Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə25/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

 
 
2.3.3. Bizans mədəniyyəti 
 
Roma imperiyasının iki hissəyə bölünməsi rəsmən 395-ci ilə təsadüf etsə də, əslində bu proses xeyli əvvəl 
başlanmışdı. Bu işi ilk dəfə Romanın birinci imrepatoru sayılan Yuli Sezarın ölümündən sonra onun davamçıları - 
köməkçisi Antoni və qohumu, həmçinin sələfi  Oktavian  Avqust  həyata keçirmişdi. Onlar Filippa şəhəri 
yaxınlığında Makedoniya uğrunda gedən mübarizədə respublikaçılara qalib gələrək Roma dövlətini idarə etmək 
üçün onu iki hissəyə ayırdılar. Misir çariçası Kleopatraya evlənən və Misirin paytaxtı İçkəndəriyyədə yaşamağa 
başlayan Antoni Şərq  əyalətlərində, Oktavian isə  Qərbdə hakimiyyəti  əlinə aldı. Respublikaçılarla mübarizədə 
müvəqqəti olaraq barışmış Antoni və Oktavianın arasındakı düşmənçilik tezliklə bərpa olundu. Oktavianın ordusu 
İskəndəriyyəni tutduqdan sonra Antoni və Kleopatra intihar etdi. Sonrakı dövrlərdə  də Roma imperiyasının 
işğalçılıq, yəni imperiyanın sərhədlərini genişləndirmək siyasəti davam etdi. İmperator Trayanın uğursuz yürüşləri 
isə bu siyasətə son qoydu. II əsrdə imperiya öz işğalçılıq siyasətindən əl çəkərək müdafiə mövqeyi tutmağa məcbur 
oldu. Çünki II-III əsrlərdə barbarların, xüsusən də Reyn və Elba çayları arasında yaşayan germanların imperiyanın 
sərhədlərinə olan hücumları gücləndi. Tanış olmayan dildə danışanları «barbar» adlandıran romalılar uzun müddət 
onların hücumlarını dəf etməyə nail olurdular. Barbarlar Roma ilə saziş bağlayır, imperiyanın sərhəd ərazilərində 
məskunlaşır və hətta Roma ordusunda muzdla işə düzəlirdilər.  
III  əsrdə Roma imperiyası Qalliya, İspaniya və Misiri, Asiyadakı  və Dunay çayının aşağı hissəsindəki 
əyalətləri itirdi. Bundan sonra imperiyanı parçalamaq ənənəsini 284-cü ildə hakimiyyətə  gələrək 21 il ağalıq 
edən imperator Diokletian həyata keçirdi. O, imperiyanın Şərq hissəsini öz hakimiyyəti altında saxlamış, Qərbi 
isə öz dostu Maksimiana etibar etmişdir.  
Hər iki imperator «avqust» titulu qəbul etsə də birincilik Diokletiana məxsus idi.  
Diokletiandan sonra yenə başlayan dövlət çəkişmələrində qalib çıxmış imperator Konstantin 324-330–cu 
illərdə qədim şəhərcik, köhnə yunan müstəmləkəsi olan Vizantinin yerində öz şəhərini – Konstantinopolu saldı. 
330–cu il, mayın 11-də Konstantinopol rəsmi olaraq Roma imperiyasının yeni paytaxtı elan edildi. Bundan so-
nra imperiyanın iki yerə parçalanması sürətləndi. 395-ci ildə Roma imperiyası iki qardaş imperator arasında 
bölündü. Nəticədə iki imperiya – paytaxtı Konstantinopol olan Bizans, yəni Şərq və bir də Qərb yarandı. Avropa 
və Afrikanın qərb əyalətləri, həmçinin İtaliya Qərb imperiyasının tərkibində qaldı.  
Yarandığı ilk dövrlərdən Bizans çox böyük əraziyə malik idi: Kiçik Asiya, Balkan yarımadası, 
Mesopotamiyanın və muasir Ermənistanın bir hissəsi, Suriya, Fələstin, Misir, Krit adaları, Xersones, Lazika, 
Ərəbistanın bəzi vilayətləri, Aralıq dənizinin şərq adaları.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
182
Hər iki qitəni – həm Avropa, həm də Asiyanı, həmçinin Afrikanın bəzi vilayətlərini  əhatə edən Bizans 
sivilizasiyası 2 müxtəlif dünya - Şərq və  Qərb arasında  əlaqəyə çevrildi. Belə  əlverişli coğrafi  şərait Bizansı 
mühüm ticarət mərkəzi etdi. Çinə aparan quru və dəniz «ipək yolu», Ərəbistandan Qırmızı dəniz, fars körfəzi və 
Hind okeanı limanlarına gedən yollar məhz Bizansdan keçirdi. Romadan Bizansa «irsən» çoxlu məhsuldar 
ərazilər, rəngarəng iqtisadiyyatı olan inkişaf etmiş şəhərlər qalmışdı. Bizansın Balkandakı əyaləti olan Frakiya 
və Misir imperiyanın  əsas qida mənbəyi idi. Bunlara «çörək anbarı» da deyirdilər. Kiçik Asiyada dəri, yun 
parça, metal məmulatları istehsalı genişlənmiş, üzümçülük, bağçılıq, heyvandarlıq inkişaf etmişdi. Buna görə də 
Bizans xam malla, kənd təsərrüfatı  məhsulları ilə, faydalı qazıntılarla təmin edilmişdi. Burada sənətkarlıq, o 
cümlədən zərgərlik məhsulları,  şüşə qablar, yun və ipək parça istehsalı inkişaf etmişdi ki, bunların çoxundan 
Avropa hələ bixəbər idi.  
Bizansın əhalisi 30-35 milyona çataraq müxtəlif etnik tərkibə malik idi: suriyalılar, yəhudilər, yunanlar, kop-
tlar, gürcülər və s.  
Roma imperiyasının şərqində yerləşən Bizansın tarixi inkişafı Qərbdə olduğu kimi quldarlıq quruluşunun 
dağılması yolu ilə gedirdi. Lakin Qərbə nisbətən  Şərqdə bu proses o qədər ləng gedirdi ki, quldarlıq 
münasibətlərinin qalıqları hətta XI əsrədək saxlanmışdı. Beləliklə, Bizansın feodallaşması da Çin və Hindistan-
da olduğu kimi tədrici xarakter daşıdığından köhnə mədəniyyətlə yenisi arasında elə bir kəskin fərq olmadı. Bu-
rada antik ənənələr Qərbdə olduğu kimi yerlə yeksan edilmədi. Çünki Şərq, barbarların basqınlarına Qərb qədər 
məruz qalmamışdı. Qərbdə artıq yox olmuş antik məişət və təsərrüfat formaları, eləcə də mərkəzləşmiş dövlət 
forması, antik şəhərlər, yüksək inkişaf etmiş sənətkarlıq, fəal ticarət qorunub saxlandı. VII əsrin ortalarınadək 
Bizansda Roma imperiyasının sosial-siyasi və  təsərrüfatçılıq  ənənələri davam edirdi. VII əsrdən başlayaraq 
Bizansın  əsas təsərrüfatçılıq fəaliyyəti azad taxılçılar, üzümçülər və maldar icmalarından ibarət oldu. Burada 
fəal feodallaşma prosesi yalnız IX əsrin II yarısından başladı. Ümumiyyətlə, V-XIV əsrlərdə Bizans 
mədəniyyəti çox yüksək xətlə irəliləsə  də,  əslində bu xətt qalxan yox, hissedilməz dərəcədə enən olmuşdur. 
Qərb dövlətlərinin mədəniyyəti isə əksinə, aşağı səviyyədən başlayaraq durmadan yuksəlirdi. Bu, bəlkə də Bi-
zansda uzun müddət köhnə, quldarlıq monarxiyası formalarının saxlanması ilə bağlı idi. Bizansda kəndli 
icmalarının,  əyalətlərin müstəqil inkişafı  ləngidilir,  şəhərlərdə yeni ictimai qüvvələrin yaranmasına maneçilik 
törədilirdi. Bunula belə, yeni Romanın təməlinin qoyulması ilə bəşər tarixində yeni mərhələ başladı.  
Roma imperiyasının Qərb və Şərqə bölünməsi 2 dövrün kəsiyində – Antik dövrün süqutu və orta əsrlər 
dünyasının yetişməsi zamanı baş verdi və  nəticədə Bizans imperiyası yarandı. Bu ölkənin sakinləri öz 
imperiyalarını Romeylər səltənəti, yəni Roma imperiyası, özlərini romeylər, yəni romalılar, Konstantinopolu isə 
«yeni Roma» adlandırırdılar, əslində bu adı Bizansa Yeni dövrün Avropa mütəfəkkirləri vermişdi. Onlar Bizansı 
yunan-roma mədəniyyətindən ayıraraq onu şərq mədəniyyət tipinə aid etdilər. Lakin Bizans həm Şərqdən, həm 
də  Qərbdən fərqlənən özünəməxsus yolla getdi. Əlbəttə ki, burada antik mədəniyyətin təsiri danılmazdır. 
Romanın layiqli sələfi isə Bosfor körfəzində yerləşən və öz gözəlliyi ilə seçilən Konstantinopol oldu. V əsrdə 
Konstantinopolda 150 min, VI əsrdə 375 min əhali yaşayırdı ki, bu da Roma imperiyasının əhalisinə bərabər idi. 
Siyasi və iqtisadi tənəzzülə  uğrayan qədim, bütpərəst Roma yox olur, onun yerində isə Roma şəhərlərinə 
bənzəməyən «ikinci Roma» - Konstantinopol ucalırdı.  
Bizansda özünəməxsus bədii təfəkkür formalaşırdı. Mənəvi mədəniyyət sahəsində antik dövrdə 
qazanılmış nailiyyətlər itirilmir, yeni dövrün tələblərinə uyğunlaşdırılaraq yenidən nəzərdən keçirilirdi. 
İncəsənətdə  də antik ənənələr saxlansa da onlar tanınmaz dərəcədə başqalaşırdı. Orta əsr incəsənətinə keçid 
möhtəşəm antik mədəniyyətlə aramsız varislik əlaqələri arasında baş verirdi. İskəndəriyyə, Antioxiya, Efes kimi 
Konstantinopol da öz simasına görə ellin şəhəri olaraq qalırdı.  
Konstantinopola çoxlu antik heykəlciklər gətirilmişdi. Buraya dünyanın hər yerindən alimlər gəlməyə 
başlamışdı. Onlar qədim əlyazmaları toplayır, klassikləri tədqiq edirdilər. Beləliklə, Homerin, Esxilin, Sofoklun 
əsərləri qorunub saxlandı. VII əsrədək antik xalq teatrı  fəaliyyət göstərmiş, yunan dili danışıq dili kimi 
işlənmişdi. İmperator Konstantin yeni paytaxta köçmək istəyənlər üçün yeni evlər tikdirirdi. Yaşayış evlərindən 
başqa, burada həmçinin ictimai binalar, məbədlər, teatrlar, çörəkxanalar, hamamlar, su kəmərləri, fəvvarələr, 
yeraltı su ambarları – sisternlər tikilirdi. Şəhərdə çörək pulsuz idi. Hər bir uşağın məktəbdə oxumaq imkanı var 
idi. Şəhəri düşmənlərdən qoruyan qalın divar Konstantinin dövründə tikilməyə başlamış və bu tikinti V əsrdə 
imperator Feodosinin hakimiyyəti illərində başa çatmışdı.  
Ümumiyyətlə, Bizans bədii mədəniyyətinin təkamülü çox mürəkkəb proses olub, «enmə» və «qalxma» 
dövrlərinin növbələşməsi ilə müşahidə edilir ki, bu da bir neçə dövrdən ibarətdir: I dövr V-VII əsrləri əhatə edir 
ki, məhz bu vaxt quldarlıqdan feodalizmə keçid yekunlaşır. II dövr VIII-IX əsrlərdir ki, bu zaman mərkəz və 
əyalət varlıları arasında hakimiyyət uğrunda mübarizə gedir. «İkonaqıranlar» hərəkatı da məhz bü dövrdə 
yaranır. Bu mübarizə nəticəsində hər iki tərəf bədii mədəniyyətə böyük ziyan vurur – çoxlu sənət abidələri məhv 
edilir. III dövr - X-XII əsrlər bədii mədəniyyətin növbəti yüksəlişi və çiçəklənməsi dövrüdür. Bizans 
mədəniyyətinin bütün sahələrindəki nailiyyətlərin ümumiləşməsi və təsnifatı məhz bu dövrdə baş verir. IV dövr 
- XIII-XV əsrlər Paleoloqlar dövrünə təsadüf edir. Bu, ağır sınaqlar və mədəniyyətin son çiçəklənmə dövrüdür.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
183
Ümumiyyətlə, Bizans mədəniyyətinin formalaşması prosesi son antik dövrdən başlayaraq bir neçə əsr da-
vam edir və IX –X əsrlərə qədər uzanır. Digər ölkələrin orta əsr mədəniyyəti kimi Bizansda da mədəniyyətin 
gah bu, gah da digər sahəsi üstünlük təşkil etsə  də  hər bir sahədəki dəyişiklik dərhal digərində  əks olunur, 
mədəniyyət isə mədəni sərvətlərin mürəkkəb və vahid mexanizmi kimi çıxış edir.  
ELM VƏ  TƏHSİL. Qərbi Roma imperiyasının süqutundan sonra Romanın dünya ağalığı konsepsiyası, 
imperator titulu və dünya monarxiyası ideyası, eləcə də antik dövrün elm və təhsil ənənəsi yalnız Şərqdə – Bi-
zans imperiyasında dirçəldi. Ərazinin demək olar ki, 2 dəfə artması, qanunçuluq və idarəçilik islahatları, ticarət 
və  sənətkarlığın inkişafı, elmin və  mədəniyyətin digər sahələrinin çiçəklənməsi hələ erkən dövrdə – I 
Yustinianın (527-565) hakimiyyəti illərində baş verdi və Bizans Aralıq dənizi dövlətləri içərisində ən əzəmətlisi 
oldu.  
Şərqi Roma imperiyası IV-V əsrlərdə barbarların hücumlarına məruz qalmadığı üçün köhnə antik elm 
mərkəzləri – Afina, İskəndəriyyə, Beyrut, Qəza bərpa edildi, həmçinin yeniləri yaradıldı. Orta əsrlərin 
əvvəllərindən Bizansda savadlı adamların sayı Qərbi Avropadakından çox idi. Şəhər məktəblərində oxu, yazı, 
hesab öyrədilir, Homerin poemaları, Esxil və Sofoklun faciələri keçilirdi. Lakin belə məktədlərdə yalnız varlı 
uşaqlar təhsil almaq imkanına malik idi. Konstantinopolda yaradılmış xysusi komissiyanın tərkibinə yunan və 
latın dillərini yaxşı bilən mütəxəssislər daxil edilmişdi ki, onlar nadir kitabların axtarışı ilə  məşğul olur və 
onların üzünü imperator kitabxanası üçün köçürürdülər. Avropada birinci ali məktəbin açılması da məhz Bizans 
dövlətində mümkün oldu. O XI əsrdən fəaliyyətə başladı. İki əsrdən sonra isə Bizansda Avropanın ilk Universi-
teti yaradıldı. Burada həmçinin ali tibb məktəbi də açıldı. Hələ o vaxt şəhər  əhalisinə tibbi xidmət edilməsi 
qərara alındı. Hər bir həkimə şəhərin müəyyən rayonu ayrılmışdı. Optika sahəsində nailiyyətlər əldə edilmişdi. 
Oribazi (326-403) adlı həkim 70 kitabdan ibarət olan tibb ensiklopediyası tərtib etmişdi. Burada həm antik dövr 
təbabətinin nailiyyətləri, həm də müəllifin öz şəxsi nəticə və ümumiləşdirmələri öz əksini tapmışdı. Həkim Niki-
ta IX əsrdə cərrahlığa aid məcmuə tərtib etmişdi.  
Riyaziyyat, astronomiya, astrologiya, coğrafiya və s. sahələrdə böyük nailiyyətlər  əldə edilmişdi. 
Məsələn, ölkə və dənizlərin, şəhər kvartallarının xəritəsinin çəkilməsi hələ Qərbdə mümkün deyildi.  
Xristianlığın dövlət dininə çevrilməsi ilə ən yaxşı elm xadimlərinin təqibi başlandı. Elm mərkəzləri məhv 
edildi. 489-cu ildə yepiskopların təkidi ilə Efesdəki məktəb, 529-cu ildə Yustinianın əmri ilə Afinadakı yunan 
təhsilinin mərkəzlərindən olan məktəblər bağlandı. IV əsrdə fanatik – rahiblər  İskəndəriyyə kitabxanasının 
böyük bir hissəsini məhv etdilər. Xristianlığın yayılması üçün isə dini məktəblər, hətta ali dini məktəblər 
açılırdı. Məhz bu səbəbdən də həmin dövrdə elm ilahiyyatla bağlı oldu.  
VI-VII əsrlərdə Bizansda əlkimya ilə bağlı bir çox fəaliyyət növləri – istənilən metalın qızıla çevrilməsi, 
müxtəlif xəstəliklərin sağaldılması, cavanlığın qaytarılması və s. geniş yayılmışdı. Bu dövrdə kimya sənətinin 
inkişafı – keramik məmulatlar, mozaika və emal, parça və rəngkarlıq üçün rənglərin həzırlanması Bizans təsviri 
sənətində mühüm rol oynadı.  
X  əsrdə Bizans elmində ensiklopedik xarakterli ümumiləşmiş  əsərlərin sayı artdı. Bunların çoxu tarix, 
kənd təsərrüfatı, tibb və baytarlıqla əlaqədar idi.  
XI  əsr alimi və yazıçısı Mixail Psyollun (1018-1078 və ya 1096) xidmətləri daha böyükdür. O, Bizans 
mədəniyyətinin tarixi ilə əlaqədar «Xronoqrafiya» adlı əsərində öz tanıdığı imperatorların həyatını qələmə alıb. 
O həmçinin 4 fənni – hesab, həndəsə, astronomiya və musiqini əhatə edən «kvadrivium» icmalının da 
müəllifidir. Bu əsər XVI əsrdə latın dilinə  tərcümə edildi və  əsasən Qərbi Avropada riyaziyyatın inkişafına 
müsbət təsir göstərdi.  
Bu dövrdə  təbabətdə farmakologiya sahəsində, çağalara qulluq, qidanın xüsusiyyətləri və s. ilə bağlı 
tədqiqatların sayı artır. Heyvanlar və quşlar haqqında da əsərlər yazılır.  
X-XII  əsr Bizans müəlliflərinin tarixə aid əsərləri xronika və memuar xarakteri daşıyır. Bunlarda 
həmçinin antik üslubiyyət duyulur.  
FƏLSƏFƏ. Orta əsrlər dövründə digər ölkələr kimi, Bizansda da «dinin xidmətçisi» hesab edilən 
fəlsəfədən dinin ehkamlarına riayət etmək, yəni allahın mövcudluğunu və ruhun ölməzliyini sübut etmək tələb 
edilirdi. Şərqdə xristian sxolastikasının atası hesab edilən Dəməşqli İohann VIII əsrdə yaşayıb. Savadlı xristian 
olan İohan-Mansur ərəb xəlifətinə qulluq edirdi. O, Aristotelin (Ərəstunun) metafizika və məntiqindən xristian 
dininin yayılması üçün istifadə edirdi. Dəməşqli İohann sxolastikanın əsas idayalarını aydın ifadə edib: mütləq 
həqiqət ilahi vəhylə verilib, fəlsəfənin vəzifəsi onu dərk edib aydınlaşdırmaqdır.  
IX əsrdə yaşamış, «Kitabxana» əsərinin müəllifi, konstantinopollu patriarx Foti öz savadı və dərrakəsi ilə 
fərqlənirdi. Kitabda müxtəlif filosofların  əsərlərindən sitatlar və onların fəlsəfi sistemlsrinin izahı verilir. Foti 
qədim filosoflar içərisində Aristotelə Platona (Əflatuna) nisbətən daha çox üstünlük verir. O, Platon fəlsəfəsinin 
ziddiyyətli, qeyri-elmi və fantastik olmasını pisləyir. Fotinin şagirdi Aretis Platona tərəf çıxır. Beləliklə, Bizans-
da aristotelçilərlə platonçular arasında mübahisə başlayır və Konstantinopolun türklər tərəfindən işğalınadək 
davam edir.  
XI  əsrdə Bizans filosoflarından Mixail Psyol və  İohan  İtal (XI əsrin II yarısı) daha məşhur olub, öz 
erudisiyası, azadfikirliliyi və hərtərəfli biliyi ilə fərqlənirdilər. Öz fəlsəfi baxışlarına görə Psyol neoplatoniklərin 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
184
idealizminə yaxın idi. İohan İtal Bizansın ictimai-siyasi və fəlsəfi fikrinin inkişafında mühüm rol oynamışdı. O 
hesab edirdi ki, dünya ideyalara əsasən materiyadan yaranıb. Bu ideyalar dünyanın yaranmasından xeyli əvvəl 
mövcud idi. Onlar fəlsəfəni ilahiyyatdan ayırmağa çalışir, həmçinin idealist olaraq qalırdılar.  
Orta əsrlər Bizans mədəniyyəti estetik fikirlə də bağlı olmuşdur. Azərbaycan xalq nağıl və dastanlarında 
işlənən «Rum eli» məhz Bizans diyarıdır. Bizansda xristianlığın geniş yayılması ilə  əlaqədar dünyəvi 
mədəniyyət və incəsənət müəyyən inkişaf səviyyəsində olsa da memarlıq, musiqi, rəngkarlıq, poeziya kimi 
sahələr əsasən din və kilsənin nəzarəti altında olaraq ilahiyyat və mistikaya xidmət edirdi.  
Bizans xristianlığında baş qaldırmış «ikonaqıranlar» və «ikonapərəstlər» cərəyanlarının hər birinin 
özünəməxsus estetik məramnamələri ollmuşdur. «İkonaqıranlar» Allah, İsa və ya digər müqəddəslərin 
surətlərini çəkməyin, onların maddi təcəssümlərini yaratmağın  əleyhinə olaraq məbəd və kilsəni dekorativ 
elementlərlə  işləməyin məqsədəuyğunluğunu göstərirdi. Kilsə  dəzgah və monumental rəngkarlığı  məhv edir, 
ikonaları qırır və bu tədbirləri heç də dünyəvi mövqelərdən deyil, allaha və müqəddəslərə qarşı ehtiram əlaməti 
olaraq görülən tədbirlər kimi qiymətləndirirdilər.  İkonalar üzərində qadağanların düz olmadığını göstərən 
«ikonapərəstlərin» estetik ehkamı öz ifadəsini Dəməşqli  İohannın müddəalarında tapır: «İkona obraz olmaq 
etibarilə ilahi «arxetipin» təcəssüm etdirilməsidir. Buna görə də ikonaya sitayiş zamanı materiyaya deyil, rəsmi 
çəkilənə (əslə) sitayiş edilmiş olur, zira obraza qarşı ehtiram proobraza (əslə), ilahi obraza keçir» (A. Aslanov. 
Estetika aləmində. B., 1988, səh. 77-78). Nə ikonapərəstərin, nə də ikonaqıranların ideyaları incəsənət və esteti-
ka üçün bir o qədər də əhəmiyyətli deyildi, çünki hər ikisi sırf dini konsepsiyadan çıxış edirdi. İkonapərəstlərlə 
ikonaqıranlar arasında mübarizə ikonapərəstlərin qələbəsi ilə bitsə də, bu qələbə verilən qurbanlara dəymirdi.  
Bizans incəsənətinə də kilsə ənənələri ilə bağlılıq, alleqoriya və simvollar xas idi. V-VI əsrlərdə, xüsusilə 
Yustinianın dövrü Bizans incəsənətinin çiçəklənmə dövrüdür. Konstantinopoldakı müqəddəs Sofiya məbədi, 
Ravenada San-Vitali kilsəsinin mozaikası məhz bu dövrə aiddir. Roma imperiyasının ənənələri VII əsrə qədər 
davam etsə də IX əsrin II yarısında Bizansda Antik mədəniyyətdən fərqlənən özünəməxsus təfəkkür formalaşır. 
VII-VIII  əsrlərdə, məhz ikonaqıranlarla ikonapərəstlər arasındakı mübarizə zamanı Bizans incəsənəti süquta 
uğrayaraq mücərrəd və doqmatik olur. IX-XI əsrlərdə Bizans incəsənətində yenidən yüksəliş hiss edilir. 
Xüsusilə XI əsrdən başlayaraq incəsənətə, dünyəvi elmlərə və fəlsəfəyə maraq xeyli artır, antik mədəniyyətin bir 
sıra abidələri təhlil olunur, onlardan istifadə edilir. Mixail Psyol nitqin və ikonaların gözəlliyi barədə fikir 
söyləyir. O qeyd edir ki, ikonalarda onu cəlb edən ilk növbədə onların gözəlliyidir (Leksii po istorii estetiki. 
Kn.I, L. 1973, s.69).  
O dövrdən bizə  təsviri sənət üzrə bir neçə traktat gəlib çatmışdır. Bunlarda cisimlərin proporsiyası, 
təsvirlərin başlıca rəngləri, boyaların tərkibi, rəssamın iş üsulları və s. haqqında məlumat verilir. Belə traktatlar-
dan biri «Yerminiya» («Təsviri sənətə aid nəsihətlər») adlanır. Burada bir sıra ikonoqrafik sxemlərin və propor-
siya qanunlarının geniş təhlili verilir. Belə qanunların əsas obyekti burun və başlır. Bizans estetikasını inkişaf 
etdirən ellinizm ənənələrindən biri də  rəngkarlıq və memarlıq  əsərlərinin nəzəri-təsviri təhlilinin daha da 
genişləndirilməsidir. Bu ənənə Bizans ədəbiyyatında hələ antik dövrdən Avropa sənətşünaslığının mənbəyi 
sayılan ekfrasis janrında geniş yayılır.  
Bizansda memarlıq abidələrinin təsvirinə  həsr edilmiş çoxlu ədəbiyyat mövcud idi. Bunlardan ən 
maraqlısı VI əsr tarixçisi Prokopi Kesariyskinin «İmperator Yustinianın tikintiləri» adlanan traktat idi.  
DİN. Bizans Avropa tarixində, eləcə də bütün dünyada xristian mədəniyyətinin beşiyi sayılır. Xristianlığın 
təsdiqlənməsi, ortodoksal pravoslav nümunəsi üzrə tamamlanmış klassik forma əldə etməsi məhz Bizansda baş 
verdi. Bizans mədəniyyətinin xüsusiyyətlərini və xarakter cizgilərini müəyyənləşdirən həlledici amil məhz 
xristianlıq oldu. Təsadüfi deyil ki, orta əsrlər mədəniyyətinin mühüm hadisələrindən biri, bəlkə də ən başlıcası 
xristianlığın yayılmasıdır. I əsrdə Roma imperiyasının uzaq əyalətlərinin birində – İudeydə yaranmış xristianlıq 
belə bir rəvayətlə bağlı idi ki, Yer üzündə insan qiyafəsində adı  İsa olan bir allah yaşayıb. I əsrdə  Fələstində 
doğulmuş  İsa peyğəmbər oba-oba gəzərək öyrədirdi ki, tezliklə allah ədaləti bərqərar edəcək. O, suyu çaxıra 
çevirir, ölüləlri dirildir və digər möcuzələr edirmiş. Romalıların onu çarmıxa çəkmələrinə baxmayaraq 3 gündən 
sonra dirilən peyğəmbər göylərə qalxaraq yenidən qayıdacağını, həm diriləri, həm də ölüləri mühakimə 
edəcəyini bildirdi. I-II əsrlərdə İsa peyğəmbər haqqındakı rəvayətlər «İncil» adı ilə (yunanca «yaxşı xəbərlər») 
yazılmağa başladı. Xristianlıq IV əsrin ortalarınadək Romanın hakim dairələri tərəfindən təqiblərə  məruz 
qalmışdı. Bu təqiblər gah bu əyalətdə, cah da digərində, bəzən isə, məsələn imperator Dessinin hakimiyyəti 
illərində olduğu kimi bütün imperiya boyu baş qaldırırdı. Bu zaman məbədlər dağıdılır, din xadimləri və hətta 
sadə dindarlar həbs edilirdi. Təqiblərin ilk dövründə Romanın hakim dairələri yəhudilərlə xristianlar arasında 
fərqi nəzərə almırdılar. Yəhudilər də, xristianlar da yerli allahlara və imperiyanın qanunu ilə allaha bərabər 
tutulan Roma imperatoruna qurban kəsilməsi mərasimində  iştirak etməkdən imtina edirdilər. Romalılar bütün 
milli dinləri “tanıdıqlarına” və onlara icazə verdiklərinə görə I əsrdə  yəhudilərdən qurbanvermə  mərasimində 
iştirak etmələrini tələb etmirdilər. Xristianlar isə bu tələblərdən yalnız ilk illər azad ola bildilər. Çox keçmədi ki, 
romalılar xristianları  yəhudilərdən ayırmağı öyrəndilər və xristianlıq nəinki milli dinlərə aid edilmədi, hətta 
təhlükəli təriqət hesab edilməyə başladı. Roma allahlarına sitayişdən imtina etdiklərinə görə xristianlara qarşı 
repressiyalar başladı. Roma imperiyasında xristianlığın təqibi tarixi IV əsrin əvvəllərinədək davam etdi. Bu öz 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
185
hakimiyyətinin 19 ilində xristianlarla təmkinlə rəftar edən imperator Diokletianın (284-365) Kilsə ilə dramatik 
toqquşması ilə bağlıdır. Belə ki, o, kürəkəni bütpərəst Qalerinin təsiri ilə 303-304-cü illərdə bir-birinin ardınca 
imzaladığı 4 fərmanla xristianlığa meydan oxudu. Bu fərmanların  ən dəhşətlisi 304-cü ildəki fərman olub, 
xristianları dindən üz döndərməyə vadar etmək üçün onları  əzab və işgəncələrə  məhkum etmək haqqında idi. 
İmperator Diokletian bütün imperiyanı özünə tabe etmək üçün xristianları təqib edərək onları həbsxanaya salır, 
sürgünə göndərir və ya edam edirdi. Lakin bu sərt tədbirlərin də köməyi olmadı. Xristianların sayı istər kasıblar, 
istərsə də varlılar arasında artmaqda davam edirdi. Öz növbəsində Kilsənin əmlakı müsadirə edilir, dini kitab və 
məbədlər məhv edilirdi. Əgər 305-ci ildə Diokletian öz taxt-tacından qəflətən əl çəkməsəydi, Kilsə ona dəyən 
zərbələrdən hələ çox əziyyət çəkməli olacaqdı. Lakin Diokletianın hakimiyyət uğrunda qızğın müharibə aparan 
sələflərinin çoxu xristianlığa düşmən münasibət bəsləyirdi. Qaleri bu işdə daha irəlidə gedirdi. Ölümündən 
yalnız bir neçə gün əvvəl Qaleri xristianlara məzhəb azadlığı verən fərman imzaladı. Lakin fərman o zaman 
qüvvəyə minə bilərdi ki, xristianlar öz Allahlarından imperator üçün şəfa diləsinlər. Qalerinin ölümündən sonra 
xristianları, bir tərəfdən Maksimian, digər tərəfdən Maksenti təqib etməyə başladı. Lakin tezliklə onlar hər ikisi 
devrildi. Roma imperiyasını idarə etməyə başlayan hökmdarlar – Qərbdə imperator Böyük Konstantin, Şərqdə 
isə Lisini 313-cü ilin yayında  İtaliyanın Mediolanum (indiki Milan) şəhərində görüşərək xristianlığın digər 
dinlərlə  bərabər hüquqa malik olması haqda müştərək fərman imzaladılar. Bu tarixi fərman bütün müsadirə 
edilmiş  əmlakın Kilsəyə qaytarılmasını  və ya əvəzinin verilməsini nəzərdə tuturdu. Artıq zülm və  təqiblər 
arxada qaldı. Milan fərmanı xristianlıq tarixinə yeni dövr açdı. Konstantinin bu cür mühüm addım atmasının 
səbəbini onun öz sözlərini qələmə almış tarixçi Yevsevinin yazdıqlarından öyrənirik. Rəvayətə görə, guya 
Konstantin və döyüşçüləri günəşin üzərində  şüalardan ibarət iri bir xaç görürlər. Xaçın üzərində bu sözlər 
yazılıbmış: “bununla qalib gələcəksən” (sim pobedişi – etim pobediş). Konstantin əvvəlcə dəhşətə gəlir, çünki 
romalılar üçün xaç rüsvayçılıqla cəzalandırma aləti idi. Sonra Konstantinin yuxusuna girən İsa peyğəmbər ona 
buyurur ki, xaçı döyüş bayrağının üzərinə vursun. Xristian keşişləri xaçı qələbə müjdəçisi kimi yozur. Döğrudan 
da bir neçə döyüşdən sonra Maksenti həlak olaraq Tibr sularına qərq olur, Konstantin isə zəfərlə Romaya daxil 
olur. Xristian allahının ona etdiyi yaxşılığı unutmayan Konstantin xristianlığı dövlət dinlərindən biri kimi 
qanuniləşdirir. Yeni dindən yalnız siyasi mübarizə deyil, həm də imperator hakimiyyətinin möhkəmlənməsində 
istifadə etməyin mümkünlüyünü görən Konstantin öz paytaxtını da Tibr sahillərindən Mərmər dənizi sahillərinə 
köçürməyi qərara alır. Bəziləri bunu bütpərəstliklə vidalaşma və xristianlıq əhatəsində yeni həyata başlama kimi 
izah edir.  
Uzun müddət xristianların ibadət üçün xüsusi binaları olmadığından onlar dua etməyə müxtəlif yerlərə 
gedir, çox vaxt da varlı xristianların evlərində yığışmalı olurdular. Bəzən bu məqsədə boşalmış anbarlar və ya 
sənətkar emalatxanaları da xidmət edirdi. Yer olmadıqda xristianlar açıq səma altında da ibadət edirdilər. 
Əvvəllər xristianlar ibadət üçün sinaqoqlara da gedirdi, yəhudilərlə münasibətləri korlandıqdan sonra isə bu da 
mümkün olmadı. Konstantinin dövründə xristianlıq rəsmən vahid dövlət dini olmasa da ona üstünlük verilirdi. 
Artıq xristianların öz məbədləri var idi və onlar aşkar ibadət edə bilirdi. Konstantin özü isə artıq ölüm yatağında 
ikən xaç suyuna salındı. 
Xristian məbədləri haqqında ilk dəfə Tartullian məlumat verir. Bu məbədlər müxtəlif cür adlanırdı: 
Allahın evləri, Kilsələr və s. Onlar formaca bazilika – düzbucaqlı bina şəklində olub şərqdən qərbə doğru 
uzanırdı. Sonralar, Konstantinin dövründə də, kilsə tikililərinin genişləndiyi vaxt kilsələrin forması barədə fikir 
ayrılığı  və mübahisələr olmadı. Xristianlığın yalnız kilsə formasında mövcud olması – onun əsas 
xüsusiyyətlərindəndir. Kilsə xristian dininin mühüm atributudur. Xristianlıqda bir neçə dini ənənə mövcuddur 
ki, bunların da hərəsinin öz mərasim, ayin və dini simvolları var. Bunlardan, Bizans ənənəsinə malik Pravoslav, 
Roma ənənəsinə malik Katolik və XVI əsr Reformasiya ənənələrinə malik Protestant Kilsələri aparıcı idi.  
Yustinianın dövlət və kilsə siyasətinin əsas məqsədi Roma imperiyasının dirçəlməsi, əvvəlki sərhədlərin 
bərpası  və vahid imperiya ideyasının həyata keçirilməsi idi. Şərqi Roma imperiyası mövcud olsa da, bura 
Şərqdən farsların,  şimaldan slavyanların hücumlar etməsi, Qərbi Roma imperiyasının isə artıq V əsrdə süqut 
etməsi və yerində german tayfalarına məxsus bir neçə barbar krallığının yaranması Yustinianı bərk narahat edir-
di. Yustinian əvvəlki Qərb  ərazilərinin böyük əksəriyyətini imperiyaya qaytara bildi: İtaliya,  İspaniya, 
Karfagenlə birlikdə Roma Afrikasını. Lakin Yustinianın hakimiyyəti illəri Kilsə üçün faciəvi bir dövrdür. Çünki 
məhz bu dövrdə kilsə özünün əvvəlki mənada ümumdünya əhəmiyyətini itirdi. Bir müddət sonra isə 
imperiyanın  əyalətlərində  ərəb hücumları  nəticəsində islam yayıldı. Yustinianın həm daxili, həm də kilsə ilə 
bağlı siyasətində arvadı müqəddəs Feodora ona kömək edirdi. Feodora ən çətin anlarda onun sınanmış dayağı və 
məsləhətçisi idi.  
Hər yerdə vahid Roma qanunlarını tətbiq edən imperator Yustinianın yaratdığı «Yustinian Kodeksində» 
də kilsəyə münasibət öz əksini tapmışdı.  
Hakimiyyətinin elə ilk dövrlərində Yustinianı Konstantinopolda az qala devirə biləcək qiyam zamanı 
köhnə müqəddəs Sofiya məbədi yandığı üçün imperator onun əvəzinə yenisini inşa etdirdi. Uzun müddət Xris-
tian dünyasının baş məbədi olan bu yeni, əzəmətli kilsə Bizans incəsənətinin tayı-bərabəri olmayan şah əsərinə 
çevrildi.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
186
Yustinianın ölümündən sonra imperiya sürətlə zəifləyərək, demək olar ki, istila edilmiş ərazilərin hamısını 
itirdi. Məhz həmin dövrdə Şərqi Roma imperiyası «Vizantiya» adlanan möhtəşəm dövlətə çevrildi. Əslində isə 
o, heç vaxt bu cür adlanmayaraq öz əvvəlki məğrur adını daşımaqda davam edirdi: «Romeylərin imperiyası».  
VII  əsrin  əvvəllərində bütpərəst slavyanlar Balkan yarımadasının, demək olar ki, hamısını  işğal etdilər. 
Farslar Kiçik Asiyanı viran qoydular, Misiri, Fələstini, Suriyanı və digər torpaqları imperiyadan zorla ayırdılar. 
Qədim kilsə  mərkəzləri olan İskəndəriyyə, Antioxiya, ən başlıcası isə Yerusəlim  əldən çıxdı. Müqəddəs Xaç 
(Krest Qospoden) qənimət kimi farsların (Persiya) paytaxtı Ktesifona aparıldı. VII əsrdən etibarən Bizans üçün 
dəhşətli fəlakətlər dövrü başladı ki, bu da az qala onun məhvinə gətirib çıxaracaqdı. VII-VIII əsrlərdə Bizans 
Balkandan qərbədək olan torpaqlarını  həmişəlik itirdi. Ərəb müsəlmanları VII əsrdə, demək olar ki, bütün 
pravoslav Şərqini işğal etdilər. Xristianlar üçün müqəddəs olan yerlərin çoxu müsəlmanların əlinə keçdi. Qərb 
həddindən artıq zəif olduğu üçün bu işdə Şərq xristianlarına kömək edə bilmədi.  
İlk vaxtlar ərəblər xristian zəvvarlarının ziyarətlərinə  qətiyyən mane olmurdular. Lakin IX əsrdən 
başlayaraq bu ərazilərdə  ərəblərdən fərqli olaraq din azadlığını  qəbul etməyən səlcuq türklərinin təsiri artdı. 
Türklər nəinki Konstantinopola, bütün Avropaya meydan oxumağa, hədələməyə başladılar. Bizans imperatoru 
Romaya kömək üçün müraciət etdi. Məhz bu vaxt papa II Urban 1095-ci ildə I Xaç yürüşü elan etdi. Müqəddəs 
qəbri azad etmək çağırışı böyük müvəffəqiyyət  əldə etdi: çoxları «kafirlərə» qarşı  çıxmağa söz verərək 
yaxalarına xaç taxdı. «Xaç yürüşü» adı da buradan götürüldü. Bir ordu əvəzinə dördü yaradıldı. Lakin ən 
müvəffəqtyyətlisi I Xaç yürüşü oldu. Belə ki, 1099-cu ildə Yerusəlim alınaraq Yerusəlim Krallığının paytaxtı 
elan edildi. Qodfrid Bulyonski kral oldu. Lakin şəhəri  əldə saxlamaq mümkün olmadı. 1187-ci ildə  şəhər 
yenidən türklərin istilasına məruz qaldı ki, bu da yeni xaç yürüşlərinə səbəb oldu. Lakin bu yürüşlərin heç biri I 
qədər uğur qazana bilmədi. 1202-1204- cü illərdəki IV Xaç yürüşü isə  qətiyyən  əvvəlki məqsədi güdmürdü. 
Əhl-səlibçilər müqəddəs torpağa çatar-çatmaz Konstantinopola soxulub, şəhəri amansızcasına qarət etməyə 
başladılar. Onlar ələ keçirilmiş  ərazidə Latın imperiyası yaratdılar. Beləliklə, 2 Bizans dövləti  əmələ  gəldi: 
Feodor Laskalisin başçılığı ilə Nikey imperiyası  və Komninovlar sülaləsinin son nümayəndəsi olan I 
Andronikin sələflərinin yaratdıqları Trapezund imperiyası. Bizans imperiyasını  bərpa edən və 1453-cü il 
Türklərin işğalınadək hakimiyyətdə olan Paleoloqlar sülaləsinin əsasını qoymuş Nikey imperatoru VIII Mixail 
1261-ci ildə Konstantinopolu geri aldı. Trapezund imperiyası 1461-ci ilədək hökm sürdü.  
Xristian kilsəsinin başında duran xaçın tarixi uzaq keçmişdən başlayır. O həm formaca, həm də 
məzmunca rəngarəngdir. Məsələn, Qədim Şərq, Ön Asiya, Misir və Afrika mədəniyyətində bir-biri ilə kəsişən 
iki xətt həyat mənbəyi olan 4 ünsürün – günəş, od, külək və suyun simvolik işarəsidir. «T» formasında olan xaç 
qədim yəhudi  əlifbasının son hərfi «Tav», həmçinin Allah sözünün («teo») baş  hərfidir. «Svastika» adlanan 
digər xaç forması (+) Şərq ölkələrində  əbədi hərəkət, od, həyat simvolu olan birtərəfli hərəkəti təsvir edir. 
Xristianlıq dövründə yeni məzmun kəsb edərək 2 simvolik mənanı birləşdirən bu xaç həm ölməzlik mənbəyi, 
həm də İsa peyğəmbərin edam alətini bildirməyə başlayır. Xaç əzablardan qurtuluş və əbədi həyatın müqəddəs 
simvoluna çevrilir.  
İKONALAR. Bizans mədəniyyətində din və incəsənətin sintezini özündə əks etdirən ikonalar mühüm 
yer tutur. Göründüyü kimi, xristianlıq tarixində ikonalara münasibət həmişə birmənalı olmamışdır. 
İkonapərəstlərlə ikonaqıranlar (ikonaborçular) arasında mübarizə uzun müddət (VIII- IX əsrlər) davam edib. Bir 
sıra hərbi, inzibati və iqtisadi islahatlarla imperiyanın vəziyyətini yaxşılaşdıran III Lev və  İsavri sülaləsindən 
olan digər imperatorların siyasəti Kilsəni imperator hakimiyyətinə tabe etməyə əsaslanırdı. Bu siyasətin ideya 
təməli ikonaqıranlar idi. Deyilənlərə görə kafirlər imperatorun şüuruna təsir edərək, onda təsvirə qarşı ikrah 
oyatmışlar. Guya İsavri imperatorlarının belə bir utopik planı da varmış ki, müsəlmanların əlindən Şərqi alaraq 
ikonaqıranların köməyilə canlı məxluqların təsvirlərini qadağan edən islam dini ilə dini kompromis əldə etsinlər. 
İkonapərəstliyin qadağan edilməsinə  bəzi bəhanələr də  səbəb oldu: məsələn, xaç suyuna salma zamanı  bəzən 
ikonaların uşaqların xaç atası seçilməsi, ikonalardan qazılan boyaların çaxıra qatılaraq yevxaristiya (kilsənin 7 
mərasimindən  ən başlıcası, dindarların  İsanın bədəni və qanının ifadəsi olan çörək və çaxıra qonaq edilməsi) 
mərasimində istifadə edilməsi və s. Bütün bunlar Lev İsavri imperiya daxilində ikonapərəstliyi ləğv etməyə 
sövq etdi. Təxminən 730-cu ildə, Kiçik Asiya dindarlarının xahişi ilə ikonalara sitayişi qadağan edən və 100 ilə 
yaxın qüvvədə qalan fərman qəbul edildi. Xalqın etirazı amansız repressiyalarla nəticələndi. III Levin oğlu 
imperator V Konstantin Kopronim (743-775) ikonapərəstləri daha çox təqib etməyə başladı. Onun dövründəki 
təqibləir bütpərəst imperatorların törətdikləri vəhşilikləri xatırladırdı. V Konstantin yalnız terrorla kifayətlənmir. 
O, yepiskoplar arasında «təmizləmə» işləri apararaq, ikonapərəstləri işdən uzaqlaşdırdı və öz tərəfdarlarını təyin 
etdi. Çoxlu ikonalar, məbədlərin freska və mozaikaları  məhv edildi. Bir çox kilsələr bağlanaraq kazarma və 
tövlələrə çevrildi. V Konstantin kilsələri ikonalardan məhrum etməklə  bərabər, həm də onların  əmlakını, 
torpaqlarını  ələ keçirmək istəyirdi. Kopronimin vəfatı qanlı repressiyalara son qoysa da, onun oğlu IV Lev 
Xəzərin dövründə  də ikonaborçuluq imperiyanın rəsmi ideologiyası olaraq qalırdı. Yalnız IV Levin arvadı, 
azyaşlı oğlu VI Konstantinin naibi olan müqəddəs İrinanın dövründə – 787-ci ildə ikonapərəstlik bərpa edildi. 
Lakin ikonapərəstlik dirçəlməyə macal tapmamış imperator V Lev 815-ci ildə ikonaya pərəstiş etməyi yenidən 
qadağan etdi. V Levin sələfləri II Mixail (820-825) və Feofilin (829-842) dövründə təqiblər davam etsə də, artıq 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
187
əvvəlki gücünü itirmişdi. Çünki həm Kilsənin, həm də xalqın müqaviməti ikonaborçuların «atəşini» bir qədər 
söndürmüşdü. Feofilin ölümündən sonra onun dul qalmış arvadı imperatriça müqəddəs Feodora təqibləri dərhal 
dayandırdı. 843-cü il, Böyük pəhriz (pasxadan əvvəl 7 gün davam edən pəhriz) müddətinin I bazar günü 
ikonapərəstlik həmişəlik bərpa edildi. Bu günədək hər il Kilsə  həmin günü Pravoslavçılığın təntənəsi kimi 
bayram edir.  
Pravoslav məzhəbini və kilsəni ikonasız təsəvvür etmək mümkün deyil. İkona – məbəddə ən müqəddəs 
əşyadır. Rəvayətə görə ilk ikona Suriyada yaranaraq peyğəmbərin özü tərəfindən təqdim edilib. Dindar şah olan 
Avqar öz saray rəssamını insan nəslinin Xilaskarının şəklini çəkməyə göndərir. Lakin rəssam nə qədər edirsə, 
obrazı düzgün yarada bilmir. Bu vaxt İsa peyğəmbər üzünü yuyaraq dəsmala (ubrus) silir və Öz əksi dəsmala 
düşür. O, dəsmalı və şaha yazdığı məktubu rəssama verir. Avqar bu təsviri şəhər darvazalarının üstündən vurur 
ki, bütün şəhər xatadan qorunsun. Sonralar o, təsviri kirəmit lövhəyə hördürür. Deyilənə görə xristianlar lövhəni 
açarkən təsvirin kirəmitdə  də  əks olunduğunun  şahidi olurlar. 944-cü ildə  hər iki təsvir böyük təntənə ilə 
Konstantinopola aparılır. Lakin 1204-cü ildə şəhər səlibçilər tərəfindən tutularkən təsvirlər yoxa çıxır. IX əsrdə 
Qərb (Roma) və Şərq kilsələrinin birliyi pozularkən Qərb məbədlərindəki ikonaları heykəl və dini şəkillər əvəz 
edir. Bizans Kilsəsi hələ VII əsrdə dairəvi heykəllərin düzəldilməsini qadağan etmişdi, çünki onlar təbiiliyə daha 
yaxın olur, belə ki, dindarlıq bədənlə yox, üzlə ifadə olunmalıdır.  
İNCƏSƏNƏT. Bir çox xalqların mədəniyyəti,  ənənələri, o cümlədən bədii  ənənələri simvollarla 
əlaqədardır. Xristian incəsənəti əvvəldən simvolik və alleqorik olmuşdur. Xüsusən xristianlığın təqibi dövründə 
simvolların «lallığı» incəsənətə «pünhanlıq» gətirir, onun sirli təsir bağışlanmasına səbəb olurdu. Simvolun sirri 
onun mahiyyətinin gizli qalmasındadır. Simvollar ikimənalı olub şərti xarakter daşıyır: zahiri məna – sirli 
məzmundur ki, bu da hər bir kəsə bəlli olmamalıdır. «Simvol» – yunan sözü olub «birləşdirmək» mənasını verir. 
Pravoslav incəsənətində simvol öz daşıdığı  mənanı verir: görünən və görünməyən hissələrə parçalanmış 
dünyanın hər iki hissəsini birləşdirir. Həndəsi fiqurları xatırladan xaç, ulduz, dairə, üçbucaq və s. əslində daha 
geniş məna daşıyır. Pravoslav dininə görə yalnız incəsənət yox, həm də Allahın yaratdığı gözəllik və məna dolu 
Dünya da simvolikdir ki, burada Yaradanın müdrikliyi tərənnüm edilir. Beləliklə, Allahın yaratdığı kitablardan 
biri Bibliyadırsa (o dövr üçün – S.Ş.), digəri Dünyadır.  
Pravoslav xristianlarının fikrincə sirli məzmuna malik əşyalar, məsələn, möcüzəli ikonalar, müqəddəslərin 
qurumuş  cəsədləri məhz məbədlərdə saxlanmalıdır, çünki onlar məhz burada insanlara daha dolğun təsir edə 
bilərlər.  
TƏSVİRİ SƏNƏT. Xristian maddi incəsənətinin ilk əsərləri II-IV əsrlərə aid olan Roma katakomdalarının 
divar rəsmləridir. Dəfn üçün nəzərdə tutulmuş katakomdalar xristianların təqibi zamanı yığıncaq və ibadət üçün 
istifadə edilirdi. İlk xristian şəhidlərinin – müqəddəs Kalistin, Valentinin, Domisillanın və Prissilianın 
katakombaları erkən xristian incəsənəti və dininin təsirli abidələridir. Burada qəbiristanlığa xas abidələr – ot, 
gül, bəzədilmiş  qəbirlər və s. yoxdur. Katakombalardakı ilk xristian təsvirləri mərasimin bir hissəsidir. Bu 
nekropolda xeyir və şər işarələrlə deyil, abstrakt təsvir-işarələrlə göstərilirdi. O dövrdə xristian incəsənəti hələ 
özünəməxsus üsullara malik olmadığından katakombaların divarlarında xristian motivləri ilə yanaşı, antik 
motivlərə  də  təsadüf edilirdi. Lakin tezliklə yeni üslubun rüşeymləri özünü göstərməyə başlayır: sənətkarlar 
maddi həyatın kobudluğunu və cismani gözəlliyi xatırladan hər bir şeydən imtina edir. Obrazların dini məzmunu 
ön plana keçir. Müqəddəs Kallistin katakombalarındakı qəbirlərin birində Xeyirxah çoban (Dobrıy Pastır) təsvir 
edilib. Bu saqqalsız gənc çoban çiyinlərində qoyun aparır. Bu qədim süjet bir çox rəngkarlıq və heykəltəraşlıq 
əsərlərinə daxil edilib. İsanın özünə  işarə olan Balıq simvoluna Kallistin katakombalarının daha qədim 
hissəsində təsadüf edilir. Burada o, kürəyində çörək və çaxır qabı olan zənbil aparır. «Balıq» yunan sözü kimi 
İisus Xristos, Allahın oğlu, xilaskar sözlərinin baş hərflərindən ibarətdir. Xristianların müqəddəs ziyarətgahları 
olan Roma katakombalarında təsviri sənət üsulu olan simvollara – göyərçin, quzu, Tovuz quşu, lövbər (yakor), 
simurq, buğda, bənövşə, zeytun budağı, zanbaq, üzüm tənəyinə və s. rast gəlirik.  
Göyərçin – Roma katakombalarında ən çox sevilən simvolik işarədir. Xüsusilə də əlində zeytun yarpağı 
tutan göyərçinə daha çox rast gəlinir. İsa peyğəmbər deyirdi ki, ilanlar kimi müdrik, göyərçinlər kimi sadə olun.  
Üzüm tənəyi. Ümumiyyətlə, üzümlük – Allahın Öz xalqına bağışladığı torpağın – Fələstin torpağının 
simvoludur. Çörək və Üzüm şərabı – İsanın Bədəni və Qanının simvollarıdır.  
Tovuz quşu. Roma katakombalarının bir çox başdaşlarında tovuz quşu təsvirlərinə rast gəlmək olur. 
Tovuz quşu – ölməzlik simvoludur.  
Simurq – sehrli quş olub, Herodotun söylədiyi Misir əfsanələrinə görə 500 ildə bir dəfə özünü qurbanlıq 
odda yandıraraq öldürür və hər dəfə də küldən yenidən yaranır. Xristianlığa görə kuldən yenidən törəmiş simurq 
ölülərin yenidən dirçəlməsinin simvoludur. III əsrdə imperator Diokletianın dövründə yaşamış xristian yazıçısı 
Laktansi «Simurq quşu» poemasını yazmış  və burada həmin quşu edam olunduqdan sonra dirilən  İsa 
peyğəmbərlə müqayisə etmişdir.  
Zanbaq. Ağ zanbaq – bakirəlik və təmizlik simvoludur. Rəvayətə görə Müqəddəs Blaqoveşeniye (xristian 
bayramlarından biri) günü həzrəti Cəbrayıl Bakirə Məryəmin yanına gələrkən əlində zanbaq var imiş. Buna görə 
də bu hadisədən bəhs edən bir çox rəsm əsərlərində o, əlində zanbaqla təsvir edilib. Nöqsansızlıq, qüsursuzluq, 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
188
namus simvolu olan bu güllə katoliklərdə müqəddəs İosif (Yusif), İoann, Fransisk, Gertruda və başqaları təsvir 
edilir. Qırmızı zanbaq haqqında isə deyirlər ki, guya o, İsanın çarmıxa çəkildiyi gecə onun çəkdiyi iztirablar 
nəticəsində  ağ zanbaqdan qırmızıya dönüb. Qədim Rusiyada da zanbaq müqəddəs Məryəmin simvolu idi. 
Gəlinlə bəyin zanbaq və darı sünbüllərindən çələnglə bəzədilməsi adəti də buradan yaranaraq onlara arzulanan 
təmiz və zəngin həyat rəmzidir.  
Bənövşə – sadəlik və təvazökarlıq rəmzi olub, xristian məbədlərinin divar rəsmlərində ornament kimi tez-
tez istifadə edilir. Katoliklərdə yepiskoplara məxsus dairəvi papaq sutana (cübbə), pravoslavlarda ağ ruhanilərə 
(beloye duxovenstvo) məxsus taskulah – baş örtüyü (kamilavka) bənövşəyi rəngdədir. Taskulah mükafat və 
fərqlənmə nişanəsi kimi verilir.  
Lövbər – xristianlığın hələ ilk vaxtlarından ümid və xilasolunma simvoluna çevrilir. İlk xristianlardan 
qalmış möhürlərdə İsa peyğəmbərin adının baş hərfləri ilə yanaşı lövbərə sarınmış balıq təsvirlərinə də təsadüf 
edilir. Xristianların nişan üzüyündəki iki balıq və lövbər isə xaçın və ər-arvadın ruhlarının simvoludur.  
Qutan (pelikan). Böyük Plini tərəfindən söylənən antik əfsanəyə görə qutan ilanın nəfəsindən zəhərlənmiş 
balalarını ölümdən qurtarmaq üçün onları öz qanı ilə yedizdirirdi. Qutan obrazı xristian simvolikasına III əsrdən 
daxil olaraq insanların ilkin günahlarını öz qanı ilə yuyan İsa peyğəmbərin sabit metaforasına çevrilir.  
Divar rəsmlərində istifadə edilən ən geniş yayılmış texnika antik dövrdən qalmış mozaika idi. Müqəddəs 
Vitali (San-Vitali) kilsəsinin mozaikasında 2 səhnə diqqəti cəlb edir: birində imperator Yustinian, yepiskop 
Maksimian  əyanlarla, digərində Yustinianın arvadı imperatriça Feodora. Nikeydə  aşkar edilmiş «Nikey 
mələkləri» adlanan freskada mozaika nə Konstantinopoldakı Sofiya məbədinin, nə  də antik portretlərdən geri 
qalmır. Solunda (ind. Salonik) müqəddəs Dimitri kilsəsinin mozaikaları VII əsrə aiddir. Ümumiyyətlə, Bizansın 
mozaika ustalarının tayı-bərabəri yox idi. Bizansda erkən dövr təsviri sənəti «ikonaqıranlar» hərəkatı üçün 
zəmin yaratdı.  
İkonaların sələfi isə fayum portretləri sayılır. Onlar IV əsrdə Misirdə, mumiyalaşma sənəti öz 
əhəmiyyətini itirən vaxt yaranmışdır. İnsan sağ ikən onun portretini çəkib öləndən sonra üzünə geydirirdilər ki, 
ruhu öz sahibini tez tapsın.  
Taxta parçası üzərinə rənglə çəkilən belə portretlər ilk dəfə Fayum vahəsindəki (oazis – səhrada yaşıllıq 
və su olan yer) qəbirlərdən tapıldığı üçün bu adı alıb.  
DEKORATİV-TƏTBİQİ  SƏNƏT.  İkonalar həm də ilk xristianlıq dövründə dekorativ-tətbiqi sənətin 
gözəl nümunələridir. Məbədlərin bəzədilməsində onlardan geniş istifadə edilirdi. İkona yunanca «eykon» – surət 
deməkdir. İlk xristianlar bütlərin əksinə olan hər bir təsviri – müqəddəslərin təsvirlərini bu cür adlandırırdılar. 
IV  əsrdən başlayaraq mozaika və freskalardan fərqli olan və yalnız lövhələrdə  təsvir edilən müqəddəslərin 
portretlərini belə adlandırmağa başladılar. Dekorativ - tətbiqi sənət nümunələrinə Ravenada sütun başlıqlarını 
(kapitel) bəzəyən oyma sənətini, Maksimianın fil sümüyü ilə  bəzədilmiş relyefləri olan kreslosunu və s. 
göstərmək olar. V-VI əsrlərdə «konsul diptixləri» adlanan və fil sümüyündən olan heykəllər dövrümüzədək 
çatıb. Çox vaxt onların üzərində sirk səhnələri təsvir edilirdi. Kiprdə tapılmış qabın üzərində «Davudun nişan-
lanması» səhnəsində Bizans monumental üslubu ilə klassik üslub vəhdət təşkil edir. Fiqurların memarlıqla belə 
əlaqələndirilməsi antik dövrdə məlum deyildi.  
Bizans ustaları parça, şüşə, büllur və qızıl emalı sahələrində də nailiyyətlər əldə etmişdilər.  
Vətəni tərk etməyə  məcbur olan sonuncu Krit rəssamı Domeniko Teotokopuli İtaliya incəsənətini 
dərindən öyrənir. O, dünya rəngkarlıq tarixinə El Qreko (1541-1614) adı ilə daxil olur.  
MEMARLIQ. Xristian memarlığında məbədlər mühüm yer tutur. Allah tərəfindən yaradılan Dünyanın 
obrazı olan məbəd – Yerlə Göyün ( gümbəz vasitəsilə) simvoludur. Gümbəz həm də yanan şamın, Allaha doğru 
yönəlmənin, alovlu duaların simvoludur. Kilsə qaydalarına görə xristianların bütün həyatı  məbədlə bağlı 
olmalıdır.  
Hələ qədim dövrlərdən ən geniş yayılmış memarlıq formalarından biri bazilikadır. Bazilika – daxildən sütun 
və ya dirəklərlə uzununa hissələrə – neflərə (lat. «navis» – «gəmi» deməkdir) bölünmüş düzbucaqlı binadır. 
Mərkəzi nef – daha hündürdür. Bazilika məbədi gəmini xatırladır. Məbədin içəri hissəsini bir qədər də böyütmək 
üçün uzununa olan neflərdən  əlavə eninə  də bir xüsusi nef qoyulurdu ki, bu da bazilikanı kökündən xaça 
bənzədirdi.  
Bizans mədəniyyəti üçün xaç gümbəzli məbədlər xarakterikdir. Onların planında xaç, mərkəzində isə 
böyük gümbəz dayanır. Xristian məbədinin  əsas hissəsi olan pritvor – xaç suyuna salınma, tövbə  və s. üçün 
nəzərdə tutulurdu. Məbədin (pravoslav Kilsələrinin)  əsas hissəsi Mehrabdır. Kilsələri fərqləndirən  əsas cəhət 
ikonostasdır (pravoslav kilsələrində ikonaların asıldığı divar). Bu divar mehrabı məbədin orta (içəri) hissəsindən 
ayırır. Mehrab həmişə  məbədin içərisində yerləşir. Buna görə  də ibadət edənlər üzlərini simvolik olaraq 
gündoğana tuturlar ki, bununla da ölüm zülmətini qovan İsanın obrazı  nəzərdə tutulur. Mehrabın mərkəzində 
prestol (taxt) – dördkünc stol qoyulur. Pravoslav məbədlərində prestol hər hansı müqəddəsin xatirəsi və ya 
Kilsənin bayram etdiyi hadisə ilə  əlaqədar işıqlandırılır. Məbədin adı prestolun adından götürülür. Məbəddə 
prestolların sayı müxtəlif sayda olsa da məbədin adı əsas, mərkəzi prestolun adı ilə bağlı olur.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
189
Erkən Bizans memarlığında əsas diqqət məbədin daxili bər-bəzəyinə, interyerə verilirdi. X əsrdə Bizansın 
əyaləti olan Yunanıstanda ustalar xaç gümbəzli məbədlərin xüsusi konstruksiyasını icad etdilər. Belə ki, bu 
məbədlərin gümbəzləri 4 deyil, 8 dayaq üzərindədir. Məhz bunun sayəsində gümbəzin sahəsi böyüyür. 
Məbədlərin bayır divarlarının mərmərlə örtülməsi ehtimalı mövcud olsa da onlar ümumiyyətlə sadə olurdu. XII 
əsrdən başlayaraq memarlar nə vaxtsa tapılmış konstruktiv çıxış yolunu – xaç gümbəzli sistemi saxlayaraq 
məbədlərin xarici görkəminə də fikir verməyə başladılar. 
Ümumiyyətlə xristian memarlığına antik dövrdən 2 tikili növü miras qalıb: sentrik və bazilikal. Sentrik 
binalar antik dövrün mavzoleylərini xatırladaraq çox da böyuk həcmə malik deyildilər. Belə binaların planı 
dairə, kvadrat, səkkizbucaq və ya xaç şəklində olardı. Bazilikal tikililər ictimai binalar olub, düzbucaqlı plana 
malik idi. Böyük bazilikalar içəridən sütunlarla üç nefə – keçidlərə (gəmilərə) bölünürdü. Bəzən bu neflərin - 
keçidlərin sayı doqquza çatırdı. Sentrik məbədlərdə ibadət edənlər məbədin ortasına yığışır, bazilikada isə 
əksinə, girişdən mehrabadək daimi hərəkət mövcud olurdu. Bazilika Bizans ibadət üsuluna o qədər də uyğun 
deyildi, qısaldılmış bazilika bu məqsədə daha çox xidmət edirdi. Belə məbəd tiplərinə Suriya və Bizansın Kiçik 
Asiyadakı  əyalətlərində rast gəlmək olurdu. Bizans memarlığının  şah  əsəri olan Konstantinopoldakı Sofiya 
kilsəsində də bu üsuldan istifadə edilib. Formaca gümbəzli bazilika olan müqəddəs Sofiya məbədinin I variantı 
Kiçik Asiya memarları Tralli Anfimi və Miletli İsidor tərəfindən inşa edilib. Gümbəzin diametri 31,4 m., 
hündürlüyü 55 m.-dir. Gümbəzin 4 pəncərəsi var. 537-ci il dekabrın 27-də bu möhtəşəm abidənin açılışı zamanı 
imperator Yustinian belə demişdir: «şükür sənə, ilahi, mənə bu cür tikili yaratmağa imkan verdin. Ya Süleyman, 
mən sənə qalib gəldim».  
Bizans memarlığında apostolların tələbi ilə  məbəd gəmiyə oxşayaraq uzunsov olmalı  və  şərqə doğru – 
İsanın yenidən qayıda biləcəyi Yerusəlimə üz tutmalıdır.  
«İkonaqıranlar» hərəkatı zamanı hakimiyyətdə olan imperatorların dövründə kübar memarlığında 
müsəlman təsiri hiss edilməyə başladı. Konstantinopol saraylarından biri olan Vrias – Bağdad saraylarının planı 
əsasında inşa edilib. Belə saraylar ekzotik güllər, ağaclar və fontanlarla əhatə olunurdu.  
Postbizans və Paleoloqlar dövründə  məbədlər öz zənginliyi və var-dövləti ilə  fərqlənirdi: qızıl taclar, 
bahalı parçalar, gümüş  şamdanlar, böyük çilçıraqlar, gümüş qapılı  qızıl taxt-tac, imperatorların paltarlarında 
olan bahalı qaş-daş və s. Qərb cəngavərləri Konstantinopolun var-dövlətinə həsəd aparırdı.  
MUSİQİ. Kilsə incəsənətini yalnız müvafiq biliyə malik olduqda dərindən başa düşmək mümkündür. 
İkona kimi kilsə musiqisi  də yalnız estetik zövq mənbəyi deyil. Onlar sırf incəsənətdən fərqlənir. Məsələn, 
muzeydə qoyulan ikonalar nəinki kilsələrdəki ikonalar qədər təsiredici deyil, hətta o, burada öz funksiyasını da 
itirir. Katolik kilsəsinin nüfuzlu xadimi müqəddəs Avqustin özünün «Tövbə»  əsərində yazırdı ki, kilsə 
musiqisinə qulaq asan adam musiqidən yox, onun dini məzmunundan zövq almalıdır. Əgər musiqinin özündən 
zövq alırsansa, onda günaha batırsan, yaxşısı budur, o musiqiyə heç qulaq asma.  
Kilsə musiqisi ibadət zamanı yaranıb. Deyirlər, İsa peyğəmbər apostollarla (əsabələri ilə) birgə oxuyarmış. 
Şərqi-Xristian Kilsəsində ifalar musiqi aləti ilə müşaiyət edilirdi. Katolik Kilsədə də bu, ilk vaxtlar belə idi. Qədim 
yəhudi kilsələrində isə musiqi alətlərindən geniş istifadə olunurdu. Pravoslav məbədlərində yeganə musiqi aləti 
zınqırov idi. Erkən xristianlıq dövründə pravoslav ənənələrində geniş yayılmış instrumental musiqi IV-V əsrlərdə 
yox olur. Kilsə xadimləri belə hesab edirdilər ki, insanın öz səsi hər bir musiqi alətindən üstündür. İnsanın səsi – 
Allahın özü tərəfindən yaradılmış  ən mükəmməl musiqi alətidir. Bununla belə, yalnız zınqırovlar saxlandı. 
Əvvəllər zınqırovların rolu məhdud olub, insanları ibadətə  səsləməkdən ibarət idi. Pravoslav Kilsələrinə 
zınqırovlar vaxtilə  Qərbdən, katolik kilsələrindəki  əsas musiqi aləti olan orqan isə Avropaya Bizansdan 
gətirilmişdir ki, burada orqan imperator saraylarında böyük bayramlar zamanı səslənirdi.  
ƏDƏBİYYAT. Bizans ədəbiyyatı, o cümlədən mədəniyyəti öz tarixi boyu antik ənənələrə əsaslanıb. Yu-
nan dilində yazılan Bizans ədəbiyyatı  həm imperiyanın  ərazisində, həm də onun hüdudlarından kənarda, 
itirilmiş torpaqlarda yaradılırdı. Bizans müəllifləri Ksenofont və Platonun dilində yazırdılar ki, bu da artıq 
danışıq dilindən uzaq idi. Antik dövrdən əsas ədəbi ]anrların miras olaraq qalması ənənə şəklini alsa da Bizans 
ədəbiyyatı antik ədəbiyyatdan fərqli olaraq xristian yönümlü idi. Bu, köhnə janrların bir daha nəzərdən 
keçirilməsinə və yenilərinin yaranmasına səbəb oldu. Antik ənənələrin mənimsənilməsi orta əsr Qərbi Avropası 
üçün də xas idi. Lakin bunların arasında böyük fərq var idi: Qərbdə bədii əsərlər həm latın, həm də ayrı-ayrı 
xalqların dilində, Bizansda isə ancaq yunan dilində yazılırdı.  
Bizans ədəbiyyatı əsasən dini və tarixi əsərlərdən ibarət idi. Dini ədəbiyyatda Bibliyanın (incilin) izahı, 
nəsihətamiz kəlamlar, dini traktatlar və s. geniş yer tuturdu. Bizans tarixçilçri öz sələflərinin işini davam 
etdirərək onların əsərlərindən böyük parçaları köçürür, imperatorların həyatını müəyyən sxem üzrə danışır, ta-
rixi personajları ritorik qanunlara uyğun danışdırırdılar. Erkən Bizans tarixçilərindən Prokopi Kesariyskinin (V 
əsrin sonu - 562-ci illər), Feofilakt Simokatı (VII əsrin I yarısı), Anna Komninanı (X əsr), Ntkofor Qriqorini 
(XIV əsr) və b. göstərmək olar.  
Folklor nümunələri saxlanmadığı üçün xalq yaradıcılığı  və onun xüsusiyyətləri kilsə  ədəbiyyatı  əsasında 
öyrənilir. Büipərəstlik üzərində  qələbəni möhkəmlətmək istəyən kilsə xalq danışıq dilindən, inamlarından və 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
190
mahnılarından istifadə edirdi. Xalq dilində olan kilsə poeziyasının ən görkəmli nümayəndəsi Roman Sladkopeves 
idi. Onun himnləri pravoslav kilsəsində populyar idi.  
Şifahi xalq yaradıcılığında xalq kütlələrinin feodal zülmünə qarşı mübarizəsi  əks edilib. Xarici 
düşmənlərə qarşı mübarizəni, doğma torpaqların müdafiəsi uğrunda qəhrəmanlığı tərənnüm edən epik mahnılar, 
o cumlədən Digenis Akrit haqqında feodal poeması bunların əsasında yaranıb.  
VII-IX əsrlərə aid qopunub saxlanmış ədəbi abidələrin sayı kəskin surətdə azalır. Antik təsir də bu dövrdə 
zəifləyir,  əvəzində slavyan müstəmləkəçiliyinin təsiri artır. Bir çox atalar sözü, zərb-məsəllər bizanslıların 
məişətinə məhz slavyan folklorundan daxil olmuşdur.  
X-XII əsrlərin xalq yaradıcılığı nümunələri əsasən şer formasında yazılmış epik, lirik və satirik əsərlərdir.  
Bizans imperiyasının ilk dövrlərində bədii ədəbiyyatda əsasən 2 janr daha çox inkişaf etmişdi: patristik 
ədəbiyyat və liturgik poeziya. Orta əsr xristian ilahiyyatının bünövrəsi patristik ədəbiyyatla qoyulmuşdu. Onun 
nümayəndələri Vasili Kesariyski, İohann Zlatous və b. idi. Roman Sladkopevesin liturgik xristian poeziyasının 
inkişafında daha çox xidmətldəri olmuşdur. O, ibadət mahnılarının xüsusi formalarını yaratmışdı. Müqəddəs 
Kitabdan hər hansı əhvalatı söyləyən, kodak adlanan himn-poema, hər hansı müqəddəsin şərəfinə olan ikos və s. 
bu qəbildəndir. Dramatik hadisələr, dialoqlar onun üslubunun əsas xüsusiyyətləri idi. Xristian poeziyasının ən 
yaxşı cizgiləri Roman Sladkopevesin poeziyasında  əks olunub: monolit əhval-ruhiyyə, mənəviyyat, yüksək 
əxlaqi dəyərlər. VII əsrdən başlayaraq liturgik mahnıların  ən populyar janrı kanon olub. Səhər himni olan bu 
kanonlar 9 mahnıdan ibarət idi. Bunların hər biri Əhdi-Ətiqin bir mahnısının poetik nümunəsidir. Onlar adətən 
bir neçə – çox vaxt 4 beytdən və özünəməxsus melodiyadan ibarət olurdu. XI əsrdə liturgiyaya daxil olan 
kanonlar ciddi müəyyənləşdi və yenilərinin əlavə edilməsi qadağan edildi. Liturgik poeziyanın heç də az popu-
lyar olmayan bir janrı da tropar idi. O, zəbur surəsindən sonra oxunan qısa duadan iri musiqi əsərinin yekun 
hissəsinə çevrilib.  
Bizans poeziyası antik ənənələri davam etdirir, o dövrün şairləri antik əsatirləri nağıl edir, bununla yanaşı 
yeni  şer formalarını da mənimsəyirdilər. Erkən Bizans müəlliflərinin  əsərlərində xristian motivlərindən, incil 
süjetlərindən geniş istifadə edilirdi. Kilsə mühitində himnoqrafiya inkişaf edirdi ki, bunlardan da ibadət zamanı 
istifadə edilirdi. Onlar adətən İsa peyğəmbərə, Məryəm anaya, müqəddəslərə və ya Bibliya süjetlərinə həsr olunur-
du.  
Bizansın kübar (dini olmayan) poeziyasında antik janr olan epiqramma qalmaqda idi. Epiqramma 
müəlliflərindən Pavel Silentiarini (VI əsr), Xristofor Mitilenskini (XI əsr) göstərmək olar. Keçmiş 
nümunələrdən bir qədər uzaqlaşan Xristofor əsasən kilsə bayramlarının təsvirinə geniş yer verərək bunlara satira 
elementləri daxil edir.  
Kübar poeziyasının  ən görkəmli  əsəri XI əsrdə patriarx (pravoslav kilsəsinin başçısı) Fotiyə  məxsus 
«Miriobiblon»dur. Adı yunanca «çoxlu kitab» mənasını verən bu əsər şərhlərlə birlikdə 280 antik və erkən Bi-
zans  əsərlərinə aid annotasiyalardan ibarətdir. Foti kilsəyə xidmət etməklə yanaşı elm və incəsənətin 
himayədarı, antik mədəniyyətin pərəstişkarı  və bilicisi idi. «Miriobiblona» fəlsəfə, ilahiyyat, təbabət, tarixə, 
natiqliyə aid əsərlər, səyahətlərin təsviri və məhəbbət romanları daxil idi. Fotinin əsərinin əhəmiyyəti bu gün bir 
də ondadır ki, orijinalı itirilmiş bir çox antik dövr müəlliflərinin əsərləri bizə məhz bu əsərin içində çatıb. Foti-
nin tənqidi mülahizələri orta əsr ədəbi tənqidinin ilk nümunələridir. Bizans ədəbiyyatının bu kübar cərəyanı onu 
Qərbin dini ədəbiyyatından kökündən fərqləndirir.  
Mistik poeziyanın nümayəndəsi Simeon Novıy Boqoslovun «İlahi himnlər»ində dünyanın yaranması ilə 
əlaqədar düşüncələr, fəlsəfi mülahizələr mövcuddur.  
XI  əsrdə saray ədəbiyyatının görkəmli nümayəndəsi, məhsuldar yazıçı, ensiklopedik alim olan Mixail 
Pselli göstərmək olar. Psell insan şəxsiyyətinin ziddiyyətlərini dünya ədəbiyyatında ilk dəfə  təsvir edənlərdən 
biri idi. Onun eyni zamanda riyaziyyat, aqronomluq, təbabət, hüquq, fizika, hərb, tarix və fəlsəfəyə aid əsərləri 
də var. Onun şerləri, oda və epiqrammaları var. «Xronoqrafiya»da parlaq xarakteristikalar verərək özünü gözəl 
müşahidəçilik qabiliyyətinə malik realist-tarixçi kimi göstərir. XII əsrdə Feodor Prodrom bəzi  əsərlərində o 
dövrün danışıq dilindən istifadə edir. Ona şerlə yazılmış «Rodanfa və Dosikl» adlı məhəbbət romanı, parodiyalı 
yunan poeması olan «Siçan və qurbağaların müharibəsi» əsərinin dramatik şerlə tədqiqi aiddir.  
Son Bizans dövründə məhəbbət-macəra romanları geniş vüsət alır. Bunlar müəyyən mənada Qərbi 
Avropadakı cəngavər romanlarını xatırladırdı.  
Bir çox xalqların ədəbiyyatı, o cümlədən rus ədəbiyyatı da Bizans ədəbi ənənələrinin davamçısı oldu.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
191
Cənubi Avropaya sahib olmuş türk işğalları nəticəsində Bizans imperiyası süqut etdi. 1453-cü il mayın 
29-da osmanlı türklərinin sultanı II Mehmetin qoşunları  şəhərə daxil oldu. Konstantinopolun türk qoşunları 
tərəfindən işğalından sonra Bizans incəsənəti alimlər tərəfindən «postbizans» və ya «Bizansdan sonra» 
adlandırılaraq daha Konstantinopolda deyil, Afon monastırında və Krit adasında saxlanmağa başladı. 
Yunanların çoxu İtaliyaya və Rusiyaya köçərək buranın milli mədəniyyətini öz ənənələri ilə zənginləşdirdilər. 
İşğalçılar özləri də qalib gəldikləri xalqın mədəniyyəti qarşısında pərəstiş edir, başqa dinə – islama mənsub 
olmalarına baxmayaraq bir çox qədim Bizans məbədlərini məscidə çevirir və ya tikdirdikləri məscidləri 
müqəddəs Sofiya kilsəsinə  bənzədirdilər. Minillik tarixi olan Bizans imperiyası yox olsa da mədəniyyət 
formaları məhv olmadı.  
Beləliklə, antik mədəniyyətin varisi olan Bizans mədəniyyəti həm qərb, həm də  şərq  ənənələrinə 
yiyələnməklə yanaşı öz müstəqilliyini, özünəməxsusluğunu qorudu. Bizans tarixinin XV əsrdə sona yetməsinə 
baxmayaraq sonrakı dövrlərdə  də onun əhəmiyyəti, təsiri, fəlsəfi və  bədii  ənənələri yox olmadı. Bizans 
mədəniyyətinin ömrü Bizans imperiyasının ömründən uzun oldu.  
 
 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin