Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə238/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   234   235   236   237   238   239   240   241   ...   443
Tərbiyə üçün vaxt. Vaxt amili tərbiyənin layihələş­diril­mə­si metodların seçilməsi zamanı olduqca vacibdir.

      • Gözlənilən nəticələr. Metodu seçən zaman uğur qazanı­la­ca­ğına inam olmalıdır. Ona görə də metodun tətbiqinin nə kimi nə­ti­cələr verəcəyini qabaqcadan görmək lazımdır.

Pedaqogika elmində metodların təsnifatında vahidlik olmasa da, bu məsələdə ümumi bir meyl vardır. Alimlərin böyük qismi tər­bi­yə metodlarının təsnifatında məntiqi əsas kimi tərbiyənin psixoloji amillərindən və fəaliyyətin bütövlüyü prinsipindən çıxış edirlər.

Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki, insanın fəaliy­yəti müəyyən psixoloji amillərlə bağlıdır: bizim fəaliyyətimiz şüu­run, iradə və adətlərin, habelə hisslərin məhsuludur.

İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, dav­ranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdır­maq, yax­şını və pisi, gözəli və çirkini, doğrunu və yalanı, həqiqini və sax­ta­nı insana inandırmaq lazım gəlir. Buna görə də inandırma me­tod­ları gərəkdir.

Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi nor­maları izah etməklə, inandırmaqla yanaşı, həm də onun bu nor­ma­­lara uyğun davranması, hərəkət etməsi, fəaliyyət göstərməsi, müs­­bət adətlərə yiyələnməsi, alışması vacibdir. Ona görə də alış­dır­ma metodları gərəkdir.

Deməli, tərbiyə işində öncə insanın şüurunu formalaşdırmaq, iradəsini möhkəmlətmək, sonra da onda müsbət adətlər yaratmaq və bu yolla da şüurla davranışın vəhdətinə nail olmaq, düzgün davranış təcrübəsi formalaşdırmaq lazımdır. Bu baxımdan tərbiyə metodları əsas etibarilə inandırma və alışdırma metodlarına bölünür.

Tərbiyə işində insanın hissi aləmi, duyğuları mühüm rol oy­na­yır. Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, huma­nizm-eqoizm, həzz-ikrah hissləri insanın davranışını, rəftarını, hərə­kət­lə­ri­ni, fəaliyyətini stimullaşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hiss­lər aşılanmazsa, orada boşluq yaranır və çox vaxt bu boş­luğu mənfi hisslər tutur. Nəticədə insan qəlbində bədxahlıq, qəd­darlıq, laqeydlik, habelə bir çox nəfs xəstəlikləri – paxıllıq, ta­mah­karlıq, kin, qeybət, acgözlük yuva salır və insanı xoşagəlməz yollara çəkir.

Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək, gözəl ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə tə­sir göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə edilir. Ona görə də rəğbətləndirmə və cəzalandırma metodları gərək­dir.

Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı prin­si­pin­­dən çıxış edərək, tərbiyə metodlarını aşağıdakı kimi təsnif etmək olar:




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin