Dini görüşlər. Ölkənin parçalanması, kastaların qeyri- bərabərliyi şəraitində əhali induizmə pərəstiş
edirdi. Parçalanma dövründə induizm buddizmdən daha çox üstünlük əldə etmişdi. X- XII əsrlərdə buddizmin
axır ocaqları Asiyanın cənub- şərqində özünə məkan taparaq Kəşmir, Bihara, Benqaliyada süqut etməyə başladı
və XIII əsrdə ümumiyyətlə Hindistanda tamamilə aradan qalxdı. Ölkənin cənubunda hökmran sülalələrin
köməyilə caynlar öz təsdiqini tapdı.
XIII əsrdən dinin ideoloji mərkəzi olan Maduran şəhəri mədəniyyətə güclü təsir göstərdi.
Hindistanda induizmin mövcudluğuna böyük təsir göstərən şivaizm (Şivaya sitayiş) və bütün Hindistanda
şivaçı monastırarın əsasının qoyulmasına təkan verən görkəmli filosof Şankaraçarinin (788- 820) fəaliyəti
əhəmiyyətli rol oynamışdı. XI əsrdə filosof Ramanuca Allaha məhəbbət ideyasını təbliğ edən bxakti cərəyanının
nəzəri əsasını qoymuşdu ki, bu da sonralar vişnuizmin (Vişnaya sitayiş) inkişafını təmin etdi.
Orta əsrlərin ilkin çağlarında Hindistanda dini həyatın xüsusiyyəti trantrizmin («tantra» sözündən
götürülərək – sistem, ənənə, mətn mənasını verir) geniş vüsəti ilə izah edilir. Bu dini təlim öz mənşəyini Baş
Ana Allah olan Deviyə pərəstişdən götürür. Bu mifoloji obraz Şivanın arvadı kimi Hindistanda çox populyar
olaraq, xüsusilə Benqaliya və dravidlərin cənubunda böyük pərəstiş qazanmışdı. Tantrizm dünyanın
mövcudluğunu insanın bədəni ilə izah edərək qadına yüksək qiymət verir. Məhz ona görə də bu dini təlimə
qadınlar arasında daha çox sitayiş olunurdu.
Fəlsəfə və elm. Racput Hnidistanında fəlsəfə ilk dəfə biliyin müstəqil sahəsinə çevrilir. İnduizm çərçivəsi
daxilində 6 klassik fəlsəfi təlimin tətbiqi yekunlaşır. Müxtəlif təlim və nəzəriyyələr bir-birini inkar etmir, əksinə
bir- birini tamamlayırdı. Bu təlimlər təsdiq edirdi ki, həqiqət birdir, lakin çoxcəhətlidir. Hələ qədimlərdən
Hindistanda belə hesab edirdilər ki, dünyanı təşkil edən hər bir elementin xüsusi mənası və dərindən tədqiqə
ehtiyacı var. Məhz bu səbəbdən ölkədə fundamental elmlər olan astronomiya, tibb, riyaziyyat daha geniş inkişaf
etmişdi. Racpur epoxasının görkəmli riyaziyyatçıları Braxmaqupta (VII əsr), Maxavira (IX əsr) və Bxaskara
(XII əsr) hesab edilir. Onlar müsbət və mənfi ölçülərin, sıfır və sonsuzluq anlayışlarının mənalarını ilk dəfə kəşf
edənlərdir. Məsələn, Bxaskara qiyabi olaraq sübut etdi ki, sonsuzluq elə sonsuzluq olarq qalır.
Racput dövründə orijinal müalicə məktəbi sayılan Ayurevada (uzunömürlülük haqqında elm) metodu
yaradıldı ki, burada əsas yer xəstəliyin profilaktikasına, gigiyena və pəhrizə verilir. Hindli tibb xadimləri
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
240
xüsusilə təmiz hava və su proseduralarına üstünlük verirdilər. Hind təbabətində cərrahlıq sahəsi də yaxşı tədqiq
edilmişdu.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
241
Ədəbiyyat.. Racput dövründə Hindistanın bir çox rayonlarında ədəbiyyat yerli dillər əsasında inkişaf edir.
«Mahabharata» və «Ramayana»nın sanskrit dilində tərcüməsi yerli dillərin ifadəliyinin və yetkinliyinin
inkişafına güclü təkan oldu. Beləliklə, benqal, tamil, maratha, qucarat ədəbiyyatları formalaşdı. Yerli dillər
əsasında orijinal ədəbi nümunələr yaranmağa başladı. Handistanın cənubunda tamil diliində ədəbiyyat inkişaf
etməyə başladı. Şimali Hindistanda hind dilində qəhrəmanlıq poemasının yeni janrı meydana çıxdı. Bu poema
Canda Bardainin (1126-1196) «Pritxvirac haqqında ballada» idi. Bu poemada qəhrəman Pritxviracın monqol
qəsbkarları ilə mübarizəsi təsvir olunur.
Orta əsrlərdə Hind ədəbiyyatında sanskrit dilində poeziya xüsusi yer tutur. Bu istiqamət üzrə parlaq
nümunə Sandxyakaro Nandinin (1077-1119) yazdığı «Ramaçarita» adlı poemadır. Bu şair benqal hakimi
Ramapalının sarayında yaşayıb yaratmışdı. Əsərin hər bir sətri iki məna kəsb edir: biri epik qəhrəman Rama,
ikincisi isə şah Ramapalaya aid idi.
Həmin dövrdə böyük populyarlıq qazanan benqallı Cayadeva (XII əsrin II yarısı) adlı şairin
«Çobanın mahnıları» adlı poeması Krişnanın Radxaya olan məhəbbətinə həsr olunub.
Orta əsrlər hind ədəbiyyatında povest janrı əhəmiyyətli yer tutur. Bu janr vahid sujet xəttinə malik
hekayələri özündə cəmləşdirir. Onlar vahid sərlövhə daşıyaraq təmsil, tapmaca, tarixi hadisələri əks edən
məcmuələri əhatə edir. Bunlardan ən çox məşhuru «Xitopadeşa» («Xeyirli nəsihət», IX-X əsr), «Katxasarit-
saqara» və s. hesab edilir.
İncəsənət. İnduizm allahları şərəfləndirmək tələbatından irəli gələn nəhəng ehram komplekslərinin
tikintisinə güclü təsir göstərdi. IX əsrə qədər ya mağara, ya da monolit qayalardan məbədlər tikilirdi. Mağara
memarlığında Bombey yaxınlığında VII əsrdən XIII əsrə qədər tikilən Elefant adasındakı məbəd komplekslərini
nümunə göstərmək olar. İki və üç mərtəbəli zallar 40 metr dərinliyində bir-birinin üzərində yerləşərək
qorelyeflərlə bəzədilirdi.
Monolitli qaya məbəd tipinə Mədrəsə şəhərindəki Mahabalipurama (VII əsr) ansamblı və Acantdan
uzaqda olmayan Ellorada Kaylasanatha (725-755) məbədlərini misal göstərmək olar. Mahabalipurama məbəd
konpleksi iri qaya parçalarından tikilmişdir.
Digər qaya məbədi olan Kaylasanatha öz səciyyəvi xüsusiyyətinə görə yeganədir. Bu əzəmətli tikinti
Kaylası dağının hakimi olan Şivaya həsr edilmişdir. Üç hissəli monument məbəd özündə zallar, qalereya, portik,
pilon, relyefli kompozisiya və heykəlləri birləşdirir. Bu tikintinin əsas qorelyefli kompozisiyası Kaylasa dağının
yüksəkliyində yerləşdirilmiş Şiva və Parvatinin obrazlarıdır.
Ümumiyyətlə, IX-XII əsrlərin memarlıq tikintilərinin səciyyəvi xüsusiyyəti rəngarəng memarqıq
bəzəklərinin bolluğu idi.
Racput dövrünün digər əzəmətli memarlıq tikililəri Mərkəzi Hindistanda Khaçuraxo (954-1050),
Konaraka (1234-1264), Orissa ştatındakı Bhubaneşvara məbədləri idi. Cənubi Hindistanın orta əsrlər
memırlığının zirvəsini «Böyük məbəd» təşkil edirdi. Şivanın əzəmətliliyi ideyasını memarlar 63 metrlik ölçüdə
olan qüllə ilə təcəssüm etdirmişlər.
Təsviri sənətdə heykəltəraşlığın irəli çəkilməsi budda monastırlarında freskalara, yazılara son qoyulması
ilə nəticələnir. «Rəqs edən Şiva» heykəli klassik təsviri sənət əsərlərindən hesab edilə bilər.
Dehli sultanlığı dövrü. Hindistanın Şimalında XII əsrdə böyük müsəlman dövləti olan Dehli sultanlığı
bərqərar olmuşdu. Dövlət dini İslam dininin sünnülük istiqaməti, rəsmi dil fars dili idi. Bu dövlət, demək olar ki,
1526- ci ilədək hökm sürərək Baburun işğalına məruz qaldı və tarixdən silindi. Hindistanda müsəlman
hakimiyyəti dövründə digər müsəlman dövlətləri də mövcud idi.
Din. Dehli sultanlığında İslam dininin zorla qəbul etdirilməsi mədəni həyatın da müsəlman dünyasına
müvafiq təşkili ilə nəticələnir. Hindlilərin müsəlmanlarla amansız mübarizəsinə baxmayaraq birgə yaşayış
onların ideya və ənənələrinin, həyat tərzinin ümumiliyinə səbəb olur. Məhz bu dövrdə hindu və sufizm
cərəyanlarının təşəkkülünə geniş imkan yaranır. Bu dövrün populyarlıq qazanmış şeyxi Fərid uddin Hacı –
Şəkər sayılır. O özünün humanistliyi ilə məşhur idi. Aşağıdakı kəlam da ona məxsusdır: «İynə bıçaqdan daha
yaxşıdır; iynə tikir, bıçaq isə kəsir». O həm də sinkxlərin müqəddəs kitabı olan «Adi Qrantx» himnlərinin
müəllifidir.
Hindistanın milli dinlərindən sayılan sinkxizm («şişya» sözündən olub, şagird deməkdir) XV əsrdə iki
dini ənənənin - induist və müsəlmanların birgə yaşadıqları dövrdə təşəkkül tapdı. Bu dinin banisi Nanak (1469-
1539) hesab edilir. O, Pəncab ştatının Laxore şəhərindən khatri kastasına mənsubdur. Nanak kasta qeyri-
bərabərliyinə qarşı çıxış edərək öz həmsələflərini onunla həmrəy olmağa çağırırdı.
Ədəbiyyat. Hindistanda XIII-XVI əsrlərdə ədəbiyyatda olan irəliləyiş Dehli sultanlığının dövlət dili
sayılan farsa keçməsi ilə izah edilir. Bu dil Şimali Hindistanda hind qrammatikası ilə, fars- ərəb leksikası ilə
zəngin olan urdu dilinin təşəkkülünə imkan yaratdı. Bu dövrün nəhəng şairi həm fars, həm də urdu dilində yazan
Əmir Xosrov Dəhləvi (1253-1325) sayılır ki, onun da ən məşhur əsəri «Xəmsə»dir.
Müsəlman hökmranlığına qədər Hindistanda salnamə əsərlər yaranmamışdı. İlk ensiklopedik əsər olan
«Hindistan» xorezmli Reyhan Biruni tərəfindən (973-1048) yazılaraq ölkənin tarixi haqqında məlumatları əhatə
edir. Birinci əsl salnamə iranlı Minhaci uddin Jucdaniyə (1193) aiddir. O, monqol qəsbkarlarının zülmündən
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
242
qaçaraq Dehli sultanlığının şərəfinə «Təbəqəti-Nəsiri» xronikasını yazır. Sultan Firuz Tuqalakın şərəfinə isə fars
dilində «Tarixi Firuzşah» əsəri yazılıb.
Urdu dilinnin şer quruluşu və təsviri vasitələrlə yazılmış əsərlər fars ədəbiyyatının ənənələrinə aid idi. Bu
ədəbiyyatın xüsusiyyəti onunla izah edilir ki, o, Dehli danışıq dialekti əsasında inkişaf edib. Bu dil dakhani
(«Dekan», «cənub» deməkdir) adını qazandı. Bu dilin ənənələri XVI əsrdə yaranıb.
XV əsrdə teluq poeziyasının görkəmli nümayəndəsi Şrinathaya (1380-1465) və Bammer Potana (1405-
1480) hesab edilir. Şrinathaya həyat gözəllikləri və sevinclərinin tərənnümü ilə bağlı «Nişadsanın məhəbbəti
haqqında povest», «Məhəbbətin tərənnümü» əsərlərində, vətənpərvərlik mövzusunda olan «Polnadu
qəhrəmanları haqqında» poemasını yazmışdı. Bammer Latanananın başlıca əsəri «Allah haqqında ali söz» adlı
əsərdir ki, bu da qədim poema olan «Ramayana»ya bərabərdir.
İncəsənət. İslamın Hindistana daxil olması milli memarlıq və təsviri sənətdə yeni tip binaların – məscid,
minarə, mavzoley və mədrəsələrin tikintisinə səbəb olmuşdur. İslamda canlı varlıqların təsvirinə olan qadağa
hind heykəltəraşlıq və rəngkarlığına böyük zərbə vurdu. Bir çox ehramlar əldən getdi, yeniləri ilə əvəz edilmədi.
Yalnız XV əsrin ortalarında Lodi sülaləsi müsəlman memarlığına bəzi hind elementlərini tətbiq etdi.
Müsəlman memarlığının Dehlidə 1230- cu ildə inşası bitirilmiş ən əzəmətli nümunəsi Qütb minarəsidir.
Bu minarə özünün əzəmətli qülləsi, ərəb toxunuşu ilə göz oxşayır. Bu minarə ilə yanaşı Qulyamilər sülaləsinə
mənsub olan İltutmışa (1210-1246) həsr edilmiş mavzoley də bu dövrün görkəmli memarlıq abidəsidir.
Hindistanda islam dövrünün tipik abidələr növündən biri də mavzoley-qəbirlərdir. Bu abidələri hovuzlar
əhatə edir. Belələrinin içərisində imperator şah Cahanın və onun sevimli arvadı Mumtaz Mahalın şərəfinə
tikilmiş mavzoleydir. O, 1640-cı ildə ağ mərmərdən Camna çayı sahilində tikilmişdir. Abidə öz proporsionallığı
ilə hər kəsi heyran qoyur. Abidənin digər memarlıq üstünlükləri onun memarlıq həlli, dekor-bəzək zənginliyi,
qiymətli və yarıqiymətli daş-qaşlarla bəzədilməsi və s. ilə izah olunur. Qiymətli daş-qaşlar 1857-ci ildəki Aqra
hücumu zamanı ingilislər tərəfindən oğurlanmışdır.
Digər qəbir abidələri arasında Dehlidən imperator Xumayunun, Sikandrda Əkbərin şərəfinə tikilmiş
sərdabələr məşhurdur.
Bu və digər abidələr qədim budda və induist məbədləri ilə yanaşı hind xalqının qürurudur.
Hind mədəniyyətinin inkişaf tarixində ən parlaq səhifələrdən birini rəngkarlıq tutur. Müsəlman və qədim
hind kitab illüstrasiya ənənələri bir-birinə culğalanır. Bu miniatürlərə baxarkən burada qadın fiqurlarının
hərəkətdə olduğunu görmək mümkündür. Burada tez-tez rast gəlinən incə detallardan biri də – təsvir olunmuş
personajların gözlərinin öz çərçivəsindən çıxmasıdır ki, bu da qeyri-adi kolorit yaradır. Miniatürlərdə landşaft
və memarlıq elementləri çox yaxşı seçilmişdir. Ən çox illüstrasiyalar xalqın sevimli allahı Krişnaya və Vişnaya
həsr olunub. Hind incəsənətinin özünəməxsusluğu dini və bədii təfəkkürün vəhdətindədir.
Orta əsrlər Hindistanda ədəbi mühit solğunluğu ilə xarakterizə edilir. Müsəlmanların qəsbi yeni ədəbiyyat
və dillərin (türk, fars) inkişafına səbəb olur ki, bu da ədəbiyyatda yeni janrların, xüsusilə, farsdilli qəzəl, qəsidə,
mərsiyə və rübailərin təşəkkülünə imkan yaradır.
Moqol imperiyası dövru. Moqol imperiyası Hindistanda 200 il ömür sürərək (XVI- XVIII əsr) Hindistan
yarımadasının böyük bir hissəsinə aiddir. Bu imperiyanın əsası hökmdar Timurid Babur (1483-1530) tərəfindən
qoyulmuşdur.
Hökmdar Akbayın (1556-1605) dövründə isə Moqolların hakimiyyəti Hindistanda qəti təsdiqləndi.
Dövlətin mərkəzi Cəmnə çayı yaxınlığındakı Aqru şəhərinə köçürüldü. Akbarın hakimiyyəti dövründə
Hindistan çiçəklənmə dövrünü yaşadı.
Moqol imperiyası dövrü özünün səciyyəvi xüsusiyyətləri ilə əvvəlki tarixi mərhələlərdən fərqlənirdi; belə
ki, bu dövrdə dini zəmin əsasında başlanan mübahisələr geniş xalq kütlələri hərəkatlarının formalaşmasına əsas
səbəb oldu. Məsələn, XV əsrdə Qucaratın müsəlman mühitinin ticarət- sənət dairələrində mədhçilərin hərəkatı
təşəkkül tapdı. Bu hərəkatın banisi alim Mir Səid Məhəmməd (1443-1505) özünü mədhçi (məsiha) adlandıraraq
islamın demokratik prinsiplərənə qayıtmağı təbliğ edir və müsəlmanların bərabərliyi və hüquqlarının bərpası
uğrunda mübarizəyə çağırışlar edirdi. Bu mübarizə çağırışlarının digərlərindən fərqi ondan ibarət idi ki, bu yalnız
müsəlmanlara ünvanlanırdı.
Mədhçilərin hərəkatına sufiçi şeyx Mübarək də qoşuldu. Onun oğlu Əbü-l Fəzl (XVI əsr) sonralar
görkəmli yazıçı kimi tanınaraq moqol hökmdarı Əkbərın həm dostu, həm də məsləhətçisi oldu. Məhz onun təsiri
ilə hökmdar induslar, caynlar, farslar, xristian və digərlərinin dini əqidə və inamları ilə tanış olmuş və hətta
bunların bəzi adət və ənənələrini sarayda tətbiq etmişdi.
Əkbər hakimiyyətindən sonra hökmranlıq edən Auranqzeb (1618-1707) dövlətin dini siyasətində
ortodoksal mövqe tutaraq islamın sünnü təriqətinə xüsusi yer verir, induis və digər müsəlmanların təqibini
həyata keçirirdi. Məsələn, o, 1665-1669-cu illərdə induis ehramları və məbədlərinin dağıdılmasını əmr edərək
onların yerinə daşlardan məscidlərin tikilməsini tələb etdi. Əlbəttə, bütün bunlar ölkə daxilində ciddi
narazılıqlara səbəb olaraq kütlələrin hərəkatlarının güclənməsinə təsir göstərdi.
Moqolların hakimiyyəti dövründə imperiyanın şimal-qərb sərhəddi olan Pəncabda sikxlər adlı güclü və
təsiredici bir təşkilat da fəaliyyət göstərir. XVI əsrin II yarısında Əkbərın özü də təşkilata himayədarlıq edərək
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
243
icmalara torpaq almağı və dini mərkəz yaratmağı da tövsiyə etmişdir. 1577- ci ildə sikxlərin mərkəzi Amritsar
şəhərinin təməli belə qoyuldu. Şəhərin adı yaxınlıqdakı gölün adından götürülmüş və burada daş ibadət evi-
Qızıl məbəd də tikilmişdi. Gölün qərb hissəsində isə, 1606- ci ildən etibarən digər müqəddəs yer – Akal Taxt
(Ölməzlik tacı) da inşa edildi. Bu yer, həm də kübar cəmiyyətin dünyəvi və sülh tədbirlərinin həll edilməsi kimi
tanınır və bütün rəsmi sənədlər qorunurdu.
Moqol inperiyası dövrünün mədəni həyatının inkişaf edən sahələrindən birini də ədəbiyyat təşkil edirdi.
Ədəbi yaradıcılıqda Zahirəddin Məhəmməd Baburun «Babur-namə» adlı əsəri mühüm yer tutur.
«Baburnamə»də Orta Asiya, Əfqanıstan və Hindistan xalqlarının tarixi əks olunur. Həmin kitabda Şimalı
Hindistanın 1525-1530- cu illərdəki içtimai-siyasi hadisələri, coğrafi xüsusiyyətləri, xalqın adət- ənənələri bədii
dillə ifadə olunur. Əbül Fəzlin «Əkbərnamə» və «Əkbərin ayinləri» adlı kitabları isə Hindistanın fəlsəfi
sistemlərinə, indusların əxlaqına, adət- ənənələrinə, mifologiyasına həsr edilmişdi. Bu əsərin mühüm fəsil-
lərindən biri indusların müqqədəs yerləri, məkanları və abidələrinə həsr edilmişdir.
Lakin Auranqzeb hakimiyyəti dövründə salnaməçilik ənənələri xeyli zəiflədi. Moqol imperiyası dövründə
dövlət dili fars dili (tacik-fars), dekan dövlətlərində isə - şimali hind dili olan urdu dili idi.
Əkbər hakimiyyəti dövrünün farsdilli şairlərindən ən görkəmlisi Fayzi (XVI əsrin II yarısı) hesab edilir.
O, məşhur «Nal və Daman» poemasının müəllifidir. Əsərin sujeti məşhur hind eposu əsasında qələmə
alınmışdır. Digər farsdilli ədib Mirzə Əbülqadir Bedil (1644-1720) hesab edilir. O hələ gənc yaşlarında dərviş,
təbib, asket olmuş, daha sonralar isə yiyələndiyi biliklər, dünyagörüşü əsasında əsərlər yaratmışdır ki, bunlardan
ən məşhuru «İrfan» («Kəşf») poeması idi. Urdu dilində dekan ədəbi məktəbinin mərkəzləri Bicanur və
Qolkondada yerləşirdi. Bicanur sarayının görkəmli nümayəndəsi Məhəmməd Nüsrəti (?-1684) hesab olunurdu.
O, üç möhtəşəm klassik poemanın müəllifidir. Bunlar aşağıdakılardı: «Məhəbbət gülüstanı», «Əlinamə»,
«İsgəndərin hökmranlığı tarixi».
Hayderabad şəhərinin əsasını qoyan Qolkonda sultanı Məhəmməd Qulu Qütb - şah (hökmranlıq iləri:
1560- 1611) tanınmış dövlət xadimi, alim və şair idi. Urdu ədəbiyyatına «Külliyyat» adlı 50 sətirdən ibarət
şerləri daxil olmuşdur. O öz lirik qəzəlləri ilə şöhrət qazanmışdı.
Qütbşahın saray şairi olan Molla vəcəhi (?-1660) hökmdarın sifarişi ilə urdu dilində «Qütb və müştəri»
adlı əsərini yazmışdı. Bu həm də urdu dilində qələmə alınmış məsnəvidir. Ənənəvi qaydalara müvafiq
məsnəvidə nağılvari məzmun başlıca yer tutur.
Vəcəhi tərəfindən 1634-cü ildə yazılmış «Sabras» («Ürəyi riqqətə gətirən») urdu dilində ilk alleqorik
povestdir. Bu əsərdə Ehtiras, Zəka, Gözəllik, Ürək, Baxış kimi alleqorik qəhrəmanların obrazları yaradılır, sufi
cərəyanının fəlsəfi konsepsiyaları ifadə olunur.
Moqolların imperiyası dövründə yeni yaranan dillərdə də (hindu, benqal, pəncab, marathi, teluq və s.)
ədəbi əsərlər yaradılırdı. Bu dövrdə hind dilində yazan görkəmli şair Tulsi Das (1532-1624) sayılırdı. Filoloqlar
onun ədəbiyyata 12- 20 sayda ədəbi əsərlər bəxş etdiyini iddia edirlər. Onun məşhur əsəri «Ramaçarita -
Manasa» («Ramanın müqəddəs gölü») poeması hesab edilir. Bu əsər xalq arasında məşhur olduğundan İndus
bayramlarında həvəslə ifa edilərək oxunurdu.
XVII əsrdə hind mədəniyyətində, hindi dilində riti poeziyasının yaranması yeni bir hadisəyə səbəb oldu.
Bu poeziya sanskrit poetikasına müvafiq olaraq mürəkkəb üslublu və ornamentli bir poeziya idi. Bu üslubun
nümayəndələri, əsasən məhəbbət lirikasını yaradırdı. Bu nümayəndələrdən ən məşhuru Biharilal Çaube (1603-
1665) hesab edilirdi.
Benqal ədəbiyyatının çiçəklənməsi isə Mukan-dorama Cakrobortinin (XVI) adı ilə bağlıdır. O, «Çondi
təşəkkürü haqqında mahnı» poemasının müəllifidir. Əsər Əkbərın benqaliyanı fəth etməsinə həsr olunmuşdur.
Bu əsər Benqaliyanın həyatına aid rəngarəng hekayələrdən ibarət bir poemadır.
Benqal ədəbiyyatının digər möhtəşəm əsəri Krişnodasu Kobiradcinin (1517-1615) «Çayptane əməllərinin
nektarı» hesab edilir. Bu əsərdə Benqaliyanın həyat şəraiti təsvir olunur və o öz bədii dəyərlərinə görə Benqal
ədəbiyyatında eyniyyəti olmayan sənət əsəridir.
Hindistanın digər vilayəti olan Maharaştrada rəsmi din bhakt, rəsmi ədəbiyyat isə brakt ədəbiyyatı hesab
edilirdi. Maratha ədəbiyyatını digərlərindən fərqləndirən dini ideyaların siyasətlə bağlılığıdır. Marath
ədəbiyyatının mühüm nümunələrindən biri Mukteşavaranın (1608-1660) «Mahabharat» adlı əsəridir.
XVII əsrdə Maharaştrda milli - vətənpərvərlik ruhunda yaradan iki görkəmli şair Tukarat (1608-1649) və
Ramdas (1608-1681) öz əsərləri ilə hind ədəbiyyatına zənginlik gətirmişlər. Hər iki şair gənc yaşlarından rahib
idi. Ramdas özünün «Dasbods» adlı məşhur kitabında həyatı və onun ülviliyini tərənnüm edir.
Moqolların imperiyası dövründə incəsənət də özünün çiçəklənmə mərhələsinə qədəm qoydu. Bu dövrün
memarlığı varlı mesenatların bu sahəyə olan diqqəti ilə izah olunurdu. Qüdrətli Moqol inperiyası möhtəşəm
tikililərin inşasına zəmin yaratdı. Xüsusilə bir sıra qala və qəsrlərin, şəhər iqamətgahlarının tikintisinə başlıca
yer verildi. Tikililərin müsəlman motivləri hind ənənələri ilə ələqələndirilməyə başladı. Allahabadda Aqra –
fort, Amritsara mərkəzi, şeyx Səlim Çiştun ağ mərmərli sərdabəsi olan Fathpur– Sikrinin tikintisi əhəmiyyətli
yer tutdu.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
244
Sultan Şah – Cahanın (1592-1666) hakimiyyəti dövründə inşaat tikililəri özünün çiçəklənmə mərhələsini
yaşamışdır. Bu tikililərin, xüsusilə, Aqra və Dehlidəki inşaatın əsas dekorativ materialını ağ rəngli mərmər,
Tibetdən gətirilən füruzə, Bağdaddan gətirilən əqiq, Şri-Lanka adasından gətirilən lyanis-lazurit, Misirdən
gətirrilən xrizolit və Badahşandan gətirilən rubin kimi daşlar təşkil edilirdi.
Şah – Cahan dövründə Aqra memarlığının incisi Tac-Mahal mavzoleyi idi. Bu memarlıq abidəsini Şah-
Cahan sevimli arvadı, fars qızının şərəfinə tikdirmişdir. Tikilinin hündürlüyünün 74 metr olmasına baxmayaraq,
mavzoley çox yüngül görünərək ətraf təbiətlə qeyri- adi ahəng təşkil edir. Məqbərənin hər iki tərəfində eyni
tikili yerləşir ki, bunalardan biri məscid, digəri isə camaatxanadır (qonaq evi).
Moqol inperiyasının sonuncu hökmdarı qüdrətli Auranqzeb Dehlidə Moti – məscid (Mirvari məscid)
qiymətli daş- qaş və materiallardan inşa edilmişdir. Materialların dükənməsi bu tikilinin bir qədər sadə inşa
edilməsinə səbəb oldu.
Auranqabayda tikilmiş Rəbiyyə – Daurani mavzoleyi də formasına görə bir qədər Tac –Mahala bənzəyir,
bu tikilinin insan boyu səviyyəsindəki fasadı ağ mərmərlə bəzədilmişdir.
Hind miniatürlərının Moqol məktəbi hələ Əkbər hakimiyyəti dövründə (XVI əsr) sarayda yaradılmışdır.
Təbriz və Şiraz ustalarının yaradıcılığı əsasında yaradılan bu məktəb ilk vaxtlar İranın təsiri altında idi. Sonralar
isə Moqol miniatürlərındə özünəməxsus rəngarənglik, kompozisiya dinamikası, memarlıq və etnik incəliklərin
dəqiqliyi, personajların fərdi xarakterləri özünü təzahür etdirdi. Bu sahədə ən populyar janrlar portret və tarixi –
qəhrəmanlıq məzmunlu səhnələr hesab edilirdi. XVI-XVII əsrlərdə Racastxana, Pəncab, Dekanda rəngkarlığın
yerli məktəbləri inkişaf etdirildi ki, bu da racput miniatürləri kimi tanınırdı. Qədim və orta əsrlər Hind
rəngkarlığının ənənələrini qəbul edən bu miniatur məktəbi sujetləri Krişna ayinləri ilə əlaqələndirərək illüstrativ
janrı inkişaf etdirmişdir. Qədim Hindistanın maddi-mənəvi və bədii dəyərləri dünya sivilizasiyası xəzinəsini
zənginləşdirərək burada layiqli yerlərdən birini tutmuşdur. Qorunub saxlanılan mədəniyyət abidələri bu qədim
ölkənin ədəbiyyat və memarlığının, heykəltəraşlıq sənətinin, şəhərsalma və sadə peşə sənətlərinin yüksək
səviyyədə olduğunu sübut edir.
Hind astronomları və riyaziyyatçılarının, kimyaçı və həkimlərinin dünya elminə bəxş etdikləri kəşf və
nailiyyətlər bəşəriyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Belə ki, dünyada hesablama işlərindəki ilk
onluq hesab sistemi, məhz bu mədəniyyətin sivilizasiyaya bəxş etdiyi kəşflərdir. Bunlardan əlavə, dünya
ictimaiyyəti və elmi tərəfindən qəbul edilən kəmiyyət hesablama sisteminin, triqonometriya, cəbr,
astoronomiya, tibb elmlərinin də əsası qoyulmuşdur.
Qədim Hindistanda Ved, «Mahabharata» və «Ramayana» kimi görkəmli ədəbi əsərlərlə yanaşı, elmin
müxtəlif sahələri üzrə traktatlar da yaradılmışdır. Mədəniyyətin təkamülü prosesində bu ölkədə – brahmanizm,
caynizm, induizm və dünyanın ən məşhur üç dinindən biri sayılan buddizm kimi dini cərəyanlar meydana
gəlmişdir. Hazırda təkcə buddizm dininə 700 milyon adam itaət edir.
Hindistan həm də yüksək bədii və memarlıq yaradıcılığı nümunələri ilə qədim ölkələrdən biri hesab
edilir: Buradakı kamil planlaşdırma texnikasına və yüksək sivilizasiya xüsusiyyətlərinə malik şəhər və yaşayaş
məkanları, cazibədar ehramlar, görkəmli heykəl dirəklər möhtəşəm mədəniyyətdən xəbər verir.
Həqiqətən də Hindistan qədim dünya mədəniyyətinin şöhrət qazanmış ölkələrindən biri hesab edilir.
Dostları ilə paylaş: |