Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə22/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

 2.2.4.Ellinizm mədəniyyəti 
 
 
B.e.ə. IV əsrin sonuna doğru kiçik yunan şəhər dövlətləri – polisləri daha güclü şəkildə canlanmağa 
başladı. Klassik yunan dünyası özünü içəridən müharibələrə praktik cəhətdən yox etməyə başladı. Yeni bir tarixi 
dövrün əsası qoyuldu: sərhədlər aradan qaldırıldı, xalqlar birləşərək böyük bir mədəniyyətin əsasını qoydular. 
Buna böyük yunan sərkərdəsi Makedoniyalı  İskəndərin məşhur hərbi yürüşləri çox böyük köməklik göstərdi. 
Makedoniyalı  İskəndər öz ordusu ilə bir çox qədim xalqları özünə tabe etmiş  və Hindistana qədər böyük bir 
ərazini öz imperiyasına daxil etmişdir. Onun ölümündən sonra – b.e.ə. 323-cü ildə nəhəng monarxiya bir çox 
vilayətlərə bölündü. Yunanıstanın özü isə get-gedə  əyalətə çevrildi: yeni hakimlərin saraylarında sənətkarlar 
sifarişlər qəbul edir, bu və ya digər sənət sahəsi üzrə  işləri həyata keçirirdilər. Makedoniyalı  İskəndərdən 
sonrakı tarixi dövrün «ellinlərin dövrü» kimi qəbul edilməsinin əsas səbəbi yerli ənənə  və  məktəblərin, məhz 
hamı tərəfindən qəbul edilmiş ellin üslubunun təqlidi ilə əlaqədar olduğundan irəli gəldi. Ellin mədəniyyətində 
yunan və  şərq mədəniyyətlərinin vəhdəti də başlıca amillərdən biri kimi qiymətləndirilməlidir. Ellin 
mədəniyyətinin xronoloji dövrü, yuxarıda qeyd etdiyimiz kimi Makedoniyalı  İskəndərin vəfatından sonra 
başlamış və Misirin Roma imperiyasına birləşməsinədək davam etmişdir.  
Ellin sivilizasiyası bədii mədəniyyət sahəsində ciddi dəyişikliklərlə müşayiət olunurdu. Bu, sivilizasiyanın 
incəsənətində klassik qaydalara və ciddiliyə son qoyur, bədii fəaliyyəti xeyli səviyyədə professionallaşdırırdı. 
Ellinizmin digər cəhətlərindən biri yunanların mövcud dini təsəvvürlərinin dəyişilməsidir. Ellin monarxiyasının 
təşkili yunan polis demokratiyasına son qoyur ki, bu da Qədim Yunanıstanda yeni mədəni istiqamət, norma və 
dəyərlərin müəyyənləşməsinə səbəb olur.  
Ellinizmin  əsas xüsusiyyətlərindən biri olan kosmopolitizm insanların özünü köməksiz hiss etməsinə 
səbəb oldu. Bu hisslər tez bir zamanda öz təzahürünü fəlsəfə və dində tapdı. Bu şəraitdə yunanların dinə olan 
məhəbbəti də dəyişdi. Bütün bu proseslərin praktik nəticələri incəsənətin bütün növlərində özünü bədii formada 
göstərdi.  
Ellinizm dövründə klassik dövrdən fərqli olaraq nəzəriyyə, təcrübə və elmi texnika arasındakı fərq aradan 
götürüldü. Bu, xüsusilə, Arximedin (b.e.ə. 287-212) yaradıcılığında özünü göstərdi. O, elmə hidravlik qanunun 
banisi kimi daxil oldu ki, bu da gələcəkdə nəzəri mexanikanın əsasını təşkil etmiş oldu. Bunlardan başqa Ar-
ximed gələcək texnikanın inkişafına təkan verən vintvari nasos, müdafiə qurğuları, hərbi-döyüş atıcı 
maşınlarının konstruksiyalarını da vermişdi.  
Yeni  şəhərlərin tikintisi dənizçiliyin, hərbi texnikanın inkişafı riyaziyyat, mexanika, astronomiya, 
coğrafiya kimi elmlərin inkişafından xəbər verirdi. Bu dövrün görkəmli alimləri Evklid (b.e.ə. 365-300) elemen-
tar həndəsəni, Eratosfen (b.e.ə. 320-250) yer kürəsi meridianının uzunluğunu müəyyənləşdirməklə Yerin 
ölçüsünü dəqiqləşdirdi, Aristarx Samoslu (b.e.ə. 320-250) Yerin öz oxu ətrafında, onun Günəş  ətrafında 
hərəkətini sübut etdi.  
Bütün bunlar göstərirdi ki, ellinizm dövrü yunan mədəniyyətində elmə ciddi nailiyyətlər bəxş etmişdi. Bu 
dövrdə elmlə yanaşı ədəbiyyat da inkişaf edirdi.  
Ədəbiyyat demək olar ki, dini mahiyyət kəsb etdi. Ellin dövründə fəlsəfi ideyalar ilə əhəmiyyət kəsb edən 
Bibliya kitabları meydana çıxır: «Ekklecuast», «Mahnılar mahnısı» kitabları belələrindəndir.  İnsani 
çərçivələrdən Allahlar aləminə cəhd – ellin epoxasının başlıca xarakterik cəhətlərindən biridir.  
Yunan dramı, idman oyunları, bayramları, bütövlükdə yunan incəsənəti Şərq ideologiyasına həyat sevinci 
elementləri bəxş etdi, yunan plastikasının parlaq obrazları  sərt  Şərq sənətini, memarlığını yüngülləşdirdi.  İnsan 
şəxsiyyəti, onun düşüncələri, əhvali-ruhiyyəsi, maraq və tələbatları yaşamaq üçün hüquq əldə edir.  
Memarlıq insanlara daha emosional şəkildə təsir etməyə başlayır. Bu sənətdə order sistemi üstünlük təşkil 
etdi.  Şərq rayonlarında tac və gümbəzlərdən daha çox istifadə edildi. Yeni tikili tipləri – bazar, alver 
meydançaları, cərgələri, portiklər, mürəkkəb memarlıq ansamblları təşəkkül tapmağa başladı ki, bu da şəhərlərə 
yeni görkəm verdi. Lakin ellinizm memarları klassik memarlarla müqayisədə, insanlara güclü mənəvi təsir 
göstərən memarlıq obrazları yarada bilməmişlər. Ən nəhəng ellin memarlıq tikintisi məşhur Zevsin Perqamdakı 
mehrabı hesab edilir ki, bu da dünyanın «Yeddi möcüzəsi»ndən biridir. Digər yeddi möcüzədən biri Faros 
adasındakı mayakdır. Tikili təxminən 135 m hündürlükdə idi. Onun lap ucunda dəniz Allahı Poseydonun 7 met-
rlik heykəli ucaldılmışdır. Memarı Sostrat olan bu Mayak XIV əsrə qədər qalmışdı.  
Ellin memarlığının klassik memarlıqdan  əsas fərqi ondan ibarət idi ki, əgər klassizmdə polis 
vətəndaşlarının maraq, hiss, zövqləri bu sənətdə öz əksini tapırdısa, ellinizmdə zövqlər saray və varlı zümrələrin 
tələblərindən irəli gəlirdi. Ona görə  də memarlıqda yeni istiqamətlər də yaranmağa başladı.  Əvvəla, ictimai 
binaların sayı artdı, şəhər icma binaları, idman məktəbləri (palestra), məktəb binaları (gimnaziya), stadion, ki-
tabxana və s. təşəkkül tapmağa başladı.  
Heykəltəraşlıqda ellinizmin əsas  əlamətləri hissləri heykəlin üz cizgi və qamətində, fiqurunda 
bildirilməsinə üstünlük verildi – dinamizm, ifadəlilik bu dövr heykəltəraşlıq sənətinin başlıca estetik 
dəyərləridir.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
159
Dekorativ heykəltəraşlıq ellin incəsənətində geniş yer tutan sahələrdən biri oldu. Bunlar bağ, park və d. 
yerləri bəzəyirdi. Belə yerlərdə Afroditanın utancaqlıq, şıltaqsayağı nazetmə ədalarında təsvirinə daha üstünlük 
verilir. Ellinizm heykəltəraşlığında gözəllik, cazibədarlıqdan  əlavə  həm də kobud, pinti, qeyri-cəzbedici kimi 
mənfi insani məqamlara da üstünlük verilirdi.  
Ellinizm dövründə bir sıra memarlıq məktəbləri – İskəndəriyyə, Rodos, Attika, Perqam kimi sənət 
ocaqları fəaliyyət göstərirdi. Bunların içərisində heykəllərinin nəhəng ölçülərinə görə fərqlənən Rodos məktəbi 
fərqlənirdi. Bu məktəbin nümayəndəsi Xoresin 35 m hündürlüyündə olan Günəş Allahı Heliosun «Rodos sütu-
nu» da dünyanın yeddi möcüzəsindən biridir.  
Portret heykəltəraşlığında insan həyəcanlarının, mənəvi vəziyyətlərin, ruhi məqamların ifadəsinə ilkin ola-
raq yer verilir. Ellinizmin heykəltəraşlıq nümunələrinə coşqun emosionallıq, gərgin anlar, irəliyə  cəhd 
məqamları  ən spesifik xüsusiyyətlər kimi dəyərləndirilməlidir. Belə ifadəni təzahür etdirən görkəmli ellin 
heykəllərindən biri yunanların dənizdəki qələbəsinə  həsr olunan Samafrikiyalı Niki heykəli mühüm yer tutur. 
Qələbə Allahı qanadlı Nikinin gəminin ucuna enməsi anını  təsvir edən bu heykəl çox həyəcanlandırıcı bir 
əsərdir. Müəllif bu anla qələbənin güclü və yüksək əhvali-ruhiyyəsini ifadə edir.  
Ellinizm sənətkarları – heykəltəraş  və  rəssamları  hərəkətlərin ekspressivliyi, vəziyyətlərin gərginliyini 
yüksək qiymətləndirirdilər. «Laokoon oğulları ilə» adlı heykəltəraşlıq nümunəsində bu ifadənin  şahidi olmaq 
mümkündür.  
Lakin ellinizm çağının Afroditanın simasını əks etdirən «Miloslu Venera» kimi heykəli də vardır ki, bura-
da sakitlik, təmkinliyin harmoniyasını görmək mümkündür. Bu sənət nümunəsində heykəltəraş gözəl qadın 
bədənini nümayiş etdirərək, insanda həm də ruhun gözəlliyini təzahür etdirmişdir.  
Qədim Yunan sənət korifeyləri dünya bədii mədəniyyətinə güclü təsir göstərmişdir. Bu mədəniyyət olma-
dan müasir Avropa da olmazdı. Yunan bədii sənətində klassik dövr kimi ellinizm çağı da onun zənginliyinə 
əhəmiyyətli səviyyədə təsir edən dövrlərdən biri olmuşdur.  
 
 
 
2.2.5.Qədim Roma  
Etrussk mədəniyyəti 
 
Antik mədəniyyətin tərkib hissələrindən digərini Roma mədəniyyəti təşkil edir. Əsasən yunan 
mədəniyyətinə istinad edən bu mədəniyyət dünyaya sırf Roma dövlətinə xas olan yeni bir mədəniyyət bəxş 
etmişdir. Qədim Roma özünün çiçəklənmə çağında Aralıq dənizini bütövlükdə əhatə edərək Yunanıstanı özündə 
birləşdirməklə öz mədəniyyəti ilə Avropanın bir çox hissəsinə,  Şimali Afrikaya, Yaxın  Şərqə  təsir edirdi. 
Dövlətin mərkəzini Aralıq dənizində yerləşən İtaliya təşkil edirdi.  
Apennin yarımadasının ərazisindəki Etrussk sivilizasiyası çox qədim tarixə malikdir. B.e.ə. I minillikdə 
Mərkəzi və  Şimali  İtaliyada etrussklar romalılardan çox-çox əvvəllər öz şəhər-dövlət federasiyalarını 
yaratmışlar. Daş divar və binaları, küçələrin dəqiq planlaşdırılması bu şəhərlərin  əsas xüsusiyyətlərindən idi. 
Etrussklar memarlığın inkişafına təkan verənlər olmuşlar. 
Roma rəqəmlərinin kəşfi etrussklara məxsusdur. Latın əlifbasının mənşəyi də etrussklardan gəlir.  
Arxeoloji qazıntılar etrussklara məxsus mədəniyyət abidələrini üzə  çıxarmışlar. Divar naxışları ilə 
bəzədilmiş  sərdabələr, sarkofaqlar, qəbir daşları, silah, zərgərlik məhsulları, məişət avadanlığı, tunc 
heykəltəraşlığına aid nümunələrin tapılması etrussk mədəniyyətini sübut edən abidələrdir. Etrusskların təsviri 
sənətinə realizm xüsusiyyətləri xas olmaqla, daha həyati keyfiyyətlərin ötürülməsinə  cəhd göstərilmişdir. Bu 
xüsusiyyət, daha çox portret janrına aiddir. Məhz etrusskların təsiri ilə portret janrı sonralar daha da 
təkmilləşmişdir.  
Arxeoloji qazıntılar nəticəsində 10 minə yaxın yazı nümunələri tapılmışdır. Bu yazılardan yalnız bir neçə 
sözün açılışına nail olunmuşdu ki, bu da etrusskların özünəməxsus dili olduğuna dəlalət edir.  
Etrusskların məişət və mədəniyyətində dinə xüsusi münasibət mövcud idi. Xüsusilə, qədim romalılar olan 
etrussklarda fala baxma sənəti özünəməxsus şəkildə inkişaf etmişdir. Etrussklar heyvanların daxili orqanlarının 
vəziyyəti, quşların uçuşuna, təbiət hadisələrinin gedişi əsasında taleyazma xüsusiyyətinə malik idilər. Allahlar 
panteonu qədim yunanlar ilə oxşarlıq təşkil etsə də, etrussklar bir çox xeyir və şər iblislərinə etiqad edirdilər.  
Etrussk mədəniyyətinə İtaliyaya Böyük kalonizasiya nəticəsində (b.e.ə. VIII-VI əsrlər) gəlmiş yunanlar da 
əhəmiyyətli dərəcədə təsir göstərmişlər. Etrussklar keramika sənətində onların tətbiq etdikləri bəzək və naxışlardan 
istifadə edir, yunanların mifik qəhrəmanlarından bəhrələnərək öz qəhrəman obrazlarını yaradırdılar. Öz 
növbəsində etrussklar italyan tayfalarının birləşməsinə də təsir göstərdilər. Bunlardın biri Apennin yarımadasının 
mərkəzi hissəsində yaşamış Latsiya ərazisində yaşamış latınlar idi.  
  
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
160
2.2.6.Romada respublika dövrü mədəniyyəti 
 
Qədim Roma anlayışına təkcə antik Roma şəhəri deyil, Britaniya adalarından başlamış Misirə qədər güclü 
Roma imperiyasına tabe edilmiş ölkə  və xalqlar aiddir. Roma mədəniyyəti qədim mədəniyyət və incəsənət 
tarixinə öz yüksək nailiyyət və inkişaf nəticələri ilə töhfələr bəxş etmiş bir mədəniyyətdir. Onu təkcə romalılar 
deyil, həm də  qədim misirlilər, yunanlar, suriyalılar, Piriney yarımadası, Qalliya, və d. ölkələrin sakinləri və 
xalqları yaratmışlar. Bədii yaradıcılığa qədim yunan məktəbləri hakimlik etsə  də Roma dövlətinin hər bir 
əyalətinin incəsənətinə yerli ənənələr xüsusi təsir göstərirdi. 
Qədim Roma bəşəriyyətə əsil mədəni mühit bəxş etdi: planlı şəkildə və rahat şəhər yolları, gözəl körpülər, 
kitabxana, arxiv binaları, nimfalara həsr edilmiş müqəddəs yerlər, saray və villalar, sivil cəmiyyətlərə xas 
qəşəng və rahat mebellə təchiz olunmuş yaşayış evləri.  
Beləliklə, Roma tarixi iki mərhələ ilə xarakterizə edilir: I mərhələ olan respublika dövrü b.e.ə. VI əsrin 
sonundan b.e.ə. I əsrin  əvvəllərinə  qədər davam etmişdir, II mərhələ isə, Oktavian Avqustun hakimiyyəti ilə 
başlayan imperiya dövrüdür ki, bu da b.e. IV əsrinə  qədər davam etmişdir. Öz mədəni dəyərlərinə görə, bu 
dövrlərin hər birinin özünəxas səciyyəvi xüsusiyyətləri mövcuddur.  
Respublika dövrü bədii sənət nümunələrinə görə kasıbdır. Onların əksəriyyəti b.e.ə. II-I əsrlərdən məlum 
olmuşdur. Romalılar üçün ilk məbədləri daha sivil olan etrussklar hazırlamışlar. Məhz etrussklar Romanın 
yerləşdiyi əhəmiyyətli təpələrdən biri olan Kapitoliyadakı heykəli yaratmışlar. Romanın qəsb etdiyi ölkələrdən 
buraya usta və sənətkarlar axışmağa başladı. Ellada bu baxımdan xüsusi rol oynadı.  
Roma  şəhəri b.e.ə. 735-ci ilin 19 aprel tarixində yaradılmışdı.  Əvvəllər qəsəbə olan bu yer, sonralar 
özündə yaradıcı insanların zəhmətini, sənətkarlığını birləşdirərək möhtəşəm və füsunkar şəhərlərdən birinə çe-
vrildi. Romanın  ən müqəddəs yerləri Yupiter, Yunan, Minervaya Kapitoliya təpəsində inşa edilmiş  məbədlər 
daxildir. Məbəd bu günədək gəlib çatmasa da alimlərin fikrincə, tikili etrusskların layihəsinə müvafiq inşa 
edilmişdir.  
Məbədlərin quruluşunda girişə yönəldilmiş pilləli əzəmətli portik mühüm yer tutur.  
Romanın memarlığında alver meydançaları da onun göz oxşayan abidələrindən biri idi. Əgər belə yerlər 
qədim yunanlarda aqora adlanırdısa, romalılar bunlara forum adı vermişlər. Burada şəhərin ən başlıca tədbirləri: 
icmalar, şuralar təşkil olunur, uşaqlara təlim öyrədilir və alver həyata keçirilirdi. Respublika dövrünün ən gözəl 
forumlarından biri Kapitoliya yaxınlığındakı Romano adlı forum hesab edilir. Bu forumda Romanın  ənənəvi 
şəhər tikilisinə xas olan tikililər – məhsul allahı olan Saturna həsr olunmuş məbəd, Yuli Sezarın dövründə onun 
şərəfinə tikilmiş bazilikalar mühüm yer tutur. Hər bir forum üçün ev allahı hesab edilən Vesta məbədi də 
məcburi idi. Burada əbədi məşəlin yanması mühüm yer tuturdu. Bu həm də roma xalqının həyatını əks etdirən 
bir rəmz idi. Dövrümüzə  qədər Romano forumunun möhtəşəmliyindən yalnız tikililərin bünövrələri gəlib 
çatmışdır.  
Romanın respublika dövrünün mədəniyyətini əks etdirən dəyərli sənət janrlarından biri də heykəltəraşlıq 
portretləri idi. Bu sahədə romalılar etrussklardan fərqli olaraq mumiyalaşmış maskalar, «person»lar üzərində 
portretlərin yaradılmasına yaradıcılıq metodu ilə yanaşmışlar. Bunları  qədim romalılar öz ölmüş  əcdadlarının 
üzündən götürərək evin ən fəxri yerində nəslinə hörmət əlaməti kimi saxlayırdılar.  
Respublika dövrünün portretləri naturaya daha yaxın idi. Bunlar insan sifətinin ən incə xüsusiyyətlərini 
əks etdirməyə malik idi. Burada əlavə cizgilər etməklə  sənətkarlar portreti tam əks etdirə bilirdilər. Məsələn, 
qocanın üzünü əks etdirərkən burada həyatın sonu məqamının hisslərlə çatdılırmasına da sənətkarlar ustalıqla 
yanaşırdı. Belələrindən qoca kişi, Yuli Sezarın portret heykəlləri böyük maraq doğurur. Dünyanın bir çox 
muzeylərində bu cür roma portretləri xüsusilə imperator, sərkərdə, siyasi xadimlər, filosof, yazıçı, adi insanların 
böyük sənətkarlıqla işlənmiş portretləri qorunub saxlanılır. Romanın respublika memarlığında order məbədləri, 
dairə və düzbucaqlı planda tikilmiş məbədlər də üstünlük təşkil edir. Dairəvi məbəd monopter adlanaraq sütun-
larla  əhatələnmiş silindrik əsasa malik bir tikilidir. Məbədlər  ənənəvi roma motivi əsasında relyeflərlə 
bəzədilirdi ki, bu da tikiliyə füsunkarlıq bəxş edirdi.  
Respublika dövrünün memarlıq və inşaat mədəniyyətində körpülər  də mühüm əhəmiyyət kəsb edirdi. 
B.e.ə. II-I minillikdə tikilən körpülər belələrindəndir. Mulviya körpüsü özünün praktiki dəyəri ilə yanaşı, obraz 
ifadəliyinə görə də əhəmiyyət kəsb edirdi.  
Respublika dövründən təsvir və  tətbiqi sənətlə yanaşı Roma mədəniyyətinə  zənginlik gətirən janrlardan 
biri də ədəbiyyat idi. Roma ədəbiyyatı yunan orijinallarının təqlidi ilə inkişaf etməyə başlamışdı. Lakin yunan-
lardan fərqli olaraq bu xalqın  əsas  ədəbi janrları içərisində epos, lirika, faciə ilə yanaşı dramda komediyaya 
üstünlük verilirdi. Roma ədəbiyyatının bünövrəsini qoyan yazıçıların əksəriyyəti yunanlar idi. Beləlrindən biri 
ilk Roma şairi,  əslən yunan olan Livi Andronik idi. O, Homerin «Odisseya»sını latıncaya çevirərək, nəhayət 
b.e.ə. 240-cı ildə digər tərcümələrini də Məhkəməyə təqdim etmiş və bununla da Roma ədəbiyyatının əsasını 
qoymuşdu.  
Romalılar digərlərinin onların  ədəbiyyatlarına müdaxiləsinə qarşı  çıxış edərək bunları yad təsirlər kimi 
rədd edirdilər. Ona görə də, sözün əsil mənasında həqiqi Roma ədəbiyyatçısı (komediyaçı) Tit Maksi Plavtin adı 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
161
çəkilməlidir. O, öz əsərlərində komediya janrının klassik süjetlərini yaratmışdır. Digər komediya müəllifi Pub-
liya Terensiya Afranın əsərlərində isə xarakter və süjetlər daha psixoloji və realdır. Ədəbiyyatda xüsusi xidməti 
olan Qay Valeriy Katull Roma poeziyasında lirikanı inkişaf etdirmişdir. Onun poeziyasında məhəbbət 
lirikasının özünəməxsus yeri vardır. O, vətəndaşlıq qəhrəmanlığı, insan hissələrini artıq dərəcədə yükləyən siya-
si mövzulardan yan keçərək məhəbbət hisslərinin tərənnümünə üstünlük verir.  
Beləliklə, Roma mədəniyyətinin formalaşaraq inkişaf etməsi üçün respublika dövrünün özünəməxsus yeri 
vardır. Respublika dövrü gələcək mədəniyyətin inkişafı üçün əlverişli təkan rolunu oynamışdır.  
 
 
2.2.7.Romada imperiya dövrü mədəniyyəti 
 
Qədim Roma mədəniyyətinin ikinci, daha əzəmətli hissəsini imperiya çağları  təşkil edir. 
Təkhakimiyyətliliyin əsasını qoyan Oktavian Avqust b.e.ə. 27-ci ildə imperator elan edilərək ən yüksək hərbi 
hakimiyyətə nail olur. Mədəniyyətdə, xüsusilə  bədii sənətdə hakimlərin yeritdikləri mövqelərin və idealların 
tərənnümü başlıca mövzuya çevrildi.  
İmperiya tərzi ilk dəfə Avqust tərəfindən qoyuldu. Bunu o dövrdə çəkilmiş portretlərdən də aydın şəkildə 
görmək mümkündür. Bunlardan Avqustun özünün ağıllı, işgüzar bir siyasi xadim olduğunu görmək 
mümkündür. 
Prima Portadakı məşhur heykəldən hiss etmək olar ki, Oktavian Avqust gözəl natiq olmuşdur. Bu sənət 
əsərində imperator xalqa müraciət etmiş formada təsvir olunur. Bu heykəlin ayağı önündə müqəddəs Veneranın 
oğlu Amurun da obrazı təsvir olunur. Bu heykəl çox təntənəli və əzəmətlidir. Heykəldəki çılpaq ayaq və başı 
açıq təsvir, yunan üslubundan xəbər verir.  
İmperator Avqust Roma mədəniyyətinin inkişafına xüsusi səy göstərmiş simalardan hesab edilir. Belə ki, 
bu haqda danışarkən o həmişə qeyd edirdi ki, Romanı o, gildən almış, daşdan təhvil vermişdir. Bunu onun 
hakimiyyət dövründə tikdirdiyi saray, binalar, forumlar da sübut edir. Roma Forumundakı Korkordiya 
məbədinin böyük incəliklə işlənmiş karnizinin timsalında dediklərimizi sübut edə bilərik.  
Avqust dövründə üçüncü pompey üslubu (b.e.ə. I əsrin əvvəli – b.e. I əsrinin 50-ci illəri) populyar idi. Bu 
üslubu çox zaman «kandelyabr» da adlandırırlar. Sənətkarlar yenə  səthi dekorativ ornamentlərə üstünlük 
verirlər. Memarlıq formaları içərisində yüngül ajurlu tikililər, qurğular başlıca yer tutur ki, bunlar da hündür 
metal kandelyabrları (şamdanları) xatırladırdı. 
Bu  əsərlərin süjetləri çox həyati və sadə idi. Boskotrekaza villasındakı «çoban və keçilər» təsvirləri 
belələrindəndir. Məişət və ev məzmunlu səhnələr də bu qəbildən təsvirlərə aiddir. Amurun Pompeydəki evində 
«Amurun cəzalandırılması» səhnələrini misal göstərmək olar.  
Bu dövrün Roma incəsənətində ən populyar və maraq doğuran əşyalardan biri maskalar idi. Kişi, qadın, 
faciəvi və ya komik, gözəl və ya eybəcər maskalar tamaşaçıların nəzərində canlanırdı.  
İmperator Neronun hakimiyyətə gəlişi isə Roma incəsənətində portret sənətinin çiçəklənməsi ilə nəticələndi. 
Bunların içərisində Neronun özünün uşaqlığından tutmuş  ən yetkin hakimlik dövrünə  qədər bədii obrazlarını  əks 
etdirən portretlər imperatorun xasiyyəti haqqında tamaşaçıya məlumat verə bilir. Məsələn, imperator Neronun zahiri 
görkəmindəki səliqəsiz bakenbardlar, xaotik saç düzülüşü onun xasiyyətindən xəbər verir.  
I  əsrin ortalarında natürmort janrı (nature morte – fransızca «ölü natura» deməkdir) formalaşmağa başlayır. 
Cansız əşyaların təsviri indiki dövrdə yeni məna kəsb etməyə başlayır. B.e.ə. IV əsrin son klassika çağında təşəkkül 
tapmış, ellinizmdə inkişaf etmiş bu janr romalılar üçün bu dövrdə yeni məzmunla səciyyələnməyə başlayır. 
Pompeydəki «Meyvə və gülqabı natürmortu»nda köhnə dəyərlər sisteminin ləğvi hiss edilməkdədir. Qədim zaman-
lardan dünyanın, kainatın timsalı kimi ağac və onun köklərinin təsviri, həm yeraltı, həm də yerüstü aləmi ifadə 
edirdisə, indi ağac kök və rişələrsiz, yanında su dolu dolça ilə təsvir olunur ki, bu da artıq dünyaya yeni baxışı ifadə 
edirdi.  
Təsviri sənətlə yanaşı, söz sənəti olan ədəbiyyat da Apuley, Kiçik Plini, Yuvenal, Petroni, Lukian, Vergili, 
Horatsi, Ovidi, Seneka və d. yazıçılarla zənginləşir.  İmperator Avqust ədəbi prosesi öz tələblərinə uyğun 
yönəltməyə ciddi cəhd göstərir, öz sifarişinə uyğun  əsərlərin yazılmasını  tələb edirdi. Bu məqsədlə  məmur 
Mesenatın başçılığı ilə  şair və yazıçıların dərnəyini yaratdı. Bu dövrdə Roma poeziyasının  ən  əhəmiyyətli 
nümayəndələrindən biri Publi Vergili Maron idi. Onun «Bukoliklər» (çoban nəğmələri) əsəri müəllifin ilk və ən 
böyük şerləri idi. Digəri çörək, bağçılıq, heyvandarlığı və s. vəsf edən «Georgiki» əsəridir. Vergili bu əsərində 
kənd zəhmətkeşinin  əməyini yüksək səviyyədə  tərənnüm edərək romalılarda kəndliyə  məhəbbət duyğusunu 
aşılaya bilmir. Bununla o, ümumiyyətlə  kənd təsərrüfatına maraq da oyada bilmir. Müəllifin «Eneida» 
qəhrəmanlıq poemasında isə, o imperator Avqustun tələbi ilə Yulilər sülaləsinin ilahi başlanğıcdan götürülməsi 
ideyasını vəsf etmişdi. Bu əsər Homerin əsərləri ilə eyni səviyyədə dəyərləndirilən bir poema oldu.  
Gözəl danışıq, bəlağətli nitq nəsrin inkişafına zəmin yaradan amillərdən birinə çevrildi. Sofistlərin 
yaradıcılığında kiçik həcmli nəsr formaları, bədii və tarixi mahnılar, yazılar xüsusi yer tutdu. Romada roman 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
162
janrına, ölkədəki ayrı-ayrı təbəqə və zümrələrin həyatını işıqlandıran hekayələrə yer verildi. Satirik roman, ro-
man-parodiyalar nəsrdə özünəməxsus şəkildə formalaşmağa başladı.  
Memarlıq sənətində imperiya dövrünün ən möhtəşəm abidəsi b.e. 70-80-cı illərində Flavilərin amfiteatrı, 
sonralar Kolizey (latınca – colosslus – «möhtəşəm», «nəhəng» deməkdir) adlandırılan tikilidir. Bu, Neronun 
xarabalığa çevrilmiş Qızıl Evinin yerində inşa edilərək yeni memarlıq tipinə malik idi. Roma Kolizeyi əvvəlki 
yunan teatrlarından fərqli olaraq içərisi pilləli oturacaqlardan ibarət kasa, xaricdən isə dairəvi ellinsayağı divar-
lardan ibarət idi. Amqon teatrında müxtəlif məzmunlu tamaşalar oynanılırdı: dəniz döyüşləri, ekzotik heyvanlar-
la döyüş səhnələri, qladiatorların döyüşləri və s. Kolizeydə 50 min tamaşaçının birdən yerləşdirilməsi mümkün 
idi.  
İmperiya çağının digər möhtəşəm memarlıq abidəsi Titin məşhur Zəfər Tağıdır. Bu, Tit adlı imperatorun 
şərəfinə tikilmişdi. Bu imperator 79-81-ci illərdə – çox qısa bir dövrdə hakimlik etsə də öz əql və zəkasına görə 
Roma tarixində mühüm şəxsiyyətlərdən hesab olunur. 
Zəfər tağları Roma incəsənətində, çox güman ki, etrussklardan götürülmüş memarlıq tikililəri idi. 
Bunların müxtəlif səbəblərdən – qələbələr, yeni şəhərlərin yaradılması münasibətilə inşası ənənəvi idi.  
Roma mədəniyyətində imperiya çağının digər inkişaf mərhələsini son imperiya dövrü təşkil edir ki, bu da is-
pan imperatorlarının II əsrə adlamaları tarixi ilə başlayır. Bunlardan birincisi – Trayan (98-117-ci illər), ikincisi 
oğulluğa götürdüyü Adrian (117-138-ci illər) idi. Trayanın hakimliyi dövründə Roma özünün Zəfər çağını 
yaşamışdır. Bu imperator öz ölkəsi üçün, onun mədəniyyətinin inkişafı üçün çox dəyərli,  əzəmətli işlər həyata 
keçirmişdir. Onun dövründə tikilmiş iki böyük körpü hələ də bu böyük şəxsiyyətdən yadigar qalmaqdadır. Bunlar 
Taxo (hazırda Teju) çayından keçən körpü, digəri Seqoviyadakı akvedukdur. Hər iki körpü dünya memarlığının ən 
möhtəşəm abidələrindəndir.  
Trayan hakimiyyəti illərində tikilən ən məşhur abidə Romadakı forumdur. İndiyədək mövcud olmuş bütün 
imperator forumları içərisində (Sezar, Avqust, Vespasian, Herva) bu daha həyəcanlandırıcı və gözəldir. Bu fo-
rum yarımqiymətli daşlarla döşənərək gözəl bəzəklər, naxışlar yaratmışdı. Burada qələbə çalan düşmənlərin 
heykəlləri, Marsın himayəçisi olan Ultorun şərəfinə  məbəd, latın və yunan kitabxanaları yerləşdirilmişdi. 
Bunların arasında olan Trayanın Sütunlarında bəzəkli relyeflərdə imperatorun apostollarının fiqurları  əks 
etdirilmişdir. 
Trayanın ardınca Adrian imperator seçildi və o, yunanların  ənənələrinə üstünlük verdi. O, ilk növbədə 
dəbləri dəyişdirdi. Romalıların bığ və saqqal saxlamasına üstünlük verildi ki, əvvəllər bu qəti qadağan idi. Bu 
imperator özü gözəlliyi, alicənablılığı,  əsilzadəliyi çox sevdiyindən portret sənətində bu keyfiyyətlərin 
qabardılmasına xüsusi diqqət yetirdi. 
İmperator Adrianın özü bir sıra məbədlərin, layihələrin müəllifidir: Romadakı Venera və Roma məbədləri 
belələrindəndir. Təəccüblü deyil ki, məhz imperator Adrianın dövründə (təxminən 125-ci il) dünya 
memarlığının incilərindən hesab edilən «bütün allahların məbədi» hesab edilən Panteon tikilmişdir. Hazırda bu 
məbəd Romanın mərkəzində yerləşir. Bu yeganə abidədir ki, orta əsrlərdə  nə sökülüb, nə  də dağılmışdır. Bu 
tikilinin bəşəriliyi ondan ibarətdir ki, burada təkcə romalılar deyil, həm də bütün insanlığa yaxın, məhrəm olan 
duyğular mövcuddur. Xaricdən böyük silindrik həcmə malik və ona yaxınlaşdırılmış portiklə əhatələnən bu tiki-
linin içərisi başqa cürdür. Daxildən sütunlardan ibarət iki təbəqəli divar, tağlardan keçən taxçalar Panteona 
möhtəşəmlik bəxş edir. İnteryerin yuxarısındakı səthi hissədəki gümbəz ilahi bir mühit yaradır. Sakitlik, ilahi 
aləm – bütün bunlar Panteonun insanlara bəxş etdiyi duyğular idi. 
Belə bir mənəvi hiss aşılayan tikililərdən biri Tiburdakı (indiki Tivol) Adriana villası idi. Bu da Roma 
memarlığının gözəl sənət nümunələrindən biri hesab edilir. Tikilinin sütunlarının mərkəzdə yerləşmiş 
hovuzundakı əksləri çox füsunkar görünüşə malikdir.  
Adrianın imperatorluğu dövründə  dəfn ayinlərində  də müəyyən dəyişikliklər edildi ki, bu da süjetdə 
təzahür tapdı. Xüsusilə, heykəltəraşlıqda mifoloji mövzulara həsr olunmuş bəzəkli, naxışlı relyeflər – sarkofaq 
formalaşmağa başladı. Sarkofaqı ya yeraltı  qəbrin üzərinə, ya da divar taxçasına (arkosoli) yerləşdirirdilər. 
Adətən, sarkofaqlar düzbucaqlı formaya malik olur, hündür relyeflər isə onun bir tərəfində təsvir olunurdu.  
Son imperiya çağının portret heykəltəraşlığında kompozisiya mürəkkəbliyi, daha qabarıq dramatizm 
üstünlük təşkil edirdi. Dövrün sənətkarları ekspressiyanı  təzahür etdirən məqamlara – döyüş, ov, mübarizə 
səhnələrinə, çoxfiqurlu kompozisiyalara üstünlük verirdi. Bu zaman dramatizm təkcə süjetdə deyil, həm də onun 
yapılma texnikasında da təzahür tapırdı. Çox incə  şəkildə  təzahür tapan işıq – kölgədə sifətlərin parıltılı 
cilalanması mərmərin içəridən işıq saçmasına imkan yaradırdı. Yapma texnikasının bu yeni üsulu heykəltəraşlıq 
həcmlərindəki ahəngin pozulmasına gətirib çıxardı.  
B.e. III əsrinin sonunda Roma imperiyasında imperatora ilahi varlıq münasibəti heykəltəraşlıqda da öz 
təzahürünü tapdı. Heykəltəraşlıq portretlərində  fərdi,  şəxsi keyfiyyətlər deyil, hakimiyyət, güc kimi ümumi 
anlayışların ifadəsi başlıca yer tutdu. Bu ruhda yapılmış imperator Mark Avrelinin tunc atlı heykəli  əyani 
nümunədir. Bu, şöhrətə, zənginliyə biganəliyin, vətəndaşlıq idealının təcəssümüdür.  
Artıq 313-cü ildə imperator Konstantinin göstərişinə  əsasən xristian dini dövlətin rəsmi və qanuni dini 
elan edildi. Bu din Şərqi Romanın paytaxtı Konstantinopolun memarlığında özünü bədii formada təzahür etdir-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
163
di. Bu şəhər güclü imperator hakimiyyətinə malik kilsə  mərkəzi idi. Məbəd tikintisində iki tip tikililərdən 
istifadə olunurdu, birincisi, kvadrat, dairə və xaç şəkilli, ikincisi isə düzbucaqlı şəkildə uzanmış bazilika tipi idi.  
Mozaika da təsviri sənətin məbəd interyerlərinin tərtibatı üçün əsas sənət növlərindən biri hesab edilirdi. 
Mozaikalardakı təsvirlər rəmzi səciyyə kəsb edirdi. Bu rəmzlər vasitəsilə dini anlayışların təbliği və dərki daha 
səmərəli idi.  
Beləliklə, Qədim Roma mədəniyyətinin inkişaf dövrünün mühüm hissəsini təşkil edən imperiya 
mədəniyyəti özünün səciyyəvi əlamətləri ilə nəinki bu xalqın, ümumilikdə dünya mədəniyyətinin inkişafı üçün 
möhtəşəm bir tarixi dövr kimi dəyərləndirilməlidir.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
164
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin