2.4.2. Şimali Avropa intibahı
XV əsrdəki humanist hərəkat İtaliyanın hüdudlarından kənara nüfuz etməyə başlayırdı ki, bu da İntibahın
vətənindən şimaldakı ölkələrin mədəniyyətinə də güclü təsir göstərirdi. Ona görə də Şimali Avropa İntibahı
ifadəsinin işlədilməsi məntiqə müvafiq səciyyə kəsb edir. Bu intibahın əsas dayaqlarına İngiltərə, Almaniya,
İspaniya, Niderland, İsveçrə və Fransa ölkələri daxildir.
Şimali Avropa intibahın xüsusiyyətlərini anlamaq üçün Qərbi Avropadakı istlahatçılıq istiqamətlərinin
xarakteristikası ilə tanış olmaq vacibdir. İslahat hərəkatı Almaniyada başlayaraq tədricən Qərbi Avropa
ölkələrinin əksəriyyətinə nüfuz etdi. Bu feodal cəmiyyətin özəyindəki ən ciddi dəyişikliklərlə izah olunurdu.
Yetişən milli burjuaziya artıq ortodoksal katolitizmin fanatizmi, asketizm, Vatikan xidmətçilərinin ikiüzlülüyü
ilə barışa bilmirdi. İslahatın təşəkkülündə İtalyan İntibahı ideyalarının rolu böyük əhəmiyyət kəsb etdi. Bu
ideyalar Əhdi-Ətiq və Əhdi-Cədidin ilkin mənbələrdən öyrənilməsinə marağı gücləndirdi. Almaniyada İslahatın
başlanğıcı Martin Lüterin (1483-1546) 1517-ci il 31 oktyabr tarixində indulgensiyaya qarşı 95 tezisinin elan
edilməsi ilə bağlıdır. Bu tezislərdə əsas ideya kilsə və ruhanilərin Allah və insan arasında vasitəçi olmaması
ideyasının təsdiqlənməsi və kilsənin günahları bağışlamaq gücünə malik olmamasını göstərmək idi. Lüterin an-
tiklerikal istiqamətli tezisləri alman cəmiyyətindəki qabaqcıl düşüncəli ziyalıların mənəvi dəstəyi ilə müşayiət
olunurdu.
Kilsənin bərpası tələblərindən irəli gələn islahatçılıq feodal cəmiyyətinin çoxluq hissəsini təşkil edən
lüterançılığın təşəkkülü ilə başlıca yer tutdu.
Almaniyanın ardınca Avropanın digər ölkələrində də bu hərəkat geniş vüsət tapdı. Belə ölkələrdən İsveçrə
daha çox irəlidə gedənlərdən idi. Ölkədə tsvinqliançılıq və kalvinizm lüterançı istiqamətli hərəkatlardan idi.
Ulrix Tsvinqli (1484-1531) həmin islahatçı təlimin banisi idi. Onun təliminin əsas prinsipləri lüterançılıq ilə
vəhdət təşkil edirdi. Bu təlimdə ənənəvilikdə dəyişikliklərin həyata keçirilməsi başlıca yer tuturdu.
Jan Kalvin (1509-1564) özü Fransada anadan olmuşdur. 1556-cı ildə cenevrəyə gələrək burada islahatçılıq
hərəkatının banisi kimi tanınır. Onun təlimi daha çox burjuaziyanın maraqlarını təmin edirdi.
XV əsrdən başlayaraq Avropa mədəniyyətinin nəhəng mərkəzi Niderland hesab edildi. Bu mədəniyyətin
görkəmli nümayəndəsi Rotterdamlı Erazm (1469-1536) hesab edilirdi. Görkəmli humanistə populyarlığı məşhur
satirik əsəri olan «Ev söhbətləri», «Axmaqlığın tərifi» (1509) gətirmişdi. Bu satirik əsərlərdə sxolastik
dünyagörüşü, nadanlıq ciddi tənqid edilirdi.
Humanist ədəbiyyatın görkəmli nümayəndələrindən biri də Filipp Aldehonde (1539-1598) hesab edilirdi.
İtaliya İntibahının ənənələri Niderland rəngkarlarının bədii yaradıcılığında mühüm yer tuturdu. Bu kiçik
ölkə dünya mədəniyyətinə Yan Van Eyk (1390-1441), Hieronimus (1460-1516), Piter Breygel (1525-1569),
Frans Hals (1585-1666) kimi rəngkarlar bəxş etmişdir. Bu rəssamlar daha çox natürmort və peyzaj sənətinin
inkişafına təkan vermişlər. Rəssamların bu janra müraciəti İslahatın dini mövzulara qadağalar qoyması ilə izah
edilirdi.
XVII əsrdə Avropanın məşhur rəssamı niderlandlı Piter Pauel Rubens (1577-1640) və Xarmens van Reyn
Rembrandt (1606-1669) hesab edilirdi.
Rubensin yaradıcılığında patetiklik, güclü hərəkət hiss edilir. O, daha çox dini və mifoloji süjetlərə üstünlük
verirdi: «Torpaq və suyun ittifaqı», «Xaçdan çıxarılma» rəsmləri belələrindəndir.
Rembrandtın yaradıcılığı daha çox psixologizmi ilə fərqlənirdi. O, işıq-kölgə effektlərinə üstünlük verən
rəssam idi. O, 60-a yaxın avtoportret, 300 ofort və 1000-dən artıq rəsmlər yaratmışdır. Onun dini və mifoloji
mövzudakı əsərlərinə «Müqəddəs ailə», «Danaya»nı göstərmək olar. Həyatının sonlarında rəssamın
yaradıcılığında qəm, küdurət, melanxoliya üstünlük təşkil edir. Bu əhvali-ruhiyyə rəssamın «Yan Siks» rəsmində
daha çox hiss olunur.
Humanizm ideyaları Almaniyaya XV əsrin ortalarında nüfuz etməyə başlayır. Humanist hərəkatın
xüsusiyyətləri katolik kilsəsi və cəmiyyətin siyasi təbəqələrinin əhvali-ruhiyyələri ilə müəyyən olunurdu.
Humanistlər arasında Rotterdam Erazm böyük hörmətlə qarşılanırdı. Onun satiraları alman humanistləri
tərəfindən təqlid olunurdu. Görkəmli filosof, filoloq, humanist İohann Reyxlin (1455-1522) insanın özündə ila-
hilik axtarmaq cəhdi mühüm yer tuturdu.
İslahatın ölkədə geniş vüsəti milli humanist mədəniyyətin inkişafına təkan verdi. Xüsusilə, təsviri sənət bu
sahədə irəliyə getdi. Albrext Dürer (1471-1528) özünün «Apokalipsis» (1498) adlı qravyura seriyaların
obrazlarını gərgin-ekpressiv formada təsvirinə başlıca yer verir. Onun müasirləri olan görkəmli realist portret
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
277
ustası Kiçik Hans Halbeyt (1498-1543), humanist rəssam Qryünevald (1475-1528), Lukas Kranaxın (1472-
1553) adlarını çəkmək olar.
İslahatçılıq hərəkatı eyni xüsusiyyətlərlə İsveçrə mədəniyyətində də təzahür tapmışdır.
Fransada İntibahın görkəmli nümayəndəsi satirik əsərlərin müəllifi kimi tanınan Fransua Rable (1494-
1553) hesab edilir. Onun «Qarqantua və Pantaqryuel» adlı satirik romanı katolik kilsəsi, onun xidmətçilərinin
nadanlığı, insanları aldatmağı nöqteyi-nəzərindən ciddi tənqid olunur.
Maarifçilik cəhətdən «Pleyada» adını almış yeddi şairdən ibarət ədəbi qrupun da yaradıcılığı dövrün
nailiyyətlərindən biri kimi hesab olunur. Onun əsasını şairlər Pyer de Ronsar (1524-1585) və Joake Dyü Belle
(1522-1566) qoymuşlar. Bu qrup Fransız poeziyasının təkmilləşməsində çox böyük rol oynamışdır.
Dövrün görkəmli humanisti Mişel de Monten (1533-1592) sayılırdı. O, esse ədəbi formasında gözəl
əsərlər yaratmışdır. Montenin ən böyük əsəri «Təcrübələr» essesidir. Bu əsərdə rasionalizm ideyaları aparıcı yer
tuturdu.
İngiltərədə İntibahın ömrü daha uzun olmuşdu. Humanist ideyalarının aparıcı mərkəzi Oksford Universi-
teti idi. İngilsi İntibahının görkəmli nümayəndəsi Tomas Mor (1478-1535) sayılırdı. O, «Utopiya» adlı sosial-
fəlsəfi əsərin müəllifi olmaqla utopik sosializm istiqamətinin əsasını qoydu. Digər humanist şairlərdən Tomas
Uayetin (1503-1542) adını çəkmək olar ki, o, ingilis poeziyasına sonet janrını gətirmişdi. Filipp Sidney (1554-
1586), Lester Edmund Spenser (1552-1599) də İntibahın görkəmli sənətkarları idi.
İngiltərədə İntibahın ən məhsuldar dövrü XVI əsrin axırı XVII əsrin əvvəllərinə təsadüf etdi. Bu, V.
Şekspirin (1564-1616) adı ilə bağlıdır. 37 pyesin müəllifi olan Şekspir dünya ədəbiyyatı ilə yanaşı, dramatur-
giya, teatrın «nadir incisi» sayılır.
İspaniya da İntibahın aparıcı dayaqlarından hesab olunur. Lakin İngiltərədən fərqli olaraq burada katolik
ideologiyası başlıca yer tuturdu. Migel de Servantes (1547-1616), Lope de Veqa (1562-1635) kimi yazarlardan
başqa El Qreko (1541-1614), Diyeqo Velaskes (1599-1660) kimi rəssamlar dünya təsviri sənətinin görkəmli
simalarındandır.
Beləliklə, sonda onu qeyd etmək vacibdir ki, İntibah dövrü dünya mədəniyyətinin inkişaf tarixinin ən
məhsuldar çağları kimi dəyərləndirilməlidir. İntibah fenomeni gələcək sivilizasiyaların ən zəngin mənəvi
mənbələri kimi qiymətləndirilməlidir.
2.4.3. Barokko mədəniyyəti
XVII əsr Yeni dövrün milli-mədəni inkişafında müstəsna rol oynadı. İtaliya, İspaniya, Flandriya, Hollan-
diya, Fransa kimi ölkələrin hər birinin özünəməxsus bədii ənənələrə və milli bədii məktəblərə malik olması XVII
əsri mədəniyyət tarixində yeni mərhələ kimi nəzərdən keçirməyə imkan verir. Bu ölkələrin milli xüsusiyyətləri
onların ümumi cəhətlərə malik olmasını istisna etmir.
XVI əsrin ortalarından XVII əsrin sonunadək İtaliya incəsənəti Katolik ilahiyyatı, siyasəti və mədəniyyəti
Reformasiyaya qarşı yönəlmiş kontrreformasiyanın təsiri altında idi. Kontrreformasiyanın əsas silahı hökumətə
tabe olmayan və başqa dinə qulluq edənlərə qarşı mübarizə aparan inkvizisiya idi. 1555-ci ildə Roma papası IV
Pavel xristianlığın əsas ehkamlarını elan etdi. Burada insanların öz günahlarını etiraf edərək tövbə etmələrindən,
öz ruhunu bütünlüklə Allahın ixtiyarına vermələrindən, beləliklə də, həqiqəti dərk etməyə və Allahla birləşməyə
çalışmaqdan söhbət açılır. Bu dini ideyalar İtaliyada XVI əsrin 80-ci illərində yaranan barokko üslubunun
əsasını təşkil edərək onun əsas xüsusiyyətlərini müəyyənləşdirdi. XV əsrdə İspaniyada Rekonkista – Pireney
yarımadasının ərəb hökmranlığından azad olması uğrunda 8 əsrə yaxın davam edən mübarizəsi bitdi və vahid
İspan krallığı yarandı. Pireney yarımadası ərəblər tərəfindən işğal edildiyi zaman yerli ispan əhalisi bunun
qarşısını almaq üçün kifayət qədər gücə malik olmasa da vəziyyətlə barışmağa da hazırlaşmırdı. Pireney
yarımadasının şimalında, dağlarda yerləşən olduqca kiçik ərazi XVIII əsrdə ərəb əmirliyinə tabe olmayan
yeganə yaşayış məntəqəsi idi. XV əsrin sonunda Qranada xilafəti də süqut etdi. İspaniyanın bütün orta əsrlər
tarixi, millətin formalaşması yadellilərlə mübarizə şəraitində baş verdi. Xalqda dini fanatizmi gücləndirmək
istəyən xristian kilsəsi bu prosesdə mühüm rol oynayırdı. Rekonkista dövründə ispan incəsənəti mavritan
(ərəbləri belə adlandırırdılar) incəsənəti ilə heç vaxt qovuşmasa da onun təsirindən yayına bilmədi. XVI əsrdə
fəal hərbi siyasət, yeni kəşf edilmiş Amerikada çoxlu ərazilərin işğal edilməsi İspaniyanı Avropanın ən varlı
padşahlığına çevirdi. Lakin bu çiçəklənmə dövrü çox sürmədi. Yüzilliyin sonunda ölkə iqtisadi böhran keçirdi.
XVI-XVII əsrlərdə İngiltərə ilə müharibələr isə onun dənizdəki hökmranlığına son qoydu. Məhz XVI əsrin sonu
- XVII əsrin I yarısında İspaniyanın mədəniyyəti, xüsusən ədəbiyyat və rəngkarlıq çiçəklənmə dövrü keçirdi. Bu
çiçəklənmə o vaxtkı Avropanın digər qabaqcıl ölkələrindən – İtaliya və Niderlanda nisbətən bir qədər gec baş
verdi. Tirso de Molina, Pedro Kalderon, Luis de Qonqora, Fransisko de Kevedo, Lope de Veqa, Servantesin
yaradıcılığı məhz bu dövrə təsadüf edir. Təsviri sənət, xüsusən də rəngkarlıq realizm yolu ilə inkişaf edirdi.
İspaniyanın həyatında böyük rol oynayan katolik dini təsviri sənətə, onun mövzu dairəsinə güclü təsir göstərirdi.
İspan rəngkarlığının və heykəltəraşlığının inkişafına Katolik Kilsəsinin mövqeyi mane olurdu: İnkvizisiya
incəsənətə qarşı ciddi senzura qoymuşdu. Lakin bir sıra ciddi məhdudiyyətlərin olmasına baxmayaraq ispan
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
278
sənətkarları demək olar ki, bütün janrlarda işləyir və Avropanın digər ölkələrində yaşayan müasirlərinin
toxunduqları mövzulara müraciət edirdilər. Mədəniyyətə və incəsənətə krallıq tərəfindən göstərilən xüsusi
diqqətə baxmayaraq əyalət rəssamları daha məhsuldar idi. Məhz onların yaradıcılığı həmin dövrün əsas bədii
cərəyanlarını müəyyən etdi.
XVII əsrdə Niderland incəsənətinin bədii ənənələri Flandriyada və Hollandiyada davam edirdi. O dövrdə
Niderlandda ikonalara pərəstişi inkar edən və kilsə incəsənətindən imtina edən protestantizm geniş yayılmışdı.
1566-cı ildə ölkəni ikonaqıranlar hərəkatı bürüdü. Bir neçə gün ərzində ölkədə saysız-hesabsız məbəd və
monastırlar darmadağın edildi, mehrablar, ikonalar və müqəddəslərin heykəlləri məhv edildi. Ölkənin şimalında
protestantlıq əhalinin böyük əksəriyyətini təşkil edirdi. 1598-ci ildə II Filipp cənubi Niderlandı sevimli qızı in-
fanta İzabellaya (1566-1633) verdi. Dini ideyalar uğrunda mübarizədə daha çox zərər çəkən mədəniyyət oldu.
Protestantlar külli miqdarda gözəl sənət əsərlərini məhv etdilər. Hətta katolik əyalətlərdə də əsil sənət ənənələri
uzun müddət unuduldu. Kilsə incəsənətində mühüm dəyişikliklər baş verdi. İndi onun vəzifəsi yalnız Müqəddəs
Kitabı izah etmək deyil, həm də adamları valeh edərək onların şüurunu kilsənin nüfuzuna tabe etmək idi. Orqan
musiqisi, məbədlərin arxitekturası, dini məzmun daşıyan rəngkarlıq bu işə kömək edirdi. Əgər orta əsrlər
məbədi məktəb kimi başa düşülürdüsə, XVII əsrdə o, daha çox teatrı xatırladırdı. Niderlandın cənub hissəsi olan
Flandriya indiki Belçika ərazisidir. XVI əsrin inqilabi hadisələrindən sonra o, İspaniyanın protektoratlığı
(imperialistlərin müstəmləkə xalqlarını əsarətdə saxlama üsullarından biri) altında qalaraq katolik dünyasına
qoşuldu. Hollandiya ərazisi olan şimali Niderland isə ispan hökmranlığına qarşı mübarizədə müstəqillik əldə
edərək burjua protestant respublikasını yaratdı. Niderlandın parçalanması bədii ənənənin parçalanması idi.
Flandriyanın milli mədəniyyətinin və incəsənətinin çiçəklənməsi XVII əsrin I yarısını bürüyür. Flandriya
– kəndli ölkəsi olub, hələ orta əsrlərdə yaranmış özünəməxsus xalq bayramları ənənələri ilə məşhur idi. Kütləvi
karnaval yürüşləri, toylar, oyunlar, paxla kralının bayramı xalq arasında sevilən bayramlardan idi. Onlar XVII
əsr Flamand rəngkarlığı üçün tipik olan obraz və mövzular yaradır, doqmatik və katolik məzmunlu dini
rəngkarlığı arxa plana keçirirdi. Flandriyanın bədii mədəniyyətinin xüsusiyyətləri - dünyanın dərk edilməsinə
can atmaq, xəlqilik, nikbinlik, təntənəli bayram əhval-ruhiyyəsi rəngkarlıqda daha yaxşı ifadə olunurdu.
1581-ci ildə şimali Niderland əhalisi çoxillik müharibədən sonra ispan əsarətindən xilas oldu və 7
əyalətdən ibarət Birləşmiş əyalətlər Respublikası yaratdı. Bunların içərisində Hollandiya təsərrüfatçılıq və
mədəni cəhətdən lider olduğundan bütün ölkə tezliklə belə adlanmağa başladı. Bu, Avropada ilk burjua
respublikası idi. İnqilabın aparıcı qüvvələri kəndlilər və kasıb şəhərlilər olsa da bu inqilabın nəticələrindən bur-
juaziya bəhrələnib hakimiyyətə gəldi. Yeni Niderlandın ictimai quruluşunda XVI əsrlə müqayisədə çox az fərq
olduğu halda mənəvi həyatda nəzərəçarpan dəyişikliklər baş verdi. Kalvinizm – dövlət dini oldu. Bu din nə kilsə
incəsənətini, nə də ikonaları tanımaq istəmirdi. Ona görə də holland rəssamları dini mövzulardan əl çəkməyə
məcbur olub, yenilərini axtarmağa başladılar. Bu məqsədlə onlar ətraf aləmə, gündəlik hadisələrə müraciət
etməyə başladılar. Sifarişçilərin çoxu savadsız olduğuna görə onlar üçün əsas meyar – təsvirin orijinala maksi-
mum oxşaması və daha canlı görünməsi idi. Sifarişçilərin zövqü səviyyəsinə enməyə məcbur olan rəssamlar
bütün ömrü boyu müəyyən bir janr çərçivəsində ixtisaslaşırdı. Rəsm əsərləri bazar əmtəəsinə çevrilirdi. Demək
olar ki, hər bir varlı şəhərli şəkil alaraq öz evindən asırdı. Artıq Holland respublikasının rəssamları Avropada ilk
dəfə olaraq kilsənin, kral və tanınmış mesenatların (elm və incəsənətə hamilik edən varlı) təzyiqi ilə işləmir,
sosial gerçəkliyi təsvir edən demokratik və realist əsərlər yaradırdılar. Beləliklə, ölkədə elm və texnikanın
inkişafı üçün də şərait yarandı. Fransız filosofu Dekart məhz burada sığınacaq tapdı. Spinozanın fəlsəfəsi burada
formalaşdı.
Fransa. XVII əsrdə Fransada dövlət quruluşunun xüsusi forması yarandı ki, sonralar bu, mütləqiyyət adını
aldı. Kral XIV Lüdoviqin (1643-1715) «Dövlət – mənəm» ifadəsinin dərin kökü var idi: hökmdara sədaqət –
vətənpərvərliyin əsas şərti idi. Ölkənin hətta dini həyatı belə kral hakimiyyətinə tabe idi. Fransanın katolik
kilsəsi Roma papasından asılı olmamağa və bir çox məsələləri müstəqil həll etməyə çalışırdı.
Əsasən İntibah ənənələrini davam etdirən XVII əsrin maraq dairəsi və idrak diapozonu xeyli genişləndi.
Bunun nəticəsində XVII əsr mədəniyyəti, o cümlədən incəsənəti əvvəlki dövrə nisbətən daha mürəkkəb,
məzmun və formaca daha ziddiyyətli oldu.
XVII əsrdə avropalıların dünya haqqında elmi və fəlsəfi fikirləri də nəzərəçarpacaq dərəcədə zənginləşdi.
Ötən əsrlərin coğrafi kəşfləri - Amerikanın kəşfi (1492-ci il), birinci Dünya (dövr-aləm) səyahəti (1519-1522-ci
illər), Kainatın sonsuzluğu, Yerin Günəş ətrafında fırlanması haqqında yeni elmi-fəlsəfi təsəvvürlər dünyanın nə
qədər böyük və mürəkkəb olduğunu göstərirdi. Həmçinin, Avropanın qabaqcıl ölkələrinin iqtisadi yüksəlişi,
manufakturaların, ticarətin inkişafı da dəqiq və təbiət elmlərinin tərəqqisi üçün təməl yaratdı. Qalileyin, Keple-
rin, Nyutonun, Leybnisin, Dekartın riyaziyyat, astoronomiya, fizika, fəlsəfə sahəsindəki nəhəng kəşfləri, o
cümlədən, Bekon, Hobbs, Lokk, Spinoza kimi filosofların dünya haqqındakı fəlsəfi fikirləri insanların təbiət və
Kainat haqqındakı təsəvvürlərinin genişlənməsinə xidmət etdi. Riyaziyyat, astronomiya, fizika və digər təbiət
elmlərinə artan maraq elm və fəlsəfəni yeni istiqamətə yönəltdi. Avropanın mütərəqqi fikirli filosof və alimləri
«elm elm üçündür» devizini deyil, təbiəti insana tabe etmək məqsədini güdürdülər. İngiltərədə F.Bekon, Fransa-
da R.Dekart, Hollandiyada Spinoza bir-birindən fərqlənsələr də onları məhz bu məqsəd birləşdirirdi. Qalileyin
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
279
şagirdi Torriçelli havanın təzyiqi faktını, civə barometri və hava nasosunu, dahi ingilis alimi Nyuton klassik
mexanikanın qanunlarını, ümumdünya cazibə qüvvəsini kəşf etdi. R.Boyl mexanikanı kimyaya tətbiq edərək
atomistikanın problemlərini işlədi, kimyəvi element anlayışını müəyyən etdi (1600-cü ildə). İngilis fiziki Gilbert
«Maqnit haqqında» əsərini yazdı. Burada sırf fiziki qanunlardan başqa, bütün təbiət elmlərinin kəmiyyət ölçüləri
və eksperimentin rolu haqqında mühüm ideyalar mövcuddur. Qarvey qan dövranını kəşf etdi. Dekart və Leybnis
riyaziyyat, mexanika, fizika və fiziologiya elmlərinə böyük töhfələr verdilər.
XVI-XVII əsrlərdə Qərbi Avropanın qabaqcıl ölkələrində kapitalist istehsal üsulunun inkişafı, kapitalist
münasibətlərinin formalaşması burjuaziyanın bir təbəqə kimi müstəqil sinfə çevrilməsini təmin etdi. F.Bekon və
R.Dekart burjua fəlsəfəsinin baniləri oldu.
Təbiəti dərk etmə əsasında elmi-fəlsəfi metodun işlənməsi ideyasını ilk dəfə Yeni dövr elminin ilk filoso-
fu F.Bekon (1561-1626) qarşısına məqsəd qoydu. Bekonun fikrincə idrakın ali vəzifəsi təbiətin ram edilməsi və
insan həyatının yaxşılaşdırılmasıdır. İlk dəfə məhz F.Bekon orta əsr sxolastik təfəkkür üslubunun yox
edilməsinin və yeni elmi-fəlsəfi metodologiyanın işlənməsinin zəruriliyini dərk etdi. Bekon üçün fəlsəfə ilk
növbədə elmlərin metodologiyasıdır. Bekonun əsas əsərləri «Yeni orqanon», «Yeni Atlantida», «Mənəvi, iqtisa-
di və siyasi təcrübələr»dir. Elmlərin genişləndirilməsi və məziyyəti» və «Yeni orqanon» əsərlərində fəlsəfəyə
giriş verilərək praktiki həyatda elmi biliklərin vacibliyi qeyd edilir, bu vaxtadək elmi tərəqqiyə mane olan
cəhətlərin üzə çıxarılmasına cəhd edilir, ağılı hər cür bütlərdən xilas edib, elmlərin islahatını keçirmək və aristo-
telçi-sxolastik metodu ifşa etmək yolları axtarılır. Eksperimental təbiət elmləri Bekon üçün yeganə nümunə idi.
O, fəlsəfəni məhz belə təməl üzərində qurmaq istəyirdi.
R.Dekart (1596-1650) da, Bekon kimi biliyin əsas məqsədini onun insana xidmət etməsinbə görürdü. O,
fəlsəfəni «ciddi elmlər» səviyyəsinə qaldırmağa cəhd edirdi. Onun fikrincə fəlsəfə universal riyaziyyat»
olmalıdır. Dekartın dünyagörüşündə «metafizika» deyil, fizika – təbiət haqqında təlim həlledici əhəmiyyətə ma-
likdir. Fizika, kosmologiya və riyaziyyatı Dekart filosof kimi deyil, alim kimi şərh edir. Dekart - analitik
həndəsənin yaradıcılarındandır. Mexanikada hərəkət və sükunətin nisbiliyi, təsir və əkstəsir qanunlarını
formalaşdırıb. Optikada işığın sınması zamanı sinusların daimi münasibəti qanununu əsaslandırıb, göy
qurşağının riyazi nəzəriyyəsini inkişaf etdirib. Kosmoqoniyada günəş sisteminin təbii inkişafı haqqında fikir
söyləyib. Dekart həmçinin cəbri işarələr sisteminin yaradıcısıdır ki, muasir elmdə bu, cüzi dəyişikliklərlə
saxlanmaqdadır. Dekartın kosmoqoniya və fizikası insan haqqında təlimlə tamamlanır. Dekart fiziologiyasının
əsasını Qarveyin qan dövranı nəzəriyyəsi təşkil edir. Dekart rasionalizm – idpakda ağılın birinciliyini, onun hissi
qavrayışdan asılı olmadığını qəbul edən nəzəriyyə tərəfdarı idi.
Fəlsəfədə rasionalist hərəkat və klassisizm bir sıra ümumi cəhətlərə malik idi. Rasionalizm
metodologiyasını Dekart «Metod haqqında düşüncələr» (1637) əsərində ifadə edib. Dekartın öz estetik
nəzəriyyəsi olmasa da, məktublarında o, gözəllik anlayışı, klassisizmin bəzi prinsipləri olan düzgünlük,
aydınlıq, təmizlik haqqında fikirlər söyləyir. Faciəviliyin rolu haqqında da onun müəyyən baxışları var. Dekartın
davamçıları olan karteziançılar öz estetik təlimləri ilə yalnız XVIII əsrin I yarısında çıxış edə bildilər. Onların ən
görkəmli nymayəndəsi «Gözəllik haqqında təcrübələr» (1741) əsərinin müəllifi Andredir.
XVII əsrdə fəlsəfi və estetik fikir Avropanın digər qabaqcıl (Almaniya) ölkələrində də inkişaf etməkdə
idi. Məsələn, İngiltərədə F.Bekonun katibi T.Hobbs və hər ikisinin davamçısı C.Lokk Dekartın «anadangəlmə
ideyalar» fikri ilə razılaşmırlar. Hobbsun fikrincə, xarici hisslər nəinki ideyaların, hətta idrakın mənbəyidir.
Lokkun fikrincə isə ideyaların mənbəyi təcrübə, biliklərin mənbəyi – xarici aləmin hissi qavranılmasıdır. Lok-
kun «İnsan ağlı haqqında təcrübə» (1690) traktatı məhz Dekart təliminin tənqidi ilə başlayır.
XVII əsrin ortalarında İngiltərə və Fransa kimi qabaqcıl kapitalist ölkəsi olan Niderlandda (indiki Belçika
və Hollandiya) da elm (riyaziyyat, astronomiya, mexanika, fizika), texnika (hərbi və mülki), incəsənət (məs.,
Rembrandt) yüksək pilləyə qalxmış, fəlsəfənin inkişafı üçün əlverişli şərait yaranmışdı. Dekart məhz bu ölkədə
20 il yaşayıb yaratmışdı. Amsterdamda varlı yəhudi ailəsində doğulmuş Spinoza bu ölkənin dahi filosofu oldu.
Dövrün qabaqcıl ideyaları, xüsusən Dekart fəlsəfəsi ilə tanışlıq, onun iudaizmlə üzülüşməsinə və yəhudi
icmasından qovulmasına səbəb oldu. Spinozanın əsas əsərləri «Dini-siyasi traktat» (1670) və «Etika»dır.
XVII əsr Avropasının siyasi həyatında da əhəmiyyətli dəyişikliklər baş verdi. Əsrin əvvəlində Avropanın
ilk kapitalist ölkəsi sayılan Hollndiyada inqilabi nailiyyətlər əldə edildi. Hollandiya kiçik burjua ölkəsindən
nisbətən inkişaf etmiş ölkələr sırasına keçdi. Əvvəllər güclü olan Hollandiya sonralar zəifləyir. İngiltərədə 1640-
1660-cı illərdə baş vermiş ümumavropa miqyaslı burjua inqilabı nəticəsində parlament respublikası bərqərar
oldu. Fransada mütləq monarxiyanın klassik nümunəsi yarandı. Feodal zadəganlığına xidmət edən fransız
mədəniyyəti öz proteksionist siyasəti ilə (kapitalist ölkələrində gətirilən mallara yüksək kömrük qoymaqdan
ibarət himayəçilik sistemi) burjuaziyanın inkişafını təmin etsə də feodalizm hələ öz gücünü itirməmişdi. XVI
əsrdə dünyanın ən qüdrətli dövlətlərindən olan feodal İspaniyası Avropanıın irticaçı və geridə qalmış
ölkələrindən birinə çevrilir. İqtisadi durğunluğa düçar olmuş bu ölkəyə hətta Amerikanın nəhəng
malikanələrindən əldə edilən gəlir də kömək edə bilmir. Mərkəzi Avropada böyük və çoxmillətli dövlətlər –
gələcək Avstriya imperiyası formalaşırdı. Almaniyanın və İtaliyanın əsas hissələrində bir-biri ilə daim
düşmənçilik edən xırda dövlətlər mövcud idi. Bu ölkələrdə feodal pərakəndəliyi şəraitində knyaz despotizmi
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
280
hökm sürən xırda dövlətlər yaranırdı. Hətta İngiltərədə də burjuaziya öz hakimiyyətini aqrar aristokratiya ilə
bölüşürdü. XVI əsrin əvvəllərində Avropanın dini qurumlara görə 2 hissəyə– protestant və katoliklərə
bölünməsi dövlətlər arasındakı siyasi və mədəni əlaqələrin sərtləşməsinə səbəb oldu. Dövrün qabaqcıl
mütəfəkkirlərinin feodalizmə qarşı çıxışları ictimai fikri boğan və öz təsirini yenidən gücləndirən katolik
kilsəsinin tənqidi ilə əlaqədar idi.
Dövrün bütün bu dəyişiklikləri incəsənətdə də öz əksini tapır. Gerçəkliyin fəal dərk edilməsi, zamanın və
hadisələrin, mühitin və xarakterlərin təhlili söz sənəti üçün önəmli olduğundan Şekspir, Lope de Veqa, Ser-
vantes, Kalderon, Kornel, Rasin, Molyer və b.-nın yaradıcılıq timsalında roman və dramlar, ümumiyyətlə bədii
ədəbiyyat bu funksiyanı digər sənət növlərindən də əvvəl öz üzərinə götürdü. Lakin XVII əsrdə İntibah idealları
və ənənələri ilə hələ də sıx bağlı olan təsviri sənət hegemon olaraq qalırdı. Yenidən antik dövrə müraciət edən
XVII əsr rəssamları özlərini antik ənənələrin yeganə varisi hesab edən «universal» (məs. Leonardo da Vinçi,
Mikelancelo həm rəssam, həm heykəltəraş, həm də memar idilər) İntibah sənətkarlarından fərqli olaraq, demək
olar ki, yalnız bir janr çərçivəsində məhdudlaşırdılar. Artıq XVII əsrdə İtaliya incəsənəti əvvəlki nüfuza malik
deyildi. Bir sıra Avropa ölkələrində İtaliyadakılardan heç də geri qalmayan milli bədii məktəblər yarandı.
Onların ümumi cəhətlərindən biri – incəsənətin ayrı-ayrı növlərinin sintezi idi. Saray və məbəd ansambllarında
memarlıq, heykəltəraşlıq, rəssamlıq və dekorativ-tətbiqi sənətin elementləri çox gözəl səsləşirdi. Gerçəkliyin
daha müfəssəl təsviri cəhdi yeni janr və formaların yaranmasına səbəb oldu. Təsviri sənətdə ənənəvi bibliya və
mifoloji janrlarla yanaşı dini olmayan kübar janrlar da – məişət janrı, peyzaj, natürmort, portret və s. müstəqil
mövcud olmağa başladı.
Beləliklə, XVII əsrdə Avropada incəsənətin bütün növlərini – bədii ədəbiyyat, musiqi, teatr, memarlıq və
təsviri sənəti əhatə edən 2 yeni üslub – barokko və klassisizm bərqərar oldu.
Şərti olaraq Cordano Brunonun (1600) qətl ili İntibahın yekunu hesab edilir. Mədəni-tarixi baxımdan ol-
duqca coşqun və maraqlı olan məhz XVII əsrdə İntibah barokko ilə əvəz olunur. Həyatın mahiyyətini hərəkətdə
verən barokko, termin kimi yalnız XIX əsrin sonunda İsveçrə sənət nəzəriyyəçisi U.Burqxardt və Völflin
tərəfindən ədəbiyyata gətirilib. Barokko italyan dilində «qəribə, əcayib», portuqal dilində «əyri mirvari»
deməkdir. Əslində isə heç kim bu sözün nə mənşəyini, nə də ilkin mənasını bilmir. Lakin barokkonun XVII əsr
incəsənəti tarixində müstəsna rol oynaması hamıya məlumdur. Barokko İntibah böhranından sonra manyerizmin
ardınca yaranaraq rokoko üslubunun sələfi olur.
Barokko dünyaya klassik əsərlər yaradan yazıçılar, rəssamlar, memarlar, musiqiçilər bəxş etdi. Lakin bu
sənət sahələrinin heç biri öz cəsarət və novatorluğu ilə musiqiyə çata bilməzdi. Musiqi tarixində yeni dövrün
başlanmasını opera, kantata, oratoriyanın yaranması, fuqa, konçerto qrosso, ansambl və solo sonatalarından
ibarət instrumental musiqinin intensiv inkişafı təsdiq edir. XVII əsr və XVIII əsrin əvvəllərində barokko
cizgiləri İtaliya və Almaniyanın musiqi sənətində özünü daha aydın büruzə verir. Fransada bu dövrdə klassisizm
də mövcud idi. XVIII əsrin əvvəllərində Avropada barokko ilə yanaşı «zərif üslub» (qalant üslubu) da inkişaf
edir. Bununla belə, XVII əsr və XVIII əsrin I yarısının görkəmli sənətkarlarının bir qismi nə barokko, nə də
digər bədii üslub çərçivəsinə sığmırdı. İ.S.Bax, Hendel, K.Monteverdi, A.Vivaldi və b. buna misaldır. Bu
dövrün musiqisi XVI əsrdə hökmranlıq edən klassik xoru və dini mövzuları inkar edir. Musiqili dram, o
cümlədən musiqi simfonizminin formalaşmasının mühüm sələfi olan opera janrı inkişaf edir. Klaudio Monte-
verdinin (1567-1643) «Orfey», «Poppeyin tacqoyma mərasimi», Jan Batist Lüllinin (1632-1687) «Armida» və
opera sənətinin digər şah əsərləri buna misaldır.
Dostları ilə paylaş: |