələrindəndir. «Böyükdaş», «Kiçikdaş», «Çingirdaş», «Şonqardağ», «Şıxqaya», «Daşqışlaq» 
qayaları üzərindəki təsvirlər iti daşla cızma üsulu ilə  çəkilmişdir. Maraqlısı odur ki, bu petroqliflərlə 
dünyanın bir çox tanınmış  sənətşünasları maraqlanmış  və onların məna və mahiyyətinin açılması 
sahəsində müxtəlif mülahizələr söyləmişlər. Bu mülahizələrin bir qismi təsvirlərin dini ayinlərin 
keçirilməsi vasitəsi, digərləri isə, ova hazırlığın rəmzi olduğunu iddia etməkdədir. 
Qədim Azərbaycan incəsənət tarixinə  məişət sənətkarlığından dulusçuluq, bədii metal, bədii keramika, 
bədii şüşə, zərgərlik, həkkaklıq, hətta heykəltəraşlıq da daxildir. Qədim Azərbaycan ərazisində iki tip bədii du-
lusçuluq məmulatı istehsal edilirdi. Qırmızı gil Azərbaycanın cənub rayonlarında, xüsusilə, Naxçıvanda çıxdığı 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
118
halda, cilalanmış qara rəngli qabların hazırlandığı digər növdən olan gil isə Qafqaz Albaniyasında idi. Keramik 
qabların boyanması Azərbaycan dulusçuluğunun spesifik xüsusiyyətlərindən idi. 
Bədii metalın təşəkkül və inkişafı Azərbaycanda qurğuşun, qalay, marqans metallarının kəşfi ilə əlaqədar 
idi. Qədim əcdadlarımız bu metalların hər birini mislə əridərək daha keyfiyyətli, davamlı olan tuncu kəşf etdilər. 
Bu məhsul istehsal aləti, silah və kult əşyalarının hazırlanması üçün daha əlverişli idi. Tunc dövrünün əsasını 
qoyan bu metal mədəniyyəti, sənət tarixi üçün də çox əlamətdar hadisə idi. Hazırlanan tunc materiallar, əşyalar 
üzərindəki piktoqrafik təsvirlər qədim azərbaycanlıların özünəxas fəlsəfəsindən, yaradıcılıq qabiliyyətlərindən 
xəbər verən  ən nadir nümunələrdir. Xüsusilə, bədii məzmuna malik nümunələrdə dini səciyyə daha üstünlük 
təşkil edir. Şəmkir rayonu ərazisində bir neçə ölünün dəfn edildiyi ümumi qəbirdən tapılmış tunc məmulatı 
bədxah ruhlara qarşı animistik və magik səciyyə kəsb edir. Həmin quşların içi boş olan bədənlərində ölülərin 
ruhu guya əbədi «rahatlıq tapacaqmış». Tunc fiqurun solundan və sağından bədxah ruhları qovmaq üçün iki 
zınqırov da asılmışdır. 
Qədim Azərbaycan mədəniyətindən söhbət açarkən həmin tarixin Alban dövrü kimi tanınan səhifəsinə 
nəzər yetirmək mütləq zəruridir. Belə ki, bu dövrün mədəniyyəti iki inkişaf mərhələsi ilə səciyyələnir: birinci 
mərhələ e.ə.IX – I əsrləri, ikinci mərhələ isə, I-VII əsrləri əhatə edir. Birinci mərhələdə incəsənətin bədii kera-
mika, zərgərlik, bədii  şüşə, həkkaklıq, heykəltəraşlıq, memarlıq da özünəməxsus formada inkişaf etmişdir. 
Təkcə onu qeyd etmək olar ki, bir çox qədim şəhərlərimizin adı həmin dövrlə bağlı olmuş, bünövrəsi tarixin bu 
çağlarında qoyulmuşdur. 
Qədim Azərbaycan mədəniyyətinin mühüm bir tərkib hissəsini əcdadlarımızın söz vasitəsilə ötürdükləri 
ədəbi düşüncələri, özünəməxsus  ədəbiyyatı olmuşdur. Bütün dünya xalqlarında olduğu kimi, qədim 
azərbaycanlıların da ədəbiyyatı onların gündəlik həyatı, məişəti, dünyagörüşləri ilə bilavasitə bağlı olmuşdur. 
«Azərbaycan xalqı  və onun ulu əcdadları üçün hələ sinifli cəmiyyətin yaranmasıdan çox-çox əvvəl xalq 
təxəyyülündə şüursuz bədii bir şəkildə işlənmiş təbiət və ictimai formalar incəsənətin müqəddəs şərti olmuşdur. 
Azərbaycan xalqı da təxəyyüldə və təxəyyül vasitəsilə təbiət qüvvələrinə üstün gəlməyə, onları tabe etməyə və 
müəyyən  şəklə salmağa çalışmışdır"(  Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan  ədəbiyyatı. B., 
«Maarif», 1982, s.7.). İncəsənətin digər sahələrində olduğu kimi, ədəbiyyatda bu «şəkil» özünü daha bariz for-
mada göstərir. Xüsusilə, dini görüşlərin söz vasitəsilə  əfsanə,  əsatir, rəvayət, nağıllar, bayatılar, dastanlarda 
təcəssümünü çox aydın şəkildə görmək mümkündür. Bütün bunlar yazılı ədəbiyyatdan çox-çox əvvəllər mövcud 
olmuş şifahi ədəbiyyatın nümunələridir. Qədim Azərbaycan ədəbiyyatının bütün nümunələrində dini görüşlərin 
təzahürü kimi, süjetləri, motivləri, zoomorfik və antropomorfik, kosmik surətlərlə rastlaşmaq mümkündür. 
