Mövzu Ali məktəb psixologiyasının predmeti, tarixi, metodları və xx1 əsrdə missiyası plan



Yüklə 44 Kb.
səhifə1/9
tarix26.01.2023
ölçüsü44 Kb.
#80879
  1   2   3   4   5   6   7   8   9
Mövzu 1 psix.cefer m



Mövzu 1. Ali məktəb psixologiyasının predmeti, tarixi, metodları və XX1 əsrdə missiyası


PLAN


1. Ali məktəb psixologiyasının predmeti və psixoloji elmlər sistemində yeri, strukturu və XXI əsrdə missiyası
2. Azərbaycanda ali məktəb psixologiyasının yaranması və inkişafı
3. Nəzəriyyə. Eksperiment. Praktika. Elmi-texniki tərəqqi dövrünün səciyyəvi xüsusiyyətlərindən biri kimi
4. Ali məktəb psixologiyasının metodologiyası və metodları
5. Ali məktəb psixologiyası , yaş krizisləri haqqında

Ədəbiyyat

  1. Ə.Ə.Əlizadə, H.Ə.Əlizadə “Pedaqoji psixologiya” I kitab.Bakı-2010 ( səh.12-59 )

  2. R.İ.Əliyev “Psixologiya tarixi”. Baki-2006 ( səh.354-376)

  3. A.Mehrabov “Müasir təhsilin konseptual problemləri”. Baki-2010 (səh. 34-116)

  4. Ə.Ə.Əlizadə, H.Ə.Əlizadə “Yeni pedaqoji təfəkkkür: psixopedaqogikaya giriş”. Baki-2008 ( səh.170-208)

  5. R.Əliyev “Psixologiya”. Baki-2008 ( səh. 89-115)

  6. Ə.Ə.Qədirov, N.Ə.Xəlilov “Yaş psxilogiyası” .Gəncə-1999 ( səh. 56-105)

  7. L.Ş.Əmrahlı “Eksperimental psxilogiya”. Baki-2008 ( səh. 101-162)

  8. О.Лефрансуа « Психология для учителя».СПБ-2005(стр 41-84)

  9. Основы педагогики и психологии высшей школы. М.МГУ-1986

  10. И.И. Ильясов «Структира процесса учения» .М.МГУ-1986



  1. Ali məktəb psixologiyasının predmeti və psixoloji elmlər sistemində yeri, strukturu və XXI əsrdə missiyası

Psxilogiyanın predmeti hələ Aristotel dövründə açıqlansa da, o uzun müddət fəsəfənin tərkibində inkişaf etmişdir. Mədəniyyət və elm tarixində, təbii ki həmdə psixologiya tarixində psixologiya paradiqması XVII əsrdə səslənmişdir.
Alman alimi Xristian Volf 1732-ci il də “Emprik psixologiya” , 1734-cü ildə isə “Rasional psixologiya” dərsliklərinin nəşri psixologiya tarixində özünün leksikoloji kəşfi ilə əlamətdar hadisə idi.
XVII əsrin sonları- XIX əsrin əvvəllərindən başlayaraq psixologiya Amerika, Avropa və rus ədəbiyyatında vətəndaşlıq hüququ qazanmışdır. XIX əsrdə psixologiya sürətlə inkişaf etmiş, müxtəlif nəzəriyyələr, müxtəlif məktəblər və təbii olaraq müxtəlif fənnlər əmələ gəlmişdir. Konkret fəaliyyət sahələrini əhatə edən psixoloji fənnlər sırasına “ Ali məktəb psixologiyası” da əlavə olunmuşdur.
X1X əsrin axırları- XX əsrin əvvəlləri “Ali məktəb psixologiyası” əgər belə demək olarsa, rəsmi tarixi başlayır. Onun qeyri-rəsmi tarixinin səhifələri isə hələ qədim dövlətlərdə yazılıb.
Bütün dövrlərdə elm və təhsil vəhdətdə inkişaf etmişdir. Ekvilit, Arximed, Hippokrat kimi məşhur alimlər həmdə müəllim olmuşlar.
Hesab edirlər ki, didaktika üzrə ilk fikirləri e. I əsrində Kvintilian “Natiqlik tərbiyəsi haqqında” əsərində vermişdir. 12 kitabdan ibarət olan bu əsrdə təlim prosesinin pedaqoji-psixoloji əsasları, təlimin təhsil alanın imkanlarına müvafiqliyi göstərilir.
Eramızın 176-cı ilində imperator Mark Avreli dörd Afina məktəbini ( akademiya, likey, stoist və epikür) birləşdirdi. Müəllimlərə maaş verdi.
Roma imperiyasının 476-cı ildə dağılmasından sonra uzunmüddətli orta əsrlər mərhələsi başladı. Bu dövrdə azad fikirli adamlar tonqallarda yandırılırdı. Eləcə də məktəblər dağıdılır, qədim əlyazmalar, hətta bütöv kitabxanlar yandırılırdı.
Bununla bərabər, cəmiyyətin savadlı adamlara olan ehtiyacı çoxalırdı. Artıq X I I əsrin əvvəllərində Boloniya (1158) və Salerno; sonra 1168-ci ildə Oksford; 1200-ci ildə Paris; 1209-cu ildə Kembriç; 1253-cu ildə Sarbon; 1348-ci ildə Praqa universitetləri yarandı. Bu universitetlərdə əsas təlim forması mühazirə idi. Mühazirələrin ümumi sxemi Aristotelin mıntiqi sxemlərinə əsaslanırdı.
“Ali məktəb psixologiyası” yaş və pedaqoji psixologiya ilə bilavasitə bağlıdır. Bu məsələ metodoloji baxımda son dərəcə əhəmiyyətlidir. Hər yaş dövrünün o cümlədən yetkin gənclik düvrünün özünəməxsus psixoloji-pedaqoji paradiqmaları vardır. Yetkin gənclik yaş düvrü istər yaş psixologiyası, istər pedaqoji psixologiya, istərsə də ali məktəb psixologiyası üçün nəinki nəzəri, həm də praktik problemləri təhlil etmək üçün son dərəcə aktualdır.
Ali məktəb illəri insan həyatının ən mənalı, romantik və unudulmaz bir düvrünü təşkil edir. Gənclər hər bir məlumda məchulluq, kamillikdə nöqsan, bitkinlikdə natamamlıq, qüsurda məziyyət axtarılır.
Ali məktəb psixologiyası ali təhsil illərində tələbə şəxsiyyətində baş verən psixi dəyişikliyin qanunauyğunluqlarını tədqiq edir, təlim və tərbiyə işi təşkilinin formalaşmasının, təlim prosesində onun fəallığının psixoloji qanunauyğunluqlarını açır, təlim və tərbiyə prosesində tələbələr düzgün tərbiyəvi təsir göstərməyin ən səmərəli yol və vasitələrini, tələbə-müəllim münasibətlərinin müxtəlif çalarlarını üzə çıxarır.
Ali məktəb psixologiyasının predmeti nə təşkil edir? Əsrin fundamental elmlərindən biri kimi hansı problemləri öyrənir?
Ali məktəb psixologiyası biliklərin, bacarıqvə vərdişlərin ali məktəbdə mənimsənilməsi qanunauyğunluqlarını öyrənir, bu proseslərdə fərdi fərqlərin, tələbələrdə, yaradıcı aktiv təfəkkürün xüsusiyyətlərini, onların psixikasındakı dəyişikliklərin, yəni psixoloji yeniliklərin formalaşmasının qanunauyğunluqlarını tədqiq edir.

Yüklə 44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin