1.17. Azərbaycan mədəniyyətinin inkişaf problemləri
Müasir Azərbaycan mədəniyyətinin xüsusiyyətləri bir sıra cəhətləri ilə diqqəti cəlb etməkdədir. Əvvəla,
xalqın həyatında baş verən milli, siyasi oyanışlar, tarixi dövrün səciyyəsi həmin xüsusiyyətlərin mahiyyətini
kəsb edirdi. Bu mənada XX əsr milli təfəkkür tarixində mürəkkəb bir hadisə kimi diqqəti cəlb edir. Belə ki, milli
təfəkkür təkcə Qərb yönümü ilə Şərq yönümünün münasibəti üzərində düşünməklə qalmırdı, onun öz daxilində
mübarizə gedirdi: klassik təfəkkür (Şirvan mühiti) Şərq yönümü ilə ittifaqa girib vaxtilə intibah mədəniyyətini
yaradan (və yeni zamanda intibahın məhsulu olan) folklor (xalq) təfəkkürünü sıxışdırmışdı.
XX əsrin 20-ci illərindən başlayaraq şifahi xalq ədəbiyyatının toplanıb nəşr edilməsi, bolşevik inqilabının
qələbəsilə əlaqədar olaraq ümumi mədəniyyətin ictimailəşməsi (kütləviləşməsi) demokratik olanı
normalaşdırır.( N.Jəfərov – «Ədəbiyyat və injəsənət» qəzeti, 1978, 11 mart.)
Azərbaycan mədəniyyətinin məhz bu dövrünün daxili dinamikası bir daha sübut edir ki, bu tarixi
mərhələdə ən müxtəlif, hətta bir-birini inkar edən bədii mövcudluqlar bəzən ardıcıllıqla, bəzən də paralel olaraq
ortaya çıxmışlar.
XX əsrin 60-cı illəri Azərbaycan mədəniyyətinin «sosialist, kommunist mədəniyyəti»nin formalaşmasının
ən «məhsuldar» dövrü kimi qiymətləndirilirdi. Lakin bütün bunlarla yanaşı, həmin zaman kəsiyində ədəbi-
estetik düşüncə daha çox mövcud ideologiyanın, «nəsihət» və «dərs»lərindən boyun qaçırırdı. Əsrin ortaları
Azərbaycan tarixinin elə məqamı idi ki, ictimai-siyasi sıxıntılar mərhələsində çırpınan həqiqət və azadlıq
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
83
çarçıları onları sarımış yalan, hiylə, saxtakarlıq ilğımından sivrilib çıxmaq, ayıq danışmaq istəyirdilər. Artıq
dövr özünün estetik, fəlsəfi, siyasi düşüncələrini doğurdu. Artıq bu gün, yəni müstəqillik qazanmış azad
Azərbaycan Respublikasında mədəniyyətin inkişafı üçün hərtərəfli geniş imkanlar açılmışdır. Bu, hər şeydən
əvvəl, Azərbaycan mədəniyyətinin dünya sivilizasiyalarına inteqrasiyası, Avropa mədəniyyətləri ilə qarşılıqlı
əlaqəsi üçün ən münbit zəmin formalaşdırır.
90-cı illərdən müstəqilliyə qovuşmuş ölkədə mədəniyyətin inkişafı, tərəqqisi üçün atılan bir sıra addımlar
bu sahədəki işlərin başlanğıcı kimi dəyərləndirilməlidir. Xüsusilə, mədəniyyətin statusunun
müəyyənləşdirilməsində Azərbaycan dövlətinin hüquqi-normativ sənədlərində aparılan yenidənqurma buna
əyani sübutdur. Azərbaycan Demokratik Respublikasının ali qanunu olan Konstitusiya (1995, 12 noyabr),
Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu (1998), Tarix və Mədəniyyət abidələrinin
Qorunması haqqında Azərbaycan Respublikasının Qanunu (1998), Muzey işi haqqında Qanunu (1992), Təhsil
Qanunu ölkədə mədəniyyətin yeni ideologiya, yeni humanist prinsiplər əsasında mədəniyyətin tərəqqisinə geniş
yol açmış oldu. Bunlar isə milli müstəqil mədəni siyasətin formalaşması üçün ən zəruri və vacib amilidir. Dünya
mədəniyyət təcrübəsi sübut edir ki, mədəni siyasətin başlıca mahiyyətini, cəmiyyətin daha möhkəm inkişafını
təmin etmək, həyat şəraitinin keyfiyyət göstəricilərinin yüksəldilməsi təşkil edir.
Xüsusilə, bədii mədəniyyət sahəsində azad düşüncə tərzi, mövzu seçmə müstəqilliyi sənətin inkişafı,
istedad və qabiliyətlərin üzə çıxarılması üçün əlverişli tarixi məqam oldu. Lakin bütün bunlarla yanaşı, müasir
Azərbaycan mədəniyyətinin bu gün narahat, problem doğuran məqamları da mövcuddur. Xüsusilə,
Azərbaycanda kütləvi mədəniyyətin dinamikasında bir sıra cəhətlər milli mentalitet üçün ciddi narahatçılıq
doğurur. İncəsənətin müxtəlif janrlarında, daha çox musiqidə, teatrda bayağılıq, yüngül janrların üstünlük təşkil
etməsi, bir tərəfdən, insanların zövqlərinin deformasiyasına, xüsusilə də, gənclərin əsil sənətin dərkindən,
aşılanmasından uzaq düşməsinə, digər tərəfdən isə, çox dərin köklərə, zənginliklərə gedib çıxan klassik
incəsənətimizin unudulmasını təmin etmiş olur.
Azərbaycan mətbuatında yaranan qəzet-jurnal bolluğu, televiziya və radio kanallarının çoxluğu, bəzi
hallarda özünün birbaşa vəzifəsinə deyil, əks istiqamətə yönəldilmiş olur. Bütün mədəniyytələr kimi,
Azərbaycan mədəniyyəti, incəsənəti də öz hümanist prinsipləri ilə zaman-zaman tərbiyə funksiyasını yerinə
yetirmişdir. Bu gün əsas məqsədlərdən biri, məhz mədəniyyət vasitəsilə tərbiyəni inkişaf etdirmək, humanizmi
təbliğ etməkdir.
Tarix sübut edir ki, cəmiyyətdəki transformasiya həmişə sosial-iqtisadi gərginliklərlə üzləşdiyi üçün o
mütləq mədəniyyətin stabilliyi və ya inkişaf dinamikasına təsir edir. Bu, xüsusilə, son on il ərzində Azərbaycan
Respublikasında öz təzahürünü aydın şəkildə göstərməkdədir. Xüsusilə, insan təbəqələrinin sosial
statuslarındakı dəyişikliklər mənəvi mədəniyyətə dağıdıcı zərbə vurur. Fikrimizi daha da aydınlaşdıran fakt
respublikada son on il ərzində insanların kütləvi istirahəti üçün geniş imkanlara malik mədəniyyət
müəssisələrinin – klub, mədəniyyət sarayları, evləri, kitabxanaların bağlanması və ya digər məqsədlər üçün
istifadəyə verilməsi hallarıdır. Düzdür, bu gün respublikada, xüsusilə, Bakı şəhərində dünya standartlarına,
müasir tələbatlara cavab verə bilən yaraşıqlı, hətta möhtəşəm mədəniyyət müəssisələrinin – istirahət və mədəni
əyləncə obyektlərinin təşkilində irəliləyişlər əldə edilmişdir. Lakin bunlar kimə xidmət edir? Kütləyə, yoxsa
müəyyən təbəqəyə?! İkincisi daha doğrudur! Bazar iqtisadiyyatı qanunlarına tabe olan mədəniyyət obyektlərinin
bu prinsip əsasında fəaliyyəti qanunauyğun haldır! Mədəniyyətin müvafiq sahəsində yaranan bu vəziyyət
cəmiyyət daxilində müəyyən narazılıqla da qarşılanır ki, bu da Azərbaycan mədəniyyətinin bu günkü
problemlərindəndir!
Hazırda Azərbaycan Respublikasında gedən ciddi sosial-iqtisadi, mənəvi, mədəni dəyişikliklər
mədəniyyətin mühüm sahələrindən biri olan təhsildə də öz əks-sədasını göstərməkdədir. 1992-ci ildə qəbul
edilmiş Təhsil Qanunu hazırda təkmilləşdirilərək təhsilin bütün sahələr və səviyyələr üzrə yenidən qurulması
məqsədilə islahatlarla müşahidə olunmaqdadır. Təhsil və elmdə gedən bu geniş miqyaslı islahatlar Azərbaycan
mədəniyyətinin dünya sivilizasiyasına qədəm qoymasına, habelə qabaqcıl dünya ölkələrinə inteqrasiya etməsinə
əhəmiyyətli təsir göstərir.
Hazırda yeni mədəni siyasətin formalaşaraq təkmilləşdirilməsi Azərbaycan mədəniyyətindəki
problemlərin aradan qaldırılmasına, o cümlədən inkişafına əlverişli şəraitin yaradılması deməkdir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
84
1.18. Azərbayjanın mədəniyyət siyasəti
XX əsrin 80-90-ji illərində, Azərbayjan sovetlər məkanının tərkibi hissəsi olduğu dövrdə, «yenidənqurma»nın
kulminasiya nöqtəsi dövründə mədəniyyət siyasəti aparıjı mövzulardan birinə çevrilmişdir. Həmin mərhələdə Sovet
İttifaqının Kommunist Partiyasının «yenidənqurma» rəhbərliyi, Avropadan nümunə götürərək, mədəniyyət siyasətinə
maraq göstərirdi. Burada mədəniyyət siyasəti partiyanın mədəni konsepsiyalarının reallaşdırılması kimi dərk
olunurdu. Kulturoloqların bir qismi bu zaman radikal təkliflərlə çıxış edirdilər. Onlar göstərilən konsepsiyanın və
ondan irəli gələn siyasətin «demokratik jəmiyyət»ə uyğun olmamadığını göstərdilər. Eyni zamanda da bildirirdilər ki,
mədəniyyət olduqja azad və müstəqil bir hadisə olduğundan hər hansı bir siyasi təzyiqdən sərbəst formada inkişaf
etməlidir. Eyni zaman da, bu qəbildən olan tədqiqatçılar mədəniyyətin jəmiyyətdən (və ya hakimiyyətdən) funda-
mental şəkildə asılı olduğunu dərk edərək mədəniyyət siyasəti sahəsində tədqiqatlarını davam etdirməyə qərara
gəlmişdirlər.
Mədəni-siyasi problemlər geniş diapozonda tədqiq edilirdi - mədəniyyət siyasətinin fundamental nəzəri
problemlərdən tutmuş onun modellərinin işlənilməsinə qədər. 1985-1991-ji ildə postsovet ölkələrində, o
jümlədən də Azərbayjanda da baş verən dəyişikliklər mədəniyyət siyasətinin nəzəri əsaslarının yenidən işlənil-
məsini tələb edirdi. Çünki mədəniyyət siyasətinin yeni modeli mədəni dəyərlərin yaradılması, yayılması və
mənimsənilməsində avtoritar-partiya idarəetmə metodlarını deyil, məhz ijtimai tələbatı ehtiva edir.
Göstərilən amillər 90-ji illərin ikinji yarısında mədəniyyət siyasətinin tədqiqində və modelləşdirilməsi
sahəsində tədqiqatların aparılımasını şərtləndirdi. 2001-ji ildə Azərbayjanın Avropa Şurasına daxil olması
Azərbayjanda yeni mədəniyyət siyasətinin işlənilməsini sürətləndirdi. Lakin Azərbayjan milli mədəniyyət
siyasəti barədə məruzəni hazırlanan zaman bunun üçün nəzəri və konseptual əsasların olmadığı özünü büruzə
verdi. Misal üçün, həmin problemlə 1996-ji ildə qarşılaşan Rusiyanın milli məruzəsinin çatışmayan jəhətlərinə
Avropa ekspertləri tərəfindən «keçid dövründə olan jəmiyyətdə mədəniyyət siyasətini müəyyən etmək olduqja
çətindir» qeyd olunaraq bəraət qazandırılmışdır.
2000-ji ilin sonunda Azərbayjan Respublikasının Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsi
«Avropada mədəniyyət siyasəti: əsas faktların xülasəsi və tendensiyalar» adlı birgə layihəni başa çatdırdı.
Həmin ilin sonunda sonunda Strastburqda Avropa Şurasının mədəniyyət üzrə komitəsinin xüsusi ijlasında üç
jənubi Qafqaz Respublikasının mədəniyyət nazirliklərinin görüşündə bu ölkələrdə yeni mədəniyyət siyasətinə
kömək və onu inkişaf etdirmək üçün STAGE (“Support for Transition in the Arts in Greater Europe”) regional
proqramı təqdim olunmuşdur. Layihənin əsas məqsədi hər üç dövlətə yeni və dinamik mədəniyyət siyasətinin
inkişaf etdirilməsi və mədəni mübadilənin gücləndirilməsində yardımın göstərilməsindən ibarət idi. Layihənin
əsas prinsipləri aşağıdakılardır: mədəni özünəməxsusluğun, mədəni çeşidliyinin, yaradıcılığın, eləcə də ölkənin
mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi.
Bu proqramın ən mühüm məsələlərindən biri mədəniyyət siyasəti üzrə milli məruzənin yazılması idi ki,
bununda əsas ideyası müxtəlif mədəniyyət sahələrinin tam açılması, mədəniyyət siyasətinin əsas
tendensiyalarının aşkar olunması, onun nailiyyətlərinin və çatışmamazlıqlarının qiymətləndirilməsindən ibarət
idi. Ümumiyyətlə, STAGE layihəsi 2000-2003-cü illəri əhatə edən Birinci və 2003-2005-ci illəri əhatə edən
İkinci fazalardan ibarət idi. Lakin 2005-ci il sentyabrın 15-16-da Kiyevdə keçirilmiş STAGE layihəsinin 5-ci
(geniələndirilmiə) Nazirlər kollokviumda layihənin gediəində əldə edilmiə uğurlu və səmərəli nəticələr nəzərə
alınaraq, sözügedən layihənin bitməməsi və sadəcə başqa formatda davam etməsi qərarı qəbul olunmuşdur.
Məhz bu səbəbdən “Mədəni Əməkdaşlıq üzrə yeni regional və transversal layihə proqramı ( Kiyev Təşəbbüsü)”
elan edilmişdir. Sözügedən təşəbbüsə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.
Bununla da, 2006-cı il dekabrın 15-də Buxarestdə nazirlər səviyyəsində “ Kiyev Təşəbbüsü” regional
proqramın açılış konfransı keçirilmiş və tədbirin nəticəsində “Kiyev Təşəbbüsü” Bəyanatı qəbul olunmuşdur.
“Kiyev Təşəbbüsü” Regional Proqramı mədəniyyət və mədəni irsin rolunun davamlı inkişaf prosesləri və
regional əməkdaşlıqda təşviq edilməsi üçün yeni imkan və yanaəmanı təklif edən operativ çərçivədir.
Bu məqsədlə, “STAGE” layihəsi çərçivəsində Avropa Şurasının ekspert qrupu 2001-ci ilin may ayında
Azərbaycanda olmuədur. Bu səfər zamanı ekspertlər Avropa Şurasının dəstək verə biləcəyi sahələri qeyd
etmişlər və Mədəniyyət Nazirliyi ilə vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən təklifləri
nəzərə almışlar. 2001-ci il iyunun 13-dən 17-dək bu layihə çərçivəsində Tbilisi şəhərində “Mədəniyyətin keçid
dövründə maliyyələşdirilməsi” mövzusunda seminar keçirilmiədir. Seminarda Azərbaycan Respublikası 6 nəfər
nümayəndə heyəti ilə təmsil olunmuşdur. Bundan sonrakı illər ərzində qeyd olunan layihə çərçivəsində keçirilən
bütün tədbirlərə ölkəmizin müvafiq sahəsini təmsil edən mütəxəssislər də qatılmışlar.
Azərbayjan Respublikası keçid dövrü adlanan tarixi mərhələdə hazırladığı Milli Məruzədə göstərilir ki,
Mədəniyyət Nazirliyi mədəniyyət siyasətini son onilliklərdə əksər Avropa ölkələrinin qabaqjıl təjrübəsinə
əsaslanaraq, bu ölkələrdə rəhbər tutulan əsas prinsiplər nəzərə alınaraq, ölkəmizin milli maraqlarına uyğun olub-
olmamadığı müəyyən edərək hazırlayır. Milli Məruzədə Azərbayjanın mədəniyyət siyasətinin üç əsas prioritet
istiqamətləri müəyyənləşdirilmişdir:
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
85
Mədəni və tarixi irsin qorunması (burada mədəniyyət təsisatlarının bütün infrastrukturu özündə əks
etdirir);
Yaradıjılığın himayə edilməsi;
mədəniyyətin insan inkişafı amili kimi dərk edilməsi və qəbul olunmasının güjləndirilməsi.
Milli Məruzədə Hökümətin və Mədəniyyət Nazirliyinin göstərilən prioritetləri reallışdırmaq üçün
yaradılan və bu işə jəlb olunan təsisatların məqsəd və fəaliyyət sahələri müəyyən olunur:
Alternativ maliyyə mənbələrinin axtarışı;
Mədəniyyət sahəsində inzibatçılığa dair treninqlər;
Mədəni inkişaf strategiyalarının işlənib hazırlanması;
Xeyriyyəçi mədəniyyət fondunun təsis edilməsi;
Mədəniyyətin idarəolunmasında desentralizasiya və dekonsentralizasiyası;
Qeyri-hökümət təşkilatları və digər vətənaş jəmiyyəti təşkilatları ilə partnyorluq əlaqələrinin qurulması;
Gənjlər siyasətinin işlənilməsi.
Qeyd edilməlidir ki, həmin dövrdə hazırlanan milli hesabatda qanunverijilik tədbirləri ilə yanaşı mədəni
islahatların həyata keçirilməsində, yüksək nailiyyətlərin əldə edilməsində və onların dəstəklənməsində böyük
əhəmiyyət maliyyələşmə məsələsinə verilir. Yuxarıda qeyd etdiyimiz kimi, keçid dövrünün böhranları
Azərbayjanın milli məruzəsində də, xüsusilədə maliyyələşmə bölməsində öz əksini tapmışdır. Xüsusilə vurğulayaq
ki, hesabatda maliyyələşmə məsələlərinə həsr olunmuş fəsildə 1997-ji ildən sonra əldə edilən məlumatlar əsasında
hazırlanmışdır. Milli məruzəni hazırayan müəlliflər hesabatın özündə belə ölkəmizdə mədəniyyət siyasətinin
modernləşdirilməsi yolunda olan əngəlləri vurğulayaraq, bu maneələri tarixi şəraitlə izah etməyə çalışırdılar. Misal
üçün, hesabatı hazırlayan ekspert komandası Milli Mədəniyyət Fondunun fəaliyyətini təhlil edən zaman, onun iş
istiqamət və prinsiplərini, xüsusilə bədii tədbirlər üçün təsadüfi və qeyri-sistematik maliyyə yardımının
göstərdiyini müəyyən etsələr belə, bu fəaliyyətin mexanizmlərini aydanlışdırmağa müvəffəq olmamışlar.
Keçid dövrünün mənzərəsini dolğun təsvir edən Milli Məruzədə, qeyd olunur ki, mədəniyyət sektorunda
çalışan yaradıjı adamların əmək haqqları olduqja aşağı olduqlarına görə, mütəxəssislər bu sahəni atıb gedirdilər.
Lakin mədəniyyət müəssisələrində vəziyyəti yaxşılaşdırmaq məqsədilə atılan ilk addımlardan biri kimi, ölkə
Prezidentinin «Azərbayjan Simfonik Orkestrinin fəaliyyətini yaxşılaşdırmaq haqqında», «Yaradıjı xadimlərin
fərdi pensiyalarla təmin edilməsi haqqında», «Qırmızı kitaba daxil eilən gənj istedadların fərdi təqaüdlərlə təmin
edilməsi haqqında», «Azərbayjan Akademik Opera və Balet Teatrının balet truppasının sosial təminatı
haqqında», «Gənj yazıçılarının fərdi təqaüdlərlə təmin edilməsi haqqında» fərmanları imzalanmışdır.
Milli məruzədə göstərilir ki, mədəniyyət sahəsində xariji investisiyalar, maliyyə dəstəyi və birgə
müəssisələr təşviq olunur. Kinematoqraflar İttifaqı ilə Britaniyanın özəl İTİL şirkətinin birgə fəaliyyəti buna
misal gətirilir. Keçid dövründə Azərbayjanda həyata keçirilən səmərəli mədəniyyət siyasətinin nümunəsi kimi
Azərbayjan Opera və Balet Teatrını dəstəkləmək üçün xariji neft şirkətlərinin, bankların və digər təşkilatların
kapital qoyuluşu əsasında Operanı Himayə Fondu yaradılmasını göstəmək olar. Hesabatda bu jür nümunələrin
geniş işıqlandırılması və mədəniyyət sferasının digər müəssisələrinə də tətbiq edilməsi tövsiyyə olunmuşdur.
Milli hesabatda göstərilir ki, həmin illərdə ölkəmizdə mədəniyyət siyasətinin formalaşmasına öz tövhəsini
verən iki qeyri-hökümət təşkilatı fəaliyyət göstərirdi: Soros Fondu və Avrasiya Fondu. Həmin təşkilatlar
Mədəniyyət Nazirliyinin Bakıda sektorial strategiyasını, (məsələn, M.FAxundov adına Dövlət Kitabxanasının
kompüter şəbəkəsi ilə təmin edilməsi), mədəniyyət sahəsində qeyri-hökümət təşkilatlarını, ayrı-ayrı injəsənət və
mədəniyyət xadimlərin və gənjlərin layihə ərizələrini maliyyələşdirən əsas təşkilatlardır. Soros Fondu
Mədəniyyət Nazirliyi üçün jəmiyyətin mədəni həyatda iştirakına dair sosioloci araşdırmaları
maliyyələşdirmişdir. Qeyd edək ki, Milli Məruzəni hazırlayan işçi qrup SİAR – Sosial və Marketinq
Tədqiqatları Mərkəzi tərəfindən aparılan həmin araşdırmaların nətijələrindən bəhrələnmişdir.
Azərbayjanın mədəniyyət siyasəti üzrə xülasə Bonn mədəniyyət siyasəti və müqayisəli tədqiqatlar
institutunun saytında yerləşdirilmişdir. STAGE layihəsi çərçivəsində Azərbayjan Respublikasının mədəniyyət
siyasəti üzrə hazırlanan Milli məruzəsinin ətraflı şərhi Mədəniyyət Nazirlyinin təşəbbüsü ilə 2003-jü ildə dərj
olunmuş «Azərbayjan Respublikasının Mədəniyyət Siyasəti» kitabında ətraflı şərh olunur.
Yuxarıda təsvir olunan dövrdə Azərbayjanda optimal mədəniyyət siyasətinin işlənilməsi məqsədilə
mütərəqqi təjrübənin öyrənilməsi və istifadə edilməsinə, aparıjı ölkələrin mədəniyyət siyasətlərinin müqayisəli
təhlilinə böyük ehtiyaj duyulurdu. Belə ki, Azərbayjanda yeni mədəniyyət siyasətinin işlənilməsi zamanı Sovet,
Qərb və rus mədəniyyət məktəblərinin təjrübəsi, xüsusilə də Rusiya Mədəniyyət İnstitutunun konsepsiyaları,
Norveç və Yaponiyanın sosial-mədəni inkişafına dair tarixi nailiyyətləri, BMT və UNESKO, Avropa Şurası və
mədəniyyət siyasəti sahəsində beynəlxalq təşkilatların sənədləri və müasir fəaliyyət təjrübəsi öyrənilmiş və
tətbiq edilmişdir. Azərbayjanda «Yeni mədəniyyət siyasətinin formalaşmasına yardım» layihəsinin
reallaşdırılmasında və 2001-ji ilin aprelindən onu həyata keçirmək məqsədilə əməli addımlar atmış
təşəbbüslərdən biri Açıq Jəmiyyət İnstitutunun - Butapeşt Soros Fondu ilə «Simurq» Azərbayjan Mədəniyyət
Assosiasiyası ilə birgə həyata keçirilmişdir. Layihənin əsas məqsədi Azərbayjanda vətəndaş jəmiyyətinin və
hüquqi dövlətin etik-normativ əsası kimi sovet tipli Azərbayjan mədəniyyətinin demokratik mədəniyyətə
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
86
transformasiya etməsinə yardım idi. Ölkəmizdə mədəniyyətin sosial bazasının öyrənilməsi, yeni mədəniyyət
siyasətinin xarakterinin və vəzifələrinin müəyyənləşdirilməsi, mədəniyyətin düzgün başa düşülməsində müxtəlif
strukturlara və sosial qruplara kömək göstərilməsi, onun insanın inkişafında, həyatın keyfiyyətinin və
Azərbayjan jəmiyyətinin rifahının yüksəldilməsində funksiyasının və imkanlarının öyrənilməsi layihənin
prioritetlərini təşkil edirdi. Layihə çərçivəsində aparılan tədqiqatlar nəijəsində əldə olunan qənaətə görə, tarix
boyu dövlətlərin əsas məqsədi mədəniyyətin inkişafına qayğının göstərilməsilə yanaşı daim dünya mənzərəsinin
yaradılması olmuşdur. Bu faktdan dayaq götürən tədqiqatçılar 2001-2005-ji illər ərzində alimləri və
mütəxəssislərin bir çox suallarına javab verən mədəniyyət siyasətinin hərtərəfli nəzəriyyəsinin yaradılmasına
nail olmuşdular. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə mədəniyyət siyasətinin nəzəriyyəsi Qərbi Avropada və
Azərbayjanda dövlət və mədəniyyətin qarşılıqlı əlaqələrinin çoxillik tarixinin öyrənilməsi və müasir dövrdə
münasibətlərinin modelləşdirilməsi nətijəsində meydana gəlmişdir.
Beləliklə, 2001-ji ilin sonlarında Mədəniyyət Nazirliyi yaxın beş ili əhatə edən «Azərbayjan
mədəniyyətinin dövlət inkişaf proqramı»nı işləyib hazırlamışdır. Həmin proqramda Azərbayjanın dövlət
mədəniyyət siyasətinin strateci məqsədləri və əsas prioritetləri müəyyənləşdirilmişdir:
−
Mədəni və tarixi irsin mühafizəsi;
−
Yaradıjılığın dəstəklənməsi;
−
Sahənin hüquqi, elmi, informativ inkişafı;
−
Kadr hazırlığı və gənj istedadların dəstəklənməsi;
−
Milli kinematoqrafiyanın dirçəlişi və inkişafı;
−
Mədəniyyət turizmi infrastrukturunun yaradılması və inkişafı;
−
Kitab nəşrinin inkişafı;
−
Kitabxana və muzey sistemlərinin köklü sürətdə modernləşdirilməsi.
«Azərbayjan mədəniyyətinin dövlət inkişaf proqramı» mədəniyyətin idarəolunmasının yeni demokratik
formalarının yaradılmasına, dövlətsizləşdirməyə və bəzi mədəniyyət obyeklərinin tədrijən özəlləşdirilməsinə xeyli
yer ayrılır. Mədəniyyət müəssisələri və təsisatları üçün güzəştli tariflər müəyyən etmək vasitəsi ilə mədəniyyət
sahəsinin inkişafını stimullaşdıran, habelə bu sektora kənardan əlavə vəsait ayrılmaları jəlb edən vergi siyasətinin
işlənib hazırlanması da göstərilən proqramda xüsusi əhəmiyyət kəsb edir.
Proqramın reallaşdırılmasında beynəlxalq əməkdaşlığın dinamik inkişaf etdirilməsi, onun yeni forma və
modellərinin axtarılması mühüm amil kimi müəyyən edilmişdir. Burada, həmin kontekstdə UNESKO və Avropa
Şurası kimi beynəlxalq təşkilatlarla çoxjəhətli əməkdaşlığa böyük önəm verir. Dünyada nüfuz qazanmış
beynəlxalq təşkilatlar dünyadaki mədəni quru-juluq proseslərində ölkənin rolu və yeri haqqında təsəvvür
yaratmağa imkan yaradır. Son illərdə Azərbayjan xariji mədəniyyət siyasətində nəzərə çarpan əsas tendensiyanı
beynəlxalq əlaqələrdən beynəlxalq əməkdaşlığa doğru hərəkət kimi müəyyən etmişdir. Avropa Şurasının Jənubi
Qafqaz ölkələrində reallaşdırdığı regional STAGE layihəsi yeni mədəniyyət siyasətinin formalaşmasını
dəstəkləməklə yanaşı beynəlxalq əməkdaşlığın təjəssümüdür.
Bu gün Azərbayjan Respublikasında mədəniyyət siyasəti deyildikdə, müxtəlif sosial institutlar tərəfindən
işlənilən tədbirlər kompleksi nəzərdə tutulur ki, yaradıjı fəaliyyət göstərən subyektin formalaşmasına, yaradıjılıq
sahəsində şərtlərin, sərhədlərin və prioritetlərin müəyyənləşdirilməsinə, yaradılan mədəni dəyərlərin seçim
prosesinin və translyasiyasının təşkil olunmasını və onların jəmiyyətin ixtiyarına verilməsini şərtləndirir.
Mədəniyyət siyasətinin subyektlərinə aid edilir:
dövlət orqanları;
işgüzar strukturlar;
mədəniyyət xadimləri.
Qeyd olunmalıdır ki, mədəniyyət xadimləri mədəni siyasətində ikili rol oynayırlar – eyni zamanda həm
obyekt, həm də mədəniyyətin subyekti kimi çıxış edirlər.
Mədəniyyət obyektlərinə isə aiddir:
qeyd etdiyimiz kimi, mədəniyyət xadimləri;
mədəniyyət sahəsi;
mədəni dəyərlərin istehsalçısı və istehlakıçısı olan jəmiyyət.
Azərbayjan Respublikasında tətbiq edilən mədəniyyət siyasəti Fransada və keçmiş Sovet İttifaqında yayılan,
mədəniyyət siyasətinin «dördünjü» modeli adlandırılan strukturla eynilik təşkil edir. Mədəniyyət siyasətinin
«dördünjü modeli» güjlü administrasiya, dövlət tərəfindən güjlü maliyyələşmə, mədəni həyat üzrə bütün
tərəfdaşların, xüsusilə də regional və yerli jəmiyyətlərin müxtəlif peşə təşkilatlarının fəaliyyətinin
stimullaşdırılması və əlaqələndirilməsini tələb edir.
Azərbayjanda dövlətin mədəniyyət siyasətinin planlaşdırılması və reallaşdırılması məsələləri aşağıdakıları
nəzərdə tutan çoxsəviyyəli sistem vasitəsilə həyata keçirilir:
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
87
Milli Məjlisin - Azərbayjan Parlamentinin Mədəniyyət qanunveriji əsasını təşkil edən Mədəniyyət Məsələləri
Dostları ilə paylaş: |