2.3.7. İran mədəniyyəti
IX – X əsrlərdə ərəblərdən asılı olan İranda knyazlıqlar formalaşmağa başlayır. Orta əsrlər tarixində İran
gah Sasani, gah səlcuqlar, gah da monqolların əsarəti altında olmuş, lakin XV əsrdən başlayaraq İslam cərəyanı
olan şiə bayrağı altında öz dövlətçiliyini qura bilmişdir. Bu hadisə İranı həm siyasi – iqtisadi, həm də mədəni
cəhətdən dirçəldə bildi. Lakin İranın uzun illər ayrı- ayrı yadellilərin tabeçiliyində olması milli ədəbiyyatın,
incəsənətin püxtələşməsinə müəyyən mənada təsir göstərmişdir.
İran ədəbiyyatının görkəmli nümayəndəsi Firdovsi X əsrin ən möhtəşəm ədəbi simalarından biri hesab
edilir. Onun “Şahnamə” adlı poema – epopeyası dövrün ən məşhur və gözəl əsərlərindən biri kimi tanınmışdır.
IX əsrdə İran ədəbiyyatında şüübiyyə hərəkatı (fars dilli müsəlmanların İran mədəniyyətinin müdafiəsi
məqsədi ilə təşkil olunan hərəkat) ədəbiyyatın xeyli dərəcədə inkişafına müsbət təsir göstərdi.
Bu dövr İran mədəniyyətinin dünyaya bəxş etdiyi ən böyük töhvə farsdilli poeziyanın formalaşması oldu.
Bu poeziya intim, sevgi dolu hisslərlə zəngin lirikadan ibarətdir. Məhəbbət və sevgi hissləri vasitəsilə dünyanı
yaradana- Allaha ehtiramın bildirilməsi sufist sehrindən xəbər verirdi.
Poeziya siyasətə də təsir göstərdi. Hafiz Şirazi yaradıcılığı buna sübutdur. Onun beytləri, şer bəndləri xalqın
dilində zərb- məsəl, atalar sözləri kimi əzbərlənirdi. Çünkü bu kəlmələrdə böyük hikmət və məntiq vardır. Xalq
belə şairlərə, məs. Sədi Şiraziyə, Ömər Xəyyama ehtiram əlaməti olaraq mavzoley tikmişdir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
210
Ömər Xəyyam (1048- 1122) İran ədəbiyyatının ən görkəmli simalarından biridir. O, həm də alim kimi
tanınmışdır. Onun rübailəri fəlsəfi, gedonik, həyəcanlandırıcı məzmun kəsb edir. Onun “cəbr” adlı əsəri,
“Varlığın ümumiliyi haqqında” adlı traktatı vardır. Ömər Xəyyam 1074- cu ildə ilk dəfə müasir qriqorian
təqvim sisemini irəli sürmüşdür.
İran incəsənətinin bütün dünyada məşhur olan növləri olan miniatur sənəti, kalliqrafik məlumatların
bəzədilməsi, kitab örtükləri, mücrülərin bəzədilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Kəşmir örtük və şallarının
bəzədilməsi müstəsnalıq təşkil edir.
İran memarları Avropada az məşhur olsalar da, onların yaratdıqları abidələr ölkənin bütün ərazilərinə –
İsfahan, Şiraz, Rey, Məşhəd, Təbrizə səpələnmişdir.
İran mərkəzləşdirilmiş dövlət kimi XVI əsrdə bərpa olundu. Bu gün paytaxt olan Tehran şəhərinin
yaradılmasında ölkə memarları bütün yaradıcı təxəyyül və əməklərini sərf etmişlər.
Xəttatlıq orta əsr İran incəsənətinin ayrıca qolu kimi inkişaf etmişdi. Belələrindən ən görkəmlisi Mir Əli
Təbrizi hesab edilirdi. Xəttatlıqda kufi və nəsh yazı növləri başlıca yer tuturdu. “Kufi” sözü İraqın şəhərlərindən
birinin adından götrülmüşdür. Bu yazı ciddi, kələ-kötür cizgilərdən ibarətdir. Daha sonralar kufi yazılar
monumental abidələr yzərində də yazıldı.
Nəsh yazı üslubu daha geniş vüsət tapmışdır. Bu yazı üslubundan gündəlik işlərdə istifadə olunurdu.
Başlıca yer mürəkkəbin rənginə verilirdi, çünki rəng yazılan mətnin əhval- ruhiyyəsini yaratmalı və səlis, aydın
olmalı idi.
Orta əsrlər İran musiqisi müsəlman Şərqinin musiqi mədəniyyətinin tərkib hissəsini təşkil etdiyindən bu
ölkənin musiqi aləmindəki xüsusiyyətlər ümumilik təşkil edirdi. İran musiqisinə qədim yunan melodiyaları
əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Musiqi alətləri fərdi şəkildə istifadə olunurdu (tütək, gitara, rübab,
zurna, balaban). Bəzən bu alətlər ansambl şəklində birləşirdi.
Teatr İranda incəsənət növü kimi İslamdan əvvəl mövcud olmuşdur. Orta əsrlərdə jonqlyorlardan ibarət
bazugərlər, pantomima, kölgə və kukla teatrları, maska teatrları, teatrlaşdırılmış mərasimlər İranda ilk teatr
formaları idi.
Şiələr arasında dini misteriyalar olan təziyələr (“ağlaşma”) Kərbəlada (İraq) 680- ci il oktyabrın 10- da
Məhəmməd Peyğəmbər Əleyhisəlamın nəvəsi Hüseynin ölümünə həsr olunurdu. Bu misteriya bir sıra
məqamlarla müşaiyət olunurdu: mollanın duası, oğlanlar xoru, aktyorların şəhidin şərəfinə özlərini döymələri,
bunun ardınca isə, imam Hüseynin ölüm səhnələri müşaiyət olunurdu. Bütün bu səhnələr öz emosionallığı ilə
seçilirdi.
Müasir İran mədəniyyəti dünyada baş verən mədəni dəyişikliklərlə daim əlaqədə olmuş və onların
əhəmiyyətli təsirini yaratmışdır. Əgər 1930-cu ilə qədər bu ölkədə küçə aktyorlarnın teatrları üstünlük təşkil
edirdisə, artıq 30-cu illərdən sonra müasir tipli teatrlar formalaşmağa başlayır. Uzun illər teatr tamaşalarında
qadın rollarını kişi aktyorlar ifa edirdi.
İlk film İranda 1930-cu ildə çəkilmişdi. XX əsrin ortalarında İranın kino istehsalı geniş və rəngarəng
sujetli tarixi, mifoloji, musiqili, melodramatik, həmçinin dini- didaktik məzmun kəsb etməyə başladı. 1979- cu
ildəki İslam inqilabından sonra İran kinosunun dünya səviyyəsində əvvəlki şöhrəti zəiflədi. Lakin kino
tənqidçilərinin nöqteyi-nəzərincə İran kinosu incə psixologizmi, humanizmi ilə sufist əhval– ruhiyyəsini
saxlamaqla dünya kinofestivallarında diqqəti cəlb edir. Digər şərq filmlərindən fərqli olaraq İran filmlərində
İtalyan neorealizminin ənənələri hiss edilməkdədir. Xüsusilə, A.Tarkovskinin yaradıcılığına bu ölkə
kinoşünaslarının çox böyük ehtiram və hörməti vardır. İran hökuməti kinemotoqrafların üzərinə çox böyük və
şərəfli vəzifə qoyur ki, bu da ölkənin, cəmiyyətin nöqsanlarının üzə çıxarılması və aradan qaldırılmasında,
şəxsiyyətin mənəviyyatının formalaşdırılmasında yaxından iştırak etməkdir.
Müasir gündə Fars körfəzində neftdən əldə edilən gəlir İranda, həmçinin dəbdəbəli saray, bina, yaşayış
yerlərinin, qəsəbələrin, mədəniyyət ocaqlarının inşasına əsaslı kömək edir. Xüsusilə, memarlıqda islam
mərkəzlərinin, məscidlərin, kitabxana və digər mədəni mərkəzlərin tikintisinə geniş yer verilir.
Müasir İranda hakimiyyət və dövlətin dini zəmində qurulmasına, mədəniyyət və incəsənətin bəzi sahə və
istiqamətlərində qadağa və məhdudiyyətlər qoymasına baxmayaraq bu ölkənin mədəniyyəti öz axarı ilə inkişaf
edir və təkmilləşir.
2.3.8. Orta Asiya xalqlarının mədəniyyəti
1924-25-ci illərə qədər «Türküstan» adlanan Orta Asiya ölkələrinə Özbəkistan, Qırğızıstan, Tacikistan,
Türkmənistan və Qazaxıstan əraziləri daxildir.
Qazaxıstan mədəniyyəti
Zəngin milli ənənələrə malik olan qazax xalqı öz incəsənəti, xüsusən memarlıq, təsviri sənət, tətbiqi
sənəti, ədəbiyyat və musiqisi ilə dünyada məşhurdur.
Qazaxıstan incəsənətində aparıcı yer tutan memarlıq sənəti hələ qədim dövrlərdən mövcuddur. Tunc
dövründə yaşamış tayfaların Andronovo mədəniyyətini təmsil edən dini tikililər, mengirlər, dolmenlər,
kurqanlar, islam abidələrindən məscid, mədrəsə, məqbərə və s. kimi arxitektura nümunələrinin adlarını çəkmək
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
211
olar. Özünəməxsus inkişaf mərhələsi keçmiş qazax memarlığının müasir dövrdə təkmilləşməsi sovet dövrnə də
təsadüf edir. Ötən əsrin 60-70-ci illərdə mərkəzi şəhərlərdə tikilmiş mehmanxana, konsert salonları, idman
kompleksləri, digər mədəniyyət müəssisələri respublikanın bu sahədə istedadlı sənətkarlarının peşəkarlığını
nümayiş etdirirdi. Alma-Atadakı «Qazaxıstan» mehmanxanası (1960), İdman Sarayında (1967), «Medeo»-nın –
idman kompleksi, Dostluq evi (1973), habelə salınmış müasir tipli qəsəbə və şəhərlər, kəndlər yaşayış binaları
keçmiş sovetlər birliyinin möhtəşəm abidələri silsiləsinə daxil idi.
Tətbiqi sənətdəki texniki üsullar, ornamental motivlərin mənşəyi lap qədimlərə gedib çatır. Bu xalqın
tətbiqi sənətinin təşəkkül və inkişafı köçəri maldarlıq təsərrüfatının inkişafı dövrünə təsadüf edir. Çünki, bu
həyat tərzini keçirən qazaxlar məişətdə bəzi ənənələrin yerinə yetirilməsi, geyim məişət avadanlıqlarını
hazırlamaq zərurəti qarşısında qalmışdır. Qazax tətbiqi sənəti üçün bir tərəfdən çox da yüksək olmayan texniki
səviyyə, digər tərəfdən isə xalq sənətkarlarının yüksək bədii zövqü başlıca ünsürlər kimi mühüm yer tuturdu.
Hələ inqilabdan əvvəlki aullarda incəsənət heyvandarlıq xammalının (yun, dəri) və dəmir, qızıl, gümüş, ağac,
daş, sümüyün emalı ilə bağlı idi.
Ev emalatxanalarında hazırlanan bu materiallar, həm də bədii cəhətdən işlənirdi. Bu sahə üzrə hətta, əmək
bölgüsü ilə də təzahür tapmışdı: yunun, dərinin emalı ilə, adətən qadınlar, gümüş, dəmir, ağac, sümükdən
hazırlanan bəzək malları isə kişilər məşğul olurdu. Sovet illərindən əvvəl, aullarda tətbiqi sənətin başlıca
sahəsini yun məhsulların hazırlanması təşkil edirdi. Bunlardan ornamentli xovlu xalçalar (teksmet, sırmak,
tüskiz), ornamentlə bəzədilmiş xovlu çantalar (ayak, kap, koldorba və b.), sandıqlar üçün üzlüklər (çexol)
(sandıq qabı) və yumşaq əşyalar (ikebadan, ten) hazırlanırdı.
Başlıca yer parça məhsullarına verilirdi. Primitiv dəzgahlarda toxunulan çox gözəl xovlu və xovsuz xalça-
lar (kilim, takır kilim, alaşa, araba kilimi və s.), yurtların bəzədilməsi üçün nəzərdə tutulan naxışlı örtüklər (bau,
baskur), cürbəcür çantalar (korjın) və s. hazırlayırdılar. Qazax qadınlarının sənətkarlığından xəbər verən ən
gözəl tikili isə yurtların içəri hissədən bəzədilməsi üçün nəzərdə tutularaq hazırlanan çitdən naxışlı örtüklər (şım
şiy) idi.
Tətbiqi sənətin ənənvi növü toxuma (keste) sayılır. Rəngli yun və ipək saplarla toxunan tambur tikilişi ilə
qadın sənətkarlar geyim, divar üçün xalçalar (tuskinz) və digər məişət əşyaları hazırlayırdılar. Bu cür tikilişləri,
onlar muncuq, qızıl və gümüş kanitellərlə də edirdilər.
Taxtanın bədii işlənməsi də məişət, yaşayış əşya və ləvazimatların bəzədilməsi üçün nəzərdə tutulurdu.
Taxtadan yurtların detalları hazırlanır, bir çox yemək qab-qacağı (ojay, megene, astay və s.), musiqi alətləri
(dambır, qopuz) istehsal edilirdi. Bu əşyaların sümük lövhə ilə əhatələnməsi onların bəzədilməsi üçün başlıca
amillərdən idi. Ornamentləşdirilmiş sümükdən yəhərlər də bəzədilirdi.
Məişətdə metalın (dəmir, gümüş, nadir halda qızıl) bədii emalı geniş vüsət tapmışdır. Dəmirdən kişilər
üçün bel kəməri, zərgərlər qadınlar üçün gümüşdən bəzək əşyaları (qolbaq, sırqa, üzük və s.) hazırlanırdı.
Daşın yonulmasından daha çox qəbirüstü abidələrin hazırlanmasında istifadə olunurdu. Buna daha çox
Qərbi Qazaxıstanda rast tgəlmək olur.
Dərinin bədii emalı taxta lövhələrin (kalıp) köməyi ilə tarıma çəkilmə metodu ilə reallaşdırıldı.
Ümumiyyətlə, qazax xalqının tətbiqi sənəti, özünəməxsusluğu, forma və məzmun gözəlliyi ilə xarakterizə
olunurdu.
İnqilabdan sonrakı dövrlərdə tətbiqi sənət, həm də yerli əhalinin estetik tələbatlarını ödəmək vəzifəsinə
çevrildi. Artıq kolxozçu qazaxın evinin interyeri tətbiqi sənət nümunələrinin zənginliyi ilə özünü göstərir.
Kəndli yaşadığı evə rahatlıq, gözəllik bəxş etmək üçün bu sənət materiallarından geniş istifadə etməyə başlayır.
Aullarda yaşayan sənətkar qadınlar xovlu xalçalardan tutmuş ən sadə kilim növlərinə qədər yeni üslub – appli-
kasiya, inkrustasiya texnikasını gətirir.
Dekorativ və məişət rolu oynayan ornamentin xovlu çanta və üzlük (çexol) yayda heyvandarların ən çox
istifadə etdikləri əşyalardandır. Bu cür çanta və üzlüklər yaşayış tərzinə təkrarolunmaz milli kolorit bəxş edir.
Xovlu ornamentli məhsullar – tətbiqi sənətin ən qədim formalarından biri olub, bu günəqədər mövcuddur.
Müasir xovlu çantalar, xalçalar rəng qamması rəngarəngliyinə görə fərqlənir. Qazaxıstanın cənubunda sənətkar
qadınlar dəzgahlarda böyük xovlu xalçalar (tükti kilim) və xovsuz palazlar (takır kilem) toxuyurlar. Bir çox
ailələr, hətta 3,5 x 5,5 m həcmində gözəl, möhtəşəm xovlu xalçalar hazırlayırlar.
Dini qadağanlardan doğan canlı varlıqların (insan, heyvan, quş və s.) təsviri üstünlük təşkil etməyə
başlayır. Bir çox xalçalarda müəllifin ad və soyadı toxunur. Yeni motivlər xovsuz xalçalarda – alaşa, bau,
baskurlarda təzahür olunur: burda ənənəvi həndəsi və zoomorf xarakterli naxışların yerinə gül, insan, heyvan,
quş, dövlət gerblərinin təsvirlərini görmək olar.
Yurtların örtülməsi üçün ornamentli «şim çin» adlı tikililərin hazırlanması indiyəcən yenə də
qalmaqdadır. Bunlar daha çox heyvandarlıq yerlərində, məsələn Manqışlaq, Mərkəzi Qazaxzıstan və ölkənin
cənubunda hazırlanır. Onların hazırlanma texnikası və ornamentikası bir o qədər də ciddi dəyişikliyə məruz
qalmamışdır.
Əvvəlkinə nisbətən ötən əsrin 70-80-ci illərində parça üzərində toxunuş sənəti daha geniş vüsət almağa
başlamışdır. Əvvəldə qeyd etdiyimiz kimi qədim qazaxlarda tambur toxunuşu üstünlük təşkil edirdi. Bu
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
212
toxunuşdan divar xalçaları, geyim, baş örtükləri, məişət əşya və bəzəkləri üçün istifadə olunurdu. Bu toxunuş
mürəkkəb olduğu üçün xeyli vaxt tələb edir. Hazırda bu toxunuş ilə yalnız Manqışlar, Koş-Ağac, ölkənin qərb
və şərqinin bəzi yerlərində tətbiq edilir. Tambur toxunuşu ilə qadın geyimləri, yastıq örtükləri və s. bəzəyirlər.
Müharibə illərində sonra (II Dünya müharibəsi) Qazaxıstanda rus və ukrayna əhalisindən mənimsənilmiş yeni
toxunuş növlərindən – ilməli, basma keste, xaç, jarta teste kimi bəzəklərdən istifadə olunur.
Tətbiqi sənət kimi təsviri sənət də qazax xalqının aparıcı mədəniyyət sahələrindən biridir. Hələ ötən əsrin
20-30-cu illərində A.Taşbayev, X.G.Xocikovlar, A.İsmayılov, A.Kasteyev adlı rəssamlar rus rəssamları ilə
əməkdaşlıq edirdilər. Bu sənətkarların milli mədəniyyətə gətirdikləri başlıca cəhət bədii sənətin öz milli «dili»ni
yaratmaq olmuşdur. Hələ Böyük Vətən müharibəsi illərində bu rəssamlar batal mövzuya müraciət edərək cəbhə
qəhrəmanlarının obrazlarını yaratmışlır. Qazax rəssamlarının müharibə illərində «Okon Kaz TAQa» adlı plakat
və karikatura silsiləsi rəssamların professional istedadını nümayiş etdirirdi. A.İsmayılov, A.Kasteyev və b. süjet-
li rəsmləri, A.M.Çerkasski, M.S.Lizobuqun portret və peyzaj janrında yaratdıqları əsərlər ötən əsrin
nailiyyətlərindən hesab olunur. Ötən əsrin II yarısından başlayaraq təsviri sənətə yeni qüvvələrin gəlişi, ilk
növbədə gənclərin Moskva, Leninqrad (indiki Sankt-Peterburq) rəssamlıq məktəblərində təhsil almaları ilə izah
olunur. 60-70-ci illərdə və bu rəssamların yaradıcılığında insanın əhval-ruhiyyəsini çatdırmaq, onun ətraf aləmlə
əlaqəsini təsvir etmək başlıca yer tuturdu. M.S.Kenbabayev, K.T.Telcanov, A.M.Stepanov, S.A.Mambeyev,
K.M.Şayexmetov, S.A.Aytbayev kimi rəssamların yaradıcılığında dediklərimiz geniş tərzdə öz bədii təzahürünü
tapmışdı.
Qrafika sənətində N.S.Qayev, R.Saxi, Ç.B.Kenjebayevin adlarını çəkmək olar. Adlarını çəkdiyimiz bu
sənətkarların hamısı 1940-cı ildə Alma-Atada təsis olunmuş Qazaxıstan rəssamları ittifaqının üzvləri idi.
Qazaxıstan mədəniyyətini yüksəldən əsas sənət sahələrindən birini də ədəbiyyat təşkil edir. Zəngin ədəbi
mənbələri olan qazax xalqının bu sahədəki uğurları ürək açandır. Şifahi xalq ədəbiyyatında mühüm yer tutan
mərasim nəğmələri, atalar sözləri, zərb-məsəllər, tapmaca, nağıl və eposlarla («Koblandı», «Er Tarqın», «Kam-
bar batır», «Alpamıs» və s.) yanaşı ötən əsrlərdə yaşayıb-yaratmış ədəbi sənətkarlar müasir ədəbiyyat üçün
zəngin mənbə qoymuşdur. Qazax sovet ədəbiyyatının banisi sayılan S.Seyfullindən sonra yeni yazarlar ordusu
yarandı. Sovet dönəmində sosialist prinsipləri əsasında yaranmış qazax ədəbiyyatı dünyaya bir çox şair və
yazıçıların adını tanıtdı. 1934-cü ildə Qazax şairlərini öz ətrafında cəmləşdirən Yazıçılar İttifaqı yarandı.
İ.cansuqurov, B.Maylin, Ş.İmanbayeva, A.Tacıbayev, T.Jarokov, Q.Amanjolov sosialist həqiqətlərini öz
əsərlərində əks etdirməklə dövrün tələblərinə cavab vermişlər.
Böyük Vətən müharibəsi illərində qazax ədəbiyyatı insanların hərbi və əmək qəhrəmanlıqlarını ifadə
etməyə başlıca yer ayırırdılar. Hərbi vətənpərvərlik mövzusunda yazan Tokmaqambetova, Jarokova, Ormanov,
Abu Sarsenbayev, cubana Muldaqamiyeva, Hamida Yerqaliyeva və b. öz lirik şeirlərində döyüşçülərə mənəvi
ruh verirdilər.
Hərbi mövzu dramaturgiyada da başlıca yer tutdu. Auezovanın «Sınaq saatı», «Namus qvardiyası»,
Xusayinovanın «Aman gəldi» pyesləri qazax dramaturgiyasının görkəmli əsərlərindən hesab edilir.
Müasiri olduğumuz tarixi dövrün ədəbiyyatından danışdıqda isə Oljas Süleymenovun adını çəkmək
lazımdır. Onun «Torpaq, insana baş əy!» (1961) adlı şeirlər kitabı yazarı dünyaya tanıtmışdır. O, nəinki qazax
xalqının, bütün türk millətinin istedadlı oğludur.
Milli musiqi ladları üzərində formalaşan qazax musiqisinin professional bəstəkarlarından V.Velikanov,
M.Tumbayev, Y.Rəhmədiyev, S.Mühəmmədcanov, Ə.Kaşaubayev, D.Nurpensova, R.Abdullin, Q.Duqaşov,
Ş.Kajqaliyev, F.Mansurov kimi məşhur musiqi xadimlərinin adlarını çəkmək olar. Hazırda Qazaxıstan
Respublikasında opera və balet teatrı, xor kapellası, xalq çalğı alətləri orkestri, rəqs ansamblı, simfonik orkestr,
Konservatoriya, musiqi məktəbləri, filarmoniya, bəstəkarlar ittifaqı fəaliyyət göstərməkdədir.
Qazax mədəniyyəti tarixində musiqi, teatr, digər sənət sahələrinin, elm, təhsil, maarifin özünəməxsus yeri
vardır.
Müasir Qazaxıstan mədəniyyətində teatr, balet, kino, sirk inkişaf etməkdədir. Hazırda ölkənin müasir
tələblərə uyğun təhsil və maarif sistemi, elmi müəssisə və idarələri fəaliyyət göstərir.
Qırğız mədəniyyəti
Qırğızıstanın ərazisi Orta Asiyanın şimal-şərqində yerləşərək şimaldan Qazaxıstan, qərbdən Özbəkistan,
cənub-qərbdən Tacikistan, cənub-şərq və şərqdən Çinlə həmsərhəddir. Aparılmış elmi ekspedisiyalar, arxeoloji
abidələr sübut edir ki, qədim qırğızlar bu ərazidə hələ 300 min il bundan öncə, Daş dövründə (aşağı paleolit)
məskən salmışlar. Mərkəzi Tyan-Şan, İsık-Kul və Fərqanədən aşağı paleolit dövrünə aid tapılan silah və alətlər
bu ərazilərdə qədim insan məskənlərinin olmasına sübutudur. Orta paleolitdə muster mədəniyyətinin
mövcudluğu barədə buradan tapılan düşərgə, daş alətlər məlumat verir. Qapçıqayadan əldə edilən arxeoloji
tapıntılar yuxarı paleolit dövrünün 35-10 min il bundan əvvəl mövcud olduğunu göstərir. Neolit abidələri
keçmiş Frunze, (indiki Bişkek) Takmakşəhərləri, Çak və Qara-Şi yaxınlığındakı Alay düzənliklərindən əldə
edilmişdir. İki məşhur mağarada hətta qədim insanların neolit çağlarında yazılı izləri də qalmışdır: Sarıcazdakı
Narın və Ağ-Çunkur şəhərlərindəki mağaralar bunlara sübutdur. Bu mağaraların birində, hətta qırmızı boya ilə
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
213
heyvanların qaya rəsmləri açıq-aydın hiss olunur. Neolit dövründə Qırğız torpağında məskunlaşmış qədim in-
sanlar daşın işlənməsində daha kamil texnikaya malik olduqlarını sübut edir. B.e.ə.V-III-cü minilliklərdə
heyvandarlıq və əkinçiliyin təşəkkül tapması müəyyən olunub. Bu isə matriarxatın patriarxata təhvil verilməsinə
dəlalət edir. B.e.ə.III minilliyin sonu - II minilliyin əvvəlində tunc, sonra bürünc dövrü (b.e.ə.II minilliyin
ortaları - I minilliyin əvvəlləri) başlayır ki, bu zaman əhalinin tərkibi iki qrup üzrə müəyyən olunur: torpaqda
çalışan əhali (Boz-Təkə, Çimbay və Qara_Koçkordan tapılan arxeoloji abidələr), ikincisi, heyvandarlıqla məşğul
olan əhali (Çu, Talas, Narın çayları ətrafında, İssık-Kul gölü, mərkəzi Tyan-Şanda yaşamış insanların
qəbirlərindən əldə olunan əşyalar).
B.e.ə.VII-VI əsrlərdə cəmiyyətin tərkibində ciddi dəyişikliklər baş verir: dəmirdən hazırlanmış əmək alət
və silahları geniş yayılmağa başlayır, köçəri heyvandarlıq üstünlük təşkil etməyə başlayır ki, bu da əmək
bölgüsünə əsaslı təkan verir. Beləliklə, cəmiyyətdə sinfi təbəqələşmə təşəkkül tapır. Köçərilərdə tayfa ittifaqları,
torpaq rayonlarında quldarlıq dövlətləri formalaşmağa başlayır. Şimali Qırğızıstand aşağıdakı tayfa ittifaqları –
saklar (b.e.ə.VII-III), usun (b.e.ə.II-V əsr) yaranır.
Cənub rayonlarında b.e.ə. II-I əsrlərdə Parkan dövləti sonralar Kuşan dövləti ilə əvəz olunur.
Təsərrüfatda əldə edilən nailiyyətlər (suqaldırıcı texnika, su dəyirmanlar, yeni təsərrüfat sahələri -
pambıqçılıq) quldarlığın yeni ictimai-sosial münasibətlərlə – feodal münasibətləri ilə əvəz olunmasına təkan
verdi. Bu proses VI-XVIII əsrlərə qədər davam etdi.
Orta əsrlərdə Qırğızıstan ərazisində və onunla qonşu olan yerlərdə bir-birini əvəz edən dövlətlər (Qərbi
türk xaqanlığı, Türkeş, Karluk) yarandı. X əsrdən XII əsrin ortalarınadək Qırğızıstanda Qaraxanilər dövləti də
mövcud idi. Bu dövrlərdə qırğız xalqına mənsub olan sənət abidələri onun zəngin mədəniyyətindən xəbər verir-
di. Burada inkişaf edən şəhərlər, sənətkarlıq mədəniyyətin yüksəlişi ilə bağlı idi. Yusif Balasaqunin «Kutadqu
bilik» poeması, Mahmud Kaşqarinin «Divani-lüğət it türk» kimi əsərlər bu ölkədə yerli əhali arasında çox popu-
lyar idi.
Feodal hakimlərin islamı qəbul etməsi bu ideologiyanın Qırğızıstanda hakim din statusu əldə etməsinə
səbəb oldu.
Artıq XI-XII əsrlərdə Qırğızıstanda məskunlaşmış əhalinin müxtəlif tayfa və qruplarının təsərrüfat-
iqtisadi inkişaf prosesində bir-birinə yaxınlaşması xalqın formalaşmasında mühüm təkanverici amilə çevrildi.
Lakin bu proses XIII əsrin I rübündə monqol-tatar basqınları nəticəsində xeyli zəiflədi. Monqolların Orta
Asiyanı zəbt etməsi Qırğızıstanda da köçəri tayfaların məskunlaşmasına şərait yaratdı. Yalnız XV əsrin II
yarısında Şimali Qırğızıstan ərazisində qırğız tayfalarının müstəqil birliyi nəticəsində ilk millətçi xanlığın əsası
qoyuldu. Onun təşkili, həm də monqol feodallarının hökmranlığına son qoydu.
Qırğız xalqı həm də qədim ədəbiyyat, folklor, memarlıq və digər sənət sahələrinə malik bir millətdir.
Qırğızların şifahi-poetik yaradıcılığı qədimlərə gedib çıxır. Orijinal kosmoqonik əsatirlər, çoban nəğmələri, ağı-
oxşamalar və s. qədim folklor janrlarındandır. «Manas» bu xalqın monumental qəhrəmanlıq eposudur. Onun
mövcudluğu faktı XVI əsrə təsadüf edir. Bununla yanaşı «kiçik eposlar» kimi tanınan əsərləri də nümunə
göstərmək olar: məsələn, «Gedeyxan», «Qoca caş», «canıl Mirza», «Ər-Töştük» və b. Digər türk xalqlarında
olduğu kimi, qırğızlarda da nağıl, atalar sözü, zərb-məsəllər, mərasim və mifik nəğmələr, əfsanə, xalq lətifələri
geniş yayılmışdır.
Artıq XVIII əsrdə Qırğızıstana cəlb olunan maarifçilik ideyaları, millətin ədəbi-poetik düşüncəsində yeni
bir mərhələ kimi qiymətləndirilir. Belə demokrat-şairlərdən Toktoqul Satılqanov (1864-1933), onun ardıcılları
Toqolok Moldo (1860-1942), Kalık Akiyev (1883-1953), Alımkul Usenbayev (1894-1963), Osmankul Bolebo-
layev (1888-1967) və digərlərinin adlarını çəkmək olar. Qırğızlar bu kimi sənətkarlara öz dillərində «akın» (şair,
yazar) deyirlər. Sovet dövrünə təsadüf edən qırğız ədəbiyyatının bir çox simaları, hətta dünya səviyyəsinə qədər
yüksəlmiş sənətkarlardır. Artıq ötən əsrin 30-cu illərindən başlayaraq ədəbiyyatın bütün janrlarında tanınmış
yazıçı, şair, dramaturqlar meydana çıxır: Tokombayev, C.Bokonbayev (1910-44), c.Turusbəyov (1910-1943),
M.Elebayev (1905-43), A.Osmonov (1915-50), T.Umetaliyev, T.Sıdırbəyov və b. Dramaturji əsərlər yaranır
«Ömür yox, yalnız həyat!» (1935, müəllif Turusbəyov), «Qızıl qızcığaz» (1937, müəllif Bokonbayev) kimi
əsərlər qırğız dramaturgiyasının vüsət götürməsində mühüm əhəmiyyət kəsb etmişdir.
Qırğız ədəbiyyatından söhbət gedərkən dünyaşöhrətli nəsr sənətkarı Çingiz Aytmatovun adı qürurla
səslənməlidir. Əsasən kiçik hekayə, povestlər müəllifi olan Ç.Aytmatovu məşhürlaşdıran sənətkarlıq
mədəniyyəti, hadisələrə obyektiv münasibəti, yüksək bədii sözlə təsvir ustalığıdır. Onun «cəmilə» (1958), «İlk
müəllim» (1961), «Əlvida, Gülsara» (1966), «Ağ gəmi» (1970) kimi nəsr əsərləri qırğız ədəbiyyatını bütün
dünyada məhşurlaşdıran sənət abidələrindəndir. Qırğız incəsənətini dünya arenasına çıxaran digər sənət
sahələrindən -memarlıq və təsviri sənətdən də danışmaq lazımdır. Monqol-tatarların hücumlarına məruz qalan
qırğızlar memarlıq sənətinin incəliklərinə yiyələnməyə məcbur olmuşlar. Hücumlardan qorunmaq məqsədilə,
möhkəm, davamlı qala, qəsr, feodal istehkamları tikmək məcburiyyətində qalan qırğızlar bu sənəti dərindən
öyrənərək mənimsəyirlər. Artıq V-X əsrlərdə «şəhristan» və içqalalardan ibarət şəhər tikintilərinə üstünlük veri-
lir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
214
İslamın yayılması ilə bütün digər Orta Asiya ərazilərində olduğu kimi, Qırğızıstanda da, xüsusilə,
Qaraxanilərin hakimiyyəti dövründə məscid, minarə, məqbərə, türbə tikililərinə başlıca yer verilir. XI əsrə aid
minarələr buran və Uzgen şəhərlərində tikilmişdir. Bu dövrün başlıca memarlıq bəzəyi kərpicin naxışlı formada
yerləşdirilməsi, həndəsi bəzək, yazı və nəbati motivlər təşkil edirdi. Dekorativ-tətbiqi sənətdə keramika aparıcı
yer tuturdu; qeyri-şirəli, ştamp üsulu ilə hazırlanmış qablar üstünlük təşkil edirdi. Qablar yanma və oyma üsulu
ilə naxışlanaraq ağ fonda tünd qəhvəyi və yaşıl boya ilə bəzədilirdi.
Monqol-tatar basqınları ərzində bir çox şəhərlər tənəzzülə uğradı. XIV əsrdə məşhur Manas məqbərəsi,
XV əsrdə Paş-Rabat karvansarayı inşa edildi.
Qırğız mədəniyyətinin yüksəliş çağları sovet dövrünə də təsadüf edir. Bu dövrdə savadlanma və təhsilin
geniş yayılmasını özü mədəni sahədə ən uğurlu addımlardan idi. Təsviri sənətin inkişafında rus
mütəxəssislərindən - rəngkarlar V.V.Obraztsov, S.A.Çuykov, İ.P.Qalçenko, A.İ.İqnatyev, heykəltəraş O.M.Ma-
uilovun adlarını çəkmək olar. Bunun nəticəsində XX əsrin 30-cu illərində Q.Aytiyevin səyi nəticəsində milli
rəngkarlıq məktəbi fəaliyyət göstərməyə başladı. 1935-ci ildə Qırğızıstanın paytaxtı Frunzedə rəssamlıq
studiyası (1939-cu ildə Rəssamlıq Peşə məktəbi) təşkil edildi. Beləliklə, qırğız milli rəssamlığı inkişaf etməyə
başladı – M.Omarkulov, A.Usubalıyev, S.İşenov, Z.Həibulin, D.cumabayev, A.Osmanov, M.Sıdıkbayev kimi
görkəmli rəssamlar yetişdi.
Qırğız musiqisi XX əsrin əvvəllərinə qədər şifahi formada vüsət tapmışdı. Xalq mahnılarının melodiyaları
genişdir, nəqarətlidir. Mahnı janrları arasında mərasim, əmək («bəkbəkəz»-qoyun sürüsünün keşiyini çəkən
qadınların gecə nəğmələri), lirik mahnılar («kyugen», «seketbay», «seket» - sevgi mahnıları), laylalar («beşik
ırı»), oyun nəğmələri («yelləncək»), məzəli nəğmələr («kayımaytışuu»), uşaqlar üçün mahnılar («baldar ırı»).
Qırğız milli musiqisinin əsas çalğı alətlərindən komuz, kıl kıyak, jıqaç ooz komuz və temir komuzun
adlarını çəkmək olar.
Qırğız milli musiqi mədəniyyətinin əsas aparıcı qüvvələri akınlar və instrumental ifaçılar-komuzçı,
kıyakçı və digərləridir. Müasir qırğız musiqi mədəniyyətinin mühüm istiqamətlərində birini simfonik musiqi
təşkil edir. Qırğız bəstakarları Tuleyev «Qəhrəmanlıq poeması» simfoniyası (1954), T.Ermatov, A.Canıəyov,
Abdrayev, Amaqbayev bir çox klassik musiqi əsərlərinin müəllifləri kimi tanınırlar.
Klassik musiqi xoreoqrafiyanın inkişafına da ciddi, əhəmiyyətli şəkildə təsir göstərmişdir. Zlasova və Fe-
renin müəllifi olduqları «Altın qız» (1937) musiqili teatrı ilə balet sənəti formalaşmağa başlayır. XX əsrin 30-cu
illərindən etibarən Rusiyaya balet təhsili almağa göndərilən gənclər qırğız mədəniyyətində bu incəsənət
sahəsinin inkişafına təkan verdi. Artıq 1970-80-ci illərdə Qırğızıstanda B.Beyşenaliyeva, U.Sarıbakişiyeva,
R.Çokoyeva, B.Alimbayev, S.Çokobayev, A.Tokonbayev kimi balet ustaları fəaliyyət göstərirdilər.
Qırğız mədəniyyətində xüsusi yer tutan milli teatrın kökü hələ lap qədimlərə gedib çıxır. Mərasim, xalq
oyunları, akınların yarışmaları (aytışuu), nağılçıların çıxışları (comokçu), manasçı («Manas» dastanını
söyləyən), komuzçu, xalq komikləri – kuudulların çıxışları milli qırğız teatrlaşma sənətinin rüşeymləri rolunu
oynayır. XX əsrin əvvəllərindən ədəbiyyatdakı canlanma dramaturgiya sənətinin inkişafı ilə bağlı olaraq milli
teatrın professional səviyyədə yüksəlməsinə səbəb oldu. 1941-ci ildə Frunzedə Qırğız dramatik teatr truppasının
əsası qoyuldu. O vaxtdan bu günə qədər Milli Qırğız professional teatrında görkəmli dramaturq, aktyor-rejissor
ordusu yetişdi. D.Kuukova, M.Kıdıkeyeva, M.Ruskulov, S.Balkıbeyov, A.Botaliyev, .Camanov, A.Cankoozova,
S.Kumuşaliyeva, A.Kutubayeva, L.Manova kimi teatr aktor və rejissorları ötən əsrin və müasir qırğız teatrının
görkəmli sənətkarlarıdır.
Beləliklə, Orta Asiya ərazisinə daxil olan digər ölkələr kimi Qırğızıstan da zəngin tarixə və mədəniyyətə
malikdir.
Dostları ilə paylaş: |