Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə35/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

2.3.15. Koreya mədəniyyəti 
 
Koreya mədəniyyətinin çiçəklənmə dövrü orta əsrlərə təsadüf edir. Məhz bu vaxt Koqurye (X-XIV əsr) və 
Çoson (XIV-1910) hakimiyyəti dövründə mədəni dirçəliş özünü bariz şəkildə nümayiş etdirdi. Koreyada bədii 
mədəniyyət dinin təsiri altında təzahür tapırdı. İlk çağlar ruhlara etiqad (şamanizm və ya musok), daha sonralar 
konfutsiçilik və buddizmin mahayana hissəsi müstəsna rol oynadı. Silla hakimiyyəti dövründə buddizm, Çoson 
dövlətində isə konfutsiçilik dövlət dini elan olunmuşdu. XVII əsrdə ölkəyə xristianlıq (xüsusilə, katoliklik) daxil 
olur. Xristianlığın mövcudluğu möhkəm və gərgin mübarizənin nəticəsində reallaşırdı. Kanonlaşdırılmış katolik 
qaydalarının sayına görə Koreya dünyada dördüncü yeri tuturdu. Bu dinlər bir-biri ilə  rəqabətdə yaşayaraq 
ədəbiyyat və incəsənətin inkişafına yüksək təsir göstərirlər. 
Koreya  ədəbiyyatında yazının ilkin nüsunəsi VIII əsrdə Silla hakimiyyəti dövrünə  təsadüf edir. Çin 
heroqlifləri ilə Koreya nitqinə ötürülən və idu adlanan yazı vasitəsi dövrümüzədək 25 şer gəlib çatmışdır ki, 
bunlara da xyanqa deyilir. 
Koryö sülaləsi dövründə ən populyar şer janrı Koryö kayö («Kayö nəğmələri») idi. Bu sülalənin sonrakı 
hakimiyyəti illərində poeziyanın yeni janrı – siçjo mühüm yer tutur. Siçjo oxucuya konkret hiss və fikri 
çatdırmağa nail olur. Xanqıl (XI əsr) əlifbasının tərtibindən sonra məhəbbət lirikasının bir neçə janr növləri də 
yaranmağa başlayır. 
Çossi hakimiyyətinin orta dövründə kasa adlı ana dilində peyzaj lirikası deyilən yeni janr geniş vüsət 
almağa başladı. Ən zərif şer növü olan bu əsərlər də doğma təbiətin gözəlliklərindən ilham almaq başlıca yer 
tuturdu. 
XVII-XVIII əsrlərdə Koreya mədəniyyətində Sirxan hərəkatı («Real elmlər məktəbi») müəyyən durğun-
luqla müşayiət olundu: ədəbiyyatda qərbin, xüsusilə, xristianlığın təsiri başlıca yer tutdu. İnsanların bərabərliyi 
ideyasının təbliğatına geniş yer verildi. Hamı – şairlər də, adi insanlar da Xanqıl  əlifbasında  şer yazmağa 
üstünlük verdi. 
Nəsrdə çin dilində tarixi əsərlərin yazılamsı başlıca yer tutdu. Belə əsərlərdən XII əsrin nümunələri olan 
«Samquk saçi», (Kim Busika) – «Üç dövlətin tarixi qeydləri», XIII əsrdə Kim İrönin «Samquk yusa» - «Üç 
dövlətin miras qalmış hadisələr» adlı tarixi əsərləri göstərmək olar. 
Orta əsrlərdə Koreya bədii nəsrində Kim Sin-sına (1435-1493) adlı nasir «Qızıl Tısbağa dağında eşidilən 
yeni hekayələr» adlı  əsər ilə özünü göstərir. Dövrümüzə bu əsərin yalnız beş novelladan ibarət olan birinci 
kitabı gəlib çatmışdır. Çin dilində yazılan bu əsərləri çin ədəbi nümunələrindən köklü fərqləndirən onların Ko-
reyada baş verən hadisələri  əks etdirməsi, finalının isə, çin əsərlərindən fərqli olaraq xoşbəxt sonluqla deyil, 
faciəvi şəkildə sona yetməsidir. İlk Koreya romanı XVII əsrlərdə Xo Keyünanın «Xon Done haqında povest» 
sayılır. Əsərdə sosial bərabərsizlik problemi qabardılır. 
Koreyada kitab çapının təşəkkülü də orta əsrlərə – VIII əsrə, daha doğrusu 751-ci ilə təsadüf edir: Budda 
silsiləsi ksiloqrafik üslubda çap olunmuşdu. Bu, «Dharani – sutranın aydın işığı» adlanırdı. Səyyar matel şrifti 
ilk dəfə bu ölkədə 1234-cü ildə tətbiq edilməyə başlandı. 
Koryö hakimiyyəti dövründə buddizmin çiçəklənməsi təsviri sənətdə də öz əksini tapmışdır. Bu dövrün 
rəssamları budda əlyazma kitablarına illüstrasiyalar, məbəd freskaları  çəkmiş, müasirlərinin portretlərini 
yaratmışlar. Həmçinin «Dörd hakim» olan – gavalı, səbləh çiçəyi, payız gülü və bambukun təsviri başlıca təsvir 
obyektlərindən idi. 
Çoson hakimiyyəti konfutsiçilik ilə müşayiət olunduğundan rəngkarlıqda kanonlar mühüm yer tutmağa 
başlayır. Bunlardan uzaqlaşma yalnız XVIII əsrdə mümkün olur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
257
Çon Son adlı rəssam doğma təbiəti vəsf edən əsərlərində ilk dəfə olaraq Koreya rəngkarlığına milli kolorit 
gətirmişdir. «İnvan dağı yağışdan sonra», «Almazdağlar» və digər əsərlərdə dediklərimizin əyani şahidi olmaq 
mümkündür. 
XVIII  əsrin II yarısında qərb sənəti ilə tanışlıq yeni janr rəngkarlığının yaranmasına təkan oldu. Yerli 
rəssamlar cəmiyyətin sosial problemlərinə yüksək diqqət yetirərək, kübar mövzuda, həmçinin sadə koreyalılarının 
həyatını əks etdirən rəsmlərin çiçəklənməsinə üstünlük verdilər. Kim Xondonun (1745-?), Sin Yunbokanın (1758-
?) rəsmlərində bunları görmək mümkündür. Aydın və parlaq olan bu rəsmlər heç bir kanon və şərtlərə əməl olun-
madan işləndiyinə görə çox real və ecazkardır. Bu xüsusiyyətlərinə görə, haqqında söhbət gedən rəsmlər istər Ko-
reya, istərsə də digər ölkə mütüxəssisləri tərəfindən yuksək dəyərləndirilir. 
Buddizmin təsiri incəsənətin digər növlərində  də özünü əks etdirirdi. Xüsusilə, «Üç dövlət» dövründə 
heykəltəraşlıqda sıçrayış hiss olundu. Budda heykəllərinin müxtəlif formaları məbəd və paqodaları bəzədi. Bud-
da heykəltəraşlığının ən gözəl nümunələri Sokkuram məbədindədir (VIII əsr). 
XIV əsrin sonunda, Çoson sülaləsinin hakimiyyəti dövründə heykəltəraşlıq sənəti tənəzzülə uğradı. 
Dekorativ-tətbiqi sənət də orta əsrlərin müxtəlif çağlarında özünəxas inkişaf tendensiyasına malik 
olmuşdur. Metalın işlənməsi, aşılanması, çini məhsulların, keramikanın hazırlanmasında irəliləyişlər əldə olu-
nur. Silla hakimiyyəti dövründə keramikada dekorativ elementlərin salınmasında məna çalarları başlıca yer tut-
mur, xüsusilə, ştamp metodu, daha geniş vüsət tapır. 
XII-XIII əsrlərdə ölkədə dulusçuluq sənəti özünün inkişaf nöqtəsinə çatır. Sənətkarlar məhsullara mavi-
yaşıl şirələrdən müxtəlif çalarlar vurmağa üstünlük verirlər. 
 
 
2.3.16. Vyetnam mədəniyyəti 
 
Orta əsr Vyetnam fəlsəfəsində dhyana buddizmi cərəyanı üstünlük təşkil etmişdir. XI əsrin sonu – XII əsrin 
əvvəlində bu cərəyanla konfusiçilik arasında başlınmış mübarizə XIV əsrin sonunda konfusiçiliyin qələbəsi ilə 
qurtardı. Konfusiçiliyin Çin mütəfəkkiri Çji Si tərəfindən başqa şəklə salınmış forması XVI əsrədək Vyetnamda əsas 
fəlsəfi cərəyan olmuşdur. Bununla əlaqədar buddizm ikinci plana keçmiş, lakin XVIII əsrdə  hər iki fəlsəfə eyni 
dərəcədə yayılmışdı. XIX əsrin əvvəllərində materialist dünyagörüşü ilə yanaşı, xristian fəlsəfəsi də müəyyən mövqe 
tuturdu. 
Vyetnam feodal tarixşünaslığı XIII əsrdə yaranmağa başlamışdır. Bu dövrün görkəmli nümayəndəsi Le 
Van Xnı 1272-ci ildə «Dayvyet haqqında tarixi qeydlər» əsərini nəşr etdirmişdir. Tarixçilərdən Le Takın XIII-
XIV əsrlərdə «Annam haqqında qeydlər», Li Te Syuen, Fan Fu Tienin 1453-cü ildə qələmə aldığı «Dayvyetin 
izahlı tarixi» əsərləri feodal Çinin konfutsiçi tarixşünaslığının təsiri ilə yazılmışdır. Vyetnam tarixşünaslığında 
yeni cərəyanın yaranması Nqo Si Lienin 1479-cu ildə yazdığı «Dayvyetin müfəssəl tarixi» əsərinin meydana 
çıxamsı ilə  əlaqədardır. Bu dövrün səciyyəvi cəhəti Vyetnam feodal monarxiyası  tərifindən vahid 
mərkəzləşdirilmiş dövlətin bərqərar edilməsi meylindən ibarət idi. 
Şifahi ədəbiyyat vyetnamlıların əfsanəvi ulu babası hökmdar Əjdaha Lak, bahadır Fu Donq, döyüşçü Çinq 
bacıları haqqında  əsatir və  rəvayətlərlə  təmsil olunur. Arxaik Çin dilinin vyetnamlaşdırılmış xanvan 
variantındakı X-XIV əsrlərə aid erkən Vyetnam yazılı abidələrində natiqlik sənəti və Çin ədəbi ənənə formaları 
üzvi surətdə birləşmişdir. Orta əsrlər Vyetnam ədəbiyyatı buddizm və konfutsiçiliyin təsiri altında inkişaf 
etmişdir. XVI əsrdə yaşamış Nquyen Bin Khiyemin poeziyasında ictimai ədalətsizliyə etiraz mövzusu güclüdür. 
Ədəbiyyatda lirik poeziya əsas yer tuturdu. 
Müəlliflərin əksəriyyəti, nisbətən yaxınlarda baş vermiş Tayşen üsyanının təsiri altında olan, öz əvvəlki 
sərvətlərini və müstəqilliyini itirmiş feodal-alimlər sinfinə mənsub olduqları üçün, onların şerləri əsas etibarı ilə 
keçmişə, mistikaya aid idi. Onlar bütpərəstliyin dünyaya gətirəcəyi səadəti mədh edir, röya kimi yox olan 
xəyallardan danışır, taleyin faniliyindən şikayətlənirdilər. 
Məşhur  şair Nquen Lunun şerlə yazmış olduğu «Kim Van kyeu» romanı o zamankı Vyetnam 
ədəbiyyatının  ən gözəl nümunəsidir. Dərin humanizm duyğuları ilə  zəngin olan bu əsər feodal Vyetnamın  ən 
mühüm ictimai problemlərinə toxunurdu. Onun «Viran qəlbin iniltiləri» poeması klassik Vyetnam ədəbiyyatının 
görkəmli abidəsidir. Bundan başqa, daha bir sıra görkəmli əsərlər yaradılmışdır. Bunların içərisində, müəllifləri 
məlum olmayan «Bit Kaunun möcüzəli görüşü», «Ərik ağacının ikinci dəfə çiçək açması», «Fan Çan» əsərlərini 
göstərmək olar. 
Mişon və Donqzıonq şəhərlərində VII-X əsrlərə aid Budda və Brahma məbədlərinin xarabalığı qalmışdır. 
XI  əsrdən başlayaraq Mərkəzi Vyetnam incəsənətində  tənəzzül başlayır. XI-XIII əsrlərdə  Şimali Vyetnam 
incəsənəti inkişaf edir. Bu dövrdə tikilmiş çoxyaruslu qalalar və məbəd ansamblları üçün uyğunluq, simmetrik 
plan səciyyəvidir. Konfusiyə  həsr edilmiş, 1070-ci ildə Xanoyda inşa edilmiş  «Ədəbiyyat məbədi», Xanoy 
yaxınlığında XIII əsr nümunəsi olan «Böyük Budda məbədi», tək sütun üzərində  ağacdan tikilmiş Dyen-Bo 
paqodası və s. bu qəbildəndir. XIX əsrin əvvəllərində tikilmiş saraylar zəngin oyma naxışları və lak bəzəkləri ilə 
fərqlənir. XV əsrdə fil sümüyü və ağac üzərində oyma, metal və lak məmulatlar hazırlanamsı geniş yayılmışdı. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
258
Ənənəvi teatr janrlarından teo və tuonq nəsildən-nəslə keçərək dövrümüzə qədər saxlanmışdır. Xalq mu-
siqisi və rəqsləri əsasında qurulan teo xalq teatrı tamaşalarında improvizasiyadan istifadə olunurdu. Tuonq XI-
XIII əsrlərdə yaranmışdır. 
XVII  əsrdən latın qrafikası  əsasında yaradılmış  əlifba yalnız XIX əsrin sonu – XX əsrin  əvvəllərindən 
milli yazının əsasını təşkil etmişdir. Monqol irqinə məxsus vyetnamlılar vyetnam dilində danışırlar. 
 
2.3.17. Monqolustan mədəniyyəti 
 
 
Monqolustan, əsasən dağlıq ölkə olub, ən böyük silsilələri -Monqol Altayı (4362 m), Qobi Altayı (3957 
m), Xanqayı (3539 m) əhatə edir. Onun mərkəzi hissəsində Xentey yaylası yerləşir. Müasir Monqolustan ərazisi 
geoloji cəhətdən Ural-Monqolustan qırışıqlı geosinklinal qurşağının bir hissəsini təşkil edən Mərkəzi Asiya 
sisteminə daxildir. 
Monqolustanın tarixinə  nəzər saldıqda Aşağı Paleolit dövründən məskunlaşdığı  məlum olur. Yuxarı 
Paleolit dövründə Monqolustanın qədim  əhalisi arasında matriarxal-qəbilə quruluşu mövcud idi. Neolit 
dövründə  əhalinin  əsas məşğuliyyətinin ovçuluq və balıqçılıq olduğu sübut edilir. Neolitdən Eneolitə keçiddə 
isə, ölkənin cənub və  şimal rayonlarında  əkinçiliyə keçid başlandı. Tunc dövrünün sonu – Dəmir dövrünün 
əvvəlində (e.ə. I minillik) monqol tayfaları köçəri maldarlığa keçərək patriarxal-qəbilə quruluşunu formalaşdırır. 
Tarixin axarında ölkənin ictimai-siyasi aləmində dəyişikliklər təzahür olunur: belə ki, e.ə. IV-III əsrlərdə xüsusi 
mülkiyyət yaranır, mübadilə başlanır, feodalizm münasibətləri formalaşır. 
Aparılan tədqiqatlardan Monqolustanın qədim sənətkarlığından canlı sübutlar əldə edilir ki, bu da ölkənin 
keçmiş  mədəniyyəti haqqında təəssüratın formalaşmasına səbəb olur. Xüsusilə, paleolit mərhələsinin tapılmış 
abidələri bu cəhətdən maraq doğurur. 
Monqol ölkəsinin bu tarixi mərhələsinin ilk tədqiqatçısı olan N.K.Nelson 180 düşərgə, F.Berqman isə 
Qobidə 327 abidə aşkar etməklə, ölkənin daş dövrünü əhatə edən mədəniyyət haqqında bilik toplamışlar. Aşkara 
çıxarılmış düşərgələrdə insan cəsədlərinin nümunələri, heyvan skeletləri, silah, məişət, zinət əşyalarının nümunə 
və hissələri Monqolustanın qədim mədəniyyətinin özünəxas səciyyə  kəsb etdirdiyini sübuta yetirir. Belə 
düşərgələrdən Ulan-Bator yaxınlığındakı Zaysan-tolço, Moyltın-am, Kobdo çayı  ətrafındakı Bayan-nur və 
onlarla başqalarını nümunə göstərmək olar. 
Paleolit dövrünün insanları iqlim və coğrafi  şəraitdən çox asılı olduqlarına görə, bu amillər onların 
sənətkarlığında da güclü şəkildə hiss olunur. Tapılan düşərgələrin divar təsvirlərindəki rəsmlər yuxarı paleolitin 
zəngin flora və faunasını sübuta yetirir. Təsvirlərdəki mamont, tülkü, kərgədan, mağara şiri, bizonlar, maral, at, 
ceyran, balıq və quşlar o dövrün təbiəti haqqında dəyərli məlumatlar verir. Bu fauna təsvirləri Hoyt-Tsenheriyn-
aquydakı mağarada da əks olunmuşdur. Təsvirlər qırmızımtıl, sarı-qəhvəyi, tünd qəhvəyi rəng çalarında ifadə 
olunmuşdu. Bu rəsmlərin öyrənilməsinə rus-monqol ekspedisiyasının 1966-cı ildəki tədqiqatları zamanı nail 
olunmuşdur. Tədqiqatçıların başlıca məqsədi bu unikal abidəlrin tarixi və dünya incəsənət xəzinəsindəki yerini 
müəyyənləşdirmək idi. Ekspedisiyanın rəhbəri A.P.Okladnikov və onun ardıcılları abidənin yuxarı paleolitə aid 
olduğunu iddia etdilər. Haqqında söhbət gedən Hoyt-Tsenheriyn-aquy mağarası Ulan-Batorun qərbinə doğru 
1200 km məsafədə yerləşir. Mağaranın adı yaxınlıqda axan çayın – Hoyt-Tsenher (şimal mavisi) adından 
götürülmüşdür. Rəsmlər mağaraya girişdə  aşkar olunur. Mağaranın arkasayağı girişi  şimal-şərqə istiqamət 
götürərək 6-7 m hündürlükdə yerləşir. O bir iri zaldan və ondan şaxələnmiş çox da dərin olmayan mağaralardan 
ibarətdir. Divardakı oyuq və taxçalarda rəsmlər, hətta gündüz çətin hiss olunur. Taxçalardakı rəsm obrazları bir-
birindən müəyyən əlamətlərinə görə həm oxşar, həm də fərqlidirlər. 
Birinci taxçadakı  rəsmlər girişdən çox da uzaq olmayan sol tərəfdə yerləşir. Taxçanın dərinliyi və 
hündürlüyü bir metrə  bərabər olsa da, qeyri-bərabər ölçüdədir. Belə  təəssürat oyanır ki, paleolit «rəssam»ı 
tavandakı rəsmləri uzanmış vəziyyətdə çəkmişdir. Tavan rəsmləri qırmızı rəngli müxtəlif çalarları ilə işlənmişdi. 
ceyran və qoyun təsvirləri bir qədər parlaq çalarda verilmişdir. Buradakı təsvirlər canlı fiqurların qovuşmasını, 
xüsusilə buynuz, işarələrin, uzun xətlərin çarpazlaşmış  şəkildə  təzahürü spesifik məzmun kəsb edr. Bunların 
içərisində «buynuz», «ox», «bumeranq», ilanabənzər fiqur təsvirləri daha çox üstünlük təşkil edir. Bütün 
rəsmlər eni 5 və 14 mm həcmdə olan kontur xətlərlə həyata keçirilmişdir. Bəzi təsvirlər heyvanları əks etdirsələr 
də, onları insan obrazının timsalı kimi də qəbul etmək olar. Məsələn, antilopların kişi obrazını ifadə eməsini üç 
ayaq, buynuz, qulaqla verilməsi və  hərəkətdə olması  əlamətləri ilə  dərk etmək mümkündür. Bu mağaradakı 
təsvirləri xüsusiyyətlərinə görə dünyanın digər qədim abidələrindəki təsvirlərlə  də müqayisə edərək eyni 
cizgiləri müşahidə etmək mümkündür. Məsələn, fiqurlardakı hərəkət və ekspressləri Lez Eyzidəki Fon de Qomp 
mağarasında rəngarəng öküzün rəsmində  və ya qoyun təsvirlərini Fransanın Dordoni mağarasındakı maral 
təsviri ilə müqayisə etmək olar. 
Haqqında təhlil apardığımız Hoyt-Tsenheriy Aquy mağarasının ikinci taxçası birinci oyuğun yanında 
yerləşir. O əvvəlkindən daha geniş olub, tavan və divarlarında rəsmlərinin çoxluğu ilə  fərqlənir. Tavandakı 
rəsmlər daha çoxdur. Rəmzi işarə və nöqtələrdən əlavə, qoyun, keçi, at, fil, mamontların təsviri xüsusi yer tutur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
259
Buradakı bəzi heyvan təsvirləri (fil, mamont, dəvəquşu) Monqolustan təbiət və cəmiyyətinə yad olsa da, qədim 
monqolların bunlar haqqında təsəvvürlərinin olmasını sübut edir. 
Üçüncü taxçanın rəsmlərinə ikinci oyuqdan adlamaqla şahid olmaq mümkündür. Buradakı ən maraqlı rəsm 
ikidonqarlı  vəhşi dəvə  təsviridir. Onun ətrafında aydın olmayan şaxələnmiş buynuzlar, qırıq-qırıq xətlər maraq 
doğuran təsvirlərdəndir. Bu işarələr arasında küknar budaqları təsvirləri də üstünlük təşkil edir ki, dünyanın digər 
mağaralarındakı bu eyni rəsmlər kişi timsalını  verir.  Bu  təsvirlərdəki maraqlı detallardan biri dəvənin altında 
dağları bildirən xətlərin çəkilməsidir ki, bu da Qərbi Avropa təsvirlərindən məlum olan landşaft mənasını təcəssüm 
etdirir. 
Dördüncü taxçadakı  rəsmlər tacvari tavanda xaotik şəkildə yerləşdirilmişdi: rəsmlərin üst və  aşağı 
hissələri məlum deyil. Bu təsvirlərdə də nöqtə, ox, əyilmiş xətlər, üçbucaqlar, ay şəkilli fiqur və quşlar üsiünlük 
təşkil edir. Bütün təsvirlər qırmızı və ya qəhvəyi rəngdədir. Buradakı rəsmlərin ölçüsü 34 x 35 sm-dən 60 x 65 
sm-ə qədərdir. 
Aparılan təhlillər göstərir ki, öz manera və texnikasına görə qədim monqol rəsmləri Ural və qərbi Avropa 
təsvirlərindən fərqlənir. Buradakı  təsvirlər daha çox canlıların – heyvanların rəsmləridir. Vəhşi heyvanlar 
kompozisiyadankənar təsvir olunur. Kompozisiyanın bu cür tam sərbəstliyi qədim monqol təsviri sənətinin 
fərqləndirici xüsusiyyətlərindəndir. Apardığımız qısa ekskursdan məlum olur ki, monqol mağara təsviri 
sənətində yeni-yeni personajların üstünlük kəsb etməsi  ən vacib əlamətlərdəndir:  əvvəlcə fil, sonra dəvəquşu, 
nəhayət, dəvə təsvirlərinin üstünlüyü dediklərimizə sübutdur. 
Qərbi Monqolustan mağara təsvirlərini paleolit Avropası təsviri sənəti ilə doğmalaşdıran, yaxın edən digər 
cəhət rəsmlərin daha çox görünən, hiss olunan məkanlarda deyil, məhz  əlçatmaz yerlərdə – qaranlıq 
qalereyalarda, quyularda və s. Yerləşdirilməsidir. Bəzi fərqlərə (insan fiqurlarının olmaması, divarlarda 
relyeflərin zəif olması) baxmayaraq Hoyt-Tsenheriyn-aquy mağarası Monqolustan təsviri sənətinin Qərbi 
Avropa ilə müqayisəsində hələ ki təkdir. 
Monqolustan mağaraları  və buradakı  təsvirlər qədim monqol dünyagörüşündən, fəlsəfə  və 
mifologiyasından da dəyərli məlumatlar verir. Tədqiqatçı A. Lerua-Quranın fikrincə, paleolitin simvollar, 
işarələr sistemi təsadüfi hadisə deyil, onlar qədim əcdadların dünya, həyat, təbiət haqqındakı təsviri düşüncələri, 
təsəvvürlərinin  əyani təzahürləridir. Dünyanın digər nöqtələrində olduğu kimi, qədim Monqolustanda da 
miflərin, əsatirlərin təşəkkülü bu zəmindəndir. Miflərdə dünya, kainat haqqında ilkin təəssürat Hoyt-Tsenheriyn-
aquy mağara təsvirlərində öz təzahürünü tapmışdı. Məsələn: sirli aləm – quşların, yeraltı və sualtı dünya – ilan, 
balıq timsalında təmsil olunur. Paleolit adamının mağara təsvirlərində quş  və ilanlarla yanaşı, dırnaqlı 
heyvanların da rəsmi həyat mübarizəsi – xeyir və şərin antaqonist münasibətlərini ifadə edirdi. 
Qədim Monqolustan incəsənətindən söhbət açarkən mezolit abidələrinin də adlarını  çəkmək lazımdır. 
Xüsusilə Şərqi Monqolustanın Here-ull dağı ətrafındakı yaşayış məkanları mühüm əhəmiyyət kəsb edir. Burada 
silahlar, texniki ləvazimatlar tapılmışdır. 
Hoyt-Tsenheriyn-aquy mağarasından 1500 km kənarda yerləşən bir ərazidə Arşan-had adlı dağda 
müqəddəs hesab edilən bir çox yerlər mövcuddur. Dağın bir çox qayalıqlarının səthi rəsmlərlə  zəngindir. Bu 
həndəsi fiqur və ləkələr, cızılmış və həkk edilmiş təsvirlər qədim monqolların sənətindən xəbər verir. Bir daşın 
üzərində isə  ərəb, tibet, çin və  qədim monqol yazıları da açıq şəkildə hiss edilir. Belə bir təəssürat oyanır ki, 
bura müqəddəs yer hesab edildiyindən «qurbankəsmə» kimi dini ayinlər həyata keçirilib. Bu rəsmlərin mezolitə 
aid olduğu ehtimal edilir. Lövhələrdə heyvan və insan təsvirləri deyil, dairə, xaç, üçbucaq, nöqtəli çevrələr və s. 
üstünlük təşkil edir. İşarələr elə həkk olunmuşdur ki, biri digərinə maneçilik törətmir. Qədim insanların bunları 
xaotik şəkildə həyata keçirməklərində hansı məqsədə və ya qanunauyğunluqlara riayət etməsini ehtimal etmək 
çətindir. Arşan-haradakı heroqliflərdə  ən geniş yayılan təsvir «dırnaqlı heyvan» təsviridir ki, ona 55 dəfə rast 
gəlinir. Bu təsvirlərə Tsaan-ayriqdəki Orta qobi qayalıqlarında da təsadüf olunur. 
Neolit dövrü Monqolustanda insan cəmiyyətindəki inkişaf dəyişiklikləri ilə müşayiət olunurdu. Ovçuluqla 
yanaşı yığıçılıq və əkinçilik bir çox rayonlarda insanların oturaq həyat tərzinə səbəb oldu. Sənətkarlıqla bağlı 
əmək alətlərini, Yamat-nur gölü (Hovirq stansiyasının 10 km) ətrafındakı yaşayış  məskənində  məişət 
ləvazimatları tapılmışdır. 
Erkən neolitə  cənubi Qobidəki komplekslərin bir çox abidələri sübutdur. İlk abidə Sulanqhere-obanın 
şimalına 4 km yaxın yerdə yerləşir. Burada ilk emalatxananın izləri aşkar edilmişdir: bir çox məişət  əşyaları 
tapılmışdır. Əşyaların hazırlanma materialı əsasən müxtəlif rənglərdə – sarı, tünd qırmızı, qəhvəyi, ağ və mavi 
yəşəm (yaşma) daşıdır. Abidələrin yaşı, təxminən b.e.ə. IV-III minilliyə aid edilir. Sənətkarlar get-gedə 
təkmilləşərək məişətdə işlənən gil qablar hazırlığına bayşalırlar. Bu cür məskunlaşma yerləri və emalatxanalar, 
demək olar ki, ölkənin hər yerində yayılmağa başlayır. Lakin bu zaman bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, 
ölkə sakinlərinin yaşayış  və  fəaliyyətində yekcins həyat tərzi hökm sürmürdü: ölkənin bəzi rayonlarında 
təsərrüfatçı-yığıcılar, digərlərində isə, ovçular yaşayır və bu fəaliyyət sahələri ilə məşğul olurdular. 
Arxeoloqların apardıqları  tədqiqatlara  əsasən Monqolustanın qədim abidələrini aşağıdakı  təsnifat üzrə 
qruplaşdırmaq olar: 
Qobi neolit kompleksləri
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
260
Neolit düşərgələri; 
Şərqi Monqolustan məskunlaşma yerləri; 
Qərbi Monqolustan abidələri. 
Adları qeyd olunan bu mənbələrin hər birində qədim monqol sənətinin incəliklərini bəyan edən məqamlar 
mühüm əhəmiyyət kəsb edir. Mağara və qaya təsvirlərindəki heroqliflər təkcə incəsənət amili kimi deyil, həm 
də qədim insanların ideologiyasının elementi kimi çıxış edirdi. 
Monqolustan heroqlifləri, xüsusilə, çuluut işarələri bu ölkənin qədim sakinlərinin mifoloji təsəvvürlərinin 
müəyyən edilməsinə kömək edir. Çuluut heroqlifləri fraqmentar və sxematik olsa da, qədim insanların dünya, 
həyat mənbələri, ölüm və əbədilik, kainatda insanın yeri kimi təsəvvürləri ifadə edirdi. 
Monqolustanın  ən qədim dini ayinlərinə - anaya nəsilartıran varlıq kimi yanaşma aid idi. Qadın obrazı 
divar kompozisiyalarında özünüməxsus yer tuturdu. Xüsusilə, qadını  təcəssüm etdirən heyvan təsvirlərinin 
qırmızı, kişinin qara rəngli ifadəsi rəmzi məna verirdi. Paleolitin heykəltəraşlıq təsvirlərində  də qadın 
əlamətlərinin qabardılması qadın heykəllərinə misal idi. Təsvirlərdə qadının «barvermə» başlanğıcı daha 
üstünlük təşkil edir. Şimali Monqolustanın qayalıqlarında eneolit dövrünə aid qadın təsvirlərində bu incəliklərə 
«qədim həkkak»lar diqqət yetirmişlər. Qadın-şaman obrazları da nəzərdən qaçılmazdır. Təsvirlərdəki quş 
rəsmləri isə, əsasən insan ruhunun ifadəçisi kimi təzahür tapır. Dünyanın bir çox xalqlarının mifoloji təsəvvür-
lərində «insanın quşa çevrilməsi» kimi anlam qədim monqollara da doğma olduğundan, qəddar Ele ruhunun quş 
görkəmində pislik, bədbəxtlik gətirməsi, digər  şər ruh - Adanın göyə qalxaraq insanları qorxutması, xəstəlik 
gətirməsi mövzuları etnoqrafik və folklor mənbələrində öz bədii əksini tapmışdı. Çox zaman isə quş xeyirxah 
əməllər rəmzi kimi də çıxış edirdi. 
Qədim Monqolustan dinlərində totem anlayışında maral obrazı müstəsnalıq təşkil edirdi. Maral obrazı 
ilahiləşdirilərək  şərəfinə xüsusi ayinlər həyata keçirilmişdi. Bu ayinin ən qədim izləri Monqolustanın bir çox 
əsrlər boyu çuluut müqəddəs yerlərindəki təsvirlərdə müşahidə olunur. Sonrakı tarixi mərhələlərdə ana maralın 
başındakı buynuz rəsmi ritual mahiyyət kəsb etməyə başlayır. Uzun illər maral buynuzundan rəqs maskaları, 
şaman baş geyimləri elementləri də bu totemdən miras qalmış  məqamlardır. Folklorda maral obrazının 
populyarlığı bu günədək qalmaqdadır. Nqanasanlılarda hətta yer üzünün yaradıcısı məhz vəhşi dişi maral və dişi 
sığın olması haqqında əfsanə də vardır. Çuluut rəsmlərində nqonun obrazı – vəhşi maralın timsalında təzahür 
edir. Bu varlıq, həm ana, həm ata, «sahib» adını daşıyan hər bir kəs ola bilər. Kollektiv yaz mərasimlərində 
nqasanların hər birinin evində maralı boğaraq «pay» şəklində əcdadlara – ana Yerə qurban verirdilər. «Pay»ın 
verildiyi yer, çox güman ki, müqəddəs yer hesab olunurdu. 
Şimali, Mərkəzi Asiyada olduğu kimi qədim Msiqo mifologiyasının mühüm personajlarından biri «böyük 
vəhşi heyvan» olan sığındır. Amur nanaylarının miflərində «sığın» anlayışı kainatın yaradıcısı kimi təcəssüm 
tapmışdır. 
Monqolustanın şərqində neolit dövründən öküz dini ayini özünüməxsus yer tutmuşdur. Bir qədər sonralar 
bu, Monqolustanda məskunlaşmış tayfaların  əcdad toteminə çevrildi. Xanqay dağlarındakı heroqliflərdə  səma 
öküzləri və inəklərinin obrazları  təsvir olunmuşdur. Çuluutda da eyni rəsmlərə rast gəlmək olur. Çuluutun 
eneolit dövrünü əhatə edən təsvirlərində kosmik rəmzlər (günəş və ay), səma öküzü və inəklərinə də üstünlük 
verilir. Təsvirlərin birində yuxarı – səma aləmi – öküz timsalında, orta – yer aləmi – qoyun, aşağı mərtəbədə isə 
– yeraltı aləm ilanlar obrazında təsvir olunur. Bu rəsmlərdə ən maraqlı elementlər qadın antropomorf fiqurlardır. 
Təsvirlərdə heyvanların hissələrə bölünməsi, yaxud dərisinin soyulması məqamları qədim Monqol tayfalarında 
mövcud olan «qurban kəsmə» ayininə birbaşa sübutdur. 
Monqolustan tunc dövründə heyvandarlığın, metallurgiyanın inkişafı ilə əlamətdardır. Buradakı mədəniyyət 
karasuk (bu ad Karasuk çayının sahilləri ilə bağlıdır) mədəniyyətinə, incəsənət isə karasuk üslubuna mənsub idi. 
Çoban tayfalarının ayrılması – əməyin bölgüsündəki ilk böyük ictimai hadisə idi. Bu, çoxsaylı sürülərin 
təşəkkülünə, sərvətin çoxalması  nəticəsində mülkiyyət müdafiəsi üçün hərbçinin rolunun artırılmasına başlıca 
səbəb oldu. 
Qeyd etdiyimiz kimi, Monqolustanda tunc dövrü Karasuk mədəniyyəti ilə bilavasitə bağlıdır. Bu 
mədəniyyət Qobi Ordos ərazisindən cənuba - Krasnoyarskın  şimalınadək böyük bir məkanı  əhatə edirdi. 
Göründüyü kimi, karasuk mədəniyyəti Mərkəzi Asiya və  cənubi Sibirin qədim xalqlarını  əhatə edir. Karasuk 
mədəniyyəti b.e.ə.II minilliyin ortalarından Asiyanın mərkəzində skiflərdən öncə geniş vüsət tapmış bir 
mədəniyyətdir. Lakin bu mədəniyyətin özündən  əvvəlkilərdən fərqli xüsusiyyətləri, spesifik cəhətləri və 
əlamətləri olmuşdur ki, bu da tunc dövrü mədəniyyətini müstəqil şəkildə qavramağa imkan verir. Xüsusilə, tünc 
materialından məişət avadanlıqlarının hazırlanması  sənətkarlıq aləmində mühüm əhəmiyyət kəsb edən 
məsələlərdəndir. Tunc bıçaqlar, xəncərlər, orijinal zinət  əşyaları bu qəbildən olan sənətkarlıq nümunələridir. 
Qablar və dolçalar üzərindəki ornamentlər də bu mədəniyyətin elementlərindəndir. 
Qədim Qərbi Monqolustanda maral daşları kimi tanınan sütunlar mədəniyyətin ən aparıcı sahələrindəndir. 
Bu daşlarda maral təsvirləri üstünlük təşkil edərək, xüsusilə hündür dağlarda qorunaraq saxlanırdı. Bunlar 
qranit, mərmər və ya bazaltdan monumental heykəltəraşlıq nümunələri olub, 2-5 metr hündürlükdə, üzəri 
yonulma təsvirlərlə  bəzədilmiş abidədir. Bu abidələrin üzərinin b.e.ə. II minilliyə gedib çıxması haqqında da 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
261
bəzi dəlillər mövcuddur ki, bu da Monqolustanın qərb və şimal-qərbinə aiddir. Ölkənin şərqində maral daşları 
qəbir daşları kimi təcəssüm tapırsa, qərbdə onlar memarlıq kompleksi rolunu oynayır. Bu daşlar Monqolustan 
peyzajının  əsas tərkib hissələrindəndir. Bu abidələrin təsviri və ümumiyyətlə, digər səciyyəvi məqamları 
haqqında uzun illər mübahisə və diskussiyalar getsə də, onlar haqda bəzi təsnifat və nəticələri də vermək olar. 
Məsələn, bu daşlardakı təsvirlərə görə onları 3 tipdə təsnif etmək olar: 
I tip – maralların budaqlanmış buynuzlarına və dimdikli üzlərinə görə təsviri; 
II tip – maral, sığın və digər heyvanların «durmuş» halda təsviri. Buradan belə bir nəticə çıxarmaq olar ki, 
get-gedə maral obrazı at təsvirinə oxşadılmağa başlayır. 
III tip – sütunlarda heç bir heyvan təsvirinin olmaması. Burada başın mərkəz hissəsində silah və daşın hər 
dörd tərəfinin sonluqlarında at başının təsviri. 
Maral daşlarının özünəxas simvolika və semantikası mövcuddur. Bunların  əsas rəmzi mənası  əcdada – 
marala (daha sonralar - ata), günəşə, totemə həsrolunmadır. 
Abidənin bir çox elementləri, ötən dövrlərdən ən maraqlı və unikal cəhətləri özündə əks etdirmişdir. Əgər 
abidələri təsvirlərə görə hissələrə bölsək, onda onun yuxarı  təbəqəsinin bəzək hissəsi ilə  səmaya doğru 
istiqamətləndiyinin  şahidi olarıq ki, bu da göy cisimlərinə, bir növ Allaha xitab rəmzi kimi təsəvvür oyadır. 
Daşın mərkəzi hissəsi isə, maral və digər dırnaqlı heyvanların təsvirləri ilə örtülür ki, bu da Yer həyatının, 
rəmzidir. Nəhayət, aşağı  təbəqə, yeraltı dünyanı simvolizə edən döyüş silahlarını  təzahür etdirir. Göründüyü 
kimi, maral daşlarının hər üç təsvirinin vahid tərkibi «həyat» anlayışını, yəni doğulan gündən ölənə  qədər – 
bütöv bir müddəti çoxmənalı və obrazlı, rəmzi şəkildə təsvir edir. Daşın özü nəsillərə həyat verən əcdada abidə 
rolunu oynayır. 
Haqqında söhbət gedən ilk memarlıq mədəniyyəti  Şimali və  Qərbi Monqolustanı  əhatə edən karasuk 
tayfalarına aiddir. 
Qədim Monqolustan mədəniyyətinin əsas abidələrindən birini də, xüsusilə, ölkənin şərqində mövcud olan 
qəbirlər təşkil edir. Bu qəbirlərin əsas «mədəniyyət» obyekti olması qəbir daşları üzərindəki qədim insanların 
həyatını  əks etdirən təsvirlər, basdırılan cəsədin yanında məişət, hərbi ləvazimatların olması  və s. faktlarıdır. 
Məhz bu faktlar əsasında Monqolustanın qədim sənətinə aydınlıq gətirmək mümkündür. Ulanqom 
qəbiristanlığında dediklərimizi sübut edən onlarla mənbəyə rast gəlmək olar. Bu mənbələrdə monqol 
tayfalarının təsərrüfat, həyat tərzi, peşəkarlıq və sənətkarlığı haqqında da informasiya əldə etmək olur. Məsələn, 
qəbirlərə əsasən bilmək olar ki, qədim tayfalar heyvandarlıqla, xüsusilə, maldarlıqla məşğul olmuşdur. At, öküz, 
qoyun, keçi sümükləri qəbirlərdən tapılmış  əsas dəlillərdir. Bu mənbələrə  əsasən belə bir fərziyyəni 
dəqiqləşdirmək olar ki, Mərkəzi Asiya, o cümlədən Monqolustanda köçəri maldarlıq daha çox üstünlük təşkil 
etmişdir. 
B.e.ə. I minilliyin ortalarında köçəri monqollar heyvanların 5 növündən – at, iri buynuzlu mal, keçi, dəvə 
və qoçdan istifadə etmişdir. Ovçuluqda qədim insanlar kiçik heyvanlar və quşlara ətinə görə, iri heyvanlara isə
ətlə yanaşı, dəri və  xəzinə görə meyl edirdilər.  Bu  ov  səhnələrinə Kobdo və Arxançay heroqliflərində rast 
gəlmək olar. Eyni rəsmlərə Çuluut təsvirlərində də rast gəlmək mümkündür. 
Qədim monqol mədəniyyətində, məişətində qadın, ailə  məsələləri önəmli yer tutan amillərdəndir. 
Aparılan unikal tədqiqat və axtarışlar, Ulanqom qəbiristanlığındakı  qəbirlərdəki vəziyyət b.e.ə. I minilliyin 
ortalarında Qərbi Monqolustan cəmiyyətinin strukturu haqqında zəngin və dəyərli informasiya verir. Məsələn, I 
qəbirdə əldə olunanlara əsasən yetkin yaşlı qadının yanında 25-30 yaşlarında gənc oğlanın dəfni, yaşa görə onun 
oğlu olması ehtimalını verir. 
II qəbirdə  uşağın yanında iki nəfər yaşlı kişinin basdırıldığı bilinir. cənazələrin düzülüş istiqaməti də 
maraq doğurur: belə ki, bunlar ya sağ, ya da sol tərəfə doğru basdırılmışlar. Bütün bunlar sözsüz ki, qədim 
monqolların dəfnetmə mərasiminin də xüsusi qaydalara malik olduğunu göstərir. 
Qədim Monqolustan mifoloji dünyagörüşündə allah obrazlarında Ana Yer obrazı Etugen xeyir və  şər 
başlanğıclarını  tərənnüm edən və onlara vücudverəndir. Səma isə başqa vücuda – insana ruh verir. Varlığı 
yaradan Ana od məhsuldarlıq, uşaqların doğulması, illərin dəyişilməsi ilə əlaqədardır. 
Qədim Monqolustan ayinlərini dərk etmək üçün od-ananın  şərəfinə qurbanvermələrin keçirilmə prosesi 
əhəmiyyət kəsb edir. Bu ayinin mənşəyinin daha qədimlərə gedib çatması ehtimalı da var. Alman professoru 
V.Hayssiq qədim monqolların daş, qaya və dağlara olan mifik səcdəsinin kökünün daş dövrünə aid olması 
fərziyyəsini irəli sürür. Ona görə  də uzun əsrlər monqol xalqında məhz daşda əcdadların ruhu olduğu ideyası 
qalmaqdadır. 
Monqolustanın mədəniyyəti onun tarixi inkişafı ilə, hadisələrin ardıcıllığı ilə tam əlaqəli olduğuna görə, 
bu sahədəki durum şəraitlə birbaşa eyni məzmun kəsb edirdi. E.ə. IV-III əsrlərdə artıq xüsusi mədəniyyət 
yaranır, mübadilə başlanır, tayfa ittifaqları meydana çıxır. İbtidai icma quruluşu dağılmağa başlayır, feodalizm 
münasibətləri formalaşır. Monqolustan ərazisində ilk tayfa ittifaqı – hunkuların ittifaqı yaranır. O, 300 il yaşa-
dıqdan sonra ardınca Syanbi, jujaney, Kidan dövlətləri, Türk, Uyqur xanlıqları formalaşır. Vahid Monqol 
dövləti, yalnız XIII əsrə  təsadüf edir. Bu dövlətə Temuçin başçılıq edir. 1206-cı ildə monqol xalqlarının 
qurultayında Temuçin Çingizxan adı ilə «böyük xan» elan edildi. İstismar dairələrini genişləndirmək və digər 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
262
ölkələrin sərvətlərini talan etmək yolu ilə varlanmağa cəhd göstərən feodalların mənafeyi naminə yaradılan 
hərbi-feodal dövləti tezliklə ilhaqçılıq və işğalçılıq müharibələrinə başladı. 
Artıq orta əsrlərin başlanğıcında Monqolustanda şəhər tikintisi mədəniyyətin özünəməxsus inkişafında 
çox mühüm bir hadisəyə çevrildi. Əslində bu sahədə  işin təşəkkülü, hələ vahid dövlət quruluşu yaranmazdan 
xeyli əvvəllərə təsadüf edir. Hələ VIII-IX əsrlərdə Uyğur xanlığı dövründə şəhər tikintisinə başlanılır. VIII əsrdə 
Ordubalıq xanlığının paytaxtı tikilir, hazırda bu yer Orxon-Hara-Balqasun adlandırılır. Burada xan sarayı, hərbi 
kazarmalar, ticarət köşkləri, sənətkar emalatxanaları yerləşmiş, Baybalıq  şəhərini isə Ordubalıqdan bir qədər 
kənarda tikməklə monqollar onu mədəni mərkəzə çevirdilər. 
Kidan hakimiyyəti çağlarında mənbələrin verdiyi məlumatlara  əsasən sənətkarlıq və  kənd təsərrüfatı 
inkişaf etməklə oturaq həyat tərzi başlıca yer tutmuş, bu isə  şəhər və  kəndlərin salınmağında  ən başlıca 
amillərdən biri olmuşdu. Bu, xüsusilə aparılan arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılardan sübut olunur. 
Vahid Monqol dövlətçiliyi epoxasında isə, sənətkarlıq istehsalı, şəhər tikintisi, ticarət geniş vüsət tapdı. 
Qədim Monqol şəhər tikintisi və memarlığının  ən gözəl nümunəsi Monqol dövlətinin paytaxtı Orxon 
sahillərində yerləşən Qara-Qorum (Hara-Hori, Qara Qayalar şəhəri) idi. Monqol xanları bu şəhəri bütün kainatın 
mərkəzi kimi görmək niyyətində olduğundan burada zəngin binalar tikdirmişlər: 9 budda, 1 xristian məbədi və 2 
məscid şəhəri bəzəyirdi. Onun tikintisinə 1220-ci ildə hələ Çingizxanın dövründə başlanılmışdır. Şəhər özünün 
çiçəklənmə çağını Uqedey xanları hakimiyyətində yaşamışdı. Qara-Qorumda rəngarəng memarlıq üslubları 
təzahür olunurdu ki, bu da xarici ustaların, xüsusilə, qəsb edilmiş ölkələrdən sənətkarların cəlb olunmasını sübut 
edir. Lakin milli ənənəvi üslublar da inşaat-tikinti işlərində özünü təcəssüm etdirirdi. Bu şəhərdə ilk dəfə 
Avropa səfirləri sifətilə səyyahlar olmuş və təəssuratlarını yazılı şəkildə ifadə etmişlər. Fransız səfiri monax Qil 
(Vilhelm) Rubruk 1251-ci ildə Qara-Qorumu səyahət edərkən öz qeydlərində yazmışdır: «Şəhər gil divarlarla 
əhatələnmiş və dörd qapıya malikdir. Şərq qapısında buğda və taxıl satılır; qərb qapısında qoyun və keçi; cənub 
qapısında öküz, peyin, şimalda isə at satılır». 
Qazıntı işləri zamanı əldə edilən məlumatlardan biri də rəngarəng bəzəklərlə müxtəlif qablar istehsal edən 
emalatxanaların olması haqqında faktlar idi. 
Yuxarıda qeyd etdiyimiz kimi Qara-Qorumda müxtəlif dinlərə xas olan 12 sayda kilsənin olması faktı da 
əldə olunmuşdu. Xüsusilə budda dininə həsr olunmuş bina öz füsunkarlığı ilə seçilir. Bina 1256-cı ildə tikilmiş 
və 1311-1346-cı illərdə  bərpa olunmuşdu. Daş lövhə üzərində «1346» rəqəminin yazılması kilsənin böyük 
Uqedey xanının dövrünə  təsadüf etdiyini sübut edir. Qeyd etmək lazımdır ki, buddizm əvvəlki çağlarda da 
Monqol dövlətçiliyində xüsusi yer tutan dinlərdən olmuşdur.  Şəhərin digər  əzəmətli bəzəyi Uqedey adan xan 
sarayı idi. O, 1235-ci ildə inşa edilmişdi. Rəşid-ad-Dinin yazdığına görə, Uqedey xanı Qara-Qorumda gözəl 
bina tikmək əmrini verərək memarlardan bu sarayın çox əzəmətli olmasını tələb etmişdi. Saray əsasən böyük və 
möhtəşəm sütunlardan ibarət oldu. Sarayı çox rəngli kirəmit dam örtüyü bəzəyirdi ki, bu da günəş şüaları altında 
gözü qamaşdırırdı. Sarayın daxili divarları çin sənətkarları  tərəfindən təsvirlərlə  bəzədilmişdi. Döşəmənin altı 
qızdırıcı sistemlə təchiz olunmuşdu. Sarayın mərkəzində tacqoyma məkanı tikilmişdi. Sarayın üç qapısı cənub 
tərəfə doğru istiqamətləndirilmişdi. Qapıların əks hissəsində Munke Xanın əsir düşmüş fransız ustası Vilhelm 
Buşyeyə sifariş verdiyi gümüş qapı yerləşdirilmişdi. Sarayın  əlamətdar yerlərindən biri şir heykəllərinin 
ağzından kumıs içkisinin, ilan heykəllərinin ağzından isə südlü arağın fəvvarə vurması idi. 
Quyukların hakimiyyəti çağlarında xanın yataq dəstini, möhürünü hazırlayan rus sənətkarı Kosma 
(Kuzma)da çalışırdı. 
Çingiz xanın hakimiyyəti dövründə Monqolustan ərazisində şəhər-qalaların, qəsrlərin tikintisi çox böyük 
vüsət aldı ki, burada da monqollarla yanaşı, xaricilər də yaşayırdılar. Alınan məlumatlara görə, Tyan-Çjanhay 
(Çinçay)  şəhər-qalasında Türküstandan 300 ticarətçi ailəsi, 300 çin toxucu ailəsi yaşayırdı. Bu şəhərin özü 
böyük ticarət və sənətkarlıq mərkəzlərindən biri idi. Burada 10 min adam yaşayırdı. 1223-cü ildə Monqolustana 
səyahət etmiş səyyah Çan Çunun verdiyi məlumata görə Çinçay tez bir zamanda böyüyərək aparıcı şəhərlərdən 
birinə çevrildi və şəhərin kənarlarında torpaqla məşğulluq da üstünlük təşkil etməyə başladı. Yuan dövründə isə 
bu şəhər Monqolustan ölkəsinin qərbində ən aparıcı əkinçilik mərkəzlərindən birinə çevrildi. 
Şimali Çində öz hakimiyyətini möhkəmlətmək məqsədilə monqol feodalları öz idarəetmə  mərkəzlərini 
yaxşılaşdırmağı planlaşdıraraq 1255-ci ildə Munke-xan qardaşı Hubilaya Dolon-nora gölü ətrafında yeni şəhər 
tikilməsi haqqında əmr verdi. Kaytin şəhəri belə yarandı. Bir çox monqollar bu şəhəri Şandu-Balçasun (Şandu) 
adlandırdılar. Şəhərdə sənətkarlıq emalatxanaları, budda məbədləri, böyük bazarlar üstünlük təşkil etdi. Bura-
dakı saraylar isə, öz milli memarlıq üslubuna görə digərlərindən seçilirdi. 
Hubilay-xan özünün dörd şəhər-qərargahını yaratmışdır: Xanbalqasun (Pekin), Şandu, Çahan-nore (Şandu 
və Daydu arasında), Lantin (Erçul çayının başlancığı mənbəyində). Hyan dövründə Monqol imperiyasının Rara-
Roruma keçilməsi ilə əlaqədar şəhər əyalət şəhərinə çevrildi. 
Şəhər tikintisi mədəniyyətində yaşayış evlərinin inşası da özünəməxsus yer tuturdu. Belə ki, monqolların 
öz həyat tərzinə görə əsas yaşayış tipi yurtlar hesab olunurdu. Dördkünc bina və evlərdən başqa, dairəvi formalı 
yurtlar da orta əsr mədəniyyətinin əsas nümunələrindən hesab olunur. Monqol yurtlarının (çer) bir çox növləri 
mövcud idi: ordo (urqoo) çer, şilte-sutey çer, ebesun nembule çer, barqosun çer, modın çer, çer luq, çer terçen 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
263
və s. Hər bir yurtun da öz xüsusiyyəti mövcud idi. Məsələn, ordo (urqoo) çer – xanların yaşayışı üçün nəzərdə 
tutulan dairəvi formaya malik bir məkandır. O, söyüd budaqlarından hörülmüş, ağac dayaq sütunlarından 
qurulmuş, bayır səthi qızılla, içərisi pambıqla, möhkəm parça ilə örtülmüş formaya malik idi. Şilte isə şüşə və 
daşdan istifadə edilərək yurt formasına malik olan yaşayış məkanı tipidir. Belələrində xanın yaxın adamları – 
tanınmış şəxslər yaşayırdı. Çer-terçen yurtu isə araba üzərində daşınan evcikdir. 
Kalmık alim və memarı D.B.Pyürveyevin təsnifatına əsasən öz funksional təyinatına görə yurtlar 4 növə 
bölünür: 1) xar-çer – qara yer deməkdir və o, ailənin yaşayışı üçün nəzərdə tutulur; 2) urqoo çer – xan, knyaz-
noyonların yaşayışı üçün; 3) tsaqon (ağ) çer – fəxri qonaq və yeni evlənənlərin qəbulu üçün; 4) xurlın (dua) çer 
isə ibadət üçün nəzərdə tutulurdu. 
Memarlıqda saray və  məbədlərin tikintisi xüsusi yer tuturdu. Onların ölçüsündəki dəyişmələr sarayın 
görkəminə  təsir edən amillərdən idi. XIII əsrdə digər saraylr da tikilməyə başladı. Lakin onların ömrü uzun 
olmadı. Belə ki, XIV-XV əsrlərdə ölkədə gedən müharibələr bu dövrdə böyük həcmli tikililərin aparılmasında 
fasilə yaratdı. Paytaxt köçərilərin  əlində oldu. Monumental memarlıq ölkədə XVI əsrin axırlarında vüsət 
tapmağa başladı ki, buna da əsas təkan verən amil buddizmin yayılması hadisəsi oldu. Bu, çoxsaylı dini 
məbədlərin inşasını sürətləndirdi. İlk böyük monastır Qara-Qorum yaxınlığında 1585-ci ildə Tibet nümunələrinə 
oxşar Erdeni-Dzu idi. Monastır 3 məbəddən ibarət olub, yüksək ağ, mərmər platforma üzərində tikilmiş, dam 
örtüyü isə kənarı yuxarı olan kirəmitlə örtülmüşdür. Digər monastır isə İh-Hure adlanaraq XVII əsrin abidəsinə 
çevrilmişdir. Hazırda o, paytaxt olan Ulan-Batorun tarixi görkəminin nişanəsidir. 
Orta  əsrlərdə Monqolustanda buddizmin yayılması ilə  əlaqədar məbədlərin tikintisində interyerin 
heykəltəraşlıq nümunələri ilə bəzədilməsi əsas tərtibat elementinə çevrilmişdi. Budda ilahələrinin ağac, tunc, gil, 
kağız, qızıldan hazırlanması  və parlaq boyalarla rənglənməsi mühüm yer tuturdu. Bu incəliklər məbədin 
işıqlanmasına şərait yaradırdı. 
Monqolustanda tunc heykəltəraşlığının çiçəklənməsi XVII əsrə aiddir. Bu, monqol ruhanilərinin başçısı 
olan Dzanabadzaranın adı ilə bağlıdır. Yaşıl Tara adlı ilahənin (ruhların himayəçisi)  şəfqəti onun formaca 
dəqiqlik və incəliklə  işlənməsində, yonulmasında özünü göstərir. Gənc ilahənin  şanagüllə çiçəyinin tağı ilə 
təsviri onun həqiqət, təmizlik, saflıq rəmzinin ifadəsidir. XVI əsrdə tikilən Abatay-xan sarayında 300 adam 
yerləşə bilərdi. Tsaqanhurada (Ağ monastır, 1647) 150-dən 200-ə qədər adam yerləşirdi. Göründüyü kimi, orta 
əsrlər monqol mədəniyyətində tikinti, inşaat işləri xüsusi əhəmiyyət kəsb edirdi. Orta əsrlərdə Monqolustan 
mədəniyyətində inkişaf edən sahələrdən biri də riyaziyyat elmi idi. Monqolların riyazi biliklərinin kökləri hələ 
lap qədimlərə, xüsusilə, onluq say sisteminin təşəkkülü çağlarına gedib çatır. Qədim monqolların ən ibtidai sadə 
say sistemi barmaq hesabından başlanmışdı. Məsələn, sağ və sol əlin baş barmağı 1 (10), nişan barmağı 2 (0), 
orta barmaq 3(9), dördüncü barmaq 4 (7), çəçələ barmaq isə, 5(6) rəqəmlərini ifadə edirdi. 
Riyaziyyatın inkişafının lap erkən mərhələsində birinci onluq dini-mistik rəmzə malik idi. Bunlar qədim 
monqolların təsəvvüründə  təkcə  rəqəm deyil, həm də  ətraf aləmin mahiyyətini ifadə edirdi. Rəqəmlər həyat 
hadisələrinin, şeylərin ekvivalentini əks etdirən fəlsəfi xarakter kəsb edirdi. Məsələn, monqolların təsəvvürlərinə 
görə «4» (dorov) – «okeanı», «15» (arven tav) – bədirlənmiş ayı, «32» (qruçin xoyer) «diş»ləri və s. ifadə 
edirdi. Bəzi hallarda rəqəmlər ulduz toplularını ifadə edirdi. Bürclərin adı da ulduzların toplusunu əks etdirən 
saya əsasən müəyyən olunurdu. 
Monqolların riyazi biliklərində ölçü vahidləri də xüsusi yer tuturdu: Uzunluq ölçüləri – ald, delim, toxoy, 
xuruu; çəki ölçüsü – jin, lan, tsen; həcm ölçüsü – suulça, duu, şim; sahə ölçüsü – dorvoljin ald, uuden am; 
zaman ölçüsü – xonoq, tsaç, moç, xuv, çinluur, amsçal, eqşin, densen. Bu biliklər içərisində  ən xırda ölçü 
vahidləri də mühüm yer tuturdu: məsələn, delnş xyalqas - at tükünün ölçüsündə olan 0,5 mm; tarianı orqon - 
buğdanın diametri olan 3 mm; temeeni utasnı orqon - dəvə yunundan olan sapın ölçüsünü əks etdirən 3,2 mm 
göstərirdi. 
XIII əsrdən başlayaraq Monqolustanda yazılı riyaziyyatın inkişafına təkan verildi. Bu, ilk növbədə vahid 
Monqol dövlətlərinin yaranması ilə  əlaqədar ümummonqol yazısının üzə  çıxmasına səbəb oldu. Yazılı 
riyaziyyatın vüsətinə dair mənbələrə isə yalnız XVII-XVIII əsrlərdə rast gəlinir. Bunlar aşağıdakılardır: «Qədim 
müdriklərin beşiyi» («Merqed qaraxın oron»), «Çalışmaların həllinə dair tövsiyələr» («Bodloqın usqmyq taylan 
yalçasan taylbar biçiq»). 
Aparılan tədqiqatlar sübut edir ki, Monqol riyaziyyatı Hind, Tibet, Çin, Orta Asiya ölkələrinin riyaziyyatı 
ilə  sıx  əlaqəli olub. Orta əsrlərdə monqol riyaziyyatının inkişafı XI-XVIII əsrlərdə  Şizixutaha, Tatatunqa, 
Quuşinha, Myanhata kimi riyaziyyatçı alimlərin meydana çıxmasına səbəb oldu. Görkəmli riyaziyyatçı 
Myanhatanın «Riyazi qanunların detallı şəkildə işlənməsi», «Dairənin kəsişməsi ilə Pi-nin müəyyən edilməsinin 
qısa metodu» adlı elmi əsərləri göstərmək olar. İkinci  əsərini riyaziyyatçı alim Ç.Nyutonun (1643-1727), 
c.Qreqorinin (1638-1675) riyazi tədqiqatlarını dərindən öyrəndikdən sonra yazmışdı. 
53 cilddən ibarət olan «Riyazi qanunların detallı şəkildə işlənməsi» əsərini müəllif 1712-ci ildə yazmağa 
başlayaraq 10 ildən sonra – 1722-ci ildə yekunlaşdırmışdır.  Əsərin I hissəsi (II-IV cild) «Həndəsənin 
başlanğıcı» adlandırılır. Bu hissədə Myanhat Evklid nəzəriyyəsini təkrarlayır. «Həndəsənin başlanğıcı» əsəri 12 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
264
fəsildən ibarətdir. Birinci fəsil 24 paraqrafı  əhatə edərək bucaq, dairə, paralel xətlər, üçbucaq, dördbucaq, 
teoremlər və d. mövzulara aiddir. 
Myanhat həm də astronomik əsərləri ilə məşhurdur. Onun bu sahədə ən məşhur əsəri «Təbiət hadisələrinin 
yoxlanılması  və  dərk edilməsi haqqında oçerklər» adlanır. Bu kitabda müəllif səma cisimləririnin hərəkəti, 
düzülüşü, Günəş  və Ay sisteminin vəziyyəti, kainatın quruluşu haqqında elmi məlumat verir. O, Qərbi 
Avropanın məşhur alimləri Kopernik, Kepler, Tixo Braqenin heliosentrik nəzəriyyəsini rəhbər tutaraq öz 
fikirlərini  əsaslandırmışdı. Bu elmi kitab Yaponiyada da məşhur idi. Belə ki, Kansenin məşhur yapon 
astronomik təqvimi Myan hatanın bu əsəri əsasında tərtib edilmişdi. 
Orta  əsrlərdə digər elmlərin inkişafı da özünəxas formada vüsət tapmaqda idi. Xüsusilə, monqol 
fəlsəfəsində dini təfəkkür buddizm üzərində vüsət etdi. Budda rahiblərinin fəlsəfi traktatları yayıldı. Bu qəbildən 
ilk əsər «Dərk edilənin izahı» adlanaraq XIII əsrdə Loda caltsan tərəfindən yazılmışdı. XVI-XVII əsrlərdə isə bu 
din lamanizm formasında rəsmi dövlət dini kimi ad qazandı. 
Rocamba Sodnom Vancal məntiq və dialektikaya dair «Günəş ziyası» adlı  dərslik yazdı. XVIII əsrin I 
yarısında Çan-Ça-Xu-tuq-tu «müdriklər lüğəti»ni tərtib etdi. 
Orta əsrlərdə ədəbiyyatda dünya şöhrətli yeni-yeni bədii əsərlər yaranmağa başlayır: «Monqolların dəruni 
dastanı» (1240), Lubsan Dandzanın «Altun dastan»ı (XVII əsr), Saqan Setsenin «Sarı hekayət» dastanları 
belələrindəndir. Xüsusilə, orta əsrlər poeziyasının nümunələri XVII-XVIII əsrlərə aid salnamələrdə mühafizə 
olunmuşdur. 
Monqol musiqisinə gəldikdə isə, onu söyləmək lazımdır ki, incəsənətin pentatonikaya əsaslanan bu növündə 
mahnı, epik dastan və instrumental musiqi başlıca yer tutur. Mahnılar zəngin ornament, geniş diapozonlu, asta 
templi (urt duu) və sadə quruluşludur (bogino-duu). Epik dastanlar xurçi (xurçalan), uligerçi (dastançı), duuçi 
(solist müğənni), xoqjimçilərin (instrumentalist) yaradıcılığında təmsil olunurdu. Musiqi alətlərinə limba (fleyta 
növü), morinxur və xuçir, şaiz (simli), yooçin (simba) növü və s. 
Monqolustan teatrının kökü də qədimlərə gedib çıxır. Belə ki, qədim rəqslərdə və məişət mərasimlərində – 
toy, məhsul bayramları  və s. teatr ünsürləri formalaşır. Daha sonralar bunlar misteriya tamaşalarına, dünyəvi 
məzmunlu saray teatrlarına keçmişdi. 
Mədəniyyətin qədim  ənənələri müasir gündə  də yaşamaqdadır. Qədim kökə  əsaslanmış müasir monqol 
mədəniyyətinin bu gün inkişaf tendensiyası mövcuddur. Xüsusilə, Monqolustan Xalq Respublikası yarandıqdan 
sonra (1924-cü il) mədəniyyət xeyli inkişaf etməyə başladı. Monqolustanda kütləvi savadlanma məqsədilə 
dövlət xalq maarifi sistemi formalaşaraq ibtidai məktəbdə 3 il, natamam məktəbdə 8 il, tam orta məktəbdə isə 10 
il təhsilə  qərar verildi. Monqolustanın paytaxtı olan Ulan-Batorda Dövlət Kütləvi Kitabxana, Mərkəzi Uşaq 
kitabxanası  və onlarla profilli kitabxana şəbəkəsi təşkil olundu. Təhsil və maarif sisteminin inkişafı monqol 
elminin dinamik yüksəlişi ilə müşahidə olunurdu. Artıq ötən  əsrin 50-60-cı illərində Monqolustanda elmi-
tədqiqat institutlarının sayı gündən-günə artaraq öz tədqiqat yeniliklərinə görə dünyada əhəmiyyət kəsb etdi. 
Hidrometereoloji tədqiqatları 60-dan artıq elmi laboratoriya və stansiyalar yerinə yetirir. Əsas elmi mərkəz isə 
MXR-nın EA-dır. 
Monqolustan Xalq Respublikası yarandıqdan sonra incəsənətin bütün sahələrində - musiqi, teatr, 
memarlıq və kinoda yeniliklər başladı. 1960-70-ci illərdə inşaatda sənaye üsulları geniş yayıldı. Təsviri sənəti 
inkişaf etdirən bir çox rəssamların - Yadamsurep, Senketsoxno, Damdinsurenin mövzu dairəsi xeyli genişləndi, 
yağlı boya ilə  işləyən boyakarlar - Çaydoq, Seveqjav, Qava, Sultem, Amqalanın  əsərləri dünya miqyasında 
tanındı. 
1935-ci ildə Ulan-Batorda kinostudiya yaradılır, 1937-ci ildə «Dünyanın o başında» adlı ilk monqol bədii 
filmi çəkilir. Bunun ardınca bir çox kino əsərləri meydana gəlir: «Monqolustanın oğlu» (1936, rej.Ç.Trauberq), 
«Onun adı Suxe-Batordur» (1942, rej. A.Xarxi və Ç.Xeyfqts), «Səhra qəhrəmanları» (1945, rej. U.Taric) və s. 
filmləri sovet rejissorları ilə birgə lentə alınmışdı. Hazırda Ulan-Batorda fəaliyyət göstərən kinostudiya hər il 
onlarla müxtəlif mövzularda kino əsərləri lentə alır. 
Bu gün Monqol mədəniyyətinin aparıcı sahələrindən birini təşkil edən musiqinin inkişafında burada 1964-
cü ildən təşkil olunan Bəstəkarlar İttifaqı, 1972-ci ildə yaranan Dövlət Filarmoniyasının rolu böyükdür. 1963-cü 
ildən ayrıca bir qurum kimi fəaliyyət göstərən Dövlət Opera və Balet teatrında milli musiqili səhnə əsərlri ilə 
yanaşı dünya, avropa klassik və müasir əsərləri də tamaşaya qoyulur. Milli musiqinin görkəmli nümayəndələri 
S.Qonçiksumdı, B.Damdinsuren, L.Murdorj, D.Luvsaşnarava, E.Çoydoqanın yaratdıqları musiqi əsərləri dünya 
bəstəkarlıq məktəbində tanınmaqdadır. Monqolustanın paytaxtı Ulan-Batorda musiqinin inkişafı  məqsədilə 
müxtəlif tipli musiqi məktəbləri və orta-ixtisas müəssisələri fəaliyyət göstərməkdədir. 
Beləliklə, Monqol mədəniyyətinin tarixinə  qısa ekskursiya belə bir təsəvvür yaradır ki, dünya 
mədəniyyətinin inkişafı axarında onun özünəməxsus yeri və rolu vardır. Bu mədəniyyət bütövlükdə monqol 
xalqının tarixi inkişaf xüsusiyyətlərinin məntiqi davamı olmuş və olmaqdadır. 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin