Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

2.3.4.
 
Slavyan xalqlarının mədəniyyəti 
 
 
Ən qədim zamanlardan başlayaraq Mərkəzi və Şərqi Avropada – qədim almanlardan şərqə doğru slavyan-
lar yaşayırdılar. VI əsrdə onlar qərbdə Laba (Elba) çayından şərqdə Dnepr çayının ortalarınadək, şimalda Baltik 
dənizindən, cənubda Dunay çayı və Qara dənizə qədər çox geniş ərazini tuturdular. 
Sonralar slavyan tayfaları üç qola ayrıldılar: qərb slavyanları, cənub slavyanları  və  şərq slavyanları. 
Çexlər, polyaklar, slavaklar qərb slavyanlarıdır. Onlar Labadan şərqə doğru yaşayan Lababayn tayfaları və Bal-
tik dənizi sahilində yaşayan sahilboyu tayfalar idilər. 
Bəzi slavyan tayfaları Balkan yarımadasının bir hissəsində  məskən saldılar və burada cənub slavyan 
xalqları: bolqarlar, serblər, horvatlar və başqaları formalaşdı. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
192
Şərq slavyanları üç qardaş xalqın – rus, ukrayna və belorusların ulu babaları idilər. 
Qədim slavyan məskənlərində qazıntı işləri aparan arxeoloqlar baltalar, oraqlar və dəzgahlar, tuncdan və 
dəmirdən balıqtutan qarmaqlar, həmçinin xüsusi çalalarda – taxıl saxlanılan yerlərdə kömürləşmiş  dən 
tapmışlar. Çoxlu miqdarda at, inək, donuz və qoyun sümüklərinə  təsadüf edilmişdir. Çox yerdə gildən 
dizəldilmiş sobaların qalıqları, dulus çarxının köməyi ilə hazırlanmış  qəşəng formalı qablar, tunc və gümüş, 
bəzək şeyləri aşkar olunmuşdur. 
Slavyan dillərində  əmək alətlərinin, müxtəlif məhsullar və heyvan adlarının uyğun olması alimlərin 
diqqətini çoxdan cəlb edirdi. Bütün slavyanlar taxılı «jito» adlandırırdılar ki, bu da «jit» – «yaşamaq» 
sözündəndir. Xış, dəryaz, oraq, toxa, öküz, qoyun sözləri müxtəlif slavyan adlarının hamısının dillərində oxşar 
şəkildə səslənir. Deməli, bu sözlər çox qədimdə – slavyanların ümumi dili olanda meydana gəlmişdir. Slavyan-
lar öz təqvimlərində aylara kənd təsərrüfatı işlərinin növünə görə ad verirdilər. Məsələn, avqust – «serpen» (bi-
çin ayı) – «serp» yəni, «oraq» sözündəndir, sentyabr – «vresen» (duman ayı) – «vreşşi», yəni, «taxıl döyümü» 
sözündəndir) adlanırdı. 
IX  əsrə  qədər slavyanların yazısı olmamışdır. Lakin slavyanlar haqqında  Şərqi Roma imperiyası 
tarixçilərinin əsərlərində çoxlu qiymətli məlumatlar qalmışdır. Məsələn, «Onların çoxlu cürbəcür mal-qarası və 
torpaqda yetişən məhsulları, xüsusilə darıları və buğdaları var». 
Torpağın kimə  məxsus olduğunu, ondan necə istifadə edildiyini alimlər «Əkinçilik qanunu»ndan 
öyrəndilər. «Əkinçilik qanunu» VIII əsrdə tərtib olunmuşdu. Bu, slavyanlar məskən saldıqdan sonra Şərqi Roma 
imperiyası ərazisində tətbiq olunan məhkəmə adətləri toplusu idi. Slavyanlar bu adətlər əsasında mübahisələri 
araşdırır, məhkəmə işlərinə baxırdılar. 
Arxeoloji qazıntılar zamanı bəzi qəbirlərdən qızıl və gümüş bəzək şeyləri, qiymətli silah, bahalı qab-qacaq 
qırıqları tapılmışdır. Lakin qəbirlərin çoxundan ancaq sadə muncuqlar, ev əşyası, ox və nizə ucluqları  aşkar 
edilmişdir. 
Alman salnaməsinin müəllifi təsdiq edir ki, Baltik sahilində yaşayan slavyan tayfasında bütün işləri xalq 
yığıncağı – veçe («veşşat» yəni, «bilmək, söyləmək» sözündəndir) həll edirdi. Salnaməçi yazır: «Bütün bu 
tayfaları ayrıca bir hökmdar idarə etmir. Onlar bir yerə toplaşıb öz ehtiyacları haqqında götür-qoy edir, nə etmək 
lazım olduğu barədə yekdilliklə razılığa gəlirlər». 
VII  əsrin sonunda Balkan dağlarından  şimala doğru, Dunayın aşağı boyundakı torpaqlarda Bolqarıstan 
çarlığı meydana gəldi. Bu dövlətin  şimal qonşuları valaxlar və moldavanlar, cənub qonşusu isə  Şərqi Roma 
imperiyası idi. IX əsrdə Bolqarıstan öz sərhədlərini genişləndirdi: bir zamanlar, hətta imperiyanın özü də bolqarla-
ra bac verməyə  məcbur oldu. Lakin feodalizm quruluşunun inkişafı  nəticəsində Bolqarıstanda feodalların 
müstəqilliyi gücləndi, çar hakimiyyəti isə zəiflədi. Şərqi Roma imperiyası bundan istifadə edib IX əsrin əvvəlində 
Bolqarıstan çarlığını işğal etdi. 
IX əsrdə şərq slavyanlarının erkən feodal dövləti olan qüdrətli Kiyev Rus dövləti yarandı. 
X  əsrin  əvvəlində Çexiya dövləti yarandı. Praqa ətrafında yaşayan çex tayfasının knyazları  əyanların 
köməyi ilə başqa tayfaları da öz hakimiyyətləri altında birləşdirdilər. Çexiya Müqəddəs Roma imperiyasının 
tərkibinə daxil olmağa məcbur oldu. Lakin Çexiya knyazı ölkəni müstəqil idarə edirdi. Sonralar o, kral ləqəbi 
qəbul etdi. 
X əsrin ortalarına yaxın Polşa knyazı Meşko, Visla çayı boyunca yaşayan tayfaları özünə tabe etdi. O, öz 
drujinası ilə birlikdə xristian dinini qəbul etdi. Polşa dövləti yarandı. Polşa tayfalarının birləşdirilməsi knyaz 
Boleslavın hakimiyyəti illərində başa çatdı. Onun zamanında Polşa müqəddəs Roma imperiyasına qarşı uzun 
sürən müharibələr aparmalı oldu. Polşa bu müharibədən qələbə ilə  çıxdı  və  hətta öz sərhədlərini də 
genişləndirdi. Boleslav kral ləqəbi qəbul etdi. 
VII-X əsrlərdə slavyanların erkən feodal dövlətləri yarandı, bu dövlətlər xarici düşmənlərin hücumlarını 
uğurla dəf edirdilər. 
Slavyanların qərb qonşuları Müqəddəs Roma imperiyası idi. X əsrdə alman feodalları şərqə hücum siyasəti 
yeridirdilər. Baltik sahilində  və Lava boyunda yaşayan slavyanlar hələ dağınıq tayfalar halında idilər. Onlar 
mərdliklə müqavimət göstərsələr də, yadellilərin basqınını  dəf edə bilmədilər. Alman feodalları onların 
torpaqlarında mülklər saldılar, qalalar və monastırlar tikdilər, slavyanların özlərini isə meşələrə  və bataqlıqlara 
sıxışdırdılar. 
983-cü ildə slavyanlar üsyana qalxdılar və yenidən azadılq əldə etdilər. Bu 150 ilə qədər davam etdi. Al-
man feodalları Laba ilə Odra (Oder) arasındakı ərazini yalnız XII əsrdə tuta bildilər. 
IX  əsrin sonunda cənubi Ural dağlarının  ətəyindən macar tayfaları Avropaya doğru hərəkətə başladılar. 
Onlar orta Dunay boyunda məskən salıb slavakları özlərinə tabe etdilər. Qərbi Avropa ölkələrinə basqınlar edən 
macar atlıları, hətta Parisə  qədər gedib çıxdılar. Almaniya və Çexiyanın birləşmiş qüvvələri macarları 
darmadağın etdi. Çox çəkmədən macarların basqınları dayandı və onlar oturaq həyata keçdilər. X əsrin sonuna 
yaxın Macarıstan krallığı yarandı. 
Böyük monastırlarda kitab emalatxanaları var idi. Bu emalatxanalarda rahiblər kitab üzü köçürürdülər. 
Yazı üçün perqamentdən istifadə edirdilər. Perqament xüsusi olaraq yazı üçün emal edilib hazırlanmış dana və 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
193
qoyun dərisinə deyilirdi. Əlyazısı halında olan kitab əsil incəsənət əsəri idi. Bir kitab üzərində uzun müddət çox-
lu adam çalışırdı: bəziləri gözəl xətlə mətni yazır, başqaları baş hərflərə təmtəraqlı bəzək vurur, onların üzərinə 
bütöv rəsmlər həkk edir, digərləri başlıqlar üçün şəkillər və naxış yaradır, başqa bir qrup isə miniatür çəkirdi. 
VIII-IX  əsrlərdə  qədim dövrün alim və yazıçılarının çoxlu əsərlərinin üzü köçürüldü. Bunun sayəsində 
həmin əsərlər dövrümüzə qədər gəlib çatdı. 
Kitablar az idi və çox baha idilər. Onları ancaq bəzi çox varlı adamlar əldə edə bilirdilər. Krallar və feodal 
əyanlar ən təntənəli hadisələr zamanı – müqavilələr bağlayarkən, uşaq doğularkən, toy münasibətilə bir-birinə 
kitab bağışlayırdılar. 
Bir çox slavyan xalqları, xristian dinini Şərqi Roma imperiyasından qəbul etmişlər. Dini kitabları slavyan 
dilinə tərcümə etmək lazım idi. Bunun üçün əvvəlcə slavyan yazısı yaradılmalı idi. 
İlk slavyan maarifçiləri alim-rahiblər Kiril və Mefodi oldular. IX əsrin ortalarında Kiril yunan əlifbası 
əsasında slavyan əlifbası düzəltdi. O, Mefodinin köməyi ilə yunan dilində olan dini kitabları slavyancaya 
tərcümə etdi. 
Kiril və Mefodi Bizansdan qərb slavyanları arasında xristianlığı yaymaq üçün göndərilmişdilər. Sonralar 
onların alman feodalları  tərəfindən təqib olunan şagirdləri Bolqarıstanda məskən saldılar. Onlar çoxlu yunan 
kitablarını slavyan dilinə çevirdilər. Slavyan yazısı Bolqarıstandan Qədim Rus dövləti ərazisinə də yayıldı. 
Orta  əsrlərdə insanlar, başlıca olaraq, Bibliyanı  və «Müqəddəslərin tərcümeyi-hallarını» oxuyurdular. 
Bunlarda isə kilsənin müqəddəs hesab etdiyi rahiblərin igidliklərindən və törətdikləri möcüzələrdən bəhs edilir-
di. Rahiblərin özlərinin dünya nemətlərinə olan həvəslərini necə boğmaları, bədənlərini zəncirlə və ya kəndirlə 
sarıyaraq özlərinə necə  əzab vermələri, özlərini qırmanlamaları  təsvir olunurdu. Kilsə mömin adamları 
«müqəddəslər»ə oxşamağa çağırır, onların dözümlüyünü, etiqadlarında möhkəm olmalarını nümunə göstərirdi. 
Monastırlarda salnamələr yaradılırdı. Həmin salnamələrdə  bəşəriyyətin tarixi, adətən dünyanın xəlq 
olmasından başlayır, həyatda baş verən hadisələrin səbəbləri ilə «allahın iradəsi»lə izah olunurdu. 
Məzlum binəsib xalq öz mədəniyyətini yaradırdı. Kəndlərdə və feodal qəsrlərində, yollarda və karvansa-
ralarda köçəri həyat sürən artistlər – oyunbazlar (jonqlyorlar) çıxış edirdilər. Nə bir kənd toyu, nə də cəngavər 
yarışı onlarsız keçmirdi. Oyunbazlar musiqi sədaları altında qəhrəmanlıq nəğmələri oxuyar, hərbi yürüşlər və 
vuruşmalar haqqında dastanlar söyləyər, qəhrəmanların igidliklərini kəşf edərdilər. Onlar özləri ilə ayılar və 
meymunlar gəzdirər, fokuslar və akrobatik çıxışlar, kiçik səhnəciklər göstərərdilər. 
Bəzən oyunbazlar kilsə xidmətçilərini və feodalları kinayə  və  məsxərəyə qoyurdular. Salnamələrdən 
birində deyilir ki, bir nəfər oyunbaz iki meymuna oyuncaq dəmir köynək – zireh geyindirib itlərə mindirmiş və 
cəngavər turnirini nümayiş etdirmişdi. Feodalların hərbi bu cür öldürücü surətdə ələ salınması sadə xalq kütləsi 
içərisində canlı razılıqla qarşılanmışdı. 
Oyunbazların cəsarətli zarafatları  və yumoru ağaların xoşuna gəlmirdi. Kilsə köçəri həyat sürən bu 
artistləri amansızcasına təqib edir, hər yerdən qovur, hətta onların xristian qəbiristanlığında basdırılmasını 
qadağan edirdi. 
Xalq yaradıcılığında çox vaxt əməkçi xalqın feodal və kilsə zülmünə qarşı kəskin etirazı ifadə olunurdu. 
RUSİYA.  Rusiya  ərazisində  ən qədim insan izləri təqribən 700 min il əvvələ aiddir (Şimali Qafqaz və 
Prikubanye: insan buraya Zaqafqaziyadan gəlmişdir). Oaleolitdə  Aşağı Volqa və Orta Uralda yaşayış 
məskənləri  əmələ  gəldi. Son Paleolitdə müasir insanın formalaşması başa çatdı.  İnsanlar Qütb dairəsini keçib 
Sibirin bir hissəsində  məskunlaşdılar. Neolit dövründə tayfalar meydana gəldi. Yığıcılıqdan  əkinçilik və 
maldarlığın  ən qədim formalarına keçildi, dulusçuluq yayıldı. E.ə.III-minillikdə  Şimali QafqazdaTunc dövrü 
başlandı. E.ə. II-minilliyin sonunda tunc alətlər demək olar ki, bütün müasir ərazidə yayılmışdı. İri hərbi tayfa 
ittifaqları yaranır, ictimai quruluş  hərbi demokratiyaya çevrilirdi. E.ə.I–minillikdə  cənubda Dəmir dövrü 
başlandı. Skiflərdə və sarmatlarda dəmir alətlər meydana gəldi. Eramızın III əsrində köçəri xalqlar – qotlar və 
IV əsrdə hunlar Şərqi Avropa düzənliyinə soxuldular. IV – VIII əsrlərdə Şimali Qafqazda olanlar birləşdi. VI 
əsrin ortalarında  Şərqi Avropada avarlar başda olmaqla köçəri tayfaların ittifaqı yarandı. V əsrdə Azov 
dənizindən  şimal və  şərq tərəfdə bulqarlar köçərilik edirdilər. VI əsrdə  mərkəzi Orta Asiyada olan Türk 
xaqanlığı yarandı. Ərəblərin hücumlarından sonra bu dövlət Şərqi və Qərbi türk xaqanlıqlarına bölündü. Qərbi 
türk xaqanlığının yerində VII əsrdə Xəzər xaqanlığı meydana gəldi. Qərbi türk xaqanlığı ilə mübarizədə Böyük 
Bulqar dövləti yarandı. Şərqi Avropanın ən böyük ilkin feodal dövlətlərindən biri Volqa – Kama Bulqarıstanı 
idi. Volqa və Oka çayları arasında yerli Neolit tayfalarından törənmiş Dyakovo mədəniyyəti tayfaları 
(meryaların, veslərin və muromların  əcdadları) yaşayırdılar. Kama və Ural çayları  ətrafında Ananyino 
mədəniyyəti və Pyanı Bor mədəniyyəti tayfaları (mordvaların, udmurtların və çuvaşların  əcdadadları) 
məskunlaşdılar. I minilliyin sonunda Rusiya ərazisincə ibtidai-icma quruluşunun dağılması, sinifli cəmiyyətin 
və dövlətin yaranması ümumi xarakter almışdı. Şərqi Avropa ərazisində formalaşan qədim slavyanlar xalqların 
böyük köçü zamanı şərqi, qərbi və cənubi slavyanlara bölündülər. Feodalizm münasibətinin mürəkkəb inkişaf 
prosesi VIII-IX əsrlərin ayrıcında dövlətin yaranması ilə  nəticələndi (Kiyev Rus dövləti). Kiyev Rus dövləti 
Qədim Rus xalqının formalaşdığı ərazi rus, Ukrayna və Belorus xalqlarının tarixi vətəni olmuşdur. Böyük Kiyev 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
194
knyazı Mstislav Vladimiroviçin ölümündən (1132) sonra Kiyev Rus dövləti parçalandı; Vladimir–Suzdal, 
Qalıç-Volın knyazlıqları, Novqorod feodal respublikası və s. dövlət qurumları yarandı. 
1223-cü ildə  cənubi rus knyazları Kalka çayı sahilində monqol-tatarlarla vuruşmada məğlub oldular; 
1236-cı ildə monqol-tatarların  Şərqi Avropaya hücumları başlandı. XIII əsrin 40-cı illərində rus torpaqlarına 
İsveç işğalçıları, alman cəngavərləri də hücum etdilər, lakin məğlubiyyətə uğradılar. 
Monqol tatar zülmü rus torpaqlarında sosial-iqtisadi proseslərin inkişafını  ləngidirdi. Sonralar təsərrüfat 
xeyli dərəcə  bərpa olunsa da, feodal dağınıqlığı davam edirdi. Rus torpaqlarının sosial-iqtisadi və siyasi 
həyatının mərkəzi Volqa və Oka çayları arasındakı ərazi (Şimal-Şərqi Rus) idi. XIV əsrin 2-ci yarısında Moskva 
monqol-tatar zülmünə qarşı mübarizənin başında durdu və tədricən rus torpaqlarını birləşdirən mərkəzə çevrildi. 
Kulikovo vuruşmasında (1380) monqol-tatarların üzərindəki qələbə Moskvanın rolunu daha da 
möhkəmləndirdi. XV əsrin sonu – XVI əsrin  əvvələrində  Mərkəzləşdirilmiş Rus dövlətinin yaranması başa 
çatdı. 1480-ci ildə monqol-tatar zülmü devrildi. Rus xalqı  qədimdə vyatiçlərin, kriviçlərin, slovenlərin və 
severyanların yaşadığı  ərazidə yaranmışdır. Bu prosesdə  tədricən ruslaşmış  və rus dilini qəbul etmiş qeyri-
slavyan xalqları da (veslər, muravlar və b.) iştirak etmişlər. Şimalda və Volqaboyunda yaşayan bir çox xalq da 
Rus dövlətinin tərkibinə daxil oldu. Sonralar dövlətin çoxmillətli xarakteri daha da gücləndi. XV-XVI əsrlərin 
ayrıcında «Rusiya» adı yayılmağa başladı. 
Mədəniyyət. Din və kilsə. IX-X əsrlərin slavyan buddizmi bizə yazılı mənbələrdən məlum olan formada 
gəlib çatmışdır. Hələ lap qədimdə dini təsəvvürlərin yeni formaları çox çətinliklərlə üzləşmişdir. Misal üçün 
qədimdə bitki və heyvanat aləminin ilahi gucə malik olduğu qorunub saxlanılırdı. Suya, oda, torpağa, bitkilərə, 
heyvanlara ibadət həmçinin folklorda da öz əksini tapmışdır. İnsan suya hörmət edərkən ona xüsusi paklığı və 
həyatı gücü aid edirdi. Son dövrlərə qədər su vasitəsilə xəstəliklərin sağalmasının bir çox metodları məlumdur. 
Bitki aləmində totemik kulta inamla bərabər, müqəddəs heyvanlara da inam qorunub saxlanmışdı. Onların 
sırasında at, qaban, ayı, tur və s. var idi. 
Şimal hissədə son dövrlərə kimi hələ də ayıya itaətin izləri qalmaqdadır. Bu kult X-XI əsrlərdə slavyan-
larda geniş yayılmışdır. Keçi də  həmçinin müqəddəs heyvanlara aid edilir, qızıl yumurta bayramı (Kalyada) 
mərasimində qurban kəsilir və  məhsuldarlığın himayəçisi sayılırdı. Belə ki, keçiyə sitayiş  hələ ovçuluq 
dövründə (ibtidai dövr) yaranmağa başlamışdır. 
Yazı və məktəb. Rus dili IX-XI əsrlərdə əsasən qədim dövrün yazılı abidələrindən bizə məlumdur. 
Qədim rus dilində biz digər slavyan dilləri ilə ümumilik təşkil edən çoxsaylı söz və formalar tapa bilərik. 
IX-XI  əsrlərdə o, digər slavyan dillərinə daha yaxın idi: cənub slavyanları (bolqar, serb, sloven), qərb 
slavyanları (polşa, çex) və s. Bütün ümumi slavyanların xüsusiyyəti qədim rus dilinin qramatik quruluşunda qo-
runub saxlanılmışdır. 
Ümumi slavyan sözləri qədim zamanlardan yaranan qədim rus dili lüğətinin  əsasını  təşkil edir. Lakin 
ümumslavyan leksik fondunun qədim rus dilində elə sözləri istifadə olunurdu ki, onlar digər slavyan dillərinə 
aid deyil, ancaq bir qayda olaraq onlar ümumslavyan sözləri  əsasında yaranmışdır. Məsələn: təhkimçiliklə 
əlaqədar olaraq «ailə» sözü əmələ gəlir. Bu məlumat XI əsr abidələrinə əsaslanır. Əvvəllər bu söz «qulluqçu» 
mənasında işlənirdi, indi isə ailə mənasında işlənir. 
Ədəbi dil. Cənubda, ən çox da Kiyev və onun ətraf ərazilərində yayılmış ilkin rus sözlərini təyin etmək 
daha çətindir. Bədii dil daha çox cənubda, Kiyevdə  təşəkkül tapmış  və inkişaf etmişdir: bununla əlaqədar 
cənubda yayılmış sözlər geniş vüsət alır və Novqorod, Smolensk, Pskov və başqalarının yazısına daxil olur. 
Ədəbiyyat. Rusiyada xristianlığın qəbul edilməsindən sonra orta əsr Avropa və Bizansın çoxsaylı 
ədəbiyyat əsərləri bura daxil olmağa başladı. İlk Bizans ədəbi əsərləri Bolqarıstan gəlib çatmışdı. Xristianlığın 
yayılması hər şeydən əvvəl Bibliyanın rus dilinə tərcümə olunmasını tələb edirdi. Bibliyada həmçinin müxtəlif 
janrlı  əsərlər – fəlsəfi lirika, döyüş povestlərində var idi. Bibliya özündə folklor motivlərini, nağıl süjetlərini, 
yəhudi xalqının yarı-əfsanəvi tarixini, moizələri, kosmoqonik mifləri, ilahiyyat traktatlarını və s. cəmləşdirirdi. 
Bibliyanın ayrı-ayrı süjetlərini xalq fantaziyası nəticəsində inkişaf edirdi. Rus moizəçiləri Bibliyadakı obrazlar-
dan istifadə edirdilər. 
Kiyev dövlətinin orijinal ədəbiyyatının bizə  gəlib çatan əsərlərinin ən qədimi knyaz Yaroslav Mudrının 
dövrü ilə bağlıdır. Yaroslav dövrünə qədim Kiyev külliyatı aiddir. Bu külliyat ilk salnamə küliyatı sayılır. 
Yaroslavın qədim Kiyev külliyatı sonrakı Kiyev salnaməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qədim 
Kiyev külliyatı özünün ideal istiqamətinin yüksək səviyyəsinə və bədii özünəməxsusluğuna görə rus əlyazmaları 
sırasında mühüm yer tutur. 
Yaroslavdan sonra qədim rus ədəbiyyatının çiçəklənmə dövrü knyaz Vladimir Monomaxın dövrünə aid-
dir. Monomaxın özünün mülahizələrində əks etdirdiyi ideyalar müqəddəslərin həyatını əks etdirən rəvayətlərdə 
əks olunur. 
XI əsrdə rus ədəbiyyatında Kiyev və qismən də Novqorod ədəbiyyatı əsas sayılırdı. 
XII əsrdə Tulada, Smolenskdə, Vladimir Suzdalda və s. ərazilərdə yerli ədəbiyyat növləri yaranır. 
Bu dövrdə Novqorod, Kiyev, Qaliçka – Volınsk salnamələri mövcud idi. 
Maarif. Qədim Rusiyada savadlı şəxslər yalnız boyar və knyaz dəstəsinin nümayəndələri idilər. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
195
XII-XIII əsrlərdə maarif mərkəzlərinin sayı artır: Kiyev və Novqorodla bir sırada Rostov, Suzdal, Smo-
lensk, Polatsk, Çerniqov, Qaliç də dururdu. Bu təhsil ocaqlarında yepiskop kafedraları, monastırlar, knyaz 
həyətləri mövcud idi. Kitab həvəskarları  və toplayanlar knyaz və onun dəstəsinin  əhatəsində mövcud idi. 
Şəhərdən kənar monstırlarda kitab qıtlığı və rahiblərin savadsızlığı hökm sürürdü. Xristianlaşdırma qədim Ru-
siya ilə Bizansın əlaqələrini xristianlaşdırma genişləndirir və dərinləşdirirdi. 
Qədim Rusiyada əsas 2 tip məktəb mövcud idi: yüksək səviyyəli və aşağı səviyyəli. 
Yüksək səviyyəli məktəblərdə kübar cəmiyyətin uşaqları təhsil alırdı. 
Aşağı səviyyəli məktəblərdə isə kilsə üçün hazırlıq gedirdi. Yüksək səviyyəli məktəblərin olması barədə 
məlumat məşhur salnamələrdə öz əksini tapmışdır (Vladimir haqqında salnamə). 
Aşağı  səviyyəli məktəblər monastırlarda mövcud olurdu. Burada kulta xidmət, oxu, yazı  və  nəğmə 
dərsləri keçirilirdi. 
Biliyin əsas mənbəyi ədəbiyyat idi. Əsasən müxtəlif külliyatlardan – antologiyalardan istifadə olunurdu. 
Memarlıq. Qədim rus memarlığının tarixi X-XI əsrlərdə Kiyevdə tikilmiş daş məbədlərdən ibarət idi. Bu-
nunla bərabər bəzi araşdırmalarda qeyd olunur ki, bu abidələr az mədəniyyətli, vəhşi ölkələrdə, ümumiyyətlə 
indiyə qədər memarlığın nə olduğunu bilməyən yerlərdə yaradılırdı. Kiyev Rusiyasının şəhərlərində daş tikililər 
əvvəlki dövrlərə nisbətən həqiqətən də böyük addım sayılırdı. Şərq slavyanlarının buddist məbədləri üçün zəngin 
bəzəklər xarakterik idi. Rusiyada xristianlaşma ilə əlaqədar daş memarlığı, əsasən mərasim tikililəri üstünlük təşkil 
edirdi. Lakin ən çox saray və hərbi tikililərə əhəmiyyət verilirdi. Bizans memarları rus memarlarını onlar üçün yeni 
olan texnika və Bizansın yeni işlənmiş memarlıq  ənənələri ilə tanış etdilər. Konstruktiv və  bədii baxımdan 
mərasim tikilisi kimi xaç gümbəzli məbədlər sayılır. 
Bu dövrdə məbəd tikintilərindən Çerniqovda Spask kilsəsini, Novqorodda və Polotskda Sofiya kilsələrini 
misal çəkmək olar. Sofiya kilsəsinin müxtəlif şəhərlərdə tikilməsinə baxmayaraq onların hər biri özünəməxsus 
forması ilə fərqlənirdi. 
X-XI əsrlərin rus memarlıq abidələri əsasən vahid üsluba malikdir. 
Rəngkarlıq. Xristian dövründəki rəngkarlıq abidələri bizim dövrə çatmamışdır. Lakin biz məlumatı yazılı 
mənbələrdən, eposlardan, divar rəsmlərindən və buddist heykəllərindən alırıq. Xristianlaşma dövründə Kiyev 
Rusiyasının incəsənəti inkişafa doğru irəliləyir. Daş memarlığının yüksək həddə çatması ilə monumental və 
dəzgah (ikonlar) rəngkarlığı da irəliyə doğru inkişaf edir. 
Rusiyada qədim rus məbədlərinin ilk dekorçuları yunan sənətkarları sayılırdı. Onlar rus incəsənətinə Bi-
zans incəsənətinin çoxəsrlik bədii kilsə rəngkarlığını gətirmiş və rusları mozayka, freska və ikonaçılıq texnikası 
ilə tanış etmişdir. 
Mozayka texnikası daha çətin sayılırdı. Ornamentlər və təsvirlər çox məharətlə rəngli şüşə kubiklərindən 
(smalta) və  təbii rəngli daşların hissəciklərindən hazırlanırdı. Onların üzərinə sementləşmiş maye çəkirdilər. 
Smaltanın refleksləri müxtəlif effektli parlaq səth əmələ gətirirdi. 
Freskalar texniki çətinlikləri ilə  fərqlənirdi. Rəssam yaş malanı divarın üzərinə  çəkirdi. Rəng onun 
dərinliyinə hopur və çox möhkəm olurdu. Dəzgah (ikona) rəngkarlığında material kimi xüsusi hazırlanmış və 
lövhəyə bərkidilmiş şpanlardan istifadə olunurdu. Bu da öz növbəsində qruntlaşdırılıb və hamarlanırdı. 
X-XI  əsrlərdə  qədim Kiyev məbədlərinin monumental rəngkarlığı mozayka və freskalardan ibarət idi. 
İndiki dövrə  qədər Kiyevdə Sofiya kilsəsinin, Mixaylovskda Zlato Verx monostırının və b. mozaykaları 
çatmışdır. 
XI  əsrdə divar rəngkarlığı yalnız Kiyevdə Sofiya kilsəsində  və Çerniqovda Spask kilsəsində 
saxlanılmışdır. 
Rusiyada yazının yayılması yeni incəsənət növünün – kitab miniatürlərinin yaranmasına zəmin yaratdı. 
Qədim rus miniatürləri məşhur – Ostramirov yevangeliyasında qorunub saxlanılmış, 1056-1067-ci illərdə Qri-
qori tərəfindən yazılmışdır. Ostromirov Kiyev knyazı İzyaslova yaxın idi. Ona görə də həmin əlyazma və onu 
bəzəyən dörd yevangelistin təsviri olan miniatür Kiyevdə  tərtib olunmuşdur. Miniatürlərin incə  sənətkarlıqla 
işlənməsi yevangelis fiqurların parlaq ornamental dairədə verilməsi, qızıldan olan naxışlar bu miniatürü 
zərgərlik əsərinə bənzədir. 
XII  əsrdən Kiyevdə  və digər  şəhərlərdə monumental rəngkarlıq abidələri  əvvəlki dövrlərə nisbətən az 
çatmışdır. Çerniqovda Eletsk monastırı və Kiyevdə Vidubitsk monastırının divar rəsmləri bizə gəlib çatmışdır. 
Kiyev yaxınlığında yerləşən Kirilov monastırının divar rəsmləri, bizə daha yaxşı  vəziyyətdə  gəlib 
çatmışdır. Rəsmin hamarlığı və qrafik üslubu, ondan əvvəlki dövrün ellinistik ənənələrindən imtina, obrazların 
şərtiliyi – bütün bunlar Kirilovsk divar rəsmlərini XII-XIII əsrlərin yeni formalı abidəsinə çevirmişdir. Mehrab 
apsidasında müqəddəs ananın fiqurundan başqa həmçinin müqəddəslər portret şəklində verilmişdi. cənub 
apsidasında isə yepiskop Kiril Aleksandrovskinin həyatından silsilə təsvirlər verilmişdir. Məbədin divarlarında 
«Dəhşətli məhəkəmə» kompozisiyası göstərilib. Bu mövzu çox dəqiqliklə işlənmiş və orta əsr insan şüurunun 
bir istiqamətdə göstərilməsinə yönəldilmişdir. Kirilovsk divar rəsminin hamar, ağır və tərpənməz fiqurları heç 
bir fərdi cizgilərə malik deyildi. Kiyevdə Sofiya kilsəsinin freska rəsmləri ilə müqayisədə burada fərdiliyə o 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
196
qədər də yer verilməmişdir. Bu dövrdə bir çox rus sənətkarları məşhur idilər. Rəssamlardan Andrey Rublyovu 
və Dionisini misal göstərmək olar. Onlar ikona sənətinin inkişafında böyük nailiyyətlər göstərmişlər. 
Dekorativ tətbiqi sənət və heykəltəraşlıq. Qədim insanların məişəti incəsənətlə zəngindir – ağac üzərində 
oyma, parlaq rəngli tikmələr, çətin parça naxışları və s. 
X-XIII əsrlərdə qədim rus kənd incəsənəti bizə fraqment şəklində gəlib çatmışdır. Bunların arasında metal 
bəzəklər, əhəmiyyətsiz parça hissələri vardır. 
Amuletlərin tərkibində biz qaşıqlar tapırıq ki, onlar da toxluq, razılıq simvoludur. Bundan əlavə, 
amuletlərdə açarlara da rast gəlinir ki, bunlar tamlıq, bütövlük işarəsidir. 
Kosmoqonik əfsanələrlə bağlı olan quş folklor və tətbiqi sənətdə həmişə xeyirxah başlanğıc sayılırdı. 
X  əsrdə Smolensk, Kiyev, Çerniqov qadın bəzəkləri və digər tapıntılarla zəngindir. Gümüşü tərkibli 
əşyalar min ədəd mikroskopik kiçik elementlərdən ibarət idi. 
Həndəsi ornament bu dövrdə  ən sonuncu pillədə dayanırdı. Misal üçün cib daraqları kvadrat şəkilli 
ornamentlərlə bəzədilmişdi. 
Bitki və heyvan ornamentləri bu tip naxışları  sıxışdırırdı. X əsrdə bitki ornamentlərində ya 4 gülün 
kompozisiyası, ya da heraldik su zanbağı formasında stilizə olunmuş həyat ağacı kompozisiyaları əsas yer tutur-
du. Bu kompozisiyaları məşhur Çerniqov turlarının buynuzlarında və s. tapıntılarda görə bilərik. 
Musiqi. Şərq slavyanlarının musiqisi haqqında yazılı mənbələr VII əsrin birinci yarısında yaşamış Bizans 
tarixçisi Feofilakt Simokat tərəfindən verilmişdir. Bu məlumtda yazılır ki, yunanlar 583-cü ildə 3 slavyanı mu-
siqi adətləri ilə birlikdə tutmuşdular. Feofilakt onları lira adlandırmışdır. Simokat tərəfindən üç musiqiçi slavyan 
haqqında məlumat sonralar Feofan təkrar etmişdir. Feofan bu musiqi alətlərini kifaralar adlandırır. 
Biz musiqinin qədim izlərini yalnız onların  əmək və  mərasim nəğmələrində görmürük. Bu həmçinin 
onların musiqi alətləri ilə də sıx əlaqədardır. Orta əsrlərdə bir çox musiqi alətləri mövcud idi. Onlardan buben, 
orqan, nakri, surna, qoç buynuzu, tütək və s. göstərmək olar. 
UKRAYNA. Ukrayna ərazisi Paleolit dövründən məskunlaşmışdır. Neolitdə inkişaf etməyə başlayan 
əkinçilik və maldarlıq Tripoli mədəniyyəti (e.ə.4000-2000) tayfalarında yüksək səviyyəyə çatmışdır. E.ə.II mi-
nilliyin sonu I minilliyin əvvəlində Ukrayna ərazisinin çöl hissəsində  kımmerilər məskunlaşmışdılar. E.ə.VII 
əsrdə buraya köçən skiflər yerli tayfaları özlərinə tabe etdilər. E.ə. II əsrdə sarmatlar Qara dənizin şimalındakı 
çölləri tutdular. Qara dənizin  şimal sahillərində  məskunlaşmış (e.ə.VII-V  əsrlər) yunanlar bir neçə quldar 
dövlətin (Bosfor padşahlığı, Tira, Olviya, Xersones) əsasını qoydular. Eramızın III-VI əsrlərində Qara dənizin 
şimal sahillərinə bir çox tayfa və xalq (qotlar, hunlar, avarlar və b.) gəldi. E.ə.I minilliyin sonu – eramızın I mi-
nilliyinin  əvvəllərində müasir Ukraynanın meşə-çöl zonasında və Polesyedə oturaq əkinçi-maldar tayfalar 
məskunlaşdılar; onların bir hissəsini slavyanların  əcdadları hesab edirlər. IV əsrdə qotlara qarşı mübarizədə 
şərqi slavyanların – antların ittifaqı yarandı. VI əsrin sonunda avarların hücumu nəticəsində bu ittifaq dağıldı. 
VIII-IX  əsrlərdə  şərqi slavyanlarda dövlət qurumları meydana gəldi. Onlardan biri mərkəzi Kiyev olan 
Polyan knyazlığı ətrafında yaranmış, beləliklə də, Kiyev Rus dövlətinin əsası qoyulmuşdur. Novqorod, Polotsk, 
Çerniqov, Pereyaslav, Smolensk, Rostov (Yuxarı Volqaboyu), Qərbi Buq ətrafındakı torpaqlar Kiyev 
knyazlığının tabeliyində idi. Vladimir Svyatoslaviç (təqribən 980-1015) və Yaroslav Mudrının (1019-1054) 
zamanında Qədim Rus dövləti çiçəklənmə dövrünü keçirirdi. Kiyev Rus dövləti ilə xilafət arasında da ticarət 
əlaqələri var idi. X əsrdə ruslar qayıqlarla Xəzər sahillərinə gəlirdilər. Onlar hətta Bərdəyə də hücum etmişdilər. 
Kiyev Rus dövləti Şərqi Slavyanların tarixində, ictimai-iqtisadi, siyasi və mədəni inkişafında, xarici düşmənlərə 
qarşı mübarizədə böyük rol oynamışdır. XII əsrin ortalarında feodal münasibətlərinin inkişafı  və ayrı-ayrı 
ərazilərin siyasi və iqtisadi cəhətdən güclənməsi nəticəsində Kiyev Rus dövləti knyazlıqlara parçalandı. XII əsr 
salnamələrində  Qədim Rus dövlətinin ucqar torpaqlarını bildirən coğrafi anlayış kimi «Ukrayna» termini 
(«kray» – sərhəd, kənar sözündən) işlədilməyə başlandı. 1237-40-cı illərdə  qədim rus torpaqları monqol-
tatarların dağıdıcı hücumuna məruz qaldı  və  Qızıl Ordadan vassal asılılığını  qəbul etdi. Qızıl Ordanın 
zəifləməsindən və rus dövlətinin monqol-tatar zülmündən azad olmaq cəhdlərindən istifadə edən Litva Çerniqov 
torpağını, Kiyevi və onun ətrafını, Pereyaslavı, Podoliyanı,  Şərqi Volını tutdu. Polşa 1349-cu ildə Çaliç 
torpağını, 1377-ci ildə Qərbi Volını, XIV əsrin sonunda Şimali Bukovinanı ələ keçirdi. XIV-XV əsrlərdə vahid 
kökdən – qədim ruslardan əmələ  gəlmiş rus, Ukrayna və Belorus xalqları formalaşdı. XV əsrdə Ukraynaya 
türklərin və Krım tatarlarının hücumları başlandı. Xalq kütlələrinin Ukrayna, Polşa, Litva feodallarının zülmünə, 
tatar hücumlarına qarşı mübarizəsinin gedişində XV-XVI əsrlərdə Ukrayna kazakları meydana gəldi. 
Mədəniyyət. Ukrayna dilinin ilk elementlərinə XI əsrin axırı – XII əsrə aid olan əlyazmalarında rast 
gəlinir. 
Feodalizm dövründə incəsənət dinlə bağlı olduğu üçün mozaykalarla, freskalarla, ikona və qiymətli 
əşyalarla bəzədilmiş məbədlər tikilir. 
X–XI əsrlərin əsas tikililəri – Kiyevdə, Çerniqovda, Pereyaslavda və Novqorodda idi. Kiyev bir paytaxt 
kimi çiçəklənir və böyüyürdü. Knyaz Yaroslavın dövründə Kiyev Avropanın ən böyük şəhərlərindən birinə çe-
vrilir. Şəhərə üç qapı gedirdi – Zolatye, Kreşatitskiye, Sıdovskiye. 1037-ci ildə Yaroslav əsas küçələrin kəsişdiyi 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
197
yerdə şəhərin əsas məbədi olan Sofiya məbədini tikdirir. Məbəd öz böyüklüyü və gözəlliyi ilə təkcə Qədim Ru-
siyada yox, bütün Avropada müqayisə edilməz idi. 
1036-cı ildə Çerniqovda knyaz Mistislav tərəfindən əsası qoyulan Spass kilsəsi də özünəməxsus gözəlliyi 
ilə çox seçilirdi. 
XI əsrdən başlayaraq Kiyevdə feodal dağınıqlığı daha çox hiss olunur. Bu dövrdə monastırların rolu artır. 
Bütün bunlar memarlığın inkişafında xususi iz qoyur. XI əsrin axırlarına yaxın məbədlərin yeni – bir nefli, iki 
sütunlu tipi yaranır. Buna misal olaraq Pereyaslavda Spass kilsəsini, Ostredə Mixaylov kilsəsini göstərmək olar. 
Bu tip məbədlər feodal dağınıqlığı dövründə də öz inkişafını tapır və XIV-XVI əsrlər Ukrayna memarlığında bir 
nefli məbədlərin formalaşmasına da öz təsirini göstərir. 
Qədim Kiyev-rus heykəltəraşlıq abidələrinə misal olaraq Fedora Stratilata və Qeorqianın təsviri olan mo-
numental relyefi göstərmək olar. Bunun üzərindəki oymalar ağac üzərindəki oymanı xatırladır. 
Daha kobud işlənmiş əsərlərdən biri Kiyev-Peçor relyefləridir. Onlardan birində Herakl şir ilə, digərində 
Allahların anası Kibela arabada təsvir olunmuşdur. 
Təsviri sənətin özünəməxsus növlərindən biri də kitab miniatürləridir. Buna misal olaraq 1056-37-ci 
illərdə Kiyevdə Georgi tərəfindən yazılmış kitabı göstərmək olar. Onu bəzəyən Yevangelislərin təsvir olunduğu 
3 miniatür çox dekorativ və  rəngarəngdir. Yevangelis Markın, Joakın və Lukanın sifət,  əl cizgiləri və 
paltarlarının qırışları qızılı konturlarla əhatə olunmuşdur. 
XII  əsrdə  Qədim Kiyev Rusiyasında yeni mərhələ - feodal pərakəndəliyi dövrü başlayır. Yeni dövrün 
memarlığı öz parlaq ifadəsini feodal şəhərlərinin tikintilərində, knyaz iqamətgahlarında, boyar malikanələrində, 
monastırlarda,  şəhər saborlarında göstərir. XII-XIII əsrlərin memarlığında məbədlər yeni tipdə tikilməyə 
başlayır. Onlar ya 6 sütunlu, ya da 4 sütunlu, adətən bir gümbəzli idilər. 
Bu dövrdə Kiyev öz birinciliyini digər ölkələrə verir. Burada çox da böyük olmayan 4 və 6 sütunlu 
kilsələr tikilir. Kilsələrin içi daha da sadələşir. Mozayka öz yerini freskalara verir. Bahalı mozaykalı döşəmələr, 
indi mozayka olunmuş döşəmələrlə əvəz olunur. Bu dövrün ən yaxşı qorunub saxlanılmış kilsələrindən «Troit-
sa» kilsəsi 4 sutunludur. Onun içərisinin görünüşü qorunub saxlanmamışdır. Kirillov kilsəsi 6 sütunlu və 3 
apsidalıdır. O öz planına görə Uspen məbədini xatırladır. 
Dneprin sol sahilindəki əsas şəhərlərdən biri olan Çerniqovda bir neçə qədim abidə qorunub saxlanmışdır. 
Qaliç knyazlığının memarlığı da özünəməxsusluğu ilə seçilir. Burada erkən dövrlərdə olduğu kimi açıq 
qalereyalardan istifadə olunmurdu və binalar daha çox kuba bənzəyirdi. Lakin bu binaların hamısı dağılmış və 
yalnız 2 kilsə qorunub saxlanılmışdır: Qaliçdə Panteleymon kilsəsi və Lvovda Nikolay kilsəsi. Panteleymon 
kilsəsi çox böyük 3 nefli, 4 sütünlü məbəddir. 
Xalq memarlığının təsiri altında ağacdan çoxlu bədii memarlıq ideyalarının  əsası qoyulmuşdur. Lakin 
XIV-XV əsrlərin bu ağac kilsələri qorunub saxlanmamışdır. 
XIV-XV  əsrlərdə Avropada böyük mədəniyyət sıçrayışları baş verir. Bu dəyişikliklər Ukraynanın qərb 
torpaqlarında özünü daha çox göstərir. 
XV əsrin başlanğıcında Ukrayna incəsənətində xalq mənbələri ilə sıx bağlı olan yeni bir cərəyan yaranır. 
Bu cərəyana aid olan freskaları Lyublində Zamkovay kilsəsində görmək olar. Buradakı freskalar 1418-ci ildə 
Ukrayna rəssamı Andrey tərəfindən çəkilmişdir. 
Bu dövrdə ikona təsvirləri inkişaf etməyə başlayır. Məbədlərdə freskalardan az istifadə olunur. Onların yerini 
lövhə üzərində ikonalar tutur. Bu dövrdə ikonastaslar yaranır. Burada rəngkarlıq, heykəltəraşlıq və dekorativ 
ornamentlər üstünlük təşkil edir. 
XIV-XV əsrlərdə oxucuların artması, biliyin yüksəlməsi, kitab mədəniyyətinin genişlənməsi nəticəsində 
kitaba olan tələb artır. Beləliklə, kitab bəzəkləri də inkişaf edir. 
Ədəbiyyat. Ukrayna ədəbiyyatı Kiyev Rus dövləti ədəbiyyatı zəminində inkişaf etmişdir. Qədim rusların 
zəngin və rəngarəng folkloru olmuşdur (mərasim nəğmələri, nağıllar, tapmacalar, atalar sözü, məsəllər və s.). X-
XI  əsrlərdə  bılinalar yarandı. Xristianlığın qəbulundan (988) sonra orijinal ədəbiyyat (salnamə, nəsihətnamə, 
səyahətnamə) inkişaf etdi. «İqor polku haqqında dastan» rus, Ukrayna və Belorus xalqlarının müştərək  ədəbi 
abidəsidir. Monqol-tatar basqınları (XIII əsr), Litva knyazlarının hərbi müdaxiləsi (XIV əsr), türklərin və krım 
tatarlarının hücumları Ukrayna ədəbiyyatını  ləngitdi. XVI əsrin  əvvəllərində xalq yaradıcılığında lirik-epik 
oxumalar və tarixi nəğmələr meydana gəldi. Ukraynanın yenidən Rusiya ilə birləşməsi (1654) ədəbiyyatın 
inkişafına güclü təsir göstərdi. Bu dövrdə polemik nəsr və  məktəb poeziyası geniş yayıldı. Yezitlərə qarşı 
mübarizədə yaranan polemik nəsrin görkəmli nümayəndələrindən J.Vışenski, S.Zizani, Xristofor Filalet, Klırık 
Ostrojski, M.Smotritski, L.Kopıstenski və başqalarının  əsərləri öz sosial məzmunu ilə seçilir. Kitab çapının 
inkişafı ilə əlaqədar olaraq məktəb poeziyasının əsas forması – heca vəznində yazılan və xalq poeziyasına yaxın 
olan vırşilər yarandı (A.Rımşa, G.Smotritski və başqalarının  şerləri). Bu dövrdə xalq dramı – intermediya və 
vertep formalaşdı. 
Musiqi. Ukrayna musiqi mədəniyyətinin mənşəyi Kiyev Rus dövləti müsiqisi ilə bağlıdır. XIII əsrin sonu 
– XIV əsrin əvvəllərində Ukrayna musiqisi şərqi slavyan musiqisinin müstəqil qolu kimi inkişaf etmişdir. Xalq 
mahnı yaradıcılığı üçün melodik olan ornamentina, sait səslərdə vokalizasiya, eolik, ionik, dorik, miksolidik 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
198
ladlar səciyyəvidir. Mahnıları müxtəlif janrlıdır. XV əsrin sonu – XVI əsrin  əvvəllərində milli epos (tarixi 
mahnılar, ballada, oxuma) və xalq professional ifaçılıq sənəti (kobzar, liraçı) inkişaf etmişdir. Musiqi alətləri: 
skripka, basoliya, kobza, bandir, simbal, lira (simli); sopilka, trembita, volınka (nəfəs); təbil, dəf, tulum, bas 
(zərb) XVII əsrdə yüksək inkişaf mərhələsinə çatdı. Ukraynanın Rusiya ilə yenidən birləşməsindən (1654) sonra 
Kiyev Mogila Akademiyası musiqi mədəniyyətinin mərkəzinə çevrildi. Rus və Ukrayna musiqisinin inkişafında 
M.Berezovski və D.Bortyanskinin mühüm rolu olmuşdur. 
XIV-XV əsrlər Ukrayna incəsənət tarixi üçün çox vacib və məhsuldar olmuşdur. 
POLŞA. Polşa ərazisində ilk insan izləri Paleolit dövrünə təsadüf edir. I minilliyin əvvəllərində Odra, Vis-
la və Varta çayları hövzəsində  qərbi slavyan tayfaları (polyanlar, mazoşanlar, vıslyanlar, slezyanlar və b.) 
məskunlaşdı. VII-IX əsrlərdə burada feodalizm bərqərar olmağa başladı. 966-cı ildə xristianlığın qəbul edilməsi 
knyaz hakimiyyətinin güclənməsinə şərait yaratdı. 
Polşanın xristian dövrünə  qədər olan mədəniyyəti haqqında mülahizələr çox kasıbdır. Onlar əsasən 
mərasimlərdə qalmış  və bir qədər sonrakı dövrlərə aid abidələrdə  əks olunub. Onlar sonradan xristian 
bayramları ilə birləşən bayram ayinlərində saxlanılmışdır. Polşalı slavyan və digər  əkinçiliklə  məşğul olan 
xalqların kənd təsərrüfatı  təqvimi ilə bağlı idi. Bayram yeni təsərrüfat ili ilə bitir və başlayırdı. Martın 21-də 
təntənə ilə qışı yola salır, yazı qarşılayırdılar. Yayda iyunun axırında şən günəş bayramı keçirilirdi, ocaq qalayır 
və üstündən hoppanır, suya çələng atırdılar. Payızda tarla işlərinin bitirilməsini qeyd edirdilər, Svaroq, Triqlav, 
Perun, Svyatovit kimi allahlara məhsul üçün minnətdarlıq bildirirdilər. 
Kahin və ehramlar dəniz sahilində məşhur idi. Ağac ehramlar əsas şəhərlərdə olmurdu, onların divarları 
insan və heyvan təsvirlərindən ibarət olan oyma və  rəsmlərlə  zəngin bəzədilmişdi. Bu ehramlarda allahların 
ağacdan yonulmuş qızıl və gümüş suyuna salınmış heykəli qoyulurdu. Şesindəki Triqlavın gümüş bığları var idi. 
Volindəki büt bütövlükdə qızıldan düzəldilmişdi. 
Bayramlar ayinlərlə deyil, həm də  rəqslər, xor, oyunlar və mahnılarla keçirilirdi. Mahnılar həm uşağın 
beşiyi üstündə, həm tarlada iş zamanı oxunurdu, mahnılar müharibəyə gedən əsgərləri ilhamlandırırdı. 
Xristianlığın qəbulundan sonra katolik kilsə buddist xalqların yaradıcılığını, abidələrini təkidlə  məhv 
edirdilər. 
Polşada rəsmi dil latın dili oldu. Bu dildə ibadət keçirilir, bütün sənədlər bu dildə yazılır, məktəbdə dərs 
keçirilir, ilkin polşa əsərləri yaradılırdı. 
Ədəbiyyat. XII əsrin  əvvəllərinə aid tarixi əsərlərdə müxtəlif feodal qrupları arasında gedən siyasi 
mübarizələr, ölkədə baş verən feodal müharibələri  əks etdirilir. XIII əsrdən bu əhval ruhiyyədə olan Polşa 
dilində bədii abidələr qalmışdır. 
Daha  əvvəlki vaxtlara mahnı oxumaq sənəti də aiddir. «Boqurodzitsa» adlanın mətn dini xarakteri ilə 
fərqlənsə də ibadətlə heç bir əlaqəsi yox idi. «Boqurodzitsa» İspaniyanın himni rolunu oynayırdı. Bu mahnının 
sədası altında hərbçilər Qrünvaldın rəhbərliyi ilə müharibəyə gedirdilər. 
XV  əsrin sonu - XVI əsrin  əvvəlində Polşa mədəniyyətində yüksəliş özünü göstərdi. Polşada sıravi 
mədəniyyətin yüksələn inkişafında böyük rol humanizm və reformasiyaya mənsubdir. 
İntibahın öncül nümayəndələri orta əsrlərin dayağı olan katolik, kilsəni və dini mühakimə edirdilər. Onlar 
yeni humanist dünya görüşünü yayırdılar. Onlar əsərlərini  İspan dilində yazırdılar və çalışırdılar ki, onu 
ədəbiyyatda daim tətbiq etsinlər. 
Humanizmin inkişafının başlanğıcı Una Ostrorovun (1436-1501) adı ilə bağlıdır. 
İlk polşa dilində çap olunan kitablar içərisində xalq meşşan povestləri, bir qayda olaraq latın dilindən 
tərcümə olunmuşdur. 
Polşada intibahın  ən böyük yazıçısı Mikolay Rey olmuşdur (1505-1569). O, zadəgan ailəsindən olmuş, 
sistemli dərs almamış, lakin çox oxumuş və əhatəli insan olmuşdur. 
Rey Polyak dilində yazır və hesab edirdi ki, doğma dili inkişaf etdirmək lazımdır. 
«Üç şəxsiyyət – Pan, Voyt və Plevan ilə qısa söhbət» (1543) Polşada ilk satirik şer olan bu əsərdə Rey 
kəndlilərin Şlyaxta və ruhanilər arasındakı ziddiyyəti göstərir. 
Reyin mənəvi-didaktik əsəri olan «Yuzefin həyatı» Polşa dramının yaradılmasına ilk cəhd idi. 
Polşada orta əsrlər incəsənəti X əsrə  təsadüf edir. Bu dövrdə Polşada ilkin feodal dövləti formalaşır. 
Knyaz I Meşko bütün polşa torpaqlarını öz hakimiyyəti altında birləşdirir. Polşa xristianlığı Romadan qəbul 
etmişdir. Bu da onun incəsənəti və mədəniyyətinə böyük təsir göstərmişdir. 
X əsrdə Polşada ilk daş memarlıq tikililər yarandı. Bunlar Mərkəzi Avropanın droman dövrünə xarakterik 
olan bina tipi – mavzoley və ya feodal yaşayış tikililəri idi. 
Tikintilərdə  əsasən ağacdan istifadə olunurdu. X-XI əsrlərdə  ağac evlərin qalıqları  və  nəhəng müdafiə 
tikililərinin hissələri Voroslavda, Qnezno, Lednisk adasında aşkar edilmişdir. 
XI əsrin 30-cu illərindən başlayaraq XIII əsrin əvvəlinə qədər memarlıqda və təsviri sənətdə roman üslubu 
hakimlik göstərir. Memarlıq nümunələri böyük daş dini tikililəri – Kostyol və Kilsələr hesab olunur. 
Roman dövründə bir nefli, planda düzbucaqlı olan ehramlar yaranır. Roman üslubu özünü üç nefli kilsələrin 
tikintisində göstərirdi. Onların tipik nümunəsi Krakovdakı Andjeya kilsəsidir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
199
Heykəltəraşlıq. Bu dövrə aid roman tunc heykəllərin nümunələri qalmışdır. Bunların içərisində bürünc 
qapıları qeyd etmək olar. Bu qapılar Polşa və Ley ustaları tərəfindən hazırlanıb. 
Rəngkarlıq. Polşada roman rəngkarlığına Tumdakı kilsə, Sevevsdəki divar rəsmləri, cerevinskdəki böyük 
kompozisiya,  əlyazma miniatürləri aiddir. XIII əsrdən başlayaraq roman üslubu öz yerini qotik üsluba verir. 
Keçid dövrünə nəhəng monastırlar və kilsə tikililəri xarakterikdir. 
Polşa qotik tikililəri proporsiyaların harmonikliyi ilə seçilir. Qübbələrin yeni tipləri yaranır. 
XIII əsrin sonunda nəhəng şəhər tikililəri də yaranırdı. 
Ratuşalar böyük qalalarda tərtib olunurdu. Onlar şəhərin nəhəngliyinin simvolu idi. XIII-XV əsrlərdə 
Poznanidə, XIV-XV əsrlərdə Qdanskda ratuşa tikməyə başladılar. XVI-XVIII əsrlərdə ratuşa tikintisi bərpa 
olundu. 
ÇEXOSLOVAKİYA. İnsanın Çexoslavakiyaya ilk gəlişi erkən Paleolit dövrünə aiddir. E.ə. IV minilliyin 
sonu – III minilliyin əvvəlində burada zolaqlı keramika mədəniyyətini inkişaf etdirən neolitin tayfalar yaşayırdı. 
Tunc dövründə Çexiyanın  şimal hissəsində unetin mədəniyyəti yaradan tayfalar burada məskunlaşırlar. E.ə.II 
minilliyin ortasında bu tayfaları dəfn mədəniyyətini yaradan tayfalar əvəz edir. Qərb slavyanları Roma katolik 
mədəniyyətinin təsiri altına düşür və sonralar onları  şərq və  cənub slavyanlarından ayırırlar.  Şərq və  cənub 
slavyanları slavyan yazısından istifadə edirdilər. 
Din. Erkən feodalizm dövründə  mədəniyyətin inkişafı ilk növbədə 2 dini ideologiyanın mübarizəsi ilə 
xarakterizə olunmuşdur: itib getməkdə olan bütpərəstlik və yeni daxil olan xristianlıq. O, dövrdə xristianlıq proqres-
siv mədəni amillərlə müqayisə edilirdi. 
İlk dəfə xristianlıq ilahiyyətlə  məşğul olanların arasında yayılmağa başladı. Bu dövrdə bütpərəstlik 
ənənələri və ayinləri uzun zaman qorunub saxlanıldı. Hələ XI-XII əsrlərdə çex və macar hökmdarları 
bütpərəstlik mədəniyyətinin qalıqlarına qarşı ciddi qanunlar təyin etmişdilər. Kilsə bütpərəstliyin qədim 
ayinlərindən bir neçəsini mənimsədi və onları xristianlığa aid etdi. Rahiblər və keşişlər bütpərəstliyin qalıqlarını 
məhv etməyə çalışırdılar. Odur ki, qədim slavyan bütpərəstlik dinindən yalnız ixtisar olunmuş  məlumatlar 
qalmışdır. 
İncəsənət. Çexiya torpaqları  və Slovakiya hələ  qədimdə slavyanların Avropadakı yaşayış  mərkəzi idi. 
Artıq IX əsrdə bu yerlərin slavyan tayfaları öz tipinə görə Kiyev Rusiyasını xatırladan böyük dövlətdə 
birləşmişdir. X əsrin əvvəlində çoxtayfalı dövlət dağıldı. 
X-XI əsrlər ərzində Çexiyada feodalizmin sürətli inkişafı baş verdi. Feodal əlaqələrinin formalaşması ilk 
vaxtlardan küçə sənətinin çiçəklənməsinə səbəb olan ticarətin və sənətin inkişafına hakimlik etmişdi. 
Memarlıq. X-XI əsr Çexiya memarlığı üçün rotond formasında olan, bir və ya bir neçə yarımdairəvi absi-
dalardan ibarət olan böyük kilsələrin tikintisi xarakterikdir. Bu rotondların formalarının yerli dairəvi ağac dax-
mayla əlaqəsi olması və ya Çexiyaya başqa yerlərdən gətirilməsi bəlli deyil. 
X  əsrin sonunda böyük olmayan kilsə rotondlar mürəkkəbləşmiş  cəmiyyət həyatının istəklərinə xidmət 
etməyə başlayır. Rotondların tikintisi davam edirdi. Lakin onlar öz əhəmiyyətini itirməyə başlayırdılar. 
İzdihamlı monastırların yaranması  və  şəhərlərin böyüməsi çoxlu miqdarda adamların yığılmasını  nəzərə alan 
kilsə tikintiləri vacibləşdirirdi. 
Hələ 918-ci ildə Praj Kremlində knyaz palataları ilə bağlı olan çox da böyük olmayan dörd bürclü bazilika 
ilə yanaşı planda düzbucaqlı olan müqəddəs iri (Yuriy) qadın monastırı qoyulmuşdu. Monastır ümumi Qradçan 
ansamblına daxil idi və  şəhərin bədii görünüşünün qurulmasında böyük əhəmiyyətə malik idi. Digər Avropa 
ölkələrindən fərqli olaraq Çexiyada monastırların yaranması  şəhər memarlığını ötmür, onunla paralel gedirdi. 
Çex krallarının iqamətgahı bir qayda olaraq şəhər Kremllərində yerləşirdi, bu da bütün şəhər, xüsusən kübar 
memarlığını əhəmiyyətli dərəcədə yüksəldirdi. 
XI əsrin ortalarında Çexiyada roman memarlığı dövrü başladı. Dövrün abidələri sırasında Almaniyanın il-
kin roman bazilikası tipli üç nefli Spitiqnev (Praqa, 1060) bazilikasını qeyd etmək olar. Onun cənub fasadı iki 
qaladan ibarət idi, altar hissəsi dairəvi absida ilə tamamlanmışdı. 
XIII-XIV  əsrlərdə Çexiya incəsənətinin proqressiv tendensiyaları öz təsirini daha çox rəngkarlıqda, bir 
qədər də heykəltəraşlıqda göstərmişdir. Lakin bu tendensiyalar çox az da olsa qotik memarlıqda da görünürdü. 
Çex qotik memarlığı sahələrinin ornamenti o dövrün bədii mədəniyyətinin inkişafına öz təsirini 
göstərmişdir. Roman dövründən qotik dövrə keçid zamanı yaradılan abidələr çox deyil. 
Qotik üslubda olan abidələrdən birincisi Praj kilsəsidir. 
Çex qotikasının ən əhəmiyyətli tikintisi Karlovo körpü ansamblı, Praqadakı Vita kilsəsidir. 
Kilsənin tikintisi 1344-cü ilə Fransadan dəvət olunmuş memar Matyas Arrasski tərəfindən başlamışdır. 
1352-ci ildə sənətkarın ölümündən sonra tikintiyə gənc Petr Parlerj başçılıq etdi. 
Heykəltəraşlıq və rəngkarlıq. Bu dövrün heykəltəraşlığına Praqadakı müqəddəs Lazar kilsəsi, Tinsko baş 
kilsəsi və Kolindəki müqəddəs Varfolomeyin oyulmuş timpanında olan ornamental və sujetli relyefləri, Stern-
berqskov qalasındakı relyefləri və başqalarını göstərmək olar. 
XIV  əsrin I yarısında Madonnanın daş  və  ağacdan olan heykəlləri daha məşhur idi. Bunlardan 1320-ci 
ildə yaradılmış daşdan yonulmuş Madonnanın qucağında uşaq ilə oturmuş heykəli daha məşhurdur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
200
Bir qrup heykəllər içərisində çox da böyük olmayan keşişin daş heykəli (təxminən 1350) və insan 
hisslərinin güclü verilməsinə görə gözəl - ağacdan olan «İnsanın meyidi üzərində ağlaşma»nı (hər ikisi də milli 
qalereyada yerləşir) da qeyd edə bilərik. 
XIV əsrdə miniatür sənəti öz inkişafına çatmışdı. 
XIII əsrin II yarısı və XIV əsrin I yarısı üçün Çexiyanın bir çox şəhər və vilayətlərinin kilsələrini bəzəyən 
çex monumental rəngkarlığının inkişafı xarakterikdir. 
Çexiya və Avropa rəngkarlığında o dövrdə xüsusi yeri Vişebrodsk altarının ikonası tutur (1350, milli qale-
reya). 
BOLQARISTAN. Bolqarıstan ərazisi Paleolit dövründən məskunlaşmışdır. Tunc dövrünün sonu – dəmir 
dövrünün əvvəllərində burada hind-Avropa tayfaları məskən salmışlar. E.ə. VIII-VI əsr yunan mənbələrində bu 
tayfalar frakiyalılar adlanırdılar. VII əsrdən Qara dəniz sahili boyunca yaranan yunan müstəmləkələri frakiya 
tayfalarına xeyli təsir göstərdi. Bolqarıstanda sinfi cəmiyyət formalaşdı, e.ə.V  əsrdə isə  ərazisində ilk dövlət 
meydana gəldi. Eramızın I əsrində Frakiya torpaqları Roma imperiyasına birləşdirildi. Onun ərazisi Frakiya və 
Meziya  əyalətlərinə bölündü. 395-ci ildə Frakiya və Meziya Şərqi Roma (Bizans) imperiyasına daxil edildi. 
Slavyanların Balkan yarımadasından gəlməsi (VI-VII əsrlər) ilə burada əhalinin etnik tərkibi dəyişdi. Frakiya 
tayfalarının bir hissəsini slavyanlar assimilyasiya etdilər. 
Osmanlı aclığınadək VII əsrin II yarısında feodal münasibətləri yaranmağa başladı.  Şimal  ərazisində 7 
slavyan tayfasının ittifaqı əmələ  gəldi. VII əsrin 70-ci illərində Asparux (İsperix) xanın başçılığı ilə bulqarlar 
Bolqarıstan  ərazisinə soxularaq Bizans ordusunu məğlubiyyətə  uğratdılar. Asparus yeddi slavyan tayfası 
ittifaqını öz tərəfinə  çəkməklə, digər slavyan tayfalarını da tabe etdi və Bizansla sülh bağladı. O, 680-ci ildə 
yaranmış Birinci Bolqar çarlığının (680-1018) başçısı oldu (paytaxt Plışka  şəhəri idi). VIII-IX əsrlərdə 
feodallaşma prosesini əks etdirən ilk qanunlar verildi, bu hakim sinfin mövqeyini möhkəmləndirirdi. 
Xristianlığın rəsmi dövlət kimi qəbul edilməsi (təqribən 865-ci il) Bolqariyanın vəziyyətinə müsbət təsir 
göstərdi; dövlətin slavyanlaşması prosesi sürətləndi. Bütün bunlar bulqarlarla slavyanlar arasındakı etnik fərqin 
tədricən aradan qalxmasına və slavyan dilli vahid bolqar xalqının yaranmasına kömək etdi. Bolqariyada feoda-
lizm cəmiyyətinin əsas siniflərinin (feodallar və asılı kəndlilər) formalaşması başa çatdı. Feodal şəhərləri mey-
dana gəldi. X əsrdə Bolqar dövləti zəifləyərək,  Şərqi və  Qərbi Bolqar çarlığına parçalandı. Bolqariyada 968-
971-ci illərdə Rus-Bizans müharibəsi oldu. Uzun sürən müharibələr ölkənin təsərrüfatına ağır zərbə vurdu, asılı 
kəndlilərin istismarını daha da gücləndirdi. Bu, X əsrin I yarısında böyük antifeodal kəndli hərəkatına (Baqo-
milçilik) səbəb oldu. 1018-ci ildə Bizans qərbi Bolqar çarlığını özünə tabe etdi. Sonralar (XI-XII əsrlərdə) Bol-
qariya Bizansın  əyalətinə çevrildi. Bolqar xalqı yadellilərin zülmünə qarşı mübarizəyə qalxdı. 1185-87-ci 
illərdəki böyük üsyan nəticəsində Bolqariyada yadelli ağalığı çevrildi və yeni Bolqar dövləti – İkinci Bolqar 
çarlığı (1187-1396) yarandı. 
Çar Kaloyanın dövründə (1197-1207) Bolqar dövlətinin işğaldan əvvəlki sərhədləri bərpa olundu. II Ase-
nin zamanında (1218-41) Bolqariya siyasi və iqtisadi cəhətdən xeyli möhkəmləndi,  ərazisi genişləndi. 
Sənətkarlıq və ticarət inkişaf etdi. XIII əsrin II yarısında sinfi mübarizənin güclənməsi, feodal pərakəndəliyi 
nəticəsində zəifləmiş Bolqariya monqollardan asılı vəziyyətə düşdü (XIII əsrin sonu – XIV əsrin əvvəlləri). XIV 
əsrin ortalarında Bolqariyanın  şimal-şərq rayonları ayrılıb müstəqil Dovratitsa knyazlığı oldu (Dobruça). 
Ölkənin qalan hissəsində  təqribən 1363-cü ildə Vidin və  Tırnovo çarlıqları yarandı. 1393 və 1396-cı illərdə 
Osmanlı imperiyası bu çarlıqların ərazisini işğal etdi. 
Ədəbiyyat. Tırnov ədəbiyyat məktəbi qonşu pravoslav xalqlarının - rusların, serblərin və s. ədəbiyyatına 
böyük təsir edirdi. 
Bolqarıstanla Bizansın bir neçə əsr müddətində sıx əlaqəsi bolqar mədəniyyətinin bir çox sahəsinə təsir 
etdi. Bolqarlar Bizans irsinə milli görkəm verərək onu yenidən işləyir. 
XIV əsrin ortalarında Bolqarıstan 3 müstəqil çarlığa bölünür: Dobruç, Vidinski regionu və Mərkəzi Bol-
qariya. 
Yazı. Bolqar yazısı cənub slavyanları qrupuna aiddir. Onun əsas qrammatik xüsusiyyətlərindən biri: ismin 
hallarının olmamasıdır.  Ədəbi dilin fonetik sistemi və dialektlərin böyük hissəsi üçün bir çox xüsusiyyətlər 
mövcuddur. Şərq dialekt qrupu Bolqarıstanın şimal-şərq hissəsini tutur. 
Təsviri sənət və memarlıq. Frakiya başdaşları, Qazanlıq yaxınlığında (e.ə. IV əsr) və Silistradakı (IV əsr) 
nadir naxışlı antik sərdabələr və s. abidələr Bolqariya ərazisində  ən qədim sənət nümunələrindəndir. Orta 
əsrlərdə heykəltəraşlıq, XI-XIII əsrlərdə monumental boyakarlıq, kitab miniatürü və freska sənəti inkişaf etmişdi 
(baçkov freskası və s). XV əsrdə ölkə Türkiyə hökmranlığı altında idi. Buna baxmayaraq, bu dövrdə Bolqariya-
da xalq yaradıcılığı əsas yeri tutmuşdu (ağac üzərində oyma, keramika, tikmə və s.). 
Bolqariyanın qədim memarlığı antik dövrlə əlaqədardır. IV əsrdən sonra xristian bazilikaları tikilmiş (So-
fiya şəhərində müqəddəs Sofiya bazilikası, V-VI əsrlər və s.). IX-X əsrlərdə saray və kilsələr inşa edilmişdir. 
XII-XIV əsrlərdə çoxlu binalar, kilsə (xüsusən Nesebırda), istehkamlar, XV-XVI əsrlərdə məscidlər (Sofiyada 
Böyük came 1474), körpülər (Kırstendil yaxınlığında Qazı körpüsü, 1470), hamamlar tikilmişdir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
201
Dekorativ tətbiqi sənət. Bəddi metalın emalı – məişət  əşyalarının  əksəriyyəti keçmişdə misdən 
hazırlanırdı. Onlara: qazanlar, buludlar, boşqablar, fincanlar, qaşıqlar və s. daxildir. Misgərlərin türk 
asılılığından çıxmasına qədər əsas misgərlik mərkəzi, Sderna-Qori və Rodop rayonu sayılırdı. 
Misdən bəzək düzəltmək üçün müxtəlif üsullardan istifadə olunurdu: turşu ilə oyma, şəbəkəli oyma və s. 
Buna oxşar bəzək stili digər Balkan xalqlarının və  Şərqi Aralıq dənizi xalqlarında geniş yayılıb. Hal-hazırda 
burada mis qab istehsal olunmur. 
Zərgərlik. Bolqar zərgərlik sənəti özünəməxsus üsluba malikdir. Bolqar zərgərləri daha çox gümüşlə 
işləyirlər. Bir sıra qiymətli daşlardan - mərcan və mirvarilərdən istifadə olunur. 
Gümüşün işlənmə texnikası geniş yayılmışdır. 
Xalq musiqisi. Bolqar xalq musiqisində diatonik düzülüş mövcuddur. Onun əsas harmoniyası burdan 
sayılır. Burdan – əsas melodiyanı  aşağı tonla arası  kəsilmədən və yaxud müşayiət üsulu ilə oxumadır. Təbii 
pərdələr geniş yayılmışdır. 
Nəğmə – xalq musiqisinin əsas janrı sayılır. Son otuz ildə xalq musiqisi ənənəsinin köhlənməsi müşahidə 
olunur. Burada kişi və qadın müğənnilər 2000-3000 və yaxud 500-600 mahnı bilirlər. Mahnılar ənənəvi musiqi 
yaradıcılığı əhvalında yaradılır. 
Bolqar melodiyalarında bir sıra dialektlər ayrıd edilir: frakiya, redep və şop və s. 
Bolqarlar adətən adi bir səslə oxuyurlar. Bolqariyanın qərbində isə iki səsli oxuma da mövcuddur. 
Xalq musiqi alətləri. Bolqar musiqi alətləri zərb, nəfəsli və simli musiqi alətlərinə bölünür. Daha çox 
nəfəsli musiqi alətlərindən kaval, qayda, dvoyanka aiddir. 
Kaval – tütək formasındadır, ağacdan hazırlanıb. İki formada mövcuddur. 
Dvolyanka – bu əsasən iki səsli nəğmə olan hissələrdə geniş yayılıb. 
Qayda – əsasən ağac hissələrindən və dəridən ibarətdir. 
Xalq rəqsləri. Bolqarların tərəfindən indiyə qədər sevimli olan rəqs xorovodlardır. Onlar bir növ yallıya 
oxşayır. Daha çox geniş yayılmış cüt və tək rəqs rukinifsa adlanır. Burada daha çox müstəqil əl hərəkətlərindən 
istifadə olunur. 
YUQOSLAVİYA. Yuqoslaviya ərazisi Paleolit dövründən məskunlaşmışdır. E.ə. təqribən 1800 ildə, Yu-
qoslaviya  ərazisində  İlliriya və Frakiya tayfaları  məskən saldılar. E.ə. təqribən IV əsrdə ölkənin daxili 
rayonlarında keltlər məskunlaşdı; Adriatik sahili rayonlarında isə qədim yunan müstəmləkələri meydana gəldi. 
E.ə. III əsr – eramızın I əsrində Roma Yuqoslaviya ərazisini işğal etdi. 395-ci ildə Yuqoslaviya ərazisi Qərbi və 
Şərqi Roma (Bizans) imperiyaları arasında bölüşdürüldü. VI-VII əsrlərdə Balkan yarımadasında indiki Yuqos-
laviya xalqlarının əcdadları – slavyanlar məskən saldılar. VIII-IX əsrlərdə onların arasında xristianlıq yayılmağa 
başladı. IX əsr – X əsrin ortalarında erkən feodal Xorvat və Serb dövlətləri yarandı. XI əsrin əvvəlində Bizans 
Yuqoslaviya ərazisinin böyük bir hissəsini işğal etdi. XI əsrdə Serb knyazlığı Duklya (sonradan Zeta, XV əsrdən 
isə Çernoqoriya adlanırdı), XII əsrdən isə Raşka Dövlət müstəqilliyi uğrunda mübarizə  mərkəzinə çevrildi. 
Macarıstan kralları Slavoniya (1091), Xorvatiya və Dalmasiyanı (1102) işğal etdilər. XII əsrin sonunda Serbiya 
və Bosniya dövlətləri xeyli gücləndi. XIII əsrin sonlarından Nabsburqlar Sloven torpaqlarını  zəbt etməyə 
başladılar. XIV əsrdə Bosniya krallıq elan olundu, Serbiya dövləti böyük çarlığa çevrildi. Serbiya və Bosniya 
qoşunlarının Kosovo vuruşmasında (1389) məğlubiyyətindən sonra türk qoşunları Makedoniya torpaqlarını, XV 
əsrin 50-ci illərində Hersoqovinanı, 1496-cı ildə isə Zetanı tutdular. XVI əsrin sonuna yaxın Osmanlı imperiyası 
Xorvatiyanın əksər hissəsini tutdu. 
Ədəbiyyat. Erkən orta əsrlərdə ədəbiyyatda əsas janrlar rəvayət, nəsihət və mədhlər idi. Belə ehtimal olu-
nur ki, Kirill və Mefodiyayə  həsr olunumş «Pannon əfsanəsi» adlı  rəvayət Kliment Oxridski tərəfindən 
yaradılıb. 
Makedon məktəbinin əsas əsəri Assemanova incili (XI əsr), serblərdə isə Miroslova incili (XII əsr) hesab 
olunurdu. İlk tarixi əsər isə Duklyaninin əlyazması idi ki, bura cənub slavyan tarixi, onların cəngavərləri haqqında 
dini və toponimik əfsanələr daxil idi (XII əsr). Yuqoslaviyanın orta əsr ədəbiyyatında xalq yaradıcılığı ilə yanaşı, 
tərcümə edilmiş roman və povestlər də geniş yayılmışdı («İskəndəriyyə», «Troya müharibəsi haqqında povest»). 
XII  əsrdə Xorvat Dalmatin ədəbiyyatında  İsa və müqəddəslərin həyatından götürülmüş epizodlardan 
ibarət dini dramlar mədəniyyəti gücləndirirdi. Bunlar şer formasında yazılırdı. 
Türklərlə müharibədən sonra ədəbiyyatda düşgünlük yaranır. XVI əsrə qədər slavyan ədəbiyyatı demək 
olar ki, yox idi. Slavyan ədəbi yazısının yaranması reformasiya ilə  əlaqədar idi. Primoy Trubar qotik əlifbanı 
latın ilə əvəz edir. Eyni zamanda slavyan əlifbasını latın və alman leksikasından azad edir. İlk slavyan kitabları 
«Abesedarium» və «Katexizis» yaradır. 
Musiqi. Yuqoslav musiqi mədəniyyəti dərin köklərə malikdir. Hələ X əsrdə Bizans saraylarında slavyan 
musiqiçiləri məskunlaşırlar. 
Mədəniyyətin və incəsəntin digər sahələrində olduğu kimi musiqidə  də bütün Yuqoslaviya xalqlarına 
məxsus cizgilər özünü büruzə verir. Buna baxmayaraq hər xalqın tarixi inkişafı ilə  əlaqədar onların 
musiqilərində də lokal fərqlər mövcuddur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
202
Xorvatiyada professional musiqi, X-XI əsrlərdə inkişaf edir. Əsas çiçəklənmə dövrü XVI-XVII əsrlərə 
təsadüf edir. 
XIV-XV əsrlərdə Sloveniya musiqisində kilsə musiqisinin, eləcə də italyan musiqisinin təsiri aydın bili-
nirdi. Sloveniya, Xorvatiyada illirizm ideyasıının yayılması bütün xalq yaradıcılığına, eləcə də xalq musiqisinə 
marağı artırır. 
Teatr. Yuqoslaviya teatr sənəti qədim tarixə malikdir. Hələ XIV-XV əsrlərdə əvvəlcə latın, sonra isə xor-
vat dilində misteriyalar tamaşaya qoyulurdu. XVI əsrlərdə kilsə tamaşaları göstərilməyə başlandı. 
İlk məişət səhnələri Dubrovnikdə XVI əsrin I yarısı oynanılır. Pyeslər tanınmış adamların evində və ya 
açıq havada, meydanda nümayiş olunurdu. Xorvat və serblər üçün «məktəb dramları» daha məşhur idi. 
Memarlıq və təsviri sənət. Erkən (IX-X) Serbiya memarlığının abidələri dövrümüzə xarabalıq və ya güclü 
dəyişikliyə uğramış şəkildə gəlib çatıb. Bunların əksəriyyəti kilsə binalarıdır. Bir qayda olaraq onlar çox sadə və 
daşdan tikilmişlər. 
Oxrid gölü sahillərində Kliment və Naumedə bir neçə kilsə və monastırlar tikilmişdi. Onlardan biri olan 
Müqəddəs Nauma kilsəsi dövrümüzədək gəlib çatmışdı. Bu xaç gümbəzli tikinti kərpic və plitələrdən tikilib. Öz 
görünüş və planına görə vizantiya tikintilərini xatırladır. 
Samuilin dövründə Oxriddə daş iqamətgah tikilir ki, bu da erkən dövrlərə aid edilir. Hündür massiv divar-
lar kvadrat və dairəvi qüllələrlə bərkidilib. Möhtəşəm dairəvi qüllələr giriş darvazalarını əmələ gətirir. 
IX  əsrin ortaları Müqəddəs Sofiya kilsəsinin divarları gözəl divar naxışlarlı ilə  bəzədilmişdi. Oxriddəki 
Sofiya kilsəsinin freskaları Bizans ustaları tərəfindən işlənmişdi. Divar naxışlarının düzülüşü, onların ikonoqra-
fik, obrazlı sistemi bunu sübut edir. 
Oxrid və Nerezidə Bizans ustaları tərəfindən işlənən freskalar Yuqoslaviya incəsənətinin inkişaf etdiyini 
göstərirdi. 
Bu dövrün Serb freskaları bir o qədər  əhəmiyyətli deyildir. Orta əsr serb monumental rəngkarlığının 
inkişafını Rasda yerləşən Müqəddəs Georgi kilsəsinin freskalarında görmək olar. Rənglərin harmoniyası daha 
solğun və incə idi. Burada mavi, sarı, açıq-yaşıl tonlar üstünlük təşkil edir. 
XIII əsrin sonunda Serb dövlətinin dirçəlişi və möhkəmlənməsi başlayır. Onun hökmdarı Stefan Nemanya 
olur. 
Serb dövlətinin möhkəmlənməsi Serb memarlığı və təsviri incəsənətinin inkişafına səbəb olur. XII əsrin 
sonundan başlayaraq Serb memarlığında Raşki məktəbi adlanan vahid istiqamət meydana gəlir. Raşki 
məktəbinin memarlıq abidələri dövrümüzə kimi gəlib çatmışdır. Onlardan ən gözəli Stideniya monastırının Us-
penie Boqoroditsa məbədi idi. Məbəd heykəltəraşlıq dekoru ilə bəzədilib. 
Memarlığın inkişafı ilə yanaşı Serb monumental rəngkarlıq məktəbi də meydana gəlir. XIII əsr Serb 
freskasının ən gözəl nümunəsi Mileşevdə yerləşən Voznenpiya kilsəsinin divar naxışları idi. Naxışlar obrazların 
işıqlı lirikası, rənglərin incə ahəngdarlığı, xətlərin harmoniyası ilə seçilirlər. Hər bir portret öz xarici görünüşü, 
emosional olması və özünəməxsusluğu ilə fərqlənir. 
XV  əsrdə serb memarlığında yeni məbəd növü meydana gəlir. Tikinti bir və ya beş başcıqlarla 
birləşdirilmiş xaç formasında idi. Daha inkişaf etmiş və ifadəli bu tip abidələrdən biri Bioqoveşniya kilsəsi idi. 
Planda bu 4 qülləli, xaçgümbəzli məbəd formasındadır. 
Bu dövrün monumental rəngkarlığında yeni cəhətlər meydana gəlir. Daha çox məişət janrlarına rast 
gəlinir. Kompozisiya daha dinamik və canlı verilir. Belə freskalar Mixail və Evtixiye tərəfindən işlənmişdi. 
Çuçeredə yerləşən Müqəddəs Klimenta (Oxriddə yerləşir) kilsəsinin freskaları ilə müqayisə etsək, burada 
dəyişikliklərə rast gəlmək olar. Fiqurların proporsiyaları daha həcmli, üz cizgiləri canlı və müxtəlifdir. 
XIV  əsrin sonu türklərin Serb dövlətinin mərkəzinə hücumu, onların  şimala köçməsinə  səbəb olur. XV 
əsrdə Moravda müstəqil Serb knyazlığı meydana gəlir. Tikinti Moravda davam edir. Morav məktəbinin 
memarlığı özünə xas cəhətlərə malik idi. Bu məktəbin yaranması XIV əsrin IV rübünə təsadüf edir. Ən parlaq 
nümunəsi Müqəddəs Stefan kilsəsi idi. Bu sütünsuz kilsə kvadrat özül və yüksək baraban üzərində gümbəzdən 
ibarət idi. 
Serb monumental rəngkarlığının inkişafı da Morav məktəbi ilə bağlı idi. Monumental rəngkarlıqda 
getdikcə ikona üslubunun təsiri üzə  çıxır. Bu üslubda olan divar naxışlarının gözəl nümunəsi Kaleniç 
monastırının freskaları idi. Solğun işıqlı rənglər yaxşı uyğunlaşdırılıb. 
IX-X əsrdə Xorvatiyada relyef heykəltəraşlığının uzunmüddətli inkişafı başlayır. Bu, süjetli səhnələrin mey-
dana gəlməsi ilə  əlaqədar idi. Heykəltəraşlığın  ən  əhəmiyyətli nümunələrindən biri - əlində xaç, taxt üzərində 
oturmuş kişi şəkli olan plitə idi. 
Xorvat incəsənətinin sonrakı inkişafı XI əsrə  təsadüf edir. Bu dövrdə  əsasən dənizkənarı dolmatin 
şəhərləri inkişaf edir. 
Dolmatin memarlığı roman üslubu çərçivəsində inkişaf edirdi. Roman üslubu Zadarda 2 memarlıq 
abidəsində saxlanılıb: Müqəddəs Xrizoqona kilsəsi və Kafedral kilsə. Planda orta nefi ucaldılmış, 3 yarımdairəvi 
apsidalardan ibarət 3 nefli bazilika idi. Zadar kilsəsi antik irsin kökləri üzərində qurulan Roman memarlığının 
möhtəşəm abidələrindəndir. Roman dövrünə Dalmasiyada təkcə kilsə deyil, bir neçə zəng qüllələri və monastır 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
203
həyətləri də aid idi. Dubrovnikdəki fransız monastrının həyəti buna nümunədir. Memarı Mixoye Branov olub. 
Həyəti əhatə edən qalereya yerli ənənələr üzərində qurulub. Sütunların kapitelləri daha maraqlıdır və heç biri 
təkrarlanmır. Burada qəribə maskalar, heyvan fiqurları, bitki motivləri geniş yer tutur. 
Dalmasiyada Roman heykəltəraşlığının əhəmiyyətli nümunələrindən biri monumental taxta darvazalar idi. 
Onlar 1214-cü il Andrey Buhina tərəfindən yaradılıb (hündürlüyü 5,30 m., eni 3,60 m.). Hər darvaza lövhəsi 
üzərində  İsanın həyatından olan səhnələr verilmiş, 2 sırada yerləşən 14 düzbucaqlı möhürdən ibarətdir. Bu 
möhürlər bitki ornamentləri ilə  əhatələniblər. Möhürlərin içindəki səhnələr fiqurlarla doldurulmayıb və ilk 
baxışdan oxunurlar. 
XIV əsrin sonu Xorvatiyanın Roman incəsənətində qotikaya əsaslanan cəhətlər meydana gəlir. 
XV  əsrdə  əsas ticarət və  mədəni mərkəz olan Dubrovnik şəhərinin inkişafı başlayır. Dubrovnik 
memarlığının möhtəşəm abidələrindən biri Rektorlar sarayı adlanan Knyazlar sarayı idi. Saray yan tərəflərdə 
qüllə yerləşən 2 mərtəbəli bina idi. 
XV-XVI  əsrlərdə heykəltəraşlıq və memarlıqla yanaşı Xorvat rəngkarlığı da inkişaf edir. XV əsrdən 
başlayaraq yerli slavyan ustalarının fiqurları ilə yanaşı, vahid məktəb konturları meydana gəlir. XV əsrin sonları 
bütün məktəblər üçün xarakterik olan cəhətlər yaranır. 
Dubrov məktəbinin növbəti inkişaf mərhələsi Lovro Dobriveçin yaradıcılığında öz əksini tapır. Bu rəssam 
Kotora şəhərində anadan olub. Onun ən əsas əsəri – Boqomater kilsəsinin mehrabı idi (Kilsə Donçada yerləşir). 
Bu poliptixin mərkəzi hissəsi Madonna Körpə ilə idi. Lirik və  sərbəst traktovkaya meyllilik, məzmunun 
aydınlığı əsərin əsas xüsusiyyətidir. 
İncəsənətin daha maraqlı abidələri Bosniya heykəltəraşlığında meydana gəlmişdir. Bura müxtəlif relyefli 
təsvirlərlə  bəzədilmiş  qəbirüstü abidələr aiddir. Relyefləri yaradanlar yerli ustalar olduğundan onlarda təsviri 
sənət formalarını axtarmağa ehtiyac yoxdur. 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin