Aciz, qorxaq, axmaq və sadəlövh olma, ağıllı və tədbirli ol.
Avam və nadan qalma, özünə sənət və elm qazan.
Ehtiyac içində olanlara və darda qalanlara kömək əlini uzat.
Fırıldaqçı və şər adamlardan uzaqlaş, yaxşı və nəcib adamlarla yoldaşlıq et, dostluqda və yoldaşlıqda möhkəm ol.
Heç kəsin pisliyini istəmə, xeyirxah ol.
Hər bir işi gördükdə əvvəlcə yaxşı düşün, sonra o işə başla.
Qaşqabaqlı olma, şirindilli və gülərüzlü olmağı özünə adət elə.
Məclisdə ədəblə otur və ədəblə danış.
Sözu öz məqamında düşünərək söylə.
Seyid Əzimin XIX əsrdə məktəb, elm, maarif, mədəniyyət, təhsillə bağlı söylədiyi fikirlərin çoxu bu gün də öz aktuallığını sax-lamaqdadır. Şairin maarifçilik ovqatında yazdığı əxlaqi-didaktik şeirləri gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə olunmasına həmişə faydalı təsir göstərmişdir. Buna görə də klassik sənətkarımızın zəngin ədəbi-bədii irsi müstəqil Azərbaycan Respublikasında çağdaş dövrün tələbləri baxımından daha dərindən araşdırılmağa və öyrənilməyə layiqdir.
Dostları ilə paylaş: |