Bədii sözün, şerin hətta «allahlara belə  təsir edə biləcək qüdrətinə inanan qədim azərbaycanlı da təbiət 
qüvvələrini, təbii hadisələri, öz arzusuna, istəyinə tabe etdirmək məqsədilə xüsusi sehr düsturları-ovsunlar 
yaradırlar ki, bu da xalq şerimizin mənşəcə  ən qədim, sadə, ibtidai növlərindən biri olaraq əsrlər boyu 
yaşamışdır». Bu cür sehr, ovsunu hələ uşaq yaşlarından sevə-sevə oxuduğumuz, qüdrətinə, möcüzəsinə heyran 
qalaraq inandığımız nağıllardan,  əfsanələrdən görmək mümkündür ki, Azərbaycanın  şifahi  ədəbiyyatı bu cür 
əsərlərlə çox zəngindir: «Məlikməmməd», «Qolsuz qız», «Sehrli xalça», «Təpəgözün nağılı» və s. 
Dünya xalqarının nağıl yaradıcılığı təcrübəsini tədqiq edən alimlər belə bir yekdil nəticəyə gəlmişlər ki, 
nağıllar dünyanın yaranışı, quruluşu haqqında  ən ibtidai, həm də mifoloji təsəvvürləri  əks etdirir. Bu 
təsəvvürlərin qayəsini dini düşüncələr  əks etdirir. Azərbaycan nağılı «Məlikməmməd» də bunu çox aydın 
görmək olar. Məlikməmmədin yeraltı aləmə düşməsi, buranın sakinləri – divlər,  əjdəhalarla, digər qara-şər 
qüvvələrlə görüşü dediklərimizi sübut edir. 
Mərasimlər Qədim Azərbaycan şifahi söz mədəniyyətinin formalaşmasında xalqın məişətinə, həyatına aid 
olan bir çox adət-ənənələrdən irəli gəlir. Novruz mərasimi ilə bağlı ədəbi nümunələr, şer nümunələri, nəğmələr, 
sayaçı sözləri belələrindəndir ki, bu günə qədər onlar müasir mədəniyyətimizdə çox vacib yer tutur: 
Novruz, novruz bahara! 
Güllər, güllər, nahara! 
Bağçamızda gül olsun! 
Gül olsun, bülbül olsun! –  
 
Nəğmələr əcdadlarımızdan biz müasir azərbaycanlılara ötürülən mənəvi mədəniyyət nümunələridir. «Ko-
sa-kosa», «Qodu-qodular. «Gün çıx, gün çıx», «Ovçu Pirim» kimi nəğmələr qədim Azərbaycan  şifahi 
mədəniyyətinin nümunələrindəndir. 
Qədim Azərbaycan  ədəbiyyatından danışarkən  əcdadlarımızın müqəddəs saydıqları «Avesta»nı da yada 
salmaq zəruridir. «Avesta»da qədim azərbaycanlıların dini, əxlaqi, ictimai, siyasi, fəlsəfi görüşlərinin bir çox 
cəhətləri bədii şəkildə əks etdirilmişdir. Sinifli cəmiyyətə keçid dövrünün məhsulu olan bu əsərdə bir çox layla-
lar məhz folklorla bağlıdır. 
Qədim Azərbaycan mədəniyyəti üçün səciyyəvi xüsusiyyət - ibtidai elmi biliklərin təşəkkülü idi. Yuxarıda 
qeyd etdiyimiz kimi, Azərbaycanda metal növlərinin istehsalı, onların digər qarışıqlar sayəsində  tərkibinin 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
119
dəyişdirilməsi ibtidai biliklərdən xəbər verir. Tunc və digər metal xəlitələrinin hazırlanması  gələcək metallur-
giya elminin formalaşması üçün əsas idi. 
 
 
2.1.8. Hindistan mədəniyyəti 
 
 
Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin ta-
rixi-mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra 
isə Avropaya əhəmiyyətli  şəkildə  təsir göstərib. Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri 
əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. "Sıfır" anlayışı və 10-luq say sisteminin müəllifi hesab olu-
nan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və 
digər astronomik, elmi kəşflər etmişlər. Artıq hind sivilizasiyası dövründə (b.e.ə. III minillikdə) onlar şəhərlərin 
planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar  əldə etmiş, uzunluq ölçüsü və  çəki sistemindən 
istifadə etmişlər. 
Hindistanda ilk dövlətlərin təşəkkülü, formalaşması bir sıra imperiyaların – Mauri, Quptların hökmranlığı 
zamanı bəşəriyyət tarixində sivilizasiyanın inkişafı ilə müşahidə edilirdi. Məhz həmin dövrdə elm, incəsənət, din 
öz çiçəklənmə prosesini keçirmişdi. Bu ölkənin tərəqqisi dünya fatehlərinin - Makedoniyalı İskəndərdən tutmuş 
əfqan və türk xanlarının ciddi marağına səbəb olmuşdur. İslam hakimlərinin XI əsrdən başlayan Əfqanıstan və 
İrana olan hücumları bir əsrdən sonra hind raclarının (ölkənin şimalında) məğlubiyyəti ilə nəticələndi ki, sonra-
lar bu, cənubdan başqa, demək olar ki, bütün ölkənin müsəlmanların əsarətinə keçməsilə nəticələndi. Sözsüz ki, 
bu əsarət və müstəmləkəçilik hind mədəniyyət və incəsənətinə də öz güclü təsirini göstərdi. 
Hindistanda dünyanın bütün dinləri – induizm, islam, xristianlıq, buddizm, zərdüştlük mövcud olmuşdur. 
Lakin Qədim Hindistanın «öz» dinləri də mövcud olmuşdu ki, bunlara çaynizm və sikhizm aiddir. Bunlar hind 
mədəniyyətinin rəngarəngliyinə ciddi təsir göstərmişdi. Hazırda Hindistanda əhalinin 80%-i induizmə etiqad 
edir ki, bu da ölkənin ən qədim dinlərindən biri hesab olunur. O ilk dəfə vedlərin dini kimi (vedizm) təzahür 
tapmışdır. 
Bu din, ilk müstəqil fəlsəfi sistem kimi b.e.ə. I minillikdə  təşəkkül tapmışdı. Onun gələcəkdə dini 
istiqamətlərin müəyyənləşməsində böyük rolu oldu. Vedizm üçün politeizm (çoxallahlılıq) xarakterik idi. Onun 
əsas allahları günəş allahı Surya, səhər şəfəqi Uşas, dünyanın sahmançısı Varuna, od allahı Aqni, ildırım allahı 
İndra, külək allahı Vayu, qasırğa allahı Rudra və s. idi.  
Vedanın son dövrünə üç əsas allah – Brahma, Vişna, İşva aiddir. Sonralar bunlar trimurti vahid triadasına çe-
vrildi. Bu dinin əsas etiqadlarından birinə qurbanvermə ayini aid edilir. Bu isə, sonralar kahinlərin (brahman) 
yaranmasına səbəb oldu. Kahinlər qurbankəsmə ritualını həyata keçirənlərdir. Beləliklə, induizmin dini əqidəsi ve-
dizm və brahmanizm ehramlarının təkamülü nəticəsində inkişaf etmişdi. İnduizm özündə veda inanclarına geniş yer 
verərək müqəddəs heyvan, təbiət,  əcdadların ruhuna sitayişə başlıca yer verirdi. İnduizm ruhun əbədiliyi və 
ölməzliyinə inanır. 
Qədim Hindistan mədəniyyəti ( b.e.ə. IV minilliyin ortaları- b.e.-nın VI əsri) dünyanın  ən ünikal və 
nəhəng sənət məbədlərindən biri hesab edilir. 
Qədim Hindistan tarixi yazılı  və arxeoloji mənbələr  əsasında öyrənilir. Bu dövrün tarixini əks etdirən 
yazılı mənbələr çox məhduddur. Bu qədim ölkə və dövlətin tarixini öyrədən mənbələr Hindistanın həmin tarixi 
ərzində mədəniyyətinin bir neçə səviyyədə olmasını göstərir. Məsələn, qədim Hindistanda Harappa mədəniyyəti 
kimi böyük bir mədəni sivlizasiyanın olduğu sübuta yetirilir. XX əsrin 20-ci illərində ingilis alimlərinin arxeolo-
ji tapıntıları Harappa rayonunda e.ə. IV minillik və II minilliyin ortalarına təsadüf edən mədəniyyəti, Mohenco-
Daro və s. aşkar etmişlər. Şəhər tipli tapıntılar ibtidai sivilizasiya tarixinin b.e.ə. III-II minilliyə aid olduğunu 
göstərir. 
Şəhərtipli məskunlaşma sivil qaydalara tam cavab verir: düz küçələrdə ciddi perpendikulyar formada 
planlaşdırılan 2 mərtəbəli kərpic evlər; evlərin künclərinin dövrəyə alınması (güman edilir ki, insan və yüklərin 
daşınmasına mane olmamaq şərtinə əməl etmək üçün) kanalizasiya sistemi üçün keramik boruların tətbiqi və s. 
yüksək mədəni tərəqqidən xəbər verir. 
Çoxsaylı arxeoloji tapıntılar Harappa mədəniyyətinin b.e.ə. III-II minilliyin ortalarına aid olduğunu sübut 
edir. Bu dövrdə metalların aşılanması, torpaq işi təkmilləşdirilir, bir çox peşələr haqqında biliklər inkişaf etdiri-
lir. Bunların içərisində daş, mis, bürünc alətlər və silahlar (bıçaq, balta, oraq, mişar və s.), zərgərlik nümunələri 
(bəzək əşyaları, ilahə fiqurları, amuletlər və s.) xüsusi yer tutur. Oyun komplektləri - şahmat, dama, dulusçuluq 
sənətkarlığı nümunələri və onların hazırlanması üçün xüsusi sobalar və s. arxeloji qazıntılar zamanı əldə olunub. 
Harappa və Mohenco-Daroda 400-ə yaxın piktoqrafiya (təsvirli yazı) yazı nümunələri tapılmışdır. Mağara 
təsvirləri, ov səhnələrini əks etdirən rəsmlər də bu dövrün sənət nümunələridir. İlahə və allahların təsvirlərini əks 
etdirən rəsmlər də aşkar edilmişdir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
120
B.e.ə. II minilliyin I yarısında Harappa mədəniyyətinin tədricən süqutu özünü göstərir və minilliyin 
ortalarında bu tamamilə itir. Geoloji tədqiqatların nəticəsi belə bir məhv olmanın səbəblərini təbii fəlakətlərlə – 
dəhşətli zəlzələ, Hind çayının öz məcrasını  dəyişməsi və s. ilə izah etməyə imkan verir. Digər fərziyyələr də 
özünü doğrultmağa çalışır: bəzi tayfaların hakimiyyətdə olması  və  mədəniyyətin aşağı  səviyyədə inkişafına 
şərait yaratması. Lakin bütün bu fərziyyələrə baxmayaraq, belə bir fikir özünü doğruldur ki, Harappa 
mədəniyyəti ölkənin sonrakı mədəni inkişafı üçün əsas baza oldu. 
Fərziyyələrin birini b.e.ə. II minilliyin ortalarında  şimaldan Hindistanın  şərq və  cənub istiqamətlərinə 
doğru hind- avropa dillərində danışan arilərin gəlməsi fikri təşkil edir. Heyvandarlıqla məşğul olan bu 
tərəkəmələr uzun müddət öz ənənələrini qoruyub saxlamışlar. Sonralar öz əmək fəaliyyətlərində arilərin torpaq-
la məşğuliyyəti başlıca yer tutur. Bu əhali, ilk növbədə  kənd sakinləri idi. Böyük mərkəzi  şəhərlər yox 
dərəcəsində idi. Dülgərlik, toxuculuq, dəmirçilik, dulusçuluq geniş yayılmış peşə sahələri idi. Pul funksiyası 
heyvanlar (inəklər) vasitəsilə yerinə yetirilirdi. 
Din, fəlsəfə, dünyanı dərketmə və öyrənmə sahəsi üzrə aparıcı istiqamətlərdən birini mənəvi mədəniyyət 
abidələri təşkil edirdi. Vedalar deyilən (hərfi mənası - bilik) mənbələrdə dini təsəvvür və görüşlər öz əksini 
tapmışdır. Vedalar b.e.ə. II minilliyin sonu - I minilliyin əvvəlinə aid edilir. Bunlar san-skritlə yazılmış hərbi, 
hakimiyyət uğrunda mübarizə, yaradıcı əmək mövzularına həsr edilmişdir. 
«Müqəddəs bilik» sistemi kimi Vedalar induizmin əsas müqəddəs kitabı hesab edilməklə  Qədim hind 
mədəniyyətinə yeni bir cığır - veda mədəniyyəti kimi daxil olmuşdur. Onun əsasını 4 toplu təşkil edir: Riq-Veda 
(himnlər kitabı), Sama-Veda (ritual və mahnı toplusu), Yadcur-Veda (qurbanvermə zamanı dua formulları), 
Atharva-Veda (mahnı  və  nəğmə, qarğışlar). Dini aspektləri ilə yanaşı Vedalarda təmsil, nağıl, satiralar da 
mövcuddur. Erkən vaxtlarda Vedalar şifahi yolla nəsildən-nəsilə ötürülür, sonralar kahinlər onları qeydə 
almışdı. Bu zaman hər bir Veda ənənəvi təfsirə - Brahmana mənsub olmuşdu.  
Daha sonralar veda ədəbiyyatının dini-fəlsəfi təfsiri – Upanişad və Aranyaki formasında əks olunur. Bun-
lar veda teologiyasının müxtəlif sahələrinə həsr olunmuşdur. Upanişada bir qayda olaraq öyüd-nəsihətlər daxil 
idi ki, onu da müxtəlif filosoflar yazmışlar. Aranyaklar - Brahman və Upanişadlar arasında  əlaqəni 
möhkəmləndirən mənbə rolunu oynayır. Beləliklə, veda ədəbiyyatını vedalar (samhitlər) tərtib etmiş, izahını isə 
brahman, upanişad, aranyaklar aparmışlar. 
Qədim hind-veda mədəniyyətində epik poemalar – «Mahabharata» («Bharat nəslinin böyük müharibəsi») 
və «Ramayana» («Ramanın qəhrəmanlıqları haqqında hekayələr») mühüm yer tutur. Poemaların mətnləri b.e.ə. 
I minilliyin II yarısında reallaşdırılmışdır. Hər iki poema müqəddəs kitablar hesab edilərək hər hansı bir 
münaqişədə, dini, fəlsəfi və  əxlaqi məsələlərin həllində istifadə edilirdi. Buradakı fantastik səhnələr bir-birini 
qədim hindlilərin həyat tərzindən olan səhnələrlə əvəz edir. Bu əsərlərin qəhrəmanları Krişna və Rama hind dini 
panteonuna Vişna allahının təcəssümü kimi daxil olmuşdur. Sonralar Konfutsi, Aristotel, Kant və d. əsərlərində 
səslənən «Özünə məsləhət bilmədiyini başqasına da bilmə» fikri ilk dəfə bu poemalarda səslənmişdi. Həqiqətən 
də Veda, Mahabharata və Ramayana hind xalq müdrikliyinin əsil ensiklopediyası hesab edilməlidir. 
Veda  ədəbiyyatı dövrün bir sıra elm sahələri haqqında zəngin məlumat verir. Bunlara torpaqşünaslıq 
(gübrə, toxumsəpmə, ipəkçilik, bitki zərərvericiləri və s.), tibb (xəstəliklərin siyahısı, onların əlamətləri, 760-a 
yaxın müalicə qaydaları, anatomiya, patologiya, terapiya və s.), həndəsə, peşə, hərbi texnika, astronomiya və s. 
aiddir. 
Veda tədqiqatçıları veda allahlarının bir-birilə əlaqəsi, qarşılıqlı vəhdəti sistemini əks etdirən mənzərə ya-
rada bilməmişlər. Buradakı allahlar təkrarlanmış allahların əlamət və xüsusiyyətlərini özündə əks etdirir. 
Vedalarda dünyanın yaranması haqqında fikir çox dumanlıdır. Burada onun yaradılması  bəzən heçdən, 
bəzən də mingözlü, minayaqlı, minbaşlı ilk insan Puruşa (allah tərəfindən hissələrə ayrılmış) tərəfindən 
yaranması söylənilir. Ölümün ardınca, arilərin ölüm dünyasının allahı hesab etdikləri Yama hakimlik edir. 
Hindlilərin ən qədim ibtidai dini adətlərindən birini pirlərdə qurbanvermə mərasimləri təşkil edir. 
Artıq b.e.ə. I minilliyin əvvəllərində Hindli arilər oturaq həyat tərzinə keçdilər. Çoxsaylı knyazlıqların öz 
aralarındakı didişmələri adi hala çevrildi. Veda dinindəki ayinlərin mürəkkəbləşməsi kahin-brahmanların nüfuz 
və rolunu gücləndirdi. Allahlar panteonunun tərkib və xarakteri dəyişdi. Bu zaman yeni bir dini cərəyan – brah-
manizm formalaşmağa başlayırdı. 
Həmin dinin nəzəriyyəsinə görə Brahma geniş okeanda üzən qızıl yumurtadan yaranmışdır. Onun düşüncə 
gücü yumurtanı iki hissəyə – Səma və Yerə bölür. Həyatın yaranma prosesində bəzi məqamlar (su, od, torpaq, 
hava, efir), allah, ulduz, zaman, relyef və s. yaranır. İnsanlar kişi və qadın başlanğıclarında formalaşır və onların 
əksi olan bitki və heyvan aləmi yaranmağa başlayır. 
Brahmanizmə keçid hələ  də allahların vahid iyerarxiyasını üzə  çıxara bilməmişdi.  Şiva Allahı müxtəlif 
xarakterli dini əqidələri birləşdirir. Vişna Allahı yer üzərində olanların mühafizəçisi kimi qəbul edilir. Brahma-
nizmin başlıca elementlərindən birini sansara (ruhun insan bədənində təcəssümü) yenidəndoğulma nəzəriyyəsi 
təşkil edir; bu təlimə görə ölüm nəticəsində insanın ruhu başqa bir yeni cismə köçür (insana, heyvana, bitkiyə, 
Allaha). Bu təcəssüm zənciri sonsuz olub, insan taleyindən-karmadan (davranış) asılıdır. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
121
İlk quldarlıq dövlətlərinin formalaşması insanların hüquq, vəzifə, ictimai vəziyyətlərinə görə ayrı-ayrı 
qruplara – varnalara (keyfiyyət, rəng) bölünməsinə səbəb oldu. İki mühüm imtiyazlı varna mövcud idi – brah-
man (kahin) və kşatri (hərbi zümrə, şah, knyaz). Kənd təsərrüfatı, peşə, ticarət ilə məşğul olan digər kütlə xarak-
terli varna isə vayşilər, lap aşağı səviyyəli varna-şudrlar idi. Bura tabe olan kütlə aid idi. 
Cəmiyyətin varnalara bölünməsi «Manu Qanunu»nun yaranmasına səbəb oldu ki, burada hər bir varna 
nümayəndələrinin hüquq və vəzifələri əks olunurdu. 
Mahadha-Mauri dövrü 
Qədim hind mədəniyyətində Mahadha-Mauri dövrünün də çox böyük mədəni əhəmiyyəti olmuşdur. Bu 
dövr b.e.ə. IV-II əsrləri əks etdirən tarixdir ki, bu zaman Qanq çayı ətrafında mövcud olan quldar dövlətlərindən 
biri Mahadhaya Mauri sülaləsi hakimlik etmiş  və böyük mədəni tərəqqisi ilə  nəinki Hindistanda, bütün Şərq 
aləmində tanınmışdır. Çaynizm tərəfdarları dərvişlik edərək buna hər cür karmalardan azad olmanın və nirva-
naya çatmanın yolu kimi yanaşırdılar. Çaynizm brahman allahlarının panteonunu rədd edirdi. Çaynizm ruhun 
əbədiliyini qəbul edir və nirvananı əbədi həzz kimi təzahür etdirir. Bu dini cərəyanda şər-axmaq həyat, dərvişlik 
– həqiqi dini qəhrəmanlıq kimi dərk edilir. 
Maurilərin görkəmli  şahı olan Aşoka (b.e.ə. 273-232) buddizmi dövlət dini elan etmişdir. Həmin dinə 
sitayişlə əlaqədar bir çox kilsə, çoxsaylı məbəd, monarx birlikləri yaradılmışdı. 
Bir çox ədəbi və  təsviri mənbələr həmin dövrün yüksək memarlıq və  təsviri sənətindən xəbər verir. 
Xüsusilə, dini memarlıqda türbə, monastır, məbədlər özünəməxsus yer tutmuşdur. Təkcə Aşokanın hakimiyyəti 
dövründə 80 min türbə inşa edilmişdir. Bu dövrdə tikilən yarımdairəvi türbələrin yuxarısında dəfn üçün yer 
ayrılıb. 
Memarlıq və digər sənət elementlərinə görə  Aşokanın sarayı da məftunedici idi. Həmin saray ağac 
memarlığı ilə özünün yüksək səviyyəsini nümayiş etdirib. 
Kuşan-Qupt dövrü. 
Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə 
qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-123) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar 
incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə  Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin 
ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında 
antropomorf təsvirdə verilməsi ilə izah edilir. 
Kuşan hökmranlığından sonra Quptlar sülaləsinin hakimiyyəti dövrü başladı ki, onun da əsasını rac Çandra-
qupt (b.e-nın 320-330) qoydu. Bu dövrdə maddi mədəniyyət yüksək inkişaf əldə etdi. Torpaq təsərrüfatı inkişaf edir: 
toxumların yeni təsnifat yaranır, kübrələrin geniş tətbiqinə yer verilir, ipəkçilik tərəqqi edir. 
İpək və pambıq parçaların əldə edilməsi və onların bəzədilməsinə xüsusi diqqət yetirilir. Misdən (tondan 
artıq) hazırlanmış Buddanın heykəlinin uzunluğu 2 metrə yaxın idi. 
Binaların daşdan tikilməsində irəliləyiş əldə edilir. Mürəkkəb ölçmə işləri aparılan mağara məbədləri diqqəti 
cəlb edir. Bu cür tikililər çoxlu sayda insan əməyini tələb edirdi. Həmin tikililərin bir cəhəti də onunla izah edilirdi ki, 
burada ayrı-ayrı sənətkarlar – daş yonanlar, cilalayanların ustalığı tikililərin gözəlliyini artırırdı. 
Qupt incəsənətinin zənginliyi və  əlvanlığını heykəltəraşlıqdakı müxtəliflik, mağara və Açant 
məbədləririndəki fasad və divarlardakı  təsvirlərdən görmək mümkündür. 30-a yaxın mağarada monumental 
rəngkarlıq nümayiş etdirilmişdir. Bu təsvirlərdə xalq həyatının səhnləri, Budda həyatından müxtəlif süjetlər, 
rəngarəng bəzəklər, təbiət gözəllikləri üstünlük təşkil edir. 
Quptların dövründə inkişaf etmiş sahələrdən biri də elm idi. Xüsusilə astronomiyanın inkişafı bir sıra 
məqamlarda özünü təzahır etdirirdi. Yerin kürə şəklində olması haqqında ideyalar səslənməkdə idi. Səma ekva-
toruna görə göy cisimlərinin hərəkəti haqqında cədvəllərin tərtibinə geniş yer verilirdi. 
Qədim hind riyaziyyatçıları dünya elminə əsaslı tövhələr vermişlər. Məhz Qədim Hindistanda rəqəmlərin 
sıfırdan başlamaqla 10-luq say sistemi tərtib olunmuşdu. 
Kimya və tibb ilə  məşğul olma dini-praktiki xarakter daşıyırdı. Qədim hindlilərə metalların termik 
aşılanması üsulu məlum idi. Dini səciyyəyə əsasən xəstəliklərin mənbəyi günahla izah edilirdi, lakin diaqnosti-
ka, müalicə üsulları haqqında qədim hindli həkimlər bəşəri irəliləyişlər etmişlər. Görkəmli həkimlər Çavaka 
(b.e.ə. V-IV əsr), Çaraka (e.ə-nın I əsr) cərrahiyyə əməliyyatları zamanı keyləşdirmə üsulunu tətbiq etmiş, 200-
dən artıq tibbi alətdən istifadə etmişlər. 
Bu qısa məlumatlardan bir daha aydın olur ki, qədim Hindistan ilk sivilizasiyaların beşiklərindən biri 
olmuşdur. 
Buddizm induizmin müxalifət qolunu təşkil edərək cəmiyyətin varnalara bölünməsinə qarşı çıxış edir. Bu 
din b.e.ə. VI-V əsrlərdə  təşəkkül tapmışdır. Onun banisi xırda knyazlığın hakimi, real şəxs kimi tanınan 
Siddşartha Qautamadır. Bu din insanların anadan olandan bərabərliyinə  tərəfdar olduğuna görə öz ətrafında 
aşağı  təbəqənin nümayəndələrini toalaya bilmişdi. Buddizmin mərkəzində " 4 xeyirxah əməl-həqiqət" başlıca 
yer tutur: əzab, əzabın səbəbi, əzabdan qurtuluş, qurtuluşun əsas yolları. 
Əvvəldən buddizm yekcins din deyildir. Onun tərkibində sekta və cərəyanların mübarizəsi başlıca yer tu-
turdu. Bu dində əsas istiqamətləri Hinayana ("dar yol") və Mohayana ("geniş yol") təşkil edir. Bunların başlıca 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
122
fərqi ondan ibarət idi ki, əgər Hinayanada xoşbəxtliyə çatmanın (nirvana) əsas yolu fərdi cəhdlərdirsə, mahaya-
nada xoşbəxtliyə çatma dini ənənələrə riayət edilməklə görülür. Bir çox səbəblərə görə buddizm Hindistanda 
tam möhkəmlənmədiyinə görə öz yerini induizmə verdi. Hazırda bu ölkədə 6 milyon buddaçı var. 
Çaynizm buddizmdən öncə təşəkkül tapmışdır. Bu dinin tərəfdarları özlərini çaynlar, ardıcılları isə Çinlər 
adlandırır. Çaynizmdə mərkəzi yeri ədəbi ruh ideyası təşkil edir ki, bu da müxtəlif maddi məkanlarda (substan-
siya) qərar tuta bilər. Ruh törədilən hadisələrə məsuldur. O kəs həzzə çata bilər ki, o ilahi həyata malikdir. Bütün 
formalarda həyata hörmətlə yanaşmaq, zorakılığa nifrət bu dinin başlıca qayəsidir. Məhz bu prinsiplərə sadiqlik 
bütün çaynları veqetarianlığa (ətyeməzlik), hətta həşəratlara xələl gətirəcək hərəkətlərə yol verməməyə sövq 
edir. 
Bizim eranın VII əsrində yayılmağa başlayan islamın burada kütləvi  şəkildə vüsəti Dehli sultanlığı 
dövrünə təsadüf edir. Sultan və padşahların 600 illik hökmranlığı Hindistanda islam icmalarının yaranamısna və 
ətrafında 100 milyon insanı birləşdirməsinə səbəb oldu. 
İslam hind mədəniyyətinə güclü təsir göstərdi. Burada memarlıq və  rəngkarlığı xüsusi qeyd etmək 
lazımdır. Monqol imperiyasının hər bir hakimi adının  əbədiləşdirilməsi üçün qala-sarayların, sərdabə  və 
məscidlərin tikintisinə xüsusi diqqət verirdilər. Hind memarlıq abidələrinin bir çoxuna müsəlman üslubu xasdır. 
Dehlidəki Qütbminarə kompleksi, Tac-Mahal saray-qəsri, Dehli və Aqradakı Qırmızı Forit, Fatehnun-Sikradakı, 
Çaypurdakı saray tikililəri belələrindəndir. Müsəlman üslubunun xarakterik xüsusiyyəti onunla təzahür olunurdu 
ki, bu tikililər sökülmüş tikililər üzərində qurulurdu. 
İnduizm dininə zidd olan sikhizm dini Hindistanda XIV əsrdə təşəkkül tapmışdı. İnduizmdən fərqli olaraq 
bu din insanların bir allah qarşısında bərabərliyi ideyasını irəli sürürdü. Bunun üçün sikxlər «5 Ka» prinsipinə 
əməl etməlidirdər: saçların kəsilməsinə yol verməmək (keş), onları xüsusi daraqla daramaq (kaçha), polad qol-
baq taxmaq (kara) və xəncər gəzdirmək (kirhan). Hazırda ortodoksal sikxlər bu prinsipə əməl edir. 
Xristianlığı Hindistana b.e.ə. 52-ci ildə Qərb sahilindən gəlib çıxmış müqəddəs Foma gətirmişdi. O, Hin-
distanda pravoslavçılığın banisi hesab edilir. XVI əsrdə portuqaliyalılar bu ölkədə katolizmi yaymağa başladı. 
XVII  əsrdə isə protestantizm yayılmağa başladı. Xristianlığın bu üç təriqəti Hindistanda bu günədək 
yaşamaqdadır. 
Zərdüştlik Hindistana b.e-nın VIII əsrində parslar tərəfindən gətirilmişdir. Bu din Öz adını onun əsasını 
qoyan Zərdüştdən götürmüşdür. Bu din onun sələflərinin rəyinə görə unikal olub, bəzi cəhətlərinə görə 
yüksəkdir. Zərdüştlik üçün həqiqət,  ədalət, sədaqət, qüvvətli olmaq, intizamlı, xeyirxah olmaq ən vacib 
anlayışlardır. Zərdüştlükdə əsas dini ayinlər özünü dörd elementdə – su, od, torpaq və havada təzahür etdirir. 
Baş allah olan Əhrimənə səcdə oda səcdə ilə ifadə olunduğundan məbədlərin tikintisinə böyük ehtiyac vardı ki, 
bu da parslar tərəfindən tikilirdi. Ona görə  də  zərdüştçüləri – atəşpərəstlər adlandırırdılar. Təmizliyə, saflığa 
riayət zərdüştçülərdə o qədər güclü idi ki, bu çox zaman qəddarlıqla da müşahidə olunurdu. Məsələn, torpağı 
günaha batırmamaq şərtilə ölüləri xüsusi qüllələrdə (dakma) saxlamaq və quşlara yem etdirmək qədim hindlilərə 
atəşpərəstlərdən keçən adət idi. 
Hindistanda dinlərin çoxluğu ölkənin mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir etmişdir. 
Dairəvi heykəltəraşlıqda Aşokanın hakimliyi dövrünə aid olan Şirli kapitel mühüm yer tutur. Sonralar bu 
təsvir Hindistanın dövlət gerbinin başlıca elementinə çevrildi. Aşokanın dövründə mağara məbədlərinin tikintisi 
təşəkkül tapmağa başladı. Onlar çox da böyük olmurdu. Xeyli sonralar, b.e.ə. I əsrdə Karlidə (Bombey 
yaxınlığında) böyük mağara yaradıldı. Bu budda məbədi olan çaytyanın uzunluğu 38 m-ə çatır. Bu tikilinin ka-
pitel sütunları kişi və qadın formalarındadır. Bütün bunlar bütöv qaya parçalarından yonulmuşdur. 
Hindistanın  şimal-qərbi olan qədim Qonxarda b.e.ə. I əsrdə yaradılmağa başlayan gözəl heykəllər 
tapılmışdır. Bunlar Buddanın təsvirləridir. Bu heykəllər ölkənin digər  ərazilərindəki heykəllərdən fərqlənirdi. 
Burada yunan-roma incəsənətinin təsiri hiss edilməkdə idi. Buddanın duruş forması roma imperatorları, yunan 
filosofları, yunan Apollonunun təsvirlərinə çox bənzəyir. 
IV-VI  əsrlər qədim hind incəsənətinin çiçəklənmə dövrüdür. Acanta mağara məbədləri və 
monastrlarındakı  təsvirlər məhz bu dövrə aid olan rəngkarlıq nümunələridir. B.e.ə. II əsrdən başlayaraq 9 əsr 
ərzində burada 29 mağara, divar və tavanlardakı müxtəlif rəngarəng təsvirlər göz oxşayırdı. 
Acanta təkcə budda dininin deyil, həm də elm və incəsənət mərkəzlərindən biri idi. İndi bu şəhər qədim 
Hindistanın sənət rəmzidir. Buradakı təsvirlər qədim Hindistanın əyani ensiklopediyasıdır. Bunlar yüksək bədii 
poetik formada yaradılıb. Buradakı  təsvirlər Hind ictimai həyatının müxtəlif pillələrini – varlıdan tutmuş 
kasıbadək qədəri əks etdirir. Həyatın şən təəssüratı, təbiətə, insana sevgi, bütün canlıları hiss etmək – Açanta 
sənətinin əsas fərqləndirici xüsusiyyətləridir. 
Kahin-brahmanlar kastasının hakimiyyətinin gücləndiyi VII-VIII əsrlərdə din öz mövqeyini məhz sənət 
vasitəsilə möhkəmlətməyə çalışırdı. Ona görə  də Hindistanın məbəd heykəltəraşlığı  və plastikasında güclü 
dəyişiklik hiss olunur. 
Orta  əsrlər dövrü– induist mədəniyyətinin intibah dövrü kimi qəbul edilir. Brahma, Vişna,  Şivanı 
birləşdirən Trimurti üçlüyünün heykəlləri mövcuddur. Heykəl allahlara simvolik sima verən qədim hindli indus-
lar ona etiqad edirdilər. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
123
Hind mədəniyyətində özünəməxsus yer tutan musiqi öz mahiyyətinə görə Avropa sənətindən çox uzaqdır. 
Qədim Hind dini musiqisi heç vaxt nota köçürülməyib. Ona görə  də onu ifa edənlərdə heç vaxt bir-birinə 
bənzərlik olmamışdır. Çünki hər bir ifaçı, həm də improvizasiyaçı idi. Klassik hind musiqisi xalis hind 
alətlərində ifa olunurdu. Bunlara ilk növbədə vina və sitara, müxtəlif növlü barabanlar aiddir. Vina aləti simli 
olub, taxta korpusdan ibarətdir. Müxtəlif növlü vina mövcuddur. Sitara da simli alətdir. Onun 7 simi mövcud-
dur.  
Hindistanda buddizmin vüsəti ilə  əlaqədar e.ə. III-I əsrlərdə paliy ədəbiyyatı da çiçəklənməyə başlayır. 
Buddizmin ehkamları xalqa yaxın dillərdə olduğuna görə ədəbiyyat da bu dildə yaradılırdı ki, bu dillərdən biri 
pali idi. Bu ədəbiyyatın ən məşhur abidələrindən «Tipitaka»da («Üç səbət») buddanın əsas ehkamları, mətnləri 
öz əksini tapmışdır. Məs., «İntizam qaydaları toplusu» («Vinaya pitaka»), «Öyüd səbəti» («Sutta pitaka»), «Ali 
müdriklik səbəti» («Abhidhamma pitaka») və s.. «Tipitaka»da erkən buddizmin tədqiqi baxımından çox dəyərli 
məlumatlar vardır. 
Paliy ədəbiyyatının digər məşhur nümunəsi Çatakidir. Bu, qədim folkloru əks etdirən sənət nümunəsidir. 
Ümumədəbi inkişaf prosesinin növbəti mərhələsini klassik sanskrit ədəbiyyatı  təşkil edir. Ona kavya 
ədəbiyyatı da deyilir. Buraya həm nəsr, həm də poeziya daxildir. Bu ədəbiyyatın  ən məşhur nümayəndəsi 
Aşvaqhoşa (b.e.ə. II əsr)-dır. Onun «Buddanın həyatı»  əsəri («Buddaxaçarita») sankrist nəsrinin məşhur 
əsəridir. 
Sankritst nəsrinin  əhəmiyyət kəsb edən abidələrindən biri də «Pançatantra»-(«Beşlik»)dır.  Əsərdə 
heyvanların dili ilə insan keyfiyyətləri ilə rəmzləşdirilmiş təmsil və nağıllar verilir. Bu nəsrin görkəmli drama-
turqu və  şairi Kalidasa (b.e. IV əsr)dır. Onun əsərləri hind mədəniyyətinin qızıl fonduna daxildir: «Şakuntala 
üzüyündən tanıma» («Abhidcnyanaşa-kuntalan»), «Raqxanım ağzı» epik poema («Raqxuvanşa») və b. 
Hind incəsənətinin qədim sahələrindən biri də teatrdır. Onun nəzəri və praktik xüsusiyyətləri hələ b.e.ə. II 
əsrdə təşəkkül tapmışdır. Bu teatrı klassik sanskritsk dramına, xalq teatrına və Avropa nümunəli teatr növlərinə 
bölmək olar. Belə bir mülahizə vardır ki, klassik sanskritsk dramı yunan incəsənəti ilə çox yaxındır. 
B.e.ə. II əsrə Bharatanın teatr haqqında fundamental əsər olan «Teatr sənəti haqqında traktat» 
(«Natyaşastra»), mərasim, səhnə tamaşaları, mahnıoxuma, musiqili müşayiət və  rəqs haqqında, onların bədii-
ifadə vasitələri haqqında məsələlərə diqqət yetirilir. 
Kitabda klassik dram (nataka) 10-a qədər Kanon rəngarəngliyini əhatə edir. 
1)
 
populyar nağıllar süjetindən ibarət olan nataka; 
2)
 
müəllif tərəfindən düşünülmüş və yazılmış süjeti - prokarana; 
3)
 
allah və iblislər süjetindən ibarət samvakara; 
4)
 
öz sevgilisinə çatmağa cəhd edən qəhrəmanlıq süjeti - ixmrita; 
5)
 
müxtəlif mifoloji varlıqlar süjeti - dima; 
6)
 
erotik və ya komik süjet - vyayoqa; 
7)
 
patetik və ya öyüd verici süjet - anka; 
8)
 
gündəlik həyatla bağlı süjet – biraktlı, pyes-fars praxasana; 
9)
 
bir aktyor tərəfindən qəhrəman və ya erotik məzmunlu biraktlı, pyes – bhana; 
10)
 
ifaçılarının sayına görə (2-3) fərqlənən biraktlı pyes-vitxi. 
İlk hind dramaturqu Aşvaqxoşu (b.e-nın II əsri) hesab edilir. Klassik dramın çiçəklənmə dövrü Kalidasa 
(b.e-nın IV əsri) aid edilir. Ondan başqa məşhur dramaturqlardan Şudraku, Xarşu, Vişakhadattu, Bhasa və Bha-
vabhutinin adını çəkmək olar. 
Klassik dramın təşəkkülü eramızın IV-V əsrlərinə təsadüf edir. Onun tənəzzülü isə VIII əsrə aiddir. 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin