Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə42/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

 
2.4.6. Rus mədəniyyəti tarixindən 
 
Dünyanın  ən qədim mədəniyyətlərindən biri olan rus mədəniyyətinin konkret olaraq hansı tarixdən və 
hansı sosial-ictimai proseslə  əlaqədar təşəkkül tapdığı  məlum deyil. Bir həqiqət inkaredilməzdir ki, rus 
mədəniyyətinin əsasında qədim slavyan mədəniyyəti durur. Bu gün ruslar və digər rus mənşəli xalqlar qədim 
slavyan mədəniyyəti ənənələrinə sadiq qalır, onun mütərəqqi keyfiyyətlərindən istifadə edirlər.  
İbtidaidən aliyə doğru tədrici inkişaf keçmiş rus mədəniyyətinin  ən qədim qalıqlarının  əsasında  şərq 
slavyanlarının bütpərəst mədəniyyəti durur. Bu xalqlar müxtəlif region və  ərazilərdə yaşasalar da, müxtəlif 
həyat normalarına, məişət tərzinə malik olsalar da, hətta orjinal xüsusiyyətləri ilə fərqlənsələr də tarixi kökləri 
eynidir. 
İlk xaç suyuna çəkilmə  mərasimlərinin keçirilməsi, bütpərəstlik  şəraitinə  tədriclə son qoyulması, 
xristianlığın qəbulu, slavyan adət və  ənənələrinin mənimsənilməsi rus mədəniyyətinin formalaşmasında  əsaslı 
addım idi. Lakin Rusiyada xristianlığın üstünlüyü şəraitində iki müxtəlif istiqamətli dini təmayüllər müəyyən 
müddət paralel fəaliyyət göstərə bilmişdi. Bütpərəstlik aşağı təbəqəyə mənsub olan rus əhalisində daha çox hiss 
olunurdu. Rusiyada ikitəriqətliyin mənəvi bazası yox idi. Ona görə də daha çox nüfuza malik olan xristianlıq öz 
üstünlüyünü sübut edə bildi. Xristianlığın daha sürətlə yayılmasında xristian kilsəsi mühüm rol oynadı. 
Xristianlığın qəbulu rus mədəni həyatında mühüm hadisə idi. Artıq xalqın öz ədəbiyyatı, öz dilində  və 
əlifbasında yazılmış dini və dünyəvi kəlamları mövcud idi. Onlar bütün istiqamətlərdə dini baxışlarla 
əlaqələndirildi. Ölkənin hər yerində xristian ibadətgahları, kilsələr tikildi. Bu mühüm işə ən mahir sənətkarlar 
cəlb olundu. Rəssamlar kilsələrin çöl və iç bəzəyini ən yüksək zövqlə tərtib etməyə borclu idilər. Xristianlığın 
qəbulundan sonra rus mədəniyyətinin inkişafında yeni mərhələ başlayır. Kiyev, Moskva, Petroqrad və digər 
şəhərlər sürətlə inkişaf edir. Hər yerdə yeni mədəniyyət mərkəzləri yaranır, təsviri sənət, ağac və daş memarlığı 
sürətlə inkişaf edir. Mədəniyyətin bütün sahələrində əsaslı dirçəliş hiss olunur. 
Rus mədəniyyəti tarixində və onun inkişafında bir çox görkəmli şəxsiyyətlərin rolu danılmazdır. Onlardan 
biri də I Pyotrdur. I Pyotrun Rusiyanı dünya miqyasında  şöhrətləndirə bilən xidmətləri olmuşdur. Rusiyada 
"Pyotr islahatları" elmi konsepsiyası da meydana gəlmişdir. Milli sənaye müəssisələrinin yaradılamsı, qərb 
ölkələrinə giriş yolunun açılması, bu əsasda "Pyotr Avropaya pəncərə açdı" zərb məsəlinin meydana gəlməsi, 
Qərb dünyası ilə Rusiyanın ticarət  əlaqələrinin genişlənməsi, ölkənin sərhədlərini qoruya biləcək güclü dəniz 
donanmasının yaradılması, ölkədə aramsız olaraq baş verən kəndli üsyanlarının qarşısının alınması, ordunun və 
ölkənin müdafiə sisteminin möhkəmləndirilməsi, ölkədə  mənəvi mədəniyyətin hərtərəfli inkişafına  şərait 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
296
yaradılması, savadsız xalqı cəhalət yuxusundan oyatmaq və bir çox mütərəqqi tədbirlər məhz böyük islahatçının 
bəşəri xidmətləri idi. Pyotrun həyata keçirdiyi saysız-hesabsız tədbirlər o vaxtki həyatın bütün sahələrinə sirayət 
edirdi. Kilsə, məişət və bütün mədəniyyət sahələri də ciddi islahata uğramışdı. Mədəniyyət və məişət sahəsində 
islahatlar dünyəvi elmlərin, maarif və təhsil sisteminin avropasayağı qurulmasına yönəldilmişdi. Ölkədə savadlı, 
dərin bilikli kadrlara ehtiyac olduğundan dünyəvi məktəblər açılmağa başladı, təhsil dünyəvi xarakter aldı. Kilsə 
dərslikləri sıradan çıxarıldı, onları yeni elmi biliklər verən dərsliklər  əvəz etdi. Elm və  təhsilin 
dünyəviləşdirilməsi ilə əlaqədar kitab və elmi ədəbiyyat nəşri qaydaya salındı, Peterburqda və Moskvada yeni 
mətbəələr yaradıldı. Rus mədəni həyatında inkişaf etmiş Avropa ölkələrinin qabaqcıl təcrübəsi geniş  təbliğ 
olunmağa başladı. Yaradıcı elm və mədəniyyət adamlarının xaricdə təhsil almağa göndərilməsi elmdə, təhsildə 
və mədəniyyətin müxtəlif sahələrində dünya təcrübəsinin öyrənilməsinə səbəb oldu. Peşəkarlığını artırmaq üçün 
xaricə göndərilən rəssamlar, memarlar və digər sənət adamları iki-üç il müddətinə xüsusi təqaüdlə  təmin 
olunurdular. 
O dövrdə xaricdə təhsil almış onlarla istedadlı ziyalı Rusiyanın mədəni həyatında çox mühüm rol oynadı. 
Onlar rus mədəni mühitinə yeni əhval-ruhiyyə  gətirdilər. Mədəniyyətlə  əlaqədar xaricdən dəvət olunmuş 
görkəmli mütəxəssislərin təqdirəlayiq xidməti oldu. Onlar xüsusilə milli incəsənətin inkişafına  əsaslı  təsir 
göstərirdilər. O vaxtki rus hakimiyyəti dövründə Pyotrun xüsusi əhəmiyyət verdiyi memarlıq, təsviri sənət, 
gəmiqayırma, şəhərsalma və digər sahələr xüsusi sürətlə inkişaf edirdi. Rus mədəniyyətinin dirçəlişi təkcə qeyd 
olunan sahələrlə  məhdudlaşmırdı. Döyüş  səhnələrini  əks etdirən  əsərlər, dekorativ sənət nümunələri, portret 
janrında yeni əsərlər meydana gəlirdi. Binaların interyeri və zahiri tərtibatı üçün yüksək zövqlə tərtib olunmuş 
sənət nümunələrindən istifadə olunurdu. Bu dövrdə milli mədəniyyətin sürətli yüksəlişi davam edir. Qədim rus 
mədəniyyətinin tarixi ənənələrinə geniş yer verilirdi. 
Rus mədəniyyəti elm və  təhsilin  əsaslı inkişafı olmadan irəliləyə bilməzdi. I Pyotrun islahatları bu 
sahələrdə öz təsirini göstərmişdir.  Əvvəlki dövrlərdə müəyyən mütərəqqi irəliləyişin olmasına baxmayaraq 
Rusiyada maarifçilik sahəsində inkişaf XVIII əsrin birinci yarısının sonlarından başladı. Artıq ölkədə bir sıra 
qəzet və jurnalların nəşrinə başlanmışdı. Onlar ölkənin elm, mədəniyyət, sosial-siyasi həyatını, eləcə  də 
maarifçiliklə  əlaqələr həyatını  əks etdirirdilər. Rusiyada Avropa alim və ziyalılarının fəlsəfi, ictimai-siyasi 
ideyaları yayılmağa başladı. 
Ölkədə rus maarifçilərindən ibarət böyük ziyalılar ordusu fəaliyyət göstərirdi. Onlar dövlətin maarifçilik 
siyasətinin həyata keçirilməsinə, elmin rolunun artırılmasına, ölkənin aşağı  təbəqələrinin istedadlı 
nümayəndələrinin aşkara çıxarılmasına qayğı göstərirdilər. Rus elmi dilinin yaradılmasında maarifçi alimlərin 
xidməti xüsusilə böyük idi. Rus elminin və  mədəniyyətinin inkişafında M.V.Lomonosovun xidməti xüsusilə 
qeyd olunmalıdır. 1755-ci ildə onun təklifi və qraf Şuvalovun yardımı ilə Moskva Universiteti təsis edildi. 1764-
cü ildə Peterburqda Zadəgan qızlar üçün Avropada ilk dəfə olaraq dünyəvi təhsil ocağı – əsilzadə xanımların 
Smolnı İnstitutu açıldı. 1764-cü ildə çar II Yekaterina gənclərin tərbiyələndirilməsi üçün baş müəssisə təsis etdi. 
Müəssisənin tələblərində əməksevərlik, nəzakət, əxlaq, kasıblara mərhəmət, səliqə-səhmanı inkişaf etdirmək və 
başqa mədəni tədbirlər nəzərdə tutulurdu. 
XIX  əsrin sonu – XX əsrin  əvvəllərində rus mədəniyyətinin inkişafında yeni mərhələ, yüksəliş dövrü 
başlayır. Bu mədəniyyət öz nailiyyətləri ilə görünməmiş zirvəyə yüksəlir, ümumdünya əhəmiyyətə malik bir 
mədəniyyətə çevrilir. Rus mədəniyyəti tədriclə klassik mədəniyyət nümunələrindən uzaqlaşdırılaraq yeni 
məzmun və  məna kəsb etməyə başlayır.  İnkişafın ümumən mürəkkəb, ziddiyyətli gedişində yeni ədəbi 
cərəyanlar meydana gəlir. Onların bir çoxu əqidə  və izlədikləri məqsəd baxımından üst-üstə düşmürdülər. 
Tənqidi realizm, simvolizm, futurizm və başqa cərəyanlar müxtəlif konsepsiyalara xidmət etməklə hər biri rus 
mədəniyyətinin inkişafına daha çox fayda verdiklərini iddia edirdilər. Dövrün ədəbi cərəyanları özlərini 
insanları daha yaxşı birləşdirə bilən yeganə qüvvə kimi qələmə verməyə çalışırdılar. 
XX  əsrin  əvvəllərində rus mədəniyyətində mürəkkəb ictimai proseslər baş verdi. Bədii  ədəbiyyatda, 
xüsusilə poeziyada yeni forma və üsullar təklif olunur. Müxtəlif şair və yazıçıların ümumi istiqamət verməyə 
səy göstərdiyi  ədəbi cərəyanlar üst-üstə düşmür, müxtəlif bədii ideallara xidmət edən  əsərlərin meydana 
gəlməsinə səbəb olurdu. Bütün bunlar mədəni inkişafın ümumi ahənginə uyğun gəlmirdi. Bir çoxları tarix boyu 
dərin kök salmış  ənənələrə qarşı  çıxır, Puşkin, Dostoyevski, Tolstoy kimi dünya şöhrətli mədəniyyət 
xadimlərindən imtina etməyi təklif edirdilər. Fundamental əsası olmayan belə halları Rusiyanın mədəni 
həyatında bir növ geri çəkilmə kimi qiymətləndirmək olardı. Bu proseslər bədii yaradıcılıqda forma və üsulların 
meydana çıxmasına səbəb oldu. Mütərəqqi ideyalı sənət adamları incəsənətin əsas vəzifələrini insanda gözəllik, 
humanizm hissinin aşılanmasında görürdülər. 
XIX  əsrin sonunda Rusiyanın səhnə  sənəti də  tənəzzül dövrü keçirirdi. Repertuarda olan teatr 
tamaşalarının çoxu həyatın zəruri problemlərinə toxunmurdu, adi əyləncə səviyyəsindən irəli gedə bilmirdi. Ona 
görə  də teatrın simasının ciddi surətdə  dəyişilməsi zəruri idi. Teatr sənətindəki durğunluq A.P.Çexovun və 
M.Qorkinin əsərlərinin səhnəyə çıxması ilə aradan qaldırıldı. 1898-ci ildə Moskva Bədəye teatrı açıldı. Səhnə 
sənətinin baniləri olan K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenko teatrın açılmasının təşəbbüskarları idilər. 
Onlar rus və dünya teatr mədəniyyətindən istifadə edərək günün tələbinə cavab verə biləcək incəsənət 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
297
yaratmağa müvəffəq oldular. Bədaye teatrı ölkənin demokratik istiqamətli sənət ocağı idi. Ona görə də o, qısa 
müddətdə Rusiyanın qabaqcıl teatrına çevrildi. 1904-cü ildə istedadlı rus aktrisası V.F.Komissaryevskaya 
Sankt-Peterburqda öz teatrını yaratdı. Onun səhnəsində ölkənin görkəmli dramaturqlarının  əsərləri tamaşaya 
qoyulurdu. Moskvada Malı teatr, Peterburqda Aleksandrinsk tearı rus mədəniyyətinin inkişafında mühüm rol 
oynadı. XIX əsrin sonunda Ukraynada, Belorusiyada, Azərbaycanda və digər  ərazilərdə teatrlar fəaliyyətə 
başlamışdı. Şübhəsiz bu mədəni tərəqqidə rus mədəniyyətinin müsbət təsiri olmamış deyildi. Səhnə sənəti digər 
ərazilərə sürətlə yayılmaqda idi. 
Rus mədəniyyətinin inkişafında ölkənin imtiyazlı adamlarının və xeyriyyəçilərinin böyük xidməti 
olmuşdur. Tacir P.M.Tretyakov rus sənət əsərlərini topladıqdan sonra öz kolleksiyasını Moskvaya bəxş etmişdi. 
Onun qardaşı S.M.Tretyakov da öz Qərbi Avropa təsviri sənət toplusunu Moskvaya verməyi vəsiyyət etmişdi. 
S.j.Mamontov Moskvada fərdi rus operasını yaratdı. Onun Abramtsevo malikanəsi bədii həyatın mühüm 
mərkəzi idi. Bu malikanədə bir çox görkəmli rus sənətkarları yaşayıb-yaratmışlar. Moskva Bədaye teatrının 
banisi sənayeçi S.M.Morozov idi. A.A.Baxruşin topladığı kolleksiya əsasında fərdi ədəbi-teatr muzeyi yaratdı. 
Hazırda teatr muzeyi Baxruşinin adını daşıyır. M.D.Tenişeva Smolensk rus muzeyinin, öz malikanəsində bədii-
sənaye emalatxanalarının hamisi və təşkilatçısı idi. Rus tarixinin əvvəlki mərhələlərinin heç biri mədəniyyətin 
tərəqqisini XIX əsrdəki qədər görməmişdir. 
Mədəniyyətə dair elmi fikir XIX əsri rus mədəniyyətinin inkişafında qızıl dövr kimi xarakterizə edir. 
A.S.Puşkin yaradıcılığında öz əksini tapan Rusiyanın mənəvi mədəniyyəti ilə dünya musiqisi, ədəbiyyatı, təsviri 
sənəti, təbiətə dair elmləri, tarixi, fəlsəfəsi sürətlə irəliləməkdə ili. XIX əsr rus mədəniyyətində ədəbiyyat xüsusi 
yer tuturdu. Müxtəlif istiqamətlərdə inkişaf edən əsas cərəyan tənqidi realizm idi. O, rus cəmiyyətinin böyük bir 
hissəsinin arzu və ideallarına cavab verirdi. Bu baxımdan Puşkinin, Lermontovun, Qoqolun, Saltıkov-Şedrinnin, 
Dostoyevskinin, Tostoyun və digər realist yazıçıların əsərləri o dövrün dünya ədəbiyyatında fəxri yer tuturdu. 
XIX əsrdə musiqi və təsviri sənətin sürətli inkişafı müşahidə olunmaqda idi. Mədəniyyətin bu sahələrində bəşəri 
əhəmiyyəti olan insanları  ədalətə, bərabərliyə, humanizmə  səsləyən  əsərlər meydana gəlirdi. XIX əsrin bütün 
gedişində  və XX əsrin  əvvəllərində rus mədəniyyətini demokratik istiqaməti, xalqın böyük gələcəyinə inam 
bütün istiqamətlərdə özünü göstərməkdə idi. 
Rusiyanın sovet dövrü mədəniyyti, dünya mədəniyyəti müstəvisində xüsusi yer tutur. Bu dövrdə 
mədəniyyət yeni istiqamət, kapitalizmdən fərqli olan yeni cəmiyyətin tələblərinə uyğun xarakter almışdı. 
Ölkənin görkəmli elm və  mədəniyyət xadimlərinin bir çoxu yeni quruluşun tələblərinə uyğunlaşmağa çalışır, 
yeni ruhda və  məzmunda  əsərlər yaradırdılar.  İ.Pavlov, N.Vavilov, K.Siolkovski, M.Şoloxov və bir çox 
başqalarını misal göstərmək olar. Onlar yeni quruluşa sədaqətlə xidmət edən yaradıcı  şəxsiyyətlər idi. Lakin 
yeni rejimə qarşı çıxan, başqa cür düşünənlər da vardı. Onların bir çoxu repressiya dövründə totalitar rejimin 
qurbanı oldular. 
Elmi ateizm şüarı altında ölkədə olan bütün dinlərə qarşı yürüş təşkil olundu. Dövlət dindən, məktəb və 
kilsə vətəndaşlardan ayrı salındı. İqtisadiyata rəhbərlikdə inzibati amirlik üsullarının tətbiqi, yaradıcı ziyalıların 
üzərində partiya və dövlət nəzarətinin gücləndirilməsi totalitarizmin başlıca xüsusiyyəti idi. Totalitarizmin 
dağıdıcı siyasəti rus xalqına, eləcə də sovet rejimində yaşayan xalqlara qarşı yönəldilmişdi. 
XX  əsrin ayrı-ayrı illərində mövcud olan əyintilər mədəniyyətə güclü təsir edə bilmədi. Öz tarixi, 
mütərəqqi  ənənələrinə sadiq qalan böyük mədəniyyəti milli inkişaf tarixinə sadiq qalaraq dünya mədəniyyəti 
müstəvisində bütün mədəniyyətlərlə birlikdə gələcəyə doğru inamla addımlayır. 
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
298
2.4.7. XVII-XVIII əsrlərdə Rus mədəniyyəti 
 
 
XVII  əsr Rusiya tarixində orta əsrlərin yekunu kimi səciyyəəndirilir. Avropanın qabaqcıl ölkələri burjua 
inkişaf yoluna qədəm qoysa da, sənayenin ilkin rüşeymləri olan manufakturaların təşəkkülünə baxmayaraq Rusiya 
hələ də feodal ölkəsi kimi qalaqda idi. Romanovlar sülaləsi özünü ölkənin hakimiyyət taxtında təsdiqləmiş oldu. 
Bununla da, Rusiyanın həyatında başlamış yeni tarixi dövr, həm də rus mədəniyyəti tarixində təzə mərhələ kimi 
tanındı. XVII əsr rus mədəniyyəti özündə orta əsrlərin bütün xarakterik xüsusiyyətlərini saxlamış oldu. Lakin 
bütün bunlarla yanaşı, yeni- yeni əlamətlər də  təzahür olumaqda idi. Bu, keçid dövrünün mədəniyyəti idi, yeni 
tendensiyalar yalnız əsrin sonarında daha dəqiq əhəmiyyət kəsb etdi. Rus millətinin formaaşması prosesi başladı. 
Xalq adət-ənənələri ümumiləşdirilir, yerli ənəələrin qarşılıqlı  əlaqəsi gücləndi. Müxtəlif dialektlərin qarşılıqlı 
nüfuzetməsi nəticəsində vahid rus dili formalaşmağa başladı. 
Rusiyanın Qərbi Avropadan geri qalması  səbəblərinin aradan götürülməsinə  cəhd göstərilir, rus 
cəmiyyətinin bütün sahələrində  dəyişikliklər hiss olunurdu. Bunların başlanğıcı I Pyotrun (1672-1725) 
islahatlarından doğurdu. Rusiyada mütləq monarxiya təsdiqlənirdi. 
XVIII əsrdə Rusiyanın qərb ölkələri ilə daxili iqtisadi və mədəni əlaqələri inkişaf edərək onun dünyanın tarixi-
mədəni prosesinə daxil olmasına kömək etdi. XVIII əsrin II yarısında isə, feodal iqtisadi özəyi əsasında kapitalist 
üsulu formalaşırdı. Beləliklə, milli rus mədəniyyətinin inkişafı üçün əlverişli zəmin yaranır. 
Bu dövrdə inkişaf edən sahələrdən biri təhsil və kitab nəşri idi. Savadsızlığın aradan götürülməsində 
əlyazma və nəşr formasında dərs vəsaitlərinin əhəmiyyəti artdı. 1634-cü ildə Vasili Bursevin «Əlifba»sı, 1648-
ci ildə M.Smotritskinin «Qrammatika»sı belələrindən idi. Əlifba formasında tərtib edilən lüğətlər  əlyazma 
şəklində olsa da savadsızlığın ləğvində mühüm uğurlardan biri hesab edilirdi. Artıq XVII əsrdə Moskvada dini 
məzmunda 483 sayda kitab nəşr olunmuşdu. 
Monastırların nəzdində  məktəblərin açılması mühüm hadisəyə çevrildi. Moskvanın mətbuat 
məhəlləsindəki Nikol küçəsində ikisinifli məktəb təşkil olundu: burada həm slavyan, həm də yunan dili 
öyrədilirdi. Əvvəllər burada dərs deyənlərin sayı 30 idisə, beş ildən sonra müəllimlərin sayı 200-dən artıq oldu. 
1687-ci ildə Moskvada ilk ali məktəb – Slavyan-yunan-latın Akademiyası  təşkil olundu. Burada yunan, latın 
dilləri ilə yanaşı, ilahiyyət dərsləri və kübar cəmiyyət üzrə  fənlər də  tədris olunurdu. Akademiyanı bitirənlər 
xidməti rütbələr əldə edirdilər. 
XVII əsr rus ədəbiyyatında realist məişət və tarixi povest özünəməxsus yer tuturdu. Əsərin qəhrəmanları 
müqəddəslər deyil, adi, sadə insanlar idi. Realist hadisələr əsərlərin başlıca süjet xəttini təşkil edirdi. 
Bir çox əsərlərdə «qarışıq dövr» nəql olunurdu: «Şanlı Rus dövləti haqqında yeni povest» belələrindəndir. 
Bu  əsərdə rus xalqı, onun vətənpərvərliyi haqqında söhbət edilir. XVII əsrin II yarısında yaradılan  əsərlərdə 
insan şəxsiyyətinə yeni münasibət hiss olunur: burada insanın daxili aləmi, onun mənəvi dəyərləri, cəmiyyətdəki 
yeri kimi məsələlərə üstünlük verilir. 
Bu əsrdə folklorun yeni yazıları təzahür edir: şifahi xalq yaradıcılığı əsərləri meydana çıxır ki, bu da yazılı 
ədəbiyyata təsir göstərir. Ədəbi dil ilə xalq dilinin yaxınlaşamsı hiss olunur. 
Rəvayət janrı tərcümeyi-hal səciyyəsi əldə edir. Bu əsərlər rus ədəbiyyatı tarixinə memuarların təşəkkülü 
kimi daxil olur. Baş keşiş Abbakumun fəaliyyəti (1620-1682) haqqındakı memuarlar daha böyük maraq 
doğurur. 
XVII  əsrin II yarısında satirik əsərlərin  şer və dramatik janrları meydana çıxır. Belələrindən «Qore-
Zloçast haqqında povest» maraq doğurur. Povestin süjeti bir gəncin faciəli taleyi ilə əlaqədardır. Əsərin süjeti 
İncildəki süjetlə vəhdət təşkil edir. 
Rus  ədəbiyyatında demokratik satira janrı  təzahür tapmağa başlayır. «Şemyakin məhkəməsi haqqında», 
«Yerşe Yerşoviç-Şetinnikovun oğlu haqqında» povest xalq dilində yazılmış sadədilli bir əsərdir. Bu dövrdə 
tərcümə  ədəbiyyatı da mühüm yer tutur. Bu ədəbiyyat Rusiyaya Polşa, Çexiyadan daxil olmuşdur. Bu 
ədəbiyyata, adətən cəngavər romanları daxil idi ki, bunların  əsas qəhrəmanları  şahlar, qraflardır. Həmçinin 
məişət, avantür-macəra povestləri, yumoristik hekayə və lətifələr tərcümə edilirdi. Rus folklorunun təsiri altında 
yeni-yeni  ədəbi nümunələr yaranır – «Bov şahı haqqında povest» belələrindəndir. Romanın  əsasını fransız 
cəngavər romanı təşkil edir. 
XVII əsr Rus mədəniyyətinin aparıcı sahələrindən birini memarlıq təşkil edirdi. Memarlıqda yeni cəhətlər 
özünü göstərdi – köşnə kilsə kanonlarının rəddi, ciddi və  rəsmiyyətçilikdən zahiri bəzəyə, dekorativliyə 
üstünlük verildi. Yeni tapıntıların mahiyyətini dövrün müasirlərinin dediyi kimi, «füsunkar bəzək-düzək, naxış" 
təşkil etdi.  
Bu dövrün məşhur memarlıq nümunəsi Putinkadakı Milad kilsəsidir (tikintisi 1652-ci ildə bitib). Tikintiyə 
500 rubl xərclənmişdir ki, bu da dövr üçün çox böyük vəsait idi. Tikintidə  zəngin dekorativ elementlərdən 
istifadə edilmişdir. Bu kilsə Moskvada tikilmiş çadırlı tikililərin sonuncusu oldu. 1652-ci ildə Nikonun dini 
rəhbər seçilməsi ilə əlaqədar onun təkidi ilə bu cür kilsələrin inşası qadağan olundu. Bunun əvəzində o sonralar 
ənənəvi olan beş gümbəzli kilsələrin tikintisini qərarlaşdırdı. Moskvada bu üslubdan zənglərin tikntisi üçün 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
299
istifadə edilirdi. Beşgümbəzli kilsələr Kremldə Patriarş palatası, Voskresenski, İversk-Valday monastırlarının 
tikintisində də geniş tətbiq olundu. Novo-Yerusalim monastrının kompleks binası patriarx Nikonun şəhərkənarı 
iqamətgahı olub, 40 il ərzində (1656-1694) əvvəlcə memar Averkiya Mokeyev, sonra isə, Yakob Buxvotstovun 
rəhbərliyi altında tikilib başa çatdırıldı. Bu nəhəng tikinti Moskva kənarında İstre deyilən yerdə tikildi. 
Köhnə, ənənəvi rus memarlığı nümunələri ilə yanaşı, yeniləri də təzahür edirdi. XVII əsrin II yarısında 
memarlıq artıq özünün zəngin dekorativliyi ilə  fərqlənir, parlaq boyalardan istifadə, fiqurlu kərpic, rəngarəng 
bəzəklər bu dövr memarlığının əsas əlamətlərindən idi. Bu zəngin memarlıq Moskva barokkosu adlandırılır. Bu 
üslubun xarakterik cəhətləri kompozisiyalardakı  dəqiqlik, simmetriklik, tikintidə çox mərtəbəlilki, detalların 
incəliklə işlənilməsi, ağ daş üzərində dekorativ yonma, fasadların rənglənməsi idi. 
Bu üslübda tikilən başlıca memarlıq nümunələri Foilyadakı Pokrova kilsəsi (1690-1693), Troitsa-
Sergeyevo monastırı, Novodeviçi çoxmərtəbəli zəngli monastrı, Lıkovdakı Troitsa məbədi (1698-1703), Ubor 
kəndindəki Spas məbədi (1694-1697) və b. Sonuncu adları  çəkilən abidələrin müəllifi qraf P.İ.Şeremetyevin 
görkəmli ustalarından biri, Yakov Buxvostovdur. 
Yeni tikililər təkcə Moskvada deyil, R\usiyanın digər şəhərlərində də həyata keçirilirdi. Bu cəhətdən varlı 
tacirləri ilə zəngli olan Yaroslavl şəhəri ad qazınmışdır. Buradakı İlya Prorokanın kilsəsi (1647-1656), İohanna 
Zlatoust kilsəsi (1649-1654), Tolçkovdakı  İohanna Predteçi kilsəsinin (1671-1687) adlarını  çəkmək olar. Bu 
kilsələrinin xarakterik xüsusiyyətləri monumentallıqdır.  
Dini memarlıqla yanaşı, digər ictimai tikililərin inşası da xüsusi əhəmiyyət kəsb edir: zəngin saraylar 
tikilir, tacirlər özləri üçün daşdan yaşayış evləri inşa edirdilər. Bu tikililərdə ənənəvi olan sadəlik və rəsmilikdən 
təcridlik özünü aydın  şəkildə göstərir, fasadların dekorativ tərtibatına daha çox üstünlük verilir. Bu cür evlər 
təkcə Moskvada deyil, Yaroslavlda, Kaluqa, Nijni Novqorodda daha çox tikilirdi. 
Bu dövrün təsviri sənəti, xüsusilə  rəngkarlıq qeyri-adi dərəcədə inkişaf etməyə başlayır.  İkonalar, 
məbədlərin naxışlanması, dəzgah rəngkarlığı daha çox irəliləməyə başlayır. Məişət janrı, xüsusilə, portretdə – 
parsun rəngkarlığına («persona» sözündəndir) üstünlük verilir. Kilsə daxilindəki parçalanma mədəni həyatda 
özünü daha bariz şəkildə  təcəssüm etdirdi. Köhnə  ənənə  tərəfdarları baş keşiş Avvakum başda olmaqla belə 
hesab edirdilər ki, dini incəsənətin reallıqla heç bir əlaqəsi olmamalıdır. Onların fikrincə, ikona dini ayin, kult 
predmetidir. Yeni istiqamətin nümayəndəsi çar izoqrafı  (İzoqraf – ikona rəssamı), sənət nəzəriyyəçisi, silah 
palatasının aparıcı boyakarlarından olan Simon Fedoroviç Uşakov (1626-1686) idi. O, ikonanın sənətdəki 
təyinatı haqqında müddəaların müəllifi olub, bunun bədii, estetik dəyərini müəyyələşdirmişdir. Uşakovun 
əsərləri – naxışlar, ikonalar, parsunalar, miniatürlər özündə ənənəvi və novator xüsusiyyətləri birləşdirir. Onun 
1617-ci ildə yaratdığı «Troitsa» ikonası Andrey Rublyovun eyni adlı ikonasından zahiri gözəlliyi, ülvi 
xüsusiyyətləri ilə fərqlənir. Uşakov əsərlərində cizgilərin klassik düzgünlüyünə, perspektivin qurulma, düzülüş 
həcminə nail olmuşdur. Lakin Rublyovun eyni adlı ikonasından fərqli olaraq bu ikonada ilahi ilham, ruhlanma 
hiss olunmur. 
XVII  əsrin 80-90-cı illərində rus rəssamları  sənət baxımından  əhəmiyyətli olan parsunalar yaradırlar: 
«L.K.Narışkin»in portreti, «N.K.Narışkina»nın portreti. Bu əsərlərin xarakterik xüsusiyyətləri, insanın daxili 
aləminə diqqət, incə rəng qamması təşkil edir.  
XVII əsrə qədər Rusiyada teatr yox idi. Əsrlər ərzində teatrı xalq adətləri – toy, bayram, maslenisalar və 
digər bu tipli ənənələr əvəz edirdi. Bu bayramlarda rəqqas, akrobat, musiqiçilər, kuklaoynadanlar, oyunbazlar 
iştirak edirdi. Bir qədər sonralar oyunbazların repertuarlarından ibarət xalq teatrları yaranır. 
Əslində teatr bu ölkədə XVII əsrdə – saray və  məktəb teatrı kimi təşəkkül tapmışdır. Saray teatrlarının 
təşəkkülünə başlıca səbəb saray əyanlarının, qərb mədəniyyətinə olan marağı ilə izah olunur. Bu teatr Moskvada 
çar Aleksey Mixayloviçin dövründə təşkil olunmuşdur. İlk tamaşa 1672-ci il oktyabrın 17-də təşkil olunmuşdur. 
Tamaşa çarın xoşuna gəldiyindən on saat ardıcıl şəkildə ona tamaşa etmişdir. 
İlk çağlar saray teatrının yeri olmadığından dekorasiya və kostyumlar bir yerdən başqa yerə köçürülürdü. 
Tamaşanı hazır-layanlar xarici rejissor və aktyorlar idi. 
Məktəb teatrı isə, slavyan-yunan-latın Akademiyası nəzdində təşkil olunmuşdur. Tamaşalar üçün pyeslər 
müəllim-tələbələr tərəfindən yazılır, aktyorlar da şagirdəlrin özləri olurdu.  
XVII əsrdə rus incəsənəti üçün kilsə musiqisi başlıca yer tuturdu. Bu sənət növü İvan Qroznının vaxtında 
çiçəklənməyə başlayır, çünki onun özü musiqi bəstələyirdi. III İvanın hakimiyyəti illərində sarayda xor kapellası 
yaranır ki, bu da sonralar musiqi təhsilinin mərkəzi rolunu oynayır. 
XVIII  əsr Rus mədəniyyəti tarixinə  ən parlaq səhifələrdən biri kimi daxil olmuşdur. Pyotr islahatları, 
cəmiyyətin bütün sahələrində olduğu kimi, mədəniyyətdə çox əzəmətli hadisələrə səbəb oldu. Maarifləndirmə 
işi inkişaf etməyə başladı ki, bu, sonrakı  mədəni tərəqqi üçün çox zəruri, təkanverici hadisə oldu. 1700-cü il 
yanvarın 1-dən, İsa peyğəmbərin anadanolma günü hesabı ilə tarixin yeni hesablanması həyata keçirildi. 
I Pyotrun vaxtından başlayaraq ilk dəfə təhsil dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdi. 
Çünki bu, Pyotr islahatlarının gerçəkləşməsi üçün çox vacib idi. Elə I Pyotr vaxtında ümumi və xüsusi 
məktəblər açıldı və Elmlər Akademiyasının əsasının qoyulması üçün şərait hazırlandı. Gənclərin gəmiçilik və 
dənizçilik peşəsi, elm və sənət üzrə xaricə oxumağa göndərilməsinə üstünlük verildi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
300
1701-ci ildə Moskvada riyaziyyat və naviqasiya elmləri üzrə Naviqasiya məktəbi açıldı, bu, ilk kübar 
tədris müəssisəsi idi. Şagirdlər burada hesab, riyaziyyat, həndəsə, triqonometriya, astronomiya, naviqasiya 
biliklərinə yiyələnirdilər. 
Moskva və digər  şəhərlərdə bir çox sənət məktəbləri - Artilleriya, Mühəndislik, Tibb məktəbləri təşkil 
olundu. Bütün bunlarla yanaşı, ilahiyyat seminariya və məktəblərinin açılışına diqqət yetirildi. 1786-cı ildə xalq 
məktəblərinin nizamnaməsi tərtib olundu. Bu, təhsil sahəsində ilk qanunverici sənəd idi. İlk dəfə olaraq vahid 
dərs planları, sinif-dərs sistemi təşkil olundu. 
Dvoryan övladları adətən ailələrdə məşğul olurdular. Qapalı zümrəli məktəblər fəaliyyət göstərirdi. 1764-
cü ildə Peterburqda Smolnı monastırında Əsilnəcabətli xanımların tərbiyə cəmiyyəti təşkil olundu; 1731-ci ildə 
zabitlər hazırlayan dvoryan korpusu fəaliyyət göstərdi. 
1774-cü ildə isə Elmlər Akademiyası  fəaliyyətə başladı, buraya Akademiya, Universtet, Gimnaziyalar 
daxil idi. Akademiya riyaziyyat, fizika və humanitar şöbələrilə tanınırdı. M.V. Lomonosov (1711-1765) ilk rus 
akademiki oldu. 1755-ci ildə onun təşəbbüsü ilə Moskva universteti təşkil olundu. Burada fəlsəfə, hüquq, tibb 
fakultələri fəaliyyət göstərirdi. «Moskva xəbərləri» («Moskovskie vedomosti») adlı  nəşiryyat 1917-ci ilədək 
fəaliyyət göstərdi. 
Peşəkar bədii-tədris müəssisələri açılmağa başladı- Peterburqda Rəqs məktəbi (hazırkı A.Ç.Vaqanov 
adına məktəb), Moskvada Balet məktəbi və rəssamlıq Akademiyası. 
Artıq XVIII əsrin axırında Rusiyada 550 təhsil müəssisəsi, 62 min şagird vardı. 
Kitab nəşri sahəsində islahatlar həyata keçirildi. 1708- 1710-cu illərdə Kirill əlifbvsını xeyli asanlaşdıran 
şrift islahatı aparıldı. Xalq məktəbləri üçün F.Proknoviçin (1681-1736) «Əlifba»sı, L.Maqnitskinin 
«Riyaziyyatı», M.Smotitskinin «Qrammatika»sı nəşr olundu. 
Çar dövründən əvvəl «Kurantı» adlı əlyazma formasında olan qəzet nəşr olunurdu. O, dövlət və hökuməti 
xarici xəbərlərlə tanış edirdi. İlk çap formalı rus qəzeti «Vedomosti» (1702-1727) hesab edilir. Onu 1 Pyotrun 
qərarı ilə nəşr ediblər. 
Tədris və təhsildəki uğurlar mədəniyyətin digər sahələrinə də nüfuz edirdi. Yeni şriftin tətbiqi Kübar dilin, 
ədəbi nitqin güclənməsinə təsir göstərirdi. 
Bu tarixi çap işində poetik əsərlər - satira, oda, təmsil, epiqrammalar geniş yayılmışdır. Bunların çoxunun 
müəllifi Antoxa Kantemir (1708-1744) hesab edilirdi. O, həmçinin  ədəbi tərcüməçilik ilə  də  məşğul olurdu. 
Onun B. Fontelin «Dünyaların çoxluğu haqqında söhbət» («Razqovor o mnojestve mirov») adlı tərcüməsi elmi 
terminologiyanın işlənilməsində əhəmiyyət kəsb edirdi. O ilk dəfə olaraq «başlanğıc», «prinsip», «müşahidə», 
«səthilik» və d. terminləri rus elminə gətirmişdir. 
Bu dövrdə rus dili və  şer qurluşunun islahatçısı kimi şair V.K.Trednakovskinin (1703-1768) adını  çəkmək 
lazımdır. Onun bir çox nəzəri əsərləri rus şeriyyətinin inkişafına ciddi təkan vermişdir. 
Rus dramaturgiyasının banisi A.P.Sumarokov (1717-1777) hesab edilir. O, həm şair, həm ilk komediya və 
faciələrin müəllifi, Peterburqdakı Rus teatrının direktoru idi. O müxtəlif janrlarda- lirik nəğmə, oda, epiqramma, 
satira və  təmsil və s. yazırdı. Adları  çəkilən yazıçı  və  şairlərin  əsərlərində rus klassisizm ideyaları qabarıq 
surətdə özünü göstərirdi. Daha sonralar, bu ideyalar inkişaf edərək təkmilləşir. 
XVIII  əsrin sonlarında görkəmli  şair Q.F.Derjavinin (1743-1816) yaradıcılığı çiçəklənmə dövrü keçirir. 
Onun yaradıcılığında oda janrı üstünlük təşkil edir. Bu əsərlərdə o, müasir həyatın bütün xüsusiyyətlərini - pey-
zaj, məişət hekayələri, fəlsəfi düşüncələr, kübar mövzusunda satiraya başlıca yer verir. Onun «femita» odasında 
güclü dövlət hakimiyyəti ideyası başlıca yer tutur. Əsərdə ideal monarx oğrazı əks etdirilir. 
Rus əxlaqı və adətləri D.İ.Fonvizin (1744/45-1792) yaradıcılığında sosial komediyalarda üstünlük təşkil edir. 
Onun «Briqadir», «Nadan övlad» (Nedorosl») əsərləri realist istiqamətə malikdir. 
Rus sentimentalizmnin banisi N.M.Karamzin (1766-1826) idi. O, «Zavalı Liza», «Kənd», «Boyar qızı Na-
talya» povestlərinin müəllifidir. Onun əsas  əsəri «Rus dövlətçiliyinin tarixi» (12 cild) hesab edilir. Bu əsərlə 
yazıçı rus cəmiyyətinin bütün təbəqə və zümrələrinə muraciət edir. 
Pyotr zəmanəsinin mədəniyyətə verdiyi incilərdən biri də rus memarlığındakı möhtəşəm abidələrdir. Bu 
memarlıq və tikintidəki yenilikləri rus dövləti özü tələb və şərt kimi qarşıya qoymuşdur. Bunlardan ən başlıcası 
memarlıq abidələrində rus imperiasının güc və qüdrətinin təzahürü təşkil edirdi. Hökumət iri tikililəri özü 
maliyyələşdirirdi. 
Ölkənin siyasi-iqtisadi inkişafı ictimai tiklilərə yeni tələblər qoyurdu. Manufaktura, Senatın təsisi, 
kollegiyaların yaranması yeni tipli tikliləri zəruri edirdi. Bu dövrdə tikilən məşhur binalar Moskvadakı Xamovat 
sarayı, (Xamovatnıy dvor), Sukon sarayı (Sukonnıy dvor), Böyük daş körpü (Bolşoy kamennıy most), 
Kremldəki Arsenal və s.  
 
XVIII əsrin 50-ci illərində Moskvanın görkəmli memarı D.V.Uxtomski (1719-1774) hesab edilirdi. Onun 
layihəsi  əsasında 1753-cü ildə  zəfər qapıları sayılan Qızıl qapı daşlarla  əvəz olundu. Bunlar zəfər tağı 
görkəmində olub, heykəltəraşlıq, füqurlar, dekorativ vazalarla bəzədilən ən unikal bir memarlıq əsəridir. Onun 
məşhur əsərlərindən biri də Troitsa-Sergeyev monastırının zəngləridir. Bu özünün çoxmərtəbəli kompozisiyası, 
zəngin dekorativ bəzəkləri ilə fərqlənir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
301
1749-cu ildə Uxtomski Moskvada Rusiyanın ilk Memarlıq məktəbini yaradaraq V.P.Bajenov, 
M.F.Kazakov, İ.E.Starov kimi rus memarlarını yetişdirir. 
Pyotr çağları, həm də 1703-cü ildə yeni paytaxtın – Peterburqun əsasının qoyulması ilə  məşhurdur. Bu 
məqsədlə əcnəbi memarlar - Trezini, Rastrelli kimi sənətkarlar dəvət olunur. Trezini «tipli layihələrin» müəllifi 
kimi çıxış edərək üç tipdən olan yaşayış binaları üçün layihələr hazırlayır: adlı-sanlı adamlar üçün daş evlər, 
sadə adamlar üçün isə, palçıq evlər. Artıq 1718-ci ildə 4 minə yaxın ev tikilmişdir. 
Trezininin müəllifi olduğu binalar üslub sadəliyinə görə  fərqlənirdi, məsələn, on iki kollegiya binası 
(hazırkı Univermaq). Ən məşhuru isə, Petropavlovski qalasındakı kilsə  və onun nəhəng zəngləri, «Qostinnıy 
dvor», Birja, Admirallıq- bütün bunlar Peterburqun məşhur tikililəridir.  
Memarlıqda rus barokkosunun inkişafında ata və oğul Rastrellilər əhəmiyyətli yer tuturlar. Ata - Bartolo-
meo Karlo Rastrellinin (1675-1744) Peterqofun (1 Pyotrun iqamətgahları) dekorativ tərtibatında, 1 Pyotru və 
onun arvadı Anna İohannovnanın ərəblə heykəltəraşlıq portretlərinin hazırlanmasında xüsusi xidməti vardır. 
Oğlu - Bartolomeo Rastrelli (1700-1771) artıq rus memarı kimi yetişərək memarlıqda həm rus 
ənənələrini, həmi də  qərb  ənənələrinin vəhdətini yaratmışdır. O, Peterburqdakı Smolnı monastırı  və  Qış 
sarayının, Peterqofdakı Böyük sarayının (Bolşoy Dvores), Tsarskoe Selodakı Yekaterinburq sarayının müəllifi 
idi. Oğul Rastrelli daha çox dəbdəbəyə, parlaq rənglərə meyl edirdi ki, bu da onun sənətində təzahür olunurdu. 
XVIII əsrin 60-cı illərində rus barokkosunu rus klassisizmi əvəz etməyə başladı ki, X1X əsrdə rus klassi-
sizminin nümayəndələri -V.P.Bajenov, M.F.Kazakov, İ.E.Starov idi. 
V.P.Bajenovun (1737\38-1799) gözəl memarlıq  əsəri Tsaritsınadakı saray-park ansamblı, məşhur 
Peşkovun evi, Peterburqdakı Mixaylovski qəsridir. 
M.F.Kazakov (1738-1812) şəhər ev və ictimai binalarının layihə tiplərini hazırlamış  və 
gerçəkləşdirmişdir. Bu layihələr əsasında Moskva Kremlində Senat, Moskva Universteti, Qolınsk Sarayı, Dvo-
ryan binası tikilmişdir. O, Moskvanın ali planına rəhbərlik edirdi. 
İ.E.Starov (1745-1808) Peterburqda bir çox gözəl memarlıq tiklilərinin müəllifidir. Aleksandr Nevski 
monastırındakı Troitsa kilsəsi, Tavrid Sarayındakı rus-türk müharibəsindəki qələbəyə həsr olunan abidə. 
Rus klassisizminin bir sıra sənət xüsusiyyətləri mövcuddur ki, bunlardan ən başlıcası, malikanə inşaatıdır. 
Bu tipdən olan tikililərdə rahat, zərif stünlu evlər  ətraf peyzajla vəhdət təşkil edir. Bu üslubdakı digər cəhət 
mənalı tikintidəki ansambldır: ciddi simmetriya, düz xəttlər, sütunların düzgün cərgələnməsi. 
XVIII əsrin rus təsviri sənətinin tanınmış nümayəndələri Andrey Matveyev (1701-1739) və İvan Nikitin 
(1690-1742) hesab edilir. Onlar rus kübar rəngkarlığının əsasını qoyanlardır. Xüsusilə portret janrına üstünlük 
verən bu rəssamlar tanınmış insanların rəsminə diqqət yetirirdilər. Həmin  əsrin digər məşhur portret ustaları 
A.P.Antropov, F.S.Rokotov, D.T.Levitski, V.L.Borovikovski, heykəltəraşlardan isə F.İ.Şubin, M.İ.Kozlovskinin 
adlarını çəkmək olar. 
A.P.Antropov (1726-1795) III Pyotrun; F.Rokotov (1735-1808) 
«Çəhrayı paltarda nəməlum qadın»; D.Levitski (1735-1822) II Yekaterinanın portretlərini yaratmışlar. 
Bu dövrdə xarici sənətkarlardan fransız E.M. Falkonenin (1716-1791) I Pyotrun şərəfinə ucaltdığı «Tunc 
atlı» heykəlinin adını mütləq qeyd etmək lazımdır. Heykəltəraş bu əsər üzərində 12 il işləmişdir. Onun 
yaradılmasında sənətkarın tələbəsi Mark Ann Kollo da yaxından kömək etmişdir. Onun açılışı Senat 
meydanındə 1782- ci ildə olmuşdur. Bu heykəlin möhtəşəmliyi həm də Neva üzərindəki şəhərin rəmzi olması ilə 
izah edilir. 
XVIII  əsrin sonlarında rus mədəniyyətinin digər nadir incisi -Ermitajın  əsası qoyulur. Bu dünya bədii 
kolleksiyalarının toplandığı bir yerdir. Qərbi Avropa sənətkarlarının əsərləri burada 1764-cü ildən toplanmağa 
başlayır. Kütlə üçün onun açılışı 1852- ci ildə baş verir.  
XVIII əsrdə təsviri sənətdə kübar istiqamətində irəliləyiş təzahür edirdi. 
Teatrın inkişafı da bu dövrə təsadüf edir. 1702- ci ildə 1 Pyotrun tövsüyəsi ilə kütləvi teatr təşkil olunur. 
Bu teatr üçün məxsusi olaraq yeni bina inşa edilir. Burada alman N.X.Kunstın truppası tamaşalar verirdi. Maddi 
vəsaitin çatışmamazlığı səbəbindən teatr öz fəaliyyətini dayandırır.  
XVIII əsrin ortalarında Rusiyanın bir çox şəhərlərində xarici ölkə teatrları- fransız, alman və d. aktyorları 
çıxış edir, tamaşa göstərirdilər. Lakin əhali içərisində milli teatrın dirçəlişinə meyl daha güclü olduğundan 1750-
ci ildə Yaroslavlda ilk əyalət rus aktyorlarından ibarət teatr fəaliyyətə başlayır. Bunların repertuarları rus 
pyesləri olur. Bu teatrın rəhbəri rus aktyoru F.T. Volkov (1729-1763) idi. İmperator Yelizaveta Petrovnanın 
sərəncamı ilə Peterburqda məskunlaşmış bu teatrda 1756- cı ildə «faciə  və komediyalar səhnələri» üzrə teatr 
təşkil olundu. Teatrın direktoru Sumarokov, saray aktyoru F.Volkov idi. Beləliklə, ilk professional rus teatrı 
belə yarandı. 
XVIII  əsrdə Tsaritsında rus aktyoru İ.A.Dmitriyevskinin (1734- 1821), Moskvada isə Petrovski teatrı 
açıldı. Bu teatrda həm dramatik, həm də balet tamaşaları nümayiş etdirilirdi.  
1741-ci ildə I Pyotrun qızı I Yelizavetanın taxta gəlişilə əlaqədar Peterburqda rus balet truppasının təsisi 
oldu. Sonralar bu truppada tamaşaların qoyuluşu ilə  əlaqədar xaricdən baletmeysterlər də  dəvət olunurdu. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
302
Belələrindən biri də avstriya balet mütəxəssisi Qilferdinq idi. Xarici rəqqaslardan  əlavə, rus rəqqasları da 
yetişməyə başladı: T.Bublikov, Yeronkin, V.Balaşov, Q.Raykov, Arina Sobakina və s. 
Rusiyada bu dövrdə təhkimçi teatrı da fəaliyyət göstərirdi, bu teatr təhkimçilərdən təşkil olunmuş dvoryan 
teatrı idi. Belə teatrlar, əsasən, Moskvada və onun ətraf ərazilərində (Şeremetyev, Yusupov teatrları) fəaliyyət 
göstərirdi. Beləliklə, bu dövrdə teatr Rusiyada çox böyük populyarlıq qazanmışdır. 
XVIII  əsrdə Rusiya mədəniyyətində özünəməxsus  şəkildə yer tutmuş  sənət sahələrindən biri də musiqi 
idi. Həvəskar musiqiçilərin sayı çoxalaraq evlərdə, küçələrdə rus və xarici ifaçıların konsertləri ilə müşayiət 
olunurdu. 1802-ci ildə Petreburqda filarmoniya cəmiyyəti təşkil olunaraq burada qədim və klassik musiqi 
əsərləri səslənirdi. XVIII əsrdə bəstəkarlıq məktəbləri təşəkkül taparaq formalaşır, ilk rus bəstəkarları meydana 
gəlir- bunlar opera, instrumental, xor, kamera musiqisi müəllifləridir. Rus musiqi mədəniyyətinin bu dövrdə ən 
böyük uğuru Y.İ.Fominin (1761-1801) bəstəkarı olduğu «Orfey» melodramıdır. O, həm də «Amerikalılar» 
operasının da musiqisini bəstələmişdir. 
Bu dövrdə musiqinin ən populyar janrı opera idi. Digər operaların müəllifi isə D.S.Bortnyanski (1751-
1825) idi. O 200-ə yaxın musiqi əsərinin, «Şahin» («Sokol»), «Rəqib-oğul» («Sın-sopernik») operalarının 
müəllifidir. 
Beləliklə, XVII-XVIII əsrlərdə Rus mədəniyyətində yaranan inkişaf haqqında təhlillərdən sonra belə 
nəticəyə gəlmək olar ki, bu tarixi dövr sonrakı yüzillik üçün əlverişli şərait yaratdı. 
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
303
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin