Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Məktəblilərin sinifdənxaric tədbirlərə cəlb olunması iki isti- qamətdə aparılır



Yüklə 3,59 Mb.
səhifə370/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   366   367   368   369   370   371   372   373   ...   443
Məktəblilərin sinifdənxaric tədbirlərə cəlb olunması iki isti- qamətdə aparılır:

1) Şagirdlərin təlim xarakterli sinifdənxaric işlərə cəlb edil məsi;

2) Tərbiyələndirici səciyyə daşıyan sinifdənxaric fəaliyyətə təhrik olunması.

Müasir şəraitdə sinifdənxaric tədbirlərin təkmilləşdirilməsi is­ti­­qamətlərinin məzmununu, yəni forma və üsullarla müəy­yən­ləş­dir­mək üçün xüsusən, əməyə hazırlıq, əqli, əxlaqi, fiziki, estetik, iq­ti­sadi və ekoloji tərbiyə, habelə insan hüquqlarına hörmət əsasında hər bir məktəbli ilə bir neçə yönümdə iş aparılmalıdır.

İlkin olaraq, şagirdlərin tərbiyələndiricilik vəsilələrinin bila- va­sitə dərsdə və dərsdənkənar vaxtda onların əməli fəaliyyətini va­hid sistemdə birləşdirməyin daha təsirli yollarını aşkara çıxar- ma­lı, hər bir müəllimin (tərbiyəçinin), məktəb rəhbərlərinin diqqət mərkə­zində olmalıdır.

Məktəblilərin həmin amillər zəminində təlim və sinifdənxa­ric fəaliyyətinin, ictimai-faydalı və məhsuldar əməyinin onların milli-mənəvi dünyagörüşünün formalaşdırılmasına tabe etdirməyin forma və üsulları işlənib hazırlanmalıdır. Bunlar fənn müəllimlərinin, ibti­dai siniflər üzrə qrup tərbiyəçilərinin və sinif rəhbərlərinin gündəlik əməli fəaliyyətinə çevrilməlidir.

Yeniyetmə şagirdlərin tərbiyə amilinin və sinifdənxaric təd- birlərin qarşılıqlı təsirlərinin ən real variantları seçilməli, yerli şərai- tə uyğun tətbiq olunmalıdır.

Məktəblilərin təlimini, tərbiyəsini və inkişafını vahid proses­də həyata keçirmək işində dərsin, tərbiyə işlərinin, sinifdənxaric tədbir­lərin üzvi surətdə əlaqələndirilməsi, bir-birini tamamlaması tələbinə işdə ciddi əməl edilməlidir.

Bütün bu deyilənlər sinifdənxaric işlərin tərbiyə və mahiyyə­tin­də, təkmilləşdirilməsi istiqamətində, müasir tərbiyə nəzəriyyə­sində, məktəb təcrübəsində çox vacib məsələlərdəndir.

Məktəblilərlə aparılan sinifdənxaric iş formalarından aşağı- da qeyd edəcəyimiz amilin öz təsirliliyi daha da səmərəli meydana çıxır:



  • Bədii mətnlərin oxunması, kitab müzakirələrinin keçiril­məsi, əxlaqi söhbətlərin təşkili yolu ilə;

  • Rollu oyunların (“Kosa-kosa”, “Gəldim, qaç”, “Qo­du­qo­du” və s.) təşkili yolu ilə;

  • Oyun-səyahətlərin təşkili (məktəb turizmi, idman kom­p­leksi, ətraf mühiti müşahidə əsasında) yolu ilə;

  • Bayram tədbirlərinin keçirilməsi (Novruz, Qurban, Ra­ma­zan, 26 İyun, 31 dekabr, 28 May) yolu ilə;

  • Müvafiq soyqırımı və matəm günlərinin qeyd olunması (20 yanvar - Şəhidlər gününün, 26 fevral Xocalı faciəsi, 31 Mart-Azərbaycanlıların soyqırımı gününün və s.) yolu ilə;

  • Sinif və məktəb fəalları dəstəsinin işinin təşkili (nəzarət, rejim, kitabların təmiri, ictimai-faydalı əmək və s.) yolu ilə;

  • Müsabiqə və yarışların keçirilməsi yolu ilə;

  • Viktorina və gecələrin təşkili yolu ilə;

  • Əmək işlərinin yerinə yetirilməsi,əməyin insan həyatında yeri və s. müəyyənləşdirilməsi yolu ilə;

  • Kino, televiziya və radio verilişlərindən istifadə yolu ilə;

  • Ekskursiya və turizm işlərinin təşkili yolu ilə və s.

Bütün bu sadalanan sinifdənxaric tərbiyəvi tədbirlər şagird- lə­rə başlıca olaraq yurdsevərlik, milli özünüdərk, soykökünə bağ- lılıq, İslam dəyərləri və Şərq mədəniyyətini əxz etməyi, yüksək mil­li və bəşəri həqiqətləri aşılayır.

Habelə şagirdlərdə bacardıqları səviyyədə intellektual mənə­vi fəzilətə rəğbəti, rəzalətə nifrəti, tərbiyədə aşkarlıq və demokra­tik meyli stimullaşdırır, həyatda, cəmiyyətdə, qarşılıqlı müna­sibət­lərdə normal davranmağın əhəmiyyətini başa salır, istifadə edilən tərbiyə və təlimin harmonik vəhdətindən istifadə edilməsi həqiqət­lə­rini anladır.

Sinifdənxaric iş öz müntəzəmliliyi və məzmunu, forma və çoxnövlülüyü ilə geniş imkanlar açır. Bu baxımdan uşaq şəxsiy- yətinin formalaşmasında tərbiyə işi başlıca yeri tutur. Tərbiyə işinin praktik həyata keçirilməsi həm təlim, həm də problemi ehtiva edən tərbiyəvi məzmunlu sinifdənxaric tədbirlər prosesində baş verir.

Hazırda kifayət qədər sinifdənxaric tərbiyəvi iş üsulları möv- cuddur. Son illər məktəb praktikasında belə tədbirlərin nizama sa- lınması üçün tərbiyəvi fəaliyyət növü kimi sinifdənxaric və mək- təbdənkənar iş formaları genişləndirilir.

Sinifdənxaric işlərin səmərəli təşkili üçün rəngarəng iş for- malarından, üsul və vasitələrdən istifadə olunur ki, bu da yetiş- məkdə olan cəmiyyətin tərəqqisinə xidmət edir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin