Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


IV FƏSİL  YENİ DÖVR MƏDƏNİYYƏTİ



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə37/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

IV FƏSİL 
YENİ DÖVR MƏDƏNİYYƏTİ 
 
2.4.1. İntibah mədəniyyəti 
 
İTALİYA  
  
 
 «İntibah» - adlandırılan dövrü «Renessans» kimi də qeyd etmək məntiqə müvafiqdir. Fransızca eyni 
mənanı bildirən bu anlayışın beşiyi tarixən İtaliya olmuşdur. İntibah incəsənəti humanizm prinsipləri əsasında 
(latın sözü olan humanus – «insani» deməkdir) təşəkkül tapmışdır. Bu ideyalar XIV əsrdə təşəkkül taparaq XV-
XVI  əsrin II yarısı  ərzində digər Avropa ölkələrində vüsət tapdı. Humanistlər hesab edirdilər ki, hər bir kəs 
şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişafı isə o, öz qabiliyyətləri hesabına aparır. Daha çox 
incəsənətdə parlaq və tam təcəssüm tapan humanizm ideyalarının əsas mövzusu mənəvi və yaradıcı imkanları 
ilə zəngin olan harmonik inkişaf etmiş insan obrazı idi.  
 Renessans 
sənətkarlarının universallığı onların memarlıq, heykəltəraşlıq, rəngkarlıqla məşğul olması, öz 
sənətlərini təkmilləşdirmək üçün ədəbiyyat, poeziya, fəlsəfə, habelə dəqiq elmlərin öyrənilməsi ilə əlaqədardır. 
İntibah incəsənətində dünya və insan haqqında biliklərin elmi və  bədii qovuşuğu başlıca  əlamət kimi özünü 
göstərirdi.  
 
İtalyan  İntibahı  aşağıdakı  mərhələlər üzrə dövrləşir: Protorenessans (XIII-XIV əsrin II yarısı), Erkən 
İntibah (XV əsr),Yüksək İntibah (XV əsrin axırı – XVI əsrin əvvəlləri), Son İntibah (XVI əsrin sonları).  
 XIII-XIV 
əsr İtaliya mədəniyyətində güclü Bizans və qotik ənənələr fonunda yeni sənət xüsusiyyətləri 
təzahür etməyə başladı ki, bu da gələcək İntibahın başlanğıcından xəbər verirdi. Ona görə də bu dövrü, məhz 
Protorenessans (daha doğrusu, Renessansa giriş kimi də başa düşmək olar, Protorenessans yunanca «ilkin 
deməkdir») adlandırırlar.  
 
İtaliyada bu dövr yalnız Toskan və Romada mövcud idi. İtaliya mədəniyyətində köhnə  və yeni sənət 
cizgiləri bir-birilə çulğalaşırdı. «Orta əsrlərin son şairi və yeni dövrün ilk şairi» Dante Aliqyeri (1265-1321) 
İtalyan ədəbi dilini yaratdı. Onun başladığı işin ardıcılları XIV əsrdə görkəmli florensiyalılar F. Petrarka (1304-
1374), c. Bokkaçço (1313-1375), məşhur memar və heykəltəraşlar Nikkolo və c. Pizano, A. Kambio və rəngkar 
Otto di Bondone idi. 
 Memarlıqda  İtaliya sənəti uzun müddət orta əsr  ənənələrinin qanunlarına uyğun mövcud idi ki, bu 
əsasən qotika motivlərində daha aydıncasına görünürdü. Bununla yanaşı, İtaliya qotikası daha çox sakit, iti for-
malara, memarlığın horizontal bölgülərinə, divarların geniş  səthlərinə daha diqqət yetirirdi. Florensiyanın  ən 
böyük kilsəsi sayılan Santa-Kroçe Arnolfoun Kambio tərəfindən XIII əsrin sonlarında tikilməyə başlamışdı. Ti-
kili özünün geniş aralıqları, vahid işıqlı daxili məkanı, qotik tacları ilə digərlərindən seçilirdi.  
 1296-cı ildə Florensiyada Santa-Mariya del Fore kilsəsi tikilməyə başlayır. Onun tikintisinin sona 
yetməsi yalnız erkən İntibah çağlarına qədər davam edir. 1334-cü ildə cottonun layihəsi əsasında zəngli kilsənin 
tikintisinə başlanır. Buna kampanila da deyirdilər.  
 
Şəhər sarayları içərisində isə Florensiyadakı palatso della Sinyoriya adlı tikili daha məşhur idi. Belə 
güman edilir ki, onun da müəllifi Arnolfo di Kambiodur. Bu bina Florensiyanın müstəqilliyinin rəmzi kimi 
özünü tanıtmışdı.  
 Protorenessansın heykəltəraşlığı, xüsusilə, Pizan məktəbində özünü daha dolğun büruzə verirdi. Onun 
əsasını heykəltəraş Nikolo Pizano (1220-1278/1284 il) qoymuşdu. Onun yaradıcılığını antik ənənələr təşkil 
etdiyindən, yetkin Roma və erkən xristianlıq dövrü sarkofaq heykəltəraşlıq tərtibatlarının öyrənilməsinə 
üstünlük verirdi. Pizadakı altıtəbəqəli mərmər kafedra (1260) İntibah heykəltəraşlığının görkəmli nailiyyəti he-
sab edilməklə, gələcəkdə ümumiyyətlə  İntibahın inkişafına təkan verdi. Ağ, qırmızı, çəyhrayı, tünd yaşıl 
mərmərdən hazırlanmış kafedra bütöv bir memarlıq tikilisini, ansamblını yaradır. Divarlarda İsa peyğəmbərin 
həyatına aid relyeflər isə, tikilinin gözəlliyini artıran xüsusiyyətlərdəndir. 
 Nikolo 
Pizano 
məktəbindən Protorenessans dövrünün görkəmli sənətkarları çıxmışdı. Onlardan biri oğlu 
covanni Pizano və heykəltəraş kimi tanınan Arnolfo di Kambiodur. Ata və  oğulun birgə  işlədiyi  ən gözəl 
işlərdən biri Perucci meydanındakı  fəvvarədir. Çoxsaylı relyef və heykəllərlə  bəzədilmiş Fonte Macore 
fəvvarəsi  şəhərin fəxrinə çevrildi. Bu əsərlərdə  sənətkarlar insan bədəninin hərəkət zənginliyini  əks etdirə 
bilmişlər. 
 
Rəngkarlıqda isə bu dövrün görkəmli nümayəndəsi cotto di Bondon hesab edilir. Onu çox vaxt protore-
nessans rəngkarlığının islahatçısı da adlandırırlar. Onun yaradıcılığı əsasında böyük və qəti texnikaya malik olan 
mozaika öz yerini freska texnikasına verdi ki, bu da İntibah təsviri sənəti üçün çox zəruri idi. Əvvəla bu yeni 
freska, materialın daha həcmli çatdırılması, həm də çoxfiqurlu kompozisiyaların yardılmasını təmin edirdi.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
273
 
Cotto ilk dəfə  təbiəti rəngkarlıqla təqlid etməyə başlamışdı. O, ilk dəfə canlı insanların naturadan 
rəsmini yaratmağa başlamışdı ki, bunu nə Bizans, nə  də orta əsrlər mədəniyyətlərində etməmişlər. cotto 
rəngkarlığı,  əvvəlki rəssamlara nisbətən daha emosionaldır. O, bir çox bədii obrazlar yartmışdı ki, bunları 
ifadəliliyinə görə etalon kimi qəbul etmək olar.  
 Protorenessans 
dövrünün 
ədəbiyyatı da bəşəri əhəmiyyət kəsb edərək Dante, Petrarka, Bokkaçço kimi 
dahilər yetişdirmişdi. Aligyeri Dante (1265-1321) yaradıcılığı «yeni şirin üslub» adlanan məşhur məktəb kimi 
tanınmağa başladı. Burada qadına münasibət ideallaşdırılaraq ona müdriklik, xeyirxahlıq rəmzi kimi yanaşıldı. 
Onun ilk şerləri məhəbbət məzmunludur, əsərlərinin başlıca qəhrəmanı Beatriçe adlı qadındır.  
 Dante 
dünya 
mədəniyyəti tarixində Dante «İlahi komediya»nın müəllifi kimi silinməz iz buraxmışdır. 
Əsərin «komediya» adlandırılması o dövrdə əsərlərin pis başlanğıc və yaxşı sonluqla qurtarması ilə izah olunur-
sa, «İlahi» epitet, bədii  əhəmiyyət və poetik kamilliyin vəhdəti kimi başa düşülməlidir. «İlahi komediya» üç 
əsas hissədən – «cəhənnəm», «Məşhər» və «cənnət» dən ibarətdir. Hər hissə 33 nəğməni əhatə edir. Bu əsərdə 
insanın ölümündən sonrakı həyatı  tərənnüm olunur. Hər hissədə müəllif bədii təhlil verir, dünyanın, təbiət və 
insanın yaranması mövcudluğunun unikal mənzərəsini yaradır. Dante öz əsərində  fərdi təxəyyülündən o 
dərəcədə yerli-yerində istifadə etmişdir ki, əsəri oxuyan hər bir kəs, doğrudan da axirəti səyahət etmiş olur.  
 Erkən intibah. XV əsrdə  İtaliya incəsənəti Avropanın bədii həyatında hakim mövqeyə malik idi. 
Mədəniyyətin kübar humanist əsasları Florensiyada təzahür taparaq Siyena və Pizanı kölgədə qoymuşdu. 
Florensiyanı «İtaliyanın çiçəyi» adlandırırdılar. Florensiyanın belə adlandırılmasının başlıca səbəblərindən biri 
də buradakı memarlığın gündən-günə çiçəklənməsi, qol-qanad açması idi. Bu mənada erkən intibahın görkəmli 
memarı Filippo Brunelleski (1377-1446) hesab edilirdi. O, həm də memarlıqda dəqiq riyazi hesablama əsasında 
tikililərin aparılması nəzəriyyəsinin banisi kimi tanınır. Onun erkən yaradıcılığına aid ilk iş Florensiyadakı San-
ta-Mariya del Fore kilsəsindəki gümbəzdir. Bu gümbəz məkan plastikası  və mühəndis həllinin vəhdətinin  ən 
unikal nümunəsidir. 1421-1444-cü illərdə isə memar İntibah dövrünün tarixində ilk dəfə olaraq Ospedale deli 
İnnoçenti (italyanca tərcümədə «günahsızların qospitalı  və evi») Uşaq Evini tikir. Tikilinin humanist təyinatı 
onun sakit, rahat simasında təcəssüm tapır. Brunelleski tikililərində erkən  İntibah memarlığına xas olan əsas 
xüsusiyyətlərdən biri də memarlıq nümunəsinin məhz insanlara təyinatını bildirən əsas əlamətlərdir ki, bunlar da 
ilk növbədə qotik tikililərdən fərqli olaraq insanın boy ölçüsünə uyğun inşaat tikilişindədir. Brunelleskinin 
memarlıqdakı daha bir yeniliyi antik order əsasında gümbəzli məbədlərin tikilişi idi. Onun belə memarlıq 
tikililərindən Florensiyadakı San-Lorentso kilsəsindəki yan kapella (1421-1428), Patetsi kapellası (1429-1443) 
və b. göstərmək olar.  
 XV 
əsrin İtalyan memarlığının inkişaf mərhələsi Leon Battist Albertinin (1404-1472) adı ilə bağlıdır. O, 
həm də görkəmli filosof və alim idi. Antik dövrün pərəstişkarı olan Alberti 30-cu illərdə «Roma şəhərinin 
görünüşü» adlı topoqrafik xəritəsini, «Memarlıq haqqında on kitab» (1449-1452), «Rəngkarlıq haqqında», 
«Heykəl haqqında» (1435-1436) traktatlarını yaratmışdı. Onun Florensiyadakı palatsosu (saray) köməkçisi digər 
məşhur memar Bernardo Rosselino ilə hazırlanmışdır.  
 Erkən İntibahın heykəltəraşlığı da özünün çiçəklənmə dövrünü yaşayırdı. O, müstəqil memarlıqdan asılı 
olmadan ayrıca bir sahə kimi inkişaf yolu keçərək yeni-yeni janrları yaradırdı. Heykəltəraşlıq təcrübəsinə zəngin 
tacir və  sənətkarlara məxsus ictimai binaların bəzədilməsinə sifarişlər qəbul edilir, bu məqsədlə  bədii 
müsabiqələrə üstünlük verilirdi. İtaliya heykəltəraşlıq İntibahında böyük hadisələrdən biri 1401-ci ildə Floren-
siya baptisteriyasının  şimal qapılarının tuncdan hazırlanması üzrə müsabiqənin təşkili oldu. Bu müsabiqənin 
iştirakçıları arasında gənc sənətkarlar Filippo Brunelleski və Lorentso Giberti (1381-1495-ci illərə yaxın) idi. Bu 
müsabiqədə Giberti qalib oldu. Onun hazırladığı qapıları sonralar Mikelancelo «cənnət qapıları» adlandırmışdı. 
On kvadrat kompozisiyadan ibarət olan qızılı tuncdan hazırlanmış bu qapılar məkan dərinliyi, fiqur, təbiətin 
vəhdətinə görə mühüm əhəmiyyət kəsb edir. Bunlar öz ifadəliliyinə görə rəngkarlıq rəsmlərini xatırladırdı.  
 
Sonralar Giberti heykəltəraşlıq məktəbində Donatello kimi yetişdirməsi fəaliyyət göstərir. O, İtaliya 
heykəltəraşlığının islahatçısı kimi tanınır. Danatellonun əsərlərində yüksək qəhrəmanlıq hissləri daha çox 
üstünlük təşkil edirdi. Onun Florensiyada Or San-Mikel kilsəsinin fasadları üçün tikdiyi taxçalardakı 
heykəllərində bu xüsusiyyətləri görmək mümkündür.  
 1430-cu 
ildə Donatello İtaliya heykəltəraşlığında ilk çılpaq heykəl olan «David»i yaratmışdır. Heykəl 
Mediçi palatsosunun daxili həyətindəki fəvvarə üçün nəzərdə tutulmuşdur. Gənc oğlan bədənini yaradan 
heykəltəraş, sözsüz ki, antik nümunələrdən çıxış etmiş, lakin əsərinə müasir ruh bəxş etmişdir. 
 XV 
əsrin I yarısının digər görkəmli heykəltəraşı Yakopo della Kverç (1374-1438) hesab edilir. O, mo-
numental fəvvarə olan Fonte Qayanın heykəltəraşlıq nümunələrinin müəllifidir. Digər məşhur  əsəri isə San-
Petroniodakı (1425-1438) kilsəsinin portalının relyefləridir.  
 Florensiya 
heykəltəraşlarının ikinci nəslindən olan nümayəndələr (della Robbia heykəltəraş ailəsinin 
nümayəndələri Lukka della Robbia) daha lirik, kübar sənətə meyl edirdi. Lukka della Robbia bina və mehrablar 
üçün göy fon üzərində medalyonların hazırlanması, çiçək və meyvələrdən ibarət girlyandların, Madonna, İsa 
peyğəmbər kimi müqəddəslərin büstlərinin yapılmasında çox məşhur idi. Heykəltəraşın yaxın qohumu Andrea 
della Robbia (1435-1525) da bu sahədə müasirləri tərəfəindən rəğbətlə qarşılanırdı.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
274
Erkən intibah rəngkarlığının görkəmli nümayəndələrindən Mazaçço kimi tanınan Tomazzo di covanni di 
Simona Kassan, Alessandro Filipepi, Paolo Uçellonu, Sandro Bottiçellini göstərmək olar. Mazaçço öz fərdi 
bədii üslubuna görə İntibah dövrünün novatorlarından biri idi. Onun məşhur əsəri «Troitsa» adlı freskasıdır.  
Florensiyanın Santa-Mariya Novella kilsəsində yaradılan bu rəngkarlıq nüsmunəsi (1427-1428) mehrab 
kompozisiya rolunu oynayır. Kompozisiya tacvari taxta üzərində hazırlanmışdır. Müəllifin Mizzolino ilə birgə 
Santa-Mariya del Karmin kilsəsindəki Brankarri kapellası  rəsmləri zəngin Florensiya sifarişçisinin adı ilə 
bağlıdır. Mazaççonun «Adəm və  Həvvanın cənnətdən qovulması» freskasında isə, öz dövrünü qabaqlayan 
müəllifin ideyasında Bibliya mövzusu deyil, məhz qəhrəmanların  əhvali-ruhiyyəsindəki psixoloji məqamlar 
başlıca yer tutur.  
Mazaççonun ölümündən sonra onun müasiri Paolo Uçello (1397-1475) öz əsərləri ilə erkən İntibah çağını 
zənginləşdirdi. O, «Müqəddəs Georgi» adlı kiçik rəsmi ilə tanındı. Gənclik illərində Uçello Gibertinin 
emalatxanasında çalışaraq Venetsiyadakı San-Marko kilsəsinin mozaikalarını yerinə yetirmişdi. Onun 
yaradıcılığının son dövrünə aid olan «Gecə ovu» (1460) kompozisiyası təsvirdəki çoxfiqurlu obrazlarla, onların 
psixoloji həyəcanlarına görə böyük maraq doğuran əsərlərdir.  
Erkən İntibahın digər görkəmli rəngkarları F. F. Lippi (1406-1469), P.D.Françeska (1420-1492), A. Man-
tenye (1431-1506), c. Botiçellinin (1445-1510) və d.-nin adlarını  çəkmək olar. Alessandro Botiçellinin 
yaradıcılığı üzərində xüsusi dayanmaq lazımdır. Onun yaradıcılığının səciyyəvi xüsusiyyətini, personajların 
daxili aləmi,  əhvali-ruhiyyəsi, həyəcanlarına müraciət təşkil edirdi. Ən məşhur  əsərləri «Bahar» (1477-1478), 
«Veneranın doğulması» (1483-1484) rəsmləridir. Onun «Bahar» tablosunun süjeti bu günədək müəmmalı olaraq 
qalmaqdadır. Bu əsərə ruhən yaxın olan «Veneranın doğulması»nda isə  məhəbbət ilahəsi çılpaq Venera 
balıqqulağının içərisində ayaq üstə dayanaraq yavaş-yavaş sahilə doğru üzür. Hər iki rəsm tablolarında görkəmli 
rəssam qadın gözəlliyini də tərənnüm etmişdir.  
Yüksək İntibah. XV əsrin axırlarından başlayaraq İtaliya İntibahı inkişafının yeni dövrü «Yüksək intibah» 
adı almış mərhələsi başlayır. Bu mərhələ 40 ilə yaxın dövrü əhatə edir. Bu mərhələ qısaömürlü olmasına bax-
amayaraq görkəmli sənətkarları ilə məşhurdur. Leonardo da Vinçi, Rafael Santi, Mikelancelo, Domeniko Gir-
landayo, Andrea Verokio – məhz yüksək İntibahın yetişdirmələridir.  
Yüksək İntibah mədəniyyəti əvvəlki mərhələlərə nisbətən tamamilə yeni siyasi şəraitdə inkişaf edir.  
Əgər XIV və XV əsrlərdə İtaliya Qərbi Avropanın ən qabaqcıl ölkələri sırasına daxil idisə, artıq XVI əsrin 
əvvəllərində bu ölkə iqtisadi və siyasi böhrana uğradı. Ona görə  də incəsənət bu dövrün mürəkkəbliyinin 
təzahürünə çevrildi. İqtisadi, siyasi uğursuzluğun  əksinə olaraq incəsənətdə yüksək, parlaq ideyalar üstünlük 
təşkil etməyə başladı. Rəngkarlıq və heykəltəraşlıq personajları heç zaman belə nəhəng, azad və yüksək ehtiraslı 
olmamışdı. Bu qəhrəmanlarda titanik ideal təcəssüm tapdı. Obrazların iri miqyası  əvvəlki  İntibah çağlarının 
obrazlarından fərqlənməyə başladı. Fəal yaradıcı şəxsiyyət yeni İntibah tipləri idi.  
Dövrün ən məşhur sənətkarları Leonardo da Vinçi (1452-1519) hesab edilir. O, görkəmli rəssam olmaqla 
yanaşı, həm də dövrünün alimi idi. Onun erkən yaradıcılığına aid olan «Madonna çiçəklə» (1472) əsərində 
rəssam  əvvəlki sənətkarlarından fərqli olaraq gənc Məryəmin analıq sevincini əks etdirən sadə  səhnəni verir. 
Leonardo da Vinçi memarlıq sənətində də öz sözünü demiş sənətkarlardandır. Rəssamın görkəmli əsərləri «Gizli 
gecə» (freska), «cokonda», «Madonna körpə ilə», «İsa peyğəmbərin xaç suyuna salınması» və b.-dır. Lakin 
zəngin Florensiyalı Françesko del cokondonun arvadı Mona Lizanın portreti (1503) dünya incəsənəti tarixində 
əvəzi olmayan bir əsər kimi hələ neçə-neçə nəsilləri heyran edəcəkdir. Əsərin sənət möcüzələri ilə yanaşı onun 
haqqındakı  əfsanə, elmi fərziyyə  və  tədqiqatlar bu portreti daha da dəyərləndirən səbəblərdəndir.  Əsərdəki 
obrazın psixoloji məqamı mənəvi hisslərin, əhval-ruhiyyə və fikirlərin qeyri-mürəkkəbliyi, həm də bundan irəli 
gələn «aydın olmayan» məna ilə izah edilir. Leonardo da Vinçi «Rəngkarlıq haqqında traktat» (1498) əsərində 
insan anatomiyası, hərəkət, mimika, emosional vəziyyətlərdə  bədənin proporsiyaları haqqında çox zəngin və 
ətraflı  məlumat və biliklər verilmişdir. Burada daha çox işıq-kölgə, həcm modelləşməsi, xətli və hava 
perspektivləri haqqında biliklər də mühüm yer tutur.  
Həyatının son illərində Leonardo da Vinçi fransız şahı I Fransiskadan dəvət alaraq 1517-ci ildə Fransaya 
getmiş  və saray rəssamı kimi fəaliyyət göstərmişdir. Çox tezliklə o, həyatını  dəyişir. Özünün 1510-1515-ci 
illərdə işlədyi Avtoportretində yaşından çox qoca görünən rəssam qəmli, kədərli baxışla tamaşaçıya baxır.  
Yüksək İntibah dövrünün digər məşhur rəssamı Rafael Santidir (1483-1520). Rafael təsviri sənətdə nova-
tor kimi tanınmışdır. Bununla o yüksək gözəllik və harmoniyaya nail olmuşdu. Məhz elə ona görə də Rafaeli 
yüksək harmoniya daşıyıcısı adlandırırlar. O, öz əsərlərində humanizmin ən parlaq və yüksək təsəvvürlərini 
təcəssüm etdirmişdir. Onun ən sevimli obrazları Madonna idi. Onun Madonnalar ustadı kimi adlandırılması 
məqsədəuyğundur. Rəssamın «Konestabil Madonnası» (1502-1503) əsəri erkən yaradıcılığının  ən gözəl 
nümunəsidir. Bu çağın digər tablosu «Məryəmin nişanlanması» (1504) adlı əsəridir. Bu əsərdəki obrazlar, gənc 
oğlan və qızların təbii zəifliyi tamaşaçını heyran qoyur. Obrazların hərəkətləri, pozaları, jestləri çox dinamik və 
plastik səciyyə kəsb edir. Rəsm tablosunda artıq heç bir detal və ya cizgi yoxdur. Qızılı, qırmızı, tünd yaşıl rəng 
çalarları bayram əhval-ruhiyyəsi bəxş edir.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
275
1504-cü ildə Florensiyaya gələn Rafaelin yaradıcılığı yetkinlik əldə edir. Onun bu dövrdə yaratdığı ma-
donnalar körpə İsa ilə daha çox təsvir olunur. O dövrdə peyzaj fonunda istifadə daha başlıca yer tutur. 1505-ci 
ildə «Madonna yaşıllıqda»  əsərində Leonardonun piramida kompozisiyasından istifadə edilərək incə  rəng 
harmoniyalarına diqqətlə yanaşılmışdı.  
Rafaelin müvəffəqiyyətləri, onun 1508-ci il Romadakı papa sarayına dəvəti ilə  nəticələndi. O, Vatikan 
sarayındakı otaqların (stans) divarlarının təsvirlərlə bəzədilməsi sifarişini aldı. Rafael və onun tələbələri binanın 
tavanlarını, divarlarını çoxfiqurlu freskalarla, naxışlarla bəzədilər. 1509-1517-ci illərdə Vatikan stanslarının 
bəzədilməsi rəssama şan-şöhrət gətirdi. Bütün bunlarla yanaşı bu böyük rəssamın digər məşhur əsərləri «Sikstin 
Madonnası», «Donna Velatanın», «Lal qadın» portretləri ona şöhrət gətirən əsərlərdəndir.  
Rafael mahir rəsm ustadı idi. Bu rəsmlərdə cizgi və  xətlərin rahat, azad, səhvsiz məqamlarını duymaq 
mümkündür. 
Yüksək  İntibahı Mikelancelo Buonarrottisiz (1475-1564) təsəvvür etmək qeyri-mümkündür. Onun 
yaradıcılığı İntibaha yetkinlik, bütövlük, kamillik bəxş etmişdir. 1496-cı ildə Romaya gələn gənc Mikelancelo 
burada sonralar məşhurlaşacaq «Pyeta» («İsa peyğəmbəri oxşama») (1498-1501) əsərini müqəddəs Pyotr kilsə 
kapellasında yapdı. Bu heykəltəraşlıq nümunəsi öz möhtəşəmliyi ilə kapellaya xüsusi müqəddəslik görkəmi 
bəxş edirdi.  
1501-ci ildə Florensiyaya dönən Mikelancelo Davidin mərmərdən möhtəşəm heykəlini yaratmağa başladı 
(1501-1504). Heykəl 5,5 m ölçüyə malik olaraq insanın nəhəngliyinin hüdudsuzluğunu üzə çıxarır. Düşmənə daşla 
zərbə endirməyə hazırlaşan gəncin özünə həm fiziki, həm də mənəvi arxayınçılığı onun qalib olacağından xəbər 
verir. Bu duyğunu heykəltəraş böyük həssaslıqla, ustalıqla təcəssüm etdirə bilmişdir. Florensiya Respublikası 
tərəfindən sifariş olunan bu heykəl Bekkyo Palatsosunun girişində qoyuldu. 1504-cü ildə heykəlin təntənəli açılışı 
ümumxalq bayramına çevrildi. «David» meydanı üç əsrdən artıq bəzədikdən sonra 1873-cü ildə Florensiyanın 
Zərif Sənətlər Akademiyasının Qalereyasına köçürüldü. Əvvəlki yerində mərmər nüsxəsi qoyuldu.  
Mikelancelo özünü heykəltəraş kimi qələmə versə  də, onu gözəl rəssam və memar kimi də 
dəyərləndirmək olar. Belə ki, Vatikanda Sikstin kapellasının Tavanının müəllifi, məhz bu görkəmli sənətkar 
olmuşdu ki, bunu da 1508-1512-ci illərdə yaratmışdı.  
Onun II Yulinin sərdabəsinə yapdığı heykəllər də heyranedicidir. 1515-1516-cı illərdə yaratdığı 
Peyğəmbər Musanın heykəli yüksək İntibahın möhtəşəm abidələrindəndir. Mikelancelonun yaradıcılığında bir 
çox işlər yarımçıq və həyata keçməmiş formada qalmışdır. Xasiyyətcə dəyişməz, müstəqil, azad, düzgün olan bu 
məşhur sənətkar tez-tez hakimiyyəti dəyişən yüksək təbəqə nümayədəlrinin arzu və  tələbləri ilə razılaşmalı 
olurdu. Əsas məsələ ondan ibarətdir ki, müxtəlif zövqlərə malik olan bu şəxslər Mikelancelonu öz tələblərinə 
əməl etməyi məcbur edirdilər. 20-ci illərdə Florensiyanın siyasi həyatındakı böhran, üsyanlar, vəba xəstəliyi 
heykəltəraşın bəzi başladığı  işlərin yarımçıq qalmasına başlıca səbəb oldu. Lakin bütün bunlara baxmayaraq 
Mikelancelonun «Qorxulu məhkəmə», «Cənnətdən qovulma», «Göy cisimlərinin yaranışı» və d. freskaları 
yüksək İntibahın dünya incəsənətinə bəxş etdiyi ən dəyərli və möhtəşəm abidələrdir.  
Son İntibah. Bu dövr XVI əsrin 40-cı illərindən başlayır. Bu tarixi mərhələdə İtaliya xarici qəsbkarların 
hökmranlığı altına düşür. Yalnız Venetsiyada incəsənət sahəsində müstəqillik, sərbəstlik mövcud idi. Demək 
olar ki, humanist mədəniyyət, incəsənət dərin böhran keçirirdi. Burada antirenessans, antiklassik tendensiyalar 
manyerizm cərəyanında təzahür tapdı. Lakin bütün bunlara baxmayaraq İntibahın son mərhələsinin görkəmli 
sənətkarları yetişmişdi. Bunlardan biri, memarlıqda  Şimali  İtaliyanın yetişdirməsi olan Andrea Palladiodur 
(1508-1580). Palladionun memarlığa gətirdiyi yeniliklər artıq XVII-XVIII əsrlərdə Avropa klassisizminin palla-
dioçuluq adını daşımasına səbəb oldu. Bu memar öz nəzəri ideyalarını «Memarlıq haqqında dövrü kitab» (1570) 
adlı əsərində təzahür edir. Onun kompozisiyaları öz təbiiliyi, rahat və sakitliyi, kamilliyi, ciddi nizamlılığı, ətraf 
mühitlə  vəhdətinə görə  fərqlənirdi. Onun tikdiyi memarlıq nümunələri Viçentsa və Venetsiya şəhərlərini 
bəzəyir.  
Viçentsa  şəhəri Palladionun şəhəri hesab edilir. Bu şəhərdəki memarlığın  ən böyük binası 1549-cu ildə 
tikilən Bazilikadır. 1580-cı ildə tikdirdiyi «Olimpiko» teatrı İtaliyada ən ilk monumental teatr binası hesab edi-
lir. Memar burada Roma teatr tipindən istifadə etmiş, tamaşaçı zalına dairəvi deyil, ellips forması vermişdi. Pal-
ladionun memarlıq ideyaları sonrakı tarixi mərhələlərə, xüsusilə,  İngiltərə, Fransa, Rusiya memarlıq sənətinə 
yüksək dərəcədə təsir göstərir.  
Bu İntibahın təsviri sənətdə görkəmli rəssamı Paolo Veroneze hesab edilir. Monumentalist rəssam sayılan 
Paolo Veroneze divarların füsunkar dekorativ ansamblları, plafon təsvirlərinin müəllifi hesab edilirdi. Bu 
təsvirlər, personajların çoxluğu,  əhəmiyyətli detalları ilə zövq oxşayırdı. Venetsiyadakı San-Sebastyano 
kilsəsinin tavan təsvirləri (1556-1557) gənc rəssamın  ən gözəl işlərindən biri idi. Onun «Mardoheya zəfəri» 
kompozisiyası  hər kəsi valeh edən  əsərlərdəndir. A. Palladio tərəfindən tikilən Mazeredəki Barbaro-Volpe 
Villasının freskalarının müəllifi də Paolo Veronezedir.  
Yaradıcılığı bu rəssama tam əks olan Son İntibah nümayəndəsi Tintoretto (1518-1594) hesab edilir. Əsil 
adı Jakono Robusti olan Tintoretto incəsənətdə yeni cığırın nümayəndəsi idi. O, rəssamlıqda simmetriya, ciddi 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
276
çəki bərabərliyinə qarşı olub, məkan məhdudluğunu aradan götürmüşdü. Onun «Gizli gecə» əsəri dövrünün ən 
gözəl rəsm əsərlərindəndir. Digər əsəri «Məbədə giriş» adlanır.  
Beləliklə, İtaliya İntibahının bütün dövrləri ilə tanışlıqdan sonra onun dünya mədəniyyəti, sivilizasiyasının 
aparıcı dayaqları olması haqqında qəti nəticə çıxartmaq olar. İntibah incəsənəti bütün sahələri, xüsusilə, təsviri 
sənət, memarlıq, tətbiqi sənətdə daha unikal səviyyədə inkişaf etmişdir.  
 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin