Müşahidə metodu zamanı- bir sıra çətinliklər də vardır. Müşahidə obyektinin xüsusiyyətləri, vaxt amili, müşahidəçinin özünün fəaliyyəti, müşahidə edilənin, aparılan müşahidədən şübhələnməsi, istifadə edilən texniki vasitələrdən ehtiyatla istifadə edilməsi və s.
Eksperiment metodu Müasir elmi psixologiya eksperimental psixologiyadır və XXI əsrdə də eksperimental psixologiya kimi də inkişaf edir.
Ekperiment (lat. eksperiment- sınaq , təcrübə deməkdir) hər hansı bir fərziyyənin yoxlamaq məqsədi ilə müəyyən şəraitin yaradılması deməkdir .müəyyən bir fərziyyənin irəli sürülməsi və yoxlanılması eksperimentin zəruri elementidir.
Eksperiment nəticəsində iki kəmiyyət yoxlanılır:
Asılı olmayan kəmiyyətlər ( A- kəmiyyəti)
Asılı kəmiyyətlər ( B- kəmiyyəti)
Eksperiment zamanı alim- psixoloq A kəmiyyətini (yəni iş şəraitini, iştirakçıların tərkibini, hadisələrin ardıcıllığını və s.) dəyişir, bundan sonra isə B kəmiyyətində baş verən dəyişikliklər müəyyən edilir. Beləliklə, eksperiment prosesində A və B kəmiyyətləri arasındakı asılılıq öyrənilir.
Eksperimentdə müxtəlif cihazlardan, texniki vasitələrdən, şəkil, mətn və s. istifadə olunur. Belə eksperimentlər adətən baboratoriyalarda və ya xüsusi otaqlarda aparılır.
Son zamanlar təbii eksperimentdən ( Lazurski) də istifadə olunur ki, onu təbii şəraitdə, məs. adi təlim şəraitində aparmaq olar.
Ali məktəb psixologiyasında təbii eksperiment metodu üç meyar əsasında qaynaqlanır: təhsil, inkişaf və tərbiyə. Təbii eksperimentin son zamanlar geniş vüsət almış forması formalaşdırıcı eksperiment hesab olunur. Formalaşdırıcı eksperimentdə tələbələrin bilik və bacarıqlarının, münasibətlər sistemi, onların şəxsiyyət kimi inkişaf səviyyələri- təlim və tərbiyə axarında öyrənilir.
Eksperimentin nəticələri xüsusi protokollarda dəqiq təsbit olunur, kəmiyyət (faktor təhlili, korrelyasiya təhlili və s.) baxımından təhlil ölçülür, keyfiyyət meyarları ilə şərh olunur.