Mövzu Ali məktəb psixologiyasının predmeti, tarixi, metodları və xx1 əsrdə missiyası plan


Nəzəriyyə. Eksperiment. Praktika. Elmi-texniki tərəqqi dövrünün səciyyəvi xüsusiyyətlərindən biri kimi



Yüklə 44 Kb.
səhifə4/9
tarix26.01.2023
ölçüsü44 Kb.
#80879
1   2   3   4   5   6   7   8   9
Mövzu 1 psix.cefer m

Nəzəriyyə. Eksperiment. Praktika. Elmi-texniki tərəqqi dövrünün səciyyəvi xüsusiyyətlərindən biri kimi

Elmi-texniki tərəqqi dövrünün səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarətdir ki, elm cəmiyyətin nəinki sosial, həm də iqtisadi həyatına nüfuz edir, bilavasitə məhsuldar qüvvəyə çevrilir, xalq təsərrüfatının inkişafında mühüm rol oynayır.


XX əasrin 30-cu illərində psixoloji tədqiqata verilən əsas tələb belə idi: nəzəriyyəsiz eksperiment həm kordur, həm də kar. Elmi- texniki tərəqqi dövründə isə psixoloji tədqiqatın metodologiyası və metodikasının ən başlıca paradiqması aşağıdakından ibarətdir.
Nəzəriyyə. Eksperiment. Praktika
Bu baxmdan başqa elm sahələrində olduğu kimi, psixologiyada da, tətbiqi tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Lakin buradan belə bir səhv nəticə çıxarmaq olmaz ki, müasir dövrdə fundamental tədqiqatların rolu guya azalmağa başlamışdır. Məsələnin belə qoyuluşu tamamilə birtərəfli olardı. Başqa sahələrdə olduğu kimi, psixologiyada fundamental tədqiqatların əhəmiyyəti nəinki azalmır, əksinə, elmi-texniki tərəqqi dövründə daha da artır.
Psixologiyada tətbiqi tədqiqatlar əsasən iki istiqamətdə aparılır. Birinci istiqamət üçün başlıca cəhət ondan ibarətdir ki, tətbiqi problemlər fundamental tədqiqatlar əsasında müəyyən olunur və ya fundamental nəticələri bilavasitə praktikaya tətbiq edilir. Müxtəlif elmlərin inkişaf tarixi göstərir ki, həmin istiqamət tətbiqi fundamental tədqiqatlar vasitəsilə kəşf edilmiş və ya müəyyən olunmuş qanunauyğunluqların praktikaya tətbiq olunması üçün bu zaman əlverişli şərait yaranır. Bir çox elm sahələrində (məs. Nəzəri fizika, riyaziyyat, kimya, biologiya və s.) aparılan fundamental tədqiqatların , məsələn, texnikanın inkişafı üçün əhəmiyyətini xatırlasaq, fikrimiz aydın olar. Bu cəhət psixologiya elmi üçün də səciyyəvidir.
Tətbiqi tedqiqatların inkişafında ikinci istiqamət də mühüm yer tutur: bu istiqamət daxilində tətbiqi tedqiqatlat bilavasitə fundamental tədqiqarların əsasında meydana çıxır. Bu zaman iqtisadiyyatın və mədəniyyətin müxtəlif sahələri tətbiqi psixoloji tədqiqatları maliyyələşdirir və bununla da elmin inkişafı üçün əlverişli şərait yaradırlar.
Təbiətşünaslıq (xüsusilə fizika, riyaziyyat, kimya, biologiya və s.) və texniki elmlər sahəsində tətbiqi tədqiqatların əhəmiyyəti, birinci növbədə, onların iqtisadi səmərəsi ilə müəyyən olunur. Iqtisadi səmərə psixoloji tədqiqatlar sahəsində də mühüm göstərici hesab edilir. Hətta psixologiyanın bəzi sahələrində, məsələn mühəndislik və təyyarəçilik psixologiyasə sahəsində iqtisadi səmərə tədqiqatların əhəmiyyətini göstərən əsas meyar kimi meyadana çıxır. Lakin bununla yanaşı psixologiya sahəsində tətbiqi tədqiqatların psixologiya səmərəsi xüsusi əhəmiyyət kəsb edir. Bu təsadüfü olmayıb, hər şeydən əvvəl, onunla baölıdır ki, psixoloji tədqiqatlarda iqtisadi səmərə dolayı yolla -psixoloji səmərə vasitəsilə əldə edilir. Məsələn, dəqiq müəyyən edilmişdir ki, kollektivdə sosiol-psixoloji iqlimin saflaşdırılması nəticəsində əmək məhsuldarlığı 18% artır. Təkcə bu fakt psixologiya sahəsində tətbiqi tədqiqatların həm də böyük iqtisadi əhəmiyyətə malik olduğunu əsaslı surətdə sübut edir.
Məlum psixoloji manifest ( Nəzəriyyə. Eksperiment. Praktika ) aydın şəkildə göstərir ki, elmi- texniki tərəqqi dövründə müasir psixologiyada nəzəri araşdırmalarda artıq prioritet sahə kimi dəyərləşdirilir. Psixologiyada V.Vundun məşhur laboratoriyasının əks- sədası kimi elm məhz fundamental nəzəri dalğalarda eksperimental(!) psixologiya kimi vüsətlə inkişaf edir. Praktika isə onun əzəmətli simvolunu təşkil edib.
Ali məktəb təcrübəsində psixoloji tədqiqatlar müxtəlif variasiyalarda tətbiq olunur. Onlardan aşağıdakılar xüsusilə əlamətdardır:
-Dövrün görkəmli psixoloqları təkcə psixooji laboratoriyalarda deyil, həm də bilavasitə məktəblərdə müəllimlərlə əməkdaşlıq şəraitində aktual problemləri eksperimental ölçülərlə tədqiq edir və məktəbin özündə təcrübəyə tətbiq edirlər. Rus alimlərindən A.A.Davidov və D.B.Elkonin və ya A.V.Zaporojes məktəbinin və b. təcrübəsi bu sahədə maraqlı nümunədir. San Piajenin fundamental tədqiqatları ilə özlərinin tətbiq effektləri ilə seçilir:
-Qabaqcil müəllimlər yeni pedaqoji təfəkkür konsepsiyasının uğurlarını təcrübədə ilk növbədə, öz təcrübələrində məharətlə tətbiq edir və məktəbdə yeni pedaqoji təfəkkür konsepsiyasının gerçəkləşməsində həlledici rol oynayırlar.
-Məktəblərdə psixoloji xidmət də əsrin abu-havası ilə elə kökdə formalaşıb və müəyyən fəzadlarla olsa da vüsətlə inkişaf edir.

Yüklə 44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin