Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə48/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   51

 
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
336
2.5.5. XX ƏSR RUS MƏDƏNİYYƏTİ 
 
Rus sovet mədəniyyəti 
 
İnqilab Rusiya cəmiyyətinin həyatını kökündən dəyişərək ölkə tarixində yeni mərhələ, əhəmiyyətli dönüş 
nöqtəsi olan sovet dövrünün başlancığını qoydu. Gətirdiyi dəyişikliklərin miqyasına və dərinliyinə görə 1917-ci 
ilin oktyabr inqiqabını Rusiyanın xristianlığı qəbul etməsi, Rusiya dövlətinin yaranması və Pyotrun islahatları 
ilə bir sıraya qoymaq olar. Mədəniyyətin dünya miqyaslı  tərəqqisi siyasi və ictimai həyatdakı  dəyişikliklərin 
ayrılmaz hissəsinə çevrildi. 
İnqilabdan dərhal sonra bolşevik partiyası və sovet hökuməti təhsil sistemini nəzarət altına alır. 1917-ci 
ilin axırı – 1918-ci ilin əvvəlində kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında dekretlər qəbul 
edilir. Xalq maarifinə rəhbərlik A.V.Lunaçarski başda olmaqla Maarif üzrə dövlət komissiyasına həvalə olunur. 
1923-cü ildə «Rədd olsun savadsızlıq!» könüllü cəmiyyəti təşkil olunur. 
Orta və ali ixtisas təhsilinin demokratikləşməsində  əhəmiyyətli uğurlar  əldə edilir. Fabrik-zavod 
məktəbləri (FZM), kəndli gənclər məktəbləri (KGM) və texnikumlar ixtisaslı  fəhlə  və orta texniki işçi 
hazırlığının kütləvi formalarına çevrilir. Fəhlə və kəndlilərin ali məktəblərə qəbulunu asanlaşdırmaq məqsədilə 
1919-cu ildən başlayaraq institut və universitetlər nəzdində fəhlə fakültələri yaranır ki, onların köməyi sayəsində 
həmin gənclərin bilik səviyyəsi zəruri pilləyə qaldırılır. Ali məktəblərin sayı sürətlə artır. Qəbul vaxtı «qeyri-
istismarçı» siniflərin nümayəndələri – fəhlələr və əməkçi kəndlilər üstünlüyə malik olur. 
Bununla belə, təhsil sisteminin inkişafı ciddi çətinliklərlə üzləşir, müəllim qıtlığı faciəli vüsət alır – 
onların əksəriyyəti inqilab illərində məhv edilmiş və ya «burjua ünsürü» kimi ölkədən qovulmuşdu. Problemi 
həll etmək məqsədi ilə 1921-ci ildə  Qırmızı professorlar institutu təşkil olunur. Buna baxmayaraq tədrisin 
keyfiyyəti aşağı düşür. 
Bolşevik dövlətinin əlində məktəb güclü ideoloji silaha çevrilir. Tədris proqramları kökündən dəyişdirilir, 
onların siyahısından nəinki bərqərar olmuş siyasi rejimin xarakterinə birbaşa zidd olan fənlər (məsələn, ilahiyyat 
qanunları) və hətta inqilabi ifratçılıq dalğasında «keçmişin qalıqlarına» aid edilən fəlsəfə, tarix kimi fənlər də 
xaric edilir. Onların  əvəzinə  təhsil alan geniş  gənc kütlələrdə marksist (daha doğrusu, bolşevik) dünyagörüşü 
formalaşmasına xidmət edən tarixi materializm, proletar diktaturasının iqtisadi siyasəti və bu kimi fənlər daxil 
edilir. 
Keçmişin mədəni irsinin qorun\ub saxlanması üzrə Sovet hökumətinin yeni sovet mədəniyyətinin 
təşəkkülünə yönəldilmiş təcili tədbirləri əhəmiyyətli rol oynadı, halbuki «İnqilabi kütlələrin» şüurunda keçmiş 
dövr mədəniyyəti hakim sinfin məişəti ilə əlaqəsi ucbatından bəzən mənasız surətdə vəhşicəsinə məhv edilirdi 
(məsələn, A.A.Blokun Şaxmatovo malikanəsi gözəl kitabxanası ilə birgə  kəndlilər tərəfindən yandırılmışdı). 
Kitabxana, muzey, rəsm qalereyaları, saray və malikanələrin qorunub saxlanması haqqında dekretlər qəbul edil-
di. Vətəndaş müharibəsi və ümumi viranəlik şəraitində nəhəng səylərin bahasına külli miqdarda tarixi və mədəni 
abidələr qorunub saxlanıldı, halbuki böyük qismi məhv edilib puç oldu. 
Sovet partiya rəhbərliyi ölkənin elmi potensialının qorunub saxlanılmasının və inkişafının zərurətini yaxşı 
başa düşürdü. Yeni hakimiyyətə müsbət münasibət bəsləyən, xüsusilə təbiiyyat elmlərinin nümayəndələri olan 
görkəmli alimlərin fəaliyyəti üçün şərait yaradılırdı.  İlk dövrlərdə,  əlbəttə müəyyən hüdudlar çərçivəsində, 
onların  şüurundakı  bəzi siyasi azadfikirlilik belə  əfv edilirdi. Onlar hələ inqilabdan qabaq başladıqları 
tədqiqatları davam etdirir, vətəndaş müharibəsi və işğalın nəticələrini dəf etməklə dövlətlə əməkdaşlıq edirdilər. 
Rus bitki fizioloqları elmi məktəbinin banilərindən biri, REA-nın müxbir üzvü, fotosintez, aqronomiya, elm ta-
rixi sahəsində sanballı əsərlərin müəllifi, darvinçi- təbiətşünas K.A.Timiryazev Mossovetin deputatı idi. Lenin 
adına Ümumittifaq kənd təsərrüfatı elmləri Akademiyasının həqiqi üzvü, seleksiyaçı, 300-dən çox meyvə-
giləmeyvə bitki növünün müəllifi İ.V.Miçurinin fəaliyyəti kənd təsərrüfatının inkişafında böyük rol oynadı. Rus 
təyyarə konstruktorları da öz işini davam etdirirdi. 1918-ci ildə Mərkəzi aerohidrodinamika institutunun əsası 
qoyuldu. Onun baniləri N.Y.Jukovski və S.A.Çanlıgin idi. 
Fizikada əhəmiyyətli nailiyyətlər əldə edildi. Müasir yarımkeçiricilər fizikasının banisi akademik A.F.İoffe ol-
du, onun təşəbbüsü nəticəsində Fizika-texniki institut, SSRİ EA Yarımkeçiricilər institutu və s. açıldı. 20-ci illərdə öz 
tədqiqat fəaliyyətinə P.L.Kapitsa başladı, gələcəkdə o, akademik, SSRİ EA fizika problemləri institutunun banisi, 
Nobel mükafatı laureatı oldu (1978-ci il). 
Fizioloq  İ.P.Pavlov, raket texnikası  nəzəriyyəçisi K.E.Tsiolkovski, sintetik kauçuku kəşf edən kimyaçı 
S.V.Lebedev, reaktiv mühərrikin kəşfinin müəllifi konstruktor F.A.Tsander, biogeokimyaçı, neosfer haqqında 
nəzəriyyənin müəllifi V.İ.Vernadski öz tədqiqatlarını davam etdirirlər. 
Rus elminin inkişafına Vavilov qardaşlarının gətirdiyi töhfə  əvəzedilməzdir. Bioloq N.İ.Vavilov 
seleksiyasının bioloji əsasları haqqında müasir elmin banisi, akademik, Lenin adına Ümumittifaq kənd 
təsərrüfatı elmləri Akademiyasının ilk prezidenti idi. Fizik S.İ.Vavilov fiziki optika elmi məktəbinin banisi, 
SSRİ EA-nın prezidenti idi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
337
Ölkə elminin inkişafında aparıcı rolu əvvəlki kimi Peterburq elmlər akademiyası oynayırdı – sonradan 
onun adını dəyişib əvvəlcə Rusiya EA, 1925-ci ildən SSRİ EA adlandırdılar. Onun tərkibində yeni elmi-tədqiqat 
institutları açılır. Bütün ölkədə filiallar, 30-cu illərin  əvvəllərindən başlayaraq ittifaq respublikalarının elmlər 
akademiyaları təşkil olunur. 
Humanitar və ictimai elmlər sahəsində işləyən alimlərin bolşevik hakimiyyəti ilə münasibəti çətinliklə ye-
rini alırdı. Bu elmlərin ideologiya və siyasətlə qırılmaz əlaqələri səbəbindən dövlətin bu sahədə qeyri-marksist 
alimlərlə əməkdaşlığı çətinliklərlə üzləşirdi. Onların əksəriyyəti xaricə getməli oldu (tarixçi, kadet partiyasının 
banisi P.N.Milyukov, iqtisadçı P.B.Struve, sosioloq və filosof, sağ eserlərin lideri P.A.Sorokin, filosof 
N.A.Berdyayev və bir çox başqaları). Ölkənin humanitar elmində  hələ inqilabdan qabaq marksist baxışlara 
tərəfdar olan alimlər görkəmli rol oynamağa başladılar. Onların arasında ən görkəmli yeri tarixçi və siyasi xa-
dim M.N.Pokrovski tutur. Pokrovski Oktyabr inqibalının iştirakçısı idi. 1918-ci ildən xalq maarif komissarının 
müavini, Kommunist akademiyasının rəhbəri, qırmızı professorlar İnstitutunun rəhbəri və s. vəzifələrdə 
çalışırdı. Eyni zamanda o, K.Marks nəzəriyyəsini tarixi tədqiqatda ilk dəfə  tətbiq edənlər sırasında olan 
görkəmli tarixçi, bütöv bir tarix elmi məktəbinin banisi idi. Pokrovskinin yanaşmaları  bəzən bayağı 
sosiologizmdən azad deyildi, hər halda sovet tarix elminin təşəkkülündə onun əməyi olduqca əhəmiyyətlidir. 
İlk dövrlərdə bolşevik çevrilişinə  mənfi münasibət bəsləyən ziyalı kütləsi vaxt ötdükcə yaranmış 
vəziyyətlə barışdılar və yeni hakimiyyətlə ünsiyyət bağlamaq məcburiyyətində qaldılar.  İlk  əvvəl  əməkdaşlıq 
ölüm və ya qovulmaq təhlükəsi ilə şərtləndirilirdi. Sonradan ziyalı təbəqəsinin nümayəndələri dərk etdilər ki, nə 
qədər də acı olsa, bolşeviklər hakimiyyətin sükanına möhkəm sahib olub, odur ki, sovet dövlətinə kömək etmək 
onların vətənpərvər borcudur. Sovetlər ölkəsi cildinə girmiş Vətənə və xalqa xidmət onların vəzifəsidir. Hətta 
inqilabi faciələr nəticəsində mühacirətə gedənlər arasında da bunu anlayanlar mövcud idi. XX əsrin 20-ci 
illərinin  əvvəlində Rusiyada yeni iqtisadi siyasətin genişləndiyi dövrdə mühacirət dairələrində dönüş nöqtəsi 
hərəkatı vüsət alır ki, o adını 1921-1922-ci illərdə Parisdə  dərc edilən «Dönüş nöqtəsi»  ədəbi-siyasi 
məcmuəsindən götürür. Dönüş nöqtəsi cərəyanının ideoloqları (N.V.Ustryalov və b.) bolşeviklərlə 
qarşıdurmadan vaz keçib əməkdaşlığa başlamaq çağırışı ilə çıxış etdilər. 
 
 
2.5.6. 20-ci illərdə rus ədəbiyyatı və incəsənəti 
 
Oktyabr inqilabı incəsənətin inkişafına da böyük təsir etdi. Sovet hakimiyyətinin ilk illərinin ədəbi prosesi 
öz mürəkkəbliyi və  rəngarəngliyi ilə  fərqlənir. 20-ci illərin  ədəbiyyatında  ən inkişaf etmiş sahə,  şübhəsiz 
poeziyadır. Ədəbi həyat formasına görə əksər hallarda əvvəlki kimi qalır. Əsrin əvvəlində poeziyada aparıcı rol 
oynayan  ədəbi dərnəklər qanlı  hərcmərclik illərindən salamat çıxıb 20-ci illərdə  də  fəaliyyətlərini davam 
etdirdilər. Onların sırasında simvolistləri, futuristləri, akmeistləri və b. göstərmək olar. Yeni dərnək və birliklər 
yaranır. Lakin onların arasındakı  rəqabət bədii çərçivədən çıxaraq siyasi rəng alır.  Ədəbiyyatın inkişafı üçün 
RAPP, «Aşırım», «Seralion qardaşları» və LEF birlikləri olduqca böyük əhəmiyyət kəsb edir. 
RAPP (RPUB – Rusiya Proletar Yazıçıları Birliyi) 1925-ci ildə proletar yazıçılarının I Ümumittifaq 
konfransında təşəkkül tapmışdır. RAPP-ın sələfi – 1917-ci ildə yaranmış ən kütləvi təşkilatlardan biri olan «Pro-
letkult» idi. Proletkult və RAPP-ın ideoloqlarının fikrincə hər bir incəsənət əsəri sinfi xüsusiyyətə malikdir. Ye-
ni proletar cəmiyyətinə keçmiş  əsrlərin  ədəbiyyatı  gərək deyil, çünki proletariat tərəfindən yaradılmamışdır, 
odur ki, ona zidd olan sinfi mənafeni  əks etdirir. Proletkultçular Puşkini, Tolstoyu, Çaykovskini «tarixin 
zibilliyinə» tullamağı təklif edirdilər. Onların fikrincə yeni, sırf proletar mədəniyyəti yaratmaq zəruri idi. RAPP 
nümayəndələri yeni mədəniyyət yaratmaq cəhdlərinə ifrat ekstremizmə əl atırdılar. Onların təşkilatına daxil ol-
mayan bütün yazıçıları «sinfi düşmən» kimi gözüm çıxdıya salırdılar. RAPP-çılar tərəfindən təkcə A.Axmatova, 
Z.Qippius və İ.Bunin deyil, hətta M.Qorki və V.Mayakovski kimi məşhur «inqilab tərənnümçüləri» də hücuma 
məruz qalmışdı. 
«Pereval» («Aşırım» - Ümumittifaq fəhlə-kəndli yazıçıları birliyi) RAPP-a qarşı ideya cəhətdən 
müxalifətdə idi. Onun ideya lideri, ilk «qalın» sovet ədəbiyyat jurnalı olan «Krasnaya nova» - «Qırmızı xam 
torpaq» jurnalının təsisçisi  ədəbi tənqidçi A.K.Voronski idi. «Perevalçılar» (onların arasında M.Prişvin, 
V.Katayev) incəsənətin qeyri-sinfi, ümumbəşəri əhəmiyyətli olması ideyasını müdafiə edir, dünyanı dərketmə 
vasitəsi kimi qəbul edirdilər. Onlar iddia edirdi ki, mədəni irsi qavramadan yeni sovet mədəniyyəti təşəkkül ta-
ma bilməz. Bu iki ideya cərəyanının qarşıdurması «Perevalın» darmadağın olunması ilə nəticələndi. Voronski 
ədəbi tənqidi buraxmalı və təşkil etdiyi jurnalın redaksiyasını da tərk etməli oldu. Kommunizm akademiyasında 
mübahisə gedişində «Pereval» qrupunu «burjua liberalizmində» günahlandırdılar. 
20-ci illərin  ən maraq doğuran  ədəbi birliklərindən biri də Petroqrad incəsənət evində 1921-ci ildə 
yaradılmış «Serapion qardaşları» qrupu idi. Onun tərkibinə Vs.İvanov, M.Zoşşenko, K.Fedin kimi məşhur 
yazıçılar daxil idi. Öz ideya mövqelərinə görə «serapionlar» «Perevala» yaxın idi. Onlar ədəbiyyatda primiti-
vizmi və ifrat sinfi yanaşmanı qəbul etmir, incəsənətin humanist dəyərlərini təsdiq edirdilər. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
338
LEF – incəsənətin sol cinahını  təşkil edirdi. Bu təşkilatın üzvlərinin (V.Mayakovski, N.Aseyev, 
S.Eyzenşteyn və b.) mövqeləri olduqca ziddiyyətlidir. Onlar futurizmi proletar mədəniyyəti ruhunda 
yenilikçiliklə uyğunlaşdıraraq, cəmiyyətdə maddi istehsalat üçün əlverişli mühitin yaranması  vəzifəsinə  əməli 
xidmət edən fantastik «istehsalat» ideyası ilə  çıxış edirdilər.  İncəsənət fərdi mənbə, xəyal, psixologizmdən 
məhrum olan texniki quruculuğun ünsüri kimi nəzərdən keçirilirdi. LEF nümayəndələrinin yaradıcılığı onların 
irəli sürdüyü ideya mövqelərindən qat-qat geniş və hərtərəfli idi. Vladimir Vladimiroviç Mayakovski dahiyanə 
şair idi (1893-1930). İnqilabçı o, bir sənətkar kimi dərk edirdi: burada onu qlobal partlayış poeziyası, köhnə 
dünyanın dağılması, fəlakət alovunda yeni cəmiyyətin yaranması, bu cəmiyyətin  ədalət,  şüur, saflıq üzərində 
qurulması cəzb edirdi. Bir futurist kimi ona yeni dünyanın qurulması ideyası yaxın idi. Onun yaradıcılığı olduq-
ca maraqlı  və  şübhəsiz, istedadlı idi. Sovet dövründə kütlələrin  şüurunda Mayakovski surəti təhrif edilmişdi. 
Şairin irsi məhdud, birtərəfli nəzərdən keçirilirdi – onun simasında yalnız «təşviqatçı, gursəsli adam» 
görürdülər, çox vaxt unudurdular ki, inqilabi mübarizəni tərənnüm edən əsrlərdən («sol marş», «Vladimir İliç 
Lenin», «Yaxşı») başqa onun bir neçə gözəl lirik şer və poeması (məsələn, «Şalvarlı bulud») var.  
O dövrün daha bir dahi şairinin Sergey Aleksandroviç Yeseninin yaradıcılığını  ədəbi cərəyanların sərt 
çərçivəsinə yerləşdirmək mümkün deyil. Hər hansı gerçək istedadın labüd xüsusiyyəti – onun hərtərəfliliyi və 
vüsətidir. Dəfələrlə onun imajistlərə (fransızca image - surətdir) yaxınlığı qeyd edilirdi. Onlar üçün «surətin 
məzmun üzərində qələbəsinə» meyl səciyyəvi idi. İmajinist şer aydın məna kəsb etməyə də bilərdi, lakin ədəbi 
surətlərlə zəngin olması idi. İmajinizm S.Yeseninin yaradıcılığının yalnız bir məsələsini təşkil edirdi. Yesenin 
poeziyasının incə, lirik surətləri heç bir zaman dəqiq, dərin mənadan məhrum olmamışdır. 
O öz əsərlərini kəndli Rusiyasına həsr edir, onun mənzərə lirikası («Radunitsa», «Kənd dua kitabı» 
məcmuələri) olduqca təmtəraqlıdır. Şairin diqqətini onun üçün müasir olan ictimai gerçəklik də («İyirmi altılar 
haqqında ballada», «Anna Snegina» poemaları) cəlb edirdi. 
Anna Andreyevna Axmatova (əsl soyadı Qorenko, 1889-1966) yaradıcılığı mədəniyyətdə görkəmli, sözün 
əsl mənasında dünya əhəmiyyətli hadisə oldu. Axmatova lirikasında qadın taleyini məhəbbət, naməlum 
həyəcanların ucbatından  əzab, cəfalı  şair kimi hər cəhətdən tərənnüm edən qadın surəti öz əksini tapmışdır 
(«Axşam» 1912-ci il, «Təsbeh» 1914-cü il). Axmatovanın  əsərləri üçün dərin psixologizm səciyyəvidir, onun 
nəzm dili klassik üsluba meyllidir. Axmatovanın A.S.Puşkin yaradıcılığına məftunluğu da təsadüfi deyil. Axmato-
va poeziyasında Rusiyanın taleyi mövzusu güclüdür, ölkənin faciəsi şairə tərəfindən şəxsi ürək ağrısı, öz taleyinin 
faciəsi kimi qəbul edilir («Rekviyem» 1940). 
XX əsr rus ədəbiyyatının inkişafı üçün «kənd» şairləri V.Y.Brüsovun, E.Q.Baqritskinin, O.E.Mandelştamın, 
B.L.Pasternakın, D.Bednının poeziya yaradıcılığı böyük əhəmiyyət kəsb etmişdir. Onların parlaq nümayəndəsi 
Yeseninin dostu N.A.Klüyev idi. İnqilabı qəbul etməmiş və ölkəni tərk etmiş şair və yazıçıların yaradıcılığı ölkə 
ədəbiyyatı tarixində xüsusi səhifədə  həkk edilmişdir. Onların arasında M.İ.Tsvetayeva, Z.N.Qippius, İ.A.Bunin, 
A.N.Tolstoy, V.V.Nabokov kimilərinin adları var. Onlardan bəziləri (Tsvetayeva, Toletoy) qürbətdə yaşamağı 
özləri üçün dözülməz hesab edərək sonradan geri qayıtdılar. 
20-ci illərdə yazıçı-nasirlər külli sayda maraqlı əsərlər yaratdılar. O dövrün bədii nəsr əsərləri həm üslub-
ca, həm də mövzu zənginliyinə görə müxtəlifdir. Hələ inqilabdan qabaq məşhurlaşmış ustadların  əsərləri 
(V.Q.Korolenko - «Müasirimin tarixçəsi», 1921-ci il; A.N.Toletoy - «Əzablı yollarla», 1921-ci il; M.Qorki - 
«Artamonovların işi», 1925-ci il, «Klim Samginin həyatı» 1925-36-cı illər), həm də artıq sovet dövründə 
ədəbiyyata gerçəkdən daxil olmuş yazıçıların  əsərləri (D.A.Furmanov «Çarayev» 1923-cü il, A.A.Fadeyev 
«Tarmar» 1927-ci il, M.A.Bulqakov «Ağ qvardiya» 1925-ci il) realist roman nümunələridir. 20-ci illərdə 
M.A.Şoloxovun ədəbi fəaliyyəti başlanır («Don hekayələri», 1926-cı il). 
Ədəbiyyatda modernist meyllər «Biz» fantastik antiutopiya romanının (1924-cü il) müəllifi 
Y.İ.Zamyatinin yaradıcılığında təzahür edir. Müəllif insan həyatının simasızlaşdırılması  və  hərtərəfli nəzarət 
üzərində qurulmuş «Vahid dövlət» adlanan ölkənin totalitar cəmiyyətinin həyatını  təsvir edir. B.Piliyakın 
(B.A.Voqay) «Çılpaq il» (1923) romanı da modernizm üslubunda yazılmışdır. 
20-ci illərdə rus təsviri sənəti  çiçəklənmə dövrünü yaşayır. Elə  qənaətə  gəlmək olardı ki, inqilabi 
sarsıntılar, vətəndaş müharibəsi, aclıq və  hərcmərcliklə mübarizə  bədii yaradıcılığın fəallığını azaltmalı idi, 
həqiqətdə isə onun üçün yeni təkan rolunu oynadı. Rus avanqardının inkişafı parlaq uğurlarla qeyd olundu, onun 
tanınmış sənətkarları (P.N.Filonov, K.S.Maleviç) sovet dövründə də yüksək məhsuldarlıqla öz fəaliyyətini da-
vam etdirir. 
Yeni yaradıcı birliklər meydana gəlir. 1922-ci ildə 20-ci illər sovet incəsənətinin  ən kütləvi təşkilatı – 
«Səyyar rəssamlar birliyi», «Rusiya rəssamlar ittifaqı» və başqalarının birləşməsi nəticəsində yaranan «İnqilabi 
Rusiya rəssamlar birliyi» təşəkkül tapır (İRRB).  İRRB rəssamları «Sənət sənət üçün» şüarının  əleyhinə  çıxış 
edir, incəsənətdə solçu cərəyanlarla mübarizə edir, inqilabi Rusiyanın həyatını təsvir etməyi öz başlıca vəzifəsi 
hesab edirdilər. İRRB üzvləri sırasında çoxlu istedadlı rəssam var idi. A.A.Rılovu sovet mənzərə janrının banisi 
sayırlar, onun realist yaradıcılığı romantik çalarlarla zəngindir. Onun parlaq yay səhərini, soyuq mavi işıq saçan 
dənizi, üfüqdə yelkənli gəmini və ön planda süzən qu quşlarını təsvir edən «Mavi genişlikdə» (1918) mənzərə 
əsəri geniş  şöhrət qazanıb. Peyzaj ustası, rəssam, qrafik, teatr rəssamı K.F.Yuonun yaradıcılıq üslubunda im-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
339
pressionizm cizgiləri rus pealizminin ənənələri ilə birləşir («Günbəz və qaranquşlar. Troitsa-Sergiy məbədinin 
Uspenye kilsəsi» 1921-ci il, «Kremlə daxil olmamışdan qabaq. Nikolski darvazası 2(15) oktyabr 1917-ci ildə», 
1926-cı il). 
İRRB rəssamlarının yaradıcılığında tarixi-inqilabi mövzular geniş yer tuturdu. Rəngkarlıqda 
«Leniniananın» yaradıcısı  İ.İ.Brodski idi. İdeoloji istiqamətindən asılı olmayaraq Brodskinin bəzi  əsərləri, 
şübhəsiz, yüksək bədii dəyərə malikdir («V.İ.Lenin Smolnıda» 1930). Brodski yaradıcılığı sovet incəsənətində 
rəsmi istiqaməti tərənnüm edir. Sovet döyüş səhnələrinin banisi M.B.Qrekov oldu («Taçanka» 1925-ci il, Birin-
ci Suvari Ordunun şeypurçuları, 1934-cü il). 
1924-cü ildə «Mavi qızılgül» və «İncəsənət aləmi» birliklərinin sabiq üzvləri «4 sənət» yaradıcılıq qrupu-
nu təşkil etdilər ki, buraya rəssam və qrafiklərlə yanaşı memarlar və heykəltəraşlar da daxil idi. Bu qrupun 
tərkibində görkəmli rəssam K.S.Petrov-Vodkin fəaliyyət göstərirdi. Bu rəssamın ilkin İntibah dövrü təsviri 
sənətinə  və  qədim rus ikona sənətinə aludə olması onun fərdi dəst-xəttinə böyük təsir göstərdi. Bu rəssamın 
yaradıcılığı üçün («Qırmızı atın çimməsi» 1912-ci il, «Komissarın vəfatı» 1928-ci il) cəsarətli kolorit seçmə 
səciyyəvidir. Ana mövzusuna həsr etdiyi əsərlərdə («Ana» 1915-ci il, «Petroqradda 1918-ci il», 1920) İsanın 
anası Məryəm surətinin təsiri duyulur. 
1925-ci ildə Moskvada VXUTEMAS-ın son kurs tələbələri «Dəzgahçılar cəmiyyətini» (OST) yaratdılar. 
Onun üzvləri məzmunsuz incəsənət  əleyhinə  çıxış edirdilər, eyni zamanda İRRB-nin  ənənəvi realizmini də 
qəbul etmirdilər. Hər ikisinə qarşı ifadə vasitələri impressionizmə yaxın olan, eyni zamanda plakat və ya 
əzəmətli təsvir janrını xatırladan «yeniləşmiş realizmi» irəli sürürdülər. OST-un parlaq nümayəndələri 
A.A.Deyneka idi («Petroqradın müdafiəsi» 1928-ci il). 
Vətəndaş müharibəsi, xarici işğal, ölkənin sonrakı  bərpası illərində ideoloji mübarizə aləti kimi plakat 
böyük şöhrət qazandı. Yığcam plakat qrafikası hətta savadsız adamın dərk etməsi üçün asan formada təşviqat 
aparmağa imkan yaradırdı. D.S.Moor (Orlov) görkəmli sovet qrafiki idi. Öz təsir gücünə görə heyrətamiz «Sən 
könüllü yazılmısanmı?» 1920-ci il və "Kömək et" (1921-ci il) plakatları ona məxsusdur. Özünü həm dahi şair, 
həm də istedadlı  rəssam kimi göstərmiş V.V.Mayakovski siyasi plakata çoxlu əmək sərf etmişdir. Başqa 
rəssamlarla (o cümlədən, Moorla) birgə Mayakovski «ROSTA (RTA-Rusiya teleqraf agentliyi) satira guşələri 
tərtib etmişdir. «RTA guşələrində» trafaret üsulu ilə çoxaldılan qrafik rəsmlərin və satirik şer formasında 
mətnlərin köməyi ilə  cəbhədə  vəziyyət haqqında  ən canlı  xəbərlər geniş kütlələrə çatdırılır, inqilabi təşviqat 
aparılırdı. 
Leninin 1918-ci ildə qəbul edilmiş əzəmətli təbliğat planı heykəltəraşlığın inkişafı üçün böyük əhəmiyyət 
kəsb edirdi. Bu plana uyğun olaraq bütün ölkədə yeni inqilabi dəyərləri təbliğ edən abidələr qoyulmalı idi. Bu 
işə N.A.Andreyev (sonralar heykəltəraşlıqda Leniniananın yaradıcısı), A.T.Matveyev, V.İ.Muxina kimi 
görkəmli heykəltəraşlar cəlb edilmişdi. İ.D.Şadr görkəmli sovet heykəltəraşı idi. 20-ci illərin əvvəlində o, yeni 
sovet dövrünün ümumiləşmiş tipaj surətlərini – «Kəndli», «Əkinçi», «Fəhlə», «Qızıl ordu əsgəri»ni yaratdı. 
20-ci illərdə memarlıqda konstruktivizm üslubu hökm sürürdü. Qərbdə məşhur memar Le Korbüzye kon-
struktivizmin qanunlarını işləyib hazırlamışdı. Vesnin qardaşlarının layihələri sovet konstruktivizm memarlığına 
nümunə gətirilə bilər. Onlardan ən əzəmətlisi – Əmək sarayı həyata keçməsə də ölkə memarlığının inkişafına 
mühüm təsir göstərdi. 
İnqilab nəhəng yaradıcı qüvvələri də kənar etdi. Bu, ölkənin teatr sənətinin inkişafında da özünü büruzə 
verdi. qocaman aktyor nəslinin fəaliyyəti davam edən  ənənəvi teatrla (M.N.Yermolova, A.M.Yujin, 
A.A.Ostujev, V.İ.Kaçalov, O.L. Knipper-Çexova) yanaşı yenilikçilik ruhu və yaradıcı axtarışla zəngin yeni inqi-
labi teatr meydana gəlir. V.E.Meyerxoldun rəhbərlik etdiyi teatr (hazırda Meyerxold adına teatr) üçün yeni 
səhnə ifadə formalarının axtarışı səciyyəvidir. Bu teatrın səhnəsində V.Mayakovskinin «Misteriya-buff» (1921), 
«Taxtabiti» (1929) və b. səhnələşdirilmişdi. Meyerxoldun tamaşaları üçün mənzərə zənginliyi, ictimai kəskinlik 
səciyyəvidir. MXAT-ın 3-cü studiyasının rejissoru Y.V.Vaxtanqovun teatrın inkişafında böyük əməyi olmuşdur: 
Kamera teatrının təşkilatçısı və rəhbəri, səhnə sənətinin islahatçısı A.Y.Tahirov idi. 
20-ci illərin mədəniyyət tarixində  ən  əhəmiyyətli və maraqlı hadisələrindən biri sovet 
kinematoqrafiyasının inkişafının başlancığı idi. Lenin geniş xalq kütlələrinə kinematoqraf vasitəsi ilə güclü təsir 
imkanlarının mövcudluğunu dərk etmişdi. O yazırdı: «Bizim üçün sənətlərdən  ən başlıcası kinodur». Plakatla 
yanaşı ideoloji mübarizə və təşviqatın ən təsirli alətinə çevrilmiş sənədli kino inkişaf etməyə başlayır. Sergey 
Mixayloviç Eyzenşteynin (1898-1948) «Zirehli Potyomkin gəmisi» filmi bədii film kinematoqrafiyasının 
inkişafında mühüm mərhələ olaraq (1925), dünya filmlərinin şah əsərləri sırasına daxil olur. 
 
 
2.5.7. 30-cu illərdə rus mədəniyyəti 
 
İnqilab illərində  və sonrakı dövrdə  mədəniyyətə böyük ziyan dəydi: görkəmli yazıçı, rəssam, alimlərin 
böyük hissəsi ölkəni tərk etməyə  məcbur oldu və ya məhv edildi. Memarlıq abidələri dağıdıldı: təkcə 30-cu 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
340
illərdə Moskvada Suxarev qülləsi, xilaskar Xristov məbədi, Kremldə Çudov məbədi, Qırmızı (Qızıl) darvaza və 
yüzlərlə adsız şəhər və kənd kilsələri məhv edildi, onların əksəriyyəti tarixi və bədii dəyərə malik idi.  
Eyni zamanda mədəni inişkafın bir çox sahələrində  əhəmiyyətli uğurlar qazanıldı. Buraya ilk növbədə 
təhsil sahəsi aiddir. Sovet dövlətinin planlı  səylərinin nəticəsində Rusiya əhalisinin savadlı hissəsi durmadan 
genişlənirdi. 1939-cu ildə RSFSR-də savadlıların sayı artıb 89% təşkil edirdi. 1930/31-ci dərs ilindən başlayaraq 
icbari ibtidai təhsil tətbiq edilirdi. Bundan başqa, 30-cu illərdə sovet məktəbi tədricən özünü doğrultmamış bir 
çox inqilabi yeniliklərdən imtina etdi – sinif-dərs sistemi bərpa olundu, «burjua» proqramları kimi xaric edilmiş 
fənlər (ümumi və Vətən tarixi ilk növbədə) cədvəldə yerini tutdu. 30-cu illərin əvvəlindən başlayaraq texniki-
mühəndis, kənd təsərrüfatı və pedaqoji kadrlar hazırlamaqla məşğul olan tədris müəssisələrinin sayı sürətlə artır. 
1936-cı ildə ali təhsil üzrə Ümmittifaq komitə yaradılır.  
Ədəbiyyatda  vəziyyət  əhəmiyyətli surətdə  dəyişir. 30-cu illərdə azad yaradıcı  dərnək və qrupların 
mövcudluğuna son qoyulur. ÜİK(b)P MK-nın 1932-ci il 23 aprel tarixli «Ədəbi-bədii təşkilşatların yenidən 
qurulması haqqında» qərarına  əsasən RAPP ləğv edilir. 1934-cü ildə sovet yazıçılarının I ümumittifaq 
qurultayında «Yazıçılar İttifaqı» təşkil olunur və onun tərkibinə ədəbi fəaliyyətlə məşğul olanların hamısı daxil 
olmaq məcburiyyətində qalır. Yazıçılar İttifaqı hakimiyyətin yaradıcılıq prosesinə hərcəhətli nəzarət alətinə çe-
vrilir.  İttifaqın üzvü olmamaq mümkün deyildi, əks halda yazıçı  əsərlərini dərc etməkdən məhrum olurdu, 
habelə onu «müftəxor» kimi cinayət cəzasına məhkum etmək olardı. Bu təşkilatın özəyində M.Qorki durdu, la-
kin onun sədrliyi uzun sürmədi. Onun 1936-cı ildə vəfatından sonra bütün Stalin dövrü gedişində sədr vəzifəsini 
icra edən (1956-cı ildə  həyatına qəsd etmişdir) A.A.Fadeyev təyin edildi. Yazıçılar  İttifaqından başqa digər 
«yaradıcılıq» ittifaqları- «Rəssamlar  İttifaqı», «Memarlar İttifaqı», «Bəstəkarlar  İttifaqı» yaradıldı. Sovet 
incəsənətində yeksənəklik dövrü başlandı. 
Təşkilati unifikasiyanı (vahid şəkilə salınmanı) həyata keçirmiş Stalin rejimi üslubi və ideoloji unifika-
siyaya da girişdi. 1936-cı ildə «formalizm haqqında mübahisə» vüsət aldı. «Mübahisənin» gedişində estetik 
müddəaları «sosialist realizmindən» fərqlənən yaradıcı ziyalı təbəqənin nümayəndələrini kobud tənqid vasitəsi 
ilə gözümçıxdıya saldılar. Simvolistlər, futuristlər, imajinistlər və başqaları  təhqiramiz hücum qasırğasının 
təzyiqinə  məruz qaldılar. Onları «formalist oyunbazlıqda» ittiham edir, sübut etməyə çalışırdılar ki, onların 
incəsənəti sovet xalqına lazım deyil, həmin incəsənətin kökləri sosializmə düşmən olan dayaqlara əsaslanır. 
«Yadların» siyahısına bəstəkar D.Şostakoviç, rejissor S.Eyzenşteyn, yazıçılar B.Pasternak, Y.Oleşa və başqaları 
daxil edilmişdi. Mətbuatda «Musiqi əvəzinə qarma-qarışıqlıq», «Balet uydurması», «cızma-qaraçı  rəssamlar 
haqqında» başlıqları altında məqalələr dərc edildi. Əslində «formalizmlə mübarizənin» məqsədi hakimiyyətə 
nökərçilik etməyən istedadları məhv etmək idi. Bir çox incəsənət xadimləri repressiya qurbanları oldu.  
Yuxarıda qeyd edildiyi kimi ədəbiyyatda, təsviri sənətdə və incəsənətin digər növlərində «sosialist realiz-
mi» adlanan üslub hakim mövqe tutdu. Bu üslubun əsil realizmlə cüzi oxşarlığı var idi. Zahiri «sima 
bənzəyişinə» baxmayaraq o, həqiqi gerçəkliyi  əks etdirmirdi, rəsmi ideologiya nöqteyi-nəzərindən olacağı 
gerçəklik kimi qələmə verirdi. Kommunist əxlaqının ciddi çərçivəsi hüdudlarına cəmiyyətin tərbiyə edilməsi 
vəzifəsi incəsənətin boynuna qoyulmuşdu.  Əməkçi ruh yüksəkliyi Lenin-Stalin ideyalarına sədaqət, bolşevik 
prinsipiallığı - o dövrün rəsmi incəsənt əsərlərinin qəhrəmanlarının həyatının məzmunun təşkil edirdi. Əslində 
gerçəklik qat-qat mürəkkəb idi və bütövlükdə təntənə ilə elan edilən idealdan uzaq idi. 
Sosialist realizminin ideya çərçivəsinin məhdudluğu sovet ədəbiyyatının inkişafında ciddi maneəyə çe-
vrildi. Buna baxmayaraq 30-cu illərdə rus mədəniyyəti tarixində yer almış bir neçə görkəmli əsər meydana gəlir. 
Həmin illərin rəsmi ədəbiyyatının ən iri miqyaslı siması Mixail Aleksandroviç Şoloxov (1905-1984) idi. Onun 
ən görkəmli əsəri Birinci dünya müharibəsi və vətəndaş müharibəsi illərində Don kazaklarından bəhs edən «Sa-
kit Don» romanı idi. «Oyanmış torpaq» romanı Don boyunda kollektivləşməyə həsr edilmişdir. Zahirən sosialist 
realizmi sərhədlərindən kənara çıxmayan Şoloxov baş vermiş hadisələrin həcmli surətini yaratmağa, inqilabdan 
sonra Don boyu kazaklar arasında vüsət almış qardaş qırğını faciəsini göstərməyə nail oldu. Sovet tənqidçiləri 
Şoloxovun şöhrətini göylərə ucaltmışdı. Onun ədəbi fəaliyyəti Dövlət və Lenin mükafatlarına layiq görülmüş, 
ona iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, SSRİ EA-na həqiqi üzv seçilmişdi. Şoloxovun yaradıcılığı 
ümumdünya nüfuzu qazandı – yazıçı xidmətlərinə görə Nobel mükafatına (1965) layiq görüldü. 
Otuzuncu illərdə M.Qorki öz son roman-epopeyası olan «Klim Samginin həyatı»  əsərini tamamlayır. 
L.M.Lernovun nəsr əsərləri üçün («Oğru» 1927-ci il, «Sot» 1930-cu il) məcazilik, fəlsəfi dərinlik səciyyəvidir. 
«Polad necə bərkidi» romanının (1934) müəllifi N.A.Ostrovskinin yaradıcılığı olduqca böyük nüfuza malik idi. 
Əsər Sovet hakimiyyətinin təşəkkül tapmasına həsr edilmişdi.  Əsərin baş  qəhrəmanı Pavka Korçagin yanar 
qəlbli komsomolçu nümunəsi idi. N.Ostrovski yaradıcılığında sovet ədəbiyyatının tərbiyəvi vəzifəsi özünü 
büruzə verdi. ideal personaj olan Pavka sovet gənclərinin geniş kütlələri üçün həyatda nümunə oldu. 
A.N.Tolstoy sovet tarixi romanının klassiki oldu ("I Pyotr" 1929-1945-ci il). İyirminci-otuzuncu illər uşaq 
ədəbiyyatının çiçəklənmə dövrüdür. K.İ.Çukovskinin, S.Y.Marşakın, A.P.Qaydarın, S.V.Mixalkovun, 
A.L.Bartonun, V.A.Kaverinin, L.A.Kassilin, V.P.Katayevin əsərlərini sevə-sevə oxuyan adamlarının bir neçə 
nəsli böyüyüb boya çatmışdır. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
341
İdeoloji diktatorluq və ucdantutma nəzarətə baxmayaraq, azad ədəbiyyat da inkişaf etməkdə davam edirdi. 
Stalin təbliğatına istedadlarını qurban vermək istəməyən, əsərlərinin nəşrinə ümid bəsləməyən yazıçılar repres-
siya qorxusu altında, rejimə sadiq tənqid atəşi altında yaradıcılığı davam edirdilər. Onlardan əksəriyyəti 
əsərlərinin nəşrini görmədilər, bu onların vəfatından sonra baş verdi. 
Sovet tənqidçilərinin təqibinə məruz qalan M.A.Bulqakov 1928-ci ildə nəşr edilməyə gümanı belə olma-
dan özünün şah əsərini – «Ustad və Marqarita» romanını yazmağa başlayır. Roman üzərində iş yazıçının 1940-
cı ildə vəfatına qədər davam edir. Əsər yalnız 1966-cı ildə nəşr olundu. Bundan daha gec, 80-ci illərin sonunda 
A.P.Platonovun (Klimentov) «Çevenqur», «Çala», «Yuvenil dənizi»  əsərləri çapa buraxıldı.  Şairlər 
A.A.Axmatova, B.L.Pasternak masa yeşiyində qalaqlanan əsərlər yaradırdı. Osip Emilyeviç Mandelştamın 
(1891-1938) taleyi faciəli oldu. Qeyri-adi nəzm qüdrətinə və böyük təsvir dəqiqliyinə malik olan şair, vaxtı ilə 
Oktyabr inqilabını qəbul etmiş, lakin Stalin cəmiyyətində yaşamağa öyrənməmiş ədiblər qəbiləsindən idi. 1938-
ci ildə o, repressiyaya məruz qalaraq məhv edildi. 
30-cu illərdə Sovet İttifaqı digər ölkələrlə  tədricən münasibətləri qırır, xariclə  əlaqələr heçə endirilir, 
xaricdən hər hansı informasiyanın daxil olması sərt nəzarətə götürülür. Külli sayda rus ədibləri «Polad örtük» 
arxasında qalır, oxucu kütləsindən məhrum olmuş, həyatını qura bilməmiş, ruhi sarsıntı içində olan bu yazıçılar 
heç nəyə baxmadan yazıb-yaradırlar. Onların  əsərlərində qeyb olmuş Rusiya üçün qüssə duyulur. İvan Alek-
seyeviç Bunin (1870-1935) görkəmli  şair və yazıçı idi. Bunin lap əzəldən inqilabı  qəbul etmədi və Fransaya 
mühacirətə getdi, həyatının ikinci yarısı orada keçdi. Buninin nəsr  əsərləri gözəl dili və xüsusi lirikası ilə 
fərqlənir. Mühacirətdə o, özünün ən gözəl əsərlərini yaratmışdır, burada inqilabdan əvvəlki, zadəgan-malikanə 
Rusiyası  təsvir olunur, həmin illərdə rus həyatının abu-havası heyrətamiz surətdə  əks edilir. «Mityanın 
məhəbbəti» povesti, müəllifin tərcümeyi-halına aid «Arsenyevin həyatı» romanı, «Tutqun xiyabanlar» hekayə 
məcmuəsi onun yaradıcılığının şah əsərləridir. 1933-cü ildə o, Nobel mükafatına layiq görüldü. 
Təsviri sənətdə sosialist realizmin klassik əsərlərini B.V.İoqanson yaratmışdır. 1933-cü ildə 
«Kommunistlərin istintaqı»  əsərini yaradır. Həmin dövrdə  rəhbəri mədz edən və ya S.Gerasimovun «Kolxoz 
bayramı» kimi nikbin ruhda yaradılmış «əsərlərdən» fərqli olaraq İoqansonun əsəri güclü bədii təsiri ilə seçilir – 
rəssam ustalıqla ölümə məhkum insanların yenilməz iradəsini təsvir edir, siyasi əqidəsindən asılı olmadaq hər 
bir tamaşaçının qəlbində iz buraxır. «Qədim Ural zavodunda» və «V.İ.Leninin komsomolun 3-cü qurultayında 
çıxışı» kimi iri həcmli  əsərlər də  İoqansonun fırçasından çıxmışdır. 30-cu illərdə K.S.Petrov-Vodkin, 
P.P.Konçalovski, A.A.Deyneka yaradıcılığını davam etdirir, M.V.Nesterov müasirlərinin gözəl portretlərini 
yaradır. M.V.Nesterovun şagirdi P.D.Korinin yaradıcılığı maraq doğurur. 1925-ci ildə Korin dəfn zamanı xaç 
yürüşünü təsvir edən böyük rəsm əsəri yaratmaq fikrinə düşdü. Rəssam külli miqdarda ilkin etüdlər-mənzərələr, 
dilənçilərdən tutmuş yepiskop rütbəsi keşişinə  qədər pravoslav Rusiyasının nümayəndələrinin çoxlu sayda 
portretlərini yaratdı. M.Qorki əsərə «Qeybə  çəkilən Rusiya» kimi ad təklif etdi. Lakin rəssama hamilik edən 
dahi yazıçının vəfatından sonra iş dayandı. P.D.Korinin ən məşhur  əsəri – «Aleksandr Nevski» triptixidir 
(1942). 
Vera  İqnatyeva Muxinanın (1889-1953) «Fəhlə  və kolxozçu qadın» kompoziyası sosialist realizmi 
heykəltəraşlığı inkişafının  şah  əsəridir. Bu heykəltəraşlıq qrupunu V.İ.Muxina 1937-ci ildə Parisdə keçirilən 
ümumdünya sərgisinin Sovet pavilyonu üçün işləyib hazırlamışdı. 
30-cu illərin  əvvəlində memarlıqda başlıca mövqeyi ictimai və yaşayış binalarının tikintisində geniş 
istifadə edilən konstruktivizm tutur. Konstruktivizm üçün səciyyəvi olan sadə  həndəsi formaların estetikası 
1930-cu ildə A.V.Şusevin layihəsi üzrə tikilmiş Lenin Mavzoleyinin memarlığına da öz təsirini göstərdi. Mav-
zoley özünəməxsus surətdə görkəmlidir. Memar lazımsız təmtəraqdan uzaqlaşmağa nail oldu. 30-cu illərin so-
nunda konstruktivizmin funksional sadəliyi tədricən neoklassika ilə əvəz edilir. Dəbdəbəli yapma, saxta klassik 
başlıqlı  nəhəng sütunlar dəbə minir, nəhəng formalara və çox vaxt zövqsüzlüyü nəzərə çarpan tərtibat, 
zənginliyə meyl təzahür edir. Bu üslubu bəzən «Stalin ampiri» adlandırırlar, halbuki həqiqi ampir üçün ən əvvəl 
daxili tarazlıq və təvazökar formalar səciyyəvidir, bu üslublar arasında antik irslə təkcə genetik əlaqə sezmək 
mümkündür. Stalin neoklassikasının bəzən bayağı görünən dəbdəbəliyi totalitar dövlətin güc və qüdrətini ifadə 
etməyə xidmət edirdi. 
Kinematoqraf sürətlə inkişaf edir, çəkilən filmlərin sayı artır. Səsli kinonun meydana gəlməsi ilə yeni im-
kanlar yaranır. 1938-ci ildə S.Eyzenşteynin «Aleksadr Nevski» filmi ekrana çıxır, baş rolu N.K.Çerkasov 
oynayır. Kinoda sosialist realizmi qanunları bərqərar olur. İnqilabi mövzuda filmlər çəkilir: «Lenin Oktyabrda» 
(rej.M.İ.Romm), «Silahlı adam» (rej.S.İ.Yutkeviç); əməkçi insan taleyi haqqında – Maksim haqqında trilogiya 
«Maksimin gəncliyi», «Maksimin qayıdışı», «Vıborq tərəfi» (rej.Q.M.Kozintsev); komediyalar: «Şən uşaqlar», 
«Volqa-Volqa» (rej.S.A.Gerasimov), «Donuza baxan qadın və çoban» (rej.İ.A.Pıryev) kimi filmlər 
ekranlaşdırılır. Q.N. və S.D. qardaşlarının (əslində onlar qardaş deyil, həmsoyad idi, bundan bir növ təxəllüs 
kimi istifadə edirdilər) «Çapayev» filmi (1934) geniş nüfuz qazanmışdı. 
30-cu illər sovet elmi üçün olduqca ağır oldu. Bir tərəfdən SSRİ-də geniş miqyaslı tədqiqat proqramları 
həyata keçirilir, yeni elmi-tədqiqat institutları yaradılırdı: 1934-cü ildə S.İ.Vavilov P.N.Lebedev adına Fizika 
institutunu (EA-ın nəzdində) təsis edir (FİAN), elə  həmin vaxtda üzvi kimya institutu yaradılır, Moskvada 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
342
P.L.Kapitsa fiziki problemlər institutunu təsis edir, 1937-ci ildə Geofizika institutu yaranır. Fizioloq İ.P.Pavlov, 
seleksiyaçı İ.V.Miçurin tədqiqatlarını davam etdirir. Sovet alimlərinin fəaliyyəti nəticəsində  həm fundamental 
elmlər, həm də tətbiqi elmlər sahəsində çoxsaylı kəşflər meydana gəlir. Tarix elmi bərpa dövrünü yaşayır. Qeyd 
edildiyi kimi, ali və orta məktəbdə tarix fənni yenidən tədris olunur. SSRİ EA nəzdində elmi-tədqiqat tarix insti-
tutu yaranır. 30-cu illərdə akademik B.D.Qrekov – orta əsrlər Rusiyası tarixindən  əsərlərin müəllifi («Kiyev 
Rusiyası», «Rusiya kəndliləri qədim dövrlərdən XVIII əsrə qədər» və b.), Avropa ölkələrinin, ilk növbədə Na-
poleon Fransasının yeni tarixinə yaxşı bələd olan akademik Y.V.Tarle («İnqilab dövründə Fransada fəhlə sinfi», 
«Napoleon» və b.) kimi görkəmli sovet alimləri fəaliyyət göstərir. 
Eyni zamanda Stalin totalitar rejimi elmi biliklərin normal inkişafına qarşı ciddi maneələr yaradır. Bioloq, 
sovet genetikasının banisi, akademik, ÜİKTEA-nın prezidenti N.İ.Vavilov, alim, raket texnikası konstruktoru, 
gələcəkdə iki dəfə Sosialist Əməyi Qəhrəmanı S.P.Korolyov və bir çox alimlər repressiyaya uğrayır. 
Repressiyalar ölkənin zehni ehtiyatlarına ağır zərbə endirdi. Sovet dövlətinə vicdanla xidmət edən köhnə, 
inqilabdan əvvəlki ziyalılar xüsusilə böyük ziyan çəkdilər. Ölkədə Stalin şəxsiyyətinə pərəstiş bərqərar oldu. 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin