Flandriya.
Hələ XVII əsrin əvvəllərində flamand incəsənəti orta əsrlərə məxsus dini forma və janrlarla həmişəlik
vidalaşmışdı. Qeyri- dini janr və süjetlər geniş yayıldı: tarixi, alleqorik, mifoloji, portret, məişət, peyzaj və s.
İtaliyadan əvvəlcə manyerizm, sonra Boloniya məktəbinin akademizmi və karavacizm daxil olur. Karavacizm
və qədim niderland rəngkarlığının realist ənənələrinin qovşağından realist cərəyan və monumental barokko
üslubu inkişaf edirdi. Niderlandın cənub hissəsi, indiki Belçika ərazisi olan Flandriyanın ən iri mədəni mərkəzi
XVI əsrin II yarısından başlayaraq Antverpen oldu. Flamand incəsənəti hər şeydən əvvəl Rubensin adı ilə
bağlıdır. Həmin dövrdə Flandriyada digər dahi rəssamlar yaşasalar da onlar «Rubens məktəbi» adı ilə tanınaraq,
Rubens gunəşi ətrafında fırlanan planetlər kimi başa düşülür.
Flamand rəngkarlıq məktəbinin banisi olan Piter Paul Rubens (1527-1640) flamand barokko məktəbini
İtaliyadakından sonra deyil, onunla paralel yaradıb. Flamand Barokkosu italyan barokkosundan getdikcə
fərqlənməyə başlayır: flamand barokkosunda dini mövzular əvvəlcə azalır, sonra isə tamamilə yox olur. Rubens
həm dini, həm də antik mifologiya süjetlərini eyni ustalıqla qələmə alırdı. Hər iki halda o, «bütpərəst» təsiri
bağışlayırdı. Lakin Rubensin daimi və əsas sifarişçisi yezuit ordeni (cəmiyyəti) idi. Əsil barokko rəssamı kimi
Rubens çılpaq və yarıçılpaq təsvirlər yaradırdı. Çılpaq qadın bədənini isə o, xüsusi ustalıqla yaradırdı. Rubensin
Antverpen mərhələsinə aid olan ilk əsərlərində Venetsiya və Karavaco təsiri duyulur. 1630-cu ildən sonra Ru-
bens yaradıcılığının yetkin dövrü başlayır. Bu tarix onun I arvıadı İzabella Brantın ölümü və onun Yelena
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
285
Fourmenlə evlənməsi ilə başlayır. Dünyaya 3 mindən çox əsər bəxş edən Rubensin ən məşhur əsərləri bunlardır:
«Persey və Andromeda» (1620-1621), «Levkippin qızlarının oğurlanması» (1619-1620), «Yunanların amazon-
kalarla döyüşü» (1615-1619), «Arvadı İzabella Brant ilə avtoportreti» (1609), «Yelena Fourmen uşaqları ilə»
(1636), «Şuba» (1638-1640), «Ər-arvad Rubenslərin portreti» (1631), «Göldən qayıdan kəndlilər» (1635),
«Kəndli rəqsi» (1636-1640), «Qulluqçu İnfanta İzabellanın portreti» (1625), «Mariya Mediçi və Fransa kralı IV
Henrixin kəbini» (1622-1625), «Mariya Mediçinin tacqoyma mərasimi» (1622-1625) və s.
Van Deyk (1599-1641) Rubensin yaxın köməkçisi idi. Flamand realizminə sadiq qalan rəssam XVII əsrin
II yarısında kübar cərəyanın inkişafına təkan verdi. Əsas əsərləri: «Ailə portreti» (1618, 1626), «Müq. Martin və
dilənçilər» (1620-1621), «Tikanlı bitkidən tacqoyma» (1620), «Filipp de Rua, Sinyor de Ravelin potrteti»
(1630), «Filadelfiya və Yelizaveta İortonun portreti» (XVII əsrin 30-cu illərinin II yarısı), «Tomas Çaloneranın
portreti» (1630), «Kişi portreti» (1620), «Mariya Luiza de Tassisin portreti» (1627-1632), «I Karlın portreti»
(1635), «Avtoportret» (XVII əsrin 20-ci illərinin sonu – 30-cu illərinin əvvəli), «Markiza Balbinin portreti»
(1622-1627), «Tomas İortanın portreti» (30-cu illərin II yar.) və s.
Yakob İordans (1593-1678) dini və mifoloji süjetləri xoşlayır, yaradıcılığında karavaco təsiri duyulurdu.
Əsas əsərləri: «Satir kəndlilərin qonağıdır» (1620-ci il. Satir – qədim yünan mifologiyasında məhsuldarlıq
allahı, üzümçülük və şərabçılıq allahı olan Dionisin köməkçisi- S.Ş.), «Paxla kralı bayramı» (1638), «Kral içir»
(1656), «Dioqen» (1643), «İordanslar ailəsi» (1621), «Paxla kralı» (1638) və s.-dir.
XVII əsrdə natürmort müstəqil janra çevrildi. Monumental dekorativ natürmortun ən parlaq nümayəndəsi
Frans Sneyders (1579-1657) idi. «Qu quşu ilə natürmort», «Meyvə piştaxtası», «Balıq piştaxtası» onun əsas
əsərlərindəndir.
Monumental rəngkarlıqla yanaşı Flandriyada dəzgah rəngkarlığı da inkişaf edirdi ki, bunun da ən popu-
lyar janrı məişət janrı idi. Çox da iri həcmli əsərləri olmayan Brauver (1605-1632) əsasən «Kart oyunu zamanı
dua», «Donuzların kəsilməsi bayramı», «Acı dərmanlar», «Xoşagəlməyən atalıq borcu», «Çiyində cərrahiyyə
əməliyyatı», «Kiçik yeməkxana səhnəsi» (1631), «Kvartet» və s. əsərləri ilə tanınır.
XVII əsrin II yarısında flamand rəssamlığının məzmunu məhdudlaşır. İdeallaşma tendensiyaları artır. Bu
baxımdan Kiçik David Tenirsi göstərmək olar. Xalq bayramları onun ən çox sevdiyi mövzudur. «Kənd
bayramı» (1646), «Brüssel ətrafında mənzərə» və s. onun əsas əsərləridir.
Hollandiya
Holland incəsənətinin əsas xüsusiyyətlərindən biri rəngkarlığın digər sənət növləri içərisində üstünlüyü
idi. Rəssamlıq peşəsi nadir peşə sayılmırdı. Rəssamların sayı o qədər çox idi ki, onların arasında rəqabət
yaranmışdı. Buna görə də onların çoxu rəssamlıqla çörək qazana bilmir və ayrı işlər də görməli olurdular.
Rəngkarlığın inkişafı yalnız bu əsərlərlə divarlarını bəzəmək istəyənlərin sayının artmasından deyil, həm də on-
dan gəlir mənbəyi kimi istifadə edənlərin, onlarla alver edənlərin çoxalmasından irəli gəlirdi. Əvvəlləp əsas
sifarişçisi olan Katolik kilsədən və ya nüfuzlu mesenant-feodallardan canını qurtaran rəssamlar bütünlüklə
bazarın tələblərindən asılı olur.
Hər janrın özünün şaxələri mövcud idi. Məsələn, peyzajistlər arasında marinistlər – dənizi təsvir edənlər,
düzənlik, meşə, qış peyzajı, ay işığı peyzajı çəkənlər, natürmortçular içərisində «səhər yeməyi», «desert» və s.
təsvir edənlər mövcud idi. Yalnız ən məşhur rəssamlar bir neçə janrda işləyirdi.
Realist holland incəsənəti italyanlaşan cərəyanla və manyerizmlə mübarizədə formalaşırdı.
Holland incəsənətinin formalaşmasının 1609-1640-cı illəri əhatə edən ilk mərhələsində realist tendensiya
daha çox portret və məişət janrında özünü gösiərir.
Frans Hals (1580-1666) holland realist portretinin banisidir. Onun portretləri mövzu və obraz cəhətdən
rəngarəngdir. Qrup portretləri də rəssamın yaradıcılığında mühüm rol oüynayır. Məs. «Qocalar evi naibinin portreti».
Ən məşhur əsəri «Qaraçı qız»dır (1630).
Rembrandt (1606-1668) – Dünya rəngkarlığının zirvələrindəndir. «Həkim Tulpun anatomiya dərsi»
(1632) əsərindəki obrazlar Halsın qrup portretlərindən fərqlənərək eyni hüquqa malik deyil. Burada bütün per-
sonajlar psixoloji cəhətdən Tulpa tabedir.
Rembrandt bir-birinin ardınca iri həcmli dini kompozisiyalar işləyir. Məs. «İbrahimin qurban kəsilməsi»
(1635). O, tez-tez Saskiyanı və oğlunu təsvir edir. Məs. «Saskiyanın portreti» (1634), «Avtoportret» (1634).
Daha məşhur əsərləri «Danaya» (Əsərin üzərində müəllif tərəfindən 1636-cı il göstərilib, lakin belə hesab edilir
ki, bu əsər son dövrə aiddir. 1936-cı ildə Ermitajın laboratoriyasında əsəri rentgen şüaları vasitəsilə tədqiq
etdikdən sonra qərara gəldilər ki, əsər doğrudan da 30-cu illərdə çəkilib, lakin 10 ildən sonra rəssam özü onun
üzərində yenidən işləyib), «Gecə qarovulçusu», «Müqəddəs ailə» (1645), «Xəstələri dirildən İsa» (1649), «Xen-
drikke pəncərə önündə», «Avtoportret» (1652), «Xendrikke Stoffelsin portreti» (1656-1657), «Yəhudi gəlini»
(1666), «Səfil oğulun qayıtması» (1668-1669) və s.-dir. Sonuncu əsər rəssamın yaradıcılığının sonu, «Titusun
portreti» (1656) isə gənc yaşında ölmüş oğlunun şəkli olub, dünya incəsənətində ən gözəl gənc oğlan portretidir.
Dünyaya 650 əsər bağışlayan rəssam həyatdan yoxsulluq içərisində gedir.
Yan Vermeyer (1632-1675) Hals və Rembrandtdan sonra 3-cü Holland rəssamıdır (bəzi ədəbiyyatlarda
rəssamın adı Vermer kimi işlədilir). Onun bədii irsi o qədər də zəngin deyil, çünki rəssam hər əsəri üzərində uzun
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
286
müddət işləyirdi. Delfli rəssamın müəlliminin kim olması məlum deyil. Əsas əsərləri: «Aradüzəldənin yanında»
(1656), «Qız məktubla» (1657), «Mirvari sırğalı qız», «Hərbçi və gülən qız» (1657), «Qulluqçu süd dolçası ilə»
(1658), «Delft mənzərəsi» (1660), «Sevgi məktubu» (1667), «Rəngkarlıq sənəti» (1656-1667) və s.-dir. Rəssam
ömrü boyu cəmi 40-a yaxın əsər yaradır və onların heç birinə tarix qoymur. Tədqiqatçılar bunu təqribi müəyyən
edib. XVII əsr Holland ustalarının sənəti Avropa rəngkarlığına güclü təsir göstərdi. İngiltərə ilə müharibələrdən
xeyli zəifləyən Hollandiya öz gücünü həm iri ticarət dövləti kimi, həm də zəngin bədii mərkəz kimi itirməyə
başladı.
Beləliklə, XVII əsrdə Avropanın kapitalizm yolu ilə inkişaf edən İtaliya, İspaniya, Flandriya və Hollan-
diya kimi ölkələri mədəniyyət tarixini, xüsüsən də bədii mədəniyyəti əsrarəngiz gözəlliklərə malik olan sənət
əsərləri ilə zənginləşdirdilər. Bu prosesdə barokko üslubu həlledici rol oynadı.
2.4.4. Klassisizm mədəniyyəti
Yeni dövrdə bədii mədəniyyətin inkişafı və rasionalizm fəlsəfəsi təliminin yaranması klassisizm
cərəyanının təşəkkülünün əsas səbəbi oldu. Bu təlimin banilərindən biri olan Rene Dekart insan ağlına yüksək
qiymət verərək onu yeganə idrak vasitəsi hesab edir. «Düşünürəmsə, demək varam» deyən filosof düşünmək
qabiliyyəti vasitəsilə insanın ucaldığını söyləyirdi. Məhz bu təsəvvürlər incəsənətdə yeni üslubun – klassisizmin
formalaşmasına gətirib çəxardı. Üslub sistemi baxımından klassisizm barokkoya nisbətən daha bitkin, zərif,
mükəmməl və ciddidir.
Latınca «klassisus» - nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq bədii və
mənəvi ideala çevrilən mükəmməl sənət əsərləri yaradır. Bu üslubun yaradıcıları hesab edirdi ki, obyektiv ola-
raq mövcud olan gözəllik qanunları da ağılın köməyilə dərk edilir, incəsənətin məqsədi – insanın və dünyanın
məhz bu qanunlar üzrə dəyişdirilməsi, idealın real məkanda həyata keçirilməsidir.
Antik incəsənətin dirçəlişi, klassik ənənələrə pərəstiş İntibah dövründən başlasa da, klasisizm məhz XVII
əsrdə cərəyan kim formalaşır. 300 ilə yaxın (XVI –XIX əsrin 30-cü illəri) bir dövrü əhatə edən klassisizm antik
incəsənətin qanunauyğunluqlarını üzə çıxarmağa, sənət nəzəriyyəsi, milli ədəbi dil və yeni dramatik teatr
yaratmağa çalışan XVI əsr italyan humanistlərinin bədii və nəzəri fəaliyyəti nəticəsində yaranmağa başlayır.
D.D.Trissino, Y.Skaliger, Lyudoviko Kastelvetro (dram haqqında 3 vəhdət qanununu işləyib), T.Tasso və b. öz
nəzəriyyələrində antik poetikanın təhlilinə əsaslanmışlar.
Əgər İntibah dövründə mədəniyyətin bütün elementlərinin inkişafı İtaliya ilə bağlı idisə, klassisizm
dövründə bu dalğa Fransaya keçir. Çünki XVII əsrdə İtaliyada incəsənət daha əvvəlki nüfuza malik deyildi.
Memar və heykəltəraş Bernininin, memar Borromininin, rəssam Karavaconun rəsmi cərəyan olan barokko ilə
yanaşı öz yaradıcılığında realizm ənənələrini saxlayan Krespi və b. yaradıcılığı İntibah İtaliyası ilə müqayisədə
dəryada damla kimi görünürdü.
Digər İntibah ölkələri də müəyyən tənəzzülə düçar olmuşdu. Məsələn. İngiltərədə puritanizm incəsənətin
inkişafına əvvəlki kimi güclü təsir göstərə bilmir. Elm, ədəbiyyat inkişaf etsə də, təsviri sənət sahəsində canlan-
ma yalnız XVIII əsrdə başlayır.
Klassisizmin təhsil sistemi başdan-başa antik dövrün və intibah incəsənətinin öyrənilməsini nəzərdə tutur-
du. Yaradıcılıq prosesində əsas şərt – qanunlara riayət etmək, süjeti antik tarixdən və ya mifologiyadan
götürmək oldu. Avropanın iri dövlətlərində, həmçinin Fransada mütləq hakimiyyətin bərqərar olduğu şəraitdə
Fransız incəsənətinin novator ruhu parlaq şəkildə nəzərə çarpmağa başladı. XVII əsrdə mərkəzləşdirilmiş vahid
milli dövlət yaratmaq üçün feodal pərakəndəliyinin qalıqlarına qarşı mübarizədə Fransa burjuaziyası müvəqqəti
olaraq öz qüvvələrini Kral hakimiyyəti ilə birləşdirdi. Fransadakı mütləq monarxiya şəhərlərdə burjua üsul-
idarəsini Avropanın digər ölkələrinə nisbətən daha sürətlə tətbiq edir, manufakturaların çiçəklənməsinə şərait
yaradırdı. Klassisizm – məhz mütləq monarxiya dövrünün məhsuludur. Mütləq monarxiyanın mədəni siyasəti
və onun estetik doktrinası olan klassisizm sinfi xarakter daşıyırdı. Monarx sarayları bütün bədii qüvvələri
mərkəzi təşkilata tabe etməyə can atırdı. İlk dəfə İtaliyada yaranan bu cür təşkilatlar humanist fikirli insanların
könüllü birliyi olan Akademiyalar idi. 1634-cü ildə Parisdə, XIII Lüdovikin dövründə kardinal Rişelye
ədəbiyyat və dil sahəsində rəsmi mərkəz olan Fransız akademiyasını yaratmaqla onları mütləq hakimiyyət
alətinə çevirdi və klassisizm aparıcı üslub oldu. Bu, ilk növbədə, faciə janrında öz əksini tapdı. XVII əsrin II
yarısında Fransada mütləqiyyət bərqərar oldu, feodalizm qalıqları yox edildi. Avropa mütləqiyyətinin zirvəsi
sayılan Kral XIV Lüdovikin sarayı mədəni mərkəzə çevrildi. XIV Lüdovikin iqamətgahı olan Versal yeni
zadəgan mədəniyyətinin mərkəzi oldu. 1648-ci ildə rəssamlıq və heykəltəraşlıq üzrə Kral Akademiyası, 1671-ci
ildə isə Memarlıq Akademiyası yaradıldı. Fransa incəsənəti çiçəklənməyə başladı. Kral sarayının mədəniyyətə
böyük təsiri oldüğündan XVII əsr Fransasını çox vaxt «XVI Lüdoviq üslubu» adlandırırlar. Bu üslub italyan
barokkosuna bənzəməyən fransızsayağı barokkodur. Onun əsas xüsusiyyəti klassisizmlə sintezdə olmasıdır.
«Klassisizm» adını bu cərəyana XVIII əsrin sonu – XIX əsrin əvvəllərində romantizmin nümayəndələri
vermişlər. Rüşeymləri intibah dövründə İtaliyada yaranan bu üslub Fransada şair Malerb və nasir Keyz de Bal-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
287
zak tərəfindən əsaslandırılıb. Şaplen, abbat Dubinyak, Bualo, Filebyen və b. fransız klassisizminin nümayən-
dələridir. Simon Buye Fransa saraylarında bu dövrdə rəsmi incəsənət olan barokkonun başçısı idi. Barokko ilə
yanaşı klassisizm və pealizm də formalaşır. Məşhur rəssamlardan qrotesk ustası Kallo, Jorj de La Tur, Lenen
qardaşları realizm ənənələrini davam etdirir. N.Pussen fransa təsviri sənətində klassisizm cərəyanının əsasını
qoyur. Müasirləri içərisində yalnız mənzərə ustası Klod Lorrenin adı onunla yanaşı çəkilə bilər. XVII əsrdə
Fransada rəssamlıq ədəbiyyat qədər xaricdə şöhrət tapmır. Təsviri sənətdə irəliləyiş etmək üçün Fransanın Bədii
Akademiyasına virtuoz sənətin formal qaydalarını işləmək tapşırılır. O dövrün məşhur bədii tənqidçisi Frear de
Şambre «Rəngkarlığın təkmilləşdirilməsi ideyası» (1662) əsərində incəsənətin kortəbii inkişafına qarşı çıxırdı.
Təsvirin daha yaxşı metodlarını tapmaq üçün incəsənət tarixinin dəqiq təhlilinə nail olmaq lazım idi. Dahi Roje
de Pil hər bir rəssamın müvəffəqiyyətini əks etdirən riyazi cədvəl də tərtib etmişdi. Fransız Akademiyası dahi
rəssamlar və onların şagirdlərinin iştirakı ilə Luvrda Kral kolleksiyasından olan əsərləri təhlil edən iclaslar keçi-
rirdi. Rəssamlardan Lebren bu işdə daha çox şöhrət qazanmışdı. O, Pussenin əsərlərini Frearın təklif etdiyi
təsnifata uyğun təhlil edirdi. Təhlil zamanı Roje de Pilin «Rəssamların müqayisəsi» (1708) və Tetlenin «Qayda-
lar külliyatı» (1680) adlı əsərlərindən də istifadə edilirdi.
Göründüyü kimi, o dövrdə təsviri sənət müəyyən kodekslərə məruz qalır, rəssam qarşısında əsərin ideyası
və süjeti ilə əlaqədar müəyyən şərtlər qoyulurdu. Buna görə də hər cür alleqoriyalar yüksək qiymətləndirilirdi,
çünki bunlarda az və ya çox dərəcədə şərti götürülmüş həyat obrazları bilavasitə ümümi ideyaları ifadə edirdi.
Ən «yüksək» janr – tarixi janr idi. Bura antik mifologiya, məşhur bədii əsərlərin süjetləri, Bibliya və s. süjetlər
aid idi. Portret, peyzaj, real həyat səhnələri «kiçik janrlar» sayılırdı, məsələn, natürmort ən əhəmiyyətsiz janr
hesab olunurdu. Obrazların ifadəliliyi daha dəqiq təhlil edilməyə başladı. Lebren poza, mimika və jestlərin
insanın daxili aləmini düzgün ifadə edə bilməsi ilə əlaqədar bir sıra qaydalar işləyib hazırladı. Bədənin
proporsiyası antik kanonlara uyğun olmalı idi. Lebren və Filebyen hesab edirdilər ki, rəngkarlıqda rəsm
koloritdən üstün olmalıdır. Real həyat cizgiləri yalnız ikinci dərəcəli personajlara aid ola bilər, məsələn,
nökərlərə, əsgərlərə və s. Fiqurların düzülüşü və hərəkəti əsas məqsədə tabe olmalıdır. Təsadüfi, özünəməxsus,
real həyat cizgiləri əsas – rasional fikirdən yayındıran, boş təfərrüat sayılırdı.
Məşhur rəssamlar və sənət nəzəriyyəçtlərini birləşdirən Akademiyalar əsasən mütərəqqi əhəmiyyətə malik
olsalar da rəsmi klassisizm çərçivəsində milli mədəniyyət müəyyən məhdudiyyətə məruz qalırdı. Antik dövrdə,
xüsusən Roma nümunələrinə pərəstiş uzaq keçmişdən qalan nağıl və əsatirləri bir çox orta əsr adətlərini, milli
ənənələri saxlamış əsil xalq sənəti yolunda bir maneə kimi görünürdü. Saraylar və dövlət məmurlarından asılılıq
bədii yaradıcılığın azad inkişafına mane olur, hər cür özbaşınalıq və azad təşəbbüs boğulur, dövlət insandan
təcrid olunmuş varlığa çevrilirdi. Borc – insanın əxlaqının əsası sayılırdı. İnsan, gücü çatmadığı qüvvələr
tərəfindən məhdudlaşdırılan müəyyən yad norma və qaydalara tabe olmalı idi.
Əgər İntibah dövründə İtaliyada təsviri sənət öndə gedirdisə, klassisizm dövründə Fransada bədii
ədəbiyyat, xüsusən dramaturgiya aparıcı rol oynayır. Teatr və memarlıq ikinci yerdə dayanır. Klassisizm
estetikasının həm nəzəri, həm də praktik cəhətdən yaradıcıları – Dekart fəlsəfəsi, Kornel («Melita», «Dul
qadın», «Kral meydançası», «Komik illüziya», «Sid», «Edip»), Rasin («Andromaxa», «Fedra», «Bayazit»),
Molyer («Ərlər məktəbi», «Tartüf», «Yalançı xəstə», «Don Juan») dramaturgiyası, Bualonun poetikası olur.
Fransa klassisizmi ən çox Roma incəsənətinin – Vergilinin «Eneidasını», Terensinin komediyalarını, Horatsinin
satiralarını, Senekanın faciələrini təqlid edir. Klassisizmə görə, hətta təbiətin özü antik lada uyğun dəyişdirilməli
idi. «Antik» dedikdə isə, əsasən Roma bədii mədəniyyəti nəzərdə tutulurdu, çünki o, yunan incəsənətinə
nisbətən mütləq monarxiyanın ideallarını daha yaxşı tərənnüm edirdi. Məsələn, Kornelin müsbət qəhrəmanları
Avqust və Horatsidir. O, Roma və Bizans tarixinə aid süjetlərə üstünlük verirdi. Rasin də öz faciələrində Roma
tarixinə aid materiallara müraciət edir (məsələn, «Britanik», «Berenik»), lakin bununla yanaşı o, yunan tarixinə
də maraq göstərir («Fedra», «Andromaxa», «İfigeniya»). Kornel aə Rasin tənqidi çıxışlarında və ön sözlərində
dramaturji material əsasında klassisizmin estetik prinsiplərini işləyir.
Öz əsərlərinin tənqidi təhlili ilə məşğul olan dahi fransız dramaturqu Kornel dram nəzəriyyəsinə aid bir
sıra kiçik həcmli traktatların da müəllifidir. Sələfləri kimi o da Aristotelin «Poetika»sını şərh edərək, dram
sənətinin formal qanunlarını tədqiq etməyə çalışır. Aristotel tərəfindən göstərilən, tragik süjetin 2 əsas
prinsipləri olan həqiqətəbənzərlik və zərurət içərisində sonuncuya üstünlük verir. Antik ənənələr qarşısında
səcdə etməsinə baxmayaraq, Kornel klassik faciəyə hadisələri çevik inkişafda verən ispan dramının da mühüm
elementlərini gətirməyə nail olur.
XVII əsr faciəsi qəhrəmanlıq fəaliyyəti ilə bağlıdır. Burada nə lirika, nə də fəlsəfi düşüncələr yoxdur.
Faciə qəhrəmanları çox vaxt bu işə öz arzularının əksinə olaraq qoşulmuşlar. Lakin hadisələr xüsusi qaydalara
əsasən açılır. 1630-cu ildən başlayaraq faciə əsərlərindən 3 vəhdət qanununa – zaman, məkan və hərəkətin
vəhdətinə riayət olunması tələb edilirdi.
Klassisizmin ən məşhur nəzəriyyəçisi, bu cərəyanın prinsiplərini işləmiş Nikola Bualodur. O öz
nəzəriyyəsini «Poeziya sənəti» adlı traktatında, şer dili ilə şərh edib. Bualonu da müəyyən mənada karteziançı
adlandırmaq olar. O, Dekart fəlsəfəsindən qidalanaraq incəsənətdə əqlin rolunu yüksək qiymətləndirir. Onun
fikrincə, əqli başlanğıc hiss və təxəyyüldən üstün olmalıdır. «Poeziya sənəti» (1674) dörd hissədən ibarətdir. Bi-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
288
rinci hissədə şairin vəzifəsindən, mənəvi məsuliyyətindən, poetik sənətə yiyələnməyin zəruriliyindən söhbət açılır.
İkinci hissədə lirik janrlar: oda, elegiya, ballada, epiqramma, idilliya analiz edilir. Üçüncü hissədə faciə və kome-
diya janrlarından, dördüncü hissədə şairdən, yaradıcılığın etik problemlərindən danışılır. Bualo antik dövrü,
mifologiyanı örnək kimi qəbul etməyi tələb edir. Bualo gözəlliyin obyektiv əsasa malik olmasını söyləsə də,
mənbəyini mənəvi varlıqla bağlayır. Ona görə də sənət əsəri təbiətdən yüksəkdə dayanır. Təbiət incəsənətə
nümunə ola bilməz. O, təbiəti təqlid etməyə çağırsa da, hesab edir ki, təbiət öz ilkin qabalığından azad olmalı,
əqlin fəaliyyəti ilə nizamlanmalıdır. Həqiqətdən kənarda gözəllik yoxdur. Gözəlliyə emosiyalarla yox, ağılla
çatırlar. Anlaşılmaz şeylər gözəl ola bilməz. Dini, xristian süjetlər irrasional olduğu üçün incəsənətdən
çıxarılmalıdır. Hadisələr vahid zamanda, 24 saat ərzində baş verməlidir. Buna görə də təsvir edilən xarakter
dəyişməməlidir, inkişafda verilməlidir. Bualo bu tələblərə riayət etmədiyinə görə ispan dramaturqu Lope de
Veqanı tənqid edir, öz dövrünün bədii təcrübəsini isə təqdirəlayiq hesab edir. Doğrudan da Molyerin xarakterləri
statikdir, məsələn, Qarpaqon əvvəldən axıra kimi xəsis, Tartüf ikiüzlü və riyakar olaraq qalır.
Klassisizmdə tipik obrazlar fərdi cəhətlərə malik deyillər, tipikləşmə üsulu XVII əsr fəlsəfəsi və
təbiətşünaslığı ilə həmahəng olub, metafizik xarakter daşıyır. Bu, bilavasitə mütləq borcu yerinə yetirmək üçün
şəxsi mənafeyi ümumiyə tabe etməyi tələb edən klassisist dünyagörüşünün xüsusiyyətlərindən irəli gəlirdi.
Klassisistlər şəxsiyyətə pərəstiş prinsipini əsas tutur, kralları əsər qəhrəmanı edir, xalqa isə yalnız «aşağı janr»da
– komediyada yer verirdilər ki, bu da tarixi ziddiyyətləri daha düzgün təsvir etməyə mane olurdu. Bu hal Bua-
loya xas idi. Klassisitlər eyni zamanda incəsənətdə mühüm ideyaların – vətənpərvərlik, borc hissi, eqoist
hisslərə üstün gəlmək, qəhrəmanlıq və s.-nin təcəssümünü təbliğ edirdilər. Klassisitlərin normaları nə qədər
doqmatik olsa da, onların çoxu bu gün də öz əhəmiyyətini itirməmişdir. Məsələn, tipin xarakteristikasının aydın
olması, incəsənətin növ və janrlarına, faciəvilik və komikliyə hədd qoyulması, əsərin kompozisiyasının
ahəngdar olması, dilin aydınlığı və ardıcıllığı, təsvir edilənin inandırıcı və həqiqətəbənzər olması tələbləri. Bu
tələblər doqmatik bəzək-düzəkdən təmizləndikdən sonra rasional məna əldə edir. Hətta üç vəhdət prinsipində də
rasional məzmun yox deyil.
Klassisizmdə janrların iyerarxik bölgüsünə görə «yüksək janrlara» faciə, epopeya, oda, tarix, mifologiya,
dini təsvir və s., «aşağı» janrlara isə komediya, satira, təmsil və s. aiddir.
Bədii ədəbiyyatda (Fransada P.Kornelin, J.Rasinin, Volterin faciələri, Molyerin komediyaları,
N.Bualonun poema və satiraları, Lafontenin təmsilləri; Almaniyada F.Şiller və Hötenin Veymar dövrü, Rusiya-
da M.Lomonosovun və Derjavinin odaları, Sumarokovun faciələri) əsas rolu etik kolliziyalar, tipik obrazlar
oynayır.
Fransız klassisizmi digər ölkələrin incəsənəti və sənət nəzəriyyəsinə güclü təsir göstərib: İngiltərədə
Drayden, Almaniyada Qotşed, İtaliyada Alfyeri, Rusiyada Lomonosov, Fonvizin və b. buna misaldır. Hər bir
ölkədə klassisizm doktrinası milli xüsusiyyətlərə uyğun olaraq mənaca dəyişikliyə uğrayırdı.
Alman klassisizminin həm nəzəri, həm də praktik cəhətdən inkişafı çox çətin bir dövrə təsadüf edir.
İqtisadi və siyasi cəhətdən geri qalmış Almaniyanın 300-ə qədər mikrofeodal dövlətə, külli miqdarda xırda
əyalətlərə bölünməsi mədəniyyətə də təsir göstərir. XVII əsr alman mədəniyyətinin əsas problemi – onun milli
zəmində inkişafı idi. Bu dövrdə estetik nəzəriyyənin ilk yaradıcılarından olan M.Ofits Bualonun klassisizmin
klassik doktrinası sayılan «Poeziya sənəti» əsərindən hələ 50 il əvvəl, 1624-cü ildə «Alman şeriyyatı haqqında
kitab» əsərində nəşr etdirir. Bu əsər alman klassisizminin ilk proqram manifesti olaraq o dövrdə Almaniyada
bədii inkişafı nəzəri və praktik cəhətdən müəyyənləşdirdi. Antik ənənələri təqlid etmək, incəsənətə kamil insan
idealı, qəhrəman obrazı gətirmək – əsərin əsas ideyasıdır. Almaniyada fəlsəfi fikrin sonrakı inkişafı Leybnisin
adı ilə bağlıdır. Alman mədəniyyətinin klassisizmdən maarifçiliyə keçid dövrünün nümayəndələrindən olan
Qotşedin estetik baxışları «Almanlar üçün poeziya və tənqidi incəsənət təcrübəsi» (1730) əsərində şərh edilib.
Qotşed fransız klassik faciəsinin, ümumiyyətlə, fransız klassisizminin, aristokrat incəsənətinin tərəfdarı idi. Bu
dövrün digər nümayəndələri isveçrə yazıçıları Breytinger və Bodmer poeziyanı fəlsəfə və elmdən ayırmağı tələb
edir, incəsənətdə təxəyyül və fantiziyadan geniş istifadə etməyə çağırırdılar. Onlar alman mədəniyyətinə
sələflərindən fərqli olaraq fransız deyil, ingilis ruhu gətirdilər. Orta əsr alman poetik mədəniyyətini, xalq, kəndli
dilini, milli poeziyanın mənbələrini öyrənərək alman mədəniyyətinin müstəqil milli zəmində inkişafı məsələsini
qarşıya məqsəd qoydular. Almaniyada klassik komediyanın təşəbbüskarı olan Şlegel də Qotşedin fikirlərinə eti-
raz edərək klassisist faciənin əsas tələblərinə qarşı çıxır, milli və məhdud (lokal) xarakterli qəhrəman yaratmağı
təklif edirdi. Müxtəlif cərəyanların və milli məktəblərin nailiyyətlərini ümumiləşdirən görkəmli sənətkarlar
klassisizmə xas metafizikliyi və doqmatizmi dəf edərək, zənginləşdirilmiş, şərtilik və qəddar normalardan azad,
yeni tipli klassisizm yaratdılar. Veymar məktəbi (Şiller, Höte), Vyana məktəbi (Haydn, Motsart, Bethoven) buna
misaldır.
Musiqidə klassisizm özünü opera janrında daha çox büruzə verir. Fransada lirik faciə, İtaliyada opera-
seriya buna misaldır. Vyana klassik məktəbinin nümayəndələri – Haydn, Motsart və Bethovenin yaradıcılığı
klassisizm tələblərinə uyğun gəlir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
289
Memarlıq
XVII əsrin I yarısında Fransanın paytaxtı qala şəhərindən tədricən iqamətgah şəhərinə çevrildi. İndi artıq
Parisin siması qala divarları və qəsrlərlə deyil, saraylar, parklar, küçə və meydançaların müntəzəm sistemi ilə
müəyyən edilirdi. Memar Salomon de Brosun 1615-1621-ci illərdə tikdiyi Lüksemburq sarayı və Fransua
Mansarın 1642-1650-ci illərdə tikdiyi Mezon-Laffit sarayı buna misaldır.
XVII əsrin I yarısına aid olan sarayların ətrafında mütləq park olmalı idi. Park başdan-başa yaşıllığa qərq
olmalı, xiyabanlar səliqə ilə əkilmiş və həndəsi fiqurlar təşkil edən güllərdən ibarət olmalı idi. Belə parklar
«müntəzəm» və ya «fransızsayağı» adlanırdı.
Memarlıqda yeni cərəyanın zirvəsi Paris yaxınlığında fransız krallarının nəhəng və təntənəli iqamətgahı
olan Versal oldu. XVII əsrdə o, bütün Avropa üçün zövq və dəbdəbə mücəmməsi idi. O dövrdən başlayaraq
fransız dili, fransız modası və adətləri bütün Avropa paytaxtlarında nümunəyə çevrilərək təqlid olunmağa
başladı.
Klassisizm üslubunda salınmış meydanlardan biri Parisdəki Vandom meydanıdır. Onu 1685-1701-ci
illərdə Jül Arduen-Mansar salıb. Mərkəzdə XIV Lüdovikin atlı heykəli ucalırdı ki, XIX əsrdə o, I Napoleona
həsr edilmiş qələbə sütunları ilə əvəz edildi.
XVII əsrdə Parisin ən möhtəşəm monumental tikililərindən biri XIV Lüdovikin əmri ilə yaşa dolmuş
əsgərlər üçün tikilmiş Əlillər Evi və Kilsəsinin bina kompleksi və onun qarşısındakı iri meydandır. Jül Arduen-
Mansar tərəfindən tikilmiş bu kilsə Parisin ən hündür və mühüm guşəsi oldu, onun nəhəng qübbəsi şəhərin
mənzərəsini xeyli dəyişdi.
Parisdə kral sarayı olan Luvrun əsas, şərq fasadının tikintisi (1667-1673/8) üçün elan edilmiş müsabiqədə
heç kəsin tanımadığı memar Klod Perro qalib gəldi. O, XVI əsr memarları Lesko və Lemersyenin başladığı işi
davam etdirdi. Yetkin fransız klassisizminin bu abidəsi Avropanın bir çox ölkələrinin dövlət müəssisələri və
başçılarının iqamətgahı üçün nümunə oldu.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
290
Heykəltəraşlıq
XVII əsrin II yarısında klassisizm mütləqiyyətin şöhrətlənməsinə xidmət edən rəsmi saray üslubuna çe-
vrildi. Nəhəng kral iqamətgahı saraylarının zallarını (xüsusən Versal), park xiyabanlarını bəzəyən
heykəltəraşlıqdan klassik ciddilik və harmoniklikdən daha çox təntənə və dəbdəbə tələb olunurdu. İtalyan ba-
rokkosunun ənənələri, xüsusən də Lorenso Bernininin yaradıcılığı bu işə təkan verdi.
Romada Bernininin şagirdi olan heykəltəraş Fransua Jirardon ömrünün çox hissəsini Şarl Lebren və An-
dre Lenotorla birgə Versal parkının tərtibatına həsr edib. Onun bütün əsərləri texniki cəhətdən yüksək səviyyədə
olub, klassisizm və barokko cizgilərini birləşdirir.
1683-cü ildə Vandom meydanında Jirardonun yaratdığı XIV Lüdovikin monumental atlı heykəli 1789-
1799-cu illərdə fransız inqilabı dövründə məhv oldu. Bu heykəl Roma imperatoru Mark Avrelinin heykəlini
xatırladırdı.
Antuan Kuazevoks da Jirardon kimi Versalda çox işləmiş, Döyüş zalı və Güzgülü qalereyanın tərtibatı ilə
məşğul olmuşdur. «XIV Lüdovikin Reyn çayından keçməsi» əsərində heykəltəraş kralın fiqurunu digərlərinə
nisbətən xeyli qabarıq düzəldib, halbuki digər fiqurlar səth üzərində güclə seçilir.
Pyer Püje o dövrün ən istedadlı sənətkarı – rəssam, memar, heykəltəraş idi. Versaldan uzaqda, əsasən Tu-
lon və Marseldə işləyən sənətkarın yaradıcılığında Bernini və klassisist teatrın təsiri hiss edilir. «Makedoniyalı
İskəndər və Diogen» (1692), «Milon Krotonski» (1682) və s. onun məşhur əsərlərindəndir.
Beləliklə, XVII əsr fransız hekəltəraşlığı özündə klassisizm və barokko cizgilərini birləşdirərək bu
üslubların dərin daxili qohumluğunu üzə çıxarır. Zahirən bir-birinin əksi kimi görünən bu üslublar, əslində eyni
məqsədə çatmağın müxtəlif yollarıdır.
Rəngkarlıq
XVII əsrin əvvəlində Fransada əsas rəngkarlıq mərkəzi Paris yox, şərq əyaləti olan Lotaringiya və onun
əsas şəhəri Nansi idi. Bu dövrün məşhur rəssamlarından biri Jorj de Latur (1593-1652) idi. Onun müraciət etdiyi
mövzular məişət (məs. «Qumarbaz») və dini mövzular idi («Müq. Sebastyan», «Dülgər Yusif»).
Kralın I rəssamı adını almış Şarl Lebren (1619-1690) bütün rəsmi layihələrdə, xüsusən Versalın Böyük
Sarayının tərtibatında iştirak edib. Portretlər müəllifi olan rəssamın əsas sifarişçiləri kral nazirləri və saray
əyanları idi.
XVII əsr Fransa rəngkarlığında klassisizmin banisi, yaradıcılığı fransız klassisizminin zirvəsi olan Nikola
Pussen (1594-1665) hərtərəfli savada malik, antik ədəbiyyatı gözəl bilən bir insan idi. Homer və Ovidi – onun
ən sevimli müəllifləri idi. Pussenin müraciət etdiyi mövzular – mifologiya, antik tarix, Əhdi-Ətiq və Əhdi-Cədid
hekayələri və s. idi. Əsas əsərləri: «Flora səltənəti» (1631), «Arkad çobanları», «Germanikin ölümü» (1627),
«Döyüş», «Yatmış Venera» (1620), «Tankred və Erminiya» (1630) və s.-dir. Rəssamın yaradıcılığında mühüm
yeri 50-ci illərdən sonra daha çox müraciət etdiyi peyzaj janrı tuturdu. Məs. «Gerkules və Kanusla peyzaj»
(1640), «Polifemlə peyzaj» (1649-cu il. Polifem – qədim yunan mifologiyasında təpəgöz) və s.-dir.
Jak Kallo (1592\3 – 1635) ümumi mövzu ilə birləşən qrafik silsilələr işləyirdi. Faciəvi mövzular onu daha
çox cəlb edirdi. «Dilənçilər» (1622), «Müharibənin kiçik bəlaları» (1632), «Müharibənin böyük bəlaları» (1633)
və s. Bundan başqa, «Kadril amfiteatrda» (1617), «Kapriççi» (1617) seriyası və s.
Klod Loren. (1600-1682) Əsil adı Klod Jelledir. Lotaringiyaya (fransızca Lorraine) görə belə adlanıb. O,
öz həyatını XVII əsr Fransası üçün nadir hadisə olan klassik peyzaja həsr edərək fransız peyzajı ənənələrinin
banisi sayılır. Məsələn, «Günorta» (1651), «Axşam» (1663), «Səhər»(1666), «Gecə»(1672) və s.
XVII əsrin I yarısında Fransada realist cərəyanın inkişafı Lenen qardaşlarının – Antuan, Lui və Matyenin
adı ilə bağlıdır. Bunlardan Lui daha məşhurdur. «Kəndli süfrəsi», «Yeməkdən əvvəl dua» (1645), «Atlının
dayanması», «Südçü ailəsi» (1640), «Dəmirçixana» və s. onu daha çox tanıtmışdır.
Əgər XVII əsrin I yarısı üçün incəsənətdə I yeri rəngkarlıq tutursa, 60-cı illərdən başlayaraq rəngkarlıq da
heykəltəraşlıq kimi dekorativ xarakter daşımağa başlayaraq memarlığın təsiri altına düşür. Fransız krallarının
sarayları bunu sübut edir.
XVII əsrin I yarısında klassisizm rəssamlarının yaradıcılığı tənəzzülə uğrayır və XVII əsrin II yarısında
Fransada bir nəfər də olsun samballı rəssam tapmaq olmur.
XVIII əsrin ortalarında (maarifçilik dövründə) klassisizm üçün təkamül dövrü olur. Bu, ilk növbədə bədii
əsərlərin ideyası ilə əlaqədar idi. Siyasi azadlıq uğrunda mübarizədə meydana çıxan mövzu və konfliktlər
(ziddiyyətlər) ön plana çəkilir (Volter, Lemyer). Fransa inqilabı dövründə klassisizmdə antifeodal tendensiyalar
inkişaf edir (M.J.Şenye, David). Napoleon imperiyası zamanı isə klassisizm öz ideya-estetik məzmununu və
dəyərini itirərək XIX əsrin əvvəllərinin rəsmi estetik doktrinasına çevrilir.
Bəşəriyyətin bədii inkişafında klassisizm estetikası irəliyə doğru bir addımdır.
Dostları ilə paylaş: |