Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51
. Bu dövrdə 3 ölkə – Rusiya, Avstriya və Prussiya arasında bölünmüş Polşa öz azadlığı uğrunda 
mübarizə aparırdı ki, bu da öz əksini ədəbiyyatçıların yaratdığı əsərlərdə tapmışdı.  
Ədəbiyyatçıların bir qismi 1852-ci ildə Lvovda açılmış Avstriya nəzarəti altında olan «Dzennik literateş» 
jurnalı ətrafında toplanmışdılar. 1860-cı ildən bu jurnalın səhifələrindən biri «Lvovdan məktublar» adı ilə nəşr 
olunurdu və bu səhifəni dövrün publisisti Kornel Ulyevski hazırlayırdı. 
Digər  ədəbiyyatçılar isə Rus imperiyasının Litva-Belorus-Ukrayna regionunda toplaşmışdılar. Burada 
olan ədəbiyyatçılardan realizm üslubunda işləyən Kraşevski, Kojenovski və Srokomlyanın adlarını çəkmək olar. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
321
Kornel Ulyevski (1823-1897) yaradıcılığında inqilabi əhval-ruhiyyə üstünlük təşkil edirdi. «Ətirsiz 
güllər» (1848), «Moskvalılar üçün» (1862) adlı şerlər kitabının müəllifidir. 
M.Ramonovski (1833-1863). Qəhrəmanlıq mövzusunda işləyən  şairin «Sonçalı  qız» poeması Polşa 
sənətkarlarının və tacirlərinin mübarizəsini əks etdirir. Onun yaradıcılığında o dövr Polşa ədəbiyyatına xas olan oda, 
dua, mahnı və himnlərə rast gəlmək olar. 
T.Lenartoviç (1822-1893) şifahi xalq ədəbiyyatı ilə  dərindən maraqlanmışdır. 40-cı illərdə folklor 
nümunələrini bir yerə yığıb «Lira» (1855) və «Yeni lira» (1859) adı ilə nəşr etdirmişdir. 
V.Sırokomlya (1823-1862) «Poçtalyon» (1844) adlı qaveida müəllifidir (qaveida – polyak şifahi xalq 
ədəbiyyatında şer formalı hekayə). Əsasən təhkimli kəndlilərin həyatını təsvir edirdi. 
T.K.Norvaid (1821-1883). Yaxşı  təhsil almış  şair bir çox – Fransa, İtaliya, Almaniya, İngiltərə kimi 
ölkələrdə olmuşdur ki, bu da onun yaradıcılığına müsbət təsir göstərmişdir. Onun «Assunta», «Möhür» kimi 
fəlsəfi poemaları var. Lirik əhval-ruhiyyəli əsərlərinin arasında «Spartak», «con Braun», «Şopenin fortepiano-
su», «Matəm rapsodiyası» kimi əsərlər diqqətəlayiqdir. 
Əsrin 40-60-cı illərində realist istiqamət inkişaf edir. Realist janrın banilərindən Kraşevski (1812-1887) 
dövrünün məşhur şairi, dramaturqu, publisisti olmuşdur. Balzak, Dikkens, Qoqolun yaradıcılığı ilə tanışlıq onun 
yaradıcılığına böyük təsir göstərmişdir. O həmişə təhkimçiliyə qarşı çıxaraq, təhkimçiliyi «Ulyana», «Savkanın 
hekayəsi» kimi əsərlərdə tənqid etmişdir. Onun nəsrində realizm və romantizm birləşir. 
Kojenevski (1797-1863) realizm janrında yazılmış 2 böyük romanın müəllifidir: «Alverçi», «Fırıldaqçı». 
60-80-cı illərdə  ədəbiyyatda baş vermiş  ən böyük nailiyyət gənclərin yaratdığı «Lşeqdad tiqodnyovı» 
(«Həftəlik icmal») jurnalıdır. Onun banisi Aleksandr Sventoxovski olmuşdur (1824-1915). 
Romantizm ənənələrini davam etdirən Zıqmunt Milkovski öz əsərlərini Teodor Tamali Yoj təxəllüsü ilə 
yazırdı. Slavyan silsiləli əsərlərə daxil olmuş ən məşhur roman «Uskoki» (1870) romanıdır.  
1863-cü ildən satirik istiqamətin inkişafı artmışdır, onun nümayəndələrindən Y.Lyam, M.Baleyteki, 
U.Najimski kimilərinin adlarını çəkmək olar. 
Y.Lyam (1838-1886) bir sıra felyeton və satirik povestlərin müəllifidir. Ən yaxşı əsərləri «Möcüzəli ka-
ryeralar», «Qızıl suyu üçün boş»  əsərləridir. O və onun davamçıları olan Ojeliko, Senkeviç, Prus əsərlərində 
aşağı təbəqəli insanları təsvir etməyə üstünlük verirdilər. 
E.Ojeliko (1841-1910) polyak ədəbiyyatında məişət janrı romanının banisi hesab edilir. Onun 
yaradıcılığının polyak ədəbiyyatı ilə fransız, çex, rus, belorus ədəbiyyatı arasında  əlaqələrin yaranmasında 
böyük rolu olmuşdur. Onun «Aclıq illərində», «Qəfəsdə», «Bronviçlər ailəsi», «Vatslavanın gündəliyi» 
əsərlərində bütün bunlar çox gözəl əks olunub. Əsərlərinin əsasını məhəbbət mövzusu təşkil edir. 
H.Senkeviç (1846-1916) Polşada klassik üslubun banilərindən hesab edilir. Ömrünün çox hissəsini 
səyahətdə keçirmiş və «Səyahət məktubları» əsərində bunu əks etdirmişdir. Onun «Musiqiçi Yanko», «Mələk» 
adlı romanları diqqətəlayiqdir. Əsərlərinə rəngarənglik, çoxobrazlılıq xasdır. Yumordan faciəyə axıcı keçid, iro-
niya yalnız onun əsərləri üçün xarakterik idi. Senkeviç yaradıcılığında tarixi romanlara da müraciət etmişdir. 
«Xaçlar» bu qəbildən olan böyük tarixi epopeyadır. 
B.Prus (1847-1912) ixtisasca riyaziyyatçı olsa da, ədəbi fəaliyyətlə də məşğul olmuşdur. Yaradıcılığa yu-
moristik hekayələr və publisistik məqalələr yazmaqla başlamışdır. Uşaq obrazlarının mahir yaradıcısı olmuşdur, 
uşaqların dünyaya baxışı onun əsərlərində əsas yer tuturdu. «Uşaqlıq günahları», «Sbasın əhvalatları» hekayələri 
buna misaldır. 
A.Diqasinski (1850-1923) naturalistik tendensiyaları yayan görkəmli nümayəndə olmuşdur. Yaradıcılığa 
xarici  ədəbiyyatı  tərcümə etməklə 45 yaşından başlasa da özündən sonra dəyərli  ədəbi irs qoymuşdur. 
Hekayələrin köməyi ilə o, klassik polyak ədəbiyyatına daxil olmuşdur. O, əsərlərində  kəndli həyatını  təsvir 
edirdi və çox vaxt heyvanlar onun əsərlərinin əsas qəhrəmanları olurdu: «Sobaçya daeya», «Valk», «Sabaki i 
lüdi».  
Konopmitskayaya qədər poeziya janrında A.Asinin və V.Qamume yaratmışlar. Lakin realizm ideyalarını 
poeziyaya ilk dəfə  gətirən Konopmitskaya olmuşdur (1842-1910). O, şer, çoxlu novella, oçerk, ədəbi-tənqidi 
məqalələrin müəllifi olsa da, ədəbiyyata lirik şair kimi, xüsusilə 3 seriyadan ibarət «Şerlər»i ilə daxil olmuşdur. 
Digər şerlər toplusu «Xətlər və səslər» adı altında nəşr olunmuşdur. 
Musiqi.  Polşa musiqi mədəniyyəti qədim slavyan musiqi mədəniyyətinə aiddir. XIX əsrin birinci 
yarısından Polşa musiqisinə böyük xəzinə  bəxş edənlərdən dirijor, bəstəkar, müəllim və yazıçı olan 
K.Kurpinskinin adını qeyd etmək lazımdır. O, 26 operanın, baletlərin, simfoniyaların, uvertüraların yüksək milli 
koloritdə yaradıcısıdır.  
Ümumiyyətlə, Polşa musiqisi qədim xalq rəqs və mahnıları üzərində kökləndiyindən bütün dövrlərdə ya-
radan bəstəkarlar milli ənənələrə sadiq qalmışlar. XIX əsrdə Polşa opera xəzinəsində Manyuşkonun adı 
əvəzsizdir. 
XIX-XX əsrlərdə Polşa mədəniyyətində virtuoz sənətkarlar – dirijorlar E.Mlenarski, Q.Fitelberq, pianoçu-
lar Q.Lişetiski. İ.Qofman, Y.Turçiniski, skripkaçılar Quberman, İ.Lotto və bir çox müğənnilər yetişmişlər. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
322
Polşa musiqi mədəniyyəti dünya mədəniyyəti xəzinəsinə dəyərli klassik operalar, simfoniyalar, konsertlər, 
fortepiano əsərləri, vokal əsərlər bəxş etmişdir. 
Bolqarıstan. 
 İncəsənət.  XIX  əsr bolqar xalqının yaddaşında milli özünüdərkin oyanması, türk işğalçılarına qarşı 
aparılan mübarizə  əksi kimi qalır. 1878-ci ildə Bolqarıstan azadlıq  əldə edir. Bu dövr incəsənəti xalq 
mübarizəsinin güclü amillərindən biri kimi iştirak edir. İlk dövrlərdə, yəni 40-cı illərin sonunadək milli 
mədəniyyətin dirçəlməsi uğrundakı mübarizə kilsənin təsirindən azad olmaq uğrunda mübarizə ilə bağlıdır. 
Şərqi xristian xarakterli bolqar kilsəsi heykəltəraşlığın sərbəst incəsənət növü kimi inkişafına mane olur. 
Kilsənin təsiri altında əsasən dekorativ əhəmiyyət kəsb edən incəsənət əsərləri yaranırdı. Misal üçün, kilsələrdə 
oyma vasitəsi ilə yaradılan taxta ikonastasları göstərmək olar.  
Bu dövrün kilsə  rəngkarlığında yeni tendensiyalar yaranır. Artıq bu dövrün kilsə  rəssamları portret 
işləyəndə insanın fərdi xüsusiyyətini təsvir etməyə böyük maraq göstərirdilər. Donatorların portretləri çox 
çəkilirdi. 
Portret rəngkarlığı ilə yunan mənzərə rəngkarlığı da inkişaf etməyə başlayır. Müqəddəslərin obrazları ma-
vi səma, ağacların, göylərin fonunda təsvir edilir. Bəzən elə olur ki, peyzaj real bir mənzərəni təsvir edir. Bu da 
xalq məişətinə olan maraqdan irəli gəlirdi. Adi məişət səhnəsini xatırladan əsərlərdən biri («Konstantin və Yele-
na») Plovolis kilsəsində yerləşir. Burada naməlum ikonaçı rəssam milli geyimdə Həvvanı, yer belləyən Adəmi 
təsvir etmişdir.  
Milli qürur hissinin oyanması ilə əlaqədar bolqar rəssamları hətta Məryəmi, İsa peyğəmbəri təsvir edərkən 
belə onların üz-gözlərini bolqarlara uyğunlaşdırırdılar. Məsələn, Prdon şəhər kilsəsində yerləşən «Məryəmin baş 
örtüyü» ikonasında Məryəm kəndli paltarında təsvir edilmişdir. 
Bu dövrün görkəmli rəssamlarından biri Zaxariy Zoqrafdır (1810-1853). Bu rəssamın yaradıcılığı 
vətənpərvərlik və milli ləyaqət hissi ilə süslənmişdir. O daim xalq üçün yeni məktəblər açmaq, kitab dükanı, 
mətbəə yaratmaq haqqında düşünürdü. O, ikonalar çəkir, dekor rəsmləri işləyir, bolqar kilsəsini restavrasiya 
edirdi. Bu rəssamın yaradıcılığında Adəm və  Həvvanın yaranması, günah işləmə kimi incil süjetlərinə rast 
gəlinir. Təsvir olunmuş insanlar tez-tez milli geyimlərdə, baş verən hadisə isə müasir bolqar evlərində vaqe olur. 
Rəssamın bəzi əsərlərində sosial kinayə duymaq olar. 
Zoqraf portretçi rəssam kimi də  fəaliyyət göstərib. O, kilsə divarlarında çoxlu sayda donatorların 
portretlərini çəkmişdir. Belə portretlər arasında rəssamın avtoportretinə də rast gəlirik. Rəssam bir neçə dəzgah 
portreti də işləyib. 
Zoqrafın yaradıcılığı öz realist meylini məhz portret rəngkarlığında daha aydın göstərmişdir.  
Likova Obrazopesov (1827-1911) Zaxariy Zoqraf kimi kilsələrdə dekor rəsmləri çəkmişdir. O öz 
rəsmlərinin motivinə doğma ölkəsinin təbiətini daxil etmişdi. Bu rəssam həm də milli məişəti əks etdirən əsərlər də 
çəkmişdir. Rəssam Orlitsa kilsəsində «Çar Petranın İvan Rilskiy ilə görüşü» adlı divar rəsmi işləmişdir. Bu səhnəni 
o bir neçə il sonra Belovoy kilsəsində də təkrarlamışdır. 
Yuxarıda haqqında danışılan hər iki rəssamın yaradıcılığı kilsə rəngkarlığı çərçivəsində inkişaf etmişdir. 
Krım müharibəsindən sonra (1853-1856) ölkədə inqilabi-milli hərəkat daha da güclənir.  
Bu dövrdə artıq kübar təsviri incəsənət tam olaraq formalaşır. Portret, tarixi, mənzərə janrında, tarixi və 
inqilabi qravürada əsərlər yaranır. 
Bu dövrdə yaradıcılıqla məşğul olmuş rəssamlardan biri İtanislav Dospevskey idi. Bu rəssamın əsl adı Zo-
fir Zoqraf olmuşdur və o, Zaxariy Zoqrafın qohumu olmuşdur. Gənc yaşlarında ikona çəkmə  sənətinə 
yiyələnmişdir. Bir qədər sonra o, Rusiyaya gedir, əvvəl Moskvada, daha sonra isə Peterburqda rəngkarlığı 
öyrənir. Bolqarıstana qayıdandan sonra Dospevskey yenə də ikonaçı rəssam kimi fəaliyyət göstərsə də, portret 
janrına böyük maraq göstərir. Bu rəssam portretlərdə öz müasirlərinin obrazlarını çox xarakterik yaratmışdır. 
Rəssam bu obrazlara tez-tez romantik inqilabi hisslər bəxş edirdi. Onun tanınmış portretlərindən 2 avtoportreti-
ni, «Atanasa lamokvtsanın portreti»ni göstərmək olar. Bu rəssam öz həyat yoldaşına layiq olan ağıllı, fəal bolqar 
qadınlarının portretlərini böyük məharətlə yaradırdı. Bu rəssamın həyatının son illəri çox faciəli olmuşdur. O 
həbs edilmiş, İstanbul həbsxanasına göndərilmiş və orada öldürülmüşdür. 
Bolqar incəsənətinin tanınmış şəxslərindən biri də  Əhkalay Pavloviç (1835-1894) olmuşdur. O, 1860-cı 
ildə bolqar inqilabçısı George Rokovski ilə tanış olur və onun kitablarına illüstrasiyalar çəkir. 8 ay Rusiyada 
olduğu müddətdə rəssamın xarakteri formalaşır. Rəssam kilsə rəngkarlığına yenilik gətirmək istəyir, lakin bu o 
qədər də  uğurlu olmur. O, tarixi, məişət və portret janrında  əsərlər yaradır. Rəssam xalqının ziyalılarını öz 
portretlərində təsvir edir. O, sakit enerjili, özünə inamlı insanları təsvir etməyə üstünlük verir. Belə portretlərə 
misal olaraq rəssamın öz valideynlərinin, tarixçi L.Zlatarskonun, həkim D.Pavloviçin portretlərini göstərmək 
yerinə düşər. Digər qadın portretlərinə  gəldikdə isə  rəssamın çəkdiyi «Lvetona Rodossovanın portreti»ni 
göstərmək olar. 
Pavloviçi haqlı olaraq bolqar tarixi janrının banisi hesab edirlər. O, Münhen Akademiyasının rəngkarlıq 
sinfində  dərs almışdır. Rəssam qədim bolqar tarixi mövzusunda bir sıra  əsərlər işləmişdir. O, rus yazıçısı 
Veltmanın sentimental, tarixi romanına illüstrasiyalar çəkmişdir. Rəssamın  ən görkəmli  əsərləri xalqın 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
323
yüksəlişini əks etdirir. Bəzi tarixi əsərlərini Pavloviç litoqrafiyaya köçürmüşdür ki, onlar xalq kütlələri arasında 
daha geniş yayılsın və şöhrətlənsin. Rəssam Rakovskinin «I Aşen barədə bir neçə söhbət» əsərinə də illüstra-
siyalar çəkmişdir.  
Milli azadlıq uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri əsl vətənpərvər , inqilabçı  rəssam 
George Dançov (1846-1908) olmuşdur. O, azadlıq uğrunda gedən mübarizənin tanınmış nümayəndələrindən biri 
olan Sosili Devskinin yaxın dostu və silahdaşı olmuşdur. Rəssamın ilk işləri arasında onun «Avtoportret»ini, 
«Pyu Kyurkçiyanın portreti»ni göstərmək olar. 
Portretlərlə yanaşı rəssam həm də litoqrafiya texnikası ilə məişət janrında əsərlər yarıdır. 
Rəssamın «Azad Bolqarıstan» adlı qrafik kompozisiyası marağı cəlb edən əsərlərdəndir. 
XIX əsr bolqar incəsənətinin inkişafında mühüm yer tutan sənətkarlardan biri olan Xristo Tsokev (1847-
1883) Moskva rəngkarlıq peşə məktəblərində təhsil almışdır. Rəssam 36 yaşında ikən vərəm xəstəliyindən vəfat 
edir. Bu rəssamın bir neçə portreti qalmışdır. «İvan Senovun portreti», «Profildən qız», «Avtoportret» öz psix-
oloji xarakterlərinə görə XIX əsr portretləri arasında görkəmli yer turut. Bu portretlər bolqar intibahının  ən 
uğurlu əsərlərindən sayılmağa layiqdir. 
Rəssam məişət janrında «Siqaret çəkən», «Kitab oxuyan rahibə» və s., inqilabi mövzuda işlədiyi 
əsərlərindən isə «Türk vəhşiliyi», «Qaçqınlar» kimi əsərlər işləmişdir. 
Bolqarıstanda kitab çapının inkişafı ilə əlaqədar olaraq qrafika inkişaf etməyə başlayır. Bu dövrdə satirik 
qrafika və karikatura janrı yaranır. 
Bolqar inqilabı ilə bağlı olan rəssamlardan biri də Henrix Dembitski (1830-1906) idi. O, bolqar siyasi 
karikaturasının banisi olmuşdur. Onun karikaturaları türk zülmkarlığına qarşı bir etiraz idi.  
Türk hökmranlığından azad olan Bolqarıstan incəsənətində yeni mərhələ başlayır. Ölkənin paytaxtı olan 
Sofiya şəhəri mədəniyyət mərkəzinə çevrilir. Müstəqilliyin ilk illərində bolqar və rus mədəniyyətləri arasındakı 
əlaqələr gücləndirilir. 
80-90-cı illərdə bolqar xalqının həyatını  əks etdirən incəsənət  əsərləri yaradılır. Ümumiyyətlə, 80-90-cı 
illər bolqar realistik məktəbinin çiçəklənmə dövrü sayılır. 
Müflisləşmiş kəndlilərin taleyindən götürülmüş mövzular bolqar incəsənətində əsas mövzuya çevrilir. 
Bu mövzu dövrün görkəmli rəssamlarından sayılan İvan Mirkviçka və Yaroslav Vesinin yaradıcılığında 
mühüm yer tutur. Onlar çex olsalar da, Bolqarıstan onlar üçün ikinci vətənə çevrilir. Onlar Anton Mitov, 
İv.Anqelov kimi bolqar rəssamları ilə birgə bolqar realistik məişət janrının yaradıcılarından idilər. 
İvan Mirkviçka (1856-1938) 1881-ci ildə Bolqarıstana gəlir. İlk dövrlərdə o, Plovolisdə müəllim işləyir. 
Rəssam burada bazar səhnələri təsvir olunmuş  məişət janrında  əsərlər yaradır. O, kəndlilərin portretlərindən 
ibarət rəsmlər çəkir. 90-cı illərdə o, Sofiyaya gəlir və burada rəssamlıq məktəbinin direktoru təyin edilir. 
Anton Mitov (1862-1930) bolqar incəsənəti tarixinə  məişət janrının görkəmli nümayəndəsi kimi daxil 
olub. Onun yaradıcılığında əsas mövzu bazar mövzusudur. Bu rəssamın çoxfiqurlu kompozisiyalarında xalqın 
həyatı sakit və xoşbəxtdir. O, kəndliləri demək olar ki, eyni cür təsvir edir. Bu kəndlilərin bazarda satdıqları 
ərzaqları, keramik qabları, tərəziləri, quşları böyük maraqla təsvir edir. Mitov həm də bir sıra hərbi-məişət 
mövzulu əsərlərin müəllifidir. 
İvan Angelov (1864-1924) sadə həyatı adətən lirik, poetik təsvir edirdi. Onun sevimli mövzusu – biçindir 
(«Çepinskidə biçin»). 
Yaroslav Veşin (1860-1915) realistik rəssam kimi fəaliyyət göstərmişdir. Onun bir çox əsərlərində 
kəndlilərin ağır  əməyi real təsvir olunmuşdur («Torpaq», «Əkinçi»). Veşin ilk bolqar batalist rəssamlarından 
biri olmuşdur («Kavalerlər düşərgəsi» və s.). Bu rəssam hərbi-tarixi janrda Balkan müharibəsinə həsr olunmuş 
silsilə əsərlər yaratmışdır («Hücum»). 
XIX  əsrin sonu-XX əsrin  əvvəllərində bolqar incəsənəti xalqın həyatının demokratik mövqeyini əks 
etdirərək inkişaf edirdi. 
Ədəbiyyat.  Osmanlı imperiyasının təsiri altında olan Bolqarıstanda  ədəbiyyat XIX-XX əsrlərdə qeyri-sabit 
inkişaf edirdi. Yalnız təhsil ocaqları olan məktəblərdə, kitabxanalarda ədəbi yığıncaqlar təşkil olunurdu. Bir çox qəzet 
və jurnallar Osmanlı imperiyası daxilində çap olunurdu. Ədəbiyyat cəmiyyətdə baş verən siyasi dəyişikliklərlə bağlı 
idi,  ədəbiyyatçılar isə milli azadlıq uğrunda mübarizə aparırdılar. Bolqar yazıçılarının estetik zövqləri rus 
realistlərinin və tənqidçilərinin təsiri altında formalaşırdı. Şifahi xalq ədəbiyyatına maraq XIX əsrin ortalarında daha 
da artır. 
Q.Rakovski (1821-1867) lirik şair kimi məşhurlaşmışdır.  Əsərlərinin  əsas məzmununu Osmanlı 
imperiyasına qarşı xalq hərəkatı ideyası  təşkil edirdi. «Makedoniya» və «Qayda» qəzetlərinin naşiri olub. 
«Mənbə»  şerlər toplusunun müəllifidir. X.Botev (1848-1976) inqilabi ədəbi fəaliyyətlə  məşğul olmuşdur. Bir 
çox publisistik məqalələrin müəllifidir. Onun məqalələri «Azadlıq», «Müstəqillik», «Yeni Bolqariya» kimi 
qəzetlərdə nəşr olunurdu. 
Erkən  şerlərinə «Anama», «Elegiya», «Qardaşıma», «İlk məhəbbət» aiddir. cəmiyyətdəki eybəcərlikləri 
özünün «Mənim duam», «Vasili Nevskinin edamı» kimi əsərlərində satirik ifşa hədəfinə tutmuşdur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
324
İ.Vazov (1850-1921) məşhur  şair, dramaturq kimi fəaliyyət göstərmişdir.  Ədəbi cəmiyyət təşkil edib. 
«Elm» və «Zor» qəzetlərini nəşr etdirib. «İmtina etmişlər»  ən məşhur povestidir. Burada o, Bolqarıstandan 
Rumıniyaya köçmüş emiqrantların həyatını  təsvir etmişdir. Bolqarıstanın mənəvi və mədəni həyatını 2 böyük 
romanında: «Yeni torpaq» və «Kazaklar şahzadəsi» romanlarında təsvir etmişdir. 
Bu dövr ədəbiyyatı sosialist ideyaların meydana gəlməsi və modernist xüsusiyyətlərlə xarakterizə olunur. 
Yuqoslaviya. 
 İncəsənətXIX əsrin əvvəllərindən Şimal-Şərqi Avropada başlamış milli-azadlıq hərəkatları bu ölkələrin 
incəsənətində də öz əksini tapmışdır. Serbiya, Xorvatiya, Sloveniya bu hərəkatda birgə iştirak edirdilər. 
Mədəniyyyət tarixinin müxtəlif mərhələlərində fərqli sosial-siyasi xüsusiyyətləri, məişət və adət-ənənələri ilə 
fərqlənən bu ölkələrin incəsənətində oxşarlığa rast gəlmək olar. 
Serbiya.  
XVIII  əsrin sonu-XIX əsrin  əvvəllərində serblərin özünüanlam hissi sürətlə inkişaf etməyə başlamışdır. 
Bu isə yazıçıların, tarixçilərin, ictimai və siyasi xadimlərin əsərlərində və fəaliyyətində öz təzahürünü tapmışdır. 
Osmanlı imperiyasının bu ölkədə qurduğu hərbi-feodal quruluş bilavasitə serblərin türklər tərəfindən 
istismarına yönəldilmişdir. Bu zaman incəsənətin inkişafı dayanmışdır. Belə bir mühit serblərin kütləvi üsyana 
qalxmasına zəmin yaratmışdır. Türklərə qarşı üsyanlardan ən böyüyü 1804-cü ildə Belqrad paşalığında 
Karageorgiyanın başçılığı altında baş verən üsyan idi. 1829-cu ildə Adrianpol sülh müqaviləsindən sonra Ser-
biya müstəqil knyazlıq oldu. Bu dövrdən etibarən Serbiya mədəniyyəti və incəsənəti daha iri addımlarla 
irəliləməyə başladı. 
Serbiya incəsənətinin inkişafında rəssamlar Arsa Teodroviç (1768-1826) və Pavel curkoviçin (1772-1830) 
böyük rolu olmuşdur. Kilsə  təsviri sənətinin nümayəndələri olsalar da, qərbdə aldıqları  təhsil onların klassik 
incəsənət üslubunda əsərlər yaratmalarına mane olmurdu. Onların portret janrında da əsərləri vardır. curkoviçin 
yaratdığı portretlər öz xarakterlərinə görə çox məsum görünüşə malik idilər. Bunu biz portretdə təsvir olunan 
şəxslərin statik duruşunda görürük. Portretlərdə əks olunmuş xırda detallar rəssamın öz modellərinə qarşı böyük 
marağı olduğunu sübut edir. Buna misal olaraq, Vuka Karaciçin portretini göstərmək olar (1820, Belqrad Xalq 
muzeyi). Teodroviçin yaratdığı portretlərdə isə sənətkarlıq daha çox öz əksini tapmışdır. Rəsmi geyimdə təsvir 
olunmuş Kirill Jivkoviçin portretində  rəssam  əks etdirdiyi simanın emosional xarakterini verməyə çalışmışdır 
(1800, Pankrats, Yepiskop sarayı). Daha çox bu portretdə geyim detallarına diqqət yetirilmişdir.  
Serbiyanın çox tanınmış  rəssamlarından biri də Konstantin Danil (1798-1873) olmuşdur. Danil əsasən 
kilsə ikonalarını yaratmışdır. Onun əsərləri arasında naturadan çəkilmiş portretlər və natürmortlar da var idi. 
Onun ən yaxşı əsərlərindən biri «Pavel Kenqeltsin portreti»dir (1830, Pançevo). Bu portretdə rəssam ciddi, ağıllı 
görünüşə malik, hörmətli  şəxsi  əks etdirə bilmişdir. «Avtoportret»ində (Timişoara muzeyi), həyat yoldaşının 
portretində və «Vayqlinqin portreti»ndə (Belqrad, Xalq muzeyi) Danil nəinki insanın xarici cizgilərini, həm də 
onun daxili aləmini əks etdirməyə çalışırdı.  
Serbiya incəsənətində milli tarix və folklor mövzusuna müraciət edən ilk rəssamlardan biri də Yovan 
İsayloviç (1803-1885) olmuşdur. O hətta portretləri də milli slavyan geyimində təsvir edirdi. Onun «Knyaz Mi-
lan ölüm ayağında» (1838-1839, Belqrad, Xalq muzeyi) əsəri özündə həm məsumluq, həm də sərtlik əks etdirir. 
Bundan  əlavə o, Serbiyanın tanınmış simaları olan Petroniyeviçin, Simiçin, Ştosmayerin və digərlərinin 
portretlərini yaratmışdır. 
Serbiya təsviri sənətində  mənzərə janrı xüsusi yer tutur. Bu janrda yaradan rəssamlardan Krstiçin 
peyzajları maraqlıdır. Onun «Alma ağacı altında» (1882, Belqrad, Xalq muzeyi) əsərində milli geyimdə serb 
qadını və onun yanında uşaq təsvir olunmuşdur. «Bulaq başında» əsərində isə qəmli serb kəndli qadını təsvir 
olunmuşdur. Krstiç öz peyzajlarında Serbiya memarlığına da geniş yer ayırmışdır. Biz «Studenitsin monastırı» 
(1884), «Çaçak şəhərciyi» (1884) və digər əsərlərində bunun şahidi ola bilərik. 
Krstiçdən fərqli olaraq, Payya İovanoviç (1859-1957) və Uroş Prediç (1857-1953) Balkan xalqlarının 
həyatından bəhs edən çoxfiqurlu kompozisiyalar yaratmışlar. Onlar öz əsərlərində xalq oyunlarını, adət-
ənənələrini, mərasimlərini  əks etdirmişlər. Prediçin əsərlərindən «Hersoqovina qaçqınlarını» (1887, Belqrad, 
Xalq muzeyi) misal göstərmək olar. Burada əsas diqqət sadə insanların həyat və xarakterlərinə yönəldilmişdir. 
İvanoviçin əsərlərindən isə «Gəlinin geyindirilməsi», «Xoruz döyüşü» (Belqrad, Xalq muzeyi) diqqətəlayiqdir. 
Burada rəssam Balkan xalqlarının məişətini təsvir etmişdir. 
1893-cü il çevrilişindən sonra Serbiya incəsənətində daha çox monarxiyanı mədh edən əsərlər yaradılır. XIX-
XX əsrlərdə Qərbdən gələn müasirlik Serbiya mədəniyyətinə öz təsirini göstərir.  
Xorvatiya. 
Xorvatiya incəsənəti Serbiya incəsənətindən fərqli olaraq inkişafca geri qalırdı. Lakin Avstriyanın 
əyalətlərindən biri olan, iqtisadi cəhətdən zəif, kasıb Xorvatiyada da milli-azadlıq hərəkatı baş qaldırırdı. Bu 
azadlıq hərəkatında iştirak edənlərdən biri də dahi xorvat rəssamı Vekoslav Karas (1821-1858) olmuşdur. O, 
ölkədə mövcud olan feodal quruluşuna etiraz əlaməti kimi özünə qəsd edərək faciəvi şəkildə həlak olmuşdur.  
Xorvat vətənpərvərləri onu İtaliyaya təhsil almağa göndərirlər. Onun İtaliyada təhsil alması əsərlərinə də 
öz təsirini göstərmişdir.  Əsərlərindən «Anası  tərəfindən çayın sahilində qoyulmuş Musa» (1842-1843, Karlo-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
325
vats, Qalereya) buna misal ola bilər. Karas on ilə yaxın Milanda, Florensiyada, Siyenada olmuşdur. Romada o, 
incəsənət məktəbinin nümayəndələri ilə tanış olmuşdur. Bu onun yaradıcılığına böyük təsir göstərmişdir. 1848-
ci ildə  vətənə döndükdən bir müddət sonra Bosniyada, Karlovatsda, daha sonralar isə Zaqrebdə yaşayır. 
Vətənində o, iqtisadçı-alim Mişko Kreşiçin və onun həyat yoldaşı Anna Kreşiçin portretlərini yaradır (Zaqreb, 
Yuqoslaviya Akademiyasının qalereyası). Onun son əsərləri  İtaliya təsirindən uzaq olur. Karas daha sadə, 
həyata daha yaxın üslub yaradır. «Briqleviçin portreti»ndə (Zaqreb, Tkalçiç-Koşçeviçin kolleksiyası) rəssam 
həyatilik və xarakterin dərinliklərini  əks etdirməyə müyəssər olur. Tünd fonda təsvir olunan Briqleviçin 
bozarmış saçları  və diqqətlə hansısa bir nöqtəyə baxan geniş gözləri aydın  əks olunmuşdur. Bu əsərində o 
əvvəllər yaratdığı əsərlərindən çox fərqli obraz qura bilmişdir. XIX əsrin ikinci yarısında Karasın realizmə yaxın 
olan yaradıcılığı xorvat rəssamlarının fəaliyyətində öz əksini tapır. 
Həm Xorvatiyada, həm də Serbiyada portret janrı ilə  bərabər, məişət janrı, tarixi janr və  mənzərə janrı 
inkişaf edirdi. 1870-ci ildə Zaqreb Balkanın mədəniyyət mərkəzlərindən birinə çevrilir. Burada rəssamlıq 
məktəbləri açılır, sərgilər təşkil olunurdu. Bu dövrün aparıcı incəsənət və  mədəniyyət istiqaməti realizm 
olmuşdur. Realist məktəbin nümayəndələrindən biri də Zaqrebdə, daha sonralar isə Münhendə təhsil almış Fe-
dro Kikereza (1845-1893) olmuşdur. Onun naturadan çəkilmiş portretləri, mənzərələri öz təbiiliyi və gözəlliyi 
ilə seçilir. Onun əsərlərindən «Zvonomirin tacqoyma mərasimi» (Zaqreb, Yuqoslaviya Akademiyasının 
qalereyası), «Şahzadə Marko», «Kosovo gözəli» əsərlərini misal göstərmək olar. 
Xorvat rəssamları tez-tez xalq məişətinə, kəndli əməyinin təsvirinə geniş yer verirdilər. Kəndli mövzusu Ni-
kol Maşiçin (1852-1902) yaradıcılığında başlıca yer tuturdu. Onun «Liçanin» əsərində qoca kəndli obrazı 
yaradılıb. Burada əks olunan kəndli obrazı soyuqqanlı və qətiyyətli təsvir edilib. «Bardaq götürən qız», «Qazları 
çaya aparan qız» əsərlərində isə təbiətin təsviri ilə yanaşı, poetik çalarlar da hiss olunur. Maşiç öz doğma vətəninin 
buludlarını, günəşli səmasını, çaylarını, çiçəkli təbiətini  əsərlərində canlandırıb. Onun natürmortları da kəndli 
həyatı ilə bağlı olub. 
Digər rəssamlardan Vlaxo Bukovats (1855-1922) hələ Parisdə təhsil alarkən öz əsərlərində kəndliləri və 
onların həyatını təsvir edib. Onun ilk əsərlərindən olan «Çernoqoriyalılar bazar yolunda» (1878, Zaqreb, Yuqos-
laviya Akademiyasının qalereyası)  əsəri təkrarolunmazdır. O bu əsərini çox canlı yaradıb. Bukovats çılpaq 
qadın bədənini də təsvir edirdi. Bu qəbildən olan əsərləri çoxdur. Buna misal olaraq, «Şpir Totsilyanın portre-
ti»ni göstərmək olar (1883). Bukoviç və Medoviç öz mifoloji və tarixi kompozisiyaları ilə Avropada 
məşhurlaşmışdılar. Medoviçin yaradıcılığında bizi döyüş səhnələri və təntənəli səhnələr bir o qədər də cəlb et-
mir. Lakin onun portretləri («Qoca qadın»), doğma Dubrovnikanın təbiətini təsvir edən əsərləri və kənddən bəhs 
edən natürmortları daha maraqlıdır. 
Əsrin sonunda xorvat rəssamları daha çox realizmə meyl edirlər. Bu tendensiya daha çox Mentsi Klemen-
ta Tsrnçiçanın (1865-1930) yaradıcılığında hiss edilir. Elə bu dövrdə ilk xorvat monumental heykəltəraşlığı 
inkişaf etməyə başlayır. Heykəltəraşlıq nümunələri arasında şairlər Kaçiçin və Pyotr Preradoviçin heykəllərini 
göstərmək olar. Hər iki əsər Zaqrebdə heykəltəraş İvan Rendiç tərəfindən yaradılmışdır (1849-1932). 
Sloveniya. 
Sloveniyalılar öz incəsənətlərini Sloveniya burjuaziyasının yarandığı bir dövrdə çiçəkləndirməyə 
başlayırlar. XIX əsrin birinci rübündə Sloveniya mədəniyyətində klassik tendensiya istifadə edilirdi. Bu dövrdə 
kilsə əsərləri, tarixi rəngkarlıq və portret janrı inkişaf edirdi. Bu dövrün incəsənət ustalarından olan Fans Kavçiç 
(1762-1828) bir çox klassik kompozisiyaların və antik mövzuların müəllifi idi («Fakiyon») əsəri. 
Portret janrında işləyən rəssamlardan İosif Tamenis (1790-1866) öndə idi. O, 1820-ci ildə İtaliyada təhsil 
almışdı. O, Lyublyanada, sonra isə Qorits əyalətində yaşamışdır. O, bu ərazilərdə olan kilsələri. həmçinin, 
maraqlı simaları təsvir edirdi. Əsərlərindən «Makson ailəsi», öz atasının portreti, avtoportretini misal göstərmək 
olar. O, bu əsərlərində insan cizgilərini özünəməxsus tərzdə təsvir etmişdir. 
Bu dövrlərdə Sloveniyada rəngkarlıq inkişaf edirdi. Bu üslubda işləyən rəssamlardan Matey Lanqusu 
(1792-1855) nümunə göstərmək olar. O, əsərlərində mənzərə fonları verməklə yanaşı, romantik planlardan da 
istifadə etmişdir. Lirik və sentimental üslubda rəsmlər yaradan, həmçinin qadın portretləri çəkən Mixail Stroya 
(1807-1871) da Sloveniya təsviri sənətinə öz töhfələrini vermişdir.  
XIX  əsrin ikinci yarısında incəsənətdə realist tendensiya yaranmağa başlayır. Bu tendensiya Sloveniya 
mədəniyyətini Serbiya və Xorvatiya mədəniyyəti ilə yaxınlaşdırır. Lyubyana Sloveniya mədəniyyətinin 
mərkəzinə çevrilir. burada Yaneza və Yuri Şubitsi qardaşları yaradıcılıqla məşğul olurlar. Onların hər ikisi Ve-
nesiyada təhsil almışdılar. Yanezanın yaradıcılığı İtalyan məktəbinə yaxın olsa da, Yurinin yaradıcılığı Fransız 
mədəniyyətinə yaxın idi. Yaneza Şubitsi bacısı Mitsanın portretini yaratmışdır. Kitab oxuyan Mitsanın portreti 
poetik üslubda təsvir edilmişdir. Yuri Şubits isə «Ovdan əvvəl», «Tənhalıq» əsərlərində qəhrəmanların əhval-
ruhiyyələrini təsvir etmişdir. Hər iki qardaş illüstrasiyalar üzərində işləyirdilər.  
Beləliklə, XIX əsrin sonlarında Sloveniya, Xorvatiya və Serbiya incəsənətinin impresionizmə meyl 
etməsini və müasirləşdiyini görmək olar. Həmçinin, Yuqoslaviya rəssamlarının yaratdığı  əsərlər dünya 
incəsənətində özünəməxsus yer tutur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
326
ƏdəbiyyatMütləqiyyətin ləğvindən və konstitusiyanın bərpasından sonra Avstriya-Macarıstan ittifaqına 
daxil olan Sloveniyanın həm siyasi. həm də  mədəni həyatında dirçəlmə oldu. XIX əsrin 60-cı illərindən 
başlayaraq Sloveniya ziyalıları milli mədəniyyəti.  ədəbiyyatı möhkəmləndirməyə, yadelli təsirindən (alman, 
italyan) qorumağa çalışırdılar. Bu proqramın icrasında ilk praktiki addım  şəhərlərdə  və böyük yaşayış 
məntəqələrində qiraətxanaların təşkil edilməsi oldu. Bu cür ədəbi birliklər bir neçə il ərzində Sloveniyanın bütün 
ərazisində təşkil edildi. Bu dövrün tanınmış ziyalılarından biri Fran Levstik (1831-1887) idi. Onun siyasi və ey-
ni zamanda da ədəbi fəaliyyətində onu məşğul edən ideya milli müstəqillik  əldə edilməsi idi. Dövlətin təhsil 
müəssisələrində alman dilinin daha çox əhəmiyyət kəsb etdiyini görən ziyalı var gücü ilə çalışırdı ki, doğma 
dilinin hüquqları bərpa edilsin. O istəyirdi ki, ədəbiyyat Sloveniya həyatının güzgüsü olsun. Öz məqalələrində 
yazıçıların diqqətini xalq yaradıcılığına yönəltməyə cəhd edən Levstikin ədəbi əsərlərinin parçaları saxlanılıb. 
Tam  şəkildə isə onun lirik şerləri «Vrxdan olan Martin Krpan» adlı hekayəsi, «Litiyadan Çateyaya səyahət» 
yazısı saxlanılmışdır. O, öz əsərlərində həyatı real təsvir edirdi. Levstik təkcə ədəbiyyatçı yox, həm də ideoloq 
idi. O, milli Sloveniya ədəbiyyatının və mədəniyyətinin inkişafında mühüm rol oynamış ziyalılardan olmuşdur. 
Levstik «Zvon» adlı jurnal nəşr etdirir. Bu jurnalın redaksiya heyətində ondan başqa Yosip Stritar və Yosip 
Vurçiç daxil idi. Stitarın yazdığı ədəbi-tənqidi məqalələr sloven estetik fikrinin əsasını qoymuşdur. 
60-cı illərdə ziyalılar Sloveniya klassiklərinin əsərlərindən ibarət bir neçə seriyası olan (silsiləli) kitab nəşr 
edirlər. 1-ci seriyaya milli ədəbiyyatçı F.Preşernanın şerlər toplusu daxil idi. Uzun əsrlər boyu Sloveniyanın Av-
striyadan asılı olması, klerikalizmin təsiri Sloveniya realizminə güclü təsir göstərib. 80-cı illərdə realizmin 
çiçəkləndiyi dövrdə belə ədəbiyyatda romantik tendensiyalar mövcud idi. Bir çox Sloven ədəbiyyatşünasları 80-
90-cı illərin realizmini «poetik» adlandırırdılar.  
60-cı illərdən başlayaraq  ədəbiyyatda hekayə janrı üstünlük təşkil etməyə başlayır. Bu dövrə  qədər isə 
ədəbiyyatda birinci yeri şer janrı tuturdu. 
Ədəbi praktikada realistik tendensiyalara əsasən Levstik ilə yaxın olan yazıçıların  əsərlərinə  də rast 
gəlinir. 
Yosip Yurçic (1844-1881) özünün ilk povestləri üçün materialları öz xalqının milli keçmişindən 
götürmüşdür («Şəhər hakiminin qızı» 1886). Sloven ədəbiyyatında ilk romanlardan biri sayılan «Onuncu 
qardaş»da yazıçı müasirliyə müraciət edərək, bir çox realist personajlar yaradır. Yazıçının digər, realist 
tendensiyaların güclü olduğu  əsərlərindən biri «Qonşu oğlu»dur. Bu əsəri o, müasir kəndlilərin həyatına həsr 
etmişdir. Levstikin mədəni-siyasi proqramının tərəfdarlarından biri Fran Eryavets idi. Bu yazıçı öz demokratik 
əhval-ruhiyyəsinə görə rus realistik ədəbiyyatına, xüsusən də Qoqola yaxındır. «Avqustin Oünek» povestində 
yazıçı yoxsul bir məmurun taleyindən bəhs edir ki, Sloven ədəbi tənqidi bu məntiqi «Akaki Akakiyeviçin 
doğma qardaşı» adlandırmışdır. 
Yosip Stiatarın  əsərlərində dünya ideal görünür. O romantikdir. Bu yazıçı Sloven ədəbiyyatındakı 
problemlərin həllini qərb  ədəbiyyatı ilə yaxınlaşmaqda görür («Zorin», «Cənab Mirodolski» və s. romanları). 
Fran Tselestinin yaradıcılığında rus bədii ədəbiyyatı ilə tanışlıq (xüsusilə Turgenev və Dostoyevski) mühüm rol 
oynamışdır. Onun fikrincə dövrünün romantik yazıçılarının əsərlərində zəif cəhətlər çoxdur, əsərdə müasir ideya 
olmalıdır. Pselestinin bu cür tənqidi məqalələri rus realistik ədəbiyyatına marağı artırırdı. 
80-90-cı illərin sloven ədəbiyyatının görkəmli nümayəndələri – nasirlər Tavçara və Kersnik, şair Aşkertsa 
olmuşdur. 
İvan Pavçarın (1851-1923) erkən yaradıcılığında Yurçiç və Stritar yaradıcılığı ilə bağlılıq görmək olar. 
Pavçarı Yurçiç ilə tarixi problematikaya olan maraq, Stitarla isə sevgi konfliktlərinə olan maraq (hər iki yazıçı 
bunu öz əsərlərində romantik və sentimental tonlarla təsvir edirlər) yaxınlaşdırır. 
Pavçar öz əsərlərində  əsasən realistik kəndli mövzularına üstünlük verir ki, bu da sloven ədəbiyyatında 
əsas yer tutur. Kəndlilərin həyatı təsvir olunmuş silsilə əsərlərdən biri «Dağlarda» adlanır. Yazıçının «V zam» 
adlı  əsərində sosial problemə toxunulur. Bu əsərdə  təsvir olunan belə sosial problemlərdən biri sloven 
kəndlilərinin Amerikaya köçürülməsidir.  
Yuxarıda adları çəkilən hər iki hekayədə yazıçını insanların qeyri-adi, faciəvi taleyi maraqlandırırdı. La-
kin onun romantik qəhrəmanları öz real həyatlarını yaşayan insanlardır.  
Pavçarın «4000» adlı satirasında isə müəllif proqnozlaşdırır ki, əgər klerikalizm ideyaları reallaşsa 4000-
ci ildə Lyublyananı nə gözləyir. 
Realistik sloven nəşrinin zirvəsi Yanko Kersnik (1852-1897) yaradıcılığı olub («Loterone» povesti, «Na 
jerinəx» romanı). İlk əsərlərində Yurçiçin təsirini daha sonrakı dövrdə rus realistik nəşrinin, xüsusən də, Turge-
nevin təsirini görmək olar. 
«Siklamen» adlı romanında o, gerçəkliyi təsvir edir. Bu romanla süjet bağlılığı olan «Aqitator» romanı, 
«Roşlin və Vryanko» povesti maraqlı nəşr nümunələrindəndir. 
Öz sələflərindən və müasirlərindən fərqli olaraq Kirsnik öz əsərlərində romantik qəhrəman  əvəzinə. 
yüksək ideyalar ardınca qaçmayan. ancaq öz karyerasını düşünən, öz dünyasında yaşayan ziyalı obrazı yaradır. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
327
Yazıçının «Kəndli həyatından səhnələr» adlı silsilə hekayələrində kapitalistlərin müflisləşdirdiyi kəndin 
real təsviri yaradılmışdır. Kəndlilərin  əməksevərliyi. torpağa olan sevgisi bu hekayələrdə çox gözəl təsvir 
olunmuşdur. 
90-cı illərdə sloven ədəbiyyatında realizmlə yanaşı naturalizm də geniş yayılır. Naturalistlərin fikrincə in-
sanlar təbiətin arzuolunmaz təsirinə məruz qalırlar. İnsanlar arzuolunmaz irsi xəstəliklərdən əziyyət çəkirlər.  
Bu dövrdə yaranmış  əsərlərdən biri olan «Qann içində» nasir və daramaturq Fran Qovekar tərəfindən 
yazılıb. Qovekar sloven naturalistlərinin başçısı  və  nəzəriyyəçisi olmuşdur. Ondan başqa sloven 
naturalistlərindən Rado Murnik, Anton Funtek və b. göstərmək olar. Nəsrdən fərqli olaraq poeziyada romantizm 
hələ qalmaqda idi. İstedadlı şairlərdən biri olan Simon Enko (1835-1869) «Oqneplamtiç» adlı poeması ilə debüt 
etmişdir. Bu poema romantik sevgi poemalarına qarşı idi. 
Realizmə doğru növbəti addım Qoqolun təsiri altında yazılmış yumoristik hekayələr idi. 
Enkonun şerlərində əhəmiyyətli yer tutan mövzu əsarət altına salınmış vətənə sevgi mövzusu idi. Onun 
vətənpərvərlik ruhunda yazılmış şerlərindən biri olan «Vpered, znamena slavi» slovenlərin himni olmuşdur. Da-
ha böyük müvəffəqiyyəti Enko siyasi satiralarında əldə etmişdir.  
Dövrün başqa görkəmli  şairlərindən biri Simon Qreqorçiç idi. O, çox yoxsul olduğundan seminariyanı 
yarımçıq buraxmış, bütün ömrü boyu krelikollar tərəfindən təqiblərə məruz qalmışdır. Lakin onu öz taleyindən 
daha çox vətəninin taleyi düşündürürdü («Rodine»). 
Şairin bir çox şerləri mahnıya salınmış və xalq nəğmələrinə çevrilmişdir. 
80-cı illərin  əvvəllərində poeziyaya ilk realist şair Anton Aşkerts (1856-1912) gəlir. O, öz əsərləri ilə 
vətənin həm milli, həm də sosial azadlığı üçün mübarizə aparırdı. Bu şairin yaradıcılığına realistik rus 
ədəbiyyatı təsir göstərmişdir. Onun ən çox sevdiyi rus şairləri Puşkin, Lermontov, Nekrasov idi. 
Aşkertsanın poeziyasında olan dərin dramatizm öz ifadəsini onun əsərlərinin təkcə  məzmununda deyil, 
həm də formasında tapmışdır. O, çoxlu balladalar. romanslar. novellalar yazmışdır. 
90-cı illərin ortalarında Aşkerts işçi hərəkatı ilə yaxınlaşır. O, sloven ədəbiyyatında ilk ədib idi ki, 
işçilərin həyatını təsvir etmişdi. Bununla da o, proletar poeziyanın əsasını qoymuşdur. Onun ilk seçilmiş əsərlər 
toplusu «Balladalar və romanslar»da vətənpərvərlik ideyası, milli müstəqillik uğrunda mübarizə ön plandadır.  
«Lirik və epik şer» adlı kitabında  şair sosial problemlərə müraciət edir. O, buraya istismara qarşı öz etiraz 
səsini qaldıran fəhlə obrazı daxil edir. «Fəhlə qızı», «Kasıbın bahar nəğməsi» bu qəbildən olan nümunələrdəndir. Bu 
cür əsərlər Sloveniyada demokratik və sosialist ədəbiyyatın inkişafında mühüm rol oynamışdır.  
60-90-cı illərdə Sloven dramaturgiyası  nəzərə çarpacaq dərəcədə poeziya və  nəsrdən geri qalırdı. 
Dramaturgiyanın böyük bir hissəsi həvəskar repertuarları üçün nəzərdə tutulurdu. Stritar Avropa ruhunda bir 
neçə dram yazmışdı («Orest», «Medeə», «Kosona» və s.). Dövrün tamaşaçıları tərəfindən Miroslav Vixarın !Ju-
nan» komediyası çox sevilmişdir. Bu əsərin mövzusu kənd həyatından götürülmüşdür. Başqa bir komediya ilə 
Yosip Oqrintsanın «Qde meja» komediyasıdır. Burada söhbət iki kəndlinin bir parça torpaq üstündə bir-birilə 
mübahisə etməsindən gedir. Bu komediyalarda realizm elementləri kobud yumorla verilir. 
Sloven dramaturgiyasının zirvəsi Yurçiç və Levstikin romantik faciələri sayılır. Bu faciələrdən biri olan 
tarixi faciə «Puqomer» sloven knyazının kədərli faciəsindən bəhs edir. 
Serb-lujits ədəbiyyatı
XIX əsrin ikinci yarısında lujits serblərinin ədəbiyyatı həm öz təcrübələri, həm də alman və qonşu slovyan 
xalqlarının ədəbiyyatının təsiri altında formalaşırdı.  
Serb-lujits ədəbiyyatının banisi Qandriy Zeylir (1804-1872) olmuşdur. 1845-ci ildə o, «Matiua serbska» 
adlı ziyalı lujits birliyinin nümayəndəsi olur. Zeylerin bir çox şerlərinə bəstəkarlar musiqi bəstələmişlər. Zeyle-
rin 1845-1860-cı illərdə yazmış olduğu «İlin fəsilləri» adlı poemasında lujits xalqının real həyatı  təsvir 
olunmuşdur.  
Zeylerin Yan Velya-Radiserb, ilk lujits qadın şairəsi olan Qerta Viçazets, Yan Boquver Muçink, Mixail 
Qornik və b. kimi davamçıları olmuşdur. Onlardan bəziləri sol demokratlara qoşulmuş, inqilab həyəcanını 
yaşamışlar. 
Zeylerdən başqa lujits milli intibahının görkəmli nümayəndələrindən biri olan Yan Arnoşt Smoler (1816-
1884) bütün ömrünü lujits folklorunu öyrənməyə  sərf etmişdir. Smoler bir çox elmi nəşrlərin redaktoru 
olmuşdur. Eyni zamanda o, 1847-1852-ci illərdə «Çasonie Matiüi serbskoy» adlı jurnalın, «Lujiçanin» adlı 
ədəbi jurnalın redaktoru olmuşdur. O, bir neçə dəfə Rusiyada olmuş və rus slovyanofillərdən lujits mədəniyyət 
evinin tikilməsinə kömək etmişdir. Məşhur serb-lujits şairi Lorensanın dediyinə görə Smoler lujits milli intibahı 
üçün böyük əhəmiyyətə malik insandır. 
Smolerin yaxın tərəfdaşlarından biri Yan Petr İordan (1818-1891) idi.  
Zeylerin kiçik müasiri olan şair, nasir və alim Yan Velya demokratik inqilab dövründə serb-lujits 
ədəbiyyatının nümayəndələrindən biri idi. O, özünə Radiserb (yəni – serb olmağıma  şadam) təxəllüsünü 
götürmüşdür. İnqilab dövründə o azsaylı serb ziyalılarından olan konstitusiyalı monarxiyadan demokratik res-
publikaya keçidin tərəfdarlarından idi. O, Yan Bartko ilə birlikdə 1848-ci ildə «Serb xəbərləri» adlı  qəzetin 
əsasını qoymuşdur, lakin yarım il sonra bu qəzet öz radikal-demokrat baxışlarına görə bağlanmışdır. Radiserb 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
328
istedadlı xalq yazıçısı idi. O, 1847-ci ildən 9 seçilmiş  nəsr  əsərlərindən ibarət kitab, şer kitabı, təmsillər nəşr 
etmişdir. Lujits mədəniyyəti tarixinə o xalq müdrikliyinin yorulmaz yazıçısı kimi daxil olmuşdur. 1902-ci ildə o, 
«Serb atalar sözləri»ni çap etdirmişdir. 1907-ci ildə onun «Tapmacalar» toplusu (bura 900 tapmaca daxil idi) 
nəşr edilir. O həm tarixi, həm də müasir süjetlərə hekayələr yazırdı. Onun «Yan Manya» adlı novellası daha çox 
diqqət cəlb edir. Burada Kaliforniyaya müraciət etmiş lujitsin mürəkkəb taleyi əks olunmuşdur. Lujits öz vətəni 
üçün darıxır və nəhayət geri qayıdır. 
Serb-lujits  ədəbiyyatının klassiki Yakub Bart-Çişinski lujits ədəbiyyatını ümumavropa səviyyəsinə 
qaldırmışdır. O bir çox Avropa dillərini bilir, doğma dilə Homerin hekzametrlərini, Şeksprin sonetlərini, Ler-
montovun  şerlərini və s. tərcümə etmişdir. Öz ədəbi proqramına o, «kəndlilər üçün milli məzmun daşıyan 
əsərlərin yaranmasını» daxil etmişdir. Buna misal olaraq onun «Nişanlı» (1847) eposunu, «Qoca serb» adlı ta-
rixi şer dramını və s. yazmışdır. Lujits kəndliləri yunker və kapitalistlərdən qoruyaraq kəskin satiralar yazmışdır. 
Bu satiralar onun yaradıcılığının realistik gücünü sübut edir. Xalq ənənələrini qoruyaraq Çişinskiy fəlsəfədə və 
ədəbiyyatda yaranan yeni cərəyanları (məsələn; naturalizm) inkar edirdi. 
Serbiya və Çernoqoriya ədəbiyyatı. 
Bu ölkələrin  ədəbiyyatı slavyan xalqlarının  ədəbiyyatının təsiri altında inkişaf edirdi. Romantizmin 
ənənələri geniş yayılmışdı. Serbiyada romantik poeziya sahəsində üç dahi şair böyük uğurlar əldə etmişdilər.  
İ.İ.Zmay (1833-1904) lirik, silsilə əsərlərin müəllifi kimi şöhrət qazanmışdır. «Qızılgül», «Solmaz güllər» 
şerlər toplusu nəşr olunub.  
Ç.Vakşiç (1832-1878) – «Torpaq», «Dərzi qadın» kimi poemalarında yaşıdığı zəmanədən şikayətlənərək 
satirik duyğulu əsərlər yaratmışdır. 
L.Kostiç (1845-1910) poeziyası XX əsrin sonlarından tədqiq olunmağa başlamışdır. O, faciələr müəllifi 
kimi məşhurlaşmışdır. «Serblərin köçürülməsi» ən məşhur romanlarındandır. 
Çernoqoriya ədəbiyyatının görkəmli nümayəndələri S.Markoviç, M.Mişiç, L.Lazareviç, Y.Veselinoviç və 
b. olmuşlar. S.Markoviç (1846-1875) realizm nümunələrini üzə çıxaran bir çox məqalələrin müəllifidir. «Poe-
ziya və düşüncələr», «Reallıq və poeziya», «Xalq və yazıçılar» kimi məqalələrdə realizm nəzəriyyəsini  əks 
etdirmişdir. 
Yeni realist poeziyanın inkişafı S.Matavulyanın (1852-1908) yaradıcılığı ilə bağlıdır. «Uskok», «Bakonya 
fra Brne» romanlarının, bir çox hekayə, ədəbi-tənqidi məqalələrin müəllifi kimi şöhrət qazanmışdır. 
Məşhur komedioqraf Branislav Nuşiç (1864-1938) ömrünün əlli ilindən çoxunu milli teatra və ədəbiyyata 
həsr etmişdir. Bir çox yumoristik hekayələr və felyetonlar yazmışdır. «Xalq deputatı», «Yarpaqlar», «Şübhəli 
şəxs» əsərlərinin müəllifidir. 
Xorvatiya ədəbiyyatıƏdəbiyyat xalqa təkan verən, xalqı milli azadlığa çağıran yeganə vasitə idi. Bunu 
sübut edən amillərə M.Boqoviçin yaradıcılığında rast gəlmək olar (1816-1893). Xüsusən də bu amilləri onun 
kəndli hərəkatını təsvir edən «Matiya Qubets, kəndli şahzadəsi» pyesində görmək olar. 
Realizmə doğru dönüşə «Visnats» (1869-1903) jurnalının naşiri, publisist A.Şenaa nail olmuşdur. 
Yaradıcılığa romantik şair kimi başlamışdır. Daha sonralar isə tənqidi əsərləri ilə çıxış etmişdir. «Zərgərin var-
dövləti», «Kəndli üsyanları» kimi əsərlərlə yanaşı o, bir çox tarixi əsərlərin yaradıcısı kimi də tanınmışdır. Bu 
əsərləri o, faktlara və  sənədlərə  əsasən yazmışdır. Daha sonra realizmi onun davamçıları olan A.Kovaçiç, 
Y.Kozarts, E.Kumiçiç təbliğ etmişlər.  
E.Kumiçiç (1850-1904) yaradıcılığı müasir cəmiyyətin romanlarda təsviridir. «Olqa və Lina», «Xanım 
Sabina», «Yetim» romanlarında burjua cəmiyyətini tənqid atəşinə tutmuşdur. 
S.S.Krançeviç (1865-1908) – faciəli şerlər müəllifi kimi tanınmışdır. «Seçilmiş şerlər», «Şerlər» adlı şer 
kitablarının müəllifidir. 
Xorvatiya ədəbiyyatı XIX-XX əsrlərdə digər mərkəzi və cənub-şərqi Avropa ölkələrində olduğu kimi ro-
mantizm və realizm cərəyanlarının bir-birini əvəz etməsi ilə xarakterizə olunur. 
Macarıstan. 
 İncəsənət.  Macırıstanda azadlıq hərəkatının güclənməsi, xalqın azadlıq  əhval-ruhiyyəsinin artması öz 
əksini incəsənətdə, elmdə tapdı. 
Ədəbiyyata nisbətən təsviri sənət zəif inkişaf edirdi, aparıcı yeri memarlıq tutur. cəmiyyətin diqqətini 
klassik üslublu memarlıq nümunələri cəlb edir. Bütün ölkədə ictimai, təhsil, mədəni binalar tikilməyə başlayır. 
Peşt və Buda şəhərlərində (Əvvəl hələ birləşməmişdilər) tikinti işləri sürətlə aparılırdı.  
Bu dövrün məşhur memarı Mixail Pollak olmuşdur. Onun yaradıcılığının zirvəsi Budapeşt muzeyi hesab 
edilir. Bu, klassisizmin ən gözəl nümunəsi olmuşdur. Heykəltəraşlığın inkişafı daha çətin şəraitdə baş verirdi. 
Maddi cəhətdən baha olduğundan memarlıq tikililərində heykəltəraşlıq istifadə olunmurdu. Bu da 
heykəltəraşları sənətkarlarla eyni səviyyəyə salmışdır. 
Heykəltəraşların nümayəndələrindən Vyana akademiyasının banisi İştvan Ferensinin adını  çəkmək olar. 
O, «Pastuşka» və «cokonda» heykəllərinin müəllifidir. Onun hazırladığı Korvinin «Atlı» heykəli uğur  əldə 
etmişdir. İtaliya təsiri ilə yaratdığı bu heykəl daha çox antik ənənələrlə dolu idi.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
329
XIX-XX  əsrlərdə  rəngkarlığın inkişafında mühüm yer portret və  mənzərə janrına verilirdi. Mənzərə 
rəngkarlığının inkişafında Karoya Markonun yaradıcılığının böyük əhəmiyyəti olmuşdur.  İlk dəfə Macarıstan 
təbiəti onun əsərlərində  təsvir olunmuşdur. «Vişeqrad»  ən məşhur  əsərlərindəndir. Yaradıcılığına  İtaliya 
rəngkarlığı ilə tanışlıq müsbət təsir göstərmişdir. «Alfid mənzərəsi»ndə bunu daha aydın göstərmək olar. 
Mikloşa Barabaşanın rəngkar və qrafik kimi fəaliyyəti Macarıstan təsviri sənətində xüsusi yer tutur. Bu 
janrlarda işləsə də xüsusi yer portret janrına verilir. Janrın, rəngkarlığın banisi hesab edilir. «Rumın ailəsi» əsəri 
janrın, rəngkarlığın nümunəsidir.  İnqilabdan sonra inqilabın mədəniyyətə  təsiri olduqca böyük olur və bütün 
yaranan əsərlər inqilabi pafosla dolur (1848-ci il inqilabı). Ədəbiyyatda olduğu kimi təsviri sənətdə də romantik, 
XX  əsrin  əvvəllərində isə realist istiqamətlər yaranır. Bütün bu əlamətləri rəngkarlıq  əsərlərində müşahidə 
etmək mümkündür. Tədricən tarixi janr inkişaf etməyə başlayır. Tarixi janrın görkəmli nümayəndəsi Viktor 
Madaras olmuşdur. «Laslo Xunyandinin ağlaşması», «Zrini və Franqeran» kimi əsərlərin müəllifidir. 
«Ağlaşma» əsərində inqilabda həlak olmuş qəhrəmanları təsvir etmişdir.  
Tarixi janrda işləyən rəssamlardan B.Sekey, Ş.Vaqner, D.Bentsur, M.Madaras kimi rəssamların adlarını 
çəkmək olar. Macar incəsənətində qrafika ustası Mixail Ziçinin adını çəkməmək qeyri mümkündür. O, bir çox 
ədəbi əsərlərə illüstrasiyalar çəkməklə məşğul olmuşdur. 
Mikkoş İjo – görkəmli heykəltəraş olmuşdur, ilk dəfə o yaradıcılığında kəndli obrazı yaratmışdır. Onun 
yaradıcılığı patriotik ideyalarla dolu olmuşdur. O, şair Şandor tetefiyə heykəl-abidə hazırlayarkən vəfat etmişdir.  
Mikay Minkaçi görkəmli rəssam kimi fəaliyyət göstərmişdir. Yaradıcılığa sənətkar emalatxanasında 
başlamışdır, bir müddət Parisdə yaradıcılıq fəaliyyəti göstərmişdir. 1869-1870-ci illər arasında «Ölümə məhkum 
olunmuşun kamerası»  əsərini yaratmış, bu əsər dövrün sosial ziddiyyətlərinin bədii  əksidir. Uzun müddət bu 
əsər üzərində işləyən rəssam bir neçə eskiz və etüdlərlə bu mövzuya müraciət etmişdir. Əsərin baş qəhrəmanı 
kasıb, köməksizlərin müdafiəçisi olmuşdur. «Gecə  səfilləri», «Nahardan sonra görüş»  əsərləri daha 
diqqətəlayiqdir. 
Sandor Bixari Minkaçinin təsiri ilə yaradıcılığa başlamışdır. mənzərə janrını XX əsrin  əvvəllərində Pal 
Sinen Meris inkişaf etdirmişdir. «Yelləncək», «May gəzintisi» kimi əsərlərə  şən  əhval-ruhiyyə, parlaq kalorit 
xasdır. 
Bu dövrün nəhəng memarlıq abidəsi 1884-1904 illər ərzində İmre Şteynenin rəhbərliyi altında tikilən parla-
ment binası olmuşdur. 
XIX-XX əsrlərdə incəsənətin inkişafını şəhər meydanında, küçələrdə, iri parklarda yaranan abidələr sübut 
etsə də, digər ölkələrlə müqayisədə bu ölkədə incəsənətin səviyyəsi, həlli priyomları olduqca zəif olmuşdur. La-
kin bütün bunlara baxmayaraq təsviri sənətdə Milli ruh, millilik xüsusiyyətlərinin olmasını müsbət hal kimi 
qəbul etmək olar. 
ƏdəbiyyatXIX əsrin II yarısında Macar ədəbiyyatında romantizm mühüm rol oynayırdı. Bununla belə, 
bu dövrdən başlayaraq tənqidi realizmin təməli qoyulur. Macar romantizminin əsas idealı Milli azadlıq idi ki, 
burada  şəxsi azadlıq haqqında heç düşünülməmişdi.  Ədəbiyyatda «təbiilik», reallıq artırdı. Xalq məktəbinin 
başçısı olan tənqidçi və yazıçı Pol Dyulay (1826-1909) realist-estetikanı ilk olaraq zənginləşdirmişdi. O, həm də 
«Köhnə malikanənin sonuncu sahibi» adlı (1857) povestin də müəllifi idi. Bu povest realist səpkidə yazılmışdır. 
Burada tərs maniakal mülkədar traqikomik obraz kimi yadda qalır. 
Bu dövrə aid olan İmri Madaça və Yanoşa Vaydu kimi ədiblərin də adını çəkmək yerinə düşər. Onların 
hər ikisinin yaradıcılığında faciəvi  əhval-ruhiyyə görmək olar. Bu faciəlik pessimizmlə bağlı deyildir. 
Zadəganlığın ümidləri doğrultması belə faciəli səbəb olurdu. 
Emre-Madaç (1823-1864) özü zadəgan ailəsinin bir üzvü olmuşdur. Onun «İnsanın faciəsi» (1861) əsəri 
bəşəriyyətin lap qədim dövrdən (Qədim Misir) başlayaraq təsəvvür edilən gələcəyə qədər (Buz bağlamış yer bir 
dövrü  əhatə edir. Burada iştirak edən 3 əsas obrazdan biri olan Lyudsfer Adəmi Həvva ilə birlikdə  qədim 
dövrdən, antik dövrdən, qaranlıq orta əsrlərdən, inqilabi Fransadan, İngiltərədən keçirir, ona barbarlıq göstərir. 
Burada Həvva artıq ruhdan düşmüş Adəmi sevindirəcək və Lyudsferi rüsvay edərək uşaq gözlədiyini bildirir. 
Buradan belə bir söz meydana çıxır ki, «İnsan mübarizə aparmalı və inanmalıdır».  
Madaç həm də lirik-fəlsəfi şerlər də yazmışdır. O, 1862-ci ildə «Mozeş» dramını yazır. 
İlk böyük macar rəssamı olan və qəti qərarla bu sahədən ayrılan şair Yanaş Vayda (1827-1897) idi. Kiçik 
məmur olan Vaydanın ümidlərini liberal-zadəganlar doğrultmuşdular. Məhz bu dövrdə  də onun poeziyası 
faciəvi, kədərli notlarla zəngin olur. Bu bəzən Lermontov tərzinə  də  bənzəyirdi. Onun lirikası bu allahsız və 
başqa sakitləşdirici illüziyaların olmadığı bir dünyadır. 
Vayd lirik sevgi şerləri («Sevginin lənəti» və s.) yazır. Bu sevgi lirikasının motivlərinə vəfasızlıq, soyuq 
xəyanət hissi xasdır. 
Digər realist şair Yanoş Azan demokrat olmuşdur: «Keçmişə bir nəzər» və s. kimi lirik şerlər yazmışdır.  
Bu dövrdə yaşayıb yaratmış nasirlərdən biri Daslo Aran olmuşdur. Onun şer şəklində yazdığı «İlğımlar 
qəhrəmanı» romanı marağı  cəlb edən  əsərlərdəndir. Bu əsərlərdə zadəganın zəngin halı  təsvir edilir. O öz 
istəklərinə çatmaq üçün mütləq vasitələrdən istifadə edir. Lakin heç bir şey alınmadığını görüb bütün ümidlərini 
üzür. Bu əsərdə əsas o fikir qeyd olunur ki, insan gərək boş arzulara uymasın. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
330
Yaradıcılığına Yanaş Aranın yazdığı balladaların təsiri altında başlayan Layaş Tolnai öz povestlərində satiraya 
müraciət edir. 
Macarıstanın görkəmli roman ustalarından biri Mora Yokal idi. Onun yaradıcılığı romantik istiqamətdə 
inkişaf edirdi. Onun yaradıcılığında çiçəklənmə dövrü 1848-ci il İnqilabından sonra başlanır. Onun məşhur 
romanlarından «Zoltan Karpati»ni göstərmək olar. 
Yokao liberalizmə üstünlük verirdi. Onun bir çox əsərlərində liberal ideyalara rast gəlinir. 
Onun başqa  əsərlərindən «Qara almaz», «Qızıl insan» və b. göstərmək olar. Digər Macar nasiri Koltan 
Miksat (1847-1910) realist də adlandırıla bilər. Onun erkən yaradıcılığı üçün xarakterik olan hekayə  və 
povestləri kəndlilərin həyatından («Dobrıe paloyn», «Lixonskaə travka»), zadəganlığın gözəl keçmişindən 
(«Vsemilostiveynıe qosudarm») bəhs edir. Bütün bu nəşr nümunələrində bir qədər komik olsa da, sonrakı 
dövrdə bu yumşaq yumoru tənqidi yumor əvəz edir. Onun yaradıcılığında  əsas mövzulardan biri insanların 
xırdalaşması. nəslin pozulmasıdır. Nasirin «Macarıstanda seçkilər» adlı romanında insaf və vicdanları olmayan 
qəzetçilər, qəddar zadəgan burqomistlər, qraf-qubernatorlar, prinsipsiz öz mənafelərini güdən yüksək familiyalı 
siyasətçilərin obrazı verilmişdir. 
Miksad yaradıcılığında xalq bir uşaq rolunda çıxış edir. Xalq – sadə  qəlbli tərs bir kütlədir. O, 
hərdəmxəyaldır. Onun sadəlövhlüyündən istifadə edən yüksək mövqe sahibləri xalqa istədiklərini edirlər. 
Musiqi.  Macar musiqi mədəniyyətinin tarixi yalnız musiqi folkloru ilə bağlıdır. Bütün dövrlərdə 
yaradılmış əsərlər yalnız milli adətlər üzərində qurulmuşdur. 
Macar musiqisində geniş surətdə  səmərəli istifadə etmiş  məşhur bəstəkar F.Listin adı xüsusi 
vurğulanmalıdır. 
Macar xalq mahnıları B.Bartokun və Z.Kodayın sayəsində dünya musiqi mədəniyyətinə daxildir. 
Tanınmış çardaş musiqisi də macar xalq musiqisidir. 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin