Demirəm rus, ya müsəlman ol,
Hər nə olsan get əhli-ürfan ol...
...Cəhd qıl neməti-təmamə yetiş,
Elm təhsil qıl, məqamə yetiş.
Klassik rus ədəbiyyatının mütərəqqi rolunu və əhəmiyyətini düşünən Seyid Əzim Azərbaycan təzkirəçiləri arasında ilk dəfə ola-raq rus ədəbiyyatına da müəyyən yer ayırmışdır. O, xüsusilə Puşkinin zəngin irsindən rəğbətlə bəhs etmiş, onu kamala çatmış ən yüksək bir şair, faydalı əsərlər müəllifi və yeni rus ədəbi dilinin mahir bilicisi, ustası kimi tərifləmişdir. Şair şeirlərinin birində oğluna xitabən öz dövrünün gənclərinə rus dilini öyrənməyi məsləhət görür:
Dostları ilə paylaş: |