Üləma haqqını riayət qıl,
Əhli-elmə həmişə hörmət qıl.
Demə bu kafər, ol müsəlmandır,
Hər kimin elmi var, o insandır.
...Elm bir nur, cəhl zülmətdir,
Cəhl düzəxdir, elm cənnətdir .
Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr çoxdur. Bunların da müəyyən bir hissəsi öz ideyaları etibarı ilə onun maarifçi, didaktik şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir. Şairin öyüdlərinin çoxu bu günə qədər öz tərbiyəvi əhəmiyyətini itirməmişdir.
Seyid Əzimin öyüdlərində zəhmət, əmək insanı ucaldan başlıca amillər kimi göstərilir və gənc nəslə işsizlikdən, bikarçılıqdan uzaqlaşıb, müəyyən bir sənətə yiyələnmək tövsiyə olunur:
Dostları ilə paylaş: |