...Zinəti-şəxs elmi-ədyandır,
Elmsiz şəxs misli-heyvandır .
Oğlu Mir Cəfərə yazdığı bir məktubunda şair bu fikrini daha kəskin şəkildə ifadə edərək yazır: “Təvəqqe eləyirəm ki, yaxşı dolanasan, ananı incitməyəsən, yoldaşlarını incitməyəsən, oxumağa səy eləyəsən”.
Ey oğul, bu dəlili-bişəkdir,
Adəmi-bisəvad eşşəkdir.
Seyid Əzim əsl sənətə yiyələnmək üçün elmi əsas götürür. O deyir ki, yaxşı sənətkar olmaq üçün elmli olmaq lazımdır, çünki elmsiz sənət dəyərsiz bir şeydir.
Şair “Cəfər, ey qönçeyi-gülüstanım” misrası ilə başlayan şeirində öz övladına əhli-ürfan kimi yetişməyi, bunun üçün “hər lisanə rağib” olmağı, bütün elmləri öyrənməyi məsləhət görür:
Dostları ilə paylaş: |