V FƏSİL
XIX-XX ƏSRLƏR MƏDƏNİYYƏTİ
2.5.1. XIX əsr Qərbi Avropa mədəniyyəti
Maarifçilik dövrünün sonlarında Qərbi Avropa cəmiyyəti öz tarixi inkişafının yeni mərhələsinə daxil oldu.
Bu inkişaf mərhələsinin hazırlığında sənaye inqilabının təsirini xüsusi qeyd etmək lazımdır. Kapitalizm təkcə
maddi istehsalda deyil, ictimai həyatın bir çox sahələrində – siyasət, təcrübə, məişət ictimai şüurda radikal
dəyişikliklərlə müşayiət olundu.
Bu yenidənqurma və dəyişikliklərin nəticəsində Qərbi Avropa xalqlarının ictimai həyatında, onların
maddi və mənəvi mədəniyyətində bir-birinə zidd tendensiyalar təzahür olunmaqla yanaşı, bir-birini tamamlayan
hallar da özünü göstərirdi.
Mədəni həyatdakı hadisə və nəticələr XIX yüzilliyin Yeni tarixi mərhələnin mədəni irsində özünəməxsus
səciyyə kəsb etdiyini göstərdi. Maarifçilərin fəlsəfəsi öz müasirliyini itirməyə başladı.
Siyasi, sosial və mədəni həyatda baş verən hadisələr Katolik kilsəsinin fəallığını artırırdı. cəmiyyətlə
vəhdətində o, insan, zaman, ictimai və mədəni dəyərlər haqqında yeni təsəvvürlərlə çıxış etməyə başlayır.
XIX əsrdə Avropa mədəniyyətinin ən böyük nəşrlərindən biri insanın sosiallığı haqqında konsepsiya oldu
ki, bu da başlıca sosial baza olan elmi dərnəklərdən tutmuş həmkarlar təşkilatları, siyasi partiyalarda daha geniş
təzahür tapdı. Yeni sosial təlimlər əsasında cəmiyyətin ictimai həyatı formalaşmağa başladı.
Ardı – arası kəsilməyən inqilabi dəyişikliklər həmin əsrdə elmdə də təzahür etdi. Bu tarixi mərhələdə elmi
R. Mayer (1814-1878), c. coul (1819-1889), H. Helmols (1821-1894) kimi alimlər yüksəkliyə qaldırmış,
enerjinin saxlanması və dəyişməsi qanununu kəşf edərək fizika və kimyanın bünövrəsinə müsbət təsir
göstərdilər. T.Şvann (1810 - 1882) və M. Şleydenin bütün canlı orqanizmlərin vahid struktura malik olmasını
göstərən toxuma nəzəriyyəsi dünyanın dərk edilməsində mühüm rol oynadı. Ç. Darvin (1804 - 1882)
biologiyada təkamül nəzəriyyəsini yaradaraq təbiətşünaslığa çox böyük yenilik gətirdi. Dahi rus alimi D.İ.
Mendeleyevin (1834 - 1907) kəşf etdiyi elementlərin dövrü sistemi şeylərin daxili əlaqələrinin mövcudluğunu
bir daha sübut etdi. A. Eynşteynin (1879 - 1955) elektron, radiumun kəşfi, kimyəvi elementlərin çevrilməsi və
nisbilik nəzəriyyəsi elmə böyük uğurlar bəxş etdi.
XIX əsrdə fəlsəfi fikirin inkişafında da ciddi inkişaf müşahidə olunurdu. İ. Kant (1794 - 1804) və İ. Fixte
(1762 - 1814) tərəfindən irəli sürülən fəlsəfi ideyalar cəmiyyət və təbiət qanunlarının dəqiqləşdirilməsi üçün
böyük əhəmiyyət kəsb etdi. Onların bu ideyalarından çıxış edərək F.V. Şellinq (1775 - 1854) özünün romantik
nəzəriyyəsini yaratdı. Şellinq incəsənətdə şüurlu və şüursuz fəaliyyətin tam ahəngini qəbul edirdi.
Obyektiv – idealist konsepsiya digər görkəmli filosof H.Hegelin (1770 – 1831) əsərlərində də
özünəməxsus yer tutdu. O, dialektikanın əsas qanunlarına yekun vurdu. Hegel də Şellinq kimi tarixilik
prinsipinə üstünlük verirdi. Onun əsərlərində bu problem özünün daha tam həllini tapmışdır.
Dialektika təkcə fəlsəfi sistemlərdə deyil, həm də mənəvi mədəniyyətin bir çox formalarının
zənginləşdirilməsində özünəməxsus yer tutdu. Hegelin mövqeyinin əleyhinə olaraq F.R. de Şatobrian (1768 -
1848) və A. Şopenhauer (1788 - 1860) tarixi tərəqqilik imkanları haqqındakı fikrə zidd çıxır və idealist
konsepsiyalar irəli sürürdülər.
XIX əsr dünyaya həm də materialist təlim gətirən K. Marks (1818 - 1883) və F. Engels (1820 - 1895) kimi
şəxsiyyətlər bəxş etdi. Marks və Engels Hegel dialektikasından çıxış edərək materiyanın birinciliyi haqqında
dialektik və tarixi materializm konsepsiyalarını işləyib hazırladılar. Onların bu təlimi, tarixdə «marksizm» kimi
qəbul edildi.
XIX əsrin elmi nailiyyətləri dilçilikdə (məsələn J.F. Şampalyon, (1790 - 1832) Misir heroqliflərini izah
etməyə başladı) və arxeologiyada da yeniliklərə səbəb oldu, elmi folklorşünaslıq, sənətşünaslıq,
ədəbiyyatşünaslıq üçün bünövrə yaradıldı. Bir çox humanitar elmlərin fənlər kompleksi formalaşmağa, iqtisad
elmi və sosiologiya təşəkkül tapmağa başlayır. cəmiyyətdə ateist tendensiyaların təsiri altında kilsə ciddi böhran
keçirir.
Beləliklə, XIX əsrdə fəlsəfə, elm, texnika, ədəbiyyat və incəsənət sahəsində böyük irəliləyişlər oldu.
Bədii mədəniyyətdə bir-birinin ardınca yaranan üslub, məktəb və tendensiyalar yeni tarixi və mənəvi
şəraitin məhsulu kimi dəyərləndirilə bilər. Bədii mədəniyyətdəki belə vəziyyət hakimiyyətə gələn burjuaziyanın
mədəni və estetik səviyyəsinin aşağı olmasının sübutu idi. Burjua nümayəndələrinin mənəvi və bədii tələbatları
çox məhdud idi.
XIX əsrin bədii mədəniyyətində iki başlıca mərhələni qeyd etmək olar: romantizm mərhələsi (yüzilliyin I
yarısı) və dekadans mərhələsi (50-ci illərin sonundan I Dünya müharibəsinə qədər).
«Romantizm» anlayışı bədii cərəyan olmaqdan çox-çox əvvəl təşəkkül tapmışdı. XVIII əsrə qədər
«romantik» epiteti roman dillərində yazılmış bədii əsərlərin üslub xüsusiyyətlərini ifadə edirdi. Bunlar roman,
romans, cəngavərlər haqqında poemalar idi.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
304
Romantizmin təşəkkülü mürtəce burjua həqiqətləri üzərində ədalətli cəmiyyət qurmaq ideyalarını təbliğ
edən maarifçilik ideyalarının naümidliyi ilə bağlıdır.
Romantizmin çiçəklənməsi XIX əsrin 20-30-cu illərinə təsadüf edir. Romantizmin yaradıcı metodunu
bütün incəlikləri ilə təzahür edən kinayə (yüngül və acı) təşkil edirdi. Sentimentalizmin xəttini davam etdirən
romantizm hiss, həyəcan və ehtiraslara üstünlük verirdi. Bu ruhda yazılmış əsərlər öz parlaqlığı və orijinallığı ilə
fərqlənirdi. Burada melanxoliya, «bəşəri kədər», gözəl keçmişə nastalgiya hisslərlə zəngin olurdu. Əsərin
qəhrəmanı ilə ətraf mühit arasındakı faciəvi ziddiyyət ədəbiyyat, musiqi və rəngkarlıqda aparıcı mövzu idi.
Tənhalıq motivi bir çox yazıçıların, Bayron, Heyne, Şelli, Stendalın yaradıcılığında başlıca yer tutub. Musiqi
sənətində gözəlliyi duymağın sıxıntı, kədərlə təzahürü Şuman, Şubert, Berlioz yaradıcılığında üstünlük təşkil
edirdi.
Romantizm. Əvvəlcə Fransanı, daha sonralar Avropanı lərzəyə salan nəhəng sosial çevrilişlər cəmiyyət
tərəfindən sakit qarşılanmadı, inqilabdan ümidi boşa çıxan ictimai psixologiyaya güclü təsir göstərdi. İnsanın
zahiri həyatına olan maraq onun emosional, mənəvi aləminə olan maraqla əvəz olundu. Mədəniyyət və
incəsənətdə insana, bir tərəfdən yanaşma yeni bir istiqamətlə əvəz olundu. Bu özünü öncə romantizmdə daha
sonralar realizmdə göstərdi.
Romantik sənətə aşağıdakı xüsusiyyətlər xasdır: burjua gerçəkliyinə qarşı nifrət; burjua maarifçiliyinə və
klassisizminin rasionalist prinsiplərindən qəti surətdə imtina edilməsi və s. idi.
Romantizmin mənəvi – estetik pafosu insan ləyaqətinin təsdiqi, mənəvi – yaradıcı həyatının
özünüqiymətləndirilməsi ilə bağlı idi. Bütün bunlar sonra azadlığa can atan romantik qəhrəman obrazlarında öz
əksini tapmışdır.
Almaniyada təşəkkül tapan romantik dünyagörüşü və romantik estetikası tezliklə bütün Avropaya yayılır.
O, mənəvi mədəniyyətin bütün sahələrini – ədəbiyyat, musiqi, teatr, humanitar elmlər, plastik incəsənəti əhatə
edir.
XIX əsrin I yarısında Avropada romantik fəlsəfə mövcud idi: İohann Qotlib Fixte (1762 - 1814), Fridrix
Vilheim Şellinq (1775 - 1854), Artur Şopenhauer (1788 - 1860) və b.
Ədəbiyyat. Alman romantizmini Jan Pol (1763 - 1825) və Henri Fon Kleyst (1777- 1811) kimi görkəmli
yazıçılar tanıtmışlar. Henri fon Kleyst istedadlı dramaturq, novella ustası və şair olmuşdur. Onun yaradıcılığı
Napoleonun azadlıq uğrunda müharibələri ilə əlaqədardır. O, «Amfitrion», «Şentezileya» kimi əsərlərin
müəllifidir. O, bu əsərlərində manyak ehtirası ilə çuğlamış tənha insanın faciəsini təsvir etmişdir. Bu əsərlərin
qəhrəmanları üçün dünya əlçatmazdır və bu qəhrəmanlar daim ölümə doğru cəhd göstərirlər.
Romantizmin zirvəsini Ernst Teodor Amadey Hofman (1776 - 1822) yaradıcılığı təşkil edir. Alman
romantizminin bu görkəmli yazıçısı həm də istedadlı musiqiçi, karikatura ustası idi. Onun əsərlərinə dramatizm
və sarkazm, lirika və qrotesk kimi keyfiyyətlər xasdır. Həqiqət və fantastika aləmi ilə qarşılaşaraq Hofman
fantastikanı kinayə ilə təhlil edir. Onun gözəl nağıl əsəri sayılan «Balaca Tsaxes»də (1819) satira
elementlərindən ustalıqla istifadə etmişdir. O, 1821– 22- ci illərdə «Pişik Murranın qeydləri» adlı kitabını yazır.
Bu müəllif, həm də romantik müsiqi estetikası və tənqidinin əsasını qoyanlardandır. Onun «Undina» adlı
operası ilk romantik operalardandır.
XIX əsrin I yarısında Henri Heyne (1797 - 1856) Alman romantizmində romantika və kinayənin vəhdətini
yaratmışdır. O, inqilabi demokratiya şairi idi. 1830- cu ilin iyul inqilabından sonra Heynenin Marksla tanışlığı
yeni mübarizə ruhlu inqilabi notların səslənməsinə səbəb oldu. Görkəmli şairin «Müasir şerlər» (1839 - 1846)
və «Almaniya. Qış nağılı» (1844) adlı poemaları onun ideya inkişafının zirvəsini təşkil etdi. «Müasir şerlər»ə
daxil olan «Toxucular» şerində proletariatın tarixi missiya ideyası poetik formada təcəssüm olunur. Heyne «Qış
nağılı»nda geridə qalan feodal dünyasını tənqid edərək vahid Almaniya uğrunda mübarizədə inqilabi hərəkatı
müdafiyə edir.
1848- ci il Almaniya inqilabının məğlub olması Heyne üçün mənəvi faciəyə çevrildi. Şairin burjua
demokratiyasına olan rəğbəti heçə endi. O, əsas xilaskarlıq qüvvəsini fəhlə sinfində görməyə başladı.
İngiltərədə lirik romantizmin görkəmli nümayəndəsi corc İoel Qordan Bayron (1766-1824) oldu. Bayron
əsərlərinin mərkəzində qəmgin əhval- ruhiyyəli obraz sivil cəmiyyətindən Şərqə doğru cəhd göstərərək ehtiras
və coşqun hisslər axtarır. Özünün şərq poemalarında, «Korslar», «Abidoslu gəlin», «Lara» əsərlərində Bayron
zülmə qarşı fəal mübarizə aparır. O, həm də fəlsəfi poemaların müəllifidir. «Manfred», «Don Juan» məhz
belələrindəndir. Bu əsərində o, öz idealını - siyasi azadlığa cəhd göstərən obrazı tərənnüm edir. Fəal humanizmi
və peyğəmbərcəsinə uzaqgörənliyi onu bütün Avropada tanıtmışdır.
İngilis romantizminin digər nümayəndəsi c. Kits və P. B. Şelli hesab edilir. con Kits patriarxal utopik
idilliya olan «Endimion»un müəllifidir. Bu əsərdə o, puritan özbaşınalığına qarşı çıxış edir. «Alov», «Psixeya»
adlı odalarında təbiətdəki gözəllik harmoniyasını tərənnüm edir.
Persi Bişu Şelli alleqork poema olan «Şahzadə Mab»ın müəllifidir. Burada o, müasiri olduğu cəmiyyətin
nöqsanlarını ifşa edir. Özünün « Çençi», «Azad olmuş Prometey» adlı əsərlərində azadlıq və zülm problemlərini
fəlsəfi aspektdə təhlil edir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
305
XIX əsrin I rübündə Fransada romantizm əsas ədəbi cərəyanlardan olmuşdur. Onun ən parlaq
nümunələrindən biri Fransua Reis de Şatobrian (1768-1848) hesab edilir. O, romantizmin mühafizəkar qanadını
təmsil edirdi. «Xristianlıq ruhu» traktatında Şatobrian katolizmi incəsənətin bünövrəsi və məzmunu kimi
qiymətləndirir.
Liberal ideyaların nümayəndəsi Jermena de Stal (1766-1817) öz əsərlərində romantizm prinsiplərini
əsaslandırmağa çalışır. «Delfina», «Korinna» adlı əsərlərində yazıçı qadın hisslərinin azadlığına haqq
qazandırır. 1803- cü ildə Napoleon yazıçını siyasi azadlıq ideyalarını tərənnüm etdiyinə görə Parisdən sürgün
edir.
XIX əsrdə Fransa ədəbiyyatında mütərəqqi romantizmin görkəmli nümayəndələri V. Hüqo və Jorj Sand
hesab edilir.
Viktor Hüqo (1802-1885) çox çətin və mürəkkəb inkişaf yolu keçmişdir. Hüqo yaradıcılığında azadlıq və
təbiiliyi tərənnüm edirdi. O, faciəvilik ilə komikliyin vəhdətini mümkün hesab edirdi. Bütün bu tələblər Viktor
Hüqonun «Kromvel» pyesində öz əksini tapıb. Onun məşhur romanlarından «Paris Notrdam kilsəsi», «Dəniz
əməksevərləri», «Gülən adam», «Səfillər» bəşəri əhəmiyyət kəsb etdi. Çünkü burada XIX əsrin ən kəskin sosial
problemləri əksini tapırdı. Yazıçının son romanı olan «Doxsan üçüncü il» Fransa inqilabına həsr edilir.
Romantizmdə demokratik cərəyanın görkəmli nümayəndəsi Jorj Sanddır (əsil adı Avrora Dyüdevandır,
1804- 1876). Onun əsərlərinin əsas motivi sosial məsələlərdir. «İndiana», «Valentina», «Leliya», «Jak» adlı
romanlarında qadının ailə və cəmiyyətdəki vəziyyəti ilə əlaqədar problemlərə toxunulur. Onun bir çox əsərləri
tərcümeyi – hal məzmunludur.
Yazıçı qadının ən əhəmiyyətli romanları «Konsuelo» və «Oras»dır. «Konsuelo» əsərində sinfi cəmiyyətdə
incəsənətin problem və taleyindən danışılır, «Oras»da isə, burjua fərdiyyətçiliyinin tipi ifşa edilir.
Musiqi. Musiqidə romantizm cərəyanı çox nadir istedadlarla üzləşdi. Almaniyada romantizm estetikasının
görkəmli nümayəndəsi, musiqi tənqidçisi, bəstəkar Robert Şuman (1810-1856) idi. Onun proqramlı fortepiano
silsilələrinə «Kəpənəklər», «Karnaval», «Fantastik pyeslər» daxildir.
Almaniyada romantik operanın ilk nümayəndəsi E.T.A. Hofman («Undina» operası) və K.M. Veber
(1786-1826) idi. K.M. Veber alman milli opera sənəti uğrunda mübarizə apararaq bu xalqın azadlığı və ölkənin
birləşməsini əsərlərində təcəssüm etdirirdi. Onun əsərlərində alman romantik operasının əsas cərəyanları
müəyyən edildi: xəlqi-əfsanəvi və nağıl opera («Azad atıcı», «Oberon»), orta əsr cəngavərlik sujeti əsasında
yazılmış operalar («Evrianta»).
Digər romantik opera müəlliflərindən R. Şuman, F. Flotov, O. Nikolainin adlarını çəkə bilərik. Bunların
içərisində görkəmli alman bəstəkarı, drijor, musiqişünas, opera islahatçısı Rixard Vaqnerin (1813-1883) adını
xüsusilə çəkmək lazımdır. Onun ən məşhur əsərləri aşağıdakılardır: «Uçan hollandlı», «Tanqeyzer»,
«Loenqrin», «Tristan və İzolda», «Parsifal» misteryası və s. Vaqnerin yaradıcılığı musiqi ifadəliliyi,
dramaturgiyası baxımından dünya opera sənətini zənginləşdirmişdir. Onun operaları vokal- simfonik cəhətinə
görə opera tarixində analoqu olmayan nəhəng səhnə əsərləridir.
Fransanın musiqi sənətinə romantik cərəyanın nümayəndəsi bəstəkar və dirijor Hektor Berlioz (1803-
1869) hesab edilir. Bu bəstəkara bir sıra gözəl əsərlər məxsusdur. «Fantastik simfoniya», «Triumfal- matəm
simfoniyası», «Romeo və cülyetta» dramatik simfoniyası və s. Yaradıcılığının son mərhələsində yaradılan
«Beatriçe və Benedikt» (Şekspirin «Heç nədən hay-küy» əsərinin sujeti əsasında) komik opera kimi əhəmiyyət
kəsb edir.
Fransız komik operasının digər nümayəndəsi D.F. Ober (1782-1871) hesab edilir. Dramaturq E. Skriblə
birgə Ober komik operanın macəra sujeti əsasında yaradılmasının əsasını qoydu. Oberin musiqisi məlahəti, incə
melodikliyi, canlılığı və forma rəngarəngliyi ilə fərqlənirdi. O, 36 operanın müəllifidir. Bu musiqiçi, həm də
«böyük opera» janrının (qrand-opera) yaradıcılarından hesab edilir. Tarixi sujetə malik olan «Fenella» opera-
sında ideya xalq mahnıları, rəqsləri, musiqisi vasitəsilə açılır. Onun yaradıcılığı sonralar qəhrəmanlıq və
romantik opera canrlarının sonrakı inkişafına kömək edir.
Böyük opera janrının inkişafında c. Meyerber (1791-1864) əsərlərinin də rolu böyük olmuşdur. O,
pianoçu, dirijor və bəstəkardır. Onun «Peyğəmbər», «Dinora», «Afrikalı qadın» adlı operalarında lirizm cizgiləri
özünü göstərməkdə idi.
İtaliya musiqi sənətində XIX əsrin I yarısı məhsuldar bir dövrdür. c. Rossini (1792-1868) «Tankred»,
«İtalyan qadın Əlcəzairdə» kimi ilk opera əsərlərində opera sənətində islahatlar aparmağa çalışmışdır. O, «opera
seria» ( italyanca ciddi opera deməkdir) və opera – buffanı (komik opera) inkişaf etdirərək onları bədii
ifadəlilik, realist məzmun və satirik elementlərlə zənginləşdirdi.
Rossini Volter, Şekspir, V. Skott, Bomarşenin əsərlərinə müraciət edirdi. Bəstəkar operanın bütün
formalarını – ariya, ansambl, reçitaiv və s. inkişaf etdirdi. Orkest partiyası zənginləşdi. Onun dünya miqyasında
tanınan məşhur əsəri «Sevilya bərbəri» operasıdır.
XIX əsr İtalyan musiqi sənətinin romantik cərəyanı V. Bellinin və Q. Donisetti yaradıcılığı təşkil edirdi.
Onlar c. Rossinin ardıcılları idi. V. Bellininin (1801-1835) ən yaxşı əsəri ölkəsinin azadlığı arzusu ilə yazdığı
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
306
«Norma» operası və siyasi məna kəsb edən «Puritanlılar» operası idi. Bellininin əsərləri dərin lirizmi, ehtirası,
ifa tərzi ilə seçilir. O, XVII əsrə xas xüsusi vokal üslub olan belkantonu inkişaf etdirmişdir.
Q.Donisetti (1797-1848) də bir sıra operaların müəllifidir. Onun əsərlərinə «Lyuçiya di Lammermur»,
«Don Paskuale», «Favorit qadın», «Polk qızı», «Şamundlu Linda», «Sevgi içkisi» və s. aiddir. Bu əsərlər parlaq,
teatral və orijinal ifa tərzilə zəngindir. Onun operaları V. Hüqo, V. Skott, C.Bayronun əsərlərinin sujeti əsasında
yaradılmışdır.
Romantizm ideyaları macar bəstəkar və pianoçusu, dirijor Ferents Listin (1811-1886) yaradıcılığında da
təzahür edir. O, «Faust- simfoniya», 13 proqramlı simfonik poema, 19 rapsodiya, etüd, vals və s. əsərlərin
müəllifidir.
Romantizmin digər nümayəndəsi polyak bəstəkar və pianoçusu F. Şopendir (1810-1849). O, iki konsert,
üç sonata, dörd ballada, etüd, vals və d. musiqi əsərləri yaratmışdır.
Təsviri sənət. Romantizm tendensiyaları özünü rəngkarlıqda da göstərməkdə idi. Fransız rəngkarlığında
romantizmin ilk nümayəndəsi Teodor Jeriko (1791-1824) idi. Onun ən məşhur əsəri «Meduza qayığı» hesab
edilir ki, bu əsərdə okeanda batan gəminin təsviri əks olunur. Bu rəsm əsəri rəngkarlıqda romantizmin manifesti
hesab edilir. O, işıq-kölgə ziddiyyətlərinin intensivliyinə, sürətli ritmə xüsusi yer verirdi.
Ömrünün axırlarında o, realist ustalıqla ruhi xəstə portretləri, məişət səhnələri, peyzajlar («Derbi
Epsomda») yaratdı. T. Jerikonun yaradıcılığı XIX əsrin ortalarında digər realist rəssamların fəaliyyətinə
əhəmiyyətli tərzdə təsir göstərdi.
Romantizmin digər rəngkar rəssamı Ejen Delakrua (1797-1868) hesab edilir. Onun əsərlərinin çoxu
Bayron poeziyasının motivlərinə həsr olunmuşdur. Ən məşhur əsəri «Azadlıq» tablosudur. Əsər 1830- cu il
inqilabına həsr edilmişdir. Onun Şərq, tarixi, klassik və müasir ədəbi mövzulara həsr olunmuş əsərlərinə güclü
təxəyyül hakimlik edir. «Əlcəzair qadınları», «Konstantinopolun xaçpərəstlər tərəfindən alınması» əsərləri
belələrindəndir. Delakrua, həm də Yeni dövr tarixi rəngkarlığının əsasını qoyanlardandır.
Romantik məktəbin nümayəndələrindən biri də böyük karikaturaçı rəssam – qrafik Onore Domye (1808-
1879) hesab edilir. O, incəsənətə litoqrafiyanı (çap üsulu) tətbiq edərək bir sıra məşhur əsərlərin müəllifidir:
«Transnopen küçəsi», «Mətbuat azadlığının müdafiəsində duran nəşrçi» və s. O, akvareldə də mü-vəffəqiyyətlə
işləyən rəssamlardandır: «Burlak», «III dərəcəli vaqon», «Paltaryuyan qadın», «Üsyan» və s. əsərlərində aşağı
təbəqə nümayəndələrinin ağır və məşəqqətli həyat şəraitini təsvir edir.
Memarlıq. XIX əsr memarlığında romantizmin xüsusi məktəbləri yaranmasa da o özünü, İngiltərədə
sənaye arxitekturasında biruzə verməyə başladı. 30-40–cı illərdə tikilən vağzal, körpülər, zavodlar bunu sübut
edirdi. Şəhərlərin sürətlə artımı və inkişafı köhnə küçə və kvartalların yenidən planlaşdırılması və tikilməsinə
zəruri təkan oldu. Memarlıqda neoqotik üslub formalaşdı. XIX əsrin ortalarında memar Ç. Berri və O. Pyucini
tərəfindən məşhur London Parlament ansamblı tikildi. Bu ansambla orta əsrlərə aid olan VII Henrixin kapellası
da daxil edildi. 1861- ci ildə Londonda digər bina – Büllur saray adlanan romantik tikili yaradıldı (Ümumdünya
sərgisinin baş pavilyonu). Onun layihəsinin müəllifi bağban c. Pakston idi. 1936- cı ildə saray yanğın
nəticəsində məhv oldu.
Teatr. Fransada mütərəqqi romantik teatrın təşəkkülü Stal, Stendal, Hüqo, Merime kimi yazıçıların
yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərdi. Dramaturgiyanın zirvəsində Hüqonun dramları dururdu. Bu
əsərlərdə ehtiraslı humanizm, sadə insanların dərdinə şərik olma, tarixi həqiqətə cəhd, yüksək poetiklik kimi
mütərəqqi romantizm əlamətləri aydınca hiss edilməkdə idi. Onun ən yaxşı pyesləri «Marion de Lorm»,
«Ernani», «Mariya Tyüdor», «Ryün Blaz» və s. – dir. Teatrda müvəffəqiyyət əldə etmiş aktyorlar Frederik
Lemetr, Pyer Bokaj və Eliza Raşel idi.
İngiltərədə ən məşhur aktyor E. Kin hesab edilirdi.
Almaniyada XIX əsrin I rübündə teatr romantik zəmində inkişaf edirdi. Romantik yazıçılar A. V. və F.
Şleqellər, L. Tik, Q. Kleyest, Hofman hesab edilirdi. Onlar teatr sənətinin sintetik xüsusiyyətini təsdiqləyərək bu
sənətdə üslubçuluğu, məişətçiliyi tənqid edirdilər. Onlar daxili həqiqət, temperament əsasında yaradan aktyorları
alqışlayırdılar. Həmin dövrün ən məşhur aktyorları İ. Flekk və L. Devriyent hesab edilirdi.
Balet. Romantizm özünün parlaq təcəssümünü baletdə də tapmışdı. Romantik balet Fransada XIX əsrin II
yarısında təcəssüm taparaq tezliklə bütün Avropada məşhur oldu. Tullanma texnikası və dırnaq üzərində
dayanma (puant) texnikası təşəkkül tapdı.
Puant rəqsini ilk dəfə italyan rəqqası Mariya Talyoni (1804-1884) tətbiq edib və bir çox surətlər yaradıb.
Romantik balet ansambl rəqsləri üçün əsas oldu. Bu özünü 1841- ci ildə Parisdə qoyulmuş «Cizel»
baletində (bəstəkar A. Adan) göstərdi. Baletmeysterlər c. Perro və c. Koralli idi.
1848-ci il Fransa inqilabından sonra romantizmdə böhran hiss olunmağa başladı. Böhran özünü xalis
sənət problemləri ilə məşğul olan sənətkarların ictimai həyatdan uzaqlaşmasında təzahür edirdi. Burjua
nümayəndələrini şəxsi mənfəət maraqlandırır, tamaşaçı isə incəsənətə yalnız əyləncə forması kimi yanaşırdı.
Bundan irəli gələrək bədii mədəniyyətdə digər üslublar yer tutmağa başlayır. Realizm bunlardan biridir. XIX
əsrdə romantizmdə olduğu kimi burjua cəmiyyətindən narazılıq edən tənqidi realizm yarandı. Lakin
romantiklərdən fərqli olaraq realizm nümayəndələri bu cəmiyyəti tənqid edirdilər. Realizm məfhumu ilk dəfə
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
307
XIX əsrin ortalarına aid bədii əsərlərə tətbiq edilmişdir. O zaman fransız ədəbi tənqidçisi Jan Şanfler romantizm
və simvolizmə əks olan estetikanı səciyyələndirmək üçün bundan istifadə etmişdi. Geniş mənada bu söz bədii
mədəniyyətin ən aparıcı estetik mənbələrindən biridir. «İntibah realizmi», «maarifçilik realizmi» ifadələri də
bununla bağlı idi. Lakin XIX əsrin 30-cu illərində realist sənət, həyatı olduğu kimi təsvir etmək cəhdindən irəli
gələn «tənqidi realizm» adını aldı.
Realizm reallığın düzgün, obyektiv və dərindən əks etdirilməsi vəzifəsini irəli sürdü. Bu mövqe olanın,
mövcudluğun sadəcə olaraq əks etdirilməsi demək deyildi. Realizm yaradıcı metodu hadisələrin hərtərəfli
təhlili, hadisə və faktların mahiyyətinə dərindən müdaxiləni, onların tipikləşdirilməsi, seçilməsi və
qiymətləndirilməsini nəzərdə tuturdu. Buna görə də realizmin nümayəndələri maksimal obyektivliyin, konkret
tarixi reallıqların inikasının tərəfində idi. Bu istiqamətin nümayəndələri bədii mədəniyyətə, insanın mahiyyətinə
daha sayıq, sərt, analitik nəzərlərlə yanaşmanı gətirdilər. Romantizmə və sentimentalizmə xas olan mənəvi və
zahiri aləmin bu və ya digər təzahürlərinin ideallaşdırılmasına üstünlük verdilər.
XIX əsrdə bədii mədəniyyətin inkişafında realizmin başlıca xidməti sosial mühitdən asılı olan şəxsiyyətin
taleyinin daha dərindən tətbiqinə təsviri və musiqi sənətindən fərqli olaraq ədəbiyyatda daha çox üstünlük
vermək idi. Ədəbiyyatda O. Balzak, Q. Flober, rəngkarlıqda O. Domye, Q. Kurbe, barbizonlar realizmi inkişaf
etdirənlər idi.
Realizm. XIX əsrin 30-40-cı illərində ictimai münasibətlərdəki dəyişikliklər dünyanın təcəssümünün yeni
konsepsiyası ilə realizm tipinin yaranmasında özünü göstərdi. Həmin yüzilliyin ortalarında bu cərəyan Avropa
mədəniyyətində hakim mövqe tutdu. Fransa və İngiltərədə təşəkkül taparaq realizm, sonralar digər Avropa
ölkələrini əhatə etməyə başladı. Realist sənətçilər humanizm və sosial ədalətçilik ideyaları ilə çıxış edirdilər.
Ədəbiyyat. Fransa realist poeziyasının görkəmli nümayəndəsi Pyer Jan de Beranje (1780- 1857) hesab
edilir. Onun siyasi şer və mahnıları demokratizm və canlı milli yumor ilə zəngindir. «Kral İveto» mahnısında
Napoleonun hərbi avantyurası tənqid olunur.
Tənqidi realizmin ən parlaq nümayəndəsi Stendal (Anri Beyl 1783-1842) hesab edilir. Onun əsərlərində
fəal, güclü xarakterli insanlar təcəssüm olunur. Ən məşhur romanı «Qırmızı və qara»dır (1830). Əsərin
qəhrəmanı Jülyen Sorel Napoleon dövrünün ehtiraslı pərəstişkarı olub, ülvi hisslərlə dolu ruhu ilə ətalətdə olan
ictimai mühitə qalib gəlməyə cəhd göstərən şəxsiyyətdir. Onun «Parm monastırı» romanında zəkalı, istedadlı,
dərin ruhlu insanların faciəsinə gətirib çıxaran irtica dövrü tənqid olunur.
Qərbi Avropa realizminin zirvəsi Onere de Balzak (1799-1850) hesab edilir. Onun ən məşhur əsəri –
«Bəşəri komediya» adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün
gücünü sərf edərək 90 roman və novvela yazdı. Bu epopeyaya «Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio
ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və d. romanlar daxildir.
Realizm dövrünün novella ustadı Prosper Merime (1803-1870) hesab edilir. Bu novellalarda güclü və
parlaq xarakterli, orijinal naturalar, yüksək hisslərə xas insanlar təcəssüm olunur. Bunlara «Karmen» (Bizenin
operası bu novella əsasında yazılmışdır), «Kolomba», «Falkone» aiddir. Mermme həm də pyeslər müəllifidir.
Onun «Jakeriya» adlı pyes – xronikasında XVI əsrdəki kəndli hərəkatı təsvir edilir. Onun yeganə böyük romanı
«IX Karl dövrünün xronikası» adlı əsəridir. Bu əsərdə o, Varfolomey gecəsinin hadisələrinin, katoliklərlə
protestantların mübarizəsinin bədii təsvirini verir.
Realizmdə yeni mərhələnin görkəmli nümayən-dələrindən biri Qustav Flober (1821-1880) hesab edilir.
Şairin sosial təbəqələrə münasibəti ziddiyyətlidir: o, ömrü boyu burjuaziyaya nifrət bəsləmiş, xalq kütlələrinə
kinayə ilə yanaşmış, siyasi fəaliyyəti isə, mənasız hesab etmişdi. Onun məşhur əsəri «Madam Bovari» adlı
romanıdır. Əsərin mərkəzində burjua mühütünə məxsus qadın obrazı durur. Yazıçının «Hisslərin tərbiyəsi» adlı
romanında Paris və onun əyalətlərinin adətləri, burjuaziyanın miskin əxlaqı təsvir olunur, gənclərin mənəvi
düşkünlüyü, ətaləti tənqid edilir. Onun tarixi sujetlər əsasında yazılan «Salambo», «İrodiada» və d. əsərlərində
ayrı- ayrı dövrlərin elmi əsaslarla bədii təcəssümü verilib.
Realizmin digər nümayəndəsi Gi de Mopassandır (1850 - 1893). Onun ən gözəl əsərləri «Həyat», «Əziz
dost», «Mont - Oriol», «Pyer və Jan» adlı romanlarıdır. O, novella və hekayələr ustadı kimi də tanınır.
İngiltərə. Realist nəslin görkəmli nümayəndəsi Şotland yazıçısı Valter Skott hesab edilir. Onun
«Veverley», «Rob Roy», «Ayvenqo», «Kventin Dorvard» adlı əsərlərində orta əsrlərin İngiltərə və Fransa həyatı
təsvir olunursa, «Puritanlar» və «Monroza haqqında əfsanə» adlı romanlarında XVII – XVIII əsrlərdə
İngiltərədəki sinfi mübarizə qələmə alınıb.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens (1812 - 1870) ingilis
ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. Onun
yaradıcılığının ilkin dövrünə aid olan «Pikkviks klubunun qeydləri» adlı əsərində patriarxal İngiltərə təsvir
olunur. «Oliver Tvistin macəraları» adlı romanında yoxsulların həyatını təsvir edərək şəxsi səadət naminə öz
qəhrəmanını maneələrin dəf olunmasına çağırır.
Realist İngilis ədəbiyyatının digər nümayəndələrindən Vilyam Tekkerey (1811-1863), Con Qolsuorsi
(1867-1933), corc Bernard Şou (1856-1950), Herbert corc Uells (1866-1946) və b. adlarını da çəkmək olar.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
308
Skandinaviya ölkələri. Bu ölkələrin nümayəndələri dünya realist ədəbiyyatının inkişafına güclü təsir edən
yazıçı və şairlərdir. Xüsusilə, Norveç yazıçıları Henrix İbsen (1828-1906), Byernstyern Martinius Byernson
(1832- 1910), Knut Qamsun (1859- 1952) və b. adlırını çəkmək olar. B. İbsenin «Gəlincik evi», «Kabus»,
«Xalq düşməni» adlı əsərləri burjua əxlaqının ikiüzlülüyünə qarşı şəxsiyyət azadlığının təntənəsinə çağırır.
K. Qamsun psixoloji romanlar olan «Aclıq», «Misteriya», «Viktoriya» əsərlərində burjua mühitini güclü
tənqid edir.
Təsviri sənət. İncəsənətin bu növündə realizm özünü insanın ictimai xarakterinin təntənəsində təcəssüm
etdirir. Fransa rəngkarlığında bu özünü, xüsusilə, c. F. Millenin (1814- 1875) yaradıcılığında büruzə verir. Onun
rəsmlərində fransa kəndlilərinin həyatı realistcəsinə təsvir olunub. Əsərlərindən «Taxıl yığanlar», «Ancelyus»
və s. adlarını çəkmək olar.
Q. Kurbe öz «realizmini» rəngkarlığa tətbiq edir. «Toxucular», «Daş yonanlar», «Ornanedə dəfn»,
«Şopenin portreti» əsərlərinin müəllifidir.
Mille və Kurbe impressionizmin sələfləri oldu.
Edvard Mane (1832-1883) öz rəsmlərini Paris həyatına həsr edib. Xüsusilə «Emalatxanada nahar»,
«Mütaliə», «Qayıqda», «Nana» adlı əsərlərində o vaxtkı Fransa həyatı çılpaqlığı ilə və aydın obrazlarla təsvir
edilmişdir.
Bu dövrün rəngkarlığından danışarkən ispan rəssamı Fransisko Qoyya (1746-1828) yaradıcılığına xüsusi
diqqət yetirmək lazımdır. O, ideyaca xalq kütlələrinin tərəfində dayanan və Napoleon müdaxiləsinə amansız
yanaşan rəssamlardan idi. İspan xalqını tərənnüm edən «Dəmirçixana», «Dolçalı qız» rəsmlərini real səhnələr
əsasında yaratmışdır. F.Qoyya «IV Karlın ailəsi» adlı tablosunda hakimiyyətə qarşı olan kinayəsini çox həyati
şəkildə təsvir edə bilmişdir. Onun «Sarı şərfli qadın», «Çılpaq maxa», «Geyimli maxa» adlı əsərlərində ispan
xalqının gözəlliyini, sağlamlığını və mənəvi gücünü tərənnüm etmişdir.
Teatr. Realizmlə yanaşı Fransız teatr sənətində tənqidi realizm də təcəssümünü tapmışdır. Teatrda bu
cərəyanı öz ifaları ilə möhtəşəm edən aktyorlar yetişmişdir ki, bunlardan Frederik Lemetr, Eliza Raşelin, Sara
Bernarın adlarını çəkmək olar.
İtaliya səhnəsinin aktyorlarından faciə ustadları E.Rossi, T. Salvini, A. Ristori ən məşhurları idi.
Musiqi. XIX əsrdə teatr sənətinin ən demokratik və kütləvi janrı opera idi. Bu dövr İtaliyan realist opera
sənətinin zirvəsi c. Verdi («Ernani», «Makbet», «Riqoletto», «Traviata», «Aida», «Trubadur», «Otello» və s.)
idi. Puççini («çio-çio-san», «Bohema», «Toska») də bu dövrün məşhur bəstəkarıdır.
Fransada lirik opera geniş yayılır (Ş. Quno- «Faust», «Romeo və cülyetta»). Fransada realist operanın
zirvəsi J. Bizenin «Karmen» operası idi. XIX əsrin ortalarında yeni janr –operettalar yarandı. Vətəni Fransa olan
operettanın baniləri Erve və Offenbax oldu.
Avstriyada Vyana saray operası 1869- cu ildə fəaliyyətə başladı. Zupper, İ. Ştraus, Milekker məşhur
bəstəkarlar idi.
İngiltərədə 1856- cı ildə Kral operası yarandı. Bəstəkarlardan A. Sallivanı, U. Gilberti göstərmək olar.
Balet. Müasir Avropa baletinin vətəni İtaliya hesab edilir. Bu sənəti yayan ən məşhur məbəd isə «La
Skala» teatrı idi. 1813-cü ildə bu teatrın nəzdində balet məktəbi yaradıldı. Bu yüzilliyin sonunda həmin
məktəbin yetişdirmələri K. Briantsa, P. Lenyani, V. Tsukki təkcə yüksək texnikaları ilə deyil, həm də dramatik
istedadları ilə seçilirdilər.
Bu dövrdə mövcud olan cərəyanlardan biri də klassisizm idi.
Klassisizm. Bədii üslub kimi klassisizm (latınca – klassikus nümunəvi) özünü hələ XVII əsrin Avropa
incəsənətində təzahür etdirmişdir. Onun ən başlıca əlamətləri antik sənətin prinsiplərinə qayıtmaqdır:
rasionalizm, simmetriya, təmayülçülük, məzmun və formanın vəhdətinə ciddi riayət. Fransada bu üslub
mütləqiyyətin qələbəsindən sonra möhkəmləndi.
Klassisizmə utopizmin əlamətləri xas idi. XIX əsrdə klassisizm akademizm ilə əvəz olundu.
Ədəbiyyat. Klassisizmin ədəbiyyat sahəsindəki nümayəndələrindən biri görkəmli İohain Volfaiq Göte
(1749 - 1832) yeni dövr alman ədəbiyyatının banisi hesab olunur. O, maarifçiliyin yeganə nümayəndəsidir ki,
XIX əsrdə əvvəlki dövr idealarının dəyişməsini müşahidə edə bilmişdir. Göte öz ədəbi fəaliyyətinə 70- ci illərdə
yazdığı romantik avtobioqrafik əsəri olan «Gən c Berterin iztirabları» adlı romanı ilə başlayıb. Onun qələminə,
həmçinin «Roma elegiyası» (1790) adlı əsəri də aiddir. Götenin «Ernani» (1788) adlı dramı isə antifeodal və
tiranlığa qarşı kəskin mübarizə ruhunda yazılmışdır. Göte yaradı cılığının zirvəsi onun 1808- ci ildə yazdığı
«Faust» fa ciəsidir. Bu əsərdə tək cə Almaniyadan deyil, bütün bəşəriyyətdən söhbət edərək həyat və şüurun ən
yüksək formalarından bəhs edilir. Əsərdə Faust tarixdə və həyatda özünün möv cudluğunun, məqsədlərinin
mənasını axtaran və bu yolda çox əzab-əziyyət çəkən tənha şəxsiyyətin timsalında əks etdirilir. Əsərdə orta
əsrlərin zülmətindən işıqlığa cəhd göstərən tərəqqipərvər qüvvələr tə cəssüm olunur.
XIX əsrin ilk illərində öz yaradı cılıq fəaliyyəti ilə tanınan digər görkəmli şəxsiyyət İohani Fridrix Şiller
(1750 - 1805) hesab edilir. O, maarifçilik dövrünün tanınmış alman şairi, dramaturqu və sənətşünası hesab
edilir. O da Göte kimi alman klassik ədəbiyyatının banilərindəndir. Şillerin Fransa inqilabına münasibəti heç də
birmənalı olmamışdır. Belə ki, o bu inqilabı alqışlamaqla yanaşı, inqilabçıların amansızlıq və terrorçuluğunu
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
309
tənqid edirdi. XIX əsrin əvvəllərində Şiller «Mariya Styüart», «Orleanlı qız» fa ciələrini, «Vilhelm Tell» xalq
dramını yazmışdır.
Fransa klassisizmi M. Şenyenin (1764 - 1811) dramları ilə tanınır. O, həm də himn və inqilabi
vətənpərvərlik fa ciəsi olan «Kay Qrakx»ın (1792) müəllifidir. Özünün «IX Karl və ya krallar üçün dərs» (1799)
pyesində M.Şenye respublikaçı və vətənpərvərləri tənqid edirdi. Şenye alleqorik məzmunlu pyeslər də qələmə
almışdır. Onun qardaşı Andre Şenye isə, inqilab dövründə Fransız lirikasının görkəmli nümayəndəsi hesab
edilir. O, antik sənətdə xeyirxahlıq və azadlığın tə cəssümünü, həmçinin hissi başlanığı cın təntənəsini görürdü.
Həyati məhəbbət və həyatdan alınan həzz elegiyalarda təcəssüm etdirilib. Onun «Yamblar» adlı siyasi odalar
silsiləsi də mövcuddur.
Təsviri incəsənət. XIX əsr dünya bədii sənətinin inkişafında Fransanın rəngkarlıq, heykəltəraşlıq və
qrafika sənəti xüsusi yer tutur. Rəngkarlıqda fransız klassisizminin görkəmli nümayəndəsi Jak Lui David (1748
- 1825) hesab edilir. Bu rəssam antik ideyaları dirçəldərək onu vətəndaşın səviyyəsi kimi təbliğ etmişdir.
"Horatsiyaların andı" adlı əsər rəssamın ən çox şöhrət tapmış əsərlərindəndir. Bu əsərdə üç qardaş olan
Horatsiyalar öz atalarından qılın cı alaraq and içir və şəhərin müdafiəsinə yollanırlar. Bu könüllülük hər üç
qardaş tərəfindən çağırış kimi səslənir. Onun digər məşhur əsərləri «Hektorun ölümünə ağlayan Andromaxa»,
«Maratın ölümü» və digərlərini göstərmək olar. Davidin portretlərində obrazların sosial mahiyyəti tə cəssüm
olunur ki, bu da insanın xarakteri və fəaliyyəti haqqında konkret məlumat verir. «Həkim A.Lerua», «Qara
şlyapalı qo ca» və başqaları belələrindəndir.
Davidin yetirməsi olan Jan Oqyust Enqr (1780 - 1867) gözəl kompozisiya, ciddi və in cə rəsm ustası hesab
edilirdi. O, fransız sənət tarixinə birin ci dərə cəli realist portretçi kimi daxil olmuşdu.
Heykəltəraşlıq. İn cəsənətin bu növündə klassisistlər tərəfindən az sayda əsər yaradılmışdı. Almaniyada bu
İ.Q. Şadovdur (1764 - 1850). O, monumental dekorativ əsərlərin, heykəl, portret büstlərinin müəllifidir.
İtalyan heykəltəraşı A. Kanova (1757 - 1822) papa III Klimentin qəbirüstü daşının, habelə «Amur və
Psixeya» mifolo ji heykəlinin müəllifidir.
Son klassisizmin nümayəndəsi B. Torvaldsenin (1768 - 1844) yaradı cılığına ciddi ahəngdarlıq, plastik
tamamlanma, soyuq təmkinlik və obrazların ideallaşması («Yanson») xüsusiyyətləri xasdır.
Teatr. Fransız mədəniyyətində teatr ən ön cül yerlərdən birini tutur. Bu teatrın tarixinə dünyanın tanınmış
aktyor və dramaturuqlarının adı daxildir. Fransız səhnəsində demək olar ki, bütün bədii cərəyanlar öz
təzahürünü tapmış, hətta ən kamil mərhələsinə qədəm qoymuşdur. Teatr işinin bir çox təşkilati formaları məhz
burada öz inkişafını tapmışdır, məsələn, kommersiya teatrı, teatr sahibkarlığı və s.
İnqilab dövründə həm dramaturgiya, həm də sənətdə kütlələrdə qəhrəmanlıq və vətənpərvərlik hissləri
oyadan inqilabi klassisizm kimi yeni üslub formalaşmışdır. Səhnələrdə klassik faciələr üstünlük təşkil edirdi.
İnqilab dövründə teatrda melodram, vodevil kimi janrlar yaranmağa başladı.
XVIII əsrin sonu – XIX əsrin əvvəllərində fransız teatrının ən görkəmli simalarından biri F.Talma (1763 -
1826) hesab edilirdi. O, inqilabi klassizmin məşhur aktyorlarından idi. Onun humanist inadkarlığı rəsmi sənət
prinsiplərini kölgədə qoyaraq ona yeni cöşqunluq, inqilabi ruh gətirdi. O, ilk dəfə klassik aktyor texnikasının
əsasını qoyaraq, əsil antik kostyum formasını səhnəyə gətirdi. Bununla da o, fransız teatrının romantizm yolu ilə
ikişafına təkan verdi.
Musiqi. Musiqi sahəsində klassisizm XVIII – XIX əsrlərdə yeni formalar əldə etdi ki, bu da Böyük
Fransız inqilabı ilə əlaqədar idi. Bu formalar kütləvi auditoriyaya aid olaraq inqilabi ideallara qulluq edirdi. Bu
üslubun bəstəkarları F.Qossek (1734 - 1829) və E. Megül (1763 - 1817) idi. Fransa inqilabı dövründə yaradılan
operaların bir çoxuna zülmlə mübarizə ideyası xas idi. Məsələn, Kerubininin «Ladoiska», «İki gün» operaları və
s.
Bu ideallar öz kulminasiyasını L. Bethovenin əsərlərində tapmışdır.
XIX əsrin sonunda Qərbi Avropa ölkələrinin mədəni həyatında yeni cərəyanların meydana gəlməsi
müşahidə olunur ki, bunlardan simvolizm, naturalizm, impressionizm, postimpressionizm başlıca yer tutur.
Qərbi Avropa mədəniyyətində bu tarixi mərhələdə təşəkkül tapmış istiqamətlərdən biri də simvolizm idi. Bu
istiqamət romantizmin əsas xəttini müdafiə edərək «sənət sənət üçündür!» prinsipinə uyğun xalis gözəllik, xalis
estetizm axtarışında idi. Öz manifestlərində simvolistlər özlərini burjua dünyasının qürubu, ölümünün nəğməkarları
adlandırırdılar. Onlar belə hesab edirdilər ki, nə düşüncə, nə də rasional məntiq «gizli reallıqlar», «əbədi gözəllik»
aləminə nüfuz edə bilməz, bunu yalnız yaradıcı təxəyyül, poetik intuisiyaya əsaslanan incəsənət həyata keçirə bilər.
XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranan simvolizm fransız ədəbiyyatında daha çox müşahidə
olunur: Pol Verlen (1844- 1896), Stefan Mallarme (1842- 1898), Artur Rembo (1854- 1891) və b.
Simvolizmin əsasını fransız şairləri Stefan Mallarme və Şarl Bodler qoymuşlar.
Bodler və onun ardıcıllarına görə müasir tarixi dövr Yer üzərində cəhənnəmi xatırladır və şər ümumbəşəri
miqyas alır. Bundan çıxış edərək simvolistlər rasionalizmin iki mühüm postulatını inkar edirdilər: insanın əzəli
xeyirxahlığına, ağıllı cəmiyyət qurmaq imkanlarının əminliyinə inamı. Simvolizm ədəbiyyat, rəngkarlıq,
musiqinin dilindən, onun bədii ifadə formalarından istifadəyə daha çox yer verirdi.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
310
Fransız poeziyasında simvolizm daha geniş və beynəlxalq səciyyə kəsb etdi və digər ədəbi janr və sənət
növlərində təzahür tapdı. Burada simvolizm sənəti intellektual məzmunda azad etməyə çalışır, hissləri daha çox
qabardırdı. Ona görə bu istiqamətin nümayəndələri insanın əqlinə, zəkasına deyil, onun intuisiyasına təsir
göstərməyə cəhd edir, onlarda xüsusi əhval-ruhiyyə oyatmağa çalışırdı. Simvolistlər fəaliyyətlərini
romantiklərdən fərqli olaraq dünyanı nizama salan, onu təşkil edən naməlum substansiyanın üzə çıxarılmasına
yönəlmişlər. Onların fikrincə simvollar formasında görünən aləmin ümumi mənasını ifadə etmək və bununla da
sonsuzluğa nail olmaq mümkündür.
Almaniyada simvolizm özünü Stefan Georq (1868- 1933), Avstriyada – Hüqo Hofmanstal (1874- 1923),
Rayner Mariya Rilke (1875- 1926), Belçikada – Moris Meterlink (1862- 1949), J. Rodenbax (1855-1898)
yaradıcılığında təcəssüm etdirmişdir. Onlardan M. Materlink 1911- ci ildə Nobel mükafatı laureatına layiq
görülmüşdür.
Naturalizm. Bu cərəyanın Fransa ədəbiyyatında nümayəndələri Emil Zolya (1840- 1902), Qonkur
qardaşları (1830- 1876) hesab edilir.
Alman ədəbiyyatında Arno Hols (1863- 1929), Herhart Hauptman (1862- 1946), Belçikada Kamil
Lemonye (1844-1919) hesab edilir.
XIX əsrdə Qərbi Avropa mədəniyyətində təşəkkül taparaq formalaşan istiqamətlərdən biri də
impressionizm idi. Fransız sözündən götürülən impressionizm (impression – təəssürat) bədii üslub kimi ilk dəfə
rəssam Klod Monenin (1810-1926) «Təəssürat. Günəşin çıxması» adlı rəsmindən əldə edilən təəssürat
nəticəsində yarandı (1874-cü ildə sərgi salonunda). Rəsmi akademik sənətin bədii ideyalarına müxalif olan bir
sıra müstəqil rəssam təsadüfən bu ad altında bir qrupda birləşdi. Bu bədii üslub 12 illik bir tarix yaşadı: I sərgi
1874-cü ildə, sonuncusu isə, 1886-cı ildə təşkil olundu. İmpressionizmin təşəkkülü ilə, xüsusilə, rəngkarlıqda
yeni bir mərhələ başladı. Bu üslubun nümayəndələri sənətdə dönüş yaradaraq rəngkarlıq janrlarındakı köhnə
iyerarxiyanı dağıtdılar. Onlar belə bir fikri qəti surətdə iddia edirdilər ki, rəsmin mövqe və süjeti görülənlərdən
əldə olunan təəssüratlardan ibarət olmalıdır. Ona görə impressionistlər ətraf aləmin hadisələrinə əhəmiyyət
verərək onlardan əldə etdikləri təəssürata başlıca diqqət verir, natura ilə canlı ünsiyyəti hər şeydən vacib hesab
edirdilər. Daha çox açıq havada çəkməyə üstünlük verən impressionistlər təbiətin ani vəziyyət və halını ifadə
etməyə cəhd göstərirdilər. Ani, təsadüfi təəssüratın estetik dəyərini qabartmaqdan daha çox naturalist təfəkkürə
üstünlük verən bu istiqamətin nümayəndələri predmetin məkan-zaman məna əlaqələrinin abstrakt formada
ifadəsinə başlıca yer verirdilər. Bu üslubun ən görkəmli sənətkarları K. Mone ilə yanaşı, Kamil Pissarro, Eduard
Mane, Edqar Deqa, Oqjust Renuardır.
Heykəltaraşlardan O. Roden («Mütəfəkkir») məşhur idi. Musiqidə bu cərəyanın banisi K. Debüsi,
davamçısı M. Ravel olub.
1880-ci illərin ortalarında Fransız bədii mədəniyyətinin inkişafında dönüş yarandı. İmpressionizm böhran
keçirtməyə başlayır, bu isə iki yeni cərəyanın – neoimpressionizm və postimpressionizmin təşəkkülü ilə izah
edilir. Neoimpressionizmin nümayəndəsi Jorj Sera və Polem Sinyak hesab edilirdi. Onlar özlərini «elmi
impressionistlər» adlandırırdılar. Özlərini belə adlandırmasının başlıca səbəbi elmin rəng haqqında yenilikləri
ilə bağlı idi. Bədii və estetik cəhətlərə görə bu cərəyan o qədər də maraq doğurmurdu. Bunun əksinə olaraq,
postmodernizm isə, bədiiliyinə görə daha məhsuldar və maraqlı hadisəyə çevrildi. Bu cərəyanın nümayəndələri
Pol Sezann, Vinsent Van Qoq, Pol Qogen hesab edilirdi. Bu rəngkarlar yaradıcılıqlarının əvvələrində impres-
sionist kimi fəaliyyət göstərmiş, lakin sonra isə, yeni üslub axtarışında olmuşlar. Bu rəssamların fəaliyyətinin
fərqləndirici xüsusiyyəti vahid estetik konsepsiyanın olmaması ilə izah edilirdi.
Yüzilliyin sonlarında estetizmin paradoksal variantı olan dekadans təşəkkül tapmağa başlayır. Bu
istiqamətin nümayəndələri insan gözəlliyi və onun bütün dəyərlərini mənəviyyatsız, mənasız hallar kimi qəbul
edir, ideal ahəngdarlığı, harmoniyanın dağılması prosesini mücərrədləşdirirdilər. Onların bədii təfəkkürünün
başlıca anlayışlarını eybəcərlik təşkil edirdi. «Dekadans» anlayışı ilk dəfə fransız simvolisti P. Verlenin
sonetində tətbiq edilmişdi.
XIX əsrin bədii mədəniyyətinə həmin dövrdə elmi-texniki tərəqqidəki ilkin nəticələrin əldə olunması və
bunların sənətin bütün sahələrində öz təzahürünü tapması güclü təsir göstərdi.
Dostları ilə paylaş: